Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-3/2025 01.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, 30 avqust 1968-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Biləsuvar rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 09 dekbar 2022-ci il tarixli, 7(057)-1488/2022 saylı qərarı ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 2 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Biləsuvar şəhəri, Puşkin küçəsində yerləşən 2 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən tamah niyyəti ilə, satış məqsədi ilə qanunsuz olaraq 2,011 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, 29 noyabr 2023-cü il tarixdə, saat 21:30 radələrində Biləsuvar şəhəri, Puşkin küçəsində, yaşadığı 02 nömrəli evin qarşısında həmin narkotik vasitə heroinin 1,051 qramını tanışı Şahid4 hər biri 15 manat olmaqla ümumi dəyəri 30 manat təşkil edən iki ədəd yerli növ göyərçin müqabilində satmış, qanunsuz olaraq əldə etdiyi narkotik vasitə heroinin xeyli miqdarda qalan 0,960 qram çəkidə olan hissəsini satış məqsədi olmadan üzərində saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 03 dekabr 2023-cü il tarixdə, saat 14:20 radələrində Biləsuvar şəhəri, Puşkin küçəsində, X3 məxsus ərzaq mağazasının yaxınlığında piyada hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükülüdə olmaqla əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatət verərək bildirdi ki, təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışı dayandırılmalı və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, satış məqsədi ilə qanunsuz olaraq 2,011 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış və Biləsuvar rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 29 noyabr 2023-cü il tarixdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 83-cü bəndinə görə heroinin külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qram təşkil edir. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının 04 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş ümumilikdə 2 büküm heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir biriləri ilə eynidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 14-cü bəndinə görə isə bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan da görünür ki, ona istinad edilən cinayət əməlinin predmeti çəkisi külli miqdar təşkil edən, yəni 2,011 qram çəkidə narkotik vasitə heroindir. Lakin istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin cinayət əməllərinə işin obyektiv hallarına uyğun qiymət verilməmiş, onun tərəfindən törədilən konkret cinayət əməllərinin cəhətləri ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında tam uyğunluq olmasını nəzərə alınmayaraq, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CMnin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilməmişdir. Bu hal isə Azərbaycan Respublikası cinayət qanunvericiliyinin qanunçuluq və digər prinsiplərini pozmuşdur. Halbuki Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin mövcud olduğuna əsaslı şübhələr vardır. Buna görə də təqsirləndirilən şəxsə həmin maddə ilə ittihamın irəli sürülməsi üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Sonda, Dövlət ittihamçısı Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası 234.4.3cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilməsi əsasına görə, təqsirləndirilən şəxsə həmin maddə ilə yeni ittihamın irəli sürülməsi üçün işə məhkəmədə baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi vəsatətin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, vəsatət əsaslı olduğuna görə təmin edilməli və təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğuna əsaslı şübhələr olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Biləsuvar şəhəri, Puşkin küçəsində yerləşən 2 nömrəli evdə ailə üzvlərilə birlikdə yaşayır. O, müxtəlif növ cinayətlər törətdiyinə görə 6 dəfə məhkum edilmişdir. Sonuncu dəfə o, Biləsuvar rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. O, əvvəllər narkotik vasitə istifadə etsə, o cümldən satışını həyata keçirsə də, hazırda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar heç bir əmələ yol vermir. O, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğu zaman da həmin istintaq orqanına verdiyi ifadəsidə, həm də məhkmə iclasında dindirildiyi zaman öz əməllərini etiraf etmiş və həmin cinayətləri törətdiyinə görə peşman olduğunu bildirmişdir. Lakin o, sonuncu dəfə cəzaçəkmə müəssisəsindəndən azad edildikdən sonra əmələrindən peşman olaraq, ailəsi naminə bir daha qanunsuz əməllərə yol verməyəcəyinə dair özünə, həm də ailə üzvlərinə söz vermişdir. O, öz andına sadiq qalaraq artıq 2 ildir azadlıqda olmasına baxmayaraq, narkotik vasitə istifadə etməmişdir. O, ona elan edilmiş ittihamlar razılaşmır. Belə ki, o, 03 dekabr 2023-cü il tarixdə X3 məxsus ərzaq mağazasının yaxınlığında deyil, yaşadığı Biləsuvar şəhəri, Puşkin küçəsində evinə bazarlıq edib geri qayıtdığı zaman Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 ona yaxınlaşaraq, onunla şöbəyə gəlməli olduğunu bildirmişdir. O, şöbəyə aparılmasının səbəbini Şahid1 soruşduğu vaxt sonuncu onların polis şöbəsinə getdikdən sonra tutulmasının səbəbini biləcəyini ona demişdir. O, Şahid1 ilə aralarında münaqişə baş verməməsi üçün etiraz etməyərək, həmin şəxsin əmrinə tabe olmuşdur. Çünki əvvəllər onunla həmin polis əməkdaşı arasında qərəzli münasibətlər olmuşdur. O, Şahid1 tərəfindən Biləsuvar rayon polis şöbəsinə gətirildikdən sonra həmin şəxs ondan kimə narkotik vasitə verdiyini soruşmuş, o isə artıq narkotik vasitə istehlak etmədiyini bildirmişdir. Həmin polis əməkdaşı, vəkilin iştirakı olmadan, videoçəkiliş aparılmadan onun üzərinə şəxsi axtarış keçirmiş, həmin vaxt üzərindən pul, siqaret qutusu, alışqan, dəsmal və telefonuna konturvurduğuna dair ödəniş qəbzi çıxmış, lakin üzərindən narkotik avsitə və ya psixotrop maddə çıxmamışdır. Bundan sonra Şahid1 ona içərisində narkotik vasitə olan bükülü təqdim edərək, həmin bükümdəki narkotik vasitənin özünə məxsus olması barədə etirafedici ifadə verməsini ondan tələb etmişdir. Həmin vaxt o, həmin bükümün onun olduğuna dair etirafedici ifadə verməkdən imtina etsə də, Şahid1 ona əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etdirəcəyini, məhkəmədə isə ən yüngül cəza verilməsini təşkil edəcəyini bildirdiyinə görə o, məcbur qalıb həmin bükümü götürmüşdür. Sonradan vəkil X2 iştirakı ilə, videoçəkiliş aparılmaqla, onun üzərinə baxış keçirilmiş və Şahid1 onun cibindən birbaşa ona verdiyi bükümü çıxarmışdır. O, həmin polis əməkdaşına üzərini diqqətlə axtarmasını, bəlkə, cibində başqa əşyaların da ola biləcəyini bildirmişdir. O, Şahid1 ona verdiyi və içərisində narkotik vasitə olan bükülünü qəbul edir və CM-nin 234.1-ci maddəsi ilə ona təyin ediləcək cəzanı çəkməyə razıdır. Lakin o, heç kəsə hər hansı miqdarda narkotik vasitə satmamışdır. Şahid1 onu Biləsuvar rayon polis şöbəsinə gətirdiyi vaxt və ya onun üzərinə vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla baxış keçirildiy vaxta qədər ona kiməsə narkotik vasitə satması ilə bağlı heç bir söz deyilməmişdir. Lakin sonradan Şahid1 və Şahid3 Şahid4 onun yanına gətirərək, həmin şəxslə onu üzləşdirmişlər. O, Şahid4 qonşusu kimi tanımış, həmin şəxsin atası və əmisi ilə münasibətləri normal olmuşdur. O, həvəskar olduğu üçün əvvəllər göyərçin saxlamış və Şahid4 də göyərçin saxladığına görə araları normal olmuşdur. Lakin o, azadlığa çıxdığı vaxtdan hazırki tarixədək göyərçin saxlamaqla məşğul olmur. Həmin vaxt heç bir videoçəkiliş aparılmamışdır. Şahid4 ondan narkotik vasitə aldığını bildirmişdir. O, isə Şahid4 sözlərini inkar edərək, həmin şəxsə narkotik vasitə satmadığını polis əməkdaşlarına demişdir. O, heç vaxt Şahid4 ilə küçədə və ya hər hansı başqa yerdə narkotik vasitə istehlak etməmişdir. Həmçinin o, özü də tutulduğu 03 dekabr 2023-cü il tarixə kimi həmin şəxsi axtarmış və sonuncudan «Samsung» markalı mobil telefonunu geri almağa çalışmışdır. Belə ki, 29 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində qonşusu və qohumu Şahid5 ilə birlikdə Mətləb Muradovun ərzaq mağazasının yanında olduğu vaxt Şahid4 onlara yaxınlaşaraq, salamlaşmış və evin təcili zəng vurmalı olduğunu, lakin konturu olmadığlna görə zəng vura bilmədiyini söyləyərək, ondan telefonunu bir neçə dəqiqəlik verməsini xahiş etmişdir. Həmin vaxt Şahid4 sərxoş vəziyyətdə olmuşdur. O, həmin şəxsə telefonunu vermiş və sonunucu isə telefonu alaraq, kiməsə zəng etmişdir. Həmin vaxt Şahid4 telefonla danışa-danışa onlardan uzaqlaşaraq, öz evlərinə istiqamətlənən qaranlıq küçəyə doğru getmişdir. Bir neçə dəqiqə sonra isə qonşusu Mətləb Şahid4n telefonunun qaldığını ona demişdir. O, bundan sonra həmin şəxsin getdiyi küçəyə istiqamətlənərək, Şahid4n telefonunu geri qaytarmasını xahiş etmişdir. Lakin həmin vaxt Şahid4n ona aqressiv şəkildə cavab verərək, telefonla hələ danışdığını bildirmişdir. O, övladı yaşında olan Şahid4 ilə mübahisəsinin yaranmasını istəmədiyinə, o cümlədən həmin şəxs içkili olduğuna, habelə sonuncunun yeni vəfat etmiş atası ilə əvvəllər yaxşı münasibətləri olduğuna görə görə Şahid4 heç bir söz deməmişdir. O, həmin şəxsin telefonunu səhəri gün gətirəcəyini fikirləşərək, evinə getmişdir. O, evində olduğu zaman ailə üzvlərinə onun telefonun başqa şəxsə olduğunu bildirərək, ona zəng etməmələrini tapşırmışdır. Lakin Şahid4 hadisənin səhəri günü onun telefonunu geri qaytarmamışdır. Buna görə də o, Şahid5 evinə gedərək, həmin şəxsdən Şahid4 evinə gedib, onun telefonunu almasını xahiş etmişdir. Həmin gün səhər saatlarında Şahid5 Şahid4 evinə getmiş, lakin sonuncu evdə olmamışdır. Bundan sonra Şahid5 Şahid4 etdiyi hərəkət barəsində anasına məlumat verməsini ona demişdir. Lakin həmin şəxsin atası yeni vəfat etdiyinə görə o, sonuncunun anasının yanına getməkdən utanmışdır. Bundan sonra o və Şahid5 Şahid4 əmisinin evinə gedərək, sonuncunun onun telefonunu götürdüyünü, lakin geri qayıtmadığını bildirmişlər. Şahid4 əmisi isə qardaşı oğlu ilə bu barədə danşışacağıını və telefonu alıb ona verəcəyini demişdir. O, həmin vaxtdan tutulduğu vaxta qədər Şahid4 tapa bilməmişdir. Həmçinin sonradan Şahid4 ona telefonunu aldığına görə barəsində polisə şikayət etdiyini sandığına görə narkotik vasitəni ondan aldığı barədə istintaq orqanına yalan ifadə verdiyini də bildirmişdir. O, həmin tarixədək Şahid4 ilə heç vaxt telefon vasitəsilə danışmamışdır. O, yalnız həmin şəxsi axtardığı zaman öz telefonunda olan mobil nömrələrə bir neçə dəfə zəng etsə də, həmin nömrələrə zəng çatmamışdır. Bundan başqa, o, Şahid4 telefonunu verdiyi zaman həmin cihazda onun özünün adına qeydiyyata alınmış və arvadının adına qeydiyyata alınmış cəmi 2 nömrə olmuşdur. İstintaq zamanı müstəntiq ona hər iki nömrəni qaytarsa da, ona məxsus mobil telefonu qaytarmamışdır. O, Şahid4 heç bir narkotik vasitə satmamışdır. Müstəntiq onu Biləsuvar rayon prokurorunun yanına apardığı vaxt da o, prokurora and içərək, Şahid1 ona təqdim etdiyi bükümün ona məxsus olduğunu, lakin Şahid4 narkotik vasitə satmadığını bildirmişdir. Həmin vaxt prokuror ona inanmış və ona kömək edəcəklərini bildirmişdir. Bbundan sonra prokoror xidməti otağından onu çıxardaraq, təxminən 20-25 dəqiqə müstəntiq Talıb İsayevlə söhbət etmişdir. Daha sonra isə Talıb İsayev onu Biləsuvar rayon polis şöbəsinə aparmışdır. 48 saatlıq müddət yekunlaşdığı üçün müstəntiq onu müvəqqəti saxlama yerindən buraxmışdır. O, sonrakı müddət ərzində istintaq orqanın çağırışlarıan getmiş və bütün sənədlərə imza icra etmişdir. Lakin sonuncu dəfə müstəntiq Talıb İsayev ona zəng edərək, ibtidai istintaqın yekunlaşdığını və gəlib ititham aktı ilə tanış olmalı olduğunu ona bildirmişdir. O, həmin polis əməkdaşından hansı maddələrlə ona ittiham elan edildiyini soruşmuş, həmin şəxs isə ona həmin narkotik vasitə istehlak etdiyinə görə, həm də həmin narkotik vasitənin satışını həyata keçirdiyinə görə müvafiq maddələrlə ona ittiham elan edildiyini demişdir. O, həmin vaxt Talıb İsayevə Şahid4 heç bir narkotik vasitə satmadığını və istintaqı qərəzli apardığını bildirmişdir. Buna görə də o, sonradan nə istintaq orqanının, nə də məhkəmənin çağırışlarına gəlməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Kəmaləddin Rəsulovun cinayət əməlini ifşa edilməsi üçün 03 dekabr 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı polis əməkdaşları Şahid3, Şahid7 və Şahid2 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 03 dekabr 2023-cü il tarixdə, saat 14 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, Nizami küçəsində piyada hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülmüş, təxminən beş dəqiqə sonra isə əməliyyat tədbirlərinə uyğun olaraq, Biləsuvar şəhəri, Puşkin küçəsində yerləşən X3 məxsus ərzaq mağazasının yaxınlığında piyada hərəkətdə olduğu zaman saxlanılmışdır. Onlar özlərini təqdim edib, gəlişlərinin səbəbini izah etdikdən sonra Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Həmin şəxsə hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs seçdiyi vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla, şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya varsa, təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmişdir. Buna görə də təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş bir ədəd bükülünü təqdim edərək, bükülüdəki narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitə heroini 30 noyabr 2023-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən univermaq mebel mağazasının yanından yerdən tapdığını bildirmişdir. Daha sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin şəxsin üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, həmin protokola o da daxil olmaqla bütün baxış iştirakçıları imza etmişlər. Onun əvvəllər Təqsirləndirilən şəxsla arasında hər hansı qərəzçilik və ya ədavət olmamışdır. O, əvvəllər Təqsirləndirilən şəxs ilə profilaktik söhbətlər aparmışdır. Həmçinin onlar təqsirləndirilən şəxsi tutduqları vaxt həmin şəxs onlara narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat verməmişdir. O, Şahid4 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmasında iştirak etməmiş, həmin əməliyyat qrupuna daxil edilməmişdir. Buna görə də o, Şahid4 ilə Təqsirləndirilən şəxs üzləşdirmə prosesində iştirak etməmişdir. Ümumiyyətlə, onun Təqsirləndirilən şəxs Şahid4 narkotik vasitə heroin satmasından məlumatı olmamışdır. O, təqsirləndirilən şəxsə hər hansı bükülü təqdim etməmişdir. Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinə gətirildikdən sonra o, həmin şəxslə təklikdə söhbət etməmişdir. Biləsuvar rayon polis şöbəsində onun və ya digər əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji şiddət göstərilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlini ifşa edilməsi üçün 03 dekabr 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı şöbənin əməkdaşları Şahid1, Şahid7 və Şahid2 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 03 dekabr 2023-cü il tarixdə, saat 14 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, Nizami küçəsində piyada hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən beş dəqiqədən sonra əməliyyat tədbirlərinə uyğun olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olan Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, Puşkin küçəsində yerləşən X3 məxsus ərzaq mağazasının yaxınlığında piyada hərəkətdə olduğu zaman əməliyyat qrupunun üzvləri ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah etdikdən sonra onu Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs vəkil gələnədək, təxminən 10-15 dəqiqə inzibati otaqlardan birində saxlanılmışdır. Həmin müddət ərzində şübhəli şəxsin üzərinə axtarış keçirilməmiş, habelə hər hansı polis əməkdaşı, o cümlədən Şahid1 sonuncu ilə şəxsən görüşməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya varsa, təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmişdir. Buna görə də təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş bir ədəd bükülünü təqdim edərək, bükülüdəki narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitə heroini 30 noyabr 2023-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən univermaq mebel mağazasının yanından yerdən tapdığını bildirmişdir. Daha sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin şəxsin üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, həmin protokola o da daxil olmaqla bütün baxış iştirakçıları imza etmişlər.O, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış hərəkətlərində Şahid1 iştirak edib-etmədiyin hadisənin üzərindən uzun müddət keçdiyinə görə hazırda xatırlamır. Biləsuvar rayon polis şöbəsində olduğu vaxt təqsirləndirilən şəxsə onun və ya hər hansı polis əməkdaşı tərəfindən içərisində narkotik vasitə olan bükülü təqdim edilməmişdir. Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinə gətirildikdən sonra o, həmin şəxslə təklikdə söhbət etməmişdir. Biləsuvar rayon polis şöbəsində onun və ya digər əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji şiddət göstərilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs tutulduğu gün, günorta saatlarında Şahid4 də Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi küçənin avtovağzala istiqamətində olan çıxışında piyada hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutularaq, Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Şahid4 üzərinə şəxsi axtarış keçirlldiyi zaman həmin şəxsi üzərindən narkotik vasitə heroin aşkar edilərək, götürüşdür. Şahid4 ifadəsində həmin narkotik vasitəni ona telefonu müqabilində Təqsirləndirilən şəxs satdığını bildirmişdir. Həmin Şahid4 tutulduqdan sonra Təqsirləndirilən şəxs da narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutularaq, Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Onun tərəfindən və ya onun iştirakı ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsindən əvvəl və sonra həmin şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsi post patrul xidməti bölüyünün polis nəfəri Şahid7 göstərdi ki, Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Kəmaləddin Rəsulovun cinayət əməlini ifşa edilməsi üçün 03 dekabr 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 03 dekabr 2023-cü il tarixdə, saat 14 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, Nizami küçəsində piyada hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülmüş, təxminən beş dəqiqə sonra isə əməliyyat tədbirlərinə uyğun olaraq, Biləsuvar şəhəri, Puşkin küçəsində yerləşən X3 məxsus ərzaq mağazasının yaxınlığında piyada hərəkətdə olduğu zaman saxlanılmışdır. Onlar özlərini təqdim edib, gəlişlərinin səbəbini izah etdikdən sonra Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Həmin şəxsə hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla, şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən bir ədəd bükülünü təqdim edərək, bükülüdəki narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitə heroini univermaq mebel mağazasının yanından yerdən tapdığını bildirmişdir. O, Şahid4 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmasında iştirak etməmişdir. Həmçinin o, Şahid4 ilə Təqsirləndirilən şəxs üzləşdirmə prosesində iştirak etməmişdir. Biləsuvar rayon polis şöbəsində olduğu vaxt polis əməkdaşı Şahid1 təqsirləndirilən şəxslə təklikdə söhbət etməmişdir. Biləsuvar rayon polis şöbəsində onun və ya digər əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji şiddət göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş, Biləsuvar rayon polis şöbəsinin polis nəfəri Şahid2 məhkəmədə Şahid7 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Biləsuvar şəhəri, Puşkin küçəsində yerləşən 6 nömrəli evdə ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun həm qonşusudur, həm də uzaq qohumudur. Belə ki, həmin şəxsin qızı onun qayının arvadıdır. Təqsirləndirilən şəxs ilə onun münasibətləri həmişə yaxşı olmuşdur. Şahid4 isə onun tanışıdır, həmin şəxsin evi ilə onun evi arasında təxminən 500 metr məsafə vardır. Onun Şahid4 atası və əmisi ilə yaxşı münasibətləri olmuşdur. O, həvəskarı olduğu üçün göyərçin saxlmaqla məşğul olur. Həmçinin Təqsirləndirilən şəxs da yaşadığı evin həyətində göyərçin saxlayır. Təqsirləndirilən şəxs azadlığa çıxdıqdan sonra narkotik vasitə istehlak etməmiş və bir daha narkotik vasitə istifadə etməyəcəyinə dair ona və ailə üzvlərinə söz vermişdir. Təqsirləndirilən şəxs axşam vaxtları tez-tez onun evinə gəlmiş və onlar birlikdə çay içmişlər. Təxminən 7-8 ay əvvəl, hava yeni qaralmağa başladığı vaxt Təqsirləndirilən şəxs ilə o, yaşadığı evin darvazasının qarşısında çay içmişlər. Təqsirləndirilən şəxs siqaret çəkdiyi zaman telefonuna zəng gəlmiş və sonuncu zəngə cavab vermişdir. Zəng yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs Şahid4 ona zəng etdiyini və görüşmək istədiyini bildirmişdir. Həmin vaxt təqsirləndirilən şəxs Şahid4 ondan nə istədiyini bilmədiyini də ona demişdir. Bundan sonra onlar küçəyə çıxaraq, Nizami küçəsi istiqamətində hərəkət etməyə başlamışlar. Həmin zəngdən təxminən 2-3 dəqiqə keçdiyi zaman Nizami küçəsinin baş hissəsində, işıqforun yanından Şahid4 onlara tərəf gəldiyini görmüşlər. Həmin şəxs onlara yaxınlaşıb, görüşmüşdür. Onlar Axundov küçəsinə qədər birlikdə getsələr də, sonradan Təqsirləndirilən şəxs və Şahid4 küçəni keçərək, ondan uzaqlaşmışlar. Həmin şəxslər Şahid4 yaşadığ küçə istiqamətində hərəkət etmişlər. Hava qaraldığı üçün o, Rəsulovun və Şahid4 nə etdiklərini görməmişdir. Lakin həmin küçəyə avtomobil daxil olmuş, sonradan isə dönərək getmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs onun yanına gələrək, Şahid4 ona məxsus telefonu apardığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ondan həmin şəxsin yaşadığı evə gedib, telefonunu almasını xahiş etsə də, o, gecə olduğu üçün həmin evə gedə bilməyəcəyini bildirmişdir. O, səhəri gün Şahid4 evinə gedib, telefonunu alacağını Təqsirləndirilən şəxs demişdir. O, səhəri gün, saat 09 radələrində Şahid4 yaşadığı evə getmişdir. Həmin şəxs evdə olmuş və həyətdə göyərçinlər uçurmuşdur. O, Şahid4n Təqsirləndirilən şəxs telefonunu geri verməsini xahiş edərək, sonuncunun nəvəsinin şəkillərinin həmin cihazda olduğunu bildirmişdir. Lakin Şahid4 telefonun onda olmadığını ona demişdir. O, bir neçə dəqiqə ərzində həyətdə olan göyərçinlərə tamaşa etmiş, daha sonra isə həyəti tərk etmişdir. O, Təqsirləndirilən şəxs Şahid4 cavabını söyləmişdir. O, həmin şəxsə Şahid4 anası ilə danışmasını məsləhət görsə də, Təqsirləndirilən şəxs Şahid4 atasının yenicə vəfat etdiyini bildirərək, həmin şəxsin anası ilə danışmaqdan imtina etmişdir. Həmin gün günorta saatlarında onlar birlikdə Şahid4 əmisi Şahid6 yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs Şahid6 Şahid4 onun telefonunu alıb, geri vermədiyini bildirmiş, Şahid6 isə qardaşının oğlu ilə danışacağını onlara demişdir. Buna görə də onlar Şahid6 evini tərk etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid6 məhkəmədə bildirdi ki, o, Biləsuvar şəhəri, T.İsmayılov küçəsində yerləşən 28 nömrəli evdə ailə üzvləri ilə birlikdə yaşayır. Şahid4 onun qardaının oğludur. O, Təqsirləndirilən şəxs Biləsuvar rayon sakini kimi tanıyır və həmin şəxslə münasibəti normal olmuşdur. Onun hazırda xatırlamadı tarixdə Təqsirləndirilən şəxs və N.Ə.Rufullayev onun evinə gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs Şahid4 iki gün əvvəl ona məxsus telefonu aldığını, lakin geri qaytarmadığını ona bildirmişdir. O, Təqsirləndirilən şəxs Şahid4 evinə gedib, sonuncunun anası ilə danışmalı olduğunu demişdir. Təqsirləndirilən şəxs isə Şahid4 anası onu 1-2 dəfə həyətindən qovduğu üçün, həmin evə getmədiyini söyləmişdir. O, təqsirləndirilən şəxsə Şahid4 ilə danışacağını demişdir. Lakin o, Təqsirləndirilən şəxs Şahid4 onun telefonunu almasının və həmin şəxsin anasının onu evindən qovmasının səbəbini soruşmamışdır. Daha sonra isə o, Şahid4 bir neçə dəfə görsə də, həmin şəxsə Təqsirləndirilən şəxs telefonunu geri qaytarması barədə heç bir söz deməmişdir. O, sonradan Şahid4, daha sonra isə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduqlarını öyrənmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının 04 dekabr 2023-cü il tarixli, 19/1025 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Şahid4 üzərindən aşkar edilmiş bir ədəd bükülü...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 1,051 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi - 1,051 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 1,001 qram qalmışdır. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 04 dekabr 2023-cü il tarixli, 19/1026 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs X1 üzərindən aşkar edilərək götürülmüş bükülü...» sözlər və imzalar olan zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi – 0,960 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi - 0,960 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,910 qram qalmışdır. «Şübhəli şəxs X1 üzərindən aşkar edilərək götürülmüş bükülü...» və «Şahid4 üzərindən aşkar edilmiş bir büküm heroin rəy № 19/1025...» sözlər və imzalar olan 2 ədəd zərfdəki, ümumilikdə 2 büküm heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir biriləri ilə eynidirlər. Beləliklə, cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama görə həmin şəxsə istinad edilən cinayətlərin predmeti çəkisi – ümimilikdə 2,011 qram çəkidə narkotik vasitə heroindir, onlar xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir biriləri ilə eynidirlər. Təqsirləndirilən şəxsə elan edilmiş ittihamda həmin şəxsə onun istintaqa məlum olmayan vaxtda və mənbədən tamah niyyəti ilə, satış məqsədi ilə qanunsuz olaraq 2,011 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşıması cinayətini törətməsi istinad edilsə də, cinayət işi üzrə ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri düzgün tövsif edilməyərək, ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.2-ci maddəsi ilə ittiham elan edilmiş və Təqsirləndirilən şəxs barədə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2ci maddələri ilə ittiham aktı tərtib edilərək, məhkəməyə göndərilmişdir. Halbuki, 2,011 qram çəkidə narkotik vasitə heroin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısının” 83-cü bəndinə görə xeyli miqdar deyil, külli miqdar təşkil edir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin maddə ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 234.2-ci maddəsi isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 83-cü bəndinə görə heroinin külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qram təşkil edir. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə, həmin maddə ilə cinayət tərkibini yaradır və üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə görə isə həmin Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə, həmin maddə ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə etmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Aşkar edilmiş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 16-cı bəndinin 3-cü hissəsində isə məhkəmələrə tövsiyə olunmuşdur ki, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsə elan edilmiş ittihamda həmin şəxsə onun istintaqa məlum olmayan vaxtda və mənbədən tamah niyyəti ilə, satış məqsədi ilə qanunsuz olaraq 2,011 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşıması cinayətini törətməsi istinad edilsə də, cinayət işi üzrə ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri düzgün tövsif edilməyərək, ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.2-ci maddəsi ilə ittiham elan edilmiş və Təqsirləndirilən şəxs barədə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2ci maddələri ilə ittiham aktı tərtib edilərək, məhkəməyə göndərilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs 2,011 qram çəkidə narkotik vasitənin hamısını satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi və sonradan həmin narkotik vasitənin bir hissəsini Şahid4 satdığı müəyyən edilərsə, elan edilmiş ittiham üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs istinad edilən cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin, yox əgər təqsirləndirilən şəxsin qanunsuz əldə edərək, saxladığı narkotik vasitənin hamısını - 2,011 qram çəkidə narkotik vasitəni məhz satış məqsədi ilə əldə etdiyi müəyyən olunarsa, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən həmin Məcəllənin 234.1-1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə görə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Bundan başqa, cinayət işi materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olduqdan sonra həmin cinayət işi məhkəmənin icraatına qəbul edilərək, məhkəmə hazırlıq iclası təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən təkrarən həmin məhkəmə iclaslarına gəlmədiyinə və məhkəmədən qaçıb gizləndiyinə görə Biləsuvar rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan təbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, cinayət işi üzrə icraat həmin şəxs tapılanadək dayandırılmış və qərarın icrası Biləsuvar rayon polis şöbəsinə tapırılmışdır. Biləsuvar rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduğuna görə, təzələnmişdir. Azərbaycan Respublikası CPM-nin 318.2-1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Məhkəmə təqsiləndirilən şəxsin cinayət işinin məhkəməyə daxil olduqdan sonra qaçıb gizlənməsini və yalnız təxminən 1 ildən sonra tutulmasını, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs yeni ittiham elan edilərsə, bir sıra əlavə istintaq hərəkətlərinin aparılmasının zəruriliyini və həbs qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 15 gün qalmış cinayət işinin aidiyyəti üzrə məhkəməyə göndərilməli olması barədə Azərbaycan Respublikası CPM-nin 292.1-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı həbsdə saxlanılması müddəti 01 iyun 2025-ci il tarixədək müəyyən edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin əlamətlərinin mövcudluğuna əsaslı şübhələr olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 cə 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Dövlət ittihamçısı vəsatəti təmin edilsin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına, təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, xitam verilsin və cinayət işi, təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı həbsdə saxlanılması müddəti 01 iyun 2025-ci il tarixədək müəyyən edilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-3/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-3/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver