Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-4/2023 25.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Qubadov Xəyal Böyükxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Biləsuvar vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Biləsuvar vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Biləsuvar vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Biləsuvar şəhəri M.Ə.Sabir küçəsi ev 27-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzəratə altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, xx xxxxxx 1977-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Biləsuvar şəhəri, H.Aslanov küçəsi ev 15-də qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzəratə altına vermə» qətimkan tədbiri seçilmiş` Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə, xx xxxxxx 1968-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Biləsuvar şəhərii, H.Aslanov küçəsi ev 17-də qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzəratə altına vermə» qətimkan tədbiri seçilmiş` Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən tamah niyyəti ilə, satış məqsədi ilə qanunsuz olaraq 0,8 qram çəkidə narkotik vasitə heroin əldə edib, özündə saxlayaraq daşımış, 09 iyun 2022-ci il tarixdə saat 13 radələrində Biləsuvar şəhəri, H.Aslanov küçəsində, yaşadığı evin yaxınlığında həmin narkotik vasitə heroini tanışı Təqsirləndirilən şəxs2 20 (iyirmi) manata satmışdır. Təqsirləndirilən şəxs1 bundan başqa istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan istehlak miqdarından artıq miqdarda 1,365 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, şəxsi istifadə etmək məqsədi ilə özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 29 iyun 2022-ci il tarixdə saat 20:20 radələrində Biləsuvar şəhəri, H.Aslanov küçəsində, yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-yə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən qeyd edilən narkotik vasitə heroin siqaretin gümüş rəngli kağızına bükülümüş bir ədəd bükümdə olmaqla əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 09 iyun 2022-ci il tarixdə saat 13 radələrində Biləsuvar şəhəri, H.Aslanov küçəsində yaşadığı evin yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 20 (iyirmi) manat pul müqabilində qanunsuz olaraq 0,8 qram çəkidə narkotik vasitə heroin əldə edib, özündə saxlayaraq daşımış, 09 iyun 2022-ci il tarixdə saat 17 radələrində Biləsuvar şəhəri, H.Aslanov küçəsində, yaşadığı evin yaxınlığında həmin narkotik vasitə heroinin 0,250 qramını tanışı Təqsirləndirilən şəxs3 10 (on) manata satmış, qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarda olan 0,550 qram çəkidə olan hissəsini satış məqsədi olmadan üzərində saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 iyun 2022-ci il tarixdə saat 13:05 radələrində Biləsuvar şəhəri, H.Aslanov küçəsində yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-yə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən qeyd edilən narkotik vasitə heroin siqaretin gümüş rəngli kağızına bükülmüş bir ədəd bükümdə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Biləsuvar şəhəri, H.Aslanov küçəsində Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısından sonuncudan 10 (on) manat pul müqabilində qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak niqdarından artıq yəni 0,250 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə laxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 21:05 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində, Mərkəzi bazarın yaxınlığında etibarnamə ilə idarə etdiyi VAZ-2107 markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobilin yanında dayanan zaman şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və izərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin 0,250 qram çəkidə olmaqla bir ədəd qırmızı rəngli kağız kəsiyi bükümündə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İş üzrə məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Biləsuvar şəhəri, M.Ə. Sabir küçəsi ev 27- qeydiyyatda olmaqla yaşayır. Evlidir, iki övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, Təxminən bir ilə yaxındır ki, narkotik vasitələrdən heroin istifadə edir. O, heç kəsdən narkotik vasitə heroin almamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini hadisədən bir gün əvvəl tapmışdır. Polis şöbəsində polis əməkdaşlarının təkidi ilə heroini Təqsirləndirilən şəxs2 10 manata aldığını demişdir. Həqiqətdə isə o heç kəsdən narkotik vasitə almamışdır. Onun üzərindən aşkar edilən narkotik vasitə-heroni tapmışdır. İbtidai istintaq zamanı polis əməkdaşlarının ona təkid və təziq etmələri barədə heç bir orqana şikayət və müraciət etməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilir. Təqsirləndirilən şəxs2 Biləsuvar şəhər sakini kimi tanıyır, heç bir qohumluq əlaqələsi, şəxsi ədavət və düşmənçilik münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadə etməsindən məlumatı olmuşdur. Buna görə də xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxaraq Təqsirləndirilən şəxs2 yaşadığı Biləsuvar şəhəri, H.Aslanov küçəsinə piyada tək başına getmiş və Tərlanı küçədə görmüşdür. Tərlanın yanında heç kim olmamışdır. O. Tərlana yaxınlaşmış və narkotik vasitə heroin satmasını istəmişdir. Tərlan da ona narkotik vasitə heroini satmağa razılaşmışdır. Həmin vaxt Tərlan əvvəlcədən yerə atdığı bir ədəd qırmızı rəngli kağıza bükülmüş bükümü götürərək ona vermiş, həmin bükümdə istifadə etmək üçün narkotik vasitə heroin olmasını və qiymətinin də 10 (on) manat olmasını bildirmişdir. O da heroinin əvəzində Tərlana 10 (on) manat pulu vermiş və oradan uzaqlaşmışdır. Daha sonra o, həmin bükülünü cibinə qoymuşdur. Həmin günü bükülünün içərisində olan narkotik vasitədən istifadə etməmişdir. O, etibarnamə ilə idarə etdiyi VAZ-2107 markalı, **-GE-*** dövlət nömrə nişanlı avtomobil ilə rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində avtomobili yolun ehtiyyat hissəsində saxlamış və özü də avtomobilin yanında dayanan vaxt polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və üzərində narkotik vasitənin olması şübhəsinə görə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində hüquqları ona edan edilmiş, vəkillə təmin olunmuşdur. Bundan sonra vəkili Müdafiəçi3 və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə, psixotrop maddə vardırsa, çıxarıb təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarın yan cibində saxladığı içərisində heroin olan qırmızı rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılıb baxılarkən içərisindən narkotik vasitə heroin olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş heroin elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 0,56 qram olması müəyyən edilmişdir. Bundan sonra vəkili Müdafiəçi3 və polis əməkdaşlarının iştirakı ilə etibarnamə idarə etdiyi VAZ-2107 markalı, **-GE-*** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsusdur, heç kimə satmaq və ya vermək niyyəti olmamış, sadəcə istifadə üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroindən başqa heç bir narkotik vasitə gizlətməmişdir, heç kimə verməmişdir. O, heç kimə narkotik vasitə satmamışdır. Narkotik vasitə heroini alan zaman onların yanında heç kim olmamışdır. O, narkotik vasitə heroini Tərlandan ilk dəfə almışdır. Ona elan edilmiş CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilir. Məhkəmədə iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Biləsuvar şəhəri H.Aslanov küçəsi ev 15-də qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə yaşayır, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir. Onun qızı Yasəmən İbrahimzadə təxminən iki il bundan əvvəl xərçəng xəstəsi olduğu üçün İran İslam Respublikasına xəstəxanaya aparmışdır. Orada o, qızı Yasəmən üçün çox narahatlıq keçirdiyi üçün, müvvəqqəti olaraq fikrini dağıtmaq istəmiş və bir-iki dəfə narkotik vasitə heroin istifadə etmişdir. Həmçinin o, özü ağır şəkər xəstəsidir. O, heç kəsdən narkotik vasitə almamışdır və nə Röşənə nə də başqasına narkotik vasitə heroin heç vaxt satmamışdır. Polis şöbəsində polis əməkdaşlarının təkidi ilə Təqsirləndirilən şəxs1 narkotik vasitə heroini 20 manata alıb yarısını 10 manata Təqsirləndirilən şəxs3 satmağını bildirmişdir. Həqiqətdə isə onun üzərində heç bir narkotik vasitə olmamış və heç kəsə də narkotik vasitə satmamışdır. İbtidai istintaq zamanı polis əməkdaşlarının ona təkid və təziq etmələri barədə heç bir orqana şikayət və müraciət etməmişdir. Fikirləşmişdir ki, məhkəmədə düzünü bildirər. Məhkəmədə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, tez-tez ağrıları olduğu üçün narkotik vasitə heroindən istifadə edir. Təqsirləndirilən şəxs3 Biləsuvar şəhər sakini kimi tanıyır, münasibətləri normaldır, narkotika istifadə etməsini bilmişdir. 09 iyun 2022-ci il tarixdə saat 13:00 radələrində o, qonşusu Təqsirləndirilən şəxs1 20 (iyirmi) manat pula yaşadığı evin yaxınlığında bir büküm narkotik vasitə heroin almışdır. Daha sonra bir ədəd bükülünü iki yerə ayırmış və iki ədəd bükülü halına gətirmişdir. Həmin günü də saat 17:00 radələrində o, küçədə dayanan zaman Rövşən ona yaxınlaşmış və narkotik vasitə heroin istəmişdir. O da əvvəlcədən ayırdığı bükülülərdən birini yerə atdığı bir ədəd qırmızı rəngli kağıza bükülmüş bükülünü yerdən götürüb Rövşənə vermişdir. Bükülüləri yerə polis əməkdaşları onu saxlayan zaman üzərində aşkar etməmələri üçün atmışdır. O, həmin vaxt Rövşəndən pul almamış, sadəcə olaraq pay vermişdir. Bundan sonra Rövşən yaşadığı evin yaxınlığından uzaqlaşıb getmişdir. 11 iyun 2022-ci il tarixdə saat 13:05 radələrində Biləsuvar şəhəri H.Aslanov küçəsində yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağında şübhəli olduğunu bildirib onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində hüquqları izah olunduqdan sonra vəkillə təmin edilmiş, müdafiəçisi Müdafiəçi2 və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində narkotik vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. O da 09 iyun 2022-ci il tarixdə Əkrəm adlı şəxsdən aldığı içərisində heroin olan siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılıb baxıldıqda içərisində heroin olması müəyyən edilmişdir. Həmin heroin elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 0,87 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Bundan başqa üzərindən hər hansı narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir. Üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir, protokolun doğruluğunu hər biri imzaları ilə təsdiq etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin ona məxsusdur, ağrıları olan zaman özü istifadə edəcəkmiş, Əkrəmdən narkotik vasitə heroini ilk dəfə almışdır. O, Əkrəmdən xalis çəkisi təxminən bir qrama yaxın narkotik vasitə heroin almışdır, daha sonra həmin heroini iki büküm olmaqla saxlamışdır. O, Rövşənə bükülüsü ilə birlikdə təxminən bir qramın yarısı qədər narkotik vasitə heroin vermişdir, lakin ondan buna görə pul almamışdır. Həmin bükülüdə olan narkotik vasitəni o, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmədə iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş İ Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Biləsuvar şəhəri. H.Aslanov küçəsi ev 17-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, rəsmi olaraq heç bir yerdə işləmir. Narkotik vasitə olan heroindən istifadə etmişdir. Ancaq heç vaxt heç kəsə narkotik vasitə satmamışdır. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hası narkotik vasitə olmamışdir. Adını bilmədiyi polis əməkdaşları tərəfindən təziqlərə məruz qaldığı üçün Təqsirləndirilən şəxs2 narkotik vasitə - heroin satdığını və ona verilən narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Həqiqətdə isə onda heç bir narkotik vasitə olmamışdır. Polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə heç hara şikayət və müraciət etməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Biləsuvar şəhəri. H.Aslanov küçəsi ev 17- ə qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evin yaxınlığında küçədə tut yeyən zaman yerdən bir ədəd “pal-mal” markalı siqaret qutusunu görmüş və içərisində siqaret olmasını düşünüb götürmüşdür. Daha sonra həmin qutunun içərisinə baxmışdır. Bu zaman görmüşdür ki, siqaretin içərisində bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülü vardır. Həmin bükülünü açan zaman görmüşdür ki, içərisində narkotik vasitə heroin vardır. O, özü narkotik vasitə heroin istifadə edir. Buna görə də tapdığı narkotik vasitə heroini istifadə etmək üçün üzərində saxlamışdır. Həmin tarixdə saat 20:00 radələrində Biləsuvar şəhəri, H.Aslanov küçəsində yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağında şübhəli olduğunu bildirib onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində hüquqları izah olunduqdan sonra vəkillə təmin edilmişdir, vəkili Əli Hüseynov və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə və ya sixotrop maddə vardırsa könüllü olaraq çıxarıb təqdim etməyi təklif edilmişdir. O da 29 iyun 2022-ci il tarixdə yerdən tapdığı içərisində heroin olan “pal-mal” siqaret qutusunu təqdim etmişdir. Həmin “pal-mal” siqaret qutusu açılıb baxıldıqda içərisində heroin olması müəyyən edilmişdir. Həmin heroin elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 1,65 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Bundan başqa üzərindən hər hansı narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir. Üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir, protokolun doğruluğunu hər biri imzaları ilə təsdiq etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin ona məxsusdur, özü istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs2 onun qonşusudur. Onların arasında ev vardır. Onun Tərlanla arasında heç bir ədavət yoxdur. O, bir dəfə qonşusu Təqsirləndirilən şəxs2 sadəcə olaraq istifadə edə biləcəyi qədər bir büküm narkotik vasitə heroin vermişdir, lakin bunun qarşılığında o, Tərlandan pul almamışdır. Onun Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 narkotik vasitəni pay verməsi haqqında heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs2 pay verdiyi narkotik vasitəni o, 2022-ci ilin iyun ayının əvvəlində rayon ərazisində olan zaman tapmışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.1 maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər. Onların təqsiri ibtidai istintaq zamanı verdikləri öz ifadələri, şahid ifadələri, ekspert rəyləri və iş üzrə digər sübutlarla da təsdiq edilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş dindirilmiş Biləsuvar RPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyən polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, M.Ə.Sabir küçəsi, ev 27-də yaşayan Təqsirləndirilən şəxs3 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qnunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs3 cinayət əməlinin ifşa edilməsi üçün 10 iyun 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 daxil edilmişdir. Əməliyyat- axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 10 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi Vaz-2107 markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqədən sonra onlar Təqsirləndirilən şəxs3 M.İbrahimov küçəsində, mərkəzi bazarın qarşısında dayandığı zaman yaxınlaşmış və özlərini təqdim etdikdən sonra gəlişlərinin səbəbini izah edib və Təqsirləndirilən şəxs3 RPŞ-nə dəvət edərək gətirmişlər. Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə və ya psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Xanlar Alışova həvalə edilmişdir. Təqsirləndirilən şəxs3 müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən vəkil dəvət etmək hüququ izah olunmuşdur. O, vəkil siyahısı ilə tanış olduqğan sonra bildirmişdir ki, hüquqlarının vəkil Müdafiəçi3 tərəfindən müdafiə olunmasını istəmiş və vəkil Müdafiəçi3 dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur. Həmin videoçəkilişi rayon polis şöbəsinin X2 baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilməsi başlanılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynindəki mavi rəngli şalvarının sağ yan cibindən bir ədəd qırmızı rəngli sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb stolun üstünə qoyaraq bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə heroin vardır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin ektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə 0,56 qram olması məlum muşdur. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi3lə birlikdə həmin protokolla tanış olmuş, onu imzalamışdır. O, özü də həmin protokolla tanış olub imzalamışdır. Rayon Polis şöbəsidə Təqsirləndirilən şəxs3 Gülağa oğluna, Təqsirləndirilən şəxs2, eləcədə Təqsirləndirilən şəxs1 qarşı heç bir qanunsuz hərəkət edilməmişdir. Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən polis baş leytenantı Şahid3 ifadəsində Şahid1 ifadəsində qeyd edilənləri tam təsdiq edərək göstərmişdir ki, Biləsuvar şəhəri, H.Aslanov küçəsi ev 15-də yaşayan Təqsirləndirilən şəxs2 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs2 cinayət əməlinin ifşa edilməsi üçün 11 iyun 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 11 iyun 2022-ci il tarixdə saat 13:00 radələrində Təqsirləndirilən şəxs2 Biləsuvar şəhəri, H.Aslanov küçəsində piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqədən sonra onlar Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini təqdim etdikdən sonra gəlişlərinin səbəbini izah etmişlər və Təqsirləndirilən şəxs2 RPŞ-nə dəvət edərək gətirmişlər. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və ya psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı Nahid Hüseynova həvalə edilmişdir. Təqsirləndirilən şəxs2 müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuş, o,vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil Müdafiəçi2 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Müdafiəçi2 dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuş, həmin videoçəkilişi rayon polis şöbəsinin X2 baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi başlanılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükülünü çıxarıb stolun üstünə qoyaraq təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə heroin olmasını və həmin heroini Əkrəm adlı şəxsdən almasını bildirmişdir. Bundan sonra həmin bükülüyə Tərlanın iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə 0,87 qram olması məlum olmuşdur. Şəxsi axtarış keçirilməsi ilə aqədar protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 ilə birlikdə həmin protokolla tanış olub imzalamışdır. O, özü də həmin protokolla tanış olub imzalamışdır. Narkotik vasitə heroini qablaşdırması ilə birlikdə çəkildiyi üçün 0,87 qram olmuş, o, ekspert rəyində göstərilən çəki ilə razıdır. Daha sonra Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, Rayon Polis şöbəsidə özü və digər əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs3 Gülağa oğluna, Təqsirləndirilən şəxs2, eləcə də Təqsirləndirilən şəxs1 qarşı heç bir qanunsuz hərəkət edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən polis leytenantı X19 ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, H.Aslanov küçəsi ev 17-də yaşayan Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 cinayət əməlinin ifşa edilməsi üçün 29 iyun 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 29 iyun 2022-ci il tarixdə saat 20:15 radələrində Həziyev X12 şəhəri, P.Əliyev küçəsində piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqədən sonra onlar Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim etdikdən sonra gəlişlərinin səbəbini izah etmişlər və Əkrəmi RPŞ-nə dəvət edərək gətirmişlər. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Nicat İbayevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs1 müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. O, vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X15 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Əli Hüseynov dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur. Həmin videoçəkilişi rayon polis şöbəsinin X2 baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi başlanılmış və şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən bir ıdəd “Pallmall” markalı siqaret qustusunu təqdim edərək içərsində bir ədəd bükümdə ıarkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra həmin bükülüyə Əkrəmin iştirakı açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilib qablaşdırması ilə birlikdə 1,65 qram olması məlum olmuşdur. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs1 müdafiəçisi Əli Hüseynovla birlikdə həmin protokolla tanış olub imzalamışdır. O, özü də həmin protokolla tanış olub imzalamışdır. Onlar videoçəkiliş zamanı narkotik vasitə heroini qablaşdırması ilə birlikdə çəkdiyi zaman üçün 1,65 qram olmuşdur, ekspert rəyində göstərilən çəki ilə razıdır. Daha sonra X19 verilən suallara cavab olaraq bildirmişdir ki, Rayon Polis şöbəsidə özü və digər əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs3 Gülağa oğluna, Təqsirləndirilən şəxs2, eləcə də Təqsirləndirilən şəxs1 qarşı heç bir qanunsuz hərəkət edilməmişdir. Şahid4 məhkəmədə şahid X11 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarından görünür ki, ibtidai İstintaq zamanı xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə istintaq hərəkətində Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 üzünə “mən sənə 10 (on) manat pul verib bir büküm narkotik vasitə heroin almışam” sözlərini demişdir. İstintaq zamanı xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə istintaq hərəkətində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzünə “mən sənə 20 (iyirmi) manat pul verib bir büküm narkotik vasitə heroin almışam” sözlərini demişdir. İşdə olan Biləsuvar RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Xanlar Alışov tərəfindən tərtib edilmiş 10 iyun 2022-ci il tarixli «Şəxsi axtarış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə olması şübhəsi yarandığından RPŞ-nin xidməti otaqlarının birində CAB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1, polis baş leytenantı Şahid3 və vəkil Müdafiəçi3 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilkin olaraq Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs3 da əynindəki şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli kağıza bükülmüş bükümünü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu demişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi büküm açılıb baxıldıqda içərisindən narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər maddə elektron tərəzidə çəkildikdə 0,56 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 üzərindən narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya predmet aşkar edilməmişdir. İşdə olan Biləsuvar RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Nahid Hüseynov tərəfindən tərtib edilmiş 11 iyun 2022-ci il tarixli «Şəxsi axtarış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olması şübhəsi yarandığından RPŞ-nin xidməti otaqlarının birində CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və vəkil Müdafiəçi2 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilkin olaraq Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 də əynindəki idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, özünə məxsus olmasını, Əkrəm adlı şəxsdən 20 (iyirmi) manata almasını və həmin heroinin bir hissəsini pay kimi Təqsirləndirilən şəxs3 verdiyi, qalanını isə şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər maddə elektron tərəzidə çəkildikdə isə 0,87 qram çəkidə olması müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş içərisində narkotik vasitə olan heroin olan siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan edilmiş digər hər hansı əşya və ya predmet aşkar edilməmişdir. İşdə olan Biləsuvar RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nicat İbayev tərəfindən tərtib edilmiş 29 iyun 2022-ci il tarixli «Şəxsi axtarış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olması şübhəsi yarandığından RPŞ-nin xidməti otaqlarının birində CAB-nin əməliyyat müvəkkilləri Xəzər Səfərlinin, Şahid4 və vəkil Müdafiəçi2 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilkin olaraq Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 də əynindəki şalvarının sol yan cibindən bir ədəd “palmal” siqaret qustusunu təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, özünə məxsus olmasını, yaşadığı evin yaxınlığından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi “palmal” siqaret qustusu açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər maddə elektron tərəzidə çəkildikdə isə 1,65 qram çəkidə olması müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan edilmiş digər hər hansı əşya və ya predmet aşkar edilməmişdir. İstintaq zamanı "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli məktubla daxil olmuş diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən və nömrəsinə göndərilən iş üçün əhəmiyyət kəsb edən aşağıdakı SMS-lər müəyyənləşdirilmişdir. xx-xx-2022-ci il tarixdə, saat 04:07:051-ci dəqiqədə 70-667-65-61 (X5) saylı nömrədən “Dal qapgiya gel” sözləri olan - smsi göndərilmişdir. xx-xx-2022-ci il tarixdə, saat 15:41:47-ci dəqiqədə -**********85 saylı nömrədən, **********10 saylı nömrəyə “Terlan emi acmir telfonu ozumde agriram sebirli ol cagiracam gel götür” sözləri olan sms göndərilmişdir. Biləsuvar RPŞ-nin CAB-dən daxil olmuş məktubda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin satması faktı öz təsdiqini tapmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin X6 xx.xx.2022-ci il tarixli 19/688 №-li ekspert rəyində tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər maddə...» sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,250 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heorinin təmiz çəkisi 0,250 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,200 qram. Məhkəmə Ekspertiza Mərkəzinin X6 xx.xx.2022-ci il tarixli 19/691 №-li ekspert rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş bükülü...» sözlər və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,550 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heorinin təmiz çəkisi 0,550 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,500 qram. Tədqiqata tədqim edilmiş üzərilərində Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş bükülü və Təqsirləndirilən şəxs2 məxsus olan heroin sözləri və imzalar olan 2 ədəd paketdəki heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmə Ekspertiza Mərkəzinin X6 xx.xx.2022-ci il tarixli 19/755 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bükülü...» sözlər və imzalar olan bir ədəd paketdəki 01 ədəd bükümdə təmiz çəkisi -1,365 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi -1,365 qram, cəmi tədqiqata sərf olundu-0,05 qram., qalıq -1,315 qram. Məhkəmə Ekspertiza Mərkəzinin X6 xx.xx.2022-ci il tarixli 19/804 №-li ekspert rəyində aşağıdakılar göstərilmişdir: -Tədqiqata təqdim olunmuş üzərlərində «...“Təqsirləndirilən şəxs2 məxsus büküm heroin Rəy 19\691”.....və Təqsirləndirilən şəxs1 məxsus 1 büküm heroin Rəy 19\755....” sözlər və imzalar olan iki ədəd zərfdəki 2 büküm heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri eynidirlər. -Heroinin təmiz-0,500 qram, tədqiqata sərf olundu-0,05 qr., qalıq -0,450 qr -Heroinin təmiz-1,315 qram, tədqiqata sərf olundu- 0,05 qr., qalıq -1,265 qr. İş üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 763 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoqoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 689 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoqoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 821 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoqoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qramdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə baxışında ifadələrində heç kəsə narkotik vasitə heroin satmamaları və üzərilərinə baxış keçirilən zaman narkotik vasitə heroin olmaması barədə ifadələri məhkəmə istintaqında mötəbər subutlarla təkzib edildiyindən məhkəmə həmin ifadələri N.S.İbrahimzadənin və Təqsirləndirilən şəxs1 özlərini müdafiə xarakteri daşıması hesab edir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs3 CM-in 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 234.1 və 234.2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Azərbaycan Respublikası DİN-in BƏSİl-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİl-dən daxil olmuş tələbnamədən görünür ki, X1 məhkumluğu yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİl-dən daxil olmuş tələbnamədən görünür ki, Həziyev X12 rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum edilmiş, xx.xx.2010-cu il tarixdə Salyan rayon məhkəməsinin qərarı ilə 3 ay 25 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkumluğu ödənilmişdir. xx.xx.2017-ci il tarixdə Biləsuvar rayon məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün azadlıqdan məhrum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonun ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə görə miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab olunur. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, 1.0.10-cu maddəsinə görə isə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 mart 2011-ci il tarixli Plenum qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. həmin Qanunda “şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib, narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət qanunvericiliyinin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi, miqdarından asılı olmayaraq qanunvericiklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab olunur. Yəni, şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı zamanı şəxsin əməlinin satış kimi qiymətləndirilməsi verilən narkotik vasitəyə görə şəxsin hər hansı formada əvəz alması və ya qazanc əldə etməsi, yaxud da şəxsi maraq məqsədi ilə yayılması ilə şərtləndirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri onların öz ifadələri ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli CM-in 234.1 və 234.2-ci maddələri, Təqsirləndirilən şəxs3 əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar törətdiyi cinayətlərə görə həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza ilə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun məqsədlərinə nail olunmasında əhəmiyyətini, habelə onların islah olunması imkanlarına təsirini nəzərə alaraq, onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna uyğun və məqsədə müvafiq hesab edir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs3 hərəkətlərində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş, iki azyaşlı övladının olması (2005-ci il təvəllüdlü X9 və X10) cəza təyini zamanı cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətlərində cəzanı ağırlaşdıran hallar hallar müəyyən edilməmiş, iki azyaşlı övladının ( xx.xx.2022-ci il təvvəllüdlü X17 və X4) olması cəza təyini zamanı cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətlərində cəzanı ağırlaşdıran hallar hallar müəyyən edilməmiş, bir az yaşlı övladının (2005-ci il təvəllüdlü X14) olması cəza təyini zamanı cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3 əməli onun özünün qismən etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materiallar ilə tam sübuta yetirilir və məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 əməli CM-in 234.1 maddəilə ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs1 əməli şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir və məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-in 234.1-ci və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs2 əməli şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir və məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli CM-in 234.1-ci və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilərək o, məhkəmə iclas zalında həbs edilməli və Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablanmalı, cəzasının çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilərək o, məhkəmə iclas zalında həbs edilməli və Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablanmalı, cəzasının çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilərək o, məhkəmə iclas zalında həbs edilməli və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablanmalı, cəzasının çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. İş materiallarında olan 10 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 10 iyun 2022-ci il tarixdə saat 21:45-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 12 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 12 iyun 2022-ci il tarixdə saat 17:10-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarında olan 11 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 11 iyun 2022-ci il tarixdə saat 13:05-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 13 iyun 2022-ci il tarixdə saat 12:10-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarında olan 29 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29 iyun 2022-ci il tarixdə saat 20:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 01 iyul 2022-ci il tarixdə saat 18:30-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı faktiki tutulduqları 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə xx.xx.2022-ci il tarixli 689 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə xx.xx.2022-ci il tarixli 763 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə xx.xx.2022-ci il tarixli 821 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Habelə, məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 230 manat məbləğində pul vəsaiti müştərək qfydada Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dövlət nəfinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs3 götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 0,200 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 0,450 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 1,250 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 29 iyun 2022-ci il arixdən 01 iyul 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün müddətin hər bir günü bir gün müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablansın, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 3 il 11 ay 28 gün müddətə azadlıqdan məhrui etmə cəzası saxlılsın. Təqsirləndirilən şəxs1 təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs1 barsində seçilmiş «polsin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz eilsin və Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından dərhal həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 11 iyun 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün müddətin hər bir günü bir gün müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablansın, Təqsirləndirilən şəxs2 üzərində 3 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlılsın. Təqsirləndirilən şəxs2 təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs2 barsində seçilmiş «polsin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz eilsin və T.S. İbrahimzadə məhkəmə iclas zalından dərhal həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 10 iyun 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün müddətin hər bir günü bir gün müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablansın, Təqsirləndirilən şəxs3 üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlılsın. Təqsirləndirilən şəxs3 təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs3 barsində seçilmiş «polsin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz eilsin və Təqsirləndirilən şəxs3 məhkəmə iclas zalından dərhal həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş və Biləsuvar rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 0,200 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş və Biləsuvar rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 0,450 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və Biləsuvar rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 1,265 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza xərci qismində 230 manat məbləğində pul vəsaiti müştərək qaydada Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dövlət nəfinə tutulsun. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X22
Məhkəmə qərarları › İş №1(022)-4/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-4/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver