Məhkəmə qərarları › İş №1(022)-31/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-31/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-31/2025 11.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən Rəsulova Mədinə Camal qızı, X13 məhkəmə-iclas katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi X6, təqsirləndirilən şəxs X3, onun müdafiəçisi və vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1961-ci ildə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, 10 dekabr 2024-cü il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs X7 barəsində irəli sürülmüş ittihama əsasən o, ehtiyatsızlıqdan adam öldürmüşdür. Belə ki, təqsirləndirilən şəxs X7 qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olub özünü “sınıqçı” kimi təqdim edərək 07 sentyabr 2024-cü il tarixdə saat 08:30 radələrində valideynləri tərəfindən sol ayağında olan ağrılarla əlaqədar yanına gətirilmiş azyaşlı 11 noyabr 2022-ci il tarixdə anadan olmuş, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yaşayan X14 Biləsuvar rayonu, Bəydili kəndində özünün yaşadığı fərdi yaşayış evində müayinə və müalicə məqsədilə zərərçəkmişin bədən səthi üzərinə əlləri ilə təzyiq edib sonuncunun bədəninin müxtəlif nahiyələrini dartmaq, sıxmaq, burmaqla ona ölümü ilə nəticələnən bədən səthinə göstərilən təzyiqlər (dartmalar, burmalar, sıxmalar və.s) nəticəsində yaranmış ağrı şoku kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək X14 ehtiyatsızlıqdan öldürmüşdür. Bununla da təqsirləndirilən şəxs X7 öz hərəkətləri ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü əvvəlcə qismən təqsirli bilsə də, son söz hüququ verilərkən özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Biləsuvar rayonu, Bəydili kəndi A.Quliyev küçəsində ailə üzvləri ilə birlikdə yaşayır, orta təhsillidir, heç bir tibb müəssisəsində oxumamış, ali və ya orta ixtisas tibb təhsili yoxdur. X8 və Şahid1 əvvəllər tanımamış, görməmiş, onlarla heç bir qohumluq münasibəti yoxdur, ədavəti və düşmənçiliyi olmamışdır. Hadisə baş verən günə kimi el arasında sınıqçı kimi tanınmış və fəaliyyət göstərmişdir, lakin həmin gündən sonra heç bir fəaliyyətlə məşğul deyil. 05 sentyabr 2024cü il tarixdə səhər saatlarında istifadəsində olan mobil nömrəsinə zəng daxil olmuş və zəng edən şəxs sonradan tanıdığı masaj etdiyi uşağın nənəsi bildirmişdir ki, nəvəsi nasazdır, yeriyib yıxılır. Ona zəng edən şəxsləri uşağı müayinə etməkdən ötrü evinə dəvət etmiş və 06 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Nəzrini, yaş yarımlıq qız uşağı körpəni anası və atası onun evinə gətirmişlər. Yaşadığı evin həyətində yerləşən xüsusi ayrılmış otaqda Nəzrini anası və atasının iştirakı ilə müayinə edərkən uşağın sol qıçının gödək oduğunu müəyyən etmiş və bu barədə valideyinlərinə bildirmişdir. Həmin vaxt Nəzrini uzatmış və təxminən 5-10 dəqiqə müddətdə sol tərəfini əlləri ilə masaj etmişdir. Həmin vaxt uşaq ağladığı üçün valideyinləri bu barədə ona irad bildirmişlər. Lakin onlara izah etmişdir ki, uşaq ağlayar. Həmin vaxt Nəzrinin ayağını masaj edəndən sonra uşağı valideyinlərinə təhvil vermişdir. Həmin gün saat 16 radələrində Nəzrinin nənəsi ikinci dəfə ona zəng edərək Nəzrinin ayağını yerə basa bilmədiyini və ağladığını bildirmişdir. Uşağın nənəsinə izah etmişdir ki, uşaq ağrıdan ağlayır növbəti gün gətirərlər baxar. 07 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Nəzrinin anası və nənəsi uşağı evinə gətirmişlər, həmin vaxt Nəzrini evin həyətində nənəsinin qucağında əlləri ilə ayağını müayinə edəndən sonra həyətdə Nəzrini nənəsindən bir neçə metr aralıda əllərindən buraxmış, uşaq 2-3 metr məsafəni özü yeriyəndən sonra nənəsi onu qucağına almışdır. Lakin həmin gün uşağı masaj etməmişdir. Nəzrin həmin vaxt dayanmadan ağlamış, bundan sonra Nəzrinin anası uşağı qucağına götürərək darvazadan küçəyə çıxmış və gəldikləri avtomobilə aparmışdır. Bir neçə saniyə sonra Nəzrinin anası uşağın vəziyyəti pisləşib deyə qışqırmağa başlamış və dərhal evindən su gətirib uşağın nənəsinə vermişdir ki, Nəzrinə versinlər. Həmin vaxt onları gətirən sürücü təklif etmişdir ki, uşağı xəstəxanaya aparsınlar və dərhal Nəzrini xəstəxanaya aparmışlar. Sonradan öyrənmişdir ki, Nəzrin ölmüşdür. 06 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Nəzrin Qubadlının bədənini, ombasını və qıçını əlləri ilə sıxmamış, ovmamış, dartmamış, yalnız bədəninin sol nahiyəsini masaj etmişdir. 07 sentyabr 2024-cü il tarixdə Nəzrini masaj etməmiş və bədəninə hər hansı təzyiqlər göstərməmişdir. 06 sentyabr 2024-cü il tarixdə və 07 sentyabr 2024-cü il tarixdə azyaşlı Nəzrin Qubadlının bədəninə və ayaqlarına heç bir təzyiq göstərməmiş, sıxmamış, dartmamış, burmamış, onun ölümünə səbəb olacaq heç bir hərəkət etməmişdir. Sonda Təqsirləndirilən şəxs məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquq varisi qismində dindirilmiş X15 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2014-cü ildə Sumqayıt şəhər sakini Qubadlı (Hüseynova) Məryəm Nizami qızı ilə ailə həyatı qurmuş və birgə nikahlarından üç övladı dünyaya gəlib. Ailə həyatı qurduqları gündən Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən atası Şahid2 məxsus fərdi yaşayış evində yaşayırlar. X21 tam sağlam uşaq olmuş və vaxtlı-vaxtında həkim müayinəsindən keçərək peyvəndləri vurulmuşdur. Nəzrin yeni-yeni sərbəst yeriyib və danışmağa başlamışdır. 01 sentyabr 2024-cü il tarixdə axşam saatlarında Nəzrinin sol ayağı topuq hissədən evin giriş pilləkənində burxulmuş, bundan sonra Nəzrininin ayağı ara sıra gücə salanda ağrıdığı üçün 02 sentyabr 2024-cü il tarixdə onu arvadı Şahid1 ilə birlikdə Biləsuvar rayon Mərkəzi xəstəxanasına rentgen müayinəsinə aparmışlar. Adını xatırlamadığı rentgen həkimi uşağın belini və ayağını rentgen müayinəsi etmiş, onda heç bir sınıq, çıxıq və hər hansı görünən problem olmadığını, uşağın tam sağlam olduğunu bildirmişdir. Bundan sonra Nəzrini evə aparmış, lakin o, sol ayağından axsamağa davam etmiş, ayağında şiş və ya hər hansı ödəm olmamışdır. Həmin ərəfədə Nəzrinə heç bir dərman verməmişlər, həmçinin onun bədəninin hər hansı bir nahiyəsinə sürtgü mazı vurmamışlar. Sonradan düşünmüşdür ki, damardamarın üzərinə çıxar və ya hər hansı problem yaranar. Bunu müəyyən etməkdən ötrü X23nı sınıqçıya, yəni xalq təbabəti ilə məşğul olub sınıq və çıxıqları müalicə edən həkim olmayan şəxsə aparmaq qərarına gəlmiş və bunun üçün rayonda öyrənmişdir ki, Biləsuvar rayonu Bəydili kəndində Nərgiz adlı sınıqçı evində fəaliyyət göstərir. Nəzrininin sol ayağının ara-sıra yüngül axsamasının səbəbini öyrənməkdən ötrü 06 sentyabr 2024-cü il tarixdə saat 10:30 radələrində arvadı Şahid1 ilə birlikdə Nəzrini Biləsuvar rayonu, Bəydili kəndində yaşayan el arasında sınıqçı kimi tanınan və fəaliyyət göstərən Nərgiz adlı qadının evinə aparmış, həmin vaxt onları sınıqçıya aparmağı qonşusu Şahid4 xahiş etmiş və Simran idarə etdiyi “VAZ-21015” markalı avtomobillə onları Nərgizin yaşadığı ünvana aparmışdır. 06 sentyabr 2024-cü il tarixdə saat 10:45 radələrində Nərgiz adlı qadın onları yaşadığı evin həyətində qarşılamış və Nəzrini evin həyətində yerləşən bir otaqlı tikiliyə aparmışdır. Nərgiz həmin tikilidə üstü dəridən həkim otaqlarında olan masaj masasının üzərində onun və arvadı Məryəmin iştirakı ilə Nəzrini qarnı üstündə uzadıb əlləri ilə qıçını möhkəm aşağı dartıb dabanlarını birləşdirmiş və bildirmişdir ki, Nəzrinin sol qıçı inkişafdan geri qalır. Bununla yanaşı Nərgiz adlı qadın Nəzrinin arxadan böyrəkləri tərəfdən və bel tərəfdən əlləri və barmaqları ilə güclü sıxaraq onu guya müayinə etmişdir. Həmin vaxt Nəzrin ağlayıb qışqırmış, lakin Nərgiz “uşaqdı, uşaq ağlayar” deyib ona müdaxilə etməyə icazə verməmişdir. Bunun ardı ilə Nərgiz Nəzrini arxası üstdə masada uzadıb bir əli ilə qarnın göbək altı hissəsindən basaraq saxlamış, eyni vaxtda digər əli ilə Nəzrinin hər iki ayağını topuq hissədən tutub dartıb 5-6 saniyə saxlamış və həmin dartmaları 2-3 dəfə təkrarlamışdır. Qızı Nəzrin qışqırıb ağlamağa davam etmiş, lakin Nərgiz uşağın yüksək səslə qışqırmasına məhəl poymadan işini davam etdirmişdir. Nərgiz bunları edərək onlara bildirmişdir ki, elədiyi masajla Nəzrinin ayağı düzəlir. Həmin vaxt Nərgiz Nəzrini təxminən 15-20 dəqiqə bu qaydada masaj etmişdir. Masajı qurtarandan sonra Nərgiz uşağın tam düzəlməsi üçün Nəzrini 12 gün onun yanına masaja gətirmələrini bildirmişdir. Bundan sonra Nəzrini evlərinə aparmışlar, lakin uşaq yol boyu və evdə sakitləşməmiş, ağlamağa davam etmiş, ayağını yerə basa bilməmiş və əvvəlki kimi sərbəst yeriyə bilməmişdir. Bunu görən anası Şahid3 Nərgizin mobil nömrəsinə saat 16 radələrində zəng etmiş, Nəzrinin ağlayıb sakitləşmədiyini söyləyərək öz iradını bildirmişdir. Həmin vaxt Nərgiz cavabında Nəzrini masaj etdiyinə görə ayağında damar genişlənməsi olduğunu, ağrılarının keçəcəyini, səhər gətirərsiz uşağı sağaldıb təhvil verəcəyini bildirmişdir. Həmin gün gecə səhərədək Nəzrin ağlayaraq yatmamış və ayağını yerə basa bilməmişdir. 07 sentyabr 2024-cü il tarixdə saat 08 radələrində Nəzrinin müstəqil olaraq ayaq üstündə dura bilmədiyini və ağlamağa davam etdiyini gördükləri üçün anası Məlahət yenidən sınıqçı Nərgizə zəng edərək uşağın ağladığını, ayaqlarının tutmadığını bildirmişdir. Həmin vaxt onlar telefonda danışarkən mobil telefonu anasının əlindən alaraq Nərgizə bildirmişdir ki, barəsində polisə şikayət edəcəyini, uşağına xəsarət yetirdiyini və uşağın ağrıdan davamlı ağladığını bildirmişdir. Nərgiz isə onu inandırmağa çalışmışdır ki, Nəzrini masaj etdiyinə görə ayağında damar genişlənməsi var, ağrılar keçəcək, Nəzrini yanına aparsın, uşağı bir saata tam sağaldıb ona təhvil verəcək. Nərgiz onlara söz vermişdir ki, Nəzrini sağaldacaq, onda heç bir problem yoxdur. Bu səbəbdən Nəzrini xəstəxanaya aparmamış və həmin gün 08:30 radələrində arvadı Məryəmlə birlikdə Nəzrini yenidən Nərgizin evinə aparmışdır. Onları Nərgizin yaşadığı evə qonşusu Simran öz avtomobili ilə aparmış və həmin vaxt Simran küçədə gözləmişdir. Nərgiz onları qarşılamış, lakin onun müayinə etdiyi otağa Nəzrini arvadı Məryəm qucağında aparmış, özü isə ilkin olaraq avtomobildə gözləmiş, lakin bir neçə dəqiqədən sonra uşaq güclü qışqıraraq ağladığı üçün onun səsinə dözə bilməyib avtomobildən yerə enərək evin həyətinə daxil olmuşdur. Nərgiz qızı Nəzrinin ayağını yenidən həmin vaxt masaj etmiş və bu səbəbdən içəridən uşağın qışqırıq səsi gəlmişdir. Bundan təxminən 10-15 dəqiqə sonra Məryəm qışqıraraq həmin otaqdan Nəzrini qucağında evin həyətinə çıxardan zaman uşağın dodaqlarının göyərdiyini, rənginin avazıdığını, huşunun özündə olmadığını və heç bir hərəkət etmədiyini görmüşdür. Həmin vaxt səsə sürücü Simranda həyətə gəlmişdir. Onlar həmin vaxt Nəzrinin keçindiyinin, özündə olmadığının şahidi olmuşlar və dərhal onu avtomobilə qoyub xəstəxanaya aparmışlar. Ümid etmişlər ki, bəlkə Nəzrin yaşayar. Biləsuvar rayon mərkəzi xəstəxanada Nəzrinə Fatma həkim baxan kimi bildirmişdir ki, uşaq dünyasını dəyişib. Təqsirləndirilən şəxsnı əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Nəzrin Qubadlı tam sağlam uşaq olmuş, onda heç bir xəstəlik olmamış və hər hansı bir xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs onları aldadıb arxayın salmışdır ki, uşağın ayağı düzələcək, onda heç bir problem yoxdur. Ona inandığı üçün həmin vaxt Nəzrini xəstəxanaya aparmamış və heç bir həkimə göstərməmişdir. 06 sentyabr 2024-cü il tarixdə və 07 sentyabr 2024-cü il tarixdə Nəzrini sınıqçı Təqsirləndirilən şəxsnın yaşadığı evə arvadı Şahid1 ilə birlikdə aparmış, həmin tarixlərdə Nərgiz qızı Nəzrini masaj edərək onun bütün bədən üzvlərinə əlləriylə təzyiq göstərib sıxmış, dartmış, buraraq ağrılar yetirmiş, Nərgiz 07 sentyabr 2024-cü il tarixdə onu masaj otağına daxil olmağa qoymadığı üçün tikilinin yaxınlığında həyətdə olmuş, həmin vaxt Nərgiz uşağı anası Məryəmin gözü önündə ilkin olaraq masaj stolunun üstündə və sonra Məryəmin qucağında masaj edərək onun bütün bədən üzvlərinə əlləriylə təzyiq göstərib sıxmış, dartmış, buraraq ağrılar yetirmiş anası Şahid3 qızı Nəzrini Nərgizin yaşadığı evə aparmamış və həmin evdə olmamışdır. Nəzrinin ölümünə səbəb Biləsuvar rayonu, Bəydili kəndində yaşayan tərəfindən sınıqçı kimi tanınan və fəaliyyət göstərən Təqsirləndirilən şəxsnın yaşadığı evdə 06 sentyabr 2024-cü il tarixdə və 07 sentyabr 2024-cü il tarixdə Nəzrini masaj etmək adı ilə onun bütün bədən üzvlərinə əlləriylə təzyiq edərək sıxması, dartması, buraraq ağrılar yetirməsi nəticəsində həmin ağrıların şokundan Nəzrin onun evində ölmüşdür. Onun ölümündə günahkar şəxs Təqsirləndirilən şəxsdır. Sonda E.Şahid1 məhkəmədən ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Şahid1, əri Emin Qubadlı ilə oxşar məzmunda ifadə verərək göstərmişdir ki, mərhum X21 tam sağlam uşaq olmuş, vaxtı-vaxtında həkim müayinəsindən keçərək peyvəndləri olunmuşdur. Nəzrin yenicə sərbəst yeriyib və danışmağa başlamışdır. 01 sentyabr 2024-cü il tarixdə axşam saatlarında Nəzrinin sol qıçı topuq hissədən yaşadıqları evin pilləkənində burxulmuş və ayağı ağramağa başlamışdır. Bu səbəbdən 02 sentyabr 2024-cü il tarixdə Nəzrini əri Emin Qubadlı ilə birlikdə Biləsuvar rayon Mərkəzi xəstəxanasına rentgen müayinəsinə aparmışlar, adını xatırlamadığı rentgen həkimi uşağı rentgen müayinəsi edib heç bir sınıq, çıxıq və hər hansı görünən problem olmadığını, uşağın tam sağlam olduğunu bildirmişdir. Bundan sonra Nəzrini evə aparmışlar, lakin o, axsamağa davam etmişdir. Nəzrinin ayağında şiş və ya hər hansı ödəm olmamış, həmin ərəfədə Nəzrinə heç bir dərman verməmişlər. Eminlə birlikdə düşünmüşlər ki, ola bilsin Nəzrinin ayağında damar-damarın üzərinə çıxar və ya hər hansı problem yaranar. Bunu müəyyən etməkdən ötrü Nəzrini sınıqçıya, yəni xalq təbabəti ilə məşğul olan sınıq və çıxıqları müalicə edən həkim olmayan şəxsə aparmaq qərarına gəlmişlər. Nəzrininin sol ayağının yüngül axsamasının səbəbini öyrənməkdən ötrü 06 sentyabr 2024-cü il tarixdə saat 10:30 radələrində əri Emin Qubadlı onu qızı Nəzrinlə birlikdə Biləsuvar rayonu, Bəydili kəndində yaşayan el arasında sınıqçı kimi tanınan və fəaliyyət göstərən Nərgiz adlı qadının yaşadığı ünvana qonşuları Simranin idarə etdiyi avtomobillə aparmışdır. 06 sentyabr 2024-cü il tarixdə saat 10:45 radələrində Nərgiz adlı qadın onları yaşadığı evin həyətində qarşılamış və Nəzrini evin həyətində yerləşən bir otaqlı tikiliyə aparmışdır. Sınqıçı kimi tanınan Nərgiz həmin tikilidə üstü dəridən həkim otaqlarında olan masaj masasının üzərində onun və həyat yoldaşı Eminin iştirakı ilə Nəzrini qarnı üstündə uzadıb əlləri ilə qıçını möhkəm aşağı dartıb dabanlarını birləşdirib bildirmişdir ki, Nəzrinin sol qıçı inkişafdan geri qalır, lakin heç bir sınığı, çıxığı yoxdur. Bununla yanaşı sınıqçı Nərgiz Nəzrinin arxadan böyrəkləri tərəfdən və bel tərəfindən əlinin ovcu hissəsi və barmaqları ilə güclü sıxaraq onu guya müayinə etmişdir. Həmin vaxt Nəzrin ağlayaraq qışqırmış, lakin Nərgiz “uşaqdı, uşaq ağlayar” deyib heç kəsə ona müdaxilə etməyə icazə verməmişdir. Həmin vaxt Nəzrin qışqırıb ağlamağa davam etmiş, lakin sınıqçı Nərgiz uşağın qışqırıqlarına heç bir məhəl qoymayaraq öz işini davam etdirmişdir. Təqsirləndirilən şəxs bunları edərək onlara bildirmişdir ki, elədiyi masajla Nəzrinin ayağı düzəlir. Nərgiz Nəzrini təxminən 15-20 dəqiqə bu qaydada masaj etmişdir. Masajı qurtarandan sonra uşağın tam düzəlməsi üçün Nəzrini 12 gün onun yanına masaja gətirmələrini bildirmişdir. Bundan sonra Nəzrini evə aparmışlar, lakin uşaq yol boyu və evdə sakitləşməmiş, ağlamağa davam etmiş, ayağını yerə basıb yeriyə bilməmişdir. Bunu görən qayınanası Şahid3 Nərgizin mobil nömrəsinə zəng etmiş və Nəzrinin ağlayıb sakitləşmədiyini bildirmişdir. Lakin həmin vaxt Nərgiz telefonda qayınanası Məlahətə bildirmişdir ki, guya Nəzrini masaj etdiyinə görə ayağında damar genişlənməsi yaranıb, növbəti gün səhər saatlarında uşağı onun yanına aparsınlar, uşağı bir saata tam sağaldıb təhvil verəcək. Həmin gün gecə səhərədək Nəzrin ağlayaraq yatmamışdır. 07 sentyabr 2024-cü il tarixdə saat 08 radələrində Şahid3 Nərgizə zəng etmiş və o, danışan zaman əri Emin telefonu anasından alaraq Nərgizlə danışarkən Nərgiz telefonda Eminə bildirmişdir ki, uşağı gətirin sağaldım sizə təhvil verim. Bundan sonra həmin gün saat 08:30 radələrində Eminlə birlikdə Nəzrini Simranın idarə etdiyi avtomobillə yenidən Nərgizin evinə aparmışlar. Nərgiz onları həyətdə qarşılamış və qızı Nəzrini həmin otağa aparmışdır. Həmin vaxt Simran küçədə, həyat yoldaşı isə evin həyətində darvazanın yaxınlığında dayanmışdır. Orada Nərgiz həmin masaj masasının üzərində Nəzrinin bütün bədənini və ayağını əlləri ilə təzyiq edərək masaj etmiş və stolun üzərində uşağı ayağa qaldırarkən Nəzrinin ayaq üstə qala bilmədiyini, taqətinin olmadığını görəndən sonra ona uşağı qucağında saxlamasını bildirmişdir. Nəzrini qucağında tutmuş və Nərgiz bu şəkildə uşağın ayağını əlləri ilə sıxaraq masaj etməyə davam etmişdir. Həmin vaxt Nəzrin ağlayaraq qışqırmış, taqətsiz olmuş və bunun ardı ilə uşağın dodaqlarının göyərdiyini, gözlərinin qatlanıb huşunun getdiyini görmüşdür. Bunu görən kimi Nərgizə uşağın ayağını masaj etməsini dayandırmasını bildirmiş və dərhal Nəzrini qucağında həyətə çıxartmışdır. Həyətdə əri Emin də uşağın özündən getdiyini görmüş və səsə sürücü Şahid4 həyətə gəlmişdir. O da uşağın özündə olmadığını və heç bir hərəkət etmədiyini görmüş, dərhal Simranın avtomobili ilə Nəzrini Biləsuvar rayon Mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada Nəzrinə baxan həkim onun öldüyünü bildirmişdir. Təqsirləndirilən şəxsnı əvvəllər görməmiş, tanımamış, onunla qohumluq münasibəti yoxdur, ədavəti və düşmənçiliyi olmamışdır. X23 tam sağlam uşaq olmuş, onda heç bir xəstəlik olmamış və hər hansı bir xəstəlikdən əziyyət çəkməmişdir. Nərgiz onları aldadıb arxayın salmışdır ki, uşağın ayağı düzələcək, onda heç bir problem yoxdur. Ona inandıqları üçün həmin vaxt Nəzrini xəstəxanaya aparmamış və heç bir həkimə göstərməmişdir. 06 sentyabr 2024-cü il tarixdə və 07 sentyabr 2024-cü il tarixdə qızı Nəzrini sınıqçı Təqsirləndirilən şəxsnın yaşadığı evə əri Emin Qubadlı ilə birlikdə aparmış, həmin tarixlərdə Nərgiz qızı Nəzrini masaj edərək onun bütün bədən üzvlərinə əlləriylə təzyiq göstərib sıxmış, dartmış, buraraq ağrılar yetirmiş, 07 sentyabr 2024-cü il tarixdə masaj otağında sınıqçı Nərgiz uşağı onun gözü önündə ilkin olaraq masaj stolunun üstündə və sonra qucağında masaj edərək Nəzrinin bütün bədən üzvlərinə əlləriylə təzyiq göstərib sıxmış, dartmış, buraraq ağrılar yetirmiş, qayınanası Şahid3 nəvəsi Nəzrini Nərgizin yaşadığı evə aparmamış və həmin evdə olmamışdır. Nəzrin ölümünə səbəb Biləsuvar rayonu, Bəydili kəndində yaşayan hamı tərəfindən sınıqçı kimi tanınan Təqsirləndirilən şəxsnın yaşadığı evdə 06 sentyabr 2024-cü il tarixdə və 07 sentyabr 2024-cü il tarixdə Nəzrini masaj etmək adı ilə onun bütün bədən üzvlərinə əlləriylə təzyiq edərək sıxması, dartması, buraraq ağrılar yetirməsi nəticəsində həmin ağrıların şokundan Nəzrin Nərgizin evində ölmüşdür. Onun ölümündə günahkar şəxs hamı tərəfindən sınıqçı kimi tanınan və fəaliyyət göstərən Təqsirləndirilən şəxsdır. Şahid4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yaşayır. 2002-ci ildən Azərbaycan Respublikası Fövqəladə Hallar nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin Biləsuvar rayon Yanğından mühafizə hissəsində manqa komandiri vəzifəsində işləyir. X15 qonşusudur. 06 sentyabr 2024-cü tarixdə saat 09 radələrində Emin Qubadlı mobil telefonuna zəng edərək azyaşlı övladı X12 rayonu, Bəydili kəndinə yaşayan xalq təbabəti ilə məşğul olan, sınıq və çıxıq müalicə edən şəxsin yanına masaja aparmaq istədiyini və dost kimi öz avtomobili ilə onu aparmasını bildirmişdir. Həmin vaxt hazırlaşmış və saat 10 radələrində Emini, həyat yoldaşı Məryəmi və azyaşlı övladı Nəzrini Eminin xahişi ilə öz avtomobili ilə Biləsuvar rayonu Bəydili kəndinə el arasında sınıqçı kimi tanınan və fəaliyyət göstərən Nərgiz adlı qadının evinə aparmışdır. Həmin evə saat 10:30 radələrində çatmışlar. Həmin vaxt avtomobili Nərgiz adlı sınıqçının həyətinin giriş darvazasının qarşısında saxlamış və Emin həyat yoldaşı Məryəmlə birlikdə Nəzrini sınıqçı kimi fəaliyyət göstərən Nərgiz adlı qadının evinə aparmışlar. Özü isə evin girişində darvazanın yanında Emingili gözləmişdir. Onların evindən Nəzrinin qışqıraraq ağladığını eşitmiş, həmin vaxt körpə uca səslə hönkür-hönkür ağlayaraq qışqırmışdır. Lakin evin içərisində nə baş verdiyini bilmədiyinə görə Nəzrinin hansı səbəbdən qışqıraraq ağladığını bilməmişdir. Bundan təxminən 20-25 dəqiqə sonra Emin Məryəmlə birlikdə Nəzrini avtomobilə gətirmiş və onlar avtomobilə əyləşəndən sonra Emini ailəsi ilə birlikdə yaşadığı ünvana aparmışdır. Həmin vaxt Nəzrin avtomobildə ağlamağa davam etdiyinə görə Emindən uşağın niyə ağladığını soruşmuş, Emin cavabında ona bildirmişdir ki, sınıqçı Nərgiz uşağın ayağını və belini masaj etdiyi üçün uşaq qışqıraraq ağlayır. 07 sentyabr 2024-cü il tarixdə saat 08 radələrində Emin yenidən ona zəng edərək bildirmişdir ki, qızı Nəzrini sınıqçı kimi fəaliyyət göstərən qadın masaj edəndən sonra ağrıyır, gecə səhərədək yatmayıb, ağlayır, uşağı həmin sınıqçıya aparmaq lazımdır, bizi yenidən həmin ünvana apar. Həmin vaxt Eminə təklif etmişdir ki, sınıqçı masajından sonra uşağın ağrıları artmışsa və ağrıları davam edirsə onu xalq təbabəti ilə məşğul olan, sınıq və çıxıqları müalicə edən şəxsin yanına deyil xəstəxanaya həkimə aparaq. Lakin Emin cavabında bildirmişdir ki, sınıqçı Nərgiz ona söz verib ki, uşağı masajla sağaldacaq. Bundan sonra eyni qaydada öz avtomobili ilə Emini, arvadı Məryəmi və uşağı Nəzrini Biləsuvar rayonu, Bəydili kəndində yaşayan Nərgizin evinə aparmış, həmin vaxt yol boyu körpə Nəzrin ağlayaraq zarımış susmamışdır. Həmin ünvana çatandan sonra Emin Məryəmlə birlikdə avtomobildən yerə enmiş və Məryəm qucağında Nəzrinlə sınıqçının həyətinə daxil olmuşdur. Həmin vaxt özü həyətin giriş darvazasının qarşısında saxladığı avtomobildə əyləşmiş və bundan sonra Emində geri qayıdaraq avtomobilə əyləşmişdir. Həmin vaxt onlar avtomobildə həyətin giriş darvazasının qarşısında çöl hissədə gözləmişlər. Məryəm Nəzrinlə birlikdə həmin evdə təxminən 10-15 dəqiqə qalmış və həmin ərəfədə Nəzrin yenə uca səslə qışqıraraq ağlamışdır. Bu səsləri Emində eşitmiş və qızının qışqırıb ağlamasına dözməyərək avtomobildən yerə enib həyətə daxil olmuşdur. Bundan bir neçə dəqiqə sonra Məryəmin qışqıraraq “öldü, öldü” dediyinin səsini və evin həyətində başqa qadının “uşağı xəstəxanaya aparın” dediyini eşitmişdir. Dərhal həyətin giriş darvazasının üzərində olan piyada girişi üçün nəzərdə tutulmuş qapını açıb həyətə daxil olarkən bu vaxt Eminin Nəzrini qucağında küçəyə çıxartmaq istədiyini, körpə Nəzrinin huşunun özündə olmadığını, boğazının başını saxlamadığını, başının arxaya gedib rənginin avazıdığının, gözlərinin qatlanıb dodaqlarının göyərdiyini görmüşdür. Bunu görən kimi qışqıraraq su gətirmələrini istəmiş və tanımadığı qadın evdən su gətirəndən sonra Nəzrinin üzünə bədəninə su vurmuşdur. Lakin uşaq ayılmamış onun öldüyünü görmüşdür. Lakin ümid etmişdir ki, bəlkə Nəzrin yaşayar və həmin vaxt onun ölməsini valideyinlərinə deyə bilmədiyi üçün idarə etdiyi avtomobillə Nəzrini atası və anası ilə birlikdə Biləsuvar rayon Mərkəzi xəstəxanasının X25 bölməsinə aparmışlar. Orada həkimlər Nəzrinə baxan kimi onun öldüyünü bildirmişlər. Nəzrin Qubadlı gözü önündə böyümüş, sağlam uşaq olmuş, hadisə baş verən günədək həmin uşaqda hər hansı bir problem və xəstəliyin olduğunu müşahidə etməmiş, həmçinin əvvəllər Emin qızı Nəzrini onunla heç vaxt heç bir xəstəxanaya və həkimə aparmamışdır. Əgər Nəzrinin hər hansı bir problemi olsaydı və hər hansı bir xəstəlikdən əziyyət çəksəydi bu barədə məlumatı olardı. Çünki onlarla yaxın qonşudur və Eminlə dostluq münasibətləri var Şahid2 ifadəsində göstərmişdir ki, oğlu Emin Qubadlı ailəsi ilə birlikdə onlarla yaşayır. 01 sentyabr 2024-cü il tarixdə axşam saatlarında nəvəsi Nəzrinin sol ayağı topuq hissədən evin giriş pilləkənində burxulmuş və bundan sonra Nəzrininin ayağı ara sıra gücə salanda ağradığı üçün oğlu Emin Qubadlı arvadı Şahid1 ilə birlikdə Nəzrini Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışlar. Həmin vaxt Nəzrin rentgen müayinəsi olunmuşdur. Həmin müayinədən sonra məlum olmuşdur ki, uşaqda heç bir sınıq və çıxıq yoxdur. Bundan sonra onlar Nəzrini evə gətirmişlər, həmin ərəfədə Nəzrinin sol ayağı arasıra, axsamağa davam etmiş, lakin Nəzrinin ayağında şiş və ya hər hansı ödem olmamışdır. Bu səbəbdən Nəzirnə heç bir dərman verməmişlər, Sonradan düşünmüşlər ki, Nəzrinin ayağında damar- damarın üzərinə çıxar və ya hər hansı problem yaranar. Bunu müəyyən etməkdən ötrü nəvəsi Nəzrin Qubadlını sınıqçıya, yəni xalq təbabəti ilə məşğul olan sınıq və çıxıqları müalicə edən həkim olmayan şəxsə aparmaq qərarına gəlmişlər. Bunun üçün oğlu Emin öyrənmişdir ki, Biləsuvar rayonu Bəydili kəndində Nərgiz adlı sınıqçı kimi tanınan qadın evində fəaliyyət göstərir. Bu səbəbdən 06 sentyabr 2024-cü il tarixdə Emin arvadı Şahid1 ilə birlikdə Nəzrini Biləsuvar rayonu Bəydili kəndində yaşayan hamı tərəfindən sınıqçı kimi tanınan Təqsirləndirilən şəxsnın yanına onun yaşadığı ünvana aparmışlar. Onlar evə qayıdandan sonra Nəzrinin çox narahat olduğunu görmüşlər və Emindən sınıqçı Nərgizin uşağa nə etdiyini soruşduqda Emin cavabında bildirmişdir ki, sınıqçı Təqsirləndirilən şəxs Nəzrinin bütün bədən nahiyəsini təxminən 15-20 dəqiqə masaj etmiş və bildirmişdir ki, uşağı on iki gün masaja onun yanına aparmalıdırlar. Həmin gün axşam saatlarınadək Nəzrin çox narahat olduğu üçün arvadı Məlahət Nərgizə zəng edərək ona bildirmişdir ki, uşağı sizin yanınızdan gətirən vaxtdan Nəzrin çox narahatdır. Nərgiz də telefonda Məlahətə demişdir ki, masajdandır, ilkin belə olacaq və sonra getgedə düzələcək. Həmin gün axşamdan Nəzrin heç bir şey yeməmiş və səhrə kimi yatmamışdır. Səhər saat 08:30 radələrində arvadı Məlahət nəvəsi Nəzrini yerindən qaldırmaq istəyən zaman onun qalxa bilmədiyini və ayaqlarının tutmadığını görmüş,dərhal Nərgizə zəng edərək ona bildirmişdir ki, sən uşağa nə etmisən Nəzrin yeriyə bilmir. Nərgiz telefonda Məlahətə bildirmişdir ki, belə olmalıdır, masajdan sonra bütün ağrılar aşağı dolub, uşağı gətirin yenidən masaj edim və bir saata sağaldım verim sizə. Bundan sonra oğlu Emin arvadı Məryəmlə birlikdə 07 sentyabr 2024-cü il tarixdə Nəzrini yenidən sınıqçı kimi tanınan Nərgizin evinə Bəydili kəndinə aparmışlar. Onlar evdən çıxan ərəfədə o da evdən çıxaraq yaxınlıqda olan çayxanaya getmiş və bundan təxminən 30-35 dəqiqə sonra Emin mobil telefonuna zəng edərək Nərgizin uşağı masaj edən zaman Nəzrinin onun əlində dünyasını dəyişdiyini və Biləsuvar rayon mərkəzi xəstəxanasına getdiklərini bildirmişdir. Valideyinləri uşağı Biləsuvar rayon mərkəzi xəstəxanasına apardıqları üçün o, da dərhal xəstəxanaya getmiş və xəstəxanada həkimlər bildirmişlər ki, uşaq xəstəxanaya gətiriləndə yaşamırdı, onda heç bir hərəkət yox idi, uşaq ölü olmuşdur. Nəzrin tam sağlam uşaq olmuş, onda heç bir xəstəlik olmamış və hər hansı bir xəstəlikdən əziyyət çəkməmişdir. Həmin ərəfədə Nəzrinin hər hansı bir yerində elədə güclü ağrılar olmadığından, həmçinin uşaqdır, bütün uşaqlar tez-tez yıxılıb-qalxır, hər zamankı kimi Nəzrinin yıxılıb-qalxdığını düşünərək həmin gün Nəzrini Biləsuvar rayon xəstəxanasına aparmamışlar və heç bir həkim tərəfindən müayinə edilməmişdir. Nəzrininin ayağı ara sıra gücə salanda ağradığı üçün 02 sentyabr 2024-cü il tarixdə oğlu Emin onu həyat yoldaşı Şahid1 ilə birlikdə Biləsuvar rayon Mərkəzi xəstəxanasına rentgen müayinəsinə aparmışlar, rentgen həkimi uşağın belini və ayağını rentgen müayinəsi edib heç bir sınıq, çıxıq və hər hansı görünən problem olmadığını, uşağın tam sağlam olduğunu bildirmiş, lakin sonradan düşünmüşlər ki, Nəzrində birdən damar- damarın üzərinə çıxar və ya hər hansı problem yaranar. Bunu müəyyən etməkdən ötrü Nəzrini sınıqçıya, yəni xalq təbabəti ilə məşğul olub sınıq və çıxıqları müalicə edən həkim olmayan şəxsə aparıb göstərmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxsnı əvvəldən tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Nərgiz onları aldadıb arxayın salmışdır ki, uşağın ayağı düzələcək, onda heç bir problem yoxdur. Bu səbəbdən Nəzrini xəstəxanaya aparmamışlar və heç bir həkimə göstərməmişlər. X17 ölümünə səbəb Biləsuvar rayonu, Bəydili kəndində yaşayan hamı tərəfindən sınıqçı kimi tanınan Təqsirləndirilən şəxsnın yaşadığı evdə Nəzrini masaj etmək adı ilə onun bütün bədən üzvlərinə əlləriylə təzyiq edərək sıxması, dartması, buraraq ağrılar yetirməsi nəticəsində həmin ağrıların şokundan uşaq həmin evdə ölmüşdür. Onun ölümündə günahkar şəxs sınıqçı kimi tanınan Təqsirləndirilən şəxsdır. Şahid3, əri Şahid2la oxşar məzmunda ifadə verərək göstərmişdir ki, nəvəsi Nəzrin Qubadlı tam sağlam uşaq olmuş, onda heç bir xəstəlik olmamış və hər hansı bir xəstəlikdən əziyyət çəkməmişdir. Həmin ərəfədə Nəzrinin hər hansı bir yerində elədə güclü ağrılar olmadığından, həmçinin uşaqdır, bütün uşaqlar tez-tez yıxılıb-qalxır, hər zamankı kimi Nəzrinin yıxılıb-qalxdığını düşünərək həmin gün Nəzrini Biləsuvar rayon xəstəxanasına aparmamışlar və heç bir həkim tərəfindən müayinə edilməmişdir. Nəzrininin ayağı ara sıra gücə salanda ağradığı üçün 02 sentyabr 2024-cü il tarixdə oğlu Emin onu həyat yoldaşı Şahid1 ilə birlikdə Biləsuvar rayon Mərkəzi xəstəxanasına rentgen müayinəsinə aparmışlar, rentgen həkimi uşağın belini və ayağını rentgen müayinəsi edib heç bir sınıq, çıxıq və hər hansı görünən problem olmadığını, uşağın tam sağlam olduğunu bildirmiş, lakin sonradan düşünmüşlər ki, Nəzrində birdən damar- damarın üzərinə çıxar və ya hər hansı problem yaranar. Bunu müəyyən etməkdən ötrü Nəzrini sınıqçıya, yəni xalq təbabəti ilə məşğul olub sınıq və çıxıqları müalicə edən həkim olmayan şəxsə aparıb göstərmək qərarına gəlmişlər. Sınıqçı Nərgiz onları aldadıb arxayın salmışdır ki, uşağın ayağı düzələcək, onda heç bir problem yoxdur. Bu səbəbdən Nəzrini xəstəxanaya aparmamışlar və heç bir həkimə göstərməmişlər. Təqsirləndirilən şəxsnı əvvəldən tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Nərgizin yaşadığı evə heç vaxt getməmiş və nəvəsi Nəzrini onun evinə aparmamışdır. 06 sentyabr 2024-cü il tarixdə və 07 sentyabr 2024-cü il tarixdə Nəzrini sınıqçı kimi tanınan Təqsirləndirilən şəxsnın yaşadığı evə oğlu Emin Qubadlı arvadı Məryamla birlikdə qonşuları Simranın idarə etdiyi avtomobillə aparmışlar. X17 ölümünə səbəb Biləsuvar rayonu, Bəydili kəndində yaşayan hamı tərəfindən sınıqçı kimi tanınan Təqsirləndirilən şəxsnın yaşadığı evdə Nəzrini masaj etmək adı ilə onun bütün bədən üzvlərinə əlləriylə təzyiq edərək sıxması, dartması, buraraq ağrılar yetirməsi nəticəsində həmin ağrıların şokundan uşaq həmin evdə ölmüşdür. Onun ölümündə günahkar şəxs Təqsirləndirilən şəxsdır. Şahid X16 ifadəsində göstərmişdir ki, 2021-ci ildən Biləsuvar Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin təcili tibbi yardım bölməsində bölmə müdiri vəzifəsində işləyir. X8 və Şahid1 əvvəllər tanımamış, həmçinin onların övladı mərhum Nəzrin Qubadlını əvvəllər müayinə etməmişdir. 07 sentyabr 2024-cü il tarixdə iş yerində olan zaman Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım bölməsinə bir qadın qucağında huşsuz vəziyyətdə uşaqla daxil olmuş və həmin vaxt uşağı müayinə edərkən onda heç bir həyat əlamətlərinin (ürək fəaliyyətinin, tənəffüsün və nəbzin) olmadığı məlum olmuşdur. Həmin vaxt uşağı xəstəxanaya gətirən və onun valideyinləri olduğunu qeyd edən şəxslərə uşağın artıq dünyasını dəyişdiyini bildirmiş və onlardan uşağı hazırda hardan gətirdiklərini, həmçinin son günlərdə onda hansı problemlərin olduğunu soruşmuşdur. Həmin vaxt uşağı xəstəxanaya gətirənlər onun yaxınları atası, anası və nənəsi bildirmişlər ki, uşağı bir gün əvvəl və həmin gün Biləsuvar rayonu, Bəydili kəndində yaşayan el arasında sınıqçı kimi tanınan Nərgiz adlı qadının yanına aparmışlar. Sınıqçı kimi tanınan Nərgiz adlı qadın bundan bir gün əvvəl və həmin gün yaşadığı evdə uşağı masaj etmiş, lakin həmin gün masaj edərkən Nəzrin Qubadlı özündən getdiyi üçün dərhal onu avtomobilə qoyaraq xəstəxanaya gətirmişlər. Şahid6 ifadəsində göstərmişdir ki, 1994-cü ildə Azərbaycan Tibb Universitetini bitirmiş və 1996-cı ildən Azərbaycan Respublikası Məhkəmə Tibbi Ekspertizasının və PA birliyinin Cəlilabad rayon şöbəsinin rəisi vəzifəsində işləyir. 07 sentyabr 2024-cü il tarixdə Biləsuvar rayon prokurorunun böyük köməkçisi Həmid Hüseynovun qərarı əsasında mərhum azyaşlı X10 meytinin xarici və daxili müayinəsini aparmış və 01 oktyabr 2024-cü il tarixli 15 nömrəli rəy vermişdir. Azyaşlı mərhum X10 meyidinin 07 sentyabr 2024-cü il tarixdə tərəfindən xarici və daxili müayinə edilən zaman müəyyən edilmişdir ki, onun ölümünə səbəb Nəzrin Qubadlının aşağı ətraflarına və bədən səthinə göstərilən güclü təzyiqlər (dartmalar, burmalar, sıxmalar və.s) nəticəsində yaranmış ağrı şoku olmuşdur. Sınıqçı kimi tanınan və faəliyyət göstərən Təqsirləndirilən şəxs tərəfindən azyaşlı Nəzrin Qubadlının bədən səthinə 06 sentyabr 2024-cü il tarixdə təzyiqlər göstərilsə də onun ölümünə səbəb konkret olaraq 07 sentyabr 2024-cü il tarixdə göstərilən təzyiqlər olmuşdur. Nəzrin Qubadlının meyidinin xarici və daxili müayinəsindən, həmçinin məhkəmə histoloji müayinənin cavabından görünür ki, onun bədən səthinə 07 sentyabr 2024-cü il tarixdə təzyiqlər (dartmalar, burmalar, sıxmalar və.s) olduğundan Nəzrin ağrı şokundan ölmüşdür. İ̇ş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” publik hüquqi şəxs “Biləsuvar Rayon Mərkəzi Xəstaxanası” publik hüquqi şəxsinin 24 sentyabr 2024-cü il tarixli məktuba əsasən Biləsuvar şəhəri, H.Əliyev küçəsində yaşayan 11 noyabr 2022-ci il təvəllüdlü X1 RMX-sı Publik hüquqi şəxsinə 18 aprel 2024-cü il tarixdə “Qarının beldən aşağı hissəsinin və çanağın səthi travması” diaqnozu, 02 sentyabr 2024-cü il tarixdə “diaqnozu olmayan şəxslərin digər xüsusi baxış müayinəsi, bud çanaq oynağının rentgenoqrafiyas, anadangəlmə yastıpəncəlik” diaqnozu və 07 sentyabr 2024-cü il tarixdə “T79.4 - Travmatik şok” diaqnozu ilə müraciət etmişdir. (cild 1, i.v. 38) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsinin 07 sentyabr 2024-cü il tarixli 15 nömrəli rəyindən görünür ki, 2022-ci il təvəllüdlü mərhum X10 ölümünə qərarın təsviri hissəsində göstərilmiş vaxtda və şəraitdə yəni 07 sentyabr 2024-cü il tarixdə onun bədən səthinə göstərilən təzyiqlər (dartmalar, burmalar, sıxmalar və.s) nəticəsində yaranmış ağrı şok səbəb olmuşdur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa “ağır” zərər vurma əlamətlərinə malikdir. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 3-6 saat əvvəl baş vermişdir. Meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. (cild 1, i.v. 39-43) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 19 noyabr 2024-cü il tarixli 3314 nömrəli rəyindən görünür ki, X7 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir, ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir, emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxsda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X7 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxsnın hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsininnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxsnın idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilməklə, adaptivlik. ünsiyyətçillik, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s. kimi fərdi - psixi xüsusiyyətlərə malikdir, cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur, törətdiyi cinayət əməlini tam etiraf etmədiyindən onun psixoloji motivini müəyyən etmək mümkün olmamışdır, onun fərdi-psix xüsusiyyətlərində yalan danışmağa meyillilik əlamətləri müəyyən edilmir, lakin o, situasiyanı öz xeyrinə yönəltmək məqsədilə yalan danışa bilər. (cild 2, i.v. 57-60) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 16 noyabr 2024-cü il tarixli 295 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan xx xxxxxxx 1961-ci il təvəllüdlü X3 Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında qeydiyyatı yoxdur. (cild 1, i.v. 111) Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” publik hüquqi şəxs “Biləsuvar Rayon Mərkəzi Xəstaxanası” publik hüquqi şəxsinin 20 noyabr 2024-cü il tarixli 18-1-30/3-3095/2024 nömrəli məktubundan görünür ki, X7 “Biləsuvar Rayon Mərkəzi Xəstaxanası” publik hüquqi şəxsdə ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatı yoxdur. (cild 1, i.v. 170) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Lənkəran şəhər Psixiatriya xəstəxanası” publik hüquqi şəxsinin 19 noyabr 2024-cü il tarixli, 773 saylı məktubundan görünür ki, X7 həmin xəstəxanada qeydiyyatda deyil. (cild 1, i.v. 172) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 23 noyabr 2024-cü il tarixli, 14176 nömrəli məktubundan görünür ki, X7 arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır. (cild 1, i.v. 178) nıraltubüS“ qiymətləndirilməsi haqqında” 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X4 elan edilmiş ittihama əlavələr edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş yeni məzmunlu ittiham elan olunması məqsədəmüvafiq hesab edilmiş, təqsirləndirilən şəxs X7 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1, 126.1 və 126.3-cü maddələri ilə cinayət işi başlanması rədd edilmiş, 06 sentyabr 2024-cü il tarixdə evində müayinə edərkən uşağın belinə, qıçına təzyiqlər etmədiyi, ayağını və bədənin hər hansı nahiyəsini möhkəm dartmadığı, həmin gün yalnız uşağın ayağını yüngül masaj etdiyi, 07 sentyabr 2024-cü il tarixdə azyaşlı Nəzrini masaj etmədiyi, bədəninin hər hansı hissəsinə təzyiqlər göstərmədiyi, yalnız nənəsinin qucağında müayinə etdiyini göstərməsi hissəsində özünü müdafiə kimi qəbul edilməsi, məhkəmə-tibb ekspertizasının 01 oktyabr 2024-cü il tarixli 15 nömrəli və kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 19 noyabr 2024-cü il tarixli 3314 nömrəli rəyləri, işdə olan zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (cild 2, i.v. 112-128) Biləsuvar Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli 4(022)-60/2024 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs X7 barəsində 2 ay müddətində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. (cild 2, i.v. 22-28) “Polis nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 dekabr 2024-cü il tarixdə qeyd edilən qətimkan tədbiri seçilmişdir. (cild 2, i.v. 81-82) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmış 22 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, X7 cinayət məsuliyyətinə cəlb olunmamışdır, məhkumluğu olmamışdır. (cild 2, i.v. 49) Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 63.1-ci maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İ̇nsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının: 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır; 55.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir; 55.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır; 124.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan adam öldürmə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadəsi, keçirilmiş məhkəmə ekspertizalarının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, X3 əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs X3 yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X4 təyin edilən cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X3 cinayət əməlini azyaşlı şəxsə qarşı törədilməsi məhkəmə tərəfindən onun cəzasını ağırlaşdıran hal hesab olunur. X4 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxsya yalnız müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də təqsirləndirilən şəxs - X7 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxsnın barəsində Biləsuvar Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli 4(022)-60/2024 saylı qərarı ilə 2 ay müddətində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın “ev dustaqlığı” qətimkan tədbiri qismində saxlamanın 02 (iki) ay müddəti həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesabı ilə hesablanmalı və ona təyin olunmuş cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək X3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X15 təqsirləndirilən şəxsə qarşı cinayət nəticəsində vurulmuş maddi zərər görə 20.000 (iyirmi min) manat və mənəvi zərərə görə 30.000 (otuz min) manat pul vəsaitinin ona ödənilməsi barədə məhkəmə icraatının gedişində mülki iddia ərizəsi vermişdir. Məhkəmə iclasında mülki iddiaçı iddianın təmin edilməsini xahiş etmiş, təqsirləndirilən şəxs və onun müdafiəçisi isə məhkəmənin iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı proses iştirakçılarını dinləyib, mülki iddiaya dair ərizəni, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir; 354.1-ci maddəsinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması əks etdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərara əsasən: Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi olan X15 cinayətin törədilməsi nəticəsində azyaşlı övladını itirərək dərin fiziki, mənəvi iztirablar keçirmiş (hadisədən öncə uşağın gecə ağrılara dözməyərəq ağlaması, hadisədən sonra azyaşlı övladını xəstəxanaya çatdırarkən keçirdiyi hislər, övlad itkisi), mənəvi sarsıntı unutmamışdır. Bütün bu sadalanan halları nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə mülki iddia qismən təmin edilməli və cinayət nəticəsində vurulmuş mənəvi zərərin əvəzi qismində 10.000 manat məbləğində pul vəsaitinin X2 X6 xeyrinə tutulması ağlabatan və ədalətli meyyar olaraq çıxış edir. Həmçinin məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X15 təqsirləndirilən şəxsə qarşı cinayət nəticəsində vurulmuş maddi zərər görə 20.000 (iyirmi min) manat məbləğində pul tələbi irəli sürsə də, öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.(Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.) Bu səbəbdən məhkəmə hesab edir ki, mülki iddia maddi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44, 197-198, 344-347, 349, 351-353, 356-358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 09 oktyabr 2024-cü il tarixdən 09 dekabr 2024-cü il tarixədək ev dustaqlığında saxlamanın 02 (iki) ay müddəti, həbsdə saxlamanın bir günü kimi azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla, cəmi 02 (iki) il 02 (iki) ay ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. X4 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. X3 cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. X7 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı X15 tərəfindən təqsirləndirilən şəxs X4 qarşı verilmiş mülki iddia qismən təmin edilsin. X2 mülki iddiaçı X9 vurulmuş mənəvi zərərə görə 10 000 (on min) manat məbləğində pul vəsaiti tutulsun. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar