Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-39/2025 13.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi(məhkəmə iclas katibi) X5 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1979-cu il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətlərində olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən 277 nömrəli evdə qeydiyyatda olan, Biləsuvar şəhəri, Təyyarə meydanı yaşayış massivi, Alı Mustafayev küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə, saat 11 radələrində Biləsuvar şəhəri, Alı Mustafayev küçəsində yerləşən və birgə yaşadıqları fərdi yaşayış evində faktiki nikah münasibtlərində olduğu Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə qəsdən bir dəfə yumruqla vuraraq, ona sağ gözaltı nahiyədə qançır və sıyrıq, sağ gözün ağlı qişasına yayılmış qansızma ilə nəticələnmiş xəsarətlər yetirərək, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən 277 nömrəli evdə qeydiyyatda olan, Biləsuvar şəhəri, Təyyarə meydanı yaşayış massivi, Alı Mustafayev küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. O, artıq 20 ildir ki, Zərərçəkmiş şəxs ilə dini nikah bağlamaqla, faktiki ər-arvad münasibətlərində yaşayırlar. Onların faktiki nikahlarında 2 uşağı doğulmuşdur. O, rəsmi olaraq heç bir yerdə işləməsə də, günəmuzd fəhləlik etməklə, ailəsini dolandırır, Zərərçəkmiş şəxs isə Kommunal Müəssisələr Kombinatında xadimə kimi çalışır. Onlar arasında münasibətləri həmişə normal olmuşdur. 22 yanvar 2025-ci il tarixdə, saat 11 radələrində o və Zərərçəkmiş şəxs evdə olduqları vaxt sonuncunun mobil telefonuna qonşuları olan Polad adlı şəxs zəng edərək, Kəklik adlı qadının harada olmasını soruşmuşdur. Zərərçəkmiş şəxs isə həmin şəxsə Kəklik adlı qadının harada olduğunu bilmədiyini bildirmiş və zəngi sonlandırmışdır. Bundan sonra o, əsəbiləşərək zərərçəkmiş şəxsə Polad adlı şəxsin zəng etməsinə görə iradını bildirmiş və buna görə də onlar arasında mübahisə yaranmışdır. Həmin mübahisə vaxtı o, özündən çıxaraq, Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə yumruqla 1 dəfə zərbə endirmişdir. Buna görə də zərərçəkmiş şəxs valideyninin evinə gedəcəyini bildirərək, yaşadıqları evdən çıxıb-getmişdir. O, bundan sonra sakitləşmiş və etdiyi əməldən peşman olmuşdur. Lakin Zərərçəkmiş şəxs onu bağışlamayarq, Biləsuvar rayon polis şöbəsinə onun barəsində şikayət etmişdir. Onunla arvadı arasında baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Həmçinin o bildirdi ki, sonradan Zərərçəkmiş şəxs üzr istəyib və sonuncuya dəymiş ziyanı aradan qaldıraraq, arvadı ilə barışığa nail olmuşdur. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını və himayəsində 2 uşağının olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, o və Təqsirləndirilən şəxs təxminən 20 il əvvəl dini nikah bağlamaqla, faktiki nikah münasibətlərinə daxil omuşlar və onların faktiki nikahından 2 uşaqları var. Lakin həmin uşaqlara Təqsirləndirilən şəxs soyadı veriməmişdir. Onlar hazırda Biləsuvar şəhəri, Təyyarə meydanı yaşayış massivi, Alı Mustafayev küçəsində yerləşən evdə yaşayırlar. O, “DOST iş Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətində sosial işçi kimi işə götürülmüş və xadimə kimi Kommunal Müəssisələr Kombinatına təhkim olunmuş, Təqsirləndirilən şəxs isə rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik etməklə ailəsini dolandırır. 22 yanvar 2025-ci il tarixdə, səhər saatlarında işdən çıxaraq yaşadığı evə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs da evdə olmuşdur. O, evdə olduğu vaxt qonşuları Polad onun mobil telefonuna zəng edərək, Kəklik adlı qadının harada olduğu barədə soruşmuş, o isə sonuncuya həmin şəxsin harada olması barədə məlumatı olmadığını bildirərək, zəngi sonlandırmışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs Polad adlı şəxsin ona zəng etməsini bəhanə edərək, onunla mübahisəyə başlamışdır. Həmin mübahisə vaxtı Təqsirləndirilən şəxs sağ göz nahiyəsindən yumruqla 1 dəfə yumruqla vuraraq, ona xəsarət yetirmişdir. O, bundan sonra dərhal evi yaşadığı evdən çıxaraq, anasının yanına getmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək və Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona qarşı fiziki zorakılıq tətbiq etməsi barədə hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Lakin sonradan əri Təqsirləndirilən şəxs ondan üzr istəyərək, onunla barışıq əldə etmişdir. Hazırla onlar birlikdə eyni evdə yaşayırlar. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncunun ona dəymiş zərəri ödədiyini nəzərə alaraq, məhkəmədən həmin şəxs barəsində yüngül cəza təyin etməsini xahiş etdi. İş materiallarında olan canlı şəxsin ekspertizasının 23 yanvar 2025-ci il tarixli, 21 saylı rəyindən görünür ki, X1 göz nahiyəsinə qəsdən bir dəfə yumruqla vuraraq, ona sağ gözaltı nahiyədə qançır və sıyrıq, sağ gözün ağlı qişasına yayılmış qansızma xəsarətləri müəyyən edilmişdir, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əl ilə vurma nəticəsində əmələ gələ bilər, törəmə müddəti 22 yanvar 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə gorə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə görə şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X3 cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında 17 fevral 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs faktiki nikah münasibətində olduğu Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurduğuna görə 2021-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona vurulmuş zərəri tamamilə aradan qaldırdığına görə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə və Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən əvvəllər 1 dəfə azad olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və həmin şəxsə dəymiş ziyanı tamamilə ödəməsi həmin şəxsi cinayət məsuliyyətindən azad edən hal deyil, iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini məhkəmə onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla, 1 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-39/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-39/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver