Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-43/2025 06.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X3 məhkəmə-iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon vəkil bürosunun vəkili X1, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1985-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, faktiki nikahda olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar şəhəri, Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 29 yanvar 2025-ci il tarixdə saat 14 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış ailə mübahisəsi zamanı sonuncunun onun ünvanına nalayiq sözlər deməsini əsas gətirərək arvadı Zərərçəkmiş şəxs sifət və baş nahiyəsindən iki dəfə şillə ilə vuraraq ona “başın sağ təpə nahiyəsində hematoma, sağ kürək, sol bazu və döş qəfəsinin sağ yarısının ön səthində qançır” ilə nəticələnən xəsarətlər yetirərək zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs şəxs Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır, münasibətləri normal olmuşdur, aralarında hər hansı bir ədavət və problemi olmamışdır. 2023-cü ildə Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ailə həyatı qurmuşdur. 29 yanvar 2025-ci il tarixdə günorta vaxtlarında yaşadıqları ünvanda olarkən teefonla danışdığı üçün arvadı Amilə onunla mübahisə edərək niyə qızı ilə danışmasın bildirmişdir, o da arvadına aliment üçün danışdığını demişdir. Arvadı Amilə qızı barəsində əxlaqsız söyüşlər söydüyü üçün o da arvadı Amilə ilə mübahisə edərək niyə söyüş söyməsini demişdir. Aralarında yaranan mübahisə zamanı o, arvadı Amiləni bir neçə dəfə sifət, baş və bədəninin müxtəlif nahiyələrindən vuraraq döymüşdür. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdırlar. Məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığına, ona dəymiş ziyanı ödədiyinə görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, 2023-cü ildə ailə həyatı qurmuşlar, lakin övladları olmamışdır. Əri Təqsirləndirilən şəxs ilə arasında dəfələrlə mübahisə yaranmış və narazılıqları baş vermişdir. 29 yanvar 2025-ci il tarixdə saat 13 radələrində yaşadıqları evdə olan zaman əri Cəmilin birinci arvadı ilə telefonda danışmasına görə o, əsəbiləşərək Cəmilə öz iradını bildirmişdir, həmin vaxt əri Cəmil ilə aralarında narazılıqları və münaqişələri yaranmışdır. Cəmil ilə onun arasında yaranan mübahisə zamanı Cəmil onun üzərinə gələrək onu bir neç dəfə baş və bədənin qol, ayaq və sinə nahiyələrindən yumruq zərbəsi ilə vuraraq döymüşdür. Hadisədən sonra o, döyülməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, vurulmuş ziyanın ödənildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs və onun müdaifəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və patoloji anotomiya birliyi” publik hüquqi şəxsinin Cəlilabad rayon şöbəsinin 29 yanvar 2025-ci il tarixli 27 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın sağ təpə nahiyəsində hematoma, sağ kürək, sol bazu və döş qəfəsinin sağ yarısının ön səthində qançır müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 29 yanvar 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. (i.v. 7-8) 30 yanvar 2025-ci il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs material üzrə cinayət təqibinin sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişdir. (i.v. 10, 12) “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 15) Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinİ İdarəetmə Birliyi” publik hüquqi şəxs “Biləsuvar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs “Biləsuvar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. (i.v. 34) Biləsuvar rayon icra hakimiyyəti başçısının Biləsuvar rayon Xırmandalı kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu, Xırmandalı kəndində atası Şahid1 adına olan evdə ailə üzvləri ilə birlikdə yaşayır.(i.v. 36-37) “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi”dən alınmış 05 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (i.v. 38) Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 05 mart 2025-ci il tarixli ərizədən görünür ki, halhazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyanı tam ödəmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 06 mart 2025-ci il tarixli ərizədən görünür ki, törətdiyi əməli etiraf etdiyini, zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdır, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini və onun cinayət təqibi üzrə məsuliyyətindən azad edilməsini xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır; 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir); 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərar elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №1(022)-43/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-43/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver