Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-40/2023 28.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1992-ci il tarixdə Biləsuvar rayonu Zəhmətabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -0,864 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə saat 23:35 radələrində Biləsuvar rayonu Zəhmətabad kəndində, “Şəhid bulağının” yaxınlığında piyada hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən həmin psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə olmaqla əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. O, özü əvvəllər narkotik maddə istifadəçisi olsa da, lakin hal-hazırda narkotik vasitələrin istehlakçısı deyildir. O, 10 yanvar 2023-cü il tarixdə axşam vaxtı yaşadığı Biləsuvar rayonu Zəhmətabad kənd ərazisində yerləşən “Əzizbəyov” kanalının kənarından bir ədəd şəffaf rəngli sellofana bükülü tapmış, həmin bükülünü açıb içinə baxdığı zaman içərisində psixotrop maddə metamfetamin olmasını görmüşdür. Bundan sonra o, həmin bükümü daha sonra istifadə etmək məqsədi ilə cibində gizlətmişdir. Həmin gün saat 23:35 radələrində Biləsuvar rayonu Zəhmətabad kəndində, “Şəhid bulağının” yaxınlığında piyada hərəkətdə olan zaman polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun üstündə narkotik vasitə və ya qanunla qadağan edilmiş digər hər hansı əşya və ya predmet gəzdirməsi ilə bağlı məlumatın polis əməkdaşlarına daxil olduğunu izah edərək onu Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanıldığı üçün onun istəyi ilə hüquqlarının müdafiə etmək məqsədi ilə Müdafiəçi şöbəyə dəvət olunmuşdur. Bundan sonra üzərinə video kamera ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Bundan sonra onun üzərinə video kamera ilə şəxsi axtarış keçirilməyə başlanılmış və ona təklif olunmuşdur ki, üzərində hər hansı bir narkotik maddə və ya qanunla qadağan olunmuş əşya vardırsa, könüllü təqdim etsin. O, da üzərində olan bükümün polis əməkdaşları tərəfindən aşkar ediləcəyini bildiyinə görə əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükülünü çıxarıb stolun üstünə qoymuş və bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki psixotrop maddə metamfetamindir və ona məxsusdur. O, həmçinin bildirmişdir ki, həmin psixotrop maddə metamfetamini yaşadığığı Biləsuvar rayonu Zəhmətabad kənd ərazisində “Əzizbəyov” kanalının kənarından tapmışdır. Onun həmin bükümü heç kimə satmaq və ya vermək niyyəti olmamış, hərdənbir psixotrop maddə istifadə etdiyinə görə öz üzərində gəzdirmişdir. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə baxış keçirilmiş və bükümün içərisində, həqiqətən də, psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur, psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisinin qablaşdırma ilə birlikdə 1,05 qram olması müəyyən edilmişdir. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, o, müdafiəçisi Müdafiəçi ilə birlikdə həmin protokolla tanış olub onu imzalamışdır. O, həmçinin bildirdi ki, Nə saxlanılan zaman, nə də ki, üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyilə həyata keçirmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. Biləsuvar rayonu Zəhmətabad kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlini ifşa edilməsi üçün 10 yanvar 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 da daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, 10 yanvar 2023-cü il tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs Biləsuvar rayonu Zəhmətabad kəndində yolda piyada hərəkət edən zaman onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan, təxminən, 05 dəqiqə sonra həmin şəxs Zəhmətabad kəndində “Şəhid bulağı”nın yaxınlığında yolun kənarında onlar tərəfindən saxlanılmış, sonuncuya yaxınlaşıb özlərini təqdim edərək gəlişlərinin səbəbini izah etmiş və Təqsirləndirilən şəxs şöbəyə gətirmişlər. Həmin şəxsdə narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan o, bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Həmin raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Alışov Xanlar Talışxan oğluna həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuş, sonuncu vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə olunmasını istəyini bildirmişdir. Sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuş, həmin videoçəkilişi rayon polis şöbəsinin Kriminalistik Tədqiqatlar Qrupunun baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamış və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa, onlara təqdim etməsi təklif edilmişdir. Bundan sonra sonuncu əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb stolun üstünə qoyaraq bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki psixotrop maddə metamfetamindir və özünə məxsusdur. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükümün içərisində həqiqətən də psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə 1,05 qram olması məlum olmuşdur. Bundan sonra həmin içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan həmin büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhür ilə möhürlənmişdir. Habelə sonuncunun üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da tanış olub imzalamışdır. O, həmçinin, bildirdi ki, həmin bükümü elektron tərəzidə qablaşdırması ilə birlikdə çəkdikləri üçün o qədər çəkidə olmuşdur və həmin psixotrop maddə metamfetaminə bənzər maddənin ekspert rəyində göstərilən çəkisi ilə razıdır. İş üzrə şahid kimi dindirilmiş Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə saat 23:35 radələrində Biləsuvar rayonu Zəhmətabad kəndində, “Şəhid bulağının” yaxınlığında piyada hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirildiyini və üzərində şəxsi axtarış keçirilərkən həmin psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə olmaqla əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdi. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 10 yanvar 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, həmin bükümdə özünün istifadəsi üçün psixotrop maddə metamfetamin olmasını və bükülünü 10 yanvar 2023-cü il tarixdə Biləsuvar rayonu Zəhmətabad kənd ərazisində yerləşən “Əzizbəyov” kanalının kənarında yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün 1,05 qram olması müəyyənləşdirilmişdir. Həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərini Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və digər iştirakçılar imzalamışlar. Bundan sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin Lənkəran Regional Bölməsinin 11 yanvar 2023-cü il tarixli, 19/31 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «....Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükülü....» sözlər və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,864 qram olan ağ rəngli kristalşəkilli formada olan maddə metamfetamindir. Həmin psixotrop vasitə metamfetaminin təmiz çəkisi 0,864 qram olmuş, cəmi tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,814 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 17 yanvar 2023-cü il tarixli, 47 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları olubdur. Lakin, asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunmur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin 14 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» İİ siyahısının 67-ci bəndinə görə metamfetaminin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qramdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum eetmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 yanvar 2023-cü il tarixdə saat 23:35-dən şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdə saat 16:20-də Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 17 yanvar 2023-cü il tarixli 47 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 0,814 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdən dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,814 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-40/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-40/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver