Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-36/2024 14.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Biləsuvar rayonu, Aşağı Cürəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali hərbi təhsilli, evli, məhkumluğu olmayan, İİ qrup əlil, işləməyən, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2023-cüil tarixli qərarla «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 178.2.2, 178.2.4 və 29, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 7000 (yeddi min) manat pul qarşılığında İİ qrup əlillik dərəcəsi təyin etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 2019cu ilin yanvar ayının sonlarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Günəş” adlı kafedə 4000 (dörd min) manat, 2019-cu ilin fevral ayının sonlarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “saat dairəsi” adlanan yerdə 3000 (üç min) manat olmaqla, ümumilikdə 7000 (yeddi min) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 7500 (yeddi min) manat pul qarşılığında İİ qrup əlillik dərəcəsi təyin etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 08 aprel 2019-cu il tarixdə saat 13 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən X5 məxsus “Sulduz” adlı kafedə 3500 (üç min beş yüz) manat, 01 sentyabr 2019-cu il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 yaşadığı evin qarşısında 4000 ( dörd min) olmaqla, ümumilikdə 7500 (yeddi min beş yüz) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 8700 (səkkiz min yeddi yüz) manat pul qarşılığında İİ qrup əlillik dərəcəsi təyin etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 2019cu ilin may ayının ortalarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən H.Əliyev adına parkda 3500 (üç min beş yüz) manat, 2019-cu ilin iyul ayının ortalarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bellisa” mebel salonunun qarşısında 5200 (beş min iki yüz) manat olmaqla, ümumilikdə 8700 (səkkiz min yeddi yüz) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, aralarında tanışlıq münasibətlərinin olduğu Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu gizir Zərərçəkmiş şəxs7 faktiki xəstəliklərin Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararsız kimi şəhadətləndirilməsinə imkan verdiyinə dair yalan vədlər verməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gələrək, hər hansı şəxsin hərbi xidmətə yararsız kimi şəhadətləndirilməsini təşkil və ya təmin etməyə heç bir səlahiyyətinin və real imkanlarının olmadığı halda, Zərərçəkmiş şəxs7 geniş əlaqələrə malik olduğunu, o cümlədən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında adlarını demədiyi yüksək vəzifəli tanışlarının olduğunu və həmin yüksək vəzifəli tanışlarına özünün vasitəsi ilə 8000 (səkkiz min) manat məbləğində pul verilməsi müqabilində onun komissiya tərəfindən hərbi xidmətə yararsız kimi şəhadətləndiriləcəyini təşkil edə biləcəyinə dair yalan və həqiqətə uyğun olmayan məlumatlar verməklə onu inandırmış, Zərərçəkmiş şəxs7 da onun təklifini qəbul edərək həmin məbləğdə pulu verməyə razılaşmış, daha sonra Zərərçəkmiş şəxs7 8000 (səkkiz min) manat məbləğində pulun hissə-hissə, hər dəfə 4000 (dörd min) manat olmaqla, iki dəfəyə verilməsi ilə bağlı sövdələşmələrinə uyğun olaraq, 2021-ci ilin yanvar ayının sonlarında 500 ( beş yüz) manat məbləğində pulu və balansında 3501,88 (üç min beş yüz bir manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti olan "xxxx" ASC-yə məxsus olan əmək haqqı kartını şəxsiyyəti istintaqa məlum olmayan və taksi fəaliyyəti ilə məşğul olan şəxs vasitəsilə həmin vaxt Biləsuvar rayonunda olan Təqsirləndirilən şəxs göndərmiş, sonuncu isə 28 yanvar 2021-ci il tarixdə Biləsuvar rayonu ərazisində yerləşən bankomat vasitəsilə həmin kart hesabından beş dəfə, hər birində 500 (beş yüz) manat olmaqla, ümumilikdə 2500 (iki min beş yüz) manat və 01 fevral 2021-ci il tarixdə isə 1000 (bir min) manat məbləğində pulu nəğdləşdirib məxaric edərək özünə götürmüş, Zərərçəkmiş şəxs7 4000 (dörd min) manat məbləğində pul əldə etdikdən sonra Təqsirləndirilən şəxs ona bir ay ərzində Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararsız kimi şəhadətləndiriləcəyi barədə yalan vəd verərək, həmin sənədin təsdiq olunması üçün qalan 4000 (dörd min) manat pulu da tezliklə verilməli olduğunu bildirmiş, lakin verdiyi vəd üzrə Zərərçəkmiş şəxs7 xeyrinə heç bir iş görməmiş, sonuncu Baş Klinik Hospitalın Nevrologiya bölməsində davam edən stasionar müalicəsi başa çatdıqdan sonra Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilərək hərbi xidmətə yararlı olmaqla məzuniyyətə buraxılmış, Zərərçəkmiş şəxs7 ondan alınmış pulun müqabilində xeyrinə heç bir iş görülmədiyini görmüş, aralarındakı sövdələşməyə əsasən verməli olduğu əlavə 4000 (dörd min) manat pulu Təqsirləndirilən şəxs verməmiş və sonuncu bu səbəbdən öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra, yəni Zərərçəkmiş şəxs7 məxsus xeyli miqdarda əmlakı (pulu) ələ keçirə bilməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 6500 (altı min beş yüz) manat pul qarşılığında İİ qrup əlillik dərəcəsi təyin etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 2021ci ilin mart ayının sonlarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən avtovağzalın arxa tərəfində cinayət barədə xəbərsiz olan Zərərçəkmiş şəxs5 qardaşı Şahid1 vasitəsilə 3000 (üç min) manat, 2021-ci ilin may ayının əvvəllərində həmin yerdə Şahid1 vasitəsilə 3000 (üç min) manat, 2021-ci ilin may ayının ortalarında həmin yerdə 200 (iki yüz) manat, 2021-ci ilin may ayının sonlarında həmin yerdə Şahid1 vasitəsilə 300 ( üç yüz) manat olmaqla, ümumilikdə 6500 (altı min beş yüz) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 10500 (on min beş yüz) manat pul qarşılığında qızı Sevil Allahverdiyevanın İİ qrup əlil kimi pensiyasının bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, xx.xx.2021-ci il tarixdə saat 11:37 dəqiqədə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Əla 24 saat market”-də olan Milliön ödəmə terminalı vasitəsilə “Kapital Bank”-dan öz adına aldığı bank kartına köçürülmüş 5000 (beş min) manat, xx.xx.2021-ci il tarixdə saat 11:41 dəqiqədə qeyd olunan marketdə olan ödəmə terminalı vasitəsilə adına olan bank kartına köçürülmüş 1000 (bir min) manat, xx.xx.2021-ci il tarixdə qeyd olunan marketdə olan ödəmə terminalı vasitəsilə adına olan həmin bank kartına köçürülmüş 2500 (iki min beş yüz) manat, 2022-ci ilin yanvar ayının əvvəllərində qeyd olunan marketin qarşısında 2000 (iki min) manat olmaqla, ümumilikdə 10500 (on min beş yüz) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 3500 (üç min beş yüz) manat pul qarşılığında İİ qrup əlillik dərəcəsi təyin etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 09 yanvar 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Al market”-də olan Milliön ödəmə terminalı vasitəsilə “Kapital Bank”-dan öz adına aldığı bank kartına köçürülmüş 3450 (üç min dörd yüz əlli) manat, 10 yanvar 2023-cü il tarixdə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Aran market”-də olan Million ödəmə terminalı vasitəsilə həmin bank kartına köçürülmüş 50 (əlli) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Biləsuvar rayonu Aşağı Cürəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, İ Qarabağ müharibəsi iştirakçısıdır, veterandır, İİ qrup əlildir. Buna görə də İİ qrup əlil kimi təqaüd alır. O, özünü Biləsuvar rayonu ərazisində ayrı-ayrı şəxslərə qrup əlillik dərəcəsi və pensiya düzəldə biləcək şəxs kimi tanıtmış, buna görə də bir neçə şəxs ona müraciət edərək pensiya düzəltməkdə köməklik göstərməsini xahiş etmişlər. Zərərçəkmiş şəxs4 Biləsuvar rayonu, Ağalıkənd kənd sakini kimi tanıyır, heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. 2019-cu ilin yanvar ayının əvvəllərində tanımadığı bir şəxs onun istifadəsində olan mobil telefona zəng edərək Biləsuvar rayonu, Ağalıkənd kənd sakini Zərərçəkmiş şəxs4 olmasını, mobil telefon nömrəsini qohumu Şahid2 almasını, İ Qarabağ müharibəsi iştirakçısı olmasını, özünə qrup əlillik dərəcəsi düzəltdirmək istədiyini bildirmiş və buna görə də onunla görüşərək bununla bağlı söhbət etmək istədiyini demişdir. O da İlkinlə görüşüb söhbət etməyə razılaşmışdır. Bundan sonra Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Günəş” adlı kafedə Zərərçəkmiş şəxs4 və onunla birlikdə gəlmiş Şahid2la görüşüb söhbət edən zaman İlkin ona həqiqi hərbi xidmətdə olan zaman yaralanmasını, lakin pensiya almadığını, onun pensiya düzəltmək işi ilə məşğul olmasını eşitdiyini bildirmişdir. O, İlkinin hərbi biletini alıb baxdıqdan sonra yalandan İİ qrup əlil kimi pensiya düzəldə biləcəyini bildirmiş və bu işi görməsi müqabilində 9000 (doqquz min) manat pul istəmişdir. İlkin isə onun pensiya düzəltməsi qarşılığında 7000 (yeddi min) manat verə biləcəyini dedikdə İlkinin bu sözü ilə razılaşmışdır. Bir neçə gün sonra, 2019-cu ilin yanvarın sonlarında İlkin ona zəng edərək İİ qrup əlillik dərəcəsi təyin etdirməkdə köməklik göstərməsi qarşılığında ilkin olaraq 4000 (dörd min) manat vermək istədiyini bildirmişdir. Buna görə də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Günəş” adlı kafedə Zərərçəkmiş şəxs4la görüşərək İlkinlə birlikdə gəlmiş Şahid2 yanında 4000 ( dörd min) manat pul almışdır. Zərərçəkmiş şəxs4 yalan vədlər verərək yaxın vaxtlarda İİ qrup əlillik dərəcəsi təyin etdirəcəyini bildirirək inandırmışdır. Bundan təxminən 1 ay sonra Zərərçəkmiş şəxs4 zəng edərək onun sənədlərinin düzəlmək üzrə olmasını bildirmiş və buna görə də qalan 3000 (üç min) manat pulu da verməsini istəmişdir. Bir gün sonra 2019-cu ilin fevral ayının sonlarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “saat dairəsi” adalanan yerdə Zərərçəkmiş şəxs4la görüşərək onunla birlikdə gəlmiş Şahid2 yanında 4000 manat pul almış və bu dəfə də İlkinə yalan vədlər verərək İİ qrup əlillik dərəcəsi təyin etdirməkdə köməklik edəcəyini bildirmişdir. Lakin, Zərərçəkmiş şəxs4 aldığı 3000 manat pulu da öz şəxsi ehtiyacları üçün xərcləmiş, həmçinin borclarına vermiş, İlkinə qrup əlillik dərəcəsi təyin etdirmək üçün heç bir iş görməmişdir. Sonradan Zərərçəkmiş şəxs4 ona zəng edərək bu işlə maraqlandıqda hər dəfə müxtəlif vədlər verərək aldatmışdır. İlkin də onun tərəfindən aldadılaraq pulunun ələ keçirilməsini başa düşüb verdiyi 7000 manat pulu geri qaytarmasını tələb etmişdir. O isə İlkinə müxtəlif vaxtlarda 2700 (iki min yeddi yüz) manat pul qaytarmışdır. Lakin, qalan 4300 (dörd min üç yüz) manat pulu qaytara bilməmişdir. Sonradan Biləsuvar RPŞ-nə dəvət olunan zaman Zərərçəkmiş şəxs4 qarşı dələduzluq edərək 7000 manat pulunu ələ keçirməsi barədə İlkinin ərizə yazmasını bilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs6 X6 vasitəsilə tanımışdır. Belə ki, 2019-cu ilin aprel ayının əvvəllərində Salman Abdullayev ona zəng edərək Eldəniz adlı tanışının özünə qrup əlillik dərəcəsi təyin etdirmək istəməsini və bu işi görməkdə köməklik göstərə biləcək şəxs axtardığını bildirmişdir. O da Salmana mobil telefon nömrəsini Eldəniz adlı şəxsə verməsini və Eldənizin onunla əlaqə saxlamasını istəmişdir. Bir gün sonra bir şəxs ona zəng edərək adının Eldəniz olmasını, Biləsuvar rayonu, Nərimankənd kəndində yaşamasını, mobil telefon nömrəsini Salmandan almasını bildirmiş və görüşüb söhbət etmək istəmişdir. O da Eldənizlə Biləsuvar şəhəri ərazisində yerləşən Sulduz adlı şəxsin işlətdiyi kafedə görüşüb söhbət etməyə razılaşmışdır. Zərərçəkmiş şəxs6 başqa bir şəxslə Sulduz adlı şəxsin kafesində görüşüb söhbət edən zaman həmin şəxsin qardaşı oğlu Xəyal olmasını bildirmişdir. Eldənizlə söhbət edərkən ona İ Qarabağ döyüşlərində iştirak etdiyini və yaralandığını, lakin heç bir əlillik dərəcəsi almadığını, buna görə də özünə əlillik dərəcəsi təyin etdirmək istədiyini bildirmişdir. O da Eldənizə yalandan İİ qrup əlillik dərəcəsi təyin etdirə biləcəyini demiş və bu işi görməsi qarşılığında 7500 (yeddi min beş yüz) manat pul istəmişdir. Eldəniz birdəfəlik vermək üçün 7500 manat pulu olmadığını dedikdə, əlillik dərəcəsi düzəltməyin 6-7 ay müddətində mümkün olacağını deyərək pulun bir hissəsini əvvəlcədən verməsini, qalan hissəsini isə sonrakı vaxtlarda verməsini təklif etmişdir. Zərərçəkmiş şəxs6 onun bu təklifi ilə razılaşmışdır. 08 aprel 2019-cu il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs6 və qardaşı oğlu Xəyal adlı şəxslə birlikdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Sulduz adlı şəxsin işlətdiyi “Sulduz” adlı kafedə Zərərçəkmiş şəxs6lə görüşmüş, Eldəniz ilkin olaraq 3500 (üç min beş yüz) manat pul vermişdir. O Eldənizə əlillik dərəcəsi təyin etdirməklə bağlı işə başlayacağını, 6-7 ay müddətində sənədlərinin hazır olacağını və tezliklə pensiya ala biləcəyinə dair yalan vədlər verib inandırmışdır. Lakin, Eldənizdən aldığı pulu şəxsi ehtiyacları üçün xərcləmiş, qrup əlillik dərəcəsi təyin etdirmək üçün heç bir iş görməmişdir. Bundan başqa, 01 sentyabr 2019-cu il tarixdə Bakı şəhərində olan zaman Zərərçəkmiş şəxs6 zəng edərək İİ qrup əlil kimi pensiya düzəltməsi ilə bağlı müəyyən işlər görməsini bildirmiş, həmin işi tam başa çatdırması üçün qalan 4000 (dörd min) manat pulu da verməsini istəmişdir. Eldəniz də Bakı şəhərində olduğunu və yaşadığı evin yaxınlığında görüşərək qalan 4000 manat pulu verə biləcəyini bildirmişdir. Həmin gün saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində Zərərçəkmiş şəxs6 yaşadığı binanın həyətində Eldənizlə görüşərkən qalan 4000 manat pulu da almışdır. O bu dəfə də Eldənizdən pul alarkən narahat olmamasını və dediyi vaxtda qrup əlillik dərəcəsinin düzələcəyinə dair yalan vədlər verərək aldatmışdır. Lakin, əvvəl olduğu kimi Eldənizdən aldığı pulu şəxsi ehtiyacları üçün xərcləmiş, qrup əlillik dərəcəsi təyin etdirmək üçün heç bir iş görməmişdir. Sonradan Zərərçəkmiş şəxs6 ona zəng edərək bu işlə maraqlandıqda hər dəfə müxtəlif vədlər verərək aldatmışdır. Eldəniz də onun tərəfindən aldadılaraq pulunu ələ keçirilməsini başa düşüb verdiyi 7500 manat pulu geri qaytarmasını tələb etmişdir. O, müxtəlif vaxtlarda 2400 (iki min dörd yüz) manat pul qaytarmışdır. Lakin, qalan 5100 (beş min bir yüz) manat pulu qaytara bilməmişdir. Sonradan Biləsuvar RPŞ-nə dəvət olunan zaman ona qarşı dələduzluq edərək 7500 manat pulunu ələ keçirməsi barədə ərizə yazmasını bilmişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 dəymiş qalan 5100 manat ziyanı da tam ödəmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 Biləsuvar rayonu, Zəhmətabad kənd sakini kimi tanıyır, heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. 2019-cu ilin may ayının əvvəllərində tanımadığı bir mobil nömrədən ona zəng gəlmiş, həmin zəng edən şəxslə danışarkən adının Nizami olmasını, pensiya işi ilə bağlı onunla görüşərək söhbət etmək istədiyini bildirmişdir. O da Nizami ilə görüşməyə razılaşmışdır. Bundan sonra Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən, köhnə park deyilən H.Əliyev adına parkda Zərərçəkmiş şəxs1 qardaşı Niyaməddin Nəhmətovla birlikdə onunla görüşüb söhbət etmiş, söhbət zamanı Zərərçəkmiş şəxs1 həqiqi hərbi xidmətdə olan zaman xəstələndiyini, lakin xəstəliyi ilə bağlı olaraq pensiya almadığını bildirmişdir. Bu zaman Nizamiyə ayrı-ayrı şəxslərə pensiya düzəltdirmək işi ilə məşğul olmasını, ona da İİ qrup əlil kimi pensiya düzəldə biləcəyini, hər ay 200-220 (iki yüz-iki yüz iyirmi) manat pensiya alacağını bildirmiş, bu işi düzəltməsi qarşılığında 9000 (doqquz min) manat pul istəmişdir. Nizami onun pensiya düzəltməsi qarşılığında 8700 (səkkiz min yeddi yüz) manat pul verə biləcəyini dedikdə Nizaminin bu sözü ilə razılaşmışdır. Bundan bir neçə gün sonra, yəni 2019-cu ilin may ayının ortalarında Nizamiyə zəng edərək İİ qrup əlil kimi pensiya düzəltmək üçün işə başlamaq istədiyini bildirmiş və bunun üçün də ilkin olaraq 3500 (üç min beş yüz) manat pul istəmişdir. Nizami onun bu sözündən sonra həmin gün saat 16 radələrində təkrarən zəng edərək dediyi 3500 manat pulu hazır etdiyini və görüşüb həmin pulu vermək istədiyini bildirmişdir. Onun təklifinə əsasən Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən, köhnə park deyilən H.Əliyev adına parkda Zərərçəkmiş şəxs1la qardaşı Niyaməddin Nəhmətovun yanında görüşmüş, Nizami özünə məxsus şəxsiyyət vəsiqəsini, hərbi biletini, həmçinin 3500 manat pulu ona vermişdir. Ondan pensiya işini kimin vasitəsilə düzəldəcəyini soruşduqda “sən narahat olma, mən özüm bu işləri həll edirəm, heç kimə pul vermirəm, sənin kimi çox adamın işini düzəltmişəm» sözlərini demişdir. Bu sözlərindən sonra Nizaminin ona qarşı inamı daha da artmış və pensiya düzəldəcəyinə inanmışdır. Lakin, Nizamidən aldığı pulu şəxsi ehtiyacları üçün xərcləmiş, ona qrup əlillik dərəcəsi təyin etdirmək üçün heç bir iş görməmişdir. Həmin vaxtdan təxminən 2 ay sonra, yəni 2019-cu ilin iyul ayının ortalarında yenidən Nizamiyə zəng edərək pensiya sənədlərinin düzəlmək üzrə olduğunu bildirmiş və buna görə də verəcəyi 8700 manat puldan qalan 5200 (beş min iki yüz) manat pulu da verməsini istəmişdir. Bir neçə gün sonra Nizami ona zəng edərək qalan 5200 manat pulu düzəltdiytini və görüşüb vermək istədiyini bildirmişdir. Razılaşmalarına əsasən Biləsuvar şəhəri, H. Əliyev küçəsində yerləşən “Belissa” mebel evinin qarşısında Zərərçəkmiş şəxs1la görüşmüş və 5200 manat pulu almışdır. Nizamiyə pensiya sənədlərinin düzəlmək üzrə olmasını, yaxın vaxtlarda pensiyasının düzələcəyini, İİ qrup əlil kimi hər ay 200-220 manat pensiya ala biləcəyini bildirmiş və bu işdən narahat olmamasını istəmişdir. Lakin, Nizamidən aldığı pulu şəxsi ehtiyacları üçün xərcləmiş, qrup əlillik dərəcəsi təyin etdirmək üçün heç bir iş görməmişdir. Həmin vaxtdan etibarən Zərərçəkmiş şəxs1 ona zəng edərək hər dəfə pensiya işi ilə bağlı maraqlandıqda yalandan həmin işin tezliklə həll olunacağına dair vədlər vermişdir. Buna baxmayaraq Nizaminin dediyi vaxtdan 2-3 ay keçsə də, Zərərçəkmiş şəxs1 pensiya sənədlərinin düzəlməsi üçün hər hansı bir iş görməmişdir. Bu səbəbdən də Nizami ona zəng edərək ya pensiya işini tezliklə həll etməsini, ya da ki aldığı 8700 manat pulu geri qaytarmasını tələb etmişdir. Lakin, bütün bunlara baxmayaraq Nizaminin İİ qrup əlil kimi pensiya alması ilə bağlı heç bir iş görməmişdir. Nizami dəfələrlə zəng edərək verdiyi 8700 manat pulu geri qaytarmasını tələb etdikdə ayrı-ayrı vaxtlarda ümumilikdə 4600 (dörd min altı yüz) manat pul qaytarmış, qalan 4100 (dörd min bir yüz) manat pulu isə maddi imkanı pis olduğu üçün qaytara bilməmişdir. Sonradan Biləsuvar RPŞ-nə dəvət olunan zaman Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edərək 8700 manat pulunu ələ keçirməsi barədə ərizə yazmasını bilmişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 dəymiş qalan 4100 manat ziyanı da tam ödəmişdir. Bundan başqa, o, ya 2020-ci ilin axırı, ya da 2021-ci ilin əvvəllərində Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmət edən İbrahim adlı hərbi qulluqçu ilə tanış olmuşdur, İbrahimin hansı hərbi hissədə xidmət etdiyini isə dəqiq xatırlamır. İbrahimlə Bakı şəhərində Papanin adlanan ərazidə Hərbi hospitalın yaxınlığında Nadir kafedə tanış olmuş, daha doğrusu İbrahimlə Pərviz adlı xidmət yoldaşı vasitəsilə tanış olmuşdur. Pərvizi isə Biləsuvar rayonundan tanıyır, Pərviz onun həmkəndlisidir. İbrahimin ikinci Qarabağ müharibəsində iştirak edib yaralandığını bilir. İbrahimlə tanış olan zaman İbrahim xəstəliyinə görə Hərbi hopsitalda müalicədə yatmış, hansı bölmədə olduğunu xatırlamır, psixi ya da nevroloji xəstəliyi olmuşdur. İbrahimlə ilk tanışlığı zamanı Hərbi Həkim Komissiyası tərəfindən yararsız kimi şəhadətləndirilməsinə köməklik etməsini ondan xahiş etmişdir. Həmin vaxt danışıqları zamanı İbrahim Hospitalın Hərbi Həkim Komissiyasında xüsusi təyinatlı qüvvələrin hərbi qulluqçularını tərxis eləmədiklərini, ağır dərəcədə xəsarəti olmayanları yararlı kimi şəhadətləndirdiklərini demişdir. O, özü də hospitaldakı söz- söhbətdən eşitmişdir ki, hərbi qulluqçuları yararsız kimi şəhadətləndirmək üçün pul istəyirlər, Xüsusi təyinatlı qüvvələrin hərbi qulluqçularına yararsız qərarı vermək üçün 15-17 min manat pul tələb edilir. Onunla danışan zaman İbrahim çox pulu olmadığını, 4000 manat verməyə imkanı çatdığını demişdir. İbrahim 4000 manat pulu rüşvət kimi onun vasitəsi ilə Hərbi Həkim Komissiyasında vəzifəli şəxslərdən kiməsə verib işinə köməklik etməsini istəmişdir. O da həmin vaxt İbrahimin səhhətindəki problemlə maraqlanmış, tibbi sənədləri ilə də tanış olmuşdur. İbrahimin müharibə vaxtı xəsarət aldığını və xəstəlikləri olduğunu bilmiş, lakin konkret olaraq nə kimi xəstəliyi olduğunu xatırlamır. O da İbrahimlə razılaşmış və verəcəyi 4000 manat pulun komissiyada vəzifəli şəxslərə verilib onun yararsız kimi şəhadətləndirilməsinə köməklik edəcəyini bildirmişdir. Həmin vaxt İbrahimin üstündə həmin məbləğdə pul olmamış, buna görə də sonrakı günlərdə həmin 4000 manat məbləği düzəldib ona verməsi barədə razılaşmışlar. Bu görüşdən bir neçə gün sonra İbrahim ona hissə-hissə 4000 manat pul vermişdir. Üstündən çox müddət keçdiyinə görə hazırda həmin pulu ona hansı formada, harada və nə vaxt verdiyini xatırlamır. Amma dəqiq bilir ki, İbrahim ona Hərbi Həkim Komissiyasında yararsız kimi şəhadətlənməsinə köməklik etməsi üçün ümumilikdə 4000 manat pul vermişdir. O, İbrahimlə razılaşan zaman pul verdikdən sonra bir ay ərzində işini həll edəcəyini demişdir. Buna görə də bu söhbətdən bir ay keçdikdən sonra İbrahim onunla əlaqə saxlayıb işi barədə maraqlanmış, o isə həmin vaxta kimi işi barədə maraqlanmamış, buna görə də İbrahimə müsbət cavab verə bilməmişdir. Söz verdiyi vaxtda İbrahimin işinə köməklik göstərə bilmədiyi üçün aralarındakı razılaşma pozulmuş, İbrahim hərbi hospitaldakı müalicəsi başa çatandan sonra hərbi həkim komissiyasında şəhadətləndirilib xidmət yerinə geri qaytarılmış, yəni hərbi xidmətə yararsız qərarı verilməmişdir. İbrahim artıq ondan kömək istəmədiyini, verdiyi pulu geri qaytarmasını tələb etmişdir. O da İbrahimin verdiyi pulu öz şəxsi xərcləri üçün sərf etmiş, buna görə də pulu istəyəndə dərhal geri qaytara bilməmiş və ona bir qədər vaxt verməsini xahiş etmişdir. Təxminən 2-3 ay müddət ərzində İbrahimə ümumilikdə 2000 manat pul qaytarmış, həmin pulu hissə-hissə olmaqla bir neçə dəfəyə İbrahimin ona verdiyi kart nömrəsinə ödəniş aparatları vasitəsilə ödəmişdir. Razılaşmaları pozulandan sonra İbrahimlə üz-üzə görüşməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 Biləsuvar rayonu, Bəydili kənd sakini kimi tanıyır, heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. 2021-ci ilin mart ayının sonlarında Biləsuvar RMX-da olan zamanı bir şəxsin əlində sənədlər toplamasını görüb həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və hansı səbəbdən xəstəxanaya gəlməsini soruşmuşdur. Həmin şəxs Bəydili kəndində yaşamasını, Zərərçəkmiş şəxs5 olmasını, 1992- 1996-cı illərdə həqiqi hərbi xidmətdə olduğunu və yaralanmasını, lakin pensiya almadığını, buna görə də özünə pensiya düzəltdirmək istədiyini bildirmişdir. O İntiqama pensiya düzəltmək işi ilə məşğul olmasını deyərək yalandan İİ qrup əlillik dərəcəsi təyin etdirə biləcəyini, bunun qarşılığında 6000 (altı min) manat pul alacağını demişdir. İntiqam da onun bu sözləri ilə razılaşmnışdır. Həmin vaxt İntiqamla bir-birinin istifadəsində olan mobil telefon nömrələrini götürmüşlər. Bir neçə gün sonra İntiqamı aldadaraq pulunu ələ keçirmək niyyəti ilə mobil telefonuna zəng edərək İİ qrup əlillik dərəcəsi təyin etdirməklə bağlı işlərə başlamaq istədiyini bildirmiş və buna görə də ilkin olaraq 3000 (üç min) manat pul verməsini istəmişdir. İntiqam isə Bakı şəhərində işləməsini, buna görə də 3000 manat pulu taksi vasitəsilə Biləsuvar rayonunda yaşayan qardaşı Şahid1 göndərəcəyini və Əlheydərin onunla görüşərək pulu verəcəyini bildirmişdir. Bir gün sonra Şahid1 ona zəng edərək Biləsuvar rayonu ərazisində görüşərək İntiqamın göndərdiyi pulu ona vermək istədiyini demişdir. Razılaşmalarına əsasən Biləsuvar şəhəri, 8 Mart küçəsində Əlheydərlə görüşmüş və İntiqamın göndərdiyi 3000 manat pulu almışdır. Lakin həmin pulu şəxsi ehtiyacları üçün xərcləmiş, İntiqama qrup əlillik dərəcəsi təyin etdirmək üçün heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs5la mobil telefon vasitəsilə danışarkən isə yalandan pensiyasının düzəlməsi üçün işlər gördüyünü bildirmişdir. Bundan başqa, 2021-ci ilin may ayının əvvələrində yenidən Zərərçəkmiş şəxs5 mobil telefonuna zəng edərək İİ qrup əlillik dərəcəsi təyin etdirməklə bağlı işlər gördüyünü demiş, qalan 3000 manat pulu da verməsini istəmişdir. İntiqam bu dəfə də Bakı şəhərində işləməsini bildirmiş, buna görə də 3000 manat pulu taksi vasitəsilə Biləsuvar rayonunda yaşayan qardaşı Şahid1 göndərəcəyini və Əlheydərin onunla görüşərək pulu verəcəyini bildirmişdir. Bir gün sonra Şahid1 ona zəng edərək Biləsuvar rayonu ərazisində görüşərək İntiqamın göndərdiyi pulu vermək istədiyini bildirmişdir. Razılaşmalarına əsasən Biləsuvar şəhəri, 8 Mart küçəsində Əlheydərlə görüşmüş və İntiqamın göndərdiyi 3000 manat pulu almışdır. Əvvəl olduğu kimi bu dəfə də İntiqamdan Əlheydər vasitəsilə aldığı 3000 manat pulu şəxsi ehtiyacları üçün xərcləmiş, qrup əlillik dərəcəsi təyin etdirmək üçün heç bir iş görməmişdir. Bundan başqa, eyni qaydada Zərərçəkmiş şəxs5 2021-ci ilin may ayının ortalarında 200 (iki yüz) manat, 2021-ci ilin may ayının sonlarında isə 300 (üç yüz) manat pulu qardaşı Şahid1 vasitəsilə almışdır. Sonradan Zərərçəkmiş şəxs5 ona zəng edərək bu işlə maraqlandıqda hər dəfə müxtəlif vədlər verərək aldatmışdır. Zərərçəkmiş şəxs5 da onun tərəfindən aldadılaraq pulunun ələ keçirməsini başa düşüb verdiyi 6500 manat pulu geri qaytarmasını tələb etmişdir. O isə maddi imkanı olmadığı üçün aldığı pulu geri qaytara bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 Cəbrayıl rayon sakini kimi tanıyır, heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. 2021-ci ilin yay aylarında Bakı şəhərində Əlillərin Bərpası mərkəzində olan zaman bir şəxsin əlində sənədlər toplayaraq gözləməsini görüb həmin şəxsə yaxınlaşmışdır. Həmin şəxslə tanış olduqdan sonra Zərərçəkmiş şəxs2 olmasını bilmişdir. Xıdırla söhbət edən zaman qızı Sevilin əvvəllər İİ qrup əlil kimi pensiya almasını, lakin sonradan həmin pensiyanın dayandırılmasını, buna görə də sənədlərini toplayıb pensiyanın bərpa olunması üçün təkrar olaraq müraciət etdiyini bildirmişdir. O da Xıdırı aldadaraq pulunu ələ keçirmək niyyəti ilə yalandan pensiya düzəltmək işi ilə məşğul olduğunu, buna görə də qızının pensiyasının bərpa olunmasında köməklik qarşılığında 10500 (on min beş yüz) manat pulu alacağını demişdir. Zərərçəkmiş şəxs2 onun bu təklifi ilə razılaşmış, pul toplayıb bu barədə onunla əlaqə saxlayacağını bildirmişdir. 2021-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs2 ona zəng edərək qızı Sevilin pensiyasının bərpa olunmasında köməklik göstərməsi qarşılığında istədiyi 10500 manat puldan 6000 (altı min) manat vermək istədiyini demişdir. Xıdıra Biləsuvar rayonuna gəlməsini istəmişdir. Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Əla market”-in qarşısında Zərərçəkmiş şəxs2lə görüşən zaman həmin marketdə olan Milliön ödəmə terminalı vasitəsilə onun adına olan bank kartına əvvəlcə 5000 (beş min) manat, bir neçə dəqiqə sonra isə 1000 (bir min) manat pul köçürmüşdür. Zərərçəkmiş şəxs2 qızı Sevil Allahverdiyevanın İİ qrup əlil kimi pensiyasının görülməsi ilə bağlı işə həmin gün başlayacağını bildirərək inandırmışdır. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmiş, Xıdırın qızı Sevilin pensiyasının bərpa olunması ilə bağlı heç bir iş görməmişdir. Bundan başqa, 2021-ci ilin dekabr ayının sonlarında Xıdıra zəng edərək qızı Sevilin pensiyasının bərpa olunmasında köməklik göstərməsi qarşılığında razılaşdığı 10500 manat puldan qalan 4500 ( dörd min beş yüz) manat pulu verməsini istəmişdir. Buna görə də həmin gün yenidən Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Əla market”-in qarşısında Xıdırla görüşmüş və Xıdır həmin marketdə olan Milliön ödəmə terminalı vasitəsilə verdiyi bank kartına 2500 (iki min beş yüz) manat pul köçürmüşdür. Bu dəfə də Xıdırın adına olan bank kartına köçürdüyü 2500 manat pulu şəxsi ehtiyacları üçün xərcləmiş, lakin qızı Sevilin pensiyasının bərpa olunması ilə bağlı heç bir iş görməmişdir. Bundan başqa, 2022-ci ilin yanvar ayının əvvələrində yenidən Xıdıra zəng edərək Sevil Allahverdiyavanın pensiyasının bərpa olunması üçün razılaşdıqları 10500 manat puldan qalan 2000 (iki min) manat pulu da verməsini istəmiş, buna görə də Xıdır yenidən Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Əla market”-in qarşısına gəlmiş və söhbət etdikdən sonra qalan 2000 manat pulu da almışdır. Xıdıra qızı Sevilin pensiyasının yaxın vaxtlarda bərpa olunacağına dair yalan vədlər verərək onu inandırmışdır. Lakin, əvvəllər olduğu kimi bu dəfə də Xıdırdan aldığı pulun əvəzində qızı Sevilin pensiyasının bərpa olunması ilə bağlı heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs2 ona zəng edərək bununla maraqlandıqda hər dəfə müxtəlif bəhanələr gətirərək aldatmışdır. Bu səbəbdən də Xıdır ona verdiyi 10500 manat pulu geri qaytarmasını tələb etmiş, o isə maddi imkanı olmadığı üçün aldığı pulu geri qaytara bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 Biləsuvar rayonu, Çaylı kənd sakini kimi tanıyır, heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur, onunla birlikdə İ Qarabağ müharibəsi zamanı bir yerdə döyüşlərdə iştirak etmişlər. 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs3la Biləsuvar rayonu, Əsgərabad kəndi ərazisində yerləşən “Qoz bağı” adlı kafedə olan zaman Ramizdən əlillik dərəcəsinin olub-olmamasını soruşmuş, Ramiz isə İ Qarabağ müharibəsi zamanı xəsarət almasını, lakin bununla bağlı heç bir əlillik dərəcəsinin olmamasını bildirmişdir. Zərərçəkmiş şəxs3 aldadaraq pulunu ələ keçirmək niyyəti ilə yalandan ayrı-ayrı şəxslərə əlillik dərəcəsi təyin etdirmək işi ilə məşğul olmasını bildirmiş və Ramizə də 3500 (üç min beş yüz) manat qarşılığında əlillik dərəcəsi təyin etdirməyi təklif etmişdir. Zərərçəkmiş şəxs3 da onun bu təklifi ilə razılaşmışdır. Ramiz ondan həmin işi kimin vasitəsilə görəcəyini soruşduqda bu işi təkbaşına görəcəyini bildirmiş, bu işi hər hansı şəxslə görəcəyi barədə heç bir məlumat verməmişdir. 08 yanvar 2023-cü ildə Ramizə zəng edərək səhəri gün birlikdə Bakı şəhərində yerləşən X10 getməsini istəmişdir. Buna görə də 09 yanvar 2023-cü il tarixdə Ramiz onunla birlikdə Bakı şəhərinə X10 getmiş, həkim komissiyasından keçdikdən sonra Ramizə “narahat olma, sənin işin tezliklə düzələcəkdir” sözlərini demişdir. Bundan sonra Ramizdən qrup əlilliyi düzəltməsi müqabilində razılaşdığı 3500 (üç min beş yüz) manat pulu verməsini istəmiş, Ramiz 3450 (üç min dörd yüz əlli) manat pulu olmasını və həmin pulu bank kartına göndərməyi təklif etmişdir. Zərərçəkmiş şəxs3 bu təklifi ilə razılaşmış, onlar X4 inzibati binası ilə üzbəüz yerləşən “Al market”-ə getmiş və həmin marketdə olan Milliön ödəmə terminalı vasitəsilə Ramiz onun verdiyi bank kartına 3450 manat pul köçürmüşdür. Həmin vaxt Ramizin pulu bank kartına göndərməsi barədə qəbzi götürüb özündə saxlamışdır. Zərərçəkmiş şəxs3 qalan 50 (əlli) manat pulu isə Biləsuvar rayonundan bank kartına göndərəcəyini dedikdə, bu sözləri ilə razılaşmışdır. Ramizdən pulu aldıqdan sonra ona 1 ay müddətində əlillik dərəcəsi təyin etdirəcəyinə söz verdiyi üçün onunla uzun müddət tanışlığının olmasını nəzərə alaraq verdiyi sözlərə inanmışdır. 10 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs3 ona zəng edərək adına olan bank kartına qalan 50 manatı da göndərdiyini bildirmişdir. Ramizin onun adına olan bank kartına göndərdiyi 3500 manat pulu çıxarıb şəxsi ehtiyacları üçün xərcləmiş, Ramizə əlillik dərəcəsi təyin etdirməklə bağlı heç bir iş görməmişdir. 2023-cü ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs3 ona zəng edərək DSMF-nun Biləsuvar rayon filialına gedərək özünə əlillik dərəcəsi təyin olunması ilə maraqlandığını, həmin şöbədən əlillik dərəcəsi təyin etdirilməsi ilə bağlı imtina cavabının göndərilməsinin izah edildiyini bildirmiş və verdiyi 3500 manat pulu geri qaytarmasını tələb etmişdir. Sonrakı vaxtlarda Ramizdən aldığı 3500 manat pulun 1300 (bir min üç yüz ) manatını hissə-hissə qaytarmış, lakin, maddi imkanın pis olduğuna görə qalan 2200 (iki min iki yüz) manat hissəsini isə müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Ağalıkənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, yalnız kənd təsərrüfatı ilə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs bacısının əri Şahid2 vasitəsilə tanımışdır. Belə ki, Şahid2 birinci Qarabağ müharibəsi əlilidir. Bildiyinə görə Təqsirləndirilən şəxs də İ Qarabağ müharibəsi əlilidir. Ona görə də onlar bir-birlərini tanıyır. O, da Elsevərə görə İlhamı tanımışdır. 1995-ci ildən 1998-ci ilə kimi Azərbaycan ordusunda əsgər kimi xidmət etmiş, hərbi xidmətdə Qazax rayonunda cəbhə xəttində olmuşdur. Hərbi xidmətdə olan zaman alın nahiyəsindən qəlpə yaraları aldığına görə həmin vaxtı hərbi hissənin daxilində olan tibb müəsisəsində müalicə almış, başqa heç bir yerə müraciət etməmişdir. 2019-cu ilin yanvar ayının əvvəllərində yeznəsi Elsevərlə söhbət edən zaman ona hərbi xidmətdə yaralandığını demişdir. Elsevər də pensiya düzəltmək işi ilə məşğul olan, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində yaşayan İlham adlı şəxsin olmasını ona bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs mobil telefon nömrəsini tapıb onunla əlaqə saxlamış və görüşüb söhbət etmək istədiyini ona demişdir. Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Günəş» kafesində İlhamla söhbət edən zaman ona həqiqi hərbi xidmətdə olan zaman yaralanmağını, lakin pensiya almadığını, onun pensiya düzəltmək işi ilə məşğul olması haqqında məlumatlı olduğunu demişdir. İlham söhbət zamanı ondan hərbi biletimi istəmişdir. Hərbi biletini verdikdən sonra biletə baxıb İlhama İİ qrup əlil kimi pensiya düzəldə biləcəyini bildirməklə bu işi görməsi müqabilində ondan 9000 (doqquz min) manat pul istəmişdir. İlhama bu işə görə 7000 (yeddi min) manat verə biləcəyini demişdir. İlham onunla 7000 (yeddi min) manata razılaşmışdır. Bir neçə gün sonra, 2019-cu ilin yanvarın sonlarında Şahid2 adına bankdan 4000 (dörd min) manat kredit götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxslə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Günəş» kafesində görüşən zaman İİ qrup əlil kimi pensiya düzəltməsində köməklik göstərəcəyi qarşılığında ilkin olaraq 4000 (dörd min) manat pulu Şahid2 yanında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra İİ qrup əlil kimi pensiya sənədlərinin düzəlməsi üçün iş görməyə başlayacağını və yaxın vaxtlarda sənədlərinin düzələcəyini vəd vermişdir. İlhamın vəd verdiyi sözlərə inanmışdır. Bundan təxminən bir ay sonra Təqsirləndirilən şəxs ona zəng edərək pensiya sənədlərinin düzəlmək üzrə olduğunu bildirməklə qalan 3000 (üç min) manat pulu da verməsini demişdir. O, da İlhamın sözlərinə inanıb qalan 3000 (üç min) manat pulu verməyə razılaşmışdır. 2019-cu ilin fevral ayının sonlarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Saat dairəsi» deyilən yerdə Təqsirləndirilən şəxslə görüşən zaman Şahid2 yanında ona qabaqcadan razılaşdıqları kimi qalan 3000 (üç min) manat pulu da vermişdir. İlham ona vədlər verib pensiya sənədlərinin tezliklə düzələcəyini bildirdiyinə görə ona inanmışdır. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq İlham ona İİ qrup əlil kimi pensiya alması ilə bağlı heç bir iş görməmiş və bununla bağlı ona heç bir sənəd verməmişdir. Buna görə də İlhama zəng edərək verdiyi 7000 (yeddi min) manat pulu geri qaytarmasını tələb etmişdir. İlham ona müxtəlif vaxtlarda ümumilikdə 2700 ( iki min yeddi yüz) manat pul qaytarsa da, qalan 4300 ( dörd min üç yüz) manat pulu müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. Bu səbəblə də o, 29 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində rayon polis şöbəsinə ərizə ilə müraciət edərək şikayət etmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, 300 (üç min) manat bir, 4000 (dörd min) manat bir olmaqla ümumilikdə 7000 (yeddi min beş yüz) manat pulu İlham ondan almış, lakin İlham ona İİ qrup əlil kimi pensiya düzəltməkdə hər hansı şəxslə iş görəcəyini və yaxud aldığı pullardan hər hansı şəxs və ya şəxslərə verəcəyini bildirməmişdir. Sonda Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ona vurulmuş zərəri tam olaraq ödəmədiyini, ona görə də onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2004-2006-cı illərdə Beyləqan rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətdə olan zaman xəstələndiyinə görə hospitalda müalicə almışdır. Lakin, hərbi xidməti başa vurduqdan sonra xəstəliyi ilə bağlı pensiya və ya digər hər hansı sosial müavinət almamışdır. Təqsirləndirilən şəxs Biləsuvar rayonu, Aşağı Cürəli kənd sakini kimi tanıyır, İlhamı qardaşı Niyaməddin Nəhmətov vasitəsilə tanımışdır. Belə ki, 2019-cui ilin may ayının əvvəllərində xəstəliyi ilə əlaqədar olaraq pensiya düzəltdirmək istədiyini Niyaməddin Nəhmətova dedikdə Niyaməddin ona Təqsirləndirilən şəxs pensiya düzəltmək işi ilə məşğul olmasını bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs mobil telefon nömrəsini tapıb zəng etmiş və görüşüb söhbət etmək istədiyini bildirmişdir. İlham da onunla görüşüb söhbət etməyə razılaşmışdır. Bundan sonra Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən, köhnə park deyilən H.Əliyev adına parkda qardaşı Niyaməddin Nəhmətovla birlikdə Təqsirləndirilən şəxslə görüşüb söhbət etmiş, söhbət zamanı Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətdə olan zaman xəstələndiyini, lakin xəstəliyi ilə bağlı olaraq pensiya almadığını bildirmişdir. İlham da ayrı-ayrı şəxslərə pensiya düzəltdirmək işi ilə məşğul olmasını, ona İİ qrup əlil kimi pensiya düzəldə biləcəyini, hər ay 200-220 (iki yüz-iki yüz iyirmi) manat pensiya alacağını bildirmiş, bu işi düzəltməsi qarşılığında 9000 (doqquz min) manat pul istəmişdir. O, İlhama pensiya düzəltməsi qarşılığında 8700 (səkkiz min yeddi yüz) manat pul verə biləcəyini dedikdə İlham onun bu sözlərinə heç bir etiraz etməyərək razılaşımşdır. Bundan bir neçə gün sonra, yəni 2019-cu ilin may ayının ortalarında Təqsirləndirilən şəxs ona zəng edərək İİ qrup əlil kimi pensiya düzəltmək üçün işə başlamaq istədiyini bildirmiş və bunun üçün də ilkin olaraq 3500 (üç min beş yüz) manat pul istəmişdir. O, İlhamın bu sözündən sonra həmin gün saat 16 radələrində İlhama zəng edərək dediyi 3500 manat pulu hazır etdiyini və görüşüb həmin pulu vermək istədiyimi bildirmişdir. İlhamın təklifinə əsasən Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən, köhnə park deyilən H.Əliyev adına parkda qardaşı Niyaməddin Nəhmətovla birlikdə İlhamla görüşmüş və şəxsiyyət vəsiqəsini, hərbi biletini, həmçinin 3500 manat pulu vermişdir. İlhamdan pensiya işini kimin vasitəsilə düzəldəcəyini soruşduqda ona, “sən narahat olma, mən özüm bu işləri həll edirəm, heç kimə pul vermirəm, sənin kimi çox adamın işini düzəltmişəm” sözlərini demişdir. İlhamın bu sözlərindən sonra inamı daha da artmış və ona pensiya düzəldəcəyinə inanmışdır. Həmin vaxtdan təxminən 2 ay sonra, yəni 2019-cu ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs ona yenidən zəng edərək pensiya sənədlərinin düzəlmək üzrə olduğunu bildirmiş və buna görə də verəcəyi 8700 manat puldan qalan 5200 ( beş min iki yüz) manat pulu da verməsini istəmişdir. O, buna görə 2019-cu ilin iyul ayının ortalarında 5200 manat pul düzəldib İlhama zəng etmiş və görüşüb həmin pulu da vermək istədiyini bildirmişdir. Razılaşmalarına əsasən Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Belissa” mebel evinin qarşısında İlhamla görüşmüş və 5200 manat pulu vermişdir. İlham onun pensiya sənədlərinin düzəlmək üzrə olmasını, yaxın vaxtlarda pensiyasının düzələcəyini, İİ qrup əlil kimi hər ay 200-220 manat pensiya ala biləcəyini bildirmiş və bu işdən narahat olmamasını istəmişdir. O da İlhamın sözlərinə inanmışdır. Lakin, həmin vaxtdan etibarən İlhama zəng edərək hər dəfə pensiya işi ilə bağlı maraqlandıqda yalandan həmin işin tezliklə həll olunacağına dair vədlər vermiş, dediyi vaxtdan 2-3 ay keçməsinə baxmayaraq İlham onun pensiya sənədlərinin düzəlməsi üçün hər hansı bir iş görməmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs zəng edərək ya pensiya işini tezliklə həll etməsini, ya da ki aldığı 8700 manat pulu geri qaytarmasını tələb etmişdir. Lakin, bütün bunlara baxmayaraq İlham ona İİ qrup əlil kimi pensiya alması ilə bağlı heç bir iş görməmişdir. İlhama dəfələrlə zəng edərək verdiyi 8700 manat pulu geri qaytarmasını tələb etmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs 8700 manat puldan ayrı-ayrı vaxtlarda ümumilikdə 4600 (dörd min altı yüz) manat pul qaytarmış, qalan 4100 (dörd min bir yüz) manat pulunu isə müxtəlif bəhanələr gətirərək və yalan vədlər verərək qaytarmamışdır. Buna görə də 14 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onu pensiya düzəltmək adı ilə aldadaraq 8700 manat pulunu ələ keçirməsi barədə Biləsuvar rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, 2019-cu ilin iyul ayının ortalarında Biləsuvar şəhəri, H. Əliyev küçəsində yerləşən “Belissa” mebel evinin qarşısında Təqsirləndirilən şəxs ona İİ qrup əlil kimi pensiya düzəltməsində köməklik göstərəcəyi qarşılığında 5200 (beş min iki yüz) manat pulu verməsini başqa heç kim görməmiş, Təqsirləndirilən şəxs ondan həmin pulları alan zaman İİ qrup əlil kimi pensiya düzəltməkdə hər hansı şəxslə iş görməsini, aldığı pullardan hər hansı şəxs və ya şəxslərə verəcəyini bildirməmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada ərizə ilə müraciət edərək ona dəymiş 8700 manat ziyanın Təqsirləndirilən şəxs tərəfindən ona tam ödəndiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, N nömrəli hərbi hissədə gizir kimi xidmət etdiyi zaman 27 sentyabr 2020-ci il tarixdə başlanmış ikinci Qarabağ müharibəsində döyüş əməliyyatlarında iştirak etmişdir. 30 sentyabr 2020-ci il tarixdə Murov istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılmış atəşlər nəticəsində qəlpə yaraları almış, həmin vaxt kəllə beyin travması və sağ qolundan da xəsarət almışdır. Yaralandığı üçün döyüşü davam etdirə bilməmiş və tibbi yardım göstərilib xəstəxanaya göndərilmişdir. Daha sonra səhhəti ilə əlaqədar olaraq 2021 -ci ilin əvvəllərində N nömrəli hərbi hissədən hərbi xidmətə yararlılığının müəyyən edilməsi məqsədilə Hərbi Həkim Komissiyasına göndərilmişdir. Orada Baş Klinik Hospitalın Nevrologiya bölməsində stasionar müalicəyə qəbul edilmiş, müalicədə olanda bir dəfə keçmiş xidmət yoldaşı Pərviz Soltanovla danışan zaman xəstəliyinə görə tərxis olunmaq istədiyini demişdir. Amma həmin vaxt komissiyada yararsız kimi şəhadətləndirilməyəcəyindən narahat olmuş, çünki həmin vaxt ümumi söz-söhbətdən eşitmişdir ki, Hərbi Həkim Komissiyasında yararsız kimi şəhadətləndirilmək çətindir. Ümumiyyətlə bu məsələlərin necə olduğunu, tərxis olunmaq üçün nə etmək lazım olduğunu və prosedur qaydalarını bilməmişdir. Pərviz də həmin vaxt İlham adlı tanışının tərxis olunmaqda ona kömək edə biləcəyini demişdir. Buna görə də 2021-ci ilin yanvar ayında hospitalın Nevrologiya bölməsində müalicədə olanda Pərvizin dediyi İlham adlı şəxslə tanış olub danışmış, İlhamla telefonla danışan zaman xəstəliyi və xəsarəti barədə məlumat vermiş, səhhətindəki problemlərə görə hərbi xidmətə yararsız kimi şəhadətləndirilmək istədiyini bildirmişdir. Xəstəliyi ilə bağlı tibbi sənədlərini də İlhama göndərmişdir. Müharibədən sonrakı dövrdə gözlə görünən ağır xəsarəti olmayan xüsusi təyinatlı qüvvələrin hərbi qulluqçularını yararsız kimi şəhadətləndirmək üçün 10-15 min manat pul verildiyini eşitmişdir. İlham da ona Hərbi Həkim Komissiyasında vəzifəli tanışlarının olduğunu, onlara pul verməklə bu işi 8000 manata həll edə biləcəyini demidir. O, eşitdiyi məbləğlərə nisbətdə 8000 manat verməyin daha sərfəli olduğunu fikriləşmiş və İlhamın təklifi ilə razılaşmışdır. İlham pul verildikdən sonra bir ay ərzində işini həll edəcəyini demişdir. Onlar 8000 manat pulun 4000-4000 olmaqla iki dəfəyə verilməsində razılaşmışlar. Razılaşdıqdan bir neçə gün sonra İlham ona zəng edib işin tez həll olunması üçün 4000 manat pulun artıq verilməli olduğunu demiş, İlham pulu istəyəndə onun maaş kartımda demək olar ki, həmin qədər pul olmuşdur. O, pulu bankomatdan çıxarıb İlhama vermək istəmiş, həmin vaxt hospitalın Nevrologiya bölməsində müalicədə olmuş və elə hospitalın ərazisində olan bankomatdan pulu çıxarmağa çalışmışdır. Lakin, bilmir nəyə görə, amma kartdan pulu çıxara bilməmiş, daha doğrusu az məbləğdə, təxminən 500 manat pul çıxara bilmişdir. Deyəsən bankomatda həmin vaxt pul qalmamışdır. İlhama bu barədə məlumat verəndə İlham pulun dərhal həmin gün çatdırılmalı olduğunu demişdir. Buna görə də öz maaş kartını İlhama verməyi, kartdakı pulu özünün çıxarmasını təklif etmiş, İlham isə Biləsuvar rayonunda olduğunu demiş və taksi ilə kartı rayona göndərməsini istəmişdir. O da 2021-ci ilin yanvar ayının axırları, fevral ayının əvvəllərində kim olduğunu bilmədiyi bir taksi vasitəsilə maaş kartnıı və bankomatdan çıxardığı puldan 500 manatını Biləsuvar rayonuna, İlhama göndərmişdir. Kart və pul İlhama çatdıqdan sonra İlhamla da mobil telefonla danışmış, o da kartın və pulun çatdığını təsdiq etmişdir. Sonradan deyəsən elə kartı göndərdiyi gün İlham kartından pul çəkmişdir. Kartdan pul çıxanda onun mobil telefonuna mesaj göndərmişdir. Gələn mesajlardan bilmişdir ki, beş dəfə 500 manat olmaqla, cəmi 2500 manat pul kartından Biləsuvarda yerləşən hansısa bankomatdan çəkilmişdir. Pulu İlhamın şəxsən özünün, ya başqa birinin çıxardığını dəqiq bilmir və kartının 4 rəqəmli şifrəsini o, mobil telefonda İlhamın özünə demişdir. Həmin gün deyəsən nəsə limit səbəbinə görə İlham 2500 manatdan artıq pul çəkə bilməmiş, o, kartı Biləsuvara göndərəndən sonra bir neçə gün kart İlhamda qalmışdır. 2500 manatı çəkdikdən bir-iki gün sonra yenidən Biləsuvardakı bankomatdan 1000 manat pul çəkilmişdir. İlhamla danışan zaman da kartdan pulu çıxardığını təsdiqləmişdir. Sonradan maaş kartını ya İlham özü yanına gələndə ona vermiş, ya da kimləsə göndərmiş, bunu dəqiq xatırlamır. Nəticədə o, İlhama cəmi 4000 manat pulu vermişdir. Təqsirləndirilən şəxs də pulu götürəndən sonra işinin həlli üçün komissiyada adını demədiyi hansısa vəzifəli şəxslə danışdığını, 4000 manatı ona verəcəyini, müalicəsi başa çatdıqdan sonra komissiyada şəhadətlənəcəyini və yararsız qərarı veriləcəyini demişdir. Qalan 4000 manatı da həmin qərarın təsdiq olunması üçün verəcəyini deyib, qısa müddətdə qalan pulu hazır etməli olduğunu demişdir. O da İlhamla razılaşmışdır. Bundan bir neçə gün sonra onun müalicəsi başa çatmış və komissiyadan keçirilmişdir. Lakin ona hərbi xidmətə yararsız qərarı verilməmiş, sadəcə məzuniyyət verilmişdir. O da İlhamdan bu barədə soruşduqda ona qeyri dəqiq cavablar vermiş, işini həll edəcəyini demişdir. O yenə İlhama inanıb bir müddət işinin düzəlməsini gözləmişdir. Lakin məzuniyyəti başa çatdıqdan sonra xidmət yerinə geri qayıtmış və bir xeyli vaxt keçsə də işində heç bir irəliləyiş olmamışdır. İlhamın danışıqlarından onun aldatmasını, yalan danışdığını hiss etmişdir. Çünki işin nə yerdə olduğunu soruşanda qeyri dəqiq cavablar verirmiş, konkret bir söz deməmişdir. Buna görə də İlhama verdiyi 4000 manatı geri qaytarmasını tələb etmişdir. Həmin vaxt İlham maddi imkanının olmadığını demiş və pulu qaytarmaq üçün vaxt istəmişdir. Bundan sonra bir neçə ay ərzində çətinliklə, hissə-hissə olmaqla cəmi 2000 manat pulu İlhamdan geri ala bilmiş, qalan 2000 manatı isə qaytarmamışdır. Sonda Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs ona vurulmuş zərəri tam olaraq ödəmədiyini, ona görə də onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 1992-1996-cı illərdə həqiqi hərbi xidmətdə olmuş, xidmətdə olan zaman ayağından və boynundan yaralanmışdır. Müharibə veteranıdır. Lakin, qrup əlilliyi yoxdur və bununla bağlı pensiya almır. 2021-ci ilin mart ayının sonlarında sənədlərini toplayıb Biləsuvar RMX-na getmiş və özünə qrup əlillik pensiyası düzəltdirmək istəmişdir. RMX-nın inzibati binasının koridorunda bir şəxs ona yaxınlaşaraq özünü İlham kimi təqdim etmiş, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində yaşamasını və pensiya düzəltmək işi ilə məşğul olduğunu bildirmişdir. Söhbət əsnasında o, 1992-1996-cı illərdə həqiqi hərbi xidmətdə olduğunu və yaralanmasını bildirmişdir. Təqsirləndirilən şəxs ona İİ qrup əlilliyi düzəldə biləcəyini və hər ay pensiya ala biləcəyini bildirmiş, bu işin düzəlməsi üçün 6000 (altı min) manat pul istəmişdir. O da İlhamın bu sözlərinə inanıb İİ qrup əlil kimi pensiya düzəltməsinə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxslə bir-birinin mobil telefon nömrələrini götürmüşlər. O, İlhamın kim olması ilə maraqlanmaq üçün qardaşı Şahid1 zəng edərək İlham barəsində məlumat əldə edib ona bildirməsini xahiş etmişdir. Bir neçə gün sonra Əlheydər ona zəng edərək Təqsirləndirilən şəxs Biləsuvar rayonunda pensiya düzəltmək işi ilə məşğul olmasını eşitdiyini bildirmişdir. Bundan sonra 2021-ci ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs zəng etmiş və ona İİ qrup əlil kimi pensiyanı hansı müddətə düzəldəcəyini soruşmuş, İlhamın bu işi ən geci 6 ay müddətində düzəldə biləcəyini bildirmiş və ondan ilkin olaraq 3000 (üç min) manat pul istəmiş və pensiyasını düzəltmək işinə başlamaq istədiyini bildirmişdir. O, həmin vaxt Bakı şəhərində olduğu üçün 3000 (üç min) manat pulu taksi vasitəsilə qardaşı Şahid1 göndərmiş və Təqsirləndirilən şəxslə görüşüb çatdırmasını xahiş etmişdir. Əlheydər də sonradan ona zəng edərək göndərdiyi 3000 manat pulu Biləsuvar rayon avtovağzalının arxa tərəfində Təqsirləndirilən şəxs verməsini bildirmişdir. Bundan başqa, 2021-ci ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs yenidən ona zəng edərək pensiyasının düzəlməsi üçün işlər gördüyünü bildirmiş və buna görə də qalan 3000 (üç min) manat pulu göndərməsini istəmişdir. O, Bakı şəhərində olduğuna görə qardaşı Əlheydərə zəng edərək taksi vasitəsilə 3000 manat pul göndərdiyini və həmin pulu Təqsirləndirilən şəxs çatdırmasını xahiş etmişdir. Əlheydər də sonradan ona zəng edərək əvvəl olduğu kimi göndərdiyi 3000 manat pulu Biləsuvar rayon avtovağzalının arxa tərəfində Təqsirləndirilən şəxs verməsini bildirmişdir. Təqsirləndirilən şəxslə mütəmadi olaraq mobil telefon vasitəsilə əlaqə saxladıqda İlham hər dəfə onun pensiyasının düzəlməsi işi ilə məşğul olmasını bildirmiş, bu barədə narahat olmamasını demiş və söz verdiyi vaxtda pensiyasının düzələcəyini bildirmişdir. Bundan başqa, 2021-ci ilin may ayının ortalarında Təqsirləndirilən şəxs ondan pensiyasının düzəlməsi üçün 200 ( iki yüz) manat, 2021-ci ilin may ayının sonlarında isə 300 ( üç yüz) manat pul istəmiş, o da həmin pulları əvvəllər olduğu kimi Bakı şəhərindən Biləsuvar rayonuna taksi vasitəsilə qardaşı Şahid1 göndərmiş və Təqsirləndirilən şəxs çatdırmasını xahiş etmişdir. Hər dəfə Əlheydər ona zəng edərək göndərdiyi pulları Təqsirləndirilən şəxs çatdırmasını bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs ona söz verdiyi vaxtda qrup əlillik və pensiya düzəltməmişdir. O, hər dəfə Təqsirləndirilən şəxslə telefon vasitəsilə maraqlandıqda müxtəlif bəhanələr gətirərək pensiya işinin yaxın vaxtlarda düzələcəyinə dair yalan vədlər vermişdir. Sonradan İlhamın artıq onu aldatmasını və pulunu ələ keçirməsini başa düşüb verdiyi 6500 ( altı min beş yüz) manat pulu geri qaytarmasını tələb etməyə başlamışdır. İlham isə onu müxtəlif bəhanələrlə aldadaraq pensiya düzəltmək adı ilə aldığı 6500 manat pulunu qaytarmamışdır. Buna görə də 12 may 2023-cü il tarixdə bununla bağlı Biləsuvar RPŞ-nə ərizə ilə müraciət etmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ondan həmin pulları alan zaman İİ qrup əlil kimi pensiya düzəltməkdə hər hansı şəxslə iş görməsini, aldığı pullardan hər hansı şəxs və ya şəxslərə verəcəyini bildirməmişdir. Sonda Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs ona vurulmuş zərəri ödəmədiyini, ona görə də onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Cəbrayıl rayonu, Qumlax kəndində qeydiyyatda olsa da, faktiki olaraq Biləsuvar rayonu ərazisində yerləşən 7 saylı məcburi köçkünlər şəhərciyi ev 22-də yaşayır. Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında Bakı şəhərində tanımışdır. Belə ki, qızı Sevil Allahverdiyeva xəstəliyə görə 2014-cü ildən İİ qrup əlildir. 2014-cü ildən 2021-ci ilə qədər İİ qrup əlil kimi pensiya almışdır. Lakin 2021-ci ildə həmin pensiyanın verilməsi dayandırılmış, o, dəfələrlə Sevilin pensiyasının bərpa olunması ilə bağlı müraciət etsə də, hər dəfə pensiyanın bərpa olunmasından imtina edilməsi barədə cavab göndərilmişdir. 2021-ci ilin yay aylarında Sevil Allahverdiyevanın əlilliyinin bərpa olunması ilə bağlı Bakı şəhərinə Əlillərin Bərpası mərkəzinə təkrar müayinəyə görə getmişdir. Orada olan zaman bir şəxs ona yaxınlaşaraq Biləsuvar rayonunda yaşamasını, adının İlham olduğunu və pensiya düzəltmək işi ilə məşğul olmasını bildirmişdir. Söhbət əsnasında ondan Bərpa Mərkəzinə hansı məqsədlə getdiyini soruşduqda qızı Sevilin əvvəllər İİ qrup əlil kimi pensiya almasını, lakin 2021-ci ilin əvvəllərində pensiyanın verilməsinin dayandırılmasını, buna görə də pensiyanın bərpa olunması üçün Sevili təkrar müayinəyə apardığını bildirmişdir. İlham pensiya düzəltmək işi ilə məşğul olduğunu, Sevilin də pensiyasının bərpa olunmasına köməklik edə biləcəyini bildirmiş və bu işi görməsi müqabilində 12000 (on iki min) manat pul istəmişdir. Lakin, o, İlhama həmin işi görməsi müqabilində 10500 (on min beş yüz) manat pul verə biləcəyimi bildirmiş, İlham da onun bu sözləri ilə razılaşmışdır. Təxminən 3 ay sonra, yəni 22 noyabr 2021-ci il tarixdə saat 11:30 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Əla market”-in qarşısında Təqsirləndirilən şəxslə görüşmüş və söhbət etdikdən sonra həmin marketdə olan Milliön ödəmə terminalı vasitəsilə əvvəlcə 5000 (beş min) manat, bir neçə dəqiqə sonra isə 1000 ( bir min ) manat pulu İlhamın verdiyi öz adına olan bank kartına köçürmüş, pulu köçürməyi ilə bağlı qəbzi özündə saxlamışdır. Təqsirləndirilən şəxs onun qızı Sevil Allahverdiyevanın İİ qrup əlil kimi pensiyasının görülməsi ilə bağlı işə həmin gün başlayacağını bildirmiş, o, İlhamın bu sözlərinə inanmışdır. Bundan başqa, 20 dekabr 2021-ci il tarixdə saat 12 radələrindəTəqsirləndirilən şəxs ona zəng edərək Sevilin pensiyasının bərpa olunmasında köməklik göstərməsi qarşılığında razılaşdıqları 10500 manat puldan qalan 4500 (dörd min beş yüz) manat pul verməsini istəmişdir. Buna görə də həmin gün saat 13:40 radələrində yenidən Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Əla market”-in qarşısında Təqsirləndirilən şəxslə görüşmüş və söhbət etdikdən sonra həmin marketdə olan Milliön ödəmə terminalı vasitəsilə İlhamın verdiyi bank kartına 2500 (iki min beş yüz) manat pul köçürmüşdür. İlham bu dəfə də onu aldadaraq artıq Sevilin pensiyasının bərpa olunması ilə bağlı işlər görməsini və həmin pensiyanın yaxın vaxtlarda bərpa olunacağına dair vədlər vermişdir. O da İlhamın dediyi bu sözlərə inanmışdır. Bundan başqa, təxminən 10-15 gün sonra, yəni 2022-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs yenidən ona zəng edərək Sevil Allahverdiyavanın pensiyasının bərpa olunması üçün razılaşdıqları 10500 manat puldan qalan 2000 (iki min) manat pulu da verməsini istəmişdir. Buna görə də yenidən Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Əla market”-in qarşısında Təqsirləndirilən şəxslə görüşmüş və söhbət etdikdən sonra İlhamın bank kartına 2000 manat pul göndərəcəyini demiş, İlham isə bank kartını özü ilə gətirmədiyini bildirmiş, buna görə də pulu nəğd şəkildə verməsini istəmişdir. Həmin pulu öz adına olan bank kartına atıb qəbzin fotoşəkilini ona göndərəcəyini bildirmişdir. O da İlhamın bu sözlərinə inanıb qalan 2000 manat pulu da vermişdir. Təqsirləndirilən şəxs 1- 2 ay ərzində Sevil Allahverdiyevanın pensiyasının bərpa olunacağını və pensiya ala biləcəyinə dair vədlər vermişdir. Buna baxmayaraq, həmin vaxtdan uzun müddət keçsə də, Sevilin pensiyası bərpa olunmamış, İlhama zəng edərək bununla maraqlandıqda hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Bu səbəbdən də sonradan İlhama zəng edib verdiyi 10500 (on min beş yüz) manat pulu geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs həmin pulun 700 (yeddi yüz) manat hissəsini qaytarsa da, lakin qalan 9800 ( doqquz min səkkiz yüz) manat hissəsini müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. Buna görə də o, 03 iyul 2023-cü il tarixdə bununla bağlı Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona vurulmuş zərəri tam olaraq ödəmədiyini, ona görə də onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ehtiyatda olan zabitdir, 1985-ci ildən 2010-cu ilə kimi hərbidə xidmət etmişdir. Birinci Qarabağ döyüşlərində işitirak etmiş və müharibə veteranıdır. Döyüş zamanı kəllə-beyin travması və qəlpə yaraları almış, ona görə də hazırda aldığı xəsarətlərə görə əziyyət çəkir. Təqsirləndirilən şəxs Biləsuvar rayonu, Aşağı Cürəli kənd sakini kimi tanıyır, qohumluq əlaqələri, heç bir şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. Təqsirləndirilən şəxslə birlikdə İ Qarabağ müharibəsi zamanı bir yerdə döyüşlərdə iştirak etmişdir. 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxslə Biləsuvar rayonu, Əsgərabad kəndi ərazisində yerləşən “Qoz bağı” adlı kafedə olan zaman ondan əlillik dərəcəsinin olub-olmamasını soruşmuş, o isə İ Qarabağ müharibəsi zamanı xəsarət almasını, lakin bununla bağlı heç bir əlillik dərəcəsinin olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs də ayrı-ayrı şəxslərə əlillik dərəcəsi təyin etdirmək işi ilə məşğul olmasını bildirmiş və ona 3500 (üç min beş yüz) manat qarşılığında əlillik dərəcəsi təyin etdirməyi təklif etmiş, o, İlhamın onun bu təklifi ilə razılaşmışdır. İlhamdan həmin işi kimin vasitəsilə görəcəyini soruşduqda bu işi təkbaşına görəcəyini bildirmiş, bu işi hər hansı şəxslə görəcəyi barədə heç bir məlumat verməmişdir. 08 yanvar 2023-cü ildə Təqsirləndirilən şəxs ona zəng edərək səhəri gün birlikdə Bakı şəhərində yerləşən X10 getməsini istəmişdir. Buna görə də 09 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxslə birlikdə Bakı şəhərinə X10 getmiş, həkim komissiyasından keçdikdən sonra İlham ona “narahat olma, sənin işin tezliklə düzələcəkdir” sözlərini demişdir. Bundan sonra ondan qrup əlilliyi düzəltməsi müqabilində razılaşdıqları 3500 (üç min beş yüz) manat pulu verməsini istəmişdir. O da 3450 ( üç min dörd yüz əlli) manat pulu olmasını və həmin pulu İlhamın bank kartına göndərməyi təklif etmişdir. Təqsirləndirilən şəxs onun bu təklifi ilə razılaşmış, onlar X4 inzibati binası ilə üzbəüz yerləşən “Al market”-ə getmişlər və həmin marketdə olan Milliön ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs verdiyi bank kartına 3450 manat pul köçürmüşdür. Həmin vaxt pulu İlhamın kartına göndərməsi barədə qəbzi İlham götürüb özündə saxlamışdır. Qalan 50 (əlli) manat pulu isə İlham Biləsuvar rayonundan bank kartına göndərəcəyini dedikdə onun bu sözləri ilə razılaşmışdır. İlhama pulu verdikdən sonra ona 1 ay müddətində əlillik dərəcəsi təyin etdirəcəyinə söz vermişdir. O Təqsirləndirilən şəxslə uzun müddət tanışlığının olmasını nəzərə alaraq verdiyi sözlərə inanmışdır. 10 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Bilısuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Aran market”də olan Milliön ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs verdiyi bank hesabına 50 (əlli) manat pul göndərmiş, İlhama zəng edərək həmin pulu göndərməsi barədə məlumat vermişdir. 2023-cü ilin yanvar ayının sonlarında DSMF-nun Biləsuvar rayon filialına gedərək özünə əlillik dərəcəsi təyin olunması ilə maraqlanmış, həmin şöbədən ona əlillik dərəcəsi təyin etdirilməsi ilə bağlı imtina cavabının göndərilməsi izah edilmişdir. Təqsirləndirilən şəxs zəng edərək ona əlillik dərəcəsi təyin edilməsi ilə bağlı göndərilən müraciətə imtina cavabının verilməsini öyrəndiyimi bildirmiş, İlham isə həmin cavabın əvvəllər göndərilən müraciətin cavabı olmasını deyərək onu aldatmaq istəmişdir. Lakin, İlhamın bu sözlərinə inanmamış, onu aldatmasını bildiyini deyərək bu işin düzəlməsi üçün verdiyi 3500 manat pulu geri qaytarmasını tələb etmişdir. İlham hər dəfə müxtəlif bəhanələr gətirərək onun pulunu verməkdən boyun qaçırmışdır. Sonrakı vaxtlarda Təqsirləndirilən şəxs ondan aldığı 3500 manat pulun 1300 (bir min üç yüz ) manatını hissəhissə qaytarmış, lakin, qalan 2200 (iki min iki yüz) manat hissəsini isə müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. O, da 10 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona əlillik dərəcəsi təyin etdirməsi adı ilə aldadaraq 3500 manat pulumu ələ keçirməsi barədə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ondan həmin pulu alan zaman qrup əlillik dərəcəsi düzəltməkdə hər hansı şəxslə iş görməsini, aldığı pullardan hər hansı şəxs və ya şəxslərə verəcəyini bildirməmişdir. Sonda Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ona vurulmuş zərəri tam olaraq ödəmədiyini, ona görə də onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı dəfələrlə məhkəməyə çağrılmasına baxmayaraq məhkəməyə gəlməyən Zərərçəkmiş şəxs6 notarial qaydada təsdiq edilmiş ərizəsini məhkəməyə göndərərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 7500 manat ziyanın ona tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs6 ibtidai istintaqda vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ünvan 1-də ailə üzvləri ilə birlikdə yaşayır. 1993cü ildə Qarabağ döyüşlərində iştirak etməklə Ağdərə istiqamətində gedən döyüşlərdə sol dizindən güllə yarası almışdır. Hazırda müharibə veteranı kimi hər ay 80 (səksən) manat təqaüd alır. 2019-cu ilin aprel ayının əvvəllərində həmkəndlisi X6 ilə söhbət edən zaman İ Qarabağ döyüşlərində iştirak etdiyini və yaralandığını, lakin heç bir əlillik dərəcəsi almadığını, buna görə də özünə əlillik dərəcəsi təyin etdirmək istədiyimi bildirmişdir. Salman Abdullayev də Biləsuvar rayonu, Aşağı Cürəli kənd sakini Təqsirləndirilən şəxs müharibə veteranı olması, İ Qarabağ döyüşlərində yaralanmasını, veteranlara əlillik düzəltməklə məşğul olmasını ona demişdir. Salmandan Təqsirləndirilən şəxs mobil telefon nömrəsini tapmasını xahiş etmişdir. Bir neçə gün sonra Salman Abdullayev ona zəng edərək İlhamın istifadəsində olan ***-***-**-** mobil nömrəsini ona vermişdir. O, Təqsirləndirilən şəxs zəng edərək mobil telefon nömrəsini Salmandan aldığını, onunla görüşüb söhbət etmək istədiyini bildirmişdir. Bir gün sonra Təqsirləndirilən şəxslə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Sulduz adlı şəxsin işlətdiyi «Sulduz» adlı kafedə görüşüb söhbət edən zaman ona İ Qarabağ döyüşlərində iştirak etdiyi və yaralandığını, lakin heç bir əlillik dərəcəsi almadığını, buna görə də özünə əlillik dərəcəsi təyin etdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs də ona İİ qrup əlillik dərəcəsi təyin etdirə biləcəyini vəd verib bu işi görməsi qarşılığında ondan 7500 (yeddi min beş yüz) manat pul istəmişdir. İlhama birdəfəlik vermək üçün 7500 (yeddi min beş yüz) manat pulunun olmadığını dedikdə, İlham ona əlillik dərəcəsi düzəltməyin 6-7 ay müddətində mümkün olacağını deyərək pulun bir hissəsini əvvəlcədən, qalan hissəsini isə sonrakı vaxtlarda verməsini təklif etmişdir. Onun təklifi ilə razılaşmışdır. 08 aprel 2019-cu il tarixdə saat 13 radələrində qardaşı oğlu Xəyal Quliyevlə birlikdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Sulduz adlı adlı şəxsin işlətdiyi «Sulduz» adlı kafedə Təqsirləndirilən şəxslə görüşüb ona ilkin olaraq 3500 (üç min beş yüz) manat pul vermişdir. Təqsirləndirilən şəxs ona əlillik dərəcəsi təyin etdirməklə bağlı işə başlayacağını, 6-7 ay müddətində sənədlərinin hazır olacağını və tezliklə pensiya ala biləcəyinə dair vədlər vermişdir. İlhamın bu sözlərinə inanmışdır. 01 sentyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək İİ qrup əlil kimi pensiya düzəltməsi ilə bağlı müəyyən işlər görməsini bildirmiş, həmin işi tam başa çatdırması üçün qalan 4000 (dörd min) manat pulu da verməsini tələb etmişdir. İlhama Bakı şəhərində olduğunu və yaşadığı evin yaxınlığında görüşərək qalan 4000 (dörd min) manat pulu verə biləcəyini bildirmişdir. 08 aprel 2019-cü il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında yerləşən yaşadığı evin qarşısında Təqsirləndirilən şəxslə görüşüb razılaşdıqları kimi yerdə qalan 4500 (dörd min beş yüz) manat pulu ona vermişdir, həmin vaxtı onların yanında kənar kimsə olmamışdır. İlham pensiya sənədlərinin düzəltmək üzrə olmasını, yaxın vaxtlarda İİ qrup əlil kimi pensiya ala biləcəyinə söz vermişdir. Onun dediyi sözlərə inanıb dediyi vaxta qədər gözləmiş, lakin Təqsirləndirilən şəxs söz verdiyi vaxtda ona İİ qrup əlillik dərəcəyi təyin etdirəcəyi ilə bağlı heç bir iş görməmişdir. İlhamdan hər dəfə işi ilə bağlı maraqlananda İlham ona müxtəlif bəhanələr gətirib yalan danışmaqla vədlər vermişdir. Sonradan İlhamın onu aldatmasını başa düşüb 7500 (yeddi min beş yüz) manat pulu geri qaytarmasını ondan tələb etmişdir. İlham isə ayrı-ayrı vaxtlarda ona ümumiliklə 2400 (iki min dörd yüz) mana pul qaytarmış, lakin qalan 5100 (beş kin yüz) manatı isə müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. Bu səbəbdən 21 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polis şöbəsinə ərizə ilə müraciət edərək şikayət etmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, 3500 (üç min beş yüz) manat bir, 4000 (dörd min) manat bir olmaqla ümumilikdə 7500 (yeddi min beş yüz) manat pulu İlham ondan almış, lakin İlham ona İİ qrup əlil kimi pensiya düzəltməkdə hər hansı şəxslə iş görəcəyini və yaxud aldığı pullardan hər hansı şəxs və ya şəxslərə verəcəyini bildirməmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.4 və 29, 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. Onun təqsiri özünün etirafedici, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun qaynıdır, münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs isə Biləsuvar rayonu, Aşağı Cürəli kənd sakini kimi tanıyır, heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. O,1994-cü ildə Qarabağ döyüşlərində iştirak etmiş, Ağdam rayonu istiqamətində gedən döyüşlərdə sol dirsək nahiyəsindən güllə yarası almış, hazırda İİ qrup Qarabağ əlilidir. 2019-cu ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs4la söhbət edən zaman İlkin ona hərbi xidmətdə yaralandığını, buna görə də özünə pensiya düzəltdirmək istədiyini bildirmidir. O, Biləsuvar rayonu, Aşağı Cürəli kənd sakini kimi tanıdığı Təqsirləndirilən şəxs pensiya düzəltmək işi ilə məşğul olmasını bildirmişdir. Sonradan, Zərərçəkmiş şəxs4 ona zəng edərək Təqsirləndirilən şəxs mobil telefon nömrəsini tapıb əlaqə saxlamasını və görüşərək söhbət etdiyini, İlhamın ona İİ qrup əlil kimi pensiya düzəltməkdə köməklik göstərməsi müqabilində 9000 (doqquz min) manat pul istədiyini, lakin həmin işin düzəlməsi ilə bağlı 7000 (yeddi min) manat pul verməyə razılaşmasını demişdir. Buna görə də İlhama vermək üçün onun adına bankdan kredit götürməsini xahiş etmişdir. O da 2019-cu ilin yanvarın sonlarında bankdan 4000 (dörd min) manat kredit götürüb Zərərçəkmiş şəxs4 vermişdir. Bir gün sonra Zərərçəkmiş şəxs4la birlikdə Təqsirləndirilən şəxslə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Günəş” adlı kafedə görüşən zaman İlkin İlhamın ona İİ qrup əlil kimi pensiya düzəltməsində köməklik göstərəcəyi qarşılığında ilkin olaraq 4000 (dörd min) manat pulu onun yanında vermişdir. Təqsirləndirilən şəxs İlkindən həmin pulu aldıqdan sonra İİ qrup əlil kimi pensiya sənədlərinin düzəlməsi üçün iş görməyə başlayacağını və yaxın vaxtlarda sənədlərinin düzələciyini bildirmiş, buna görə də İlhamın bu sözlərinə inanmışlar. Bundan təxminən 1 ay sonra Zərərçəkmiş şəxs4 ona zəng edərək Təqsirləndirilən şəxs pensiya sənədlərinin düzəlmək üzrə olduğunu dediyini, buna görə də qalan 3000 (üç min) manat pulu istədiyini bildirmişdir. 2019-cu ilin fevral ayının sonlarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “saat dairəsi” adalanan yerdə Zərərçəkmiş şəxs4la birlikdə Təqsirləndirilən şəxslə görüşən zaman İlkin İlhama 3000 manat pul vermiş, Təqsirləndirilən şəxs bu dəfə də Zərərçəkmiş şəxs4 yalan vədlər verib pensiya sənədlərinin tezliklə düzələcəyini demişdir. Onlar yenə də İlhamın sözlərinə inanmışlar. Lakin, həmin vaxtdan xeyli müddət keçdikdən sonra İlkin zəng edərək Təqsirləndirilən şəxs onu aldatmasını, onun İİ qrup əlil kimi pensiya alması ilə bağlı heç bir iş görmədiyini və bununla bağlı heç bir sənəd vermədiyini, buna görə də verdiyi 7000 manat pulu geri qaytarmasını tələb etdiyini, lakin İlhamın müxtəlif bəhanələr gətirərək həmin puldan hissə-hissə yalnız ümumilikdə 2700 (iki min yeddi yüz) manat pul qaytardığını bildirmişdir. Sonradan isə Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ona İİ qrup əlil kimi pensiya düzəltmək adı ilə aldadıb 7000 manat pulunu ələ keçirməsi barədə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etdiyini bilmişdir. Şahid2 ona verilən əlavə suallara cavab olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 həmin pulları alan zaman ona İİ qrup əlil kimi pensiya düzəltməkdə hər hansı şəxslə iş görməsini, aldığı pullardan hər hansı şəxs və ya şəxslərə verəcəyini bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 onun qardaşıdır. 2021-ci ilin mart ayında qardaşı İntiqam ona zəng edərək Təqsirləndirilən şəxslə maraqlanmışdır. O da öyrənmişdir ki, Təqsirləndirilən şəxs rayonda pensiya düzəltməklə məşğul olur. O, bu barədə qardaşı İntiqama məlumat vermişdir. 2021-ci ilin mart ayının axırlarında qardaşı İntiqam Bakıdan taksi ilə ona 3000 manat pul göndərərk Təqsirləndirilən şəxs verməsini bildirmişdir. O da Təqsirləndirilən şəxslə Biləsuvar şəhərində avtovağzalın arxasında görüşərək həmin 3000 manat pulu ona vermişdir. 2021-ci ilin may ayının əvvəlində qardaşı İntiqam yenidən ona Bakı şəhərindən taksi ilə 3000 manat pul göndərərk Təqsirləndirilən şəxs verməsini demişdir. O da həmin 3000 manat pulu yenə Biləsuvar şəhərində avtovağzalın arxasında Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa 2021-ci ilin may ayının ortalarında 200 manat və may ayının axırında 300 manat pulu qardaşı İntiqam ona göndərərək Təqsirləndirilən şəxs verməsini bildirdiyi üçün o həmin pulları da avtovağzalın arxasında Təqsirləndirilən şəxs vermişdir. Hər dəfə də qardaşı İntiqama pulu verməsi barədə məlumat vermişdir. Lakin Təqsirləndirilən şəxs sonradan pensiya düzəltməmiş və aldığı 6500 manat pulu da qaytarmadığı üçün qardaşı Zərərçəkmiş şəxs5 Biləsuvar rayon polis şöbəsinə şikayət etmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Psixiatrik Ekspertiza X17 Şəxsdən verilmiş xx.xx.2023-cü il tarixli 3555 nömrəli ambulator-məhkəmə psixiatrik ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu müəyyən edilir, müayinə zamanı üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, göstərilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. O, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə ifadə vermək iqtidarındadır, psixi vəziyyətinə görə iş üzrə prosessual faəliyət qabiliyyətlidir. Barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.4 və 29, 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli, onun özünün etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 178.2.2, 178.2.4 və 29, 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində Biləsuvar RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam ödəməklə onlarla barışığa nail olmasını, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının (xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvvəllüdlü X8) olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 178.2.2, 178.2.4 və 29, 178.2.4-cü maddələri tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2, 178.2.4 və 29, 178.2.4cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 29, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 29, 178.2.4-cü maddələri ilə 02 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cüil tarixli qərarla seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X18
Məhkəmə qərarları › İş №1(022)-36/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-36/2024
14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver