Məhkəmə qərarları › İş №1(022)-37/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-37/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-37/2024 01.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Nümayəndə, onun müdafiəçisi, Biləsuvar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 2007-ci il tarixdə Biləsuvar rayonu, Ağayrı kəndindəanadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 24 sentyabr 2023-cü il tarixdə, saat 10 radələrində Biləsuvar rayonu, “Təyyarə meydanı” yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətinə hasarı aşmaq yolu ilə qanunsuz daxil olaraq, həmin evin divarına və daş hasarın həyətə tərəf olan hissəsinə quraşdırılmış hər biri 1,5 millimetrlik, üç damarlı, ağ rəngli, mis tərkibli, markalanma yazıları olmayan, üzəri izolyasiyalı, 1 metrinin qiyməti 70 qəpik olmaqla, cəmi 70 manat dəyərində 100 metr uzunluğunda elektrik naqilini, 6 millimetrlik, bir damarlı, qara rəngli, markalanma yazısı olmayan, üzəri izolyasiyalı, 1 metrinin qiyməti 50 qəpik olmaqla, cəmi 30 manat dəyərində 60 metr uzunluğunda televizor kabelini, 4 millimetrlik, iki damarlı, qara rəngli, alüminium tərkibli, markalanma yazısı olmayan, üzəri izolyasiyalı, 1 metrinin qiyməti 40 qəpik olmaqla, cəmi 16 manat dəyərində 40 metr uzunluğunda elektrik naqilini, beş damarlı, boz rəngli, mis tərkibli, üzərində «Eure max Kablo 5 x 0.40 kv.mt» yazıları olan, üzəri izolyasiyalı, 1 metrinin qiyməti 20 qəpik olmaqla, cəmi 6 manat dəyərində 30 metr uzunluğunda elektrik naqilini, beş damarlı, boz rəngli, mis tərkibli, üzərində «Fanshine 4+1 Cctu (1 Coax+2x0.22+2x0,50)» yazıları olan, üzəri izolyasiyalı, 1 metrinin qiyməti 50 qəpik olmaqla, cəmi 10 manat dəyərində 20 metr uzunluğunda elektrik naqilini, 4 millimetrlik, bir damarlı, göy rəngli, markalanma yazısı olmayan, üzəri zolyasiyalı, 1 metrinin qiyməti 30 qəpik olmaqla, cəmi 12 manat dəyərində 40 metr uzunluğunda elektrik naqilini və 2,5 millimetrlik, bir damarlı, markalanma yazısı olmayan, üzəri izolyasiyalı, 1 metrinin qiyməti 20 qəpik olmaqla, cəmi 8 manat dəyərində 40 metr uzunluğunda elektrik naqilini gizli olaraq ələ keçirib, zərərçəkmiş şəxsə ümumlikdə 152 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmədə qanuni nümayəndəsi Nümayəndə Aydn oğlunun iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ünvan 1 ünvanında, babasının və nənəsinin himayəsində yaşayır, əvvəllər Şixali Qurbanov adına olan tam orta məktəbdə oxusa da, 5-ci sinifdən sonra məktəbdən çıxaraq, təhsilini davam etdirməmişdir. O, hazırda heç yerdə işləmir. O, 10 yaşından başlayaraq siqaret çəkməyə başlasa da, valideynlərinin onun tütün məmulatı istehlak etdiyindən xəbərləri yoxdur. Buna görə də o, siqaret almaq məqsədi ilə xırda oğurluq törətməklə, maddi qazanc əldə etmək niyyətilə, 24 sentyabr 2023-cü il tarixdə, saat 10 radələrində Biləsuvar rayonu, “Təyyarə meydanı” yaşayış massivi ərazisində piyada hərəkətdə olduğu vaxt heç kimin yaşamadığı fərdi yaşayış evi görmüş və həmin evin sol tərəfində çəkilmiş daş hasarın üzərindən aşaraq, həyətə daxil olmuşdur. Həmin gün həftənin bazar günü olduğuna görə ətrafda heç kim olmamışdır. O, həyətə daxil olduqdan sonra daş hasara bərkildilmiş elektrik naqillərini sökmüş və çıxartmışdır. Daha sonra o, evin arxa hissəsinə qədər uzanan elektrik naqilini, həmçinin ağ rəngli 100 metr uzunluğunda elektrik naqilini, qara rəngli, 60 metr uzunluğunda televizor kabelini, qara rəngli 40 metr uzunluğunda digər elektrik naqilini, boz rəngli, 30 metr uzunluğunda elektrik naqilini, boz rəngli, 20 metr uzunluğunda elektrik naqilini, göy rəngli. 40 metr uzunluğunda elektrik naqilini, evin qarşısında olan 40 metr uzunluğunda elektrik naqili və evin giriş hissəsində olan pilləkənin və balkonun üzərində iki ədəd uzadıcı naqili görmüş və həmin naqilləri də özü ilə gətirdiyi qayçı ilə kəsib götürmüşdür. O, oğurladığı naqilləri əvvəlcədən özü ilə gətirdiyi sellofan torbaya yığmış və eyni qaydada, yəni daş hasarın üzərindən aşmaqla həmin həyəti tərk etmişdir. Daha sonra o, həmin naqilləri yaşadığı evə gətirmiş və evin arxa hissəsində naqilləri ocaq qalayaraq əritmişdir. Həmin naqillər əridikdən sonra o, ortaya çıxan təxminən 3-4 kiloqram çəkidə misi sellofan torbaya yığmış və qonşusu, dəmir yığmaqla məşğul olan Şahid evinə aparmışdır. O, həmin mis materialını Şahid satmış və əvəzində 20 manat məbləğində pul almışdır. Daha sonra isə o, əldə etdiyi həmin məbləğdə pul vəsaiti ilə mağazadan “Bizon" markalı enerji içkisi və siqaret almışdır. O, oğurluq edəcəyi barədə heç kimə məlumat verməmiş, sadəcə yolda piyada hərəkətdə olduğu vaxt oğurluq etdiyi evi təsadüfən görmüş və həmin evin həyətinə daxil olmağa qərar vermişdir. O, sonradan həmin evin sahibinin Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Həmçinin o bildirdi ki, o, həmin həyətdə olduğu vaxt evin qapıları və pəncərələri bağlı olduğu üçün evin içərisinə daxil olmamışdır. Şahid onun mis materialını oğurluq etməklə əldə etdiyi naqilləri əritmək yolu ilə əldə etdiyinindən məlumatı olmamışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, bir daha qanunsuz əmələ yol verməyəcəyini, valideynləri zərərçəkmiş şəxsə dəymiş zərəri könüllü olaraq ödəməklə həmin şəxslə barışıq əldə etdiklərini bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun qanuni nümayəndəsini və müdafiəçisin, habelə zərərçəkmiş şəxsi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, o, Biləsuvar rayonu, “Təyyarə meydanı” yaşayış massivi ərazisində aldığı torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirmişdir. O, həmin evin təmir işlərini tam olaraq başa çatdırmadığına görə oraya köçməmişdir. Lakin o, həmin evin ətrafına daş hasar hördürmüş və bir ədəd dəmir darvaza quraşdırmışdır. Həmçinin o, evinə elektrik enerjisi verilişini təmin etmək məqsədi ilə müxtəlif elektrik naqilləri - internet xəttini təmin etmək üçün internet xətti, evin qarşısının işıqlandırılması üçün isə elektrik kabeli, televizora antena ilə əlaqə yaratmaq üçün kabel çəkdirmişdir. Lakin o, həmin kabellər evin içərisində tamamilə çəkilərək tamamlanması üçün evin divarlarının çölündə topa şəkildə saxlamışdır. O, işdən vaxtı olduğu zamanlar, lakin həftədə 2-3 dəfədən az olmayaraq həmin evə baş çəkir. 24 sentyabr 2023-cü il tarixdə o, həmin evə getmiş və həyətdə gəzdiyi vaxt evin həyətində olan naqillərin oğurlandığını aşkar etmişdir. Həmçinin o, həyəti gəzdiyi zaman həyətin sol tərəfində olan divarda ayaq izlərinin olduğunu görmüşdür. O, dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vuraraq, baş vermiş oğurluq hadisəsi barədə hüquqmühafizə orqanlarına məlumat vermişdir. Bundan sonra polis əməkdaşları onun həyətinə gəlmiş və baxış keçirmişlər, həmin vaxtdan bir qədər sonra isə əvvəllər tanımadığı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmuşdur. Həmin oğurluq hadisəsi nəticəsində Təqsirləndirilən şəxs onun evinə daxil olmsa da, ona ümumilikdə 500 manat məbləğində maddi ziyan vurmuşdur. Lakin təqsirləndirilən şəxsin valideyni ona dəymiş ziyanı tamamilə ödəyərək, onunla barışıq əldə etmişlər. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs valideynlərinin ona dəymiş maddi zərəri könüllü olaraq tam ödəməklə onunla barışıq əldə etdiyini, onun təqsirləndirilən şəxsə qarşı iddiası, tələbi və ya şikayəti olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə 29 sentyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə yeri Biləsuvar rayonu, “Təyyarə meydanı” yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətidir. Hadisə yeri Zərərçəkmiş şəxs tərəfindən göstərilmişdir. Baxış zamanı həyətin ətrafında təxminən 3 metr hündürlüyündə daş hasarın və 1 ədəd dəmir darvazanın olması müəyyən edilmişdir. Həmin həyətə daş hasarın üzərindən daxil olan şəxslərin divarların həyətə baxan hissəsindən və evin həyətə baxan hissəsindən elektrik naqillərini kəsərək apardıqları müəyyənləşdirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs 20 santimetr uzunluğunda ağ rəngli, 28 santimetr uzunluğunda qara rəngli, 28 santimetr uzunluğunda boz rəngli, 40 santimetr uzunluğunda boz rəngli, 45 santimetr uzunluğunda göy rəngli, 45 santimetr uzunluğunda qara rəngli naqilləri və 22 santimetr uzunluğunda qara rəngli kabeli təqdim edərək, həmin naqillərin divarda olan hissələrinin kəsilərək götürüldüyünü bildirmişdir. Cinayət işində olan 12 oktyabr 2023-cü il tarixli, 19/924 saylı məhkəməəmtəəşünaslıq ekspertizasından görünür ki, tədqiqatına təqdim edilmiş izolyasiyalı, mis və alüminium əsaslı ərintidən hazırlanmış hər biri 1,5 millimetrlik, üç damarlı, ağ rəngli, mis tərkibli, markalanma yazıları olmayan, üzəri izolyasiyalı, 1 metrinin qiyməti 70 qəpik olmaqla, cəmi 70 manat dəyərində 100 metr uzunluğunda elektrik naqilinin, 6 millimetrlik, bir damarlı, qara rəngli, markalanma yazısı olmayan, üzəri izolyasiyalı, 1 metrinin qiyməti 50 qəpik olmaqla, cəmi 30 manat dəyərində 60 metr uzunluğunda televizor kabelinin, 4 millimetrlik, iki damarlı, qara rəngli, alüminium tərkibli, markalanma yazısı olmayan, üzəri izolyasiyalı, 1 metrinin qiyməti 40 qəpik olmaqla, cəmi 16 manat dəyərində 40 metr uzunluğunda elektrik naqilinin, beş damarlı, boz rəngli, mis tərkibli, üzərində «Eure max Kablo 5 x 0.40 kv.mt» yazıları olan, üzəri izolyasiyalı, 1 metrinin qiyməti 20 qəpik olmaqla, cəmi 6 manat dəyərində 30 metr uzunluğunda elektrik naqilinin, beş damarlı, boz rəngli, mis tərkibli, üzərində «Fanshine 4+1 Cctu (1 Coax+2x0.22+2x0,50)» yazıları olan, üzəri izolyasiyalı, 1 metrinin qiyməti 50 qəpik olmaqla, cəmi 10 manat dəyərində 20 metr uzunluğunda elektrik naqilinin, 4 millimetrlik, bir damarlı, göy rəngli, markalanma yazısı olmayan, üzəri zolyasiyalı, 1 metrinin qiyməti 30 qəpik olmaqla, cəmi 12 manat dəyərində 40 metr uzunluğunda elektrik naqilinin və 2,5 millimetrlik, bir damarlı, markalanma yazısı olmayan, üzəri izolyasiyalı, 1 metrinin qiyməti 20 qəpik olmaqla, cəmi 8 manat dəyərində 40 metr uzunluğunda elektrik naqilinin, həmin naqillərin istifadə edilməsi nəzərə alınmaqla, 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 152 manat müəyyən edilmişdir. İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 dekabr 2023-cü il tarixli, 3519 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimailəşmiş davranış pozuntusu, yüngül dərəcədə ifadə olunmuş koqnitiv pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən ictimailəşmiş davranış pozuntusu, yüngül dərəcədə ifadə olunmuş koqnitiv pozuntu o dərəcədə ifadə olunmayıb ki, həmin şəxs ona istinad edilən əməli törətdiyi vaxt öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ittiham olunduğu əmələ münasibətdə anlaqlı hesab edilməlidir. Həmin şəxs öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. T.Məmmədlinin məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cavanlığını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməldən səmimi peşman olmasını, cinayətin yetkinlik yaşına çatmamış şəxs tərəfindən törədilməsini, zərərçəkmiş şəxsə vurulmuş zərərin tam aradan qaldırılmasını və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 86.1-ci maddəsinin tələbinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 6 nömrəli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər...Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Avropa İnsan Hüquqları Məhkəməsi isə özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X1rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsinin tələbinə görə yetkinlik yaşına çatmayan şəxs barədə cəza tədbiri seçərkən məhkəmə cəza tədbirinin yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmasını; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbirinin yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə eindirilməli olmasını rəhbər tutmalıdır. Həmin Məcəllənin 435.4.3-cü maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusi ilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 6 nömrəli Qərarının 15-ci bəndinə əsasən yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə(CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrumetmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də yetkinlik yaşına çatmayanlara CM-nin 85-ci maddəsinə uyğun olaraq CM-nin Xüsusi Hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən, CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları - tərəfindən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməldən səmimi peşman olmasını, cinayətin yetkinlik yaşına çatmamış şəxs tərəfindən törədilməsini və zərərçəkmiş şəxsə vurulmuş zərərin tam aradan qaldırılmasını, habelə təqsiləndirilən şəxsin cəmi 16 yaşında olmasını və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin Sədri vəzifəsini cra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar