Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-39/2023 15.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1993-cü ildə Biləsuvar rayonu Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Nərimankənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 11 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Biləsuvar rayonu Nərimankənd kəndində qaynı Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı evdə aralarında yaranmış şəxsi münasibətlər zəminində yəni, sonuncu Təqsirləndirilən şəxs arvadı Nuranə Əbilovanı öz evlərinə aparmasına mane olması səbəbindən mübahisə etməklə Təqsirləndirilən şəxs qaynı Zərərçəkmiş şəxs yumruqla vuraraq ona "sağ gicgah nahiyəsinin dərialtı hematoması və sıyrığı, saç qaş və almacıq nahiyəsinin əzilmiş yarası və sağ gözün ağlı qişasına qansızma" ilə nəticələnən xəsarətlər yetirərək zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasını səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü məhkəmədə tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynıdır. O, 2016-cı ildən Nuranə Əbilova ilə rəsmi nikah münasibətindədir. Birgə nikahlarından 2 azyaşl övladları vardır. 07 yanvar 2023-cü il tarixdə arvadı Nuranə Əbilova ilə aralarında söz-söhbət olmuşdur. Bu səbəbdən arvadı atası Şahid evinə getmişdir. Bu hadisədən sonra atası Arif Əbilov 2 dəfə qaynatası Şahid evinə getsə də, barışıq əldə edə bilməmişdir. Qaynatası Şahid atasına onun gəlməyini istədiyini dediyi üçün o 11 yanvar 2023-cü i tarixdə saat 19 radələrində qaynatasının evinə getmişdir. O, evdə qaynatası Şahid və arvadı Nuranə Əbilova ilə bir qədər söhbət etdikdən sonra razılaşmışlar və o, arvadını götürərək öz evinə qayıtmaq qərarına gəlmişdir. Lakin qaynı Zərərçəkmiş şəxs qabağını kəsərək arvadını aparmağa mane olmuşdur. Zərərçəkmiş şəxs ona “Nuranə səninlə getmiyəcək, o səninlə getsə başını kəsərəm” sözlərini dediyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs onun üzərinə hücum çəkmişdir. Bu zaman o əsəbləşərək yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə 2 dəfə vurmuşdur. Bundan sonra arvadı Nuranə Babayeva və uşaqlarını götürərək evdən çıxmışdır. Aralarındakı mübahisə Biləsuvar rayonı Nərimankənd kəndində qaynatası Şahid evində baş vermiş, təxminən 5 dəqiqə davam etmiş, evin içərisində olduğu üçün kənar şəxslərdən görən olmamışdır. O, mübahisə zamanı heç bir bədən xəsarəti almamışdır. Lakin hazırda o, əməlindən peşmançılıq hissi keçirir, buna görə Zərərçəkmiş şəxs üzr istəyib, Zərərçəkmiş şəxs dəymiş ziyanı aradan qaldırmış və Zərərçəkmiş şəxs ilə barışığa nail olmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun bacısının əridir. Əvvəllər bacısı Nuranə Əbilova ilə əri Təqsirləndirilən şəxs arasında münasibətlər yaxşı olsa da, son aylarda ailə münasibətləri pisləşmişdir. Sonuncu dəfə 07 yanvar 2023-cü il tarixdə bacısı Nuranə əri Əlizaminlə arasında mübahisə olduğu üçün acıq edərək 2 azyaşlı uşağını da götürüb onların evinə gəlmişdir. Bacısı onların evinə gəldikdən sonra qaynatası Arif Əbilov 2 dəfə oğlu Təqsirləndirilən şəxs ilə bacısını barışdırmaq üçün onların evinə gəlsə də barışıq olmamışdır. Arif Əbilov barışıq əldə edə bilmədiyi üçün Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixdə bacısına zəng edərək onların ünvanına nəlayiq söyüşlər söymüşdür. Bu səbəbdən o bacısını öz evinə qayıtmağa qoymamışdır. Atası Elşən X1 Əbilovun gələrək üzr itəməsini tələb etmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs 11 yanvar 2023-cü il tarixdə saat 19 radələrində onların evinə gəlmişdir. Təqsirləndirilən şəxs onun atası və bacısı ilə söhbət etməyə başlamışdır. 1- 2 saat söhbət etdikdən sonra bacısını barışmağa razı salmış və uşaqları da götürərək evlərinə qayıtmaq üçün evdən çıxmaq istəmişdir. Təqsirləndirilən şəxs onun atası və bacısı ilə söhbət edərkən sakitcə qulaq asmışdır. Təqsirləndirilən şəxs evdən çıxmaq istəyən zaman o sonuncunun qarşısını kəsmişdir və söydüyü söyüşlərə görə üzr istəməsini tələb etmişdir. Bu zaman Təqsirləndirilən şəxs anidən yumruqla bir neçə dəfə onun baş və sifət nahiyəsindən vurmuş və evdən çıxmışdır. O, dərhal DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə Biləsuvar rayonu Nərimankənd kəndində yaşadığı evdə baş vermişdir, mübahisə 5 dəqiqə davam etmişdir. Hadisə zamanı Əlizamin Əlibov onu yumruqla bir neçə dəfə baş və sifət nahiyəsindən vurmuşdur. Təqsirləndirilən şəxs sonradan ondan üzr istəyib, dəymiş ziyanı aradan qaldırmış və onunla barışığa nail olmuşdur. Məhkəmə iclasında barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs vəsatət təqdim edərək bildirdi ki, Zərərçəkmiş şəxs üzr istəmiş, ona dəymiş ziyanı tam şəkildə ödəmiş, hazırda münasibətləri normalıdır. Zərərçəkmiş şəxs onu bağışlamışdır. Təqsirləndirilən şəxs onun barəsində bəraətverici əsaslar olmadan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vəsatət verərək bildirdi ki, o, Təqsirləndirilən şəxs bağışlamış və onunla hazırda münasibətləri normalıdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs barəsində işin icraatına xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 21 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş "sağ gicgah nahiyəsinin dərialtı hematoması və sıyrığı, sağ qaş və almacıq nahiyəsinin əzilmiş yarası, sağ gözün ağlı qişasına qansızma" bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, əllə vurulma nəticəsində törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür Əbilov X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsilə 3 il müddətinə azadlıqdan məhruim etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 2 il 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, zərərçəkmişi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-in 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərər çəkmişə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası CPM-in 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və vurulmuş zərəri aradan qaldırdığına görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №1(022)-39/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-39/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver