Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-43/2024 06.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxx 1989-cu il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, İİ dərəcəli əlil, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 03 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndində “Obaçı” məhəlləsi adlanan ərazidə həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində, yəni o, Şahid2 ilə mübahisə etdiyi zaman Zərərçəkmiş şəxs irad bildirməsinə görə aralarında baş vermiş mübahisə vaxtı əli ilə vuraraq, sonuncuya alt dodağın selikli qişasında əzilmiş yara ilə nəticələnən xəsarətlər yetirərək, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir və həmin şəxslə əvvəllər aralarında düşmənçilik və ya ədavət olmamışdır. 31 dekabr 2023-cü il tarixdə axşam saatlarında yaşadığı Biləsuvar rayonu, Xırmandalı kəndində bayram şənliyi təşkil edilmiş və o da həmin şənlikdə iştirak etmişdir. Tədbirdə olduğu vaxt onun həmkəndlisi Şahid2 ilə aralarında münaqişə baş vermiş və qardaşı Şahid3 da onları ayırmışdır. Buna görə də həmin mübahisə şiddətlənməmişdir. Lakin o, 03 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən “Obaçı” adlanan yerdən keçdiyi zaman Şahid2 ilə rastlaşmış və onlar mübahisə etməyə başlamışlar. Buna görə də onların mübahisəsinə Şahid2 əmisinin oğlu Zərərçəkmiş şəxs müdaxilə edərək, ona Şahid2 vurduğuna görə iradını bildirmişdir. Bu zəmində onlar arasında münaqişə yaranmış və münaqişə zamanı o, əsəblərinə hakim ola bilməmiş və Zərərçəkmiş şəxs vurmuşdur. Hazırda o, törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirir, buna görə də Zərərçəkmiş şəxs üzr istəyib və ona dəymiş ziyanı aradan qaldıraraq, həmin şəxslə barışığa nail olmuşdur. Zərərçəkmiş şəxs 06 fevral 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı törətdiyi əməldə özünü təqsirli bilərək, əməlindən səmimi peşmançılıq hissi keçirdiyini bildirməklə, onunla barışıq əldə etmişdir. O, hazırda barəsində ittiahm elan edilmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və onun həmin şəxsə qarşı heç bir şikayəti, iddiası və ya tələbi yoxdur. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir iddiasının və ya tələbinin olmamasının nəzərə alınaraq, həmin şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatət verərək, böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, zərərçəkmişə vurulmuş zərəri aradan qaldırdığına və zərərçəkmişlə barışıq əldə etdiyinə görə onu cinayət məsuliyyətindən azad etməyi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Dövlət ittihamçısı barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirdi. İş materiallarında olan canlı şəxsin ekspertizasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 publik X2 rayon şöbəsinin 04 yanvar 2024-cü il tarixli, 09 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş alt dodağın selikli qişasında əzilmiş yara xəsarəti bərk küt əşyanın təsirindən törənmişdir, əllə vurulma nəticsində əmələ gələ bilər, törəmə müddəti 04 yanvar 2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada heç vaxt cinayət məsuliyyətindən azad edilməmişdir. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə görə, şəxs Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir və həmin Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada heç vaxt cinayət məsuliyyətindən azad edilməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs zərərçəkmişə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və həmin şəxsə vurulmuş zərəri aradan qaldırdığına görə, cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-43/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-43/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver