Məhkəmə qərarları › İş №1(022)-40/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-40/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-40/2024 21.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi1 və qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi2 və qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi X2 və qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakları ilə, Yetkinlik yaşma çatmayan xx xxxxxx 2005-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Biləsuvar şəhəri, Ç.İldırım küçəsi, ev 11-də qeydiyyatda olan və yaşayan, barəsində 27 dekabr 2023-cü il tarixli qərarla «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Yetkinlik yaşına çatmayan, xx.xx.2006-cı ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Biləsuvar şəhəri, Ç.İldırım küçəsində qeydiyyatda olmaqla yaşayan, barəsində 26 dekabr 2023-cü il tarixli qərarla «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Yetkinlik yaşma çatmayan, xx.xx.2006-cı ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, məhkumluğu olmayan, Biləsuvar şəhəri, M.Müşviq küçəsi, ev 16-da qeydiyyatda olmaqla yaşayan, barəsində 22 dekabr 2023-cü il tarixli qərarla «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları yetkinlik yaşma çatmayanlar, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halmda cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus Biləsuvar şəhəri, T.Quliyev küçəsində yerləşən 37 nömrəli evə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus bir ədəd, 200 (iki yüz) manat dəyərində ağ rəngli, üzərində “1200 Btu/h” yazıları olan, “Elit Easym-12Hr” markalı kondisioneri gizli olaraq ələ keçirib zərər çəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları yetkinlik yaşma çatmayanlar, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halmda cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 qızna məxsus Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən 109 nömrəli evə qapını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus bir ədəd, 180 (bir yüz səksən) manat dəyərində 5 litr su tutumlu, mis-latun materialından olan odun samovarını, bir ədəd 200 (iki yüz) manat dəyərində, 7 litr su tutumlu, mis-latun materialından olan odun samovarını, bir ədəd, 20 (iyirmi) manat dəyərində “JONCHN AVR-500W” markalı, Malaziya istehsalı olan stablizatoru (elektrik tənzimləyici), bir ədəd 20 (iyirmi) manat dəyərində “Evromax 777HD” markalı peyk qəbuledici aparatını və bir ədəd 150 (bir yüz əlli) manat dəyərində, üzərində “KAZAN” yazıları olan qarmon musiqi alətini gizli olaraq ələ keçirib zərər çəkmiş şəxsə ümumilikdə 570 (beş yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları yetkinlik yaşma çatmayanlar, xx.xx.2006-cı il təvəllüdlü, Təqsirləndirilən şəxs3 və xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs3 məxsus Biləsuvar şəhəri, Nəbi Xəzri küçəsində yerləşən evə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq, oradan sonuncuya məxsus bir ədəd 180 (bir yüz səksən) manat dəyərində, 05 litr su tutumlu, mis-latun materialından olan odun samovarını, evə quraşdırılmış, ümumi diamteri 4mm-lik, bir damarlı, göy rəngli, alminium tərkibli, markalanma yazıları olmayan, üzəri izolyasiyalı, bir metri 0,64 (altmış dörd qəpik) manat olmaqla 64 (altmış dörd) manat dəyərində, 100 (bir yüz) metr uzunluğunda elektrik naqilini, ümumi diamteri 4 mm-lik, bir damarlı, qırmızı rəngli, alminium tərkibli, markalanma yazıları olmayan, üzəri izolyasiyalı, bir metri 0,64 (altmış dörd qəpik) manat olmaqla 64 (altmış dörd) manat dəyərində, 100 (bir yüz) metr uzunluğunda elektrik naqilini, ümumi diamteri 2,5 mm- lik, bir damarlı, sarı rəngli, alminium tərkibli, markalanma yazıları olmayan, üzəri izolyasiyalı, bir metri 0,47 (qırx yeddi qəpik) manat olmaqla 94 (doxsan dörd) manat dəyərində, 200 (iki yüz) metr uzunluğunda elektrik naqilini gizli olaraq ələ keçirib zərər çəkmiş şəxsə ümumilikdə 402 (dörd yüz iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə elan olunmuş ittihamla bağlı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tanıyır, onun dostlarıdır. 2023-cü ilin sentyabr ayının 20-də Hüseyn və Məhəmmədlə birlikdə olan vaxtı Məhəmməd ona Gülhüseynə məxsus evi göstərib orada heç kimin yaşamadığını, evdə kondisioner olduğunu, həmin kondisioneri oğurlayaraq satmağı və əldə olunacaq pulu öz aralarında bölməyi təklif etmişdir. Məhəmmədin təklifi ilə həm o, həm də Hüseyn razılaşmış, amma harada və kimə satacaqları barədə heç bir söhbət etməmişlər. Həmin vaxt saat 22 radələrində Gülhüseynə məxsus evin yanında küçədə dayanıb, ətrafda heç kimin olmadığından əmin olduqdan sonra hər üçü hasardan aşaraq həyətə daxil olmuşlar. Evin qapısına yaxınlaşmış, qapı bağlı olduğuna görə qapının sağındakı pəncərəni Hüseyn əli ilə itələmiş, pəncərə açılmışdır. Onlar üçü də pəncərədən içəri daxil olub kondinsioner olan otağa keçmişlər. O, alışqanla işıq salmış, Məhəmməd və Hüseyn isə kondinsioneri naqil qarşıq yerindən çıxarmışlar. Bundan sonra daxil olduqları yerdən həyətə, oradan da küçəyə çıxmışlar. Kondisioneri qoymağa yer tapmadıqları üçün Məhəmməd ona və Hüseynə həmin kondisioneri qonşusu Günayın evinə aparıb qoymalarını təklif etmişdir. Razılaşdıqları kimi kondinsioneri Günayın evinə gətirib ona təklif etmişlər ki, kondisioner onun evində qalsın. Günay isə buna icazə verməmişdir. Günay işə getdikdən sonra oğurladıqları kondinsioneri naqili qarışıq Günaydan xəbərsiz onun yaşadığı evin həyətindəki tövləyə qoymuşlar. Həmin gündən 4-5 gün sonra, yəni 24 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Hüseyn və Məhəmmədlə birlikdə Biləsuvar şəhəri, Mirəhməd küçəsi, ev 109-da yaşayan X3 evinin qarşısından keçib gedən vaxtı həmin evin qarşısında dayanmışlar. Hüseyn ona və Məhəmmədə evdə heç kimin yaşamadığını və buna görə də evdən oğurluq etməyi təklif etmişdir. Hüseynin təklifi ilə həm o, həm də Məhəmməd razılaşmışlar. Həmin vaxt ətrafda heç kimin olmadığından əmin olduqdan sonra hasardan aşaraq həyətə daxil olub evə yaxınlaşmışlar. Evin qapısı açıq olduğundan içəri girib evi axtarmağa başlamışlar. Məhəmməd evdən bir ədəd elektrik tənzimləyici aparatı, o və Hüseyn isə iki ədəd samovarı kisəyə qoyub götürdükdən sonra küçəyə çıxmışlar. Oğurladıqları əşyaları Məhəmmədə vemişlər. Məhəmməd onları götürüb getmişdir. O isə Hüseynlə geri qayıdıb yenidən evə daxil olmuşlar və oradan bir ədəd qarmon və antenn aparatını götürüb geri qayıtmışlar. Oğurladıqları əşyaları gətirib onun yaşadığı evin həyətində hində ailə üzvlərindən xəbərsiz gizlətmişdir. Sabahı günü Məhəmməd və Hüseynlə birlikdə avtomobil ustası İqbala yaxınlaşıb samovar satdıqlarını ona bildirmişdir.İqbal ona“gətir baxım, xoşum gəlsə alacam” sözünü dedikdən sonra Məhəmməd İqbalın yanında qalmış, Hüseynlə birlikdə samovarları gətirmişlər. Yolda gələrkən qonşusu Yusiflə rastalmışlar, ona demişlər ki, samovar satırlar. Yusif samovarın qiymətini soruşduqda Hüseyn ona demişdir ki, 50 manata alıblar, 70 manata satırlar. Yusif “60 manat verim, verin mənə” dediyinə görə onunla razılaşıb samovarın ən böyüyünü ona 60 manata satıb pulunu almışlar. Qalan digər samovarı isə İqbalın yanına gətirmişlər. İqbal samovara baxıb qiymətinin 60 manat olduğunu biləndən sonra 40 manata alması müqabilində razılıq əldə etmişlər. İqbal samovarı almazdan əvvəl aldığı həmin samovarın oğurluq olub-olmamasını soruşduqda İqbala öz evlərinin samovarı olduğunu ona demişdir. İqbaldan 40 manat pulu alıb samovarı ona satdıqdan sonra oradan uzaqlaşrkən Məhəmməd ondan və Hüseyndən digər samovar barədə maraqlanmışdır. O, da Hüseynin yanında Məhəmmədə yolda gələrkən Hüseynlə birlikdə samovarın birini qonşusu Yusifə 60 manata satdıqlarını demişdir. Məhəmmədə 35 manat pul vermişdir. Sonra o, Hüseynlə birlikdə qarmonu satmaq üçün küçələrində mağaza işlədən Rəmişə yaxınlaşıb ona demişdir ki, dostu Hüseynin satmaq istədiyi qarmonu, qarmon alan olsa onlara xəbər etsin. Bir neçə gündən sonra Rəmiş ona qarmonu 80 manata almaq istəyən birinin olduğunu bildirmişdir. Bundan sonra qarmonu Hüseynlə birlikdə Rəmişə verib ondan 80 manat pul almışlar. Həmin 80 manat pulu da Hüseynlə öz aralarında yarıbayarı bölmüşlər. Həmin gündən təxminən bir həftə sonra Hüseyn və Məhəmməd birlikdə olan zaman Məhəmməd demişdir ki, Biləsuvar şəhəri, Nəbi Xəzri küçəsində Zərərçəkmiş şəxs3 məxsus evin olduğunu, orada heç kimin yaşamadığını və gedib həmin evdən oğurluq etməyi onlara təklif etmişdir. Hüseyn kimi o, da Məhəmmədin oğurluq təklifinə razılıq vermişdir. Hava qaralandan sonra saat 21 radələrində həmin evin qarşısına getmişlər. Orada heç kimin olmadığından əmin olduqdan sonra evə yaxınlaşmışlar, Hüseynlə o kənarda qalıb gözləmiş, Məhəmməd evə daxil olub divardan sallanan elektrik naqillərini və bir ədəd samovar götürüb çıxmışdır. Onları götürüb şor kollektorunun yanında gizlətmişlər və Məhəmmədin yaşadığı evin qarşısında küçədə oturmuşlar. Bu zaman Məhəmmədin əmisi Samir küçəyə çıxmış, onlar Samirə 40 manata satılıq samovar olduğunu bildirmişlər. Samir əvvəlcə samovara baxmaq istədiyini dediyinə görə o, tək gedib həmin samovarı gətirib Samirə göstərmişdir. Samir samovara baxdıqdan sonra 20 manata alacağını, 10 manatını indi, qalan 10 manatı isə sonra verəcəyini demişdir. Samirin təklifi ilə hər üçü razılaşmış və samovarı ona 10 manatı nəğd, 10 manatı nisyə olmaqla ümumilikdə 20 manata satmışlar. Samovarı satarkən Samirə həmin samovarın mərhum nənəsindən qalma olduğunu, oğurluq olmadığını bildirmişdir. Həmin 20 manatı öz aralarında bölmüşlər. Sabahı gün üçü birlikdə Zərərçəkmiş şəxs3 məxsus evdən oğurlaqdıları naqilləri gizlətdikləri şor kollektorun yanında yandırmışlar və gətirib onun yaşadığı evin həyətində hində gizlətmişlər. Rayonda metal qəbulu və satışı ilə məşöul olan Zakirə aparıb əldə etdikləri metalı 15 manata satıb, həmin pulu da öz aralarında bölmüşlər.O, həmçinin ifadəsində göstərmişdir ki, Məhəmməd və Hüseynlə birlikdə Zərərçəkmiş şəxs1, X3 və Zərərçəkmiş şəxs3 evindən yuxarıda qeyd etdiyi əşyalardan başqa əlavə heç nə oğurlamamışlar və başqa heç yerdən oğurluq etməmişlər. Hər üç evdən oğurluğu Məhəmməd və Hüseynlə birlikdə etmiş, başqa kimsə olmamışdır. Həmin oğurluğu da qabacadan razılaşdılqarı kimi elə planlaşdırıb icra etmişlər ki, həmin vaxtı onları kənardan kimsə görməmişdir. Sonda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq əldə edildiyini və ondan şikayət və tələblərinin olmaması səbəbindən ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə elan olunmuş ittihamla bağlı özünü təqsirli bilərək ifadəsində göstərmişir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tanıyır, onun dostlarıdır. Onun yaşadığı evin qonşuluğunda olan Gülhüseyn adlı şəxsə məxsus yaşayış olmayan evdə kondisioner olduğunu görmüşdür. 2023-cü ilin sentyabr ayının 20-si tarixi olarmış o, Hüseyn və Tural ilə birlikdə olan zaman həmin evi göstərib demişdir ki, “bu evdə heç kim yaşamır və evin bizə tərəf olan otağında kondisioner vardır”. Sonra da həmin kondinsioneri oğurlayıb satmaqla əldə edəcək pulları öz aralarında bölməyi təklif etmişdir.Onlar da razılaşmışlar. Amma harada və kimə satacaqları barədə heç bir söhbət etməmişlər. Həmin vaxt hava qaranlıq imiş, saat 22 radələri olarmış. Onlar evin qarşısında küçədə dayanmış, ətrafda heç kimin olmadığından əmin olduqdan sonra o, hasardan aşaraq həyətə daxil olmuş, sonra Hüseyn və Turalda həyətə daxil olmuşdur. Onlar evin qapısına yaxınlaşmış, qapı bağlı olduğuna görə qapının sağındakı pəncərəni Hüseyn əli ilə itələmiş və pəncərə açılmışdır. Onlar üçü də pəncərədən içəri daxil olmuşlar. Sonra da kondisioner olan otağa keçmişlər, Tural əlindəki alışqan işığı ilə işıq salmış, o, Hüseynlə kondisioneri naqili qarşıq yerindən çıxatrmışlar. Sonrada daxil olduqları yerdən həyətə, oradan da küçəyə çıxmışlar. Kondisioneri qoymağa yer tapmadıqları üçün o, demişdir ki, “qonşumuz Günayın evinə aparıb qoyağın”. Onlar da kondisioneri gətirib Günayın evinin qarşısına qoymuşlar, sonra da Günayı çağırıb ona demişlər ki, “kondinsioner var, gətrib sizə qoyaq, sabah götürərik”. Lakin Günay razılıq verməmişdir. Onlar da Günay işə gedəndən sonra ondan xəbərsiz kondisioneri naqili qarışıq Günayın yaşadığı evin həyətindəki tövləyə qoymuşlar. Həmin gündən 4-5 gün sonra, yəni 24 sentyabr 2023-cü il tarixdə gecə saat 21 radələrində Hüseyn və Tural birlikdə küçədə gəzən vaxtı Biləsuvar şəhəri, Mirəhməd küçəsi, ev 109da yaşayan X3 evinin qarşısından keçəndə evin qarşısında dayanmışlar. Hüseyn demişdir ki, “bu evdə heç kim yaşamır, gedəyin oğurluq edəyin”. Onlar da Hüseynin təklifi ilə razılaşmışlar. Ətrafda heç kimin olmadığından əmin olduqdan sonra hasardan aşıb həyətə, evə yaxınlaşmışlar. Evin qapısı açıq olduğundan içəri daxil olmuşlar və evi axtarmağa başlamışlar. Evdən o, bir ədəd elektrik tənzimləyici aparatı, Tural və Hüseyn isə iki ədəd samovarı kisəyə qoyub götürmüşlər. Sonrada daxil olduqları yerdən çıxıb oradan uzaqlaşmışlar. Oğurladıqları əşyaları gətirib Turalın yaşadığı evin həyətindəki hində ailə üzvlərindən xəbərsiz gizlətmişlər. Sabahı günü Tural və Hüseynlə birlikdə avtomobil ustası İqbala yaxınlaşmışlar, Tural İqbala demişdir ki, “samovar satırıq”. İqbal demişdir ki, “gətir baxım, xoşum gəlsə alacam”. Turalla Hüseyn gedib samovarı gətirmişlər. İqbal samovara baxaraq qiymətini soruşduqda, Tural da ona həmin samovarı 60 manata satdığı barədə məlumat vermişdir. İqbal bundan sonra həmin samovarı 40 manata almağı təklif etdiyinə görə İqballa razılaşıb ona samovarı 40 manata satmışlar. Samovarı satarkən samovarın oğurluq olmadığını və öz evlərindən olduğu barədə Tural İqbala yalandan məlumat vermişdir. Həmin 40 manat pulu da öz aralarında bölmüşlər. O, Tural və Hüseyndən digər samovar barədə maraqlanmışdır. Tural da Hüseynin yanında ona demişdir ki, yolda gələrkən Hüseynlə birlikdə samovarın birini qonşusu Yusifə 60 manata satdıqlarını demişdir. Sonrada Tural ona 30 manat pul vermişdir. Həmin gündən təxminən bir həftə sonra Hüseyn və Turalla birlikdə olan vaxtı onlara Biləsuvar şəhəri, Nəbi Xəzri küçəsində Zərərçəkmiş şəxs3 məxsus ev olduğunu, həmin evdə heç kimin yaşamadığını və gedib həmin evdən oğurluq etməyi təklif etmişdir. Tural və Hüseyn onun təklifi ilə razılaşmışlar. Hava qaralandan sonra saat 21 radələrində həmin evin qarşısına getmişlər. Orada heç kimin olmadığından əmin olduqdan sonra həyətə girib evin qapısına yaxınlaşmışlar. Qapı bağlı imiş, o kənarda qalıb gözləmiş, Tural və Hüseyn pəncərəni açıb evə daxil olub evi axtarmışlar. Ev yeni tikilmiş ev imiş, divardan sallanan elektrik naqillərini köməkləşib yerindən qoparmışlar. Sonra da bir ədəd samovar tapmışlar. Onları götürüb şor kollektorun yanında gizlətmişlər. Daha sonra onun yaşadığı evin qarşısında küçədə oturmuşlar. Bu zaman əmisi Samir küçəyə çıxmış, Tural əmisi Samirə demişdir ki, “satlıq samovar var, 40 manata satıram”. Əmisi Samirə demişdir ki, “20 manat verim, 10 manatını sonra verərəm”. Tural da razılaşmışdır. Əmisi Samir demişdir ki, “oğurluq olsa deyəcəm siz vermisiz”. Tural demişdir ki, “oğurluq deyil, mənlikdir”. Həmin 20 manatı öz aralarında bölmüşlər. Elektrik naqilini isə yenə də gətirib Turalgilin hinində gizlətmişlər. Sabahı gün üçü birlikdə həmin naqilləri şor kollektorun yanında yandırmışlar. Sonra da metal yığan Zakirə 15 manata satıb, pulunu öz aralarında bölmüşlər. İfadəsinə əlavə olaraq bildirmişdir ki, o, Tural və Hüseynlə birlikdə Zərərçəkmiş şəxs1, X3 və Zərərçəkmiş şəxs3 evindən qeyd etdiyi əşyalardan başqa əlavə heç nə oğurlamamış və bunlardan başqa heç bir yerdən oğurluq etməmişdir. Bu oğurluğu o, Tural və Hüseynlə birlikdə etmişlər, başqa heç kim olmamış və bilməmişdir. Onlar oğurluğu edən zaman heç kim görməmişdir. O, Zərərçəkmiş şəxs2 evindən qarmon oğurlamamış, qarmonu Tural və Hüseyn ondan sonra oğurlamışlar. Sonda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq əldə edildiyini və ondan şikayət və tələblərinin olmaması səbəbindən ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə elan olunmuş ittihamla bağlı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, onlarla bir neçə dəfə birlikdə yoldaşlıq etmişdir. Aralarında heç bir şəxsi qərəzçilik və ədavət olmamışdır. Onların onun barəsində verdikləri ifadə ilə tanış olmuşdur, lakin Tural və Məhəmmədin onun barəsində dedikləri doğru deyil, onlarla heç bir oğurluğa getməmişdir. O, ilkin istintaq zamanı qorxduğu üçün çağrışlara gəlməkdən yayınmış, ona görə də ifadə verməyə gəlməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə 2023-cü ilin sentyabr ayının 20-si tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 evinə daxil olub oradan kondisionerin içəri hissəsini oğurlamamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun barəsində dedikləri doğru deyil, onlarla X3 evinə daxil olmamış və heç bir şey oğurlamamışdır. X6 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs3 məxsus evə daxil olmamış və heç bir şey oğurlamamışdır. İstintaq zamanı iş üzrə adları keçən X6, Təqsirləndirilən şəxs1 və ifadələri alınmış digər şahidlər dindirilərkən onun qeyd olunan oğurluq hadisələrində iştirak etdiyini və oğurlanmış əşyaları birlikdə satdığını bildirmələri doğru deyildir. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o Biləsuvar rayonu, Bəydili kəndi, M.Hüseyn küçəsi, ev 86-da ailə üzvləri ilə birlikdə yaşayır. Onun ünvan 1 ünvanında fərdi yaşayış evi vardır. Həmin evi 2010-cu ildə almış, lakin həmin evdə heç kim yaşamır. Evi alanda üstündə “Elite” markah kondisioner olmuşdur, amma evin içində heç bir əşya olmamışdır. Arada bir gedib evə baxıb nəzarət etmiş, evin giriş qapısını və həyətin küçə qapısını bağlayıb açarla kilidləmişdir. 11 oktyabr 2023-cü il tarixdə evə baxmağa gedəndə görmüşdür ki, kondisionerin evin içərisində olan hissəsini oğurlayıblar. Ona görə də bu barədə polisə şikayət etmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, sonuncu dəfə təxminən bir ay bundan əvvəl evə baxmışdır. Həmin vaxt heç bir oğurluq baş verməmişdir. Sonuncu dəfə 11 oktyabr 2023-cü il tarixdə evə baxanda kondisionerin evin içərisində olan hissəsinin oğurlandığını müəyyən etmişdir. O, belə bir hadisə ilə ilk dəfədir ki, qarşılaşır. Onun heç kimlə heç bir şəxsi-qərəzçiliyi və ədavəti yoxdur. Ona görə də bu oğurluğun kim tərəfindən törədilməsində hər hansı bir şübhələndiyi şəxs yoxdur. Onun evindən “Elite” markalı kondisionerin evin içərisində olan hissəsi oğurlanmışdır. Başqa heç nə oğurlanmamışdır. O, evi 2010-cu ildə alanda kondinsioner də evin üstündə olmuş, həmin vaxt kondisioneri 1000 manat qiymətləndirmişlər. Bu oğurluq zamanı kondisionerin evin içərisində olan hissəsi oğurlandığı üçün ona 400 manat dəyərində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 iş üzrə təqsirləndirilən şəxslərin ona dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq əldə edildiyini və onlardan şikayət və tələbinin olmaması səbəbindən onlara yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, S.Vurğun küçəsi, ev 109-da yaşayır. Onun bir qız övladı vardır, evlidir və ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Həyat yoldaşı vəfat etdikdən sonra o, ara-sıra Bakı şəhərinə gedir və bir müddət qızının yanında qalıb sonra evinə qayıdır. 03 avqust 2023-cü il tarixdə evdən çıxıb Bakı şəhərinə qızının yanına getmişdir. Evdən gedərkən otaqların bütün qapılarını kilidləmiş və evin giriş qapısını isə məftillə bağlamışdır. Evdən gedərkən evin əşyaları evdə qalmışdır, yəni xalçalar, samovarlar, yorğan-döşək, televizor və qabqacaqlar evdə qalmışdır. 26 sentyabr 2023-cü il tarixdə Bakı şəhərindən evə gəlmiş, evin giriş qapılarının açıq olduğunu və əşyalarınm dağınıq halda olduğunu görmüş və evə baxarkən oğurluq hadisəsinin baş verdiyini başa düşmüşdür. O, evdə olan əşyalarını yoxlayarkən görmüşdür ki, naməlum şəxs evə daxil olub, iki ədəd samovarı, bir ədəd elektrik nizamlayıcını, bir ədəd krosno anten aparatını və bir ədəd musiqi aləti olan qarmonu oğurlayaraq aparmışdır. Samovarlarm balacası 200 manata, böyüyü isə 250 manata, yəni ikisini 450 manata ondan istəmişlər, lakin satmamışdır, elektrik nizamlayıcını 30 manata, krosno aparatını 25 manata, Kazan markalı qarmonu isə 1986-cı il olarmış təxminən o vaxtki pulla 70 rubla alınmışdır. Lakin mərhum oğlu uşaq olduğu üçün istifadə etməmişdir. Ona görə də DİN-in 102 xidmətinə zəng vurub evindən oğurluq olması barədə məlumat vermişdir.O, həmçinin ifadəsində göstərdi ki, sonuncu dəfə 03 avqust 2023-cü il tarixdə evindən çıxmış, həmin vaxt evində heç bir oğurluq hadisəsi baş verməmişdir. O, 26 sentyabr 2023-cü il tarixdə evə gələndə evin qapısı açıq imiş, evdə oğurluq olmasını müəyyən etmişdir. O, belə bir hadisə ilə ilk dəfədir ki qarşılaşmış, onun heç kimlə heç bir şəxsi-qərəzçiliyi və ədavəti olmamışdır. Ona görə də bu oğurluğun kimin tərəfindən törədilməsində hər hansı bir şübhələndiyi şəxs yoxdur. Onun evindən iki ədəd biri 5 litirlik 200 manat dəyərində, digəri 7 litirlik 250 manat dəyərində samovarlar, bir ədəd 30 manat dəyərində elekrtik tənzimləyici aparat, bir ədəd 25 manat dəyərində anten aparatı və sonradan ona məlum olmuşdur ki, mərhum oğluna aldığı Kazan markalı hazırda onun üçün dəyəri 1500 manat olan qarmon oğurlanmışdır. Başqa heç nə oğurlanmamışdır. Bu oğurluq nəticəsində ona ümumilikdə 2005 (iki min beş) manat dəyərində maddi ziyan dəymişdir. X1 iş üzrə təqsirləndirilən şəxslərin ona dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq əldə edildiyini və onlardan şikayət və tələbinin olmaması səbəbindən onlara yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o valideynlərinə məxsus ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Özünə şəxsi olaraq Biləsuvar şəhəri, Nəbi Xəzri küçəsində fərdi yaşayış evi tikmişdir. Lakin həmin ev yaşamaq üçün tam hazır olmadığından evdə heç kim yaşamır. Ev iki mərtəbədən ibarətdir, hər birinin giriş-çıxışı ayrıdır. İkinci mərtəbə tam təmirlidir. Birinci mərtəbə isə hələ tam hazır deyildir. Evin birinci mərtəbəsində tikinti materialları və bir ədəd samovar olmuşdur, başqa heç bir əşya olmamışdır. O, arada bir gedib evə baxırmış və evin giriş qapısını bağlayıb açarla kilidləmişdir. xx.xx.2023-cü il tarixdə evə baxmağa gedəndə görmüşdür ki, evin birinci mərtəbəsində olan bir ədəd samovar və birinci mərtəbənin elektrik naqillərini yerindən söküb oğurlayıblar. Ona görə də bu barədə polisə şikayət etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, o təxminən 20 gün bundan əvvəl evə baxmışdır. Həmin vaxt heç bir oğurluq baş verməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə evə baxanda evin içərisində olan elektrik naqillərinin və bir ədəd samovarın oğurlandığını müəyyən etmişdir. Onun heç kimlə heç bir şəxsi-qərəzçiliyi və ədavəti olmamışdır. Ona görə də bu oğurluğun kimin tərəfindən törədilməsində hər hansı bir şübhələndiyi şəxs yoxdur. Onun evindən bir ədəd 250 manat dəyərində samovar və 400 manat dəyərində (türkiyə istehsalı olan, 4mm-lik iki top, hər biri topu 100 manat dəyərində və 2mm- lik iki top, hər biri topu 100 manat dəyərində) elektrik naqilləri oğurlanmışdır. Başqa heç nə oğurlanmamışdır. Bu oğurluq nəticəsində ona ümumilikdə 650 (altı yüz əlli) manat dəyərində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs3 iş üzrə təqsirləndirilən şəxslərin ona dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq əldə edildiyini və onlardan şikayət və tələbinin olmaması səbəbindən onlara yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs3 təqsiri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləri həm öz ifadələri və eyni zamanda zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı digər sübutlarla da təsdiq edilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilmir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır. Lakin onlarla heç bir əlaqəsi olmamışdır. 25 sentyabr 2023-cü il tarixdə Tural və Məhəmməd onun oğlu qarmon dərsinə getdiyi üçün satılıq qarmon olduğunu demişdir. Lakin oğlunun qarmonu olduğu üçün almamışdır. O, oğlunun müəllimi Raufa bu barədə zəng vurub demişdir. Rauf da demişdir ki, “baxmadan heç bir söz deyə bilmərəm”. Bundan sonra o, Turala demiş, Tural da qarmonu Fikrətin oğlu Hüseynlə dükana gətirmişdir. O, qarmonun fotoşəkillərini çəkib Raufa atmışdır. Rauf foroşəkillərə baxdıqdan sonra qarmonun görünüşcə yaxşı olduğunu, lakin səslənməsinə görə görmək istədiyini bildirmişdir. Həmin gün Rauf gəlib qarmona baxmamışdır. xx.xx.2023-cü il tarixdə o, Raufa yenidən zəng vurub demişdir ki, “qarmonu gətiriblər məndədir, gəlib baxa bilərsən”. Rauf da onun olduğu mağazaya gəlmiş və qarmona baxmış və qarmon xoşuna gəlmişdir. O, qarmonun kimə aid olduğunu və oğurluq olub-olmadığını soruşmuşdur. O, demişdir ki, “problem yoxdur, tanıdığım uşaqlar satır”. Onu da qeyd etmişdir ki, Məhəmməd qarmonu satanda demişdir ki, “biz musiqiçi ailəsiyik, qarmon da babamındır”. O da Məhəmmədin əmisi Aslanın müğənni olduğunu bildiyi üçün ona inanmışdır. Ona qarmonun qiymətini 130 manata dedikləri üçün o da Raufa elə demişdir. Rauf isə qarmonun təmirə ehtiyacı olduğunu bildirmiş və 80 manat verə biləcəyini demişdir. O da Turalı çağırıb bu barədə demişdir. Tural da demişdir ki, ver getsin. Sonra da 80 manat Raufdan alıb qarmonu ona vermiş, pulu da Turala vermişdir. Bir müddət keçdikdən sonra Rauf ona demişdir ki, “qarmon oğurluqdur”. Sonra da Raufun pulunu qaytarmışlar, o da qarmonu vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanımır, onlarla heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs1 isə tanıyır, onun qonşudur. 25 sentyabr 2023- cü il tarixdə yaşadığı evin qarşısında olan zaman qonşu Tural bir nəfər oğlanla əllərində samovar aparırmışlar. Tural demişdir ki, “samovarı satıram”. O, soruşmuşdur ki, “bu hardandır”. Tural demişdir“ ki, nənəmdən qalıb”. O, qiymətini soruşduqda Tural samovarın qiymətinin 70 manata olduğunu demişdir. O, 60 manata imkanı olduğunu demişdir. Tural da razılaşmış, sonradan 60 manat pulu verib, 7 litirlik samovarı almışdır. Həmin vaxt o, Turaldan samovarın oğurluq olub-olmamasını soruşduqda Tural demişdir ki, “qoca nənəmdən qalıb, narahat olma”. O da ona inanmışdır. Bir müddət sonra polis əməkdaşları maraqlandığı zaman samovarın oğurluq olmasını bilmişdir. Ona görə də təhvil vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün fərdi olaraq gündəlik kimin işi olanda fəhlə kimi işləyir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qonşu olduqları üçün tanıyır. Onlarla heç bir şəxsi-qərəzçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs2 isə onun mərhum qardaşı Həzinin oğludur. xx.xx.2023-cüil tarixdə saat təxminən 22 radələrində küçəyə çıxmışdır. Həmin vaxt qardaşı oğlu Məhəmməd, qonşu uşaqları Tural və Hüseyn evin qarşısında küçədə oturmuşlar. Tural ona demişdir ki, “satlıq samovar var, 40 manata satıram”. O, demişdir ki, “gətirin baxım”. Tural tək gedib samovarı gətirmişdir. O, baxıb demişdir ki, “20 manat verim, 10 manatını sonra verərəm”. Tural da razılaşmışdır. O, samovarın oğurluq olub-olmamasını soruşduqda Tural samovarın nənəsindən qaldığını, ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O da Turalın sözlərinə inanmış və soruşan olarsa onlardan aldığını bildirəcəyini demişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 19/1035 nömrəli rəyinə əsasən: ekspertizaya təqdim edilmiş aşağıda adları qeyd olunan; 1 ədəd “JONCHN AVR-500W” markalı, Malaziya istehsalı olan stablizator (elektrik tənzimləyici) 20,0 (iyirmi) manat, 1 ədəd “Evromax 777 HD” markalı peyk qəbuledici aparatı 20,0 (iyirmi) manat, 2 ədəd 5 litir su tutumlu, mis-latun materialından olan odun samovarı 1 ədədi 180,0 (bir yüz səksən) manat olmaqla, 360,0 (üç yüz altımış) manat,1 ədəd 7 litir su tutumlu, mis-latun materialından olan odun samovarı 200,0 (iki yüz) manat, 1 ədəd üzərində “KAZAN” yazıları olan qarmon musiqi aləti 150,0 (bir yüz əlli) manat, 6. Göy rəngli markalanma yazıları olmayan, üzəri izolyasiyalı, 1 damarlı ümumi diametri təxminən 4 mm olan alüminium tərkibli, istifadə olunmamış naqil, 1 metri 0,64 manat olmaqla 100 metri 64,0 (altımış dörd) manat, qırmizi rəngli markalanma yazıları olmayan, üzəri izolyasiyalı, 1 damarlı ümumi diametri təxminən 4 mm olan alüminium tərkibli, istifadə olunmamış naqil, 1 metri 0,64 manat olmaqla 100 metri 64,0 (altımış dörd) manat, sarı rəngli markalanma yazıları olmayan, üzəri izolyasiyalı, 1 damarlı ümumi diametri təxminən 2,5 mm olan alüminium tərkibli, istifadə olunmamış naqil, 1 metri 0,47 manat olmaqla 200 metri 94,0 (doxsan dörd) manat, 1 ədəd ağ rəngli üzərində “12000 Btu/h” yazıları olan “Elit Easym-12Hr” markalı kondisioner 200,0 (iki yüz) manat təşkil etdiyi, ekspertiza tədqiqatına təqdim edilmiş malların yuxarıdakı xüsusatları nəzərə alınmaqla 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyərinin 1172,00 manat müəyyən edildiyi gösətrilmişdir. . Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə özünü təqsirli bilməyərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qeyd olunan oğurluqda iştirak etmədiyinə dair gətirdiyi dəlillər, təqsirləndirilən şəxslərin ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmə əmtəəşünaslıq ekspertizanın rəyi və cinayət işinin digər rəsmi sənədləri, həmçinin işin faktiki halları ilə tam təkzib edilmiş, onun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də məhkəmə onun ifadəsini özünü müdafiə xarakterli hesab edir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin hərəkətlərində CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin tərkibi vardır. Odur ki, onlar qeyd edilən maddələr üzrə təqsirli bilinib cəzalanmalıdırlar. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində heç bir məlumat yoxdur. İş materiallarında olan Biləsuvar RMX-nin xx.xx.2023-cü il tarixli 18-l-30/2- 437/2023№-li məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdurlar. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 cinayəti yetkinlik yaşına çatmayan şəxs kimi törətməsini cəzasını yüngülləşdirən hal hesab edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 və X4 cinayəti yetkinlik aşına çatmayan şəxs kimi törətmələrini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməklə onlarla barışıq əldə etmələrini, əməllərindən səmimi peşman olmalarını cəzanı yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkətlərində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onlar tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxslərin şəxsiyyətinə düzgün qiymət verərək, cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarındakı tövsiyələrini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 50 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «yetkinlik yaşma çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada dövlət nəfinə tutulsun. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar