Məhkəmə qərarları › İş №1(022)-38/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-38/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-38/2023 02.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun müdiri Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, 30 iyul 1996-cı ildə Biləsuvar rayonu Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Biləsuvar rayonu Bəydili kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 11 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Biləsuvar şəhər H.Əliyev küçəsində işıqforun yaxınlığında, insanların çoxluq təşkil etdiyi yerdə, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyüb təhqir edərək vurmaqla ona başın təpə nahiyəsinin şişkinliyi, dərialtı hematoması və sağ bazu oynağının yumşaq toxumasının əziyi ilə nəticələnmiş və zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə 15-20 dəqiqə ərzində ətrafda olan vətəndaşların narahatçılığına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək, göstərdi ki, onun etibarnamə yolu ilə ona məxsus “VAZ 21011” markalı, **-BA-*** nömrə nişanlı avtomobili vardır. O, spirtli içki qəbul etdiyinə görə 11 yanvar 2023-cü il tarixdə özü yanında olmaq şərti ilə sürməsi üçün həmin nəqliyyat vasitəsini xalası oğlu Adəmə vermiş və Adəmlə birlikdə Biləsuvar rayon mərkəzi xəstəxanasının yanında olan aptekə dərman almaq üçün getmişlər və oradan rayon mərkəzinə doğru hərəkətdə olarkən Biləsuvar şəhəri, H.Əliyev küçəsində “Bazarstore” marketin yaxınlığında olan işıqforu yaşıl işıqda keçən zaman anidən onların sağ tərəfindəki yoldan tanımadıqları bir avtomobil işıqforun qırmızı işığında onların qarşısına çıxaraq onların idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Zərbənin təsirindən onun idarə etdiyi nəqliyyat vasitəsi fırlanaraq dayanmışdır. Hadisədən sonra o, avtomobildən Adəmlə birgə düşərək Zərərçəkmiş şəxs yaxınlaşmış və yol-nəqliyyat hadisəsinin məhz sonuncunun səhvi ucbatından baş verdiyini güman etdiyi üçün avtomobilinin əzilməsinə görə həmin şəxsə iradlarını bildirmişdir. Bundan sonra onunla Zərərçəkmiş şəxs arasında mübahisə baş vermişdir. Mübahisə vaxtı o, spirtli içkinin təsiri altında olduğuna görə əsəblərinə hakim ola bilməmiş və Zərərçəkmiş şəxs yumruqla vurmuşdur. Aralarında baş vermiş ümumi mübahisə 15-20 dəqiqə davam etmiş və hadisəni ətrafda olan çox sayda insanlar görmüşdür. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməklə, həmin şəxsə barışıq əldə etdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 11 yanvar 2023-cü il tarixdə saat 22 radələrində babasına məxsus VAZ 2106 markalı, **-ER-*** dövlət nömrə nişanlı avtomobil ilə Biləsuvar şəhəri, H.Əliyev prospektində olan işıqforun quraşdırıldığı yanında dörd yolun kəsişməsindən sol tərəfə, yəni Biləsuvar rayon mərkəzi xəstəxanası istiqamətinə dönüb hərəkət etmək istəyən zaman həmin xəstəxana istiqamətindən şəhər mərkəzinə doğru hərəkət edən “VAZ 21011” markalı avtomobilin sürücüsü onun idarə etdiyi avtomobili ön tərəfdən vuraraq avtomobilə ziyan vurmuşdur. Həmin vaxt o, idarə etdiyi nəqliyyat vasitəsində tək olmuşdur. Hadisə baş verdikdən sonra o, avtomobili vurulduğu yerdə saxlamış və avtomobildən enmişdir. Onun idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşan avtomaşından düşən Təqsirləndirilən şəxs onun üzərinə onun üzərinə gələrək yol-nəqliyyat hadisəsinin törədilməsində onu təqsirləndirməyə və onunla ucadan mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs onun ünvanına nalayiq sözlər deyərək onu söyüb təhqir etmiş, onun yaxasından yapışaraq, əynində olan qış gödəkçəsini cırmış, onun baş, boyun və bədəninin müxtəlif nahiyələrinə yumruq və sillə zərbələri vuraraq onu döyməyə başlamışdır. Hadisə baş verən zaman ətrafda çoxlu insanlar toplaşmış və həmin şəxslər hadisəni görmüşlər. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, hadisə yerinə toplaşmış şəxslər və polis əməkdaşları Təqsirləndirilən şəxs ondan ayıraraq uzaqlaşdırmışlar. Sonradan Təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş zərəri könüllü olaraq ödəmiş və onunla barışıq əldə etmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin dövlət yol polisi yol patrul xidmətinin inspektoru vəzifəsində işləyir. 11 yanvar 2023-cü il tarixdə axşam saat 22 radələrində həmkarları ilə birgə Biləsuvar şəhəri, H.Əliyev küçəsindəki işıqfor yaxınlığına gəlmişlər, orada 2 avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsinin baş verməsinin şahidi olmuşlar. Hadisə yerinin mühafizəsini təşkil edən zaman toqquşmuş olan avtomobillərdən birinin sürücüsü Təqsirləndirilən şəxs, digər avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ilə sərxoş halda mübahisə edərək hadisənin baş verməsinin səbəbkarının Zərərçəkmiş şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs mübahisə zamanı Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlərlə söyərək, sonuncunun gödəkçəsindən tutaraq, döyməyə başlamışdır. Həmin vaxt onlar mübahisə edən şəxsləri sakitləşdirdirməyə çalışsalar da, Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinə davam etdiyinə görə post patrul xidmətinin əməkdaşları sonuncunu xidməti avtopatrula əyləşdirərək Biləsuvar rayon polis şöbəsinə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Biləsuvar rayon polis şöbəsinin post-patrul xidməti bölməsində polis nəfəri vəzifəsində xidmət edir, 11 yanvar 2023-cü il tarixdə 02 nömrəli avtopatrulda iş yoldaşı Şahid2 ilə rayon ərazisində xidmətdə olan zaman Biləsuvar şəhəri, H.Əliyev küçəsində 2 avtomobilin toqquşmasını görmüş və hadisə yerinə yaxınlaşmışlar. Hadisə yerində olan zaman toqquşan avtomobillərdən birinin sürücü Təqsirləndirilən şəxs digər əzilmiş avtomobilin sürücüsü- Zərərçəkmiş şəxs üzərinə hücum etmiş və sonuncunu döyməyə başlamışdır. Onlar ictimai qaydanı pozan, orada səs-küy salan Təqsirləndirilən şəxs dərhal sakitləşdirərək xidməti avtopatrula əyləşdirmiş, Biləsuvar rayon polis şöbəsinə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 11 yanvar 2023-cü il tarixdə, axşam saatlarında qardaşı Təqsirləndirilən şəxs ona zəng vuraraq avtomobilini əzməsini və yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. O, dərhal hadisənin baş verdiyi Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən işıqforun yaxınlığına getmiş və orada qardaşı Təqsirləndirilən şəxs digər avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ilə mübahisə etməsini görmüşdür. Hadisə ictimai yerdə baş verdiyindən mübahisəni oraya toplaşan çox sayda insan görmüşdür. O, qardaşı C.E. Dədəliyevin Zərərçəkmiş şəxs vuraraq, döyməsini görməmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi barədə 12 yanvar 2023-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bazar Store” ticarət obyektinin yaxınlığında, işıqforun quraşdırıldığı ərazidə Zərərçəkmiş şəxs ilə mübahisə edərək, sonuncunu döymüşdür. İş materiallarında olan canlı şəxsin ekspertizasının 12 yanvar 2023-cü il tarixli, 23 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin şişkinliyi, dərialtı hematoması və sağ bazu oynağının yumşaq toxumasının əziyi bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 11 yanvar 2023-cü il tarixə uyğun gəlir və əllə vurulma nəticəsində əmələ gələ bilər. Qeyd edilən xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlərdən olduğu üçün dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işi materiallarında olan 11 yanvar 2023-cü il tarixli 33 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş olmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 332.2.3-cü və 62-ci maddələri ilə təqsirli bilinərək Füzuli hərbi məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli hökmü ilə 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Biləsuvar rayon polis şöbəsinin qərarı ilə 14 may 2019-cu il tarixdə CPM-in 85, 162.2 və 162.4-cü maddələrinə əsasən həbs qətimkan tədbirinə xitam verilib və azad edilmişdir, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan cinayət işinə Biləsuvar Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərarı ilə CPM-in 40.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışq aydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, şəxsi münasibətlər zəminində başlanılmış hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yeririi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar