Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-41/2023 14.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1973-cü ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Biləsuvar Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 1(022)- 99/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, 09 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində, Biləsuvar rayonu Ovçubərə kəndində, arvadı Zərərçəkmiş şəxs ilə, sonuncunun bacısı Şahid məxsus evdə, qısqanclıq zəminində mübahisə etməklə sonuncunu yumruqla vuraraq ona alının sol tərəfinin, sol qaş nahiyəsinin və sol gözətrafı nahiyənin şişkinliyi və qançırı və sol göz almasına qansızma ilə nəticələnmiş xəsarətlər yetirərək, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır və onlar təxminən 27 ildir ki, rəsmi nikah münasibətindədirlər. Bu evlilikdən onların 3 yetkinlik yaşına çatmış övladları vardır. Əvvəllər də bir neçə dəfə onarın aralarında qısqanclıq zəminində mübahisələr olmuşdur. Bu səbəbdən Zərərçəkmiş şəxs yaşadıqları evdən çıxmış və Biləsuvar rayonu Ovçubərə kəndində yaşayan bacısı Şahid evinə köçmüşdür. 17 yanvar 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs evə qaytarmaq üçün Şahid evinə getmişdir. Təqsirləndirilən şəxs sonuncudan evə qayıtması üçün xahiş etmişdir, lakin Zərərçəkmiş şəxs onun ünvanına nalayiq sözlər işlətməyə başlamış və onu söymüşdür. Bu səbəbdən də o, əsəbləşərək yumruqla zərərçəkmişin sol göz nahiyəsinə 1 dəfə vurmuş və hadisə yerindən çıxıb getmişdir. Baş vermiş hadisə, təxminən, 10 dəqiqə davam etmiş və evin içərisində olduğu üçün kənar şəxslər olmamışdır. Hazırda o, etdiyi əməldən səmimi peşmanlıq hissi keçirir, buna görə də Zərərçəkmiş şəxs üzr istəyib və ona dəymiş ziyanı aradan qaldırmış və onunla barışığa nail olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, E.S.Kazmov onun əridir və 27 ildir ki, onlar rəsmi nikah münasibətindədirlər. O, uzun illərdir ki, Biləsuvar rayonunda müğənnilik fəaliyyəti ilə məşğul olur. Bu səbəbdən əri Təqsirləndirilən şəxs əsassız yerə qısqanclıq zəminində onunla dəfələrlə münaqişələr yaratmışdır. Sonuncu dəfə, 17 yanvar 2023-cü il tarixdə o, Biləsuvar rayonu Ovçubərə kəndində yerləşən bacısının evində olan zaman Təqsirləndirilən şəxs həmin evə gəlmiş və orada onunla yenidən mübahisə etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun ünvanına qeyri-etik sözlər işlədərək onun üzərinə hücum etmiş və sol göz nahiyəsinə bir dəfə yumruqla vuraraq onu döymüşdür. Təqsirləndirilən şəxs onu döydüyünü görən bacısı Şahid həmin şəxsi evdən qovmuş və baş vermiş hadisə barədə Bakı şəhərində yaşayan qızı Şəbnəmə məlumat vermişdir. Qızı Ş.Təqsirləndirilən şəxs isə öz növbəsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək məlumat vermişdir. Hadisə bir neçə dəqiqə davam etmiş və ətrafdan heç kimin hadisə barədə xəbəri olmamışdır. Lakin Təqsirləndirilən şəxs sonradan ondan üzr istəyərək, dəymiş ziyanı aradan qaldırmış və onunla barışığa nail olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatət verərək, böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, zərərçəkmişə vurulmuş zərəri aradan qaldırdığına və zərərçəkmişlə barışıq əldə etdiyinə görə onu cinayət məsuliyyətindən azad etməyi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəmədə vəsatət verərək, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, ona vurulmuş zərəri aradan qaldırdığını və onunla barışmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Dövlət ittihamçısı barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirdi. İş materiallarında olan canlı şəxsin ekspertizasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsinin Biləsuvar rayon şöbəsinin 18 yanvar 2023-cü il tarixli, 29 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş alının sol tərəfinin və sol qaş nahiyəsinin, sol gözətrafı nahiyənin şişkinliyi, qançırı və sol göz almasına qansızma bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilər, əmələ gəlmə müddəti 17 yanvar 2023cü il tarixə uyğun gəlir, əllə və təpiklə təkrarlanan zərbələr nəticəsində törənə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Biləsuvar Rayon Məhkəməsinin 23 avqust 2022ci il tarixli, 1(022)-99/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, 09 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilsə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada heç vaxt cinayət məsuliyyətindən azad edilməmişdir. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi və onun müdafiəçisini, zərərçəkmişi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə görə, şəxs Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir və həmin Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada heç vaxt cinayət məsuliyyətindən azad edilməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs zərərçəkmişə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və vurulmuş zərəri aradan qaldırdığına görə, cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-41/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-41/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver