Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-34/2025 02.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-ci ildə Xaçmaz rayonu, Şollar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, boşanmış, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz rayonu, Susayqışlaq kəndində qeydiyyatda olmaqla, Xaçmaz rayonu, Xudat şəhəri, Yeni qəsəbəsində yaşayan, barəsində 29 noyabr 2024-cü il tarixli qərarla “polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda -0,959 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 27 noyabr 2024-cü il tarixdə saat 23:44 dəqiqədə Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsində yerləşən “Turist-5” kafesinin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq üzərinə yoxlama keçirilərkən əynindəki gödəkçənin sol yan cibindən bir ədəd sellofana bükülmüş xeyli miqdarda, təmiz çəkisi -0,959 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Susayqışlaqda qeydiyyatda olmaqla, Xudat şəhəri, Yeni qəsəbədə ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 3 aydır ki, narkotik vasitələrdən istifadə edir, lakin bununla bağlı məhkumluğu olmamışdır. Xaçmaz şəhərində fəhləlik edərək ailəsini dolandırır və evlidir. 26 noyabr 2024-cü il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman yerdən bir ədəd bükülü tapmış və içərisinə baxmışdır. Bükülüyə baxan zaman içərisində psixotrop maddə metamfetamin olmasını bilmiş, buna görə də həmin psixotrop maddə metamfetamindən daha sonra istifadə etmək məqsədi ilə bükülünü cibinə qoymuşdur. Bu barədə də heç kimə məlumat verməmişdir. 2020-ci ildə işğaldan azad oldunmuş Qarabağ zonasına fəhləlik etmək üçün həmin ərazilərə getmək istəmişdir. Buna görə də 27 noyabr 2024-cü il tarixdə Qarabağ zonasına getməyin yollarını öyrənmişdir. Ona Qarabağ zonasına Xudat rayonundan birbaşa gedən taksi olmadığını demişlər, buna görə də 27 noyabr 2024-cü il tarixdə saat 18 radələrində taksi ilə Xudat şəhərindən Biləsuvar şəhərinə gəlmişdir. Xudat şəhərindən Biləsuvar şəhərinə gəlməyi təxminən 4-5 saat vaxt aparmışdır. Biləsuvar rayonuna ilk dəfə gəldiyi üçün yaxşı tanımamış, buna görə də tanımadığı küçələrin birində işğaldan azad olunmuş ərazilərə getmək üçün taksi axtaran zaman polis əməkdaşları ona videoçəkiliş aparmaqla yaxınlaşıb, saxlamışlar. Daha sonra özlərini təqdim etdikdən sonra ona hüquqularını izah edib üzərinə baxış keçirmək istədiklərini demişlər. O da üzərində 26 noyabr 2024-cü il tarixdə Xudat şəhərində yaşadığı evin yaxınlığından tapdığı içərisində metamfetamin olan bükülünü əynindəki gödəkçənin sol yan cibindən çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi bir ədəd bükülü elektron tərəzidə çəkildikdən sonra açılıb baxılmışdır. Polis əməkdaşları həmin bükülünün içərisində metamfetminə bənzər maddə olmasını və elekron tərəzidə çəkilən zaman -1,16 qram olması müəyyən etmişlər. Bundan sonra onu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlayıb Biləsuvar RPŞ-nə gətirmişlər. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da ona öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün Müdafiəçi vəkil kimi dəvət olunmuşdur. Bundan sonra o müdafiəçisinin iştirakı ilə tutulmuşdur. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün saxlamış, lakin istifadə etmək imkanı olmamışdır. Belə ki, onun həmin psixotrop maddə metamfetamini satmaq fikri olmamışdır. Onun ailə üzvlərindən və tanışlarından heç kim psixotrop maddə metamfetamini qəbul etməyi və üzərində daşımağı barədə məlumatları olmamışdır.Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamindən əvvəlcədən istifadə etməmişdir. Saxlanılan zaman ona qarşı heç bir təziq və təsir göstərilməmişdir. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Biləsuvar rayon polis şöbəsinin X3 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı rütbəsindədir. xx.xx.1990-ci təvəllüdlü, Xaçmaz rayonu, Şollar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 27 noyabr 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı RPŞ-nin, X1 baş inspektoru, polis kapitanı X4 və RPŞ-nin TB-nin polis nəfəri, polis baş serjantı X6 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, 27 yanvar 2024-cü il tarixdə, saat 23:44-də Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsində yerləşən Turist 5 kafesinin yaxınlığında Biləsuvar RPŞ-nin X2 baş inspektoru, polis kapitanı X4 tərəfindən «Samsung A32» markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 5 metr aralıda yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 1 (bir) ədəd ağ sellofana bükülmüş bükümdə, ağ rəngli kristal şəkilli psixotrop maddə metafetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı üzərindən bir ədəd “Redmi Note 12” markalı mobil telefon aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Digər əşyalar iş üzrə əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Sonra psixotrop maddə metafetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi -1.16 (bir tam yüzdə on altı) qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmış, imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddə metamfetaminə bənzər kütləni Xaçmaz rayonunda yaşadığı evin yaxınlığından tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Rayon Polis Şöbəsinə gətirilmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protokola 1 (bir) ədəd DVD əlavə olunmuşdur. Qeyd etdikləri barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Ağacəfər Cəfərliyə həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Müdafiəçi dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, həmin vaxt psixotrop maddə metamfetamin bükülü ilə birlikdə çəkdikləri üçün o qədər çəkidə olubdur. Ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıdır. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. İşdə olan Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması barədə 27 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, 27 yanvar 2024-cü il tarixdə, saat 23:44-də Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndində keçən hissəsində yerləşən Turist 5 kafesinin yaxınlığında Biləsuvar RPŞ-nin X2 baş inspektoru, polis kapitanı X4 tərəfindən «Samsung A32» markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 5 metr aralıda yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 1 (bir) ədəd ağ sellofana bükülmüş bükümdə, ağ rəngli kristal şəkilli psixotrop maddə metafetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı üzərindən bir ədəd “Redmi Note 12” markalı mobil telefon aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Digər əşyalar iş üzrə əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Sonra psixotrop maddə metafetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi -1.16 (bir tam yüzdə on altı) qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmış, imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddə metamfetaminə bənzər kütləni Xaçmaz rayonunda yaşadığı evin yaxınlığından tapdığını bildirmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 1(bir) ədəd DVD əlavə olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin X5 28 noyabr 2024-cü il tarixli 19/751 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində " Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükülü..." sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,959 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,959 qram, tədqiqata sərf edildi 0,05, qalıq 0,909 qram. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş -0,959 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı -0,909 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 24 dekabr 2024-cü il tarixli 857 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan Asılılıq Sindromu (Polinarkomoniya Xəstələyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İİ siyahısının 67-ci bəndinə görə metamfetamin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının müddəti başa çatdığından qeydiyyatdan çıxarılıb və məhkumluğu ödənilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 28 noyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2024-cü il tarixdə saat 01:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 noyabr 2024-cü il saat 15:30-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasınını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın 24 dekabr 2024-cü il tarixli, 857 saylı rəyinə əsasən və CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 0,909 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 noyabr 2024-cü il tarixindən 29 noyabr 2024-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi 0,909 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №1(022)-34/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-34/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver