Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-4/2024 17.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi vəkil Müdafiəçi2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1988-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, barəsində 20 iyun 2023-cü il tarixli qərarla «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1986-cı ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşayan, barəsində 19 iyun 2023-cü il tarixli qərarla «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasıda baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 11 aprel 2023-cü il tarixdə saat 01:10 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən X1 işlətdiyi «Balıq evi» kafesində, ictimai yerdə olan zaman cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək, heç bir əsaslı səbəb olmadan Şahid1 Azərbaycan dilində yaxşı danışa bilməməsini bəhanə etməklə kafedə olan kənar şəxslərin gözü qarşısında sonuncunun ünvanına nalayiq sözlər işlədib səs-küy salıb mübahisə edib, Şahid1 üzərinə hücum edərək dalaşmaq məqsədi ilə kafenin çıxış qapısını bağlayaraq “heç kim kafeni tərk edə bilməz” sözlərini deyən zaman, həmin vaxt bu hərəkətə etiraz etməklə Şahid1lə tanışı Zərərçəkmiş şəxs1 evə getmək məqsədi ilə kafedən çıxmaq istəyərkən o, Təqsirləndirilən şəxs2 ilə birlikdə onların kafedən çıxmalarına icazə vermədikləri üçün aralarında dava-dalaş başlamış və həmin dava-dalaş zamanı Təqsirləndirilən şəxs1 əvvəlcə əlində olan avtomobil açarı ilə Zərərçəkmiş şəxs1 baş nahiyyəsinə vuraraq ona başın, alın və ənsə nahiyəsinin əzilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, daha sonra dava-dalaşı davam etdirməklə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 zorla tutub saxlamasından istifadə edərək kafenin içərisində olan taxta stulla iki dəfə baş nahiyəsinə vuraraq, yerə yıxmış və nəticədə ona başın əzilmiş yaraları və sol ayağın İ barmağının əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər və təpə nahiyəsinin sıyrığı, döş qəfəsinin və qarının küt travması ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə zor tətbiq edib, eyni zamanda kafenin içərisində olan iki ədəd taxta stulu yararsız hala salaraq Zərərçəkmiş şəxs2 70 (yetmiş) manat maddi ziyan vurmaqla Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında kafenin içərisində xuliqanlıq hərəkətlərini davam etdirməklə 10-15 dəqiqə ərzində kafedə olan şəxslərin narahatçılığına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 11 aprel 2023-cü il tarixdə saat 01:10 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən X1 işlətdiyi «Balıq evi» kafesində, ictimai yerdə olan zaman cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək, heç bir əsaslı səbəb olmadan Şahid1 Azərbaycan dilində yaxşı danışa bilməməsini bəhanə etməklə kafedə olan kənar şəxslərin gözü qarşısında sonuncunun ünvanına nalayiq sözlər işlədib səs-küy salıb mübahisə edib, Şahid1 üzərinə hücum edərək dalaşmaq məqsədi ilə kafenin çıxış qapısını bağlayaraq “heç kim kafeni tərk edə bilməz” sözlərini deyən zaman, həmin vaxt bu hərəkətə etiraz etməklə Şahid1lə tanışı Zərərçəkmiş şəxs1 evə getmək məqsədi ilə kafendən çıxmaq istəyərkən o, Təqsirləndirilən şəxs1la birlikdə onların kafedən çıxmalarına icazə vermədikləri üçün aralarında dava-dalaş başlamış, dava-dalaş zamanı o, Zərərçəkmiş şəxs1 baş və bədənin müxtəlif nahiyələrinə yumruqla bir neçə dəfə və kafedə olan taxta stulla isə bir dəfə zərbə vurmaq istəmiş, lakin həmin vaxt Zərərçəkmiş şəxs1 da ona taxta stulla qarşılıq verdiyi üçün hər iki stul toqquşaraq sınmış, daha sonra isə dava-dalaşı davam etdirməklə Zərərçəkmiş şəxs1 zorla tutub saxlayaraq Təqsirləndirilən şəxs1 kafenin içərisində olan taxta stulla Tərlanın baş nahiyəsinə bir dəfə vuraraq, yerə yıxmasına şərait yaratmış və bununla ona başın, alın və ənsə nahiyəsinin əzilmiş-kəsilmiş yaraları və sol ayağın İ barmağının əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər və təpə nahiyəsinin sıyrığı, döş qəfəsinin və qarının küt travması ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə zor tətbiq edib, eyni zamanda kafenin içərisində olan iki ədəd taxta stulu yararsız hala salaraq Zərərçəkmiş şəxs2 70 (yetmiş) manat maddi ziyan vurmaqla Təqsirləndirilən şəxs1la birlikdə bir qrup şəxs halında kafenin içərisində xuliqanlıq hərəkətlərini davam etdirməklə 10-15 dəqiqə ərzində kafedə olan şəxslərin narahatçılığına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 törədilmiş əməldə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Biləsuvar şəhəri, M.Ə.Sabir küçəsi ev 4-də qeydiyyatda olmaqla yaşayır. 10 aprel 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı evdə olan zaman əvvəlcədən tanışı Təqsirləndirilən şəxs2 zəng vuraraq harada olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs2 də ona “Biləsuvar şəhəri, M.İbrahimov küçəsində, RTS adlanan yerin girişində olan “Balıq evi” adlanan kafeyə gedirəm, sən də gəl” sözlərini demişdir. O da buna görə evdən tək çıxmış və piyada həmin kafeyə getmişdir. O, kafeyə daxil olan zaman Əli gəlmədiyini görmüş, buna görə də pərdəli kabinetlərin birində əyləşərək Əlini gözləmişdir. Bir az sonra Əli kafeyə gəlmiş və onun əyləşdiyi kabinetdə əyləşmişdir. Daha sonra əvvəlcədən tanıdığı Mahir adlı şəxs gəlmişdir. Daha sonra onlar üçü kafenin içərisində sol tərəfdə olan pərdəli kabinetdə spirtli içki qəbul etmişlər. Bir az sonra Şahid3 adlı şəxs də onların masasına gəlmiş və spirtli içki qəbul etmişlər. O, həmin vaxt ayaqyoluna getmiş və qayıdan zaman Mahirin digər masada tanımadığı şəxslərlə oturmasını görmüşdür. O da öz yerində əyləşmişdir. Bir az sonra Mahir həmin masadan qalxmış və onların yanına gələrək, Mahir onlara oturduğu şəxslərdən birini rayon sakini kimi tanıdığını, lakin digər şəxsin isə Rövşən Lənkəranskinin sağ əli olmasını bildirmişdir. Onlar öz aralarında söhbət edən zaman digər masada əyləşmiş, sonradan adını bildiyi Pərviz adlı şəxs onların masasında əyləşmişdir. Daha sonra onlar söhbət etməyə başlamışlar. Söhbət davam edən zaman digər masada olan sonradan adını bildiyi Tərlan adlı şəxs də onların masasında əyləşmişdir. Söhbət zamanı onlar arasında sözlə mübahisə başlamışdır. Pərviz adlı şəxs ona “gəl gedək çöldə söhbət edək” sözlərini demişdir. O da ayağa qalxaraq Pərvizlə çölə çıxmışdır. O, Pərvizə “gedək içəridə söhbət edək” sözlərini demişdir. Buna görə də onlar içəri daxil olmuşlar və söhbət etməyə başlamışlar. Bir az sonra Tərlanla Pərviz evə getmək üçün kafedən çıxmaq istəmişlər, lakin Əli qapını örtərək Tərlanla Pərvizin çölə çıxmasına mane olmuşlar. Bu zaman Tərlan Əlini, daha sonra isə onu yumruqla vurmuşdur. Həmin vaxt sərxoş olduğu üçün hadisənin gedişini tam olaraq xatırlamır. Onu bilir ki, qarşılıqlı olaraq dava davam etmişdir. Eyni zamanda Əli də Tərlanı vurmuş, lakin nə ilə vurmasını görməmişdir. Hadisə zamanı Tərlan onu stulla vurmağa cəhd etmişdir. Lakin öz ayağı büdrədiyi üçün yerə yıxılmış və stul onun çiyninə dəymişdir. Bundan sonra onlar Əli ilə çölə çıxmışlar. Daha sonra o, avtomobil açarı və telefonlarının üzərində olmadığını bilmiş və buna görə də kafeyə qayıtmışdır. Kafedən açarı və telefonlarını tapdıqdan sonra evə getmək üçün kafedən çıxmışdır. Hadisə zamanı onu Tərlan yumruqla vurmuş, o da buna görə özünü müdafiə etmək üçün onu özündən uzaqlaşdırmağa çalışmışdır. Hadisə zamanı Mahir və Elşad heç kimi vurmamışlar və xəsarət yetirməmişlər. Sonda Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışığa nail olduğunu, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, ona görə də ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 törədilmiş əməldə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Biləsuvar şəhəri, Vaqif küçəsi ev 36-da qeydiyyatda olmaqla, Vaqif küçəsi 25də yaşayır. 10 aprel 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman tanışı Şahid2 zəng vuraraq onu Biləsuvar şəhəri, M.İbrahimov küçəsində, “RTS” deyilən yerin yaxınlığında yerləşən “Balıq evi” adlanan kafeyə spirtli içki içməyə dəvət etmişdir. O da buna görə yaşadığı evdən çıxmış və piyada həmin kafeyə getmişdir. O, kafeyə daxil olan zaman əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 və tanımadığı bir nəfər şəxs kafenin içərisində sol tərəfdə olan pərdəli kabinetdə əyləşmələrini görmüşdür. O da Elçinin yanında əyləşmişdir. Bir az sonra Şahid2 kafeyə gəlmiş və onlarla birlikdə əyləşmişdir. Daha sonra onlar hamısı spirtli içki qəbul etmişlər. Bir az sonra onların yanına Şahid3 kimi tanıdığı şəxs də gəlmişdir. Onlar hamısı birlikdə spirtli içki qəbul edən zaman Mahir masadan qalxmış və digər masaya getmişdir. Mahirin əyləşdiyi masada oturan şəxsləri o, tanımamışdır. Daha sonra o, ayaqyoluna getmək üçün masadan qalxmış və birinci mərtəbəyə düşmüşdür. O, qayıdan zaman Mahirlə tanımadığı bir nəfər şəxsin masada əyləşməsini görmüşdür. O da öz yerində əyləşmişdir. O, masaya əyləşən zaman Elçinlə tanımadığı Pərviz adlı şəxsin artıq sözlə mübahisə etmələrini görmüşdür. Söhbət davam edən zaman digər masada olan sonradan adının Tərlan olmasını bildiyi bir nəfər şəxs də masaya gəlmişdir. Pərviz adlı şəxs Elçinə “gəl gedək çöldə söhbət edək” sözlərini demişdir. Elçin də ayağa qalxaraq Pərvizlə çölə çıxmışdır. O və X5 yanına gedərək “içəridə söhbət edək” sözlərini deyərək içəri dəvət etmişlər. Bundan sonra onlar hamısı içəri daxil olmuşlar. İçəridə söhbət etməyə davam etmişlər. Bir az sonra Tərlanla Pərviz çölə çıxmaq istəmişlər, lakin onunla Elçin qapını örtərək, Tərlanla Pərvizin çölə çıxmağına icazə verməmişlər. Buna görə də Tərlan əvvəlcə onu, daha sonra isə Elçini yumruqla vurmağa başlamışdır. Bundan sonra qarşılıqlı dava-dalaş olmuşdur. Dava-dalaş davam edən zaman onlar kafenin içərisində olan taxta kabinetə daxil olmuşlar və orada Tərlanı yumruqla, Elçin isə əlində olan avtomobil açarı il vurmağa başlamışlar. O, Tərlanın baş nahiyyəsinə yumruq zərbələri vurmuşdur. Hadisə zamanı Tərlan Elçini yerə yıxmış və yumruq zərbələri ilə vurmağa başlamışdır. O da Tərlanın üzərinə hücum edərək, Elçini əlindən almışdır. Daha sonra Tərlan bir ədəd taxta stulla Elçinin baş nahiyəsinə iki dəfə zərbə vurmuşdur. O da kafedə olan taxta stulun birini götürüb, Tərlanın başına zərbə vurmaq istəmiş, lakin həmin vaxt Tərlan da əlində olan stulla ona qarşılıq vermişdir, nəticədə stullar toqquşmuş və hər iki stul sınmışdır. Bundan sonra o, Tərlanı pəncərənin kənarına aparıb zorla tutub saxlamış, Elçin də əlində stulla gəlib Tərlanın başına iki dəfə zərbə vurmuşdur. Hadisə nəticəsində Tərlanın başından qan axmağa başlamışdır. Bundan sonra onunla Elçin çölə çıxmışlar. O, çölə çıxdıqdan sonra Mahirlə birlikdə yaşadığı evə getmişdir. Daha sonra baş verən proseslərdən məlumatı olmamışdır. Hadisə kafenin içərisində təxminən 10 dəqiqə davam etmiş və ətrafda təxminən 10 nəfər şəxs olmuş, lakin hamısını tanımır. Hadisə zamanı o, Tərlanın başına və kürək nahiyyəsinə yumruq və kafenin içərisində taxta stulla zərbələr vurmuşdur. Hadisə zamanı Mahir və Elşad heç kimi vurmamış və heç kimə xəsarət yetirməmişər. Hadisə zamanı Tərlan onu yumruqla vursa da o, heç bir xəsarət almamış, buna görə də o, məhkəmə tibbi-ekspertizadan keçməkdən imtina edir. Kafenin içərisində olan zaman Pərviz Elçini və onu vurmamışdır. Sonda Təqsirləndirilən şəxs2 əməlindən peşiman olduğunu, ona görə də ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayır. Şahid1 onun dostudur. Təxminən beş il bundan əvvəl o, Rusiya Federasiyasının Saratov şəhərinə gedən zaman əvvəlcədən tanıdığı Əliabad kənd sakini Şahid1 ilə birlikdə iki ay birlikdə yaşamışdır. 2023-cü il tarixdə mart ayında olan novruz bayramında Şahid1 Rusiyanın Saratov şəhərindən Azərbaycan Resublikasına gəlmişdir. Şahid1 gəldiyi gün onun yaşadığı evdə qalmışdır. Səhəri günü o, Pərvizi Əliabad kəndində olan əmisi evinə aparmışdır. 10 aprel 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı evdən çıxmış və Xırmandalı kəndinin giriş hissəsində Pərvizlə görüşmüşdür. Daha sonra Pərvizlə rayona gedib çay içmək qərarına gəlmişlər. Pərviz rayon ərazisində olan kafeləri tanımır, buna görə də o, Pərvizi Mərkəzi bazarın yaxınlığında olan “Balıq evi” adlanan kafeyə aparmışdır. Orada onlar ikisi əyləşərək, spirtli içki olan pivə içməyə başlamışlar. Həmin vaxt kafedə başqa tanımadığı şəxslər də olmuşdur. Bir az sonra o, kafedə əvvəlcədən tanıdığı Mahir adlı şəxsi masaya çay içməyə dəvət etmişdir. Şahid1 Azərbaycan dilində yaxşı bilmir, buna görə də rus dili ilə qarışıq danışır. Mahirlə söhbət edən zaman Pərvizlə arasında anlaşılmazlıq olmuş, lakin o, Pərvizlə Mahir arasında olan söhbəti sakitləşdirmiş və Mahir masadan qalxan zaman sakit şəkildə qalxaraq, əvvəlcədən oturduğu masaya qayıtmışdır. Həmin vaxt Mahirin əyləşdiyi masadan orta yaş bir nəfər şəxs kabinetin pərdəsini çəkərək Pərvizə işarə verib öz masasına dəvət etmişdir. Pərviz də ayağa qalxaraq, həmin şəxsə yaxınlaşaraq söhbət etməyə başlamışdır. O da masadan qalxaraq, həmin masaya yaxınlaşmış və Pərvizi özü ilə aparmaq istəmişdir. Lakin orada olan sonradan adının Əli olduğunu bildiyi şəxs ona stul vermiş, o da əyləşmişdir. Söhbət zamanı onlar arasında heç bir səbəb olmadan sözlə mübahisə başlamışdır. Masada olan və daha sonradan adını bildiyi Elçin adlı şəxs Pərvizə “gəl gedək, çöldə söhbət edək” sözlərini demişdir. Pərviz də ayağa qalxaraq, Elçinlə birlikdə çölə çıxmışdır. O da Pərvizlə Elçinin arxasınca getmiş və pilləkəndan qaytarmışlar. Bundan sonra o, Pərvizə evə getməyi təklif etmişdir. Onlar çıxıb getmək istəyən zaman Elçin adlı şəxslə orada olan Əli adlı şəxs qapını bağlamışlar və çölə çıxmağa imkan verməmişlər. Buna görə mubahisə daha da böyümüşdür. Buna görə də əvvəlcə Əlini, daha sonra Elçini yumruqla vurmuşdur. Bundan sonra onunla Əli və Elçin dava-dalaş etmişdir. Dava-dalaş zamanı arxasında olan Əli adlı şəxs baş nahiyəsindən yumruqla zərbə vururmuş, Elçin isə əlində olan küt alətlə baş və alın nahisəindən zərbə vurmağa başlamışdır. Sadəcə olaraq dava-dalaş zamanı onun başından açarla vurulduğuna görə qan gəlməyə başlamışdır. O, hadisə zamanı kafenin içərisində Elçini yerə yıxmış və bir neçə dəfə yumruqla vurmuşdur. Buna görə də Əli onun üzərinə hücum etmiş, o da Elçini buraxmışdır. Bundan sonra Elçin onu yumruqla vurmağa başlamışdır. O, da buna görə kafenin içərisində olan stulla Elçinin başına və bədəninə iki dəfə zərbə vurmuşdur. Bundan sonra Əli onu itələyərək divara tərəf aparmış və orada onu yerə yıxaraq tutub saxlamışdır. Bu zaman Elçin də əlində olan stulla onun başından iki dəfə zərbə vurmuşdur. Bundan sonra Əli ilə Elçin çıxıb getmişdir. O da ayağa qalxaraq kafedən çıxmışdır. O, qan itirdiyinə görə yavaş-yavaş hərəkət etmiş və daha sonra Bəydili kənd qəbristanlığına getmişdir. O, hadisə barədə atasına məlumat vermişdir. Daha sonra atası da onu Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışdır. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 ilə aralarında barışıq əldə edildiyini və ondan şikayət və tələbinin olmadığını, ona görə də ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Balıq evi” adlanan kafeni icarə götürüb işlədir, lakin o, kafe sahibi ilə tanış olduğu üçün pul vermir. 10 aprel 2023-cə il tarixdə saat 22:30 radələrində müştəri kimi tanıdığı Təqsirləndirilən şəxs1 kafeyə daxil olmuş və tək oturmuşdur. Bir az sonra əvvəlcədən tanıdığı Mahir adlı şəxs kafeyə daxil olmuş və Elçinin yanında əyləşmişdir. Daha sonra üzlə tanıdığı Əli adlı şəxs də kafeyə daxil olmuş və Elçinlə Mahirin masasında əyləşmişdir. Onlar özləri ilə spirtli içki visqi gətirmişlər və həmin visqini içmişlər. Həmin vaxt saat 22:50 radələrində əvvəlcədən tanımadığı, sonradan adlarının Tərlan və Pərviz olmasını bildiyi iki nəfər şəxs də kafeyə gəlmiş və sağ tərəfdə masada əyləşmişlər. Tərlanla Pərviz pivə sifariş vermişlər. 11 aprel 2023-cü il tarixdə saat 01 radələrində o, kafenin mətbəxində işləyən zaman salonda səs-küy olmasını eşitmiş və çölə çıxmışdır. O, çölə çıxan zaman Əli, Elçin və Tərlan adlı şəxslərin bir-biriləri ilə mübahisə etmələrini görmüş, onların qarşılıqlı dava-dalaş zamanı bir-birilərini vurduqlarını görmüşdür. Aradan müəyyən vaxt keçdiyindən kimin kimi vurması yadında qalmamışdır. Lakin kafedə olan video görüntüdə dava-dalaş tam düşmüşdür və həmin video görüntüləri polis əməkdaşları sənədləşdirilərək ondan götürmüşlər. Bundan sonra dava-dalaş qurtarmış və onlar hamısı kafedən getmişlər. Dava-dalaş başlayan kimi o, hadisə barədə polis əməkdaşlarına məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Baş vermiş dava-dalaş təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə zamanı Elçinin əlində bıçaq görməmişdir. Hadisə zamanı yeməkxanada olan iki ədəd taxta stul sındırılmışdır. Bundan əlavə Tərlan və Pərvizin əyləşdiyi masanın 15 (on beş) manat və Elçinin əyləşdiyi masanın isə 5 (beş) manat hesabı ödənilmədən qalmışdır. Hadisə zamanı ümumilikdə ona 70 manat maddi ziyan dəymişdir və həmin ziyan təqsirləndirilən şəxslər tərəfindən ona ödənilmişdir. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında barışıq əldə edildiyini və onlardan şikayət və tələbinin olmadığını, ona görə də onlara yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər. Onların təqsiri öz ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 aprel 2023cü il tarixdə saat 22 radələrində Xırmandalı ərazisində olan zaman dostu Əli ilə telefonla danışmış və qərara gəmişlər ki, birlikdə pivə içsinlər. Ona görə də Əlinin ona dediyi Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Balıq evi” adlanan kafeyə getmişdir. O, kafeyə daxil olan zaman Əli ilə əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 oturmasını görərək onların yanına getmişdir. Daha sonra onlar spirtli içki olan visqi içmişlər. Bir az sonra əvvəlcədən tanıdığı Tərlan adlı şəxs və yanında tanımadığı bir nəfər şəxs gəlmiş və kənarda bir masada əyləşmişlər. O, masadan ayaqyoluna getmək üçün qalxmış və gedən zaman Tərlanla görüşmüşdür. O, qayıdan zaman Tərlan onu öz masasına dəvət etmiş və onunla çay içməsini təklif etmişdir. O da Tərlanla əyləşib çay içmişdir. Daha sonra Əlinin oturduğu masaya qayıtmışdır. Onlar öz aralarında söhbət edən zaman onlarla əyləşmiş Elçin adlı şəxs Tərlanın yanında əyləşmiş şəxsə salam vermişdir. Bundan sonra həmin şəxs, yəni Pərviz adlı şəxs ayağa qalxaraq onların masasına yaxınlaşaraq əvvəlcə hamı ilə salamlaşmış və daha sonra Elçindən onu tanıyıb-tanımadığını soruşmuşdur. Elçin da onu tanımadığını, sadəcə olaraq kiməsə oxşatmasını bildirmişdir. Bundan sonra həmin şəxs türmədə olmasını və çox şəxsi tanımasını bildirmişdir. Buna görə də Pərviz adlı şəxslə Elçin arasında əvvəlcə sözlə mübahisə yaranmışdır. Pərviz adlı şəxs Elçinə gedək çöldə söhbət etməsini demiş, bundan sonra Pərvizlə Elçin ikisi çölə çıxmışlar, lakin bir az sonra geri qayıtmışlar. Bundan sonra yenidən mübahisə başlamış, mübahisəyə Tərlan da müdaxilə etməyə başlamışdır. Bu zaman Elçin kafenin giriş qapısını tutmuş və Tərlanla Pərvizin çıxmasına mane olmuşdur, ona görə də Tərlan birinci Əlini vurmuş və daha sonra Elçini döyməyə başlamışdır. Bundan onra Əli, Elçin və Tərlan arasında qarşılıqlı davadalaş başlamışdır O, da həmin vaxt qapı tərəfdə dayanmışdı. Həmin vaxt Pərviz də dayanmışdı və heç bir müdaxilə etmirdi. Hadisə zamanı Əli stolla Pərvizi vurmuş, daha sonra divarın kənarında Əli Tərlanı yerə yıxmış və bundan istifadə edən Elçin stulu Tərlanın başına vurmuşdu. Daha sonra onlar hamısı kafedən çölə çıxmış, o da kafedən çıxaraq yaşadığı evə getmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 10 aprel 2023-cü il tarixdə, saat 22:24-də Əhmədov X2 şəhəri, M.İbrahimov küçəsində yerləşən, “Balıq evi” adlanan kafeyə daxil olur və ətrafı ağ rəngli pərdələrlə əhatə olunmuş kabinetdə əyləşir. Daha sonra həmin tarixdə saat 22:27-də Təqsirləndirilən şəxs2 kafeyə daxil olur və Təqsirləndirilən şəxs1 yanında əyləşir. Həmin tarixdə saat 22:41-də Şahid2 da kafeyə daxil olur və Elçinlə Əlinin əyləşdiyi masada əyləşir. Bundan sonra saat 22:51-də Zərərçəkmiş şəxs1 və Şahid1 kafeyə daxil olmuşlar və kafenin içərisində açıq yerdə masada əyləşmişlər. xx.xx.2023-cü il tarixdə, saat 00:46-da Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 əyləşdiyi masaya gedir və orada Əli ona bir ədəd oturacaq verərək oturmasını bildirir. Daha sonra saat 00:48-də Elçinlə Pərviz birlikdə kafedən çölə çıxırlar və buna görə də Əli ilə Tərlan da onların arxasınca gedirlər. Daha sonra onlar hamısı kafeyə qayıdır və Elçin onlara oturub söhbət etməyi və razılığa gəlməyi təklif edir. Daha sonra Elçin, Pərviz və Əli arasında heç bir səbəb olmadan sözlə mübahisə başlayır. Bundan sonra Pərviz masada ayağa qalxaraq Təqsirləndirilən şəxs2 və Elçini çölə davaya çağırır. Buna görə də Əli ayağa qalxaraq onunla getmək istəyən zaman, orada olan Tərlan ona mane olmaq istəyir, bu zaman Elçin də Pərvizin üzərinə hücum edərək onu vurmaq istəyir, lakin Tərlan Pərvizə qarşı hər hansı bir hərəkət etməmələrini xahiş edir. Həmin tarixdə saat 01:11-də Tərlanla Pərviz kafedən çölə çıxmaq istəyən zaman Təqsirləndirilən şəxs2 ucadan nəlayiq küçə söyüşləri söyərək heç kim kafedən çıxmayacaq sözlərini deyir. Daha sonra Elçin gedib qapını bağlayır və daha sonra Əli ilə birlikdə Pərvizlə Tərlanın oturmasını tələb edir və Tərlanı əl-qol hərəkətləri ilə itələyərək qapıdan uzaqlaşdırırlar. Bu zaman Tərlan birinci Təqsirləndirilən şəxs2, daha sonra isə Təqsirləndirilən şəxs1 yumruqla vurmağa başlayır. Dava-dalaş zamanı Əli Tərlanı yumruqla vurur, Elçin isə əlində olan görünməyən kəsici alətlə vurur, Tərlan isə onların hər ikisinin başına və sifətinə yumruqla vurur. Dava zamanı Tərlan Elçini yerə yıxaraq onun başına yumruq zərbələri vurur, bu zaman Əli Tərlanın üzərinə hücum edərək Elçini onun əlindən alır. Bundan sonra Tərlan yenə Elçini yumruq zərbələri ilə vurur və Elçin də qışqıraraq Əlidən kömək istəyir. Əli Elçinə kömək üçün gedən zaman Pərviz onun qarşısına çıxır və bu zaman Əli stulu götürüb Pərvizin başına vurmaq istəyir, lakin Pərviz əli ilə özünü müdafiə edərək stulu yerə salır. Sonra əvvəlcə Elçin stulla bir dəfə Tərlanın başına zərbə vurur, lakin özü yerə yıxılır, bu zaman Tərlan başqa bir stul götürərək Elçinin başına iki dəfə zərbə vurur. Sonra isə Əli bir ədəd stul götürür və Tərlanı vurmaq istəyən zaman Tərlan ona əlindəki stulla qarşılıq verir və stullar bir-birinə dəyir və sınır. Həmin vaxt Əli ilə Tərlan əlbəyaxa olurlar və Əli Tərlanı divarın yanına apararaq yerə yıxır və Elçin də əlində olan bir ədəd stulla Tərlanın başına bir dəfə zərbə vurur. Bundan sonra Elçinlə Əli sonuncunun sözü ilə kafedən birlikdə çıxırlar. Buna görə də dava-dalaş qurtarır. Hadisə zamanı Tərlanın başından qan axması görünür. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon MTE-dən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 178 nömrəli rəyə əlavədə göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 başın, alın və ənsə nahiyəsinin əzilmiş-kəsilmiş yaraları, sol ayağın İ barmağının əzilmiş yarası, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Təpə nahiyəsinin sıyrığı, döş qəfəsinin və qarının küt travması xəsarətləri isə dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Biləsuvar RMX-nın TTY şöbəsinin xx.xx.2023-cü il tarixli 320 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Təqsirləndirilən şəxs1 hadisə baş verən anda yüngül dərəcəli sərxoş vəziyyətdə olması göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə xx.xx.20217-ci il tarixdə Biləsuvar rayon məhkəməsinin hökmü ilə barəsində 08 ay, 24 gün islah işləri cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixli Biləsuvar rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il islah işləri cəzası təyin edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 02 il, 02 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixli Salyan rayon məhkəməsinin qərarı ilə 05 ay, 23 gün vaxtından əvvəl şərti azad edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək dava-dalaş zamanı heç kəsi vurmadığını göstərsə də, zərərçəkmiş şəxslərin, şahid ifadələri və iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Videogörüntü», eləcə də iş üzrə ekspert rəyləri və digər sənədlərlə Təqsirləndirilən şəxs1 cinayət əməli tam sübuta yetir və məhkəmə onun ifadəsini özünü müdafiə xarakterli hesab edir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. İş üzrə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və himayəsində bir nəfər azyaşlı uşağının (2017-ci il təvəllüdlü X3) olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs1 Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 02 il, 02 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixli Salyan rayon məhkəməsinin qərarı ilə 05 ay, 23 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini məhkəmə cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onlar tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxslərin şəxsiyyətinə düzgün qiymət verərək, cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarındakı tövsiyələrini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 18-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də, CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran haldır. CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasının keçirilməsi zamanı məhkəmədən qaçıb gizləndiyinə görə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarına əsasən barəsində həbsli axtarış elan edilməklə cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan Biləsuvar rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə tutularaq Biləsuvar RPŞ-nin MSY-nə təhvil veilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş hədd daxilində residivə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. CM-in 56.1-ci və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Habelə, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilən cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» “qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs2 məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs2 təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7 Əsli ilə düzdür. X7
Məhkəmə qərarları › İş №1(022)-4/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-4/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver