Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-33/2023 01.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Əlibaba oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 11 ay, 26 gün azadlığın məhdudlaşdılması cəzasına məhkum edilmiş, təyin edilmiş cəzasından 04 ay, 07 gün hissəsini çəkmiş, xx.xx.2022-ci il tarixə çəkilməmiş 01 il 07 ay 19 gün cəzası qalmış, Biləsuvar şəhəri, H.Əliyev küçəsi, PMK-19 qəsəbəsi, ev 10, mənzil 14-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 05 noyabr 2022-ci il tarixdə Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə 03 noyabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədilə 20 oktyabr 2022-ci il tarixdə saat 23:40 radələrində X5 məxsus, ünvan 2 ünvanında yerləşən, tanışı Şahid2 kirayə yaşadığı evdə qonaq olan Zərərçəkmiş şəxs həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə sonuncunun əlində olan 150 (bir yüz əlli) manat dəyərində “Xiaomi” markalı, “Redmi 9C” modelli, **********13873 və **********13881 İMEİ kodlu, üzərində 15 (on beş) manat dəyərində ***-***-**-** saylı mobil nömrənin olduğu mobil telefonu və 12 (on iki) manat pulunu açıq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 177 (bir yüz yetmiş yeddi) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Biləsuvar şəhəri, H.Əliyev küçəsi, PMK-19 qəsəbəsi, ev 10, mənzil 14-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Şahid2 təxminən iki ildir ki tanıyır, onlar qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamışdır. Lakin, son vaxtlar Şahid2 Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən binaların birində İbrahim adlı şəxsin evində qaldığı üçün Nuridəyə yalandan Bakı şəhərinə getdiyini bildirmişdir. Məqsədi isə Nuridəni azyaşlı uşağını məktəbə aparan zaman küçədə görüb söhbət etmək olmuşdur. 19 oktyabr 2022-ci il tarixdə Nuridə ona Fuad adlı şəxsin evini kirayə götürdüyünü bildirmişdir. Buna görə də 20 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Fuada məxsus olan və Nuridənin kirayə yaşadığı evə gedərkən tanışı Orxan Mayılov ona zəng etmiş və harada olmasını soruşmuş, o da Nuridənin yaşadığı evə getdiyini bildirmiş və Orxandan onunla birlikdə həmin evə getməsini xahiş etmişdir. Onlar Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “saat dairəsi”-nin yaxınlığında görüşüb birlikdə Nuridənin yaşadığı evə getmişlər. Nuridənin yaşadığı ünvana çatdıqdan sonra Orxana onu küçədə gözləməsini demiş, özü isə hasarın üstünə çıxaraq həyətə daxil olmuşdur. Nuridənin yaşadığı evin qapısını döyüb qapını açmasını istəmişdir. Nuridə isə qapını açacağını demiş, təxminən 2-3 dəqiqə sonra qapını açmış, o da içəri daxil olmuşdur. Evə daxil olan zaman Nuridənin evində Biləsuvar rayon sakini kimi tanıdığı İbrahim adlı şəxsin əyləşməsini görmüşdür. Nuridədən İbrahimin evində hansı səbəbdən gəlməsini soruşmuş, Nuridə isə İbrahimə bazarlıq etmək üçün bəzi şeylər tapşırdığını, buna görə də alıb evinə gətirdiyini bildirmişdir. İbrahimdən üstündə nə olmasını soruşan zaman İbrahim də əynindəki şalvarın cibindən 9 (doqquz) manat pulu çıxarıb stolun üstünə qoymuşdur. Həmin vaxt İbrahimin mobil telefonu stolun üstündə olmuşdur. İbrahim pulu stolun üzərinə qoyduqdan sonra qorxusundan evdən çıxıb qaçmışdır. O da stolun üstündə olan 9 manat pulu və “Redmi-9” markalı mobil telefonu götürüb özündə saxlamışdır. Təxminən 8 gündən sonra o. stolun üzərinə İbrahimin qoyduğu Redmi markalı mobil telefonu götürüb tanışı Elşən adlı şəxsin avtomobilində söhbət edərkən həmin mobil telefonu avtomobilin içərisinə qoymuş və telefonun maşında qalmasını istəmişdir. Elşən ondan telefonun kimə məxsus olmasını soruşmamış və telefonun avtomobildə qalmasına heç bir etiraz etməmişdir. Sonradan həmin mobil telefonu İbrahimə qaytarmağa heç bir təşəbbüs göstərməmişdir. Sonradan isə polis əməkdaşları tərəfindən Biləsuvar RPŞ-nə gətirilərkən Zərərçəkmiş şəxs onun barəsində soyğunçuluq edərək mobil tetefonunu və pulunu ələ keçirməsi barəsində şikayət etməsini bilmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərçəkmiş şəxslə barışaraq ona dəymiş zərəri ödədiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olmaqla yaşayır. Biləsuvar SSİ-də ekskovatorçu işləyir. Şahid2 təxminən bir il yarımdır ki, tanıyır. Belə ki, təxminən 1 il yarım bundan əvvəl Şahid2 hal-hazırda adını xatırlamadığı Biləsuvar rayon sakini olan qadın tanış etmişdir. 2021-ci ilin yay aylarında Nuridə, həmin qadın, bibisi oğlu Mahmud və o, Masallı rayonunda yerləşən istirahət mərkəzlərindən birinə istirahət etmək üçün getmişlər. Həmin vaxtdan da Nuridə ilə tanışlığı yaranmışdır. Şahid2 ilə bir neçə dəfə Biləsuvar rayonu ərazisində müxtəlif yerlərdə görüşmüş və cinsi əlaqədə olmuşlar. Nuridə ilə görüşən zaman müxtəlif məbləğlərdə ona 30, 40 bəzən isə 50 manat pul vermişdir. 2021-ci ilin oktyabr ayında Nuridə mobil telefon nömrəsini dəyişdiyi üçün onunla əlaqələri kəsilmişdir. Təqsirləndirilən şəxs isə əvvəllər görməmiş, heç bir tanışlığı, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. 20 oktyabr 2022-ci il tarixdə saat 15-16 radələrində tanımadığı bir mobil nömrədən ona zəng gəlməsini görmüş, lakin zəng edən şəxsin işlə bağlı zəng etməsini fikirləşdiyi üçün zəngə cavab verməmişdir. Həmin mobil nömrədən ona SMS göndərilmiş, SMS-ə baxarkən “İbrahim həmişəki kimi telefonu açmırsan, mənəm Nuridə telefonu aç” sözlərinin yazılmasını görmüşdür. Buna görə də Nuridəyə zəng etmiş və danışan zaman onu yaşadığı evə qonaq çağırmışdır. O da həmin gün saat 20 radələrində Biləsuvar rayonu, Səmədabad kəndində idarə etdiyi ekskavatoru kanalın kənarında saxlayıb Biləsuvar şəhərinə gəlmişdir. Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Aran” marketdən bazarlıq etmiş, həmçinin rayon ərazisində yerləşən qril mağazasından qril, yəni bişmiş toyuq alıb Nuridə ilə əlaqə saxlamışdır. Nuridə ona kirayə yaşadığı evin yerləşdiyi yeri izah etmişdir. O da həmin istiqamətdə getmiş, Nuridə onu küçədə qarşılamış və birlikdə yaşadığı evə getmişlər. Nuridənin yaşadığı evdə Nuridə və azyaşlı oğlu ilə birlikdə əyləşib yemək yeməyə başlamışlar. Təxminən 20 dəqiqə sonra evin pəncərəsindən insan kölgəsi görmüş, buna görə də Nuridəyə həyətdə kiminsə gəzməsini demişdir. Nuridə də pəncərəyə tərəf gedib həyətə baxmaq istəyərkən bir şəxs pəncərəni möhkəm şəkildə döyərək evin qapısını açmasını tələb etmişdir. Nuridə əvvəlcə qapını açmaq istəməsə də, lakin sonradan həmin şəxsin səs-küy salmasından, pəncərəni sındırmasından qorxduğu üçün evin qapısını açmışdır. Həmin şəxs qapıdan içəri daxil olan kimi Nuridənin üzərinə hücum edərək “qapını niyə açmırsan” sözlərini demişdir. Sonra həmin şəxs onunla tutaşaraq “şərəfsiz nə gəzirsən burada sözlərini” demiş, onun sağ əlində olan “Redmi NOTE-9” markalı mobil telefonu tutub almışdır. Daha sonra isə Nuridədən xəyanət etməsinin səbəbini soruşmuşdur. Sonra ona qışqıraraq “üzərində nəyin vardır tez ol ver” sözlərini demişdir. O da qorxduğu üçün cibində olan 12 (on iki) manat pulu çıxarıb həmin şəxsə vermişdir. Həmin vaxt adını sonradan bildiyi Orxan adlı şəxs daxil olub onun Namiq tərəfindən döyülməsini və pulunun məcburi şəkildə alınmasını görmüşdür. Buna görə də Orxan Namiqi belindən tutub kənara çəkmiş, Namiqə “ayıb deyil sənə, qaytar pulu” sözlərini demiş, ona isə əli ilə işarə edərək evdən çıxmağa şərait yaratmışdır. O, evdən çıxaraq oradan uzaqlaşmaq istəmiş, lakin həyət qapısı bağlı olduğu üçün hasarın üzərinə çıxıb küçəyə çıxarkən Orxan ona hasarın üzərinə çıxamağına da köməklik göstərmişdir. O, Orxana mobil telefonunun Namiqdə qalmasını bildirmişdir. Orxan adlı şəxs isə “sabah telefonu sənə çatdırar” sözlərini demişdir. O, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Aran” marketin qarşısına gedərək həmkəndlisi Mənsim adlı şəxsin idarə etdiyi «VAZ-2106 » markah avtomobillə Əsgərabad kəndində yerləşən yaşadığı evə getmişdir. Bu hadisədən iki gün keçməsinə baxmayaraq Namiq onun mobil telefonunu və pulunu qaytarmamışdır. O da məcbur olub Biləsuvar rayonunda yerləşən telefon mağazalarının birindən mobil telefon almışdır. Həmçinin “Azercell” mağazasından ***-***-**-** saylı mobil nömrənin dublikatını çıxartdırmışdır. Şahid2 qardaşı Nurlan adlı şəxsin onunla birlikdə Biləsuvar SSİ-də işləməsinə görə əvvəlcə baş vermiş hadisə ilə bağlı şikayət etmək istəməmişdir. Lakin sonradan Nuridənin yaşadığı evdə onun mobil telefonunu və pulunu almış şəxsin pul və telefonu geri qaytarmamasını görüb 03 noyabr 2022-ci il tarixdə bununla bağlı Biləsuvar RPŞ-nə ərizə ilə müraciət etmişdir. Sonradan həmin şəxsin Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs olmasını bilmişdir. Təqsirləndirilən şəxs ona qarşı soyğunçuluq edərək pulunu və mobil telefonunu ələ keçirməsini Şahid2, həmçinin Namiqin onu döymək istəməsi zaman yaranmış səs-küyü eşidən, adını Biləsuvar RPŞ-də bildiyi Orxan adlı şəxs görmüşdür. Hadisə zamanı Təqsirləndirilən şəxs yanında olan adını sonradan bildiyi Orxan adlı şəxs ona qarşı heç bir qanunsuz hərəkət etməmiş, əksinə Təqsirləndirilən şəxs onu döyməsinin qarşısını almış və Nuridənin yaşadığı evdən çıxıb getməsinə köməklik göstərmişdir. Təqsirləndirilən şəxs ondan soyğunçuluq yolu ilə ələ keçirdiyi Redmi Note-9 markalı mobil telefonu təxminən 1 il bundan əvvəl Biləsuvar rayonunda yerləşən telefon mağazalarının birindən kreditlə 350 (üç yüz əlli) manata almışdır. Hadisə baş verən vaxtda həmin mobil telefon təxminən 100 (bir yüz) manat dəyərində olmuşdur. Təqsirləndirilən şəxs ona qarşı soyğunçuluq etməsi nəticəsində ona ümumilikdə təxminən 112 (bir yüz on iki) manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, onunla barışıq əldə edərək ona dəymiş zərəri ödədiyini bildirərək Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 180.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Çaylı kəndində qeydiyyatda olsa da, lakin faktiki olaraq Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən evlərin birində kirayə yaşayır. Təqsirləndirilən şəxs ilə təxminən 2 ildir ki, qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayırlar. Zərərçəkmiş şəxs da təxminən 2 ildir ki, tanıyır. Biləsuvar rayonunda yerləşən marketlərdən birindən təsadüfən tanış olmuş, tanış olarkən İbrahimin mobil telefon nömrəsini götürmüşdür. İbrahimlə Masallı rayonunda yerləşən istirahət mərkəzlərinin birində görüşmüşdür. İbrahimin ona maddi köməkliyi də olmuşdur. Lakin, sonradan mobil telefon nömrəsini dəyişdiyi üçün İbrahimlə əlaqələri kəsilmişdir. Sonradan Təqsirləndirilən şəxslə tanış olmuş və birlikdə yaşamağa başlamışdır. O, 2022-ci ilin oktyabr ayının ortalarına qədər Biləsuvar şəhəri, PMK-19 ünvanında yerləşən evdə Təqsirləndirilən şəxslə birlikdə yaşamışdır. Lakin 2022-ci ilin oktyabr ayında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Fuad adlı şəxsə məxsus olan evi kirayə götürmüş və hər ay Fuada 200 (iki yüz) manat kirayə haqqı verməyə razılaşmışdır. Lakin, pulu az olduğu üçün Fuada ilkin 100 manat pul vermiş, qalan 100 manatı isə sonradan verməyə razılaşmışlar. Fuadın evini kirayə tutmasını Təqsirləndirilən şəxs demiş, Namiq də evin harada yerləşdiyini bilmişdir. Lakin, Namiq həmin evə getməmişdir. 20 oktyabr 2022-ci il tarixdə saat 15-16 radələrində Zərərçəkmiş şəxs mobil telefonuna zəng etmiş, İbrahim onun mobil nömrəsini bilmədiyi üçün zəngə cavab verməmişdir. Buna görə də ona SMS yazaraq Nuridə olduğunu bildirmişdir. Bundan sonra İbrahim ona zəng etmiş, danışan zaman harada olmasını soruşmuşdur. İbrahim işdə olmasını demişdir. İbrahimi yaşadığı evə qonaq çağırmış, İbrahim də işi bitdikdən sonra gələcəyini bildirmişdir. Həmin gün saat 21 radələrində Zərərçəkmiş şəxs onun kirayə yaşadığı evə qonaq getmiş, o, evin həyət darvazasını kilidlə bağlamışdır. Evinə qonaq gələn zaman İbrahim spirtli içki və yemək almışdır. İbrahimlə yemək yeyən zaman spirtli içki içmişlər. Birlikdə yemək yeyən zaman evin qapısının döyülməsini eşitmiş, qapını döyən şəxs Namiq olmasını bildirmiş və qapını açmasını istəmişdir. O, qapını açmaq üçün getmiş, qapıya çatana qədər Namiq evin pəncərəsini döymüşdür. O, tez qapını açmışdır ki, Namiq əsəbləşib pəncərəni sındırmasın. Qapını açdıqdan sonra Namiq evə daxil olmuş və İbrahimin evdə olmasını görmüşdür. O, qapını bağlamaq istəyən zaman Namiq İbrahimin olduğu otağa keçmiş, buna görə Namiqin İbrahimə “çıx get buradan” sözlərini deməsini eşitmişdir. Bu səbəbdən də həyacanlandığı üçün qapını bağlaya bilməmiş və evin pilləkənində yerə oturmuşdur. Namiqin səs-küy salmasını eşidən onun qohumu Orxan adlı şəxs də həmin evə gəlmiş və Namiqin İbrahimlə mübahisə etdiyi otağa keçmişdir. Orxanın Namiqə “səs-küy salma qonşu-baca eşidib narahat olacaq” sözlərini deməsini və sakitləşdirmək istəməsini eşitmişdir. Təxminən 1-2 dəqiqə sonra Orxan İbrahimlə birlikdə evdən çıxıb getmişdir. Evə daxil olduqdan sonra Namiq onunla hər hansı mübahisə etməmiş və həmin gecə onunla birlikdə kirayə tutduğu evdə qalmışdır. 03 noyabr 2022-ci il tarixdə isə İbrahimin Namiq barəsində şikayət etməsini bilmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı istintaqa yalan ifadə vermişdir. Belə ki, İbrahim onunla yemək yeyən zaman Təqsirləndirilən şəxs evin qapısını döyərək açmasını istəmiş, o, qapını açmağa gedənə qədər Namiq evin pəncərəsini döymüş, lakin pəncərəni sındırmamışdır. Həmçinin, Namiq evə daxil olduqdan sonra sillə ilə onun sifətindən vurmamışdır. Təqsirləndirilən şəxs İbrahimi sillə ilə vurmasını, əlində olan mobil telefonu və cibində olan pulunu məcburi şəkildə almasını görməmiş, bu barədə İbrahim və Namiq də ona heç bir məlumat verməmişdir. Şahid1 küçədə olan zaman Namiqin səs-küy salmasını eşidib yaşadığı evə gəlməsini, İbrahimlə Namiqin arasında mübahisə yarandığı otağa keçib Namiqi sakitləşdirməsini və İbrahimi özü ilə aparmasını isə görmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bibisi nəvəsidir. Şahid2 əvvəllər görməmiş, heç bir tanışlığı yoxdur. Zərərçəkmiş şəxs da tanımamışdır. 20 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhərindən Biləsuvar rayonuna gəlmişdir. Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Saat dairəsi” deyilən yerdə Təqsirləndirilən şəxslə təsadüfən rastlaşmışdır. Namiqlə görüşdükdən sonra Namiq ondan birlikdə yaxınlıqda yerləşən bir yerə getməsini xahiş etmişdir. O da Təqsirləndirilən şəxslə birlikdə getmişdir. Təxminən 5-6 dəqiqə sonra Namiq onun tanımadığı bir şəxsin yaşadığı evin qarşısına çatdıqdan sonra həyət darvazasını döymüş, lakin qapı bağlı olduğu üçün hasarın üzərinə çıxıb həyətə tullanmış, ondan isə küçədə gözləməsini istəmişdir. Bir qədər sonra Namiqin daxil olduğu evin həyətindən pəncərənin qapnın döyülməsi səsinin, həmçinin Namiqin qışqırmasını eşitmişdir. Buna görə də hasardan aşıb həyətə daxil olmuş, daha sonra isə evin qapısının açıq olduğunu görüb evə keçmişdir. Həmin evdə Namiqin tanımadığı bir kişi ilə tutaşdığını görmüşdür. Bu səbəbdən də Təqsirləndirilən şəxs yaxınlaşıb onu tutub kənara çəkmişdir. Həmin şəxsdən isə evdən çıxıb getməsini istəmişdir. Həmin şəxs evdən çıxdıqdan sonra arxasınca getmişdir. Həmin şəxs həyət darvazasının bağlı olmasını görüb həyətdən çıxa bilməmiş, buna görə də ona çatan zaman mobil telefonunun alınmasını bildirmişdir. O, həmin şəxsə izah etmişdir ki, telefonu sabah gəlib alarsan, indi qayıtsan səninlə yenə dava edib xəsarət yetirə bilər. Həmin şəxs də ona qulaq asmış, o, hasarın üzərinə çıxmağına köməklik etmişdir. Bundan sonra Namiqin olduğu ünvandan çıxıb yaşadığı evə getmişdir. Sonradan isə həmin şəxsin Namiq barəsində şikayət etməsini bilmişdir. Biləsuvar RPŞ-nə izahatının alınması üçün dəvət edilən zaman isə Namiqin pulunu ələ keçirdiyi şəxsin Biləsuvar rayon sakini Zərərçəkmiş şəxs olmasını bilmişdir. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs adını sonradan bildiyi Zərərçəkmiş şəxs döyməsini və əlindən “Redmi” markalı mobil telefonu almasını görməmişdir. Təqsirləndirilən şəxslə birlikdə Zərərçəkmiş şəxs qarşı soyğunçuluq etmək üçün razılaşmamış, Namiq soyğunşçuluq yolu ilə əldə etdiyi puldan ona verməmiş, mobil telefonu hara aparmasından və ya kimə verməsindən onun heç bir məlumatı da olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. 03 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon məhkəməsinin qarşısında saxlanılaraq polis şöbəsinə aparılmasını eşitmişdir. Buna görə də polis şöbəsinə gəlmiş və orada Namiqin İbrahim adlı şəxsin mobil telefonunu almasına görə İbrahimin bu barədə şikayət etməsi səbəbindən Namiqin saxlanılaraq polis şöbəsinə gətirilməsini öyrənmişdir. Daha sonra Təqsirləndirilən şəxs dostu Elşən adlı şəxslə əlaqə saxlayıb Namiqin İbrahim adlı şəxsin telefonunu ələ keçirilməsinə görə şikayət etməsini bildirmişdir. Elşən də telefonun özündə olmasını bildirmişir. Lakin, Elşən Bakı şəhərində olduğu üçün telefonu gedib yaşadığı evdən götürməsini istəmişdir. O da Elşənin yaşadığı evə gedərək bir ədəd “Redmi NOTE-9” markalı mobil telefonu Elşənin ailə üzvlərindən alıb Biləsuvar RPŞ-nə gətirmiş və istintaqa təqdim etmişdir. Lakin Təqsirləndirilən şəxs həmin mobil telefonu İbrahim adlı şəxsdən nə vaxt, harada, hansı üsulla əldə etməsini görməmişdir. İş materiallarında olan 07 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi ilə Təqsirləndirilən şəxs ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün həmin şəxslər arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərini tam təsdiq edərək Təqsirləndirilən şəxs üzünə 20 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən, tanışı Şahid2 yaşadığı evdə ona qarşı soyğunçuluq edərək bir ədəd mobil telefonunu və 12 (on iki) manat pulunu ələ keçirməsini demişdir. Aparılmış araşdlrma zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolu, könüllü təqdim edilmiş əşyaya baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə protokol, tanınmaya təqdim etmə barədə protokol, üzləşdirmə protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 19\1268 nömrəli rəyi, Biləsuvar rayon KN telekomdan daxil olmuş 139-32225-1222 saylı məktub, ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 3272 nömrəli rəyi, məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 392 nömrəli rəyi və eləcə də işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 389 №-li rəyində göstərilmişdir ki, Şahid2 bədəni üzərində hər hansı xəsarət müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 392 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı xəsarət müəyyən edilməmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin X2 daxil olmuş 15 dekabr 2022-ci il tarixli 19/1268 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd qara rəngli, “Xiaomi” markalı, “Redmi 9C” model, 64 GB yaddaş tutumlu mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarlarm olmamasını, istifadədə olduğunu və digər xüsusiyyətlərini nəzərə alınmaqla 2022-ci ilin oktyabr ayına olan orta bazar qiymətinin 150,0 manat olması müəyyən edilmişdir. İşdən görünür ki, “Xiaomi” markalı, “Redmi 9C” model, 64 GB yaddaş tutumlu mobil telefonun 17 dekabr 2022-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tamnaraq sahibi Zərərçəkmiş şəxs geri qaytarılmışdır. Biləsuvar rayon KN telekomdan daxil olmuş xx.xx.2022-ci il tarixli, 139-32225-1222 saylı məktubda göstərilmişdir ki, “Azercell” mobil operatorlarına məxsus olan ***-***-**-** saylı mobil nömrənin xx.xx.2022-ci il tarixə olan satış qiyməti 15 (on beş) manat olmuşdur. İş materiallarında olan Biləsuvar RMX-dan daxil olmuş xx.xx.2022-ci il tarixli 2745 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs RMX-nın X1 kabinetində ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 3272 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik qeyd olunmadığından psixi müalicəyə ehtiyacı yoxdur, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətinin dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. İş materiallarında olan DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Əliyev X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMııin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 11 ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Biləsuvar rayon İcra və probasiya Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli xx-xx/2022 nömrəli məktubda göstərilmişdir ki, Əliyev X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 11 ay, 26 gün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. xx.xx.2022-ci il tarixə kimi Təqsirləndirilən şəxs həmin cəzasından 04 ay, 07 gün hissəsini çəkmişdir. Onun xx.xx.2022-ci il tarixə çəkilməmiş cəzası 01 il, 07 ay, 19 gün təşkil edir. Məhkum Təqsirləndirilən şəxs yeni cinayət törətdiyi üçün Biləsuvar Rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan mərum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məkumluqlar nəzərə alınmır. Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlərdən görünür ki, o, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2712 nömrəli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Həmin medalın Təqsirləndirilən şəxs verilməsi barədə №-1-13614 nömrəli sənədin surəti cinayət işinin istintaqı materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlərdən görünür ki o, Vətən müharibəsi iştirakçısı və müharibə veteranı olduğu üçün hər ay 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Təqsirləndirilən şəxs həmin təqaüdü alması barədə Azərbaycan Respublikası ƏƏSMN-dən verilmiş **********551 nömrəli arayış cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olmasını, onun Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2712 nömrəli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsini, Vətən müharibəsi iştirakçısı və müharibə veteranı olduğu üçün hər ay 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müstəsna hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkmular, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx.xx.2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Avropa İnsan Hüquqları Məhkəməsi isə özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə həmçinin izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. CM-in 5.1-ci maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.2-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmuyu və hökmlərin məcmuyu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. CM-in 62.1 və 62.2-ci maddələrinin tələbinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza təyin edə bilər. Cəzanı yüngülləşdiriən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olmasını, onun Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2712 nömrəli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi, Vətən müharibəsi iştirakçısı və müharibə veteranı olduğu üçün hər ay 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını məhkəmə müstəsna hallar kimi nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 nömrəli qərarında göstərilir ki, “Müstəsna hallar (CM. 62-ci madd.) olduqda məhkəmə CM-in 65.3cü maddəsi ilə nəzərdə tutulmuş qaydaların tətbiq edilməsi barədə qərarını hökmün təsviri-əsaslandırıcı hissəsində CPM-in 353.2-ci maddəsinə müvafiq surətdə əsaslandırmalıdır. Bu halda hökmün nəticə hissəsində yalnız CM-in 62-ci maddəsinə istinad edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edir və CM-in 62-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə CM-in 180.2.4 maddəsində müəyyən edilən azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü təyin edilməsini mümkün sayır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 180.2.4 maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: CM-in 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər: CM-in 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Habelə məhkəmə belə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş materiallarından görünür ki, Əliyev X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 11 ay, 26 gün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. xx.xx.2022-ci il tarixə kimi Təqsirləndirilən şəxs həmin cəzasından 04 ay, 07 gün hissəsini çəkmişdir. Onun xx.xx.2022-ci il tarixə çəkilməmiş cəzası 01 il, 07 ay, 19 gün təşkil edir. Məhkum Təqsirləndirilən şəxs yeni cinayət törətdiyi üçün Biləsuvar Rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixindən 01 mart 2023-cü il tarixinədək, yəni 03 (üç) ay 28 (iyirmi səkkiz) gün həbsdə saxlanılma müddəti, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) günə 02 (iki) gün hesabı ilə 07 (yeddi) ay 26 (iyirmi altı) gün hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbsdən azad edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №1(022)-33/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-33/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver