Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-36/2025 25.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən Rəsulova Mədinə Camal qızı, X9 məhkəmə-iclas katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Biləsuvar rayon vəkil bürosunun vəkili X6 iştirakı ilə, 04 avqust 1984-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində 15 noyabr 2024-cü il tarixli qərarla, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab olunan qurudulmuş marixuana əldə edib saxlayaraq daşımışdır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, - 17,673 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlamış, 13 noyabr 2024-cü il tarixdə saat 21:28 dəqiqədə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu, Ağalıkənd kəndi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq orada üzərinə keçirilmiş yoxlama zamanı əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd üzəri ağ rəngli kağızla bükülmüş qara rəngli sellofanda xeyli miqdarda, təmiz çəkisi - 17,673 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, iki azyaşlı övladı vardır. Əvvəllər məhkum olunmamışdır. Arabir narkotik vasitə qurudulmuş marixuana istifadə edir. Psixi problemləri yoxdur və heç bir dispanserdə qeydiyyatda deyildir. Rəsmi olaraq heç yerdə işləmir. Ailəsini dolandırmaq üçün fəhləliklə məşğul olur. 13 noyabr 2024-cü il tarixdə saat 11 radələrində yaşadığı evin yaxınlığında küçədə piyada hərəkətdə olan zaman yerdə bir ədəd ağ rəngli kağızla bükülmüş bükülü görmüşdür. Əyilərək həmin bükülünü yerdən götürmüşdür. Bükülüyə açıb baxan zaman qara rəngli sellofanın içərisində yaşıl rəngli “nəşə” iyi verən bitki kütləsi olduğunu görmüşdür. Bundan sonra həmin bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildiyi üçün həmin bükülünü əynində olan qış gödəkçəsinin cibinə qoymuş və oradan uzaqlaşmışdır. Daha sonra Biləsuvar rayon mərkəzinə getmişdir. Rayon mərkəzində şəxsi işlərini gördükdən sonra yaşadığı Biləsuvar rayonu, Ağalıkənd kəndinə geri qayıtmışdır. Həmin gün axşam saat 21 radələrində kənd ərazisinə çıxmışdır. Kənd mərkəzində həmkəndlisi X14 ilə rastlaşmışdır. Bir qədər söhbət edəndən sonra Eminə “gedək qəbirstanlığa şəhidlərin məzarını ziyarət edək, qayıdaq” sözlərini demişdir. Emin də ona etiraz etməmişdir. Onlar birlikdə Biləsuvar rayonu, Ağalıkənd kəndi ərazisində yerləşən qəbiristanlığa doğru hərəkət etməyə başlamışlar. Eminlə söhbət edəedə yola davam edən zaman qəbiristanlığın yaxınlığında bir neçə nəfər şəxs onlara yaxınlaşıb özlərini tədim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Sonrada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını deyib hüquqlarını izah etmiş və videoçəkilişlə üstlərinə yoxlama keçiriləcəyini bildirmişlər. O da etiraz etməmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla saxlandıqları yerdə polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet varsa təqdim etsin. O da əynində olan gödəkçənin sağ yan cibindən içərisində marixuana olan bir ədəd bükülünü çıxarıb təqdim etmiş və bundan başqa üzərində qanunla qadağan olunmuş heç bir şeyin olmadığını bildirmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bir ədəd bükülünün içində marixuana vardır, ona məxsusdur, həmin qurudulmuş marixuananı bu gün səhər saatlarında yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra üzərində yoxlama keçirilsə də, üzərindən ona məxsus mobil telefondan başqa qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Onun təqdim etdiyi bır ədəd ağ rəngli kağıza bükülmüş bükülü açılıb baxıldıqda içərisində qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən olunmuş, elektron tərəzidə çəkildikdən sonra bükülü ilə birlikdə zərfə qoymuşlar və zərfi möhürləmişlər. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən o da imza etmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla saxlandıqları yerdə polis əməkdaşı X10 təklif etmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet varsa təqdim etsin. Emin Bayramov mobil telefonunu və üzərində olan digər şəxsi əşyalarını çıxarıb təqdim etmiş və bundan başqa üzərində qanunla qadağan olunmuş heç bir şeyin olmadığını bildirmişdir. Emin Bayramovun üzərində yoxlama keçirilsə də, üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Daha sonra isə onları polis şöbəsinə gətirmişlər. Onun üzərində keçirilən yoxlama barədə protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imza etmişdir. Polis şöbəsində xidməti otaqların birində hüquqlarının müdafiə olunması ilə bağlı dövlət büdcəsinin vəsaiti hesabına ona təqdim olunmuş vəkil siyahısından öz istəyi ilə hüquqlarını müdafiə etmək ücün X15 vəkil kimi dəvət olunmuşdur. Müdafiəçi tərəfindən hüquqları ona izah edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Bildirmişdir ki, üzərində marixuana olmasından heç kimin məlumatı olmamış, bu barədə X10 və yaxud heç kimə bir söz deməmişdir. O, içərisində marixuana olan bükülünü tapanda yanında heç kim olmamış, narkotik vasitə tapmağı barədə heç kimə heç bir məlumat verməmişdir. O, əvvəllər narkotik vasitə istifadə etmişdir. Ona görə də içərisində marixuana olan bükülünü özü istifadə etmək üçün üstündə gəzdirirmişdir. Həmin bir ədəd kağız parçasına bükülmüş marixuana ona məxsusdur, satışı barədə düşünməmiş və heç kimə satmamışdır. Səhvini başa düşür, ona görə də əməlindən səmimi olaraq peşmandır. Ona görə də məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 ifadəsində göstərmişdir ki. Biləsuvar Rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı rütbəsindədir. 04 avqust 1984-cü ildə Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olmuş, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 13 noyabr 2024-cü il tarixdə tərəfindən əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Tərəfindən yaradılmış əməliyyat qrupunun tərkibinə RPŞnin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X18, RPŞ-nin KCMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X16 və RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X13 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 13 noyabr 2024-cü il tarixdə, saat 21:28 dəqiqədə Biləsuvar rayonu, Ağalıkənd kəndində yerləşən qəbiristanlığın yaxınlığında həmkəndlisi X14 ilə birlikdə piyada gəzərkən RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X13 tərəfindən “Samsung A 32” markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmaqla saxlanılmışdır. Saxlanıldıqdan dərhal sonra o, özünü təqdim edərək Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah etmişdir Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan elə saxlanıldığı yerdə üstünü yoxlayacağını bildirmişdir. Üstünü yoxlama aparılmasından əvvəl tərəfindən Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən əşya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd üzəri ağ rəngli kağızla bükülmüş bükülünü könüllü təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Daha sonra əynində olan şalvarının sağ yan cibindən 1 (bir) ədəd mobil telefon, 1 (bir) ədəd qol saatı, şalvarının sol yan cibindən 1 (bir) ədəd qulaqcıq, 1 (bir) ədəd ətir, şalvarının sağ arxa cibindən içərisində 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi və 1 (bir) ədəd “BAKİKART” kartı olan portmanatı təqdim etmişdir. Bundan sonra RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Talib isayev tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun üzərindən heç bir əşya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdiyi bükülü və 1 (bir) ədəd “Samsung” markalı mobil telefon tərəfindən götürülsə də digər əşyaları iş üçün əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. Daha sonra tərəfindən keçirilmiş şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını, narkotik vasitə qurudulmuş marixuananı 13 noyabr 2024-cü il tarixdə saat 11 radələrində yaşadığı Biləsuvar rayonu Ağalıkənd kəndində yerləşən evinin yerləşdiyi məhəllədən yerdən tapmasını, narkotik vasitəni şəxsi istifadəsi məqsədilə üzərində saxladığını, tapması barədə heç kimə məlumat verməməsini və birlikdə saxlanıldığı X7 onun üzərində narkotik vasitə olmasından məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüyə tərəfindən baxış keçirilən zaman bükülünün üzərinin ağ rəngli kağızla sarılması, içərisində olan qara rəngli sellofanda yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması müəyyən olunmuşdur. Həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi tərəfindən elektron tərəzidə çəkilmiş və bükülü ilə birlikdə çəkisinin 23,62 (iyirmi üç tam yüzdə altmış iki) qram olması müəyyən olunmuşdur. Sonra həmin bükülü 1 (bir) ədəd zərfə qoyularaq tərəfindən qablaşdırılmış, zərfin üzərini onunla yanaşı Təqsirləndirilən şəxs, sonuncuyla birlikdə saxlanılan X14, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Talib İsayev, RPŞ-nin KCMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Araz Rzayev və RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Kənan Kazımov izaladıqdan sonra götürülmüşdür. Bundan sonra X14 üstü yoxlanılmağa başlanılmışdır. Üstünü yoxlama aparılmasından əvvəl X10 onun tərəfindən üzərində dövriyyəsi qanunla qadağan edilən əşya predmet varsa təqdim etməsi təklif edilmişdir. Emin Bayramov əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd mobil telefon, sol yan cibindən 1 (bir) qutu “PallMalİ” siqareti, sol iç cibindən isə içərisində 1 (bir) ədəd özünə aid sürücülük vəsiqəsi, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd “BAKİKART” kartı və 1 (bir) ədəd “Kapital Bank”-a aid plastik bank kartı olan portmanatı təqdim edərək üzərində dövriyyəsi qanunla qadağan olunan heç bir əşya və predmetin olmamasını bildirmişdir. Bundan sonra RPŞ-nin KCMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən Emin Bayramovun üstü yoxlanılsa da üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün Emin Bayramovun təqdim etdiyi 1 (bir) ədəd “Samsung” markalı mobil telefon da götürülsə də digər əşyaları özünə qaytarılmışdır. Emin Bayramov onun tərəfindən verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olmasından məlumatının olmamasını, Royalla birlikdə kənd qəbiristanlığına şəhidlərin məzarını ziyarət etmək üçün getdiklərini bildirmişdir. Üstünü yoxlama Biləsuvar rayonu Ağalıkənd kəndində qəbiristanlığın yaxınlığında keçirilmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq iki) qram olması müəyyən olunmuş, qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzaladıqdan sonra götürülmüşdür. Bundan sonra X7 üstü yoxlanılmağa başlanıldı. Üstünü yoxlama aparılmasından əvvəl X10 üzərində dövriyyəsi qanunla qadağan edilən əşya predmet varsa təqdim etməsi təklif edilmiş. Emin Bayramov əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd mobil telefon, sol yan cibindən 1 (bir) qutu “PallMalİ” siqareti, sol iç cibindən isə içərisində 1 (bir) ədəd özünə aid sürücülük vəsiqəsi, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd “BAKİKART" kartı və 1 (bir) ədəd “Kapital Bank”-a aid plastik bank kartı olan portmanatı təqdim edərək üzərində dövriyyəsi qanunla qadağan olunan heç bir əşya və predmetin olmamasını bildirmişdir. Bundan sonra RPŞ- nin KCMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən Emin Bayramovun üstü yoxlanılsa da üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Keçirilmiş sorğu zamanı Emin Bayramov verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olmasından məlumatının olmamasını, Royalla birlikdə kənd qəbiristanlığına şəhidlərin məzarını ziyarət etmək üçün getdiklərini bildirmişdir. Üstünü yoxlama Biləsuvar rayonu Ağalıkənd kəndində qəbiristanlığın yaxınlığında keçirilmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD diski əlavə olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş X18 cinayət işinin mahiyyəti üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişdir. İ̇ş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanmasına dair” 13 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, 13 noyabr 2024-cü il tarixdə saat 21:28 dəqiqədə Biləsuvar rayonu Ağalıkənd kəndi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında həmkəndlisi X14 ilə birlikdə piyada hərəkətdə olan zaman əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılaraq üzərilərinə yoxlama keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ağ rəngli zərfdə qablaşdırılmış götürülmüş və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, müdafiəçisi Habil Məmmədov ilə birlikdə həmin protokolla tanış olub, imzalamışdır. O özü də həmin protokolla tanış olub imzalamışdır. (i.v. 11-12) Şəxsi axtarış zamanı “Samsung A 32” markalı videokamera ilə çəkilmiş videogörüntülər olan bir ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınmışdır. (i.v. 13) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X17 Yoxlamanın 16 dekabr 2024-cü il tarixli 847 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİONİDLƏRİN qəbulundan yaranan Asılılıq Sindromu (Narkomoniya Xəstələyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (i.v. 128) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin materialların məhkəmə ekspertizasının 14 noyabr 2024- cü il tarixli 19/730 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükülü...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükülüdə təmiz çəkisi -17,673 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr" siyahısına daxildir. Qeyd: marixuananın təmiz çəkisi -17,673 qram, tədqiqata sərf edildi -0,1 qram, qalıq -17.573 qram. (i.v 58-60) nıraltubüS“ qiymətləndirilməsi haqqında” 20 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, Məhkəmə Ekspertiza X3 Bölməsinin 14 noyabr 2024- cü il tarixli 19/730 nömrəli, Lənkəran Rayonlararası Narkoloji xəstəxanasının 16 dekabr 2024-cü il tarixli 847 nömrəli rəyi, eləcə də, işdə olan digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs üzərinə videoçəkliş aparılmaqla keçirilmiş şəxsi axtarışın əks olunduğu iki ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ümumi çəkisi -17,673 qram göstərilsə də məhkəmə fizikikimyəvi ekspertizasının müvafiq rəyi ilə həmin bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın -17.673 qram olmasının nəzərə alınması, narkotik vasitə qurudulmuş marixuananın -17.673 qram ümumi çəkisinin tədqiqatdan sonrakı 17.573 qram qalığının maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü rayon polis şöbəsinin saxlancına təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. (i.v.154-164) iləhbüŞ“ şəxsin tutulması haqqında” 13 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 13 noyabr 2024-cü il tarixdə, saat 23:00-dan tutulmuş hesab edilmişdir. (i.v.25) “Həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatətin təmin edilməməsinə dair” 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilməsi qərara alınmışdır. (i.v.95-96) “Şəxsin MSY-də saxlanılmaqdan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.97-98) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmış 18 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 1984-cü il tarixdə Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olmuşdur və həmin ünvanda qeydiyyatdadır. Cinayət məsuliyyətinə cəlb olunmamışdır, məhkumluğu olmamışdır. (i.v.113) Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Ağalıkənd inzibati ərazisi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli, 5-39-20/2-922/2024 nömrəli arayışından görünür ki, Məmmədov X5 rayonu Ağalıkənd kəndində ailə üzvləri (arvadı- X11, övladları: 12 oktyabr 2007-ci il təvəllüdlü X8 və 06 aprel 2009-cu il təvəllüdlü X12) ilə birlikdə yaşayır. (i.v.145) Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 63.1-ci maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İ̇nsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının: 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır; 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur; 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət işi üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının tələblərini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahid ifadəsi, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İİ siyahısının 118-ci bəndinin tələbinə görə marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, cavanlığını, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarı: 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 noyabr 2024-cü il tarixdə, saat 23:00-da şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 15 noyabr 2024-cü il tarixdə, saat 18:20-də Biləsuvar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesabı ilə hesablanmalı, bu səbəbdən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 məcburi-narkoloji tibbi yoxlamanın 16 dekabr 2024-cü il tarixli 847 nömrəli rəyinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 17,573 qram olan narkotik vasitə marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 13 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində aparılmış yoxlama və götürmə istintaq hərəkətlərinin əks olunduğu 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları və həmin şəxsin məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44, 197-198, 344-347, 349, 351-353, 356-358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 17,573 qram olan narkotik vasitə marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №1(022)-36/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-36/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver