Məhkəmə qərarları › İş №1(022)-34/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-34/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-34/2023 01.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhtçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Əlibaba oğlunun, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1987-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, Biləsuvar rayonunun Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 185.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs orta dərəcəl sərxoşluq vəziyyətində talama məqsədi olmadan xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən A.Usubov adına uşaq bağçasınır qarşısında saxlanılmış Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus, həmin kənd sakini Şahid2 Tarverd oğlunun etibarnamə ilə idarə etdiyi 1986-cı il istehsalı, tünd bej rəngli, sedan tipli “VAZ-2106 minik” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibinin razılığı olmadan idarə edib müəyyən yol qət edərək Biləsuvar rayonu Xırmandalı kənd İnzibati Ərazi Dairəs üzrə Nümayəndəliyinin inzibati binasının qarşısında saxlamaqla talama məqsədi olmadar nəqliyyat vasitəsini ələ keçirmə (qaçırma) cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 29 dekabr 2022-ci il tarixdə yaşadığı evdə spirtli içki, yəni araq içmişdir. Evdə tək yeyib-içdikdən sonra kənd ərazisinə çıxmışdır. Xırmandalı kəndinin mərkəzində yerləşən baxçanın yanından keçən zaman yolun kənarında “VAZ-2106” markalı avtomobilin dayanmasını görmüşdür. O, avtomobilin qapısının açıq olduğunu görmüş və avtomobilə əyləşmişdir. Avtomobilin açarı üzərində olduğu üçün mühərrikini işə salmış və hərəkətə başlamışdır. O, avtomobil ilə Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən “Lukoil” YDM-nin yaxınlığında yerləşən dairədən dönərək təkrar kənd ərazisinə qayıtmışdır. Daha sonra yaşadığı evin yerləşdiyi küçəyə getmiş və oradan da təkrar avtomobili götürdüyü baxçanın yanına qayıtmışdır. O, avtomobili yolun kənarında işlək vəziyyətdə saxlamış və avtomobildən düşərək oradan uzaqlaşmışdır. O, avtomobili sərxoş vəziyyətdə olduğu üçün sahibindən icazə almadan sürmək məqsədilə qaçırmışdır. O, avtomobildən heç bir əşya və predmet oğurlamamışdır. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, “VAZ-2106” markalı **-BC-*** dövləl qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili xx.xx.2019cu ildə qardaşı oğlu Şahid2 etibarnamə ilə vermişdir. 29 dekabr 2022-ci il tarixdə saat 11 radələrində qardaşı oğlu Şahid2 ona zəng edərək etibarnamə ilə ona verdiyi avtomobilin Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən A.Usubov adına uşaq bağçasının qarşısında saxlayaraq baxçaya getməsini, bir qədər sonra geri qayıdan zaman avtomobilin saxladığı yerdə olmamasını aşkar etmişdir. Yaxınlıqda dayanmış Fərid adlı şəxsdən soruşan zaman sonuncu avtomobili Vüsal adlı kənd sakinin minərək sürüb getməsini demişdir. Süleyman kənd ərazisində avtomobili axtarsa da tapa bilməmişdir. Bu səbəbdən Biləsuvar rayon polis şöbəsinə müraciət etmişdir. Bir qədər sonra avtomobili Biləsuvar rayon Xırmandalı kənd İnzibati Dairəsi üzrə nümayəndəliyinin inzibati binasının qarşısında saxlanmış vəziyyətdə aşkar etmişlər. Hazırda ona məxsus avtomobil işlək vəziyyətdədir, heç bir nasazlığı yoxdur. Ona məxsus avtomobildən heç bir əşya və predmet oğurlanmamışdır. Təqsirləndirilən şəxs sonradan ondan üzr istəyib, dəymiş ziyanı aradan qaldırmış və onunla barışığa nail olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 13 noyabr 2019-cu il tarixdə əmisi Zərərçəkmiş şəxs ona verdiyi özünə məxsus “VAZ-2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. Nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Həmin avtomobil ilə təsərrüfat işləri ilə məşğul olur. 29 dekabr 2022-ci tarixdə avtomobili ilə Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən A.Usubov adına uşaq bağçasının qarşısına gəlmişdir. O,avtomobili yolun hərəkət hissəsindən kənarda saxlamışdır. Avtomobili söndürərək aşağı düşmüşdür. Bu zaman avtomobilin açarı üzərində qalmışdır. O, avtomobildən düşdükdən sonra bağçaya girmişdir. Orada bağçanın müdirəsi ilə söhbət etdikdən sonra avtomobilinə əyləşmək üçün yola qayıtmışdır. Bu zaman o, avtomobilin saxladığı yerdə olmadığını görmüşdür. Həmin vaxt o tez yaxınlıqda yerləşən marketə yaxınlaşmışdır. Marketin qarşısında dayanmış kənd sakini Şahid1 adlı şəxs ona avtomobilinin kənd sakini Vüsal adlı şəxs tərəfindən qaçırılmasını demişdir. O dərhal avtomobilin sahibi olan əmisi Zərərçəkmiş şəxs məlumat vermişdir. O, kənd ərazisində avtomobili tapa bilmədiyi üçün Biləsuvar rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində növbətçi hissəyə yaxınlaşaraq hadisə barədə məlumat vermişdir. O, polis əməkdaşları ilə avtomobilin qaçırıldığı ərazidə axtaran zaman avtomobilin Biləsuvar rayon Xırmandalı kənd İnzibati Dairəsi üzrə nümayəndəliyinin inzibati binasının qarşısında saxlanmış vəziyyətdə aşkar etmişdir. Onun idarə etdiyi avtomobili qaçıran Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir düşmənçilik və ədavəti olmamışdır. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi və barəsində ittiham irəli sürülmüş şəxsi və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 185.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin xx.xx.2023-cü il tarixli 19/56 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1986-cı il buraxılışlı, açıqqəhvəyi rəngli, “VAZ-2106” markalı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə hadisə baş verən tarixə, yəni 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 3800,00 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Biləsuvar rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə 01 il islah işləri cəzası, Biləsuvar rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 177.2.3 və 69.4-cü maddələri ilə cərimə cəzası tətbiq olunmuş və Biləsuvar rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Məhkumluğu yoxdur. İş materiallarında olan Biləsuvar MRX-dan alınmış xx.xx.2023-cü il tarixli 26 nömrəli məktubda göstərilmişdir ki, Biləsuvar rayonu Xırmandalı kəndində yaşayan Orucov X2 MRX-nın Poliklinika şöbəsində Nevroloji kabinetində ruhi-əsəb xəstəliyi üzrə dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan Biləsuvar RMX-dan alınmış 571 nömrəli xx.xx.2022-ci il tarixli "X1 Müayinəsi" aktında Təqsirləndirilən şəxs qeyd edilən tarixdə orta dərəcəli sərxoş olması qeyd olunmuşdur. Törətdiyi əməldən səmimi peşman olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və himayəsində 3 azyaşlı (X6-2009, X7-2010 və X5-2012) uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, habelə cinayətin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, yaxud onun islah olunması ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı çəkmədən də mümkündür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 185.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar