Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-33/2025 13.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs, 14 avqust 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətlərində olan, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerlşən 112 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdə, saat 22 radələrində, sərxoş halda Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən «Oba Market» məhdud məsuliyyətli cəmiyyətinin binasında, insanların çoxluq təşkil etdiyi yerdə, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyüb təhqir edərək, bir neçə dəfə baş, boyun və sifət nahiyələrindən yumruq zərbələri ilə vurmaqla, Zərərçəkmiş şəxs sol qulaqarxası nahiyədə hematoma və boyun nahiyəsində sıyrıq ilə nəticələnmiş və zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, 15-20 dəqiqə ərzində ətrafda olan vətəndaşların narahatlığına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək, göstərdi ki, o, ailəsi ilə birlikdə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerlşən 112 nömrəli evdə qeydiyyatda olmaqla yaşayır, faktiki nikah münasibətindədir və himayəsində 1 uşağı var. O, rəsmi olaraq heç bir yerdə işləməsə də, fəhləlik etməklə ailəsinin dolanışığını təmin edir. O, Zərərçəkmiş şəxs satıcı kimi tanımış və sonuncu ilə aralarında düşmənçilik və ya ədavət olmamışdır. O, 14 yanvar 2025-ci il tarixdə, axşam saatlarında, dostları ilə yemək yeyərək, spirtli içkilər qəbul etdikdən sonra, siqaret almaq məqsədi ilə yaşadığı evin qarşısında yerləşən «Oba Market»ə getmiş və 1 ədəd “Keno” markalı siqaret almışdır. O, sonradan fikrini dəyişmiş və aldığı tütün məmulatını qaytarıb, başqa markalı siqaret almağa qərar vermişdir. Aldığı siqareti dəyişdirmək istədiyini dedikdən sonra satıcı Zərərçəkmiş şəxs müdiriyyətin satılan malları geri qaytarmağa və ya dəyişdirməyə icazə vermədiyini bildirərək, həmin tütün məmulatını qaytarmaqdan imtina etmişdir. O, həmin vaxt sərxoş olduğuna görə zərərçəkmiş şəxsin sözlərindən hiddətlənmişdir. Buna görə də o, anidən Zərərçəkmiş şəxs tutuaraq, kassa aparatının arxasından çıxarmış və həmin şəxsi küncə salmışdır. O, Zərərçəkmiş şəxs baş, boyun və sifət nahiyələrinə bir neçə dəfə yumruq zərbələri endirmiş və sonuncunu boyun nahiyəsindən tutaraq sıxmışdır. Həmçinin həmin vaxt o, zərərçəkmiş şəxsi yumruqlamaqla yanaşı, sonuncunu söyərək təhqir etmişdir. Həmin vaxt marketdə olan digər müştərilər onu ayıraraq, Zərərçəkmiş şəxs uzaqlaşdırmışlar. Baş vermiş hadisə təxminən 10-15 dəqiqə davam etmiş və hadisəni mağazada olan insanlar görmüşdür. O, ayıldıqdan sonra törətdiyi əmələ görə peşman olmuş və özündən kiçik şəxsi döydüyünə görə utanmışdır. Buna görə də o, əməlindən peşmançılıq hissi keçirdiyi üçün zərərçəkmiş şəxsdən üzr istəmiş, həmin şəxslə barışıq əldə etmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsdən üzr istəyərək, sonuncu ilə barışıq əldə etdiyini nəzərə alaraq, barəsində ədalətli cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, o, Biləsuvar rayonu, Bəydili kəndi, V.Qasımov küçəsində yerləşən 7 nömrəli evdə ailə üzvləri ilə birlikdə yaşayır. o, «Oba Market»də satıcı-kassir vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs müştəri kimi tanımış və sonuncu ilə aralarında düşmənçilik və ya ədavət olmamışdır. 14 yanvar 2025-ci il tarixdə, saat 22 radələrində o, növbətçi olduğu vaxt Təqsirləndirilən şəxs mağazaya gələrək, 1 ədəd “Keno” markalı siqaret almışdır. Lakin həmin şəxs aldığı əmtəənin pulunu verdikdən sonra həmin predmeti dəyişdirmək istədiyini ona bildirmişdir. O, Təqsirləndirilən şəxs müdiriyyətin satılan malları geri qaytarmağa və ya dəyişdirməyə icazə vermədiyini bildirərək, həmin tütün məmulatını qaytarmaqdan imtina etmişdir. Bundan sonra həmin şəxs onu söyməyə başlamış və əli ilə dartaraq, kassa aparatının arxasından çıxarmış və küncə qısnamışdır. Həmin yerdə Təqsirləndirilən şəxs onun baş, boyun və sifət nahiyələrindən bir neçə dəfə yumruqla vuraraq, onu döymüşdür. Həmçinin sonradan da həmin şəxs onun ünvanına nalayiq ifadələr işlədərək, onu təhqir etmişdir. Həmin vaxt marketdə onun iş yoldaşı Şahid1 və bir neçə nəfər müştəri də olmuşdur. Bundan sonra o, atasına zəng edərək, Təqsirləndirilən şəxs onu döyməsi barədə valideynlərinə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəllmiş və onları Biləsuvar rayon polis şöbəsinə aparmışdır. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş və hadisəni iş yoldaşı Şahid1 və mağazaya gəlmiş müştərilər görmüşdür. Sonradan Təqsirləndirilən şəxs və valideynləri ondan üzr istəmiş, onunla barışıq əldə etmişdir. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ondan üzr istəyərək, onunla barışığa nail olduğunu bildirərək, sonuncu barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, «Oba Market»də satıcı-kassir vəzifəsində çalışır və Zərərçəkmiş şəxs onun iş yoldaşıdır. 14 yanvar 2025-ci il tarixdə, saat 22 radələrində onlar işdə olduqları vaxt müştəri kimi tanıdıqları Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs mağazaya gələrək, 1 ədəd “Keno” markalı siqaret almış və Zərərçəkmiş şəxs həmin malı kassadan keçirərək, satmışdır. Lakin Təqsirləndirilən şəxs sonradan aldığı tütün məmulatını dəyişdirmək istədiyini Zərərçəkmiş şəxs bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müdiriyyətin satılan malları geri qaytarmağa və ya dəyişdirməyə icazə vermədiyini bildirərək, həmin tütün məmulatını qaytarmaqdan imtina etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs söyməyə başlamış və əli ilə dartaraq, sonuncunu kassa aparatının arxasından çıxarmış və küncə salmış və orada sıxmışdır. O, hHəmin yerdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansısa nahiyələrindən vurduğunu görməmişdir. Baş vermiş mübahisə təxminən 15 dəqiqə davam etmiş və mağzaya gəlmiş müştərilər də hadisəni görmüşlər. Daha sonra isə hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilmişdir. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur və sonuncu «Oba Market»də satıcı işləyir. 14 yanvar 2025-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs ona zəng vuraraq, iş yerində Təqsirləndirilən şəxs adlı şəxsin onu döyməsi barədə məlumat vermişdir. O, dərhal Zərərçəkmiş şəxs iş yerinə getmiş və həmin şəxsin artıq Biləsuvar rayon polis şöbəsinə aparıldığını müəyyən etmişdir. İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi barədə 15 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən «Oba Market» məhdud məsuliyyətli cəmiyyətinin binasıdır. Hadisə yerini Zərərçəkmiş şəxs təqdim etmişdir. Baxış nəticəsində hadisə yerindən təhlükəsizlik kameraları görüntüləri götürülmüşdür. Hadisə yerində maddi sübut və ya sübuti əhəmiyyətə malik başqa əşya götürülməmişdir. Cinayət işi materiallarında olan canlı şəxsin ekspertizasının 15 yanvar 2025-ci il tarixli, 16 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol qulaqarxası nahiyədə hematoma və boyun nahiyəsində sıyrıq müəyyən edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 14 yanvar 2025-ci il tarixə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlərdən olduğu üçün dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan videogörüntüyə baxış keçirilməsi barədə 22 yanvar 2025-ci il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən «Oba Market» məhdud məsuliyyətli cəmiyyətinin binasında heç bir əsaslı səbəb olmadan, sərxoş halda Zərərçəkmiş şəxs ilə mübahisə edərək, sonuncunun ünvanına nalayiq ifadələr işlətmiş, Zərərçəkmiş şəxs xəsarətlər yetirmiş və bir neçə dəqiqə sonra hadisə yerində olan insanların köməyi ilə sakitləşdirilmişdir. Həmin görüntülər Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən «Oba Market» məhdud məsuliyyətli cəmiyyətinin binasında quraşdırılmış təhlükəsizlik kameraları vasitəsilə qeyd edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, şəxsi münasibətlər zəminində başlanılmış hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxsun yaşadığı yer üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum edilməməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində 1 azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-33/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-33/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver