Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-35/2024 23.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 vəkili, Biləsuvar rayon vəkil bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs1, xx xxxx 1970-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Biləsuvar şəhəri, A.Cəlilov küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, və Təqsirləndirilən şəxs2, xx xxxxx 1969-cu il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Biləsuvar şəhəri, A.Cəlilov küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 16 iyul 2023-cü il tarixdə, saat 22 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” şadlıq sarayının “Avropa zalı”nın qarşısında, ictimai yerdə qohumu X1 toy şənliyində musiqi sifarişi ilə bağlı X3 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu şadlıq evinin həyətinə dəvət edərək, orada cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələri, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, mənəviyyat normalarına qarşı saymazlıq etməklə heç bir əsaslı səbəb olmadan S.R.Abbaszadənin üzərinə hücum edib, burun nahiyəsinə bir dəfə yumruqla vuraraq, həmin şəxsə burun nahiyəsində şişkinlik və qançır, burun sümüyü cisminin yerini dəyişməyən sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə, qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuş, daha sonra o, xuliqanlıq hərəkətlərini davam etdirib orada dava-dalaş edənləri ayırmaq istəyən Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan ucadan nalayiq ifadələrlə təhqir edib, sonuncunun üzərinə hücum edərək, alın nahiyyəsinə bir dəfə yumruqla vuraraq alın nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə, qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuş, dava-dalaş yerinə sonradan gələn Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 heç bir əsaslı səbəb olmadan X2 üzərinə hücum edərək sol göz nahiyəsinə bir dəfə yumruqla vurub, həmin şəxsə sol göz yuvası ətrafında və sol qulaq seyvanında qançır və sol gözün ağlı qişasına yayılmış qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə, qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuş, daha sonra Təqsirləndirilən şəxs1 hadisə yerində dava-dalaşı sakitləşdirmək istəyən Zərərçəkmiş şəxs4 heç bir əsaslı səbəb olmadan ucadan nalayiq ifadələrlə təhqir edib, sonuncunun üzərinə hücum edərək alın və burun nahiyələrinə bir neçə dəfə yumruqla vuraraq, həmin şəxsə alın və burun nahiyəsində sıyrıqlarla nəticələnən sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 xuliqanlıq hərəkətlərini davam etdirərək, hadisə yerində dava-dalaşı sakitləşdirmək istəyən Zərərçəkmiş şəxs4 heç bir əsaslı səbəb olmadan ucadan nalayiq ifadələrlə təhqir edib həmin şəxsin üzərinə hücum edərək, qulaq nahiyəsinə bir dəfə yumruqla vurmaqla, həmin şəxsə sol qulaq seyvanın qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, öz hərəkətləri ilə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı bir qrup şəxs halında, təkrarən müqavimət göstərməklə 10-15 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 16 iyul 2023-cü il tarixdə, saat 22 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” şadlıq sarayının “Avropa zalı”nın qarşısında, ictimai yerdə qohumu X1 toy şənliyində qardaşı Təqsirləndirilən şəxs1 musiqi sifarişi ilə bağlı S.R.Abbaszadə ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu Təqsirləndirilən şəxs1 şadlıq sarayının həyətinə dəvət etdiyini görərək, onların arxasınca getmiş və Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 dava-dalaş etmələrini görmüş və dava-dalaşa müdaxilə etməklə sakitləşdirməli olduğu halda, bu hərəkətləri etməyərək, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələri, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq mənəviyyat normalarına qarşı saymazlıq etməklə, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 üzərinə hücum edərək sol göz nahiyəsinə bir dəfə yumruqla vurub, həmin şəxsə sol göz yuvası ətrafında və sol qulaq seyvanında qançır və sol gözün ağlı qişasına yayılmış qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuş, daha sonra Təqsirləndirilən şəxs1 hadisə yerində dava-dalaşı sakitləşdirmək istəyən Zərərçəkmiş şəxs4 heç bir əsaslı səbəb olmadan ucadan nalayiq ifadələrlə təhqir edib, sonuncunun üzərinə hücum edərək alın və burun nahiyələrinə bir neçə dəfə yumruqla vurmaqla, həmin şəxsə alın və burun nahiyəsində sıyrıqlarla nəticələnən, sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 öz xuliqanlıq hərəkətlərini davam etdirərək, hadisə yerində dava-dalaşı sakitləşdirmək istəyən Zərərçəkmiş şəxs4 heç bir əsaslı səbəb olmadan ucadan nalayiq ifadələrlə təhqir edib, sonuncunun üzərinə hücum edərək qulaq nahiyəsinə bir dəfə yumruqla vurmaqla, həmin şəxsə sol qulaq seyvanın qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, öz hərəkətləri ilə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı bir qrup şəxs halında, təkrarən müqavimət göstərməklə 10-15 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona istinad edilən əməlləri törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, o, Zərərçəkmiş şəxs2, həmin şəxsin qardaşı Zərərçəkmiş şəxs3 rayon sakinləri kimi tanımışdır. O, 16 iyul 2023-cü il tarixdə əmisinin nəvəsi T.Q.Kərimzadənin “Zirvə” şadlıq evinin “Avropa zal”ında baş tutan toy məclisində iştirak etmişdir. Belə ki, o, əmisi Şahid3 tərəfindən toya nəzarətçi kimi dəvət edilmiş və toy mərasiminin gedişatına nəzarət edilməsində iştirak etmişdir. O, həmin məclisdə araq içsə də, sərxoş olmamışdır. Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Şahid1 toy şənliyində eyni masa arxasında əyləşmişlər. Həmin şəxslər toy məclisində bir neçə dəfə oynamışlar və o, sonuncuların davranışında müəyyən nöqsanlar müşahidə etmişdir. Sonuncu dəfə o özü və onun atası da həmin şəxslərlə birlikdə rəqs etmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs3 musiqiçilərə mahnı sifarişi verib, təkrarən oynamağa başlamışdır. O isə digər şəxslərin də rəqs etmək istədiyini əsas gətirərək, həmin musiqini yarıda dayandırmışdır. Buna görə də Zərərçəkmiş şəxs3 təkrarən öz yerində əyləşmişdir. Toy məclisində o, ayaqüstdə olduğu vaxt Zərərçəkmiş şəxs3 əyləşdiyi yerdən dəfələrlə ona əl işarəsi verərək, yanına çağırsa da, o da həmin şəxsə oynamaq istəyirsə, gəlib oynaması məzmununda əl işarasi ilə qarşılıq vermişdir. Həmin vaxtdan təxminən bi qədər sonra o, Zərərçəkmiş şəxs3 onu çağırdığına görə həmin şəxsin əyləşdiyi masaya yaxınlaşmış, lakin stol arxasında oturmamışdır. Zərərçəkmiş şəxs3 ona çöldə söhbət etməyi təklif etmiş, o da həmin şəxsin təklifini qəbul edərək, sonunucu ilə birlikdə zalı tərk etmişdir. Onlar şadlıq evinin pilləkəninə çatdıqları vaxt Zərərçəkmiş şəxs3 ona “Sən kişi deyilsən?!, Sən nə “bespantovıy adamsan”” məzmununda aşağılayıcı sözlər demişdir. O da cavab olaraq həmin şəxsə dediklərinin hamısının Zərərçəkmiş şəxs3 atasına aid olduğunu bildirmiş və sonuncunu itələmişdir, lakin həmin şəxs yerə yıxılmamışdır. Bundan sonra isə Zərərçəkmiş şəxs3 ilə eyni masa arxasında əyləşmiş şəxslər onun üzərinə hücum çəkmişlər. Belə ki, Zərərçəkmiş şəxs3 qardaşı Zərərçəkmiş şəxs2 onun sifət nahiyəsinə yumruqla zərbə endirmişdr. Həmin zərbənin təsirindən onun sifətindən qan axamağa başlamışdır. Daha sonra isə dava kütləvi hal almışdır. O, Zərərçəkmiş şəxs2 onu vurduğuna görə yerə yıxılmış və sonradan özünə gələrək ayağa qalxmışdır. Lakin o, Zərərçəkmiş şəxs2 və həmin şəxlə birlikdə eyni masada əyləşən şəxslərə müqavimət göstərə bilməmiş, sonuncular onu təpikləmişlər. Həmin vaxt nə o, Zərərçəkmiş şəxs3 vurmuş, nə də sonuncu onu vurmuşdur, lakin digər şəxsləri onu vurmuşlar. O, dava-dalaş baş verdiyi vaxt heç kəsi konkret olaraq vurmamışdır. O, ayağa qalxaraq pilləkəndən aşağı düşmüş və şadlıq evinin həyətində olan palma ağacının yanına getmişdir. Həmin vaxt qəflətən onun yan tərəfində Zərərçəkmiş şəxs1 peyda olmuş və onu vurmuşdur. O, həmin zərbənin təsirindən özündən getmişdir. Sonradan o, hadisə yerinə Təqsirləndirilən şəxs2 və toy sahibi Şahid3 gəldiyini öyrənsə də, özü həmin şəxsləri görə bilməmişdir. O, şadlıq evinin həyətində olduğu vaxt zaldan çölə onun ailə üzvləri də çıxmışlar və o, uşağının “atam öldü” deyə çığırdığını eşitmişdir. Daha sonra isə arvadı ona toy zalının içərisində qalmış telefonunu gətirib vermişdir. Hadisə yerinə Xanlar Alışov və digər polis nəfərləri gəldikdən sonra isə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və digərləri hadisə yerindən dərhal uzaqlaşmışlar. O, həmin şəxslər getdikləri vaxt, sonuncuların üzərində və ya paltarında heç bir qan görməmişdir. Həmçinin o, həmin şəxslərin kütləvi hal almış mübahisə vaxtı döyüldüklərini və ya xəsarət aldıqlarını görməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 bildirdi ki, Zərərçəkmiş şəxs3 onu çölə dəvət etdiyi vaxt həmin şəxsin qardaşı və dostları onların ardınca gəlməmişlər, əksinə sonucular ondan əvvəl şadlıq zalının foyesində olmuşlar. O hesab edir ki, Zərərçəkmiş şəxs3 və həmin şəxslə eyni masa arxasında əyləşmiş digər tanışları ona qarşı plan quraraq, onu təkləmişlər. Belə ki, Zərərçəkmiş şəxs3 söhbət etmək üçün onu çölə çağırdığı vaxt onun kişi cinsinə mənsub qohumlarının demək olar ki hamısı toy məclisini tərk etmiş, zalda təkcə toy sahibi Şahid3, pul yığan şəxs və qardaşı Təqsirləndirilən şəxs2 qalmışdır. Onun çənəsinin sınmasına səbəb olan zərbəni ona Zərərçəkmiş şəxs1 vurmasa da, baş vermiş dava-dalaş vaxtı Zərərçəkmiş şəxs3 istisna olmaqla, onu hər kəs vurmuşdur. O, mübahisə vaxtı heç kəsi döyməmiş və ya vurmamışdır, Zərərçəkmiş şəxs3 və digərlərinin onun barəsində dedikəri böhtandır. Həmçinin Zərərçəkmiş şəxs2 onu vurduğu vaxt onun qardaşı Təqsirləndirilən şəxs2 hadisə yerində olmamış, həmin yerə sonradan gəlmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı onunla zərərçəkmiş şəxslər arasında barışıq əldə edilmişdir və hazırda onlar arasında normal münasibətlər var, bir-birlərindən şikayətçi deyillər. Sonda, Təqsirləndirilən şəxs1 barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona istinad edilən əməli törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, iş üzrə digər Təqsirləndirilən şəxs1 onun qardaşı, hadisə zamanı xəsarət almış Şahid2 isə onun oğludur. O, 16 iyul 2023-cü il tarixdə əmisinin nəvəsi T.Q.Kərimzadənin “Zirvə” şadlıq evinin “Avropa zal”ında baş tutan toy məclisində iştirak etmişdir. O, toy məclisində ən künc yerdlərdən birində oturmuş və bir dəfə atası və digər qohumları ilə birlikdə rəqs etmişdir. O, Zərərçəkmiş şəxs3, həmin şəxsin qardaşı Zərərçəkmiş şəxs2, həmçinin Zərərçəkmiş şəxs1, Şahid1 və Zərərçəkmiş şəxs4 əvvəllər tanımamış və sonuncularla toy məclisində də qarşılaşmamışdır. Onun Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 sifariş verdiyi mahnını kəsdiyindən məlumatı olmamışdır. O, toy məclisində araq içdiyinə görə sərxoş olmuşdur. Həmin gün axşam saat 22 radələrində o, toy zalında qonaqlarla birlikdə yemək yediyi vaxt toy sahibi Şahid3 ona çöldə dava olduğunu demiş və çölə çıxıb tərəfləri ayırmağını ondan xahiş etmişdir. O, mərasim zalından çölə çıxdığı var pilləkənin aşağı hissəsində oğlu Şahid2 və qardaşı Təqsirləndirilən şəxs1 üzlərinin qan içərisində olduğunu görmüşdür. Lakin o, həmin şəxsləro döyənlərin kim olduğunu görə bilməmşdir. Həmin vaxt qardaşı ona onları döyən şəxslərin qaçdıqları istiqaməti göstərmişdir. O da bundan sonra dərhal həmin istiqamətdə qaçmışdır, lakin həmin şəxslər ağ rəngli taksiyə minərək oradan uzalaşmışlar. O, təxminən 10-15 metr, yəni 2-3 dəqiqə qaçmış və sonradan Şahid3 onu qolundan tutub geri gətirmişdir. O, geri qayıtdığı vaxt şadlıq evinin həyətində ağacın altında Xanlar Alışovu və digər polis əməkdaşlarını görmüşdür. O, həmin vaxtdan məhkəmə iclası keçirilənədək oğlunu və qardaşını döyən şəxslərin heç birini görməmişdir. O, Zərərçəkmiş şəxs2in onun oğlu Şahid2 və qardaşı Təqsirləndirilən şəxs1 vurduğunu hadisə yerinə sonradan gəldiyi üçün görməmişdir. Təqsirləndirilən şəxs1 xəstəxanada olduğu vaxt onları döyən şəxslərin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 olduğunu ona bildirmişdir. O, davada iştirak etmədiyinə görə nə kimsə onu vurmuş, nə də o, kimisə vurmuşdur. Əgər o, dava etmiş olsaydı, zərərçəkmiş şəxslər üçün vəziyyət daha pis olardı. Buna görə də hazırda iş üzrə zərəçəkmiş şəxslər qonşu olduqlarına, birlikdə hərəkət etdiklərinə görə bir-biri ilə razılaşaraq, ona böhtan atırlar. Sonda, Təqsirləndirilən şəxs2 onunla zərərçəkmiş şəxslər arasında barışıq əldə edildiyini nəzərə alaraq, barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxslər R.A.Abbaszadəni, S.A.Abbaszadəni və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 vəkilini, təqsirləndirilən şəxsləri, onların müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs2 məhkəmədə göstərdi ki, o, 16 iyul 2023-cü il tarixdə sinif yoldaşı X1 “Zirvə” şadlıq evinin “Avropa” zalında baş tutan toy məclisinə dəvət edilmiş və həmin toyda qardaşı Zərərçəkmiş şəxs3 ilə və dostları ilə birlikdə iştirak etmişdir. O, toyda qardaşı Zərərçəkmiş şəxs3, bibisi oğlu Zərərçəkmiş şəxs1 və digərləri ilə eyni masa arxasında əyləşmişdir. O, oynamağı bacarmadığına görə heç bir toy məclisində, o cümlədən T.Q.Kərimzadənin toy məclisində də oynamamışdır. Həmin məclisdə heç bir narazılıq olmamış, sadəcə qardaşı Zərərçəkmiş şəxs3 sifariş etdiyi musiqini Təqsirləndirilən şəxs1 dayandırmışdır. Bundan sonra o, zaldan çölə çıxdığı vaxt Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs1 qardaşı oğlu Şahid2 söhbət etdiklərini görmüşdür. Həmin söhbət zamanı Şahid2 əmisi Təqsirləndirilən şəxs1 sərxoş olduğuna görə musiqini kəsdirdiyini əsas gətirərək, Zərərçəkmiş şəxs3 üzrxahlığını bildirmişdir. Həmin vaxt onlar 2-3 nəfər, Şahid2 isə tək olmuşdur və onlar dava etmək istəsəydilər sonuncunun tək olmasından istifadə edib mübahisə edə bilərdilər. Lakin onlar bir neçə dəqiqə söhbət etdikdən sonra hamısı təkrarən məclisin təşkil edildiyi mərasim zalına daxil olmuşlar və eyni masa ətrafında əyləşmişlər. Bundan 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs1 onların əyləşdiyi masada arxası onlara tərəf əyləşmiş və Zərərçəkmiş şəxs3 ilə söhbət etməyə başlamışlar. O, zalda səs-küy çox olduğuna görə həmin şəxslərin nə barədə söhbət etdiklərini eşidə bilməmişdir. Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs3 özləri də bir-birilərini eşidə bilmədikləri üçün mərasim zalından çölə çıxmışlar və qardaşının ürəyində problemlər olduğuna görə o, Zərərçəkmiş şəxs3 tək qoymamaq məqsədi ilə həmin şəxsin ardınca çölə çıxmışdır. Şadlıq evinin girişində Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs3 söhbət etmişlər, o isə kənarda dayanmışdır. Həmin vaxt qəflətən Təqsirləndirilən şəxs1 yumruqla Zərərçəkmiş şəxs3 sifət nahiyəsindən vurmuşdur. Həmin zərbənin təsirindən Zərərçəkmiş şəxs3 sifəti qana bulaşmış və qardaşı yerə yıxılmışdır. O, qışqıraraq qardaşının xəstə olduğunu və sonuncunu niyə vurduğunu Təqsirləndirilən şəxs1 soruşmuşdur. Təqsirləndirilən şəxs1 isə təkrarən Zərərçəkmiş şəxs3 üzərinə getmişdir, lakin o, dərhal Təqsirləndirilən şəxs1 yaxınlaşıb, qardaşını müdafiə etmək məqsədi ilə yumruqla həmin şəxsin sifət nahiyəsindən vurmuşdur və həmin vaxt orada olan şəxslər onları ayırmışlar. Təqsirləndirilən şəxs1 isə sonradan onu vurmamış və zala daxil olmuşdur. Daha sonra hadisə yerinə Təqsirləndirilən şəxs1 qardaşı oğlu Şahid2 gəlmiş və əmisi Təqsirləndirilən şəxs1 kimin vurduğunu soruşmuşdur. Bundan sonra Şahid2 təkrarən zala daxil olmuş və geri qayıdaraq söyüş söymüşdür. Həmin şəxs əmisini kimin vurduğunu təkrarən soruşmuş və o, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 vurduğuna görə Təqsirləndirilən şəxs1 vurduğunu bildirmişdir. Həmin vaxt Şahid2 onun qarın nahiyəsindən təpiklə vurmağa cəhd etmişdir Bundan sonra o, özünü müdafiə etmək məqsədi ilə Şahid2 sifət nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. Həmin vaxt Şahid2 atası Təqsirləndirilən şəxs2 hadisə yerinə gələrək, onun sol göz nahiyəsindən yumruqla vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. O, həmin zərbənin təsirindən yalnız bir neçə saniyə sonra ayağa qalxa bilmişdir. Bundan sonra isə o, qardaşı Zərərçəkmiş şəxs3 hadisə yerindən uzaqlaşdırmaq istəmiş, lakin Təqsirləndirilən şəxs2 ona dava etmək istəyirsə, avtomobilə minib, gedib başqa yerdə söhbət edə biləcəklərini bildirmiş, o isə dava etmədiyini, sadəcə tərəfləri ayırdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 sabah görüşüb söhbət edəcəklərini ona bildirmiş və o da razılaşmışdır. Həmin vaxt dava-dalaşın baş verdiyi yerə tanışı Şahid1 da gəlmişdir. O, Şahid1 ilə birlikdə qardaşı Zərərçəkmiş şəxs3 qoluna girərək sonuncunu kənara aparmışlar. Bundan sonra onlar taksiyə minərək hadisə yerindən uzaqlaşmışlar. O, Zərərçəkmiş şəxs4 və Şahid1 kimin vurduğunu görməmişdir. Dava-dalaş baş verdiyi vaxt Zərərçəkmiş şəxs1 də orada olmuş, lakin o, həmin şəxsin kiminlə mübahisə etdiyini görməmişdir. O, Təqsirləndirilən şəxs1 vurduqdan 5-6 dəqiqə sonra Təqsirləndirilən şəxs2 hadisə yerinə gəlmiş və sonuncu onu vurduqdan 5-6 dəqiqə sonra isə o, qardaşı Zərərçəkmiş şəxs3 və Şahid1 həmin yerini tərk etmişlər. Toyda olduqları vaxt heç kim ona məclisdə rəqs edilməsi ilə bağlı irad tutmamış, o, Almasxan Kərimovun onun qardaşına və ya dostlarına məclisdə həmin şəxslərin çox rəqs etdikləri ilə bağlı irad tutub-tutmasından xəbərdar deyil. Cinayət işinin məhkəmə icraatı zamanı hər iki təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş ziyanı tam həcmdə ödəyərək, onunla barışıq əldə etmişlər. Sonda, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qardaşıdır. O, Təqsirləndirilən şəxs1 tanıyır, onunla aralarında əvvəllər heç bir qərəzçilik və ya ədavət olmamışdır. Belə ki, o, 16 iyul 2023-cü il tarixdə dostu T.Q.Kərimzadənin toy məclisində qardaşı Zərərçəkmiş şəxs2 və digər tanışları ilə birlikdə iştirak etmişdir. O, qardaşı və tanışları ilə eyni masa arxasında əyləşmişdir. Həmin məclisdə o, heç kimin oynamadığını görüb musiqiçilərə mahnı sifariş edərək, rəqs etməyə başlamışdır. Həmin mahnı 2 dəqiqə əlli saniyyəlik olmuş, lakin Təqsirləndirilən şəxs1 toyun keçirildiyi zala daxil olaraq, əl ilə işarə edib onun mahnısını kəsmişdir. O isə həmin şəxs ondan yaşca böyük olduğuna və əvvəllər aralarında münasibət yaxşı olduğuna görə heç bir etiraz etməmiş və öz yerində əyləşmişdir. Bir neçə dəqiqə sonra isə o, məclisi tərk etmək istəsə də, T.Q.Kərimzadənin valideynləri Təqsirləndirilən şəxs1 qohumları olduğunu bildirərək, ondan toy məclisinin sonuna qədər iştirak etməsini xahiş etmişdir. O, T.Q.Kərimzadənin valideynlərinin xahişini yerə salmamış və öz yerində əyləşmişdir. O, Zərərçəkmiş şəxs2 ilə çöldə olduğu vaxt Şahid2 onunla söhbət etmişdir. Şahid2 əmisi Təqsirləndirilən şəxs1 sərxoş olduğuna görə onun sifariş verdiyi musiqini kəsdiyini ona bildirmiş və ondan əmisinin adına üzr istəmişdir. Bundan sonra onlar toy məclisinə geri qayıtmışlar. O, masa arxasında əyləşdikdən bir qədər sonra – tort kəsildikdən sonra Təqsirləndirilən şəxs1 onun əyləşdiyi masada onun qarşısında əyləşmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs1 çiynindən əli ilə toxunaraq, sonuncunu çağırmış və onunla söhbət etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 bundan sonra ona yaxınlaşmış və o, sonuncudan onun mahnısını niyə kəsdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 ona zalda səs-küy olduğu üçün heç nə eşitmədiyini bildirərək, çölə çıxmalarını təklif etmişdir. O da yerindən qalxaraq, dostlarına onunla gəlməmələrini və Təqsirləndirilən şəxs1la mahnını kəsməsi barədə danışacaqlarını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 ilə birlikdə zaldan çölə çıxmışdır. Onun yanında yalnız qardaşı Zərərçəkmiş şəxs2 gəlmişdir. Onlar pilləkəndən aşağı düşməmiş, pilləkənin üzərində söhbət etmişlər. O, Təqsirləndirilən şəxs1 onun sifariş etdiyi musiqini niyə kəsdiyini soruşmuş, həmin şəxs isə ona “Toy bizimdir, əcəb eləmişəm.” məzmununda cavab vermiş və onu yumruqla sifət nahiyəsindən vurmuşdur. O, həmin zərbənin təsirindən özünü itirmiş və yerə yıxılmışdır. O, yerdə olduğu vaxt Təqsirləndirilən şəxs1 etdiyi hərəkətin kişiyə yaraşan hərəkət olmadığını, heç olmasa onu sillə ilə vura biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə onu söymüş və onun üzərinə gəlmişdir. Həmin vaxt qardaşı Zərərçəkmiş şəxs2 onu müdafiə etmək üçün Təqsirləndirilən şəxs1 yumruqla vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 zala daxil olmuş və qonaqlar zaldan çölə çıxmışlar. Hamı bir-biri ilə dava etməyə başlamışdır. O, ayağa qalxıb qardaşına kömək istədiyi vaxt Təqsirləndirilən şəxs2 yandan çıxaraq, onu vurmuş və o, yerə yıxılmışdır. O, dava baş verdiyi vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs4 pilləkənin altında boynunu tutaraq vurduqlarını və sonuncunun qışqıraraq, “Mən ayırıram, məni tanımırsız?” məzmununda sözlər dediyini eşitmişdir. O, qardaşı Zərərçəkmiş şəxs2 kim tərəfindən vurulduğunu görməmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs1 dava vaxtı hadisə yerində olub-olmadığını görməmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs2 və Şahid1 onu arxadan qucaqlayaraq, kənara çəkmişdir. Ara sakitləşdikdən sonra isə onlar birlikdə taksiyə əyləşərək, hadisə yerini tərk etmişlər. Həmin avtomobilin arxa oturacağında dörd nəfər əyləşmişdir. Onlar taksiyə mindiyi vaxt da Təqsirləndirilən şəxs1 onların arxasınca söyüş söymüşdür. Həmçinin o bildirdi ki, Təqsirləndirilən şəxs1 toy məclisini idarə etdiyini görməmişdir. Cinayət işinin məhkəmə icraatı zamanı hər iki təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş ziyanı tam həcmdə ödəyərək, onunla barışıq əldə etmişlər. Sonda, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 göstərdi ki, o, 16 iyul 2023-cü il tarixdə dostu T.Q.Kərimzadənin “Zirvə” şadlıq evinin “Avropa zal”ında baş tutan toy məclisində etmişdir. Toy mərasimində o, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və dostları Zərərçəkmiş şəxs4 və Şahid1 ilə birlikdə eyni masa arxasında əyləşmişdir. Həmin gün axşam saatlarında bəy T.Q.Kərimzadənin dostları, o cümlədən o özü da toy məclisində rəqs etmişlər və rəqsləri bitdikdən sonra əyləşmişlər. Sonradan Zərərçəkmiş şəxs3 məclisdə olan musiqiçilərə mahnı sifariş vermiş və rəqs etməyə başlamışdır, lakin Təqsirləndirilən şəxs1 həmin mahnını dayandırmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs3 heç bir söz deməyərək, təkrarən onların yanında əyləşsə də, sonradan məclisi tərk etmək istəmişdir, lakin T.Q.Kərimzadənin valideynlərini sonuncunu toydan getməməyə razı salmışlar. Bundan bir qədər sonra Təqsirləndirilən şəxs1 onların masasında, onların qarşısına əyləşmiş və Zərərçəkmiş şəxs3 həmin şəxsə söhbət etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 yanına gəlmiş və sonuncu ilə söhbət etmişdir. Toy məclisində səs-küy çox olduğuna görə tərəflər zaldan çölə çıxmışlar. Həmin şəxslərin ardınca əvvəlcə Zərərçəkmiş şəxs2 çölə çıxmışdır. O da Zərərçəkmiş şəxs2 və Şahid1 telefonlarını götürərək, məclis zalını tərk etmişdir. O, zaldan çölə çıxdığı zaman orada hay-küy olduğunu və zalın birinci girişində Zərərçəkmiş şəxs3 “Onu niyə vurursuz” deyə qışqırdığını eşitmişdir. Belə ki, o, həmin vaxt Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs3 mübahisə etdiyini və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 vurduğunu görməmiş, yalnız sonradan öyrənmişdir. Lakin o, Zərərçəkmiş şəxs2 qardaşını müdafiə etmək məqsədi ilə Təqsirləndirilən şəxs1 üzərinə getdiyini və həmin şəxsin sifət nahiyəsindən yumruqla bir dəfə vurduğunu görmüşdür. Həmin vaxt Şahid2 hadisə yerinə gəlmiş və nalayiq sözlərlə Zərərçəkmiş şəxs2 təhqir edərək, sonuncunun qarın nahiyəsindən təpiklə vurmuşdur. Həmin zərbənin təsirindən Zərərçəkmiş şəxs2 arxa-arxaya getmişdir. Buna görə də Zərərçəkmiş şəxs2 həmin şəxsin sifət nahiyəsinə yumruqla bir dəfə zərbə endirmişdir. O, mübahisə edən tərəfləri ayırmağa cəhd etsə də, həmin vaxt yumruqla Təqsirləndirilən şəxs1 yandan peydə olaraq, onun alın nahiyəsindən vurmuş və onun sifəti qana bulaşmışdır. O, həmin zərbənin təsirindən yerə çökmüşdür. Şahid2 atası Təqsirləndirilən şəxs2 hadisə yerinə gələrək, Zərərçəkmiş şəxs2 göz nahiyəsindən yumruqla vurmuş və sonuncu zərbənin təsirindən yerə yıxılmışdır. O, hadisə vaxtı kimisə vurmamış, sadəcə olaraq mübahisəni sakitləşdirmişdir. O, özünə gəldiyi vaxt Zərərçəkmiş şəxs4 “Mən ayırıram, siz məni tanımırsınız?” məzmununda qışqırdığını eşitmiş, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin şəxsi vurduqlarını görmüşdür. O, Zərərçəkmiş şəxs4 hərbi xidmətə yollanacağını və onu niyə döydüklərini soruşmuşdur. Təqsirləndirilən şəxs2 həmin vaxt sabah onlarla görüşəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 və Şahid1 Zərərçəkmiş şəxs3 qoluna girərərək həmin şəxsi hadisə yerindən uzaqlaşdırmışlar. O da Zərərçəkmiş şəxs4 götürərək, hadisə yerini tərk etmişdir. Onlar Zərərçəkmiş şəxs2, Şahid1 və Zərərçəkmiş şəxs3 arxasınca getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 “Sizin nəslinizdə kişi yoxdur” deyərək qışqırmışdır. Onlar taksiyə minərək hadisə yerini tərk etmişlər. Bundan başqa, o bildirdi ki, toy məclisində spirtli içki qəbul etməmişdir və heç kimlə şəxsən mübahisə etməmişdir. O, sadəcə olaraq mübahisə edən tərəfləri ayırmağa cəhd etmişdir. Cinayət işinin məhkəmə icraatı zamanı hər iki təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş ziyanı tam həcmdə ödəyərək, onunla barışıq əldə etmişlər. Sonda, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs4 vəkili Nümayəndə bildirdi ki, Zərərçəkmiş şəxs4 hazırda həqiqi hərbi xidmətdədir və buna görə də həmin şəxsin hazırda məhkəmə iclasında iştirakı mümükün olmamışdır. O, Zərərçəkmiş şəxs4 atası ilə müqavilə bağlamaqla, həmin şəxsi məhkəmədə təmsil hüququnu əldə etmişdir. O, özü də Zərərçəkmiş şəxs4 ilə telefon vasitəsilə əlaqə saxlamışdır. Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxsləri bağışlamış və sonuncularla barışıq əldə etmişdir. Hazırda Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Sonda, Nümayəndə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, 16 iyul 2023-cü il tarixdə Zirvə” şadlıq sarayının “Avropa zalı”nda baş tutmuş toy məclisinin sahibi olmuşdur. Toyda bəy olan T.Q.Kərimzadə onun oğludur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə onun əmisi oğlanlarıdır. O, xəstə olduğuna və ayaqları tez-tez tutulduğuna görə toyun idarə edilməsi vəzifəsini Təqsirləndirilən şəxs1 həvalə etmişdir. O, həmin məclisə 151 nəfər qonaq dəvət etmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 isə onun qonşuları olmuş və sonuncu toydan bir gün öncə təşkil edilmiş “ciyər axşamı” məclisində iştirak etmişdir. Lakin o, Zərərçəkmiş şəxs1 həmin toya dəvət etməmişdir. Zərərçəkmiş şəxs2, həmin şəxsin qardaşı və digər dostları birlikdə eyni masa arxasında əyləşmişlər və toyda bir neçə dəfə rəqs etmişlər. Həmin gün saat 21-22 radələrində oğlunun dostları onun yanına gələrək onların da rəqs etmək istədiklərini bildirmişlər. O, bu barədə Təqsirləndirilən şəxs1 bildirmişdir. Bundan bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs3 və həmin şəxsin dostları rəqs etdiyi vaxt Təqsirləndirilən şəxs1 həmin şəxslərə başqalarının da oynamaq istədiyini və ortalıqdan çıxmalarını bildirmişdir. Zərərçəkmiş şəxs3 və digərləri də heç bir söz demədən öz yerlərinə əyləşmişlər. Bundan təxminən 1 saat sonra onun rəqs edənləri izlədiyi, Təqsirləndirilən şəxs2 da musiqiqçilərlə söhbət etdiyi vaxt onun bacısı oğlu çöldə mübahisə olduğunu onlara xəbər vermişdir. O, Təqsirləndirilən şəxs2 ilə birlikdə dərhal çölə çıxmışdır. Həmin vaxt o, Şahid2 ilə Zərərçəkmiş şəxs3 və digərlərinin söhbət etdiyini görmüşdür. Həmin söhbət əsnasında Şahid2 Zərərçəkmiş şəxs3 qardaş olduqlarını və qanqaraçılıq salmamalarını məsləhət görmüşdür. Zərərçəkmiş şəxs1 isə Şahid2 onun adında qardaşı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 həmin şəxsləri sakitləşdirmiş və tərfələr ayrılmışlar. Həmin vaxtdan təxminən 50 dəqiqə sonra yenə bacısı oğlu çöldə dava baş verdiyini ona bildirmişdir. O, Təqsirləndirilən şəxs2 da götürüərək çölə çıxmışdır. Həmin vaxt zalda demək olar ki ancaq qadınlar olmuş və qonaqların çoxusu evlərinə getmişlər. Onlar çölə çıxdıqları vaxt o, yerdə, yəni pilləkənin aşağı hissəsində, torpağın üstündə arxası üstdə oturan şəxsi görmüş və Təqsirləndirilən şəxs2 həmin şəxsin öz qardaşı olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 üst-başı qan içərisində olmuşdur. Təqsirləndirilən şəxs1 qarşısında isə o, sifəti qan içində olan Şahid2 görmüşdür. O, Təqsirləndirilən şəxs1 onları vuran şəxslərin hara getdiklərini soruşduqda, sonuncu ona işərətlə həmin şəxslərin getdiyi istiqaməti göstərmişdir. O da dərhal həmin istiqamətdə yüyürmüşdür. Təqsirləndirilən şəxs2 isə qardaşının və oğlunun yanında qalmışdır. O, şadlıq evinin arxasına çatdığı vaxt kimsə ağ rəngli avtomobilə əyləşərək yola düşümüşdür. O, həmin şəxsin kim olduğunu görməmişdir. Lakin səhəri gün qonşusu ona Zərərçəkmiş şəxs3 axşam evlərinə apardığını bildirmişdir. O, geri qayıtdığı vaxt hadisə yerinə polis əməkdaşlarının gəldiyini görmüşdür. Həmçinin o, qayıtdığı vaxt Zərərçəkmiş şəxs4 onun qarşısına çıxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs4 köynəyində və alın nahiyəsində qan olmuşdur. Həmin şəxs ona Təqsirləndirilən şəxs2 onu vurduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2 onunla birlikdə olduğunu və sonuncunun onu vurduğu barəsində yalan danışdığını bildirmişdir. Daha sonra toy dağılmış və hər kəs, o cümlədən Təqsirləndirilən şəxs1 evinə getmişdir. Həmin günün səhərisi Təqsirləndirilən şəxs1 ona zəng vuraraq, çənəsinin sındığını bildirmişdir. Həmin gündən 3-4 gün sonra isə həmin şəxs onun evinə gələrək toya pul yazdırıb-yazdırmadığı ilə maraqlanmışdır. Həmçinin o bildiridi ki, o, Təqsirləndirilən şəxs1 kimin vurduğunu görməsə də, Zərərçəkmiş şəxs3 foyedən Təqsirləndirilən şəxs1 əl ilə jestlər edərək çağırdığını görmüşdür. Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs1 mübahisə etdikləri vaxt o, tərəflərin arasına girmiş və buna görə də Zərərçəkmiş şəxs3 yumruğu iki dəfə ona dəymişdir. Həmin vaxt Zərərçəkmiş şəxs3 onu deyil Təqsirləndirilən şəxs1 vurmaq istəmişdir. Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs3 “Utanmırsan, atan yaşında adamı vurusan.” məzmununda sözlər demişdir. O, baş vermiş kütləvi dava sonlandıqdan sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə çölə çıxmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Təqsirləndirilən şəxs1 tanıyır, onunla aralarında əvvəllər heç bir qərəzçilik və ya ədavət olmamışdır. 16 iyul 2023cü il tarixdə o, dostu T.Q.Kərimzadənin “Zirvə” şadlıq sarayının “Avropa zalı”nda baş tutan toy məclisinə Zərərçəkmiş şəxs2 ilə birlikdə iştirak etmişdir. O, həmin məclisdə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə birlikdə eyni masa arxasında əyləşmişdir. O, toyun sonlarında çölə çıxmış və şadlıq evinin qarşısında oturacaqda oturub, siqaret çəkdiyi vaxt Zərərçəkmiş şəxs3 ilə Zərərçəkmiş şəxs2 çölə çıxdığını görmüşdür. Həmin vaxt Şahid2 həmin şəxslərin yanına yaxınlaşmış və hər üçü söhbət etməyə başlamışlar. Həmin söhbət əsnasında Şahid2 Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 sərxoş olduğunu və buna görə də əmisinin Zərərçəkmiş şəxs3 sifariş verdiyi musiqini kəsməsini üzrlü saymasını demişdir. Daha sonra isə onlar birlikdə toy məclisinin keçirildiyi zala daxil olmuşlar. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs1 onların masasının qarşısında olan masada arxası onlara tərəf oturmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs3 əli ilə Təqsirləndirilən şəxs1 çiyninə toxunaraq, həmin şəxsi çağırmışdır. Bundan sonra o, oturduğu stuldan qalxmış və Təqsirləndirilən şəxs1 onun yerində oturmuşdur. O, səs-küy çox olduğuna görə həmin şəxslərin söhbətlərini eşidə bilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs3 çölə çıxmışlar. Həmin şəxslər çölə çıxdıqları vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 qoluna girmişdir. O da həmin şəxslərin arxasınca getmiş, Zərərçəkmiş şəxs2 də onun ardınca gəlmişdir. O, zaldan çıxdığı vaxt toya atılmış pulları yığan şəxsə demişdir ki, dava baş verməməsi üçün o, Zərərçəkmiş şəxs3 aparsın, həmin şəxs də Təqsirləndirilən şəxs1 aparsın. Həmin şəxs ona adam göndərəcəyini bildirmiş və içəri daxil olmuşdur. Bundan sonra o, mərasim zalının qapısına yaxınlaşanda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 itələdiyini və daha sonra sonuncunu vurduğunu görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 sifət nahiyəsinə bir dəfə yumruqla zərbə endirmiş və həmin zərbədən sonra Təqsirləndirilən şəxs1 sifət nahiyəsindən qan gəlmişdir. Bundan sonra isə hadisə yerinə Şahid2 gəlmiş və söyüş söyərək, Təqsirləndirilən şəxs1 kimin vurduğunu soruşmuşdur. O, Şahid2 hadisə yerindən kənarlaşdırmaq istəsə də, sonuncu Zərərçəkmiş şəxs2 təpiklə vurmuşdur. Buna görə də Zərərçəkmiş şəxs2 Şahid2 yumruqla vurmuşdur. O, Zərərçəkmiş şəxs3 hadisə yerindən uzaqlaşdırmışdır. Həmin vaxt zaldan çox sayda insan davaya daxil olmuş və kimsə onun başının sağ tərəfindən vurmuşdur. O, zərbənin təsirindən yerə oturmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 onun qarşısında durmuş və ona “mən səni tanıyıram, sən yaxşı oğlansan” məzmunda sözlər demişdir. Təqsirləndirilən şəxs2 ona yaxınlaşaraq, dava etmək üçün başqa yerə getmələrini söyləmişdir. Lakin o, həmin şəxsə “mən sənə əmi deyirəm, sən mənə deyirsən gedək dava edək. Mən dava-dalaş etmirəm, ayırıram” məzmununda cavab vermişdir. O, hadisə vaxtı Təqsirləndirilən şəxs2 kimisə vurduğunu görməmişdir. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hadisə yerini tərk etdikləri vaxt onların arxasınca Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 də gəlmişlər. Həmin vaxt arxadan qadın səsləri gəlmiş və onlar arxaya baxdıqları zaman Təqsirləndirilən şəxs1 yerə yıxıldığını görmüşlər. O, Təqsirləndirilən şəxs1 kimi vurduğunu görməmişdir. O, hadisə vaxtı heç kimi vurmamış, yalnız dava edən tərəfləri sakitləşdirməyə çalışmışdır. O, Zərərçəkmiş şəxs3 hadisə yerindən uzaqlaşdırdıqdan sonra Zərərçəkmiş şəxs2 özü ilə aparmaq məqsədi ilə geri qayıtmışdır. Lakin həmin vaxt kimsə onu vurmuş və o, yerdə oturmuşdur. Buna görə də o, kimin kimi vurduğunu görə bilməmişdir. Zərərçəkmiş şəxs1 də onun yanında olmuş, lakin o, həmin şəxsin kimi isə vurduğunu görməmişdir. Onu toya dostu T.Q.Kərimzadə dəvət etmiş və o, həmin məclisdə dava düşdüyünə görə pul ata bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, ailə üzvləri ilə birlikdə 16 iyul 2023-cü il tarixdə atasının əmisi oğlunun oğlu T.Q.Kərimzadənin “Zirvə” şadlıq evinin “Avropa zal”ında baş tutan toy məclisində iştirak etmişdir. Həmin məclisdə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 dəfələrlə rəqs etmişlər. Onun əmisi Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 sifariş verdiyi musiqini yarıda kəsmiş və digər şəxslərin də rəqs etmək istədiklərini həmin şəxsə bildirmişdir. O, Zərərçəkmiş şəxs3 və sonuncu ilə eyni masa arxasında oturan şəxslər arasında narazılıq yarandığını görmüş və aranı sakitləşdirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 qoluna girərək, həmin şəxslə birlikdə çölə çıxmışdır. Onlar çölə çıxdığı vaxt Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 də onları müşahidə etmişlər. Onlar birlikdə söhbət etmişlər və ara sakitləşdikdən sonra hamısı təkararən zala qayıtmışlar. O, toy məclisinin davamında Zərərçəkmiş şəxs3 foyenin girişində dayanaraq, tez-tez Təqsirləndirilən şəxs1 müəyyən jestlər etməklə, sonuncunu çölə çağırdığını müşahidə etmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs3 qol-qola girərək çölə çıxmışlar. Həmin şəxslərin ardınca Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və digərləri də çölə çıxmışlar. Bundan təxminən 1-2 dəqiqə sonra o da çölə çıxmışdır. O, çölə çıxdığı vaxt Təqsirləndirilən şəxs1 üzünün qan içində olduğunu və ona tərəf yüyürdüyünü görmüşdür. O, dərhal qapını açaraq, həmin şəxsi içəri salmaq istəsə də, qəflətən Zərərçəkmiş şəxs2 və digərləri onun üzərinə hücum etmişlər və bu zaman Zərərçəkmiş şəxs2 onu yumruqla vurmuşdur. Onun həmin vaxt burnu sınmış və müxtəlif nahiyələrindən xəsarətlər almışdır. O, dava baş verdiyi vaxt heç kimi təpiklə və ya digər üsulla vurmamışdır. O, yerdə olduğu vaxt hazırda xatılamadığı şəxs ona dəsmal vermiş və o, sifətindən axan qanı silmişdir. Sonradan isə mərasim zalından çox sayda insan, həmçinin qadınlar da çölə çıxmışlar. O, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 vurduğunu görməmişdir. Zərərçəkmiş şəxs2 həmin dava vaxtı onu yumruqla vurmuşdur. O, özünə gəldiyi vaxt şadlıq evinin həyətində olan Təqsirləndirilən şəxs1 sağ tərəfində Zərərçəkmiş şəxs1 kimin vurduğunu görməmişdir. O, Şahid1 kiminlə dalaşdığını görməmişdir. OŞ çölə çıxdıqdan təxminən 5 dəqiqə sonra da münaqişə davam etmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 eyni masa arxasında əyləşdikləri dostları ilə birlikdə taksiyə əyləşərək, hadisə yerindən uzaqlaşmışlar. Həmin vaxtdan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 özünə gəlmişdir. Hadisə yerinə polis avtopatrulları gəldikdən sonra o və Təqsirləndirilən şəxs1 həmin avtomobillər vasitəsi ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılmışlar. Cinayət işi materiallarında olan canlı şəxsin ekspertizasının 21 iyul 2023-cü il tarixli, 680 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 sol qulaq seyvanıda qançır, alın və burun nahiyəsində sıyrıq xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 16 iyul 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan canlı şəxsin ekspertizasının 21 iyul 2023-cü il tarixli, 681 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol gözyuvası ətrafında və sol qulaq seyvanında qançır və sol gözün ağlı qişasına yayılmış qansızma xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 16 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 22 iyul 2023-cü il tarixli, 685 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 burun nahiyəsində şişkinlik və qançır, burun sümüyü cisminin yerini dəyişməyən sınığı və sol gözyuvası ətrafında qançır xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 16 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir Cinayət işi materiallarında olan canlı şəxsin ekspertizasının 20 sentyabr 2023-cü il tarixli, 1003 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 alın nahiyəsində 1 ədəd çapıq aşkar edilmişdir. Həmin çapıq əzilmiş yaranın sağaldıqdan sonrakı izi olub, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 3-4 ay əvvələ uyğun gəlir, qərarda qeyd olunan 16 iyul 2023-cü il tarixə uyğun gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş “CD” diskə baxış keçirilməsi haqqında 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, X1 təqdim etdiyi 16 iyul 2023-cü il tarixdə “Zirvə” şadlıq evinin “Avropa zalı”nda keçirilmiş toy mərasiminə dair videogörüntülər olan diskə baxış keçirilmişdir. Baxış zamanı 16 iyul 2023-cü il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs1 əyləşdiyi stuldan qalxaraq, Zərərçəkmiş şəxs3 yanında oturduğu, həmin şəxslərin söhbət etdiyi, daha sonra isə zalı tərk etdikləri və həmin şəxslərin ardınca Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 də zalı tərk etdiyi müşahidə edilmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən cəmiyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydaının kobud surətdə pozulması təqsirkarın elə hərkətidir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahtçılıq hissinə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək, ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «B.Yusifovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan, təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən tötədilən cinayətdir. CM-nin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirilir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrin xarakteri müəyyənlədirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ictimai yerdə, insanların kütləvi toplaşdığı toy məclisində, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərə yol verərək, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, özlərinin müstəsna şəxsiyyət olduqlarını və başqalarından əsaslı surətdə fərqləndiklərini təsdiq etmək məqsədilə, heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxslərlə mübahisə və münaqişə yaradaraq və ictimai qaydanın pozulmasının qarşısını alan şəxslərə qarşı müqavimət göstərərək, zərərçəkmiş şəxslərin sağlamlıqlarına müxtəlif dərəcəli xəsarətlər yetirilməsi ilə müşayiət olunan zorakılıq törətmişlər. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə əhatə olunmuş əməlləri törətməmələri barədə məhkəmədə verdikləri ifadələri iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə az ağır cinayət törətməsini və himayəsində 1 uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Buna görə də məhkəmə cinayət işinin hallarini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməməsini, iş üzrə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 1 uşağının olmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərini təmin etmək mümkündür və buna görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın növünü və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri cəzanın məqsədlərini təmin etdiyinə görə hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə əhatə olunmuş əməlləri törətməməsi barədə məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə az ağır cinayət törətməsini məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Buna görə də məhkəmə cinayət işinin hallarini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməməsini, iş üzrə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə az ağır cinayət törətməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərini təmin etmək mümkündür və buna görə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın növünü və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri cəzanın məqsədlərini təmin etdiyinə görə hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-35/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-35/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver