Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-41/2025 11.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən Rəsulova Mədinə Camal qızı, X9 məhkəmə-iclas katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1974-cü ildə Rusiya Federasiyası, Vorkuta şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2013-cü il tarixli hökmü ilə 11 (on bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 iyul 2024cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, barəsində 25 noyabr 2024cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda yəni 9,525 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 23 noyabr 2024-cü il tarixdə saat 23:00 dəqiqədə Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən hissəsində “Turist 5” kafesinin yaxınlığında “Hyundai Elantra” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman şübhəli şəxs kimi saxlanılmış və orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 9,525 qram olan xeyli miqdarda narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək vermiş olduğu ifadəsində göstərmişdir ki, 21 noyabr 2024-cü il tarixdə yaşadığı binanın yaxınlığında yerləşən parkda hərəkətdə olan zaman yerdən şəffaf sellofana bükülümüş bükülü tapmışdır. O, bükülünü açıb baxdıqda içərisində “nəşə” dedikləri narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşdür. Buna görə də həmin qurudulmuş marixuananı gələcəkdə istifadə etmək məqsədilə əynindəki gödəkçənin cibinə qoymuşdur. 25 may 2024-cü il tarixdə saat 17 radələrində Masallı rayonundan olan əsgərlik yoldaşı Zülfüqar adlı şəxslə görüşmək istəmişdir. Zülfüqarın mobil nömrəsi onda olmadığı üçün sonuncunun Masallı şəhərində yerləşən evinə getmək, oradan da istirahət mərkəzlərinin birində iki günlük dincəlmək istəmişdir. Buna görə tanışı X7 ilə əlaqə saxlamış və Masallı rayonuna getmək istədiyini bildirmişdir. Gündüz İbrahimov da onunla razılaşmışdır. Onlar görüşərək Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncər prospektində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə getmişlər. Onlar oradan Masallı rayonuna getmək üçün “Hyudai Elantra” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobili icarə müqaviləsi əsasında 26 noyabr 2024-cü il tarixədək 17:30-dək götürmüşlər. Gündüz qardaşı Pərviz İbrahimovu da özləri ilə aparmağı təklif etmişdir. O da Gündüzlə razılaşmışdır. Pərviz mobil telefon işlətmədiyi üçün yenidən yaşadıqları əraziyə qayıtmışlar. Pərvizin parkda günəbaxan tumu çırtlamasını görmüşdür. Gündüz İbrahimov avtomobillə qardaşına yaxınlaşaraq onu səsləmişdir. Pərviz avtomobilə yaxınlaşanda birlikdə Masallı rayonuna getməyi təklif etmişlər. Pərviz heç bir işinin olmamasını deyərək onların təklifini qəbul etmişdir. Saat 23 radələrində Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsi ilə Masallı rayonu istiqamətində hərəkətdə olduqları zaman yol patrul-xidməti avtomobili saxla işarəsi vermişdir. Gündüz avtomobili yolun kənarına çəkərək saxlamışdır. Bu zaman ilk öncə yol patrul xidmətinin inspektoru avtomobilə yaxınlaşmışdır. Gündüz avtomobildən düşdükdən sonra digər mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim edərək gəlişlərinin səbəbini izah etmişlər. İlk öncə ona üzərində qanunla qadağan edilmiş əşya predmet, narkotik vasitə və psixotrop maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülmüş büküm təqdim etmişdir. Həmin bükülünün içərisində qurudulmuş marixuanaya bənzər ot kütləsi olması müəyyən olunmuşdur. Bükülü elektron tərəzidə çəkildikdə çəkisinin 10,41 qram olması məlum olmuşdur. Həmin bükülü bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Pərviz İbrahimovun üzərinə şəxsi müayinə keçirilmişdir. Pərviz İbrahimova təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş heç bir əşya və predmet, narkotik vasitə, psixotrop maddə vardırsa təqdim etsin. Pərviz İbrahimov isə üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olmadığını bildirmişdir. Daha sonra üzəri yoxlanılmışdır. Pərvizin üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra Gündüz İbrahimovun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi müayinə keçirilən zaman üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Gündüz İbrahimov gödəkçənin cibində olan yandıranı və əynindəki şalvarın sağ arxa cibində olan bir ədəd mobil telefonu təqdim edərək üzərində qanunla qadağan edilmiş heç bir əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra üzərim yoxlanılmışdır və üzərindən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra “Hyundai Elantra” markalı **-BR- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Üzərlərinə və avtomobilin yoxlanılmasına dair protokol tərtib olunmuşdur. Protokolla tanış olaraq imzalamışdır. Daha sonra onları Biləsuvar Rayon Polis Şöbəsinə gətirmişlər. Biləsuvar Rayon Polis Şöbəsində hüquqlarını müadfıə etmək üçün ionun stəyi ilə vəkil X12 təyin edilmişdir. Hüquq vəzifələri izah olunduqdan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Üzərindən aşkar edilmiş qurudulmuş marixuana özünə məxsusdur, heç kimə satmaq və ya vermək niyyəti olmamışdır, narkotik vasitə istifadəçisi olduğu üçün üzərində gəzdirir. X7 və X8 onun tanışları olsalar da, həmin şəxslər onun narkotik vasitə istifadəçisi olmasından məlumatları yoxdur. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin əldə edilməsində, saxlanılmasında və istifadəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 23 noyabr 2024-cü il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılması barədə əmr verilmişdir. Əməliyyat qrupunun tərkibinə o, Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis kapitanı X15, Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölməsinin polis nəfəri, polis baş serjantı Şahid3, Biləsuvar Rayon Polis X19 Polis X18 Xidmətinin inspektoru, polis serjantı X3 və Biləsuvar Rayon Polis X19 Polis X18 Xidmətinin inspektoru, Polis serjantı X13 daxil edilmişdir. 23 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs içərisində əyləşdiyini ehtimal etdikləri “Hyundai Elentra” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində “Turist 5” kafesinin yaxınlığında hərəkətdə olan zaman X26 X18 Xidmətinin inspektorları Əhməd Məmmədzadə və Babək Əzimzadə avtomobilin sürücüsünə avtomobili saxlamaq işarəsi vermişdir. Avtomobilin sürücüsü də Yol Patrul Xidmətinin əməkdaşlarının saxla əmrindən sonra avtomobili yolun sağ kənarında saxlamışdır. O və yaradılmış əməliyyat qrupunun digər üzvləri avtomobilə yaxınlaşaraq sürücüyə və avtomobildə sərnişini kimi əyləşmiş digər iki şəxsə özlərini təqdim edərək üzərilərində, avtomobildə narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya daşımaları şübhəsinin olduğunu izah etmişlər. Bu zaman avtomobilin sürücüsünün X7, sərnişinlərdən birinin ətrafında əməliyyat-axtarış tədbirləri keçirdikləri Təqsirləndirilən şəxs, digərinin isə X8 olmasını müəyyən olunmuşdur. Bundan sonra o, Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Talib İsayevin, Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid3 və Biləsuvar Rayon Polis X19 Polis X18 Xidmətinin inspektoru Babək Əzimzadənin iştirakları ilə Rayon Polis Şöbəsinin X1 baş inspektorkriminalisti, Polis kapitanı Anar Abdulhəlimov tərəfindən videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. İlk olaraq Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş narkotik vasitə və yaxud digər əşya vardırsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən l(bir) ədəd şəffaf sellofan bükülmüş büküm təqdim etmişdir. Həmin bükülüyə baxış keçrildikdə içərisində qurudulmuş marixuanaya bənzər ot kütləsi olması müəyyən olunmuşdur. Bükülü elektron tərəzidə çəkildikdə çəkisinin 10,41 qram olması məlum olmuşdur. Həmin bükülü bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Pərviz İbrahimovun üzərinə şəxsi müayinə keçirilmişdir. Pərviz İbrahimova təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş heç bir əşya və predmet, narkotik vasitə, psixotrop maddə vardırsa təqdim etsin. Pərviz İbrahimov isə üzərində qanunla qadağan edilmiş heç bir əşya və predmetin olmadığını bildirmişdir. Daha sonra Gündüz İbrahimova üzərinə şəxsi müayinə keçirilməyə başlanılmışdır. Şəxsi müayinə keçirilən zaman üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur. Gündüz İbrahimov gödəkçənin cibində olan yandıranı və əynindəki şalvarın sağ arxa cibində olan bir ədəd mobil telefonu təqdim edərək üzərində qanunla qadağan edilmiş heç bir əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra üzəri yoxlanılmış və üzərindən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra “Hyundai Elantra” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Həmin şəxslər təfəimizdən Biləsuvar RPŞ-nə gətirilmişlər. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxslərin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair protokol tərtib olunmuşdur. Protokolla iştirakçılar tanış olaraq imzalamışlar. O bu barədə Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Narkotik vasitə qurudulmuş marixuana qablaşdırması ilə birlikdə çəkdikləri üçün o qədər çəkidə olmuşdur. Ekspert rəyində göstərilən çəkilər düzdür, ekspert rəyi ilə razıdır. Şahid qismində dindirilmiş X15, Şahid3 cinayət işinin mahiyyəti üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. İ̇ş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin materialların məhkəmə ekspertizasının 24 noyabr 2024-cü il tarixli, 19/744 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm narkotik vasitə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz təmiz çəkisi: -9,525 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir. Qeyd: marixuananın təmiz çəkisi – -9,525 qram, tədqiqata sərf edildi -0,1 qram, qalıq --9,425 qram. (i.v. 48-51) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X14 Yoxlamanın 28 noyabr 2024-cü il tarixli 813 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (i.v. 126) nıraltubüS“ qiymətləndirilməsi haqqında” 21 yanvar 2025-cui il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, Məhkəmə Ekspertiza X4 Bölməsinin 24 noyabr 2024-cü il tarixli, 19/744 nömrəli, Lənkəran Rayonlararası Narkoloji xəstəxanasının 28 noyabr 2024cü il tarixli 813 nömrəli rəyi, eləcə də, işdə olan digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın ümumi çəkisi -10,41 qram göstərilsə də məhkəmə bioloji ekspertizasının müvafiq rəyi ilə həmin narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisinin dəqiqləşdirilərək -9,525 qram olmasının, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 9,525 qram narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 9,425 qram qalığının cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü rayon polis şöbəsinin saxlancına təhvil verilməsinin, iş üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxslərin yoxlanılması və avtomobilə baxış keçirilməsi zamanı “Samsung A32” markalı mobil telefon vasitəsi ilə çəkilmiş videogörüntülər olan bir ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınmasının nəzərə alınması qərara alınmışdır. (i.v.160-167) iləhbüŞ“ şəxsin tutulması haqqında” 24 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 24 noyabr 2024-cü il tarixdə, saat 01.00-dan tutulmuş hesab edilmişdir. (i.v.28) “Həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatətin təmin edilməməsinə dair” 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilməsi qərara alınmışdır. (i.v.87-88) “Şəxsin MSY-də saxlanılmaqdan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.89-90) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmış 08 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Xalq Məhkəməsinin 08 sentyabr 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15, 93-5 maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 02 aprel 2001-ci il tarixli Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 04 ilə əvəz edilmiş, 14 iyun 2003-cü il tarixli Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Amnistiya tətbiq edilməklə, cəzadan azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək Nərimanov Rayon Məhkəməsinin 11 avqust 2010-cu il tarixli məhkəmə hökmü ilə 01 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 noyabr 2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2013-cü il tarixli hökmü ilə 11 (on bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 iyul 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. (i.v. 159-161) Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının tələblərini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahid ifadəsi, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İİ siyahısının 118-ci bəndinin tələbinə görə marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir (Cinayət Prosessual Məcəlləsi 144- 146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur; 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir; Yuxarıda göstərilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunduğu cinayət üzrə məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs ağır cinayət üzrə cəzadan azad edildiyi gündən altı il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs olduğundan onun əməli cinayətin residivi sayılır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az olmamaqla cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, törətdiyi əməldə cinayətin residivin olduğunu nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də təqsirləndirilən şəxs - X11 cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 11 mart 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 noyabr 2024-cü il tarixdə saat 01:00-da şübhəli şəxs kimi tutma tətbiq olunmuş və 25 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalı, bu səbəbdən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X14 Yoxlamanın 28 noyabr 2024-cü il tarixli 813 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Bu səbəbdən qanunvericiliyin tələblərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi -9,425 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən iş üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxslərin yoxlanılması və avtomobilə baxış keçirilməsi zamanı “Samsung A32” markalı mobil telefon vasitəsi ilə çəkilmiş videogörüntülər olan bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri "həbs" qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar Rayon Polis şöbəsində saxlanılan, xalis çəkisi -9,425 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №1(022)-41/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-41/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver