Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-44/2025 06.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1988-ci il tarixdə Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, boşanmış, himayəsində 3 uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 17 noyabr 2024-cü il tarixdə, saat 00:30-da Biləsuvar rayonu, Ağalıkənd kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus kafeyə yaxınlaşmış və kafenin mətbəxinin pəncərəsini güc tətbiq edib əli ilə açmaqla, saxlanc yeri hesab olunan kafenin mətbəxinə qanunsuz daxil olaraq, oradan 13 manat 60 qəpik dəyərində bir litrlik “Xan Diamond” markalı, bir ədədi 15 manat 99 qəpik olan, cəmi 63 manat 96 qəpik dəyərində 4 ədəd bir litrlik “Selected” markalı, bir ədədi 12 manat 99 qəpik olan, cəmi 25 manat 98 qəpik dəyərində 2 ədəd 0,7 litrlik “Selected” markalı, bir ədədi 14 manat 40 qəpik olan, cəmi 28 manat 80 qəpik dəyərində 2 ədəd bir litrlik “Organic Plus” markalı, bir ədədi 11 manat 30 qəpik olan, cəmi 33 manat 90 qəpik dəyərində 3 ədəd 0,7 litrlik “Organic Plus” markalı, bir ədədi 9 manat 40 qəpik olan, cəmi 18 manat 80 qəpik dəyərində 2 ədəd 0,5 litrlik “Organic Plus” markalı, 13 manat dəyərində 1 ədəd bir litrlik “101 Vodka” markalı, bir ədədi 9 manat olan, cəmi 18 manat dəyərində 2 ədəd 0,7 litrlik “Organic Premium” markalı, bir ədədi 11 manat olan, cəmi 22 manat dəyərində 2 ədəd 0,7 litrlik “Organic Number 1” markalı araqları özü ilə gətirdiyi kisəyə yığmaqla, gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 238 manat 04 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, anası ilə birlikdə Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olmaqla yaşayır, rəsmi olaraq heç bir yerdə işləməsə də, fəhləlik etməklə dolanışığını təmin edir. Onun himayəsində 3 uşağı var, lakin arvadından boşandığı üçün həmin uşaqlar anaları ilə birlikdə yaşayır və o, hər ay həmin uşaqların saxlanması üçün keçmiş arvadına 300 manat sabit pul məbləğində aliment ödəyir. O, hadisə vaxtı ailəsi ilə bağlı yaranmış problemlərinə görə demək olar ki, hər gün səhərdən axşama qədər spirtli içki qəbul etmişdir. Biləsuvar rayonu Ağalıkənd kəndində, yeni yaşayış massivində fərdi yaşayış evi inşa etsə də, arvadı ondan ayrıldıqdan sonra o, həmin evdə deyil, Ağalıkənd kəndinin köhnə məskunlaşma hissəsində, anasına məxsus evdə anası ilə birlikdə yaşayır. Hətta hazırki cinayət işi üzrə polis əməkdaşları ondan izahat aldıqları vaxt da o, spirtli içki qəbul etdiyinə görə sərxoş olmuşdur. O, 16 noyabr 2024-cü il tarixdə Biləsuvar şəhərində olduğu zaman marketdən hazırda xatırlamadığı markalı araq almış və yaşadığı kəndə getmişdir. O, həmin arağı yaşadığı evdə içmiş, daha sonra isə üzərindən pivə və təkrarən 250 qram araq içmişdir. O, həmin vaxt çox sərxoş olmuş və saat 22-23 radələrində yenidən spirtli içki qəbul etmək istədiyinə görə yaşadığı kənd ərazisində yerləşən həmkəndlisi X3 məxsus kafeyə pivə almaq məqsədi ilə getmişdir. Lakin kafe bağlı olmuşdur. O, həmin vaxt kafenin pəncərəsinin aralı olduğunu görmüş və həmin pəncərədən binanın içinə daxil ollmuşdur. Həmin vaxt o, sərxoş vəziyyətdə olduğu üçün nə etdiyinin fərqində olmamış və özünü idarə edə bilməmişdir. O, pəncərədən kafenin mətbəxinə daxil olmuş və orada olan araqları qucağına, şalvarının cibinə, qayışına və əllərinə yığaraq özü üçün kənd ərazisində yeni tikdirdiyi fərdi yaşayış evinə aparmışdır. O, həmin vaxt araqları yığmaq üçün kisə istifadə etməmiş, o cümlədən o, həmin kafeyə cəmi bir dəfə daxil olmuş, sonradan isə təkrarən geri qayıtmamışdır. Həmçinin o, həmin vaxt özündə olmadığı üçün dəqiq olaraq kafedən oğurladığı araqların sayını bilmir. Habelə o, oğurladıqları araqların bir qismini dərhal içmiş və yatmışdır. Onun özü üçün tikdirdiyi evlə S.E.Əliyevə məxsus kafe arasında təxminən 300-400 metr məsafə olmuşdur. O, daha sonra oğurladığı araqların təxminən 3- 4 ədədini onun evindən 500 metr məsafədə yerləşən anasına məxsus evə aparmışdır. Anası dini ibadətlə məşğul olduğuna görə o, həmin araqları evə qoymasa da, həyətlərində yerləşən tövləyə qoymuş və həmin yerdə də içmişdir. O, S.E.Əliyevə məxsus kafedən balıq, ördək və ya hər hansı ət məhsulları oğurlamamış, oğiurladığı araqların sayı 62 ədəd deyil, yalnız qucağında və paltarlarının cibində daşıya biləcəyi sayda olmuşdur. O, başqa hər hansı mağazadan və ya kafedən oğurluq etməmişdir. Polis əməkdaşlaı ona ziyanın ödənilməli olduğunu bildirdiklərinə görə o, zərərçəkmiş şəxsə dəymiş ziyanın əvəzi qismində 300 manat pul ödmişdir. Həmçinin onun anası və dayısı S.E.Əliyev və sonuncunun anası ilə barışıq əldə etmişlər. O, zərərçəkmiş şəxsə ümumilikdə 238 manat 04 qəpik məbləğində maddi ziyan vursa da, hazırki cinayət işinin ibtidai istintaqı zamanı S.E.Əliyevə vurduğu bütün ziyanı ödəyərək, sonuncu ilə barışığa nail olmuşdur. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş zərəri könüllü olaraq ödəməklə həmin şəxslə barışıq əldə etdiyini, himayəsində 3 uşağı olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmanay cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Biləsuvar rayonu, Ağalıkənd kəndində ailə üzvləri ilə birgə yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir və əvvəllər həmin şəxs ilə onun arasında düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə onun kafesinə gələrək, yemək yemişdir. O, yaşadığı kənddə özünəməxsus olan kafeni işlətməklə dolanışığını təmin edir. O, işlətdiyi kafedə müştərilərə spirtli içki də servis etdiyi üçün, demək olar ki, hər həftə kafeyə araq, pivə və s. növdə spirtli içki məhsulları alır. O, 03 noyabr və təxminən 12 noyabr 2024-cü il tarixlərdə spirtli içki almışdır. O, yeni aldığı araq butulkalarını kasetlərdə, köhnə araq butulkalarını isə ayrı-ayrılıqda saxlamışdır. O, işlətdiyi kafeyə aldığı bütün məhsulları, o cümlədən içkiləri faktura əsasında almışdır və həmin faktuaları polis əməkdaşlarına da təqdim edtmişdir. Həmçinin o, bəzən gündə 3-4 ədəd, bəzi vaxtlar isə 10 ədəd, hətta daha çox araq satmışdır. O, satdığı və ya istifadə etdiyi bütün məhsulların, o cümlədən spirtli içkilərin ayrıca dəftərdə qeydiyyatını aparmışdır. O, 17 noyabr 2024-cü il tarixdə, səhər saat 09 radələrində kafeni açmağa gəlmiş və həmin vaxt mətbəxin pəncərəsinin açıq olduğunu görmüşdür. Həmin pəncərə plastik materialdan hazırlanmışdır və birbaşa kafenin mətbəxinə açılır. O, dəqiq xatırlayır ki, əvvəlki gecə axşam işini bitirdikdən sonra kafenin qapısını və pəncərələrini də bağlamışdır. Bundan sonra o, qapını açaraq içəri daxil olmuş və mətbəxdə quraşdırılmış rəfdə yığdığı araqların olmadığını görmüşdür. O, bundan sonra Biləsuvar rayon polis şöbəsinə gedərək, baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Polis əməkdaşlarının iştirakı ilə işlətdiyi kafenin mətbəxinə baxış keçirilmiş və baxış zamanı əl izləri götürmüşlər. O, araşdırdıqdan onun işlətdiyi kafedən 62 ədəd spirtli içki butulkasının, habelə 1 ədəd toyuğun, 2 ədəd ördəyin və 1 ədəd təmizlənmiş çəki balığının oğurlandığını müəyyən etmişdir. Onun kafesindən oğurlanan araqların bir neçəsi daha əvvəllər aldığı araqlar olsa da, qalanı 03 noyabr və 12 noyabr 2024-cü il tarixlərdə aldığı spirtli içkilər olmuşlar. Bundan başqa, mətbəxində kisə olmamış, yalnız digər otaqda içərisi kömür qalaqları ilə dolu olan kisə olmuşdur. Oğurluq hadisəsi baş verdiyi vaxt kafedə boş kisə olmamışdır. O, oğurluq hadisəsi baş verdiyi vaxt mətbəxdə dəqiq nə qədər sayda spirtli içki olduğunu bilmir. Həmçinin hadisə baş verdiyi ərəfələrdə o, kafedə tək işləmiş, yanında başqa işçi çalışdırmamışdır. O, sonradan ona kömək etməsi üçün işçi işə götürmüşdür. O, sonradan işlətdiyi kafedən oğurluq etmiş şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Sonradan polis əməkdaşları onun işlətdiyi kafedən oğurlanmış təxminən 10 ədəd araq butulkasını ona qaytarmışlar. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs ondan üzr istəyərək, qalan sipirtli içkilərin əvəzi qismində ona 300 manat ödəmiş və onunla barışıq əldə etmişdir. Sonda, S.E.Əliyev Təqsirləndirilən şəxs ona dəymiş maddi zərəri könüllü olaraq tam ödəməklə onunla barışıq əldə etdiyini, onun sonuncuya qarşı iddiası, tələbi və ya şikayəti olmadığını bildirərək, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Ağalıkənd kəndində yaşayır. Təqsirləndirilən şəxs onun oğludur və sonuncu yaşadığı kənd ərazisində özünəməxsus fərdi yaşayış evi tikdirsə də, həmin şəxs arvadından boşandıqdan sonra onunla birlikdə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs spirtli içki aludəçisidir və demək olar ki, hər gün spirtli içki qəbul edir. Təqsirləndirilən şəxs 16 noyabr 2024-cü il tarixdə, axşam saatlarında sipirtli içki qəbul edərək yatmışdır. O, 17 noyabr 2024-cü il tarixdə, saat 03 radələrində yuxudan oyanmış və oğlu Təqsirləndirilən şəxs qarşısında 1 ədəd bir litrlik araq butulkası olduğunu və sonuncunun yenə sipirtli içki içməsini görmüşdür. O, həmin şəxsi danlayaraq təkrarən yatmışdır. Həmin gün, səhər saatlarında Təqsirləndirilən şəxs Ağalıkənd kəndinin yeni yaşayış massivində özünə yeni inşa etdirdiyi fərdi yaşayış evinə getmişdir.O, yuxudan oyandıqdan sonra təsərrüfat işlərini icra etdiyi vaxt həyətdə tikilmiş tövlənin yanında bir neçə ədəd 1 litrlik və 0,5 litrlik açılmamış araq butulkalarının olduğunu görmüşdür. Bundan təxminən bir neçə saat sonra yaşadığı ünvana polis əməkdaşları gəlmi və ona oğlunun kənd sakini S.E.Əliyevə məxsus kafedən sipirtli içki və ərzaq məhsullarını oğurlamaqda şübhəli olduğunu bildirmişlər. Həmin vaxt polis əməkdaşları Təqsirləndirilən şəxs harada olmasını və yaşadığı ünvana oğurlanan əşyalardan gətirib-gətirmədiyini ondan soruşmuşlar. O, tövlədə olan həmin araq butulkalarını polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin açılmamış araq butulkaları və boş olan araq butulkaları polis əməkdaşları tərəfindən götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. O həmin protokola tanış olaraq imzalamışdır. İş materiallarında olan baxış keçirmə haqqında 17 noyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Biləsuvar rayonu, Ağalıkənd kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus kafedir. Kafe 6 tikilidən ibarətdir və həmin tikililərdən biri mətbəx kimi istifadə edilir. Mətbəx bir mərtəbəlidir və üzəri dəmir şiferlə örtülmüşdür. Mətbəxin bir giriş qapısı və 4 ədəd pəncərəsi var. Hadisə yerinə baxış zamanı müəyyən edildi ki, mətbəxə sağ hissədə olan pəncərəni açmaq yolu ilə daxil olunmuşdur. Mətbəxdə rəfə yığılmış araq butulkaları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Baxış zamanı mətbəxin pəncərəsindən iş üçün əhəmiyyət kəsb edə biləcək 27 ədəd əl izi aşkar edilərək, götürüldü. Hadisə yerinə keçirilmiş baxış zamanı iş üçün əhəmiyyətli başqa hallar aşkar edilmədi. İşdə olan könüllü təqdim edilən əşyaya baxış keçirilməsi və götürülməsi haqqında 17 noyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət işi üzrə Şahid1 17 noyabr 2024-cü il tarixdə yaşadığı ünvanda oğlu Təqsirləndirilən şəxs məxsus olan istifadə edilməmiş 2 ədəd bir litrlik “Selected” markalı, 1 ədəd bir litrlik “Organic Plus” markalı, 1 ədəd 0,5 litrlik “Organic Plus” markalı araqları, istifadə edilmiş 1 ədəd bir litrlik “Organic Plus” markalı və 1 ədəd 0,7 litrlik “Organic Plus” markalı araq butulkalarını könüllü olaraq təqdim etmişdir. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması və maddi sübutun götürülməsi barədə 20 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Ağayev X1 rayonu, Ağalıkənd kəndində tikdiyi fərdi yaşayış evinin yataq otağında olan yatağın üzərinə yığdığı araqları təqdim edərək, həmin predmetlər içmək üçün orada gizlətdiyini bildirmişdir. Yatağın üzərində aşkar edilmiş 2 ədəd bir litrlik “Selected” markalı, 2 ədəd 0,7 litrlik “Selected” markalı, 1 ədəd bir litrlik “101 Vodka” markalı, 1 ədəd 0,7 litrlik “Organic Plus” markalı, 1 ədəd 0,5 litrlik “Organic Plus” markalı, 2 ədəd 0,7 litrlik “Organic Premium” markalı, 2 ədəd 0,7 litrlik “Organic Number 1” markalı və 1 ədəd “Xan Diamond” markalı araqlar iş üçün əhəmiyyət kəsb etdiyinə polis əməkdaşları tərəfindən götürülmüşdür. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X2 əşyanın maddi sübut kimi tanınması haqqında 25 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs və sonuncunun anası Şahid1 evindən götürülmüş 4 ədəd bir litrlik “Selected” markalı, 2 ədəd 0,7 litrlik “Selected” markalı, 1 ədəd bir litrlik “101 Vodka” markalı, 1 ədəd bir litrlik “Organic Plus” markalı, 1 ədəd 0,7 litrlik “Organic Plus” markalı, 2 ədəd 0,5 litrlik “Organic Plus” markalı, 2 ədəd 0,7 litrlik “Organic Premium” markalı, 2 ədəd 0,7 litrlik “Organic Number 1” markalı və 1 ədəd bir litrlik “Xan Diamond” markalı araqlar və istifadə edilmiş 1 ədəd bir litrlik “Organic Plus” markalı və 1 ədəd 0,7 litrlik “Organic Plus” markalı araq butulkaları cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmə baxışına qədər saxlanılmaları üçün Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 26 noyabr 2024-cü il tarixli, 3-13-11/2-12376/2024 nömrəli məktubundan görünür ki, Biləsuvar rayonu, Ağalıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus kafedə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı əl izləri KTİnin ADİS-nin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS məlumat bankına Biləsuvar rayon polis şöbəsindən daxil olan) Zərərçəkmiş şəxs sağ əlinin şəhadət barmağının (tərpənmiş araq butulkasının üzərindən götürülmüş) əksi ilə, digər 3 ədəd isə xx xxxxxx 1988-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət, orta və sol alinin orta barmaqlarının (tərpənmiş araq butulkasının üzərindən götürülmüş) əksləri ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 dekabr 2024-cü il tarixli, 19/767 nömrəli rəyindən görünür ki, Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X2 30 noyabr 2024-cü il tarixli qərarında göstərilmiş tədqiqata təqdim edilmiş 1 ədədinin qiyməti 7 manat 50 qəpik olan, cəmi 15 manat dəyərində 2 ədəd 0,7 litrlik “Beliy Varona” markalı arağın, 1 ədədinin qiyməti 7 manat olan, cəmi 14 manat dəyərində 2 ədəd 0,5 litrlik “Yakor” markalı arağın, 1 ədədinin qiyməti 13 manat 60 qəpik olan, cəmi 40 manat 80 qəpik dəyərində 3 ədəd bir litrlik “Xan Diamond” markalı arağın, 1 ədədinin qiyməti 7 manat 80 qəpik olan, cəmi 31 manat 20 qəpik dəyərində 4 ədəd 0,5 litrlik “Xan Diamond” markalı arağın, 1 ədədinin qiyməti 15 manat 99 qəpik olan, cəmi 63 manat 96 qəpik dəyərində 4 ədəd bir litrlik “Selected” markalı arağın, 1 ədədinin qiyməti 12 manat 99 qəpik olan, cəmi 51 manat 96 qəpik dəyərində 4 ədəd 0,7 litrlik “Selected” markalı arağın, 1 ədədinin qiyməti 11 manat 50 qəpik olan, cəmi 46 manat dəyərində 4 ədəd 0,7 litrlik “Drink” markalı arağın, 1 ədədinin qiyməti 8 manat 60 qəpik olan, cəmi 25 manat 80 qəpik dəyərində 3 ədəd 0,7 litrlik “Natural Line” markalı arağın, 1 ədədinin qiyməti 10 manat 29 qəpik olan, cəmi 41 manat 16 qəpik dəyərində 4 ədəd 0,7 litrlik “Zalatoy Kalso” markalı arağın, 1 ədədinin qiyməti 14 manat 40 qəpik olan, cəmi 43 manat 20 qəpik dəyərində 3 ədəd bir litrlik “Organic Plus” markalı arağın, 1 ədədinin qiyməti 11 manat 30 qəpik olan, cəmi 33 manat 90 qəpik dəyərində 3 ədəd 0,7 litrlik “Organic Plus” markalı arağın, 1 ədədinin qiyməti 9 manat 40 qəpik olan, cəmi 28 manat 20 qəpik dəyərində 3 ədəd 0,5 litrlik “Organic Plus” markalı arağın, 1 ədəd 13 manat dəyərində bir litrlik “101 Vodka” markalı arağın, 1 ədədinin qiyməti 10 manat olan, cəmi 30 manat dəyərində 3 ədəd bir litrlik “Sobranie Red” markalı arağın, 1 ədədinin qiyməti 8 manat olan, cəmi 16 manat dəyərində 2 ədəd 0,7 litrlik “Sobranie Red” markalı arağın, 1 ədəd 13 manat dəyərində bir litrlik “Organic Number 1” markalı arağın, 1 ədədinin qiyməti 11 manat olan, cəmi 22 manat dəyərində 2 ədəd 0,7 litrlik “Organic Number 1” markalı arağın, 1 ədədinin qiyməti 9 manat olan, cəmi 27 manat dəyərində 3 ədəd 0,5 litrlik “Organic Number 1” markalı arağın, 1 ədədinin qiyməti 11 manat olan, cəmi 33 manat dəyərində 3 ədəd bir litrlik “Organic Premium” markalı arağın, 1 ədədinin qiyməti 9 manat olan, cəmi 36 manat dəyərində 4 ədəd 0,7 litrlik “Organic Premium” markalı arağın, 1 ədədinin qiyməti 7 manat olan, cəmi 14 manat dəyərində 2 ədəd 0,5 litrlik “Organic Premium” markalı arağın, 1 ədəd 11 manat dəyərində bir litrlik “Organic Yubiley” markalı markalı arağın, 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə nəzəri qaydada, təxminən, 708 manat 68 qəpik kimi müəyyən edilmişdir. İşdə olan Zərərçəkmiş şəxs təqdim etdiyi 3 ədəd üzərində “İro Firması” sözləri yazılmış faktura qəbzlərindən görünür ki, həmin qəbzlərin biri 05 noyabr 2024-cü il tarixə, ikisinin isə 12 noyabr 2024-cü il tarixə uyğun olduğu müəyyən edilmişdir. 05 noyabr 2024cü il tarixdə, saat 08:42-də tərtib edilmiş qəbzə əsasən, “İro Firması” tərəfindən Zərərçəkmiş şəxs 44 ədəd 0,7 litrlik “Beliy Varona” markalı, 4 ədəd 0,5 litrlik “Yakor” markalı, 3 ədəd 1 litrlik “Xan Diamond” markalı, 4 ədəd 0,5 litrlik “Xan Diamond” markalı, 4 ədəd 0,7 litrlik “Selected” markalı, 4 ədəd 0,7 litrlik “Drink” markalı, 3 ədəd 0,7 litrlik “Natural Line” markalı, 4 ədəd 0,7 litrlik “Zalatoy Kalso” markalı və 4 ədəd 1 litrlik “Selected” markalı araqların satılması müəyyən edilmişdir. 12 noyabr 2024-cü il tarixdə, saat 08:42-də tərtib edilmiş qəbzə keçirilən baxış zamanı “İro Firması” tərəfindən Zərərçəkmiş şəxs 0,5 litrlik “101” markalı araqların, həmin gün saat 08:46-da tərtib edilmiş qəbzə əsasən isə 3 ədəd 1 litrlik “Organic Plus” markalı, 3 ədəd 0,5 litrlik “Organic Plus” markalı, 3 ədəd 0,7 litrlik “Organic Plus” markalı araqların alınmasımüəyyən edilmişdir. Cinayət işində olan 08 yanvar 2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən və anası Şahid1 evindən götürülmüş 4 ədəd 1 litrlik “Selected” markalı, 2 ədəd 0,7 litrlik “Selected” markalı, 1 ədəd 1 litrlik “101 Vodka” markalı, 1 ədəd 1 litrlik “Organic Plus” markalı, 3 ədəd 0,7 litrlik “Organic Plus” markalı, 2 ədəd 0,5 litrlik “Organic Plus” markalı, 2 ədəd 0,7 litrlik “Organic Pemium” markalı, 1 ədəd 1 litrlik “Xan Diamond” markalı araqlar Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Biləsuvar rayonu, Ağalıkənd kəndində yerləşən kafedən ittiham aktında göstərilən miqdardan daha az miqdarda spirtli içki oğurlaması həmin təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən iş materiallarında olan könüllü təqdim edilən əşyaya baxış keçirilməsi və götürülməsi haqqında 17 noyabr 2024-cü il tarixli, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması və maddi sübutun götürülməsi barədə 20 noyabr 2025-ci il tarixli protokollar və Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X2 əşyanın maddi sübut kimi tanınması haqqında 25 noyabr 2024-cü il tarixli qərarı müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus kafedən 19 ədəd deyil, 18 ədəd araq oğurlamışdır. Belə ki, Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X2 əşyanın maddi sübut kimi tanınması haqqında 25 noyabr 2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilə şəxsin anası Şahid1 həyətində yerləşən tövlədən aşkar edilərək, maddi sübut kimi götürülmüş istifadə edilməmiş 2 ədəd bir litrlik “Selected” markalı, 1 ədəd bir litrlik “Organic Plus” markalı, 1 ədəd 0,5 litrlik “Organic Plus” markalı araqlar, istifadə edilmiş 1 ədəd bir litrlik “Organic Plus” markalı və 1 ədəd 0,7 litrlik “Organic Plus” markalı araq butulkalar, təqsirləndirilən şəxsin evindən açkar edilərək, maddi sübut kimi götürülmüş 2 ədəd bir litrlik “Selected” markalı, 2 ədəd 0,7 litrlik “Selected” markalı, 1 ədəd bir litrlik “101 Vodka” markalı, 1 ədəd 0,7 litrlik “Organic Plus” markalı, 1 ədəd 0,5 litrlik “Organic Plus” markalı, 2 ədəd 0,7 litrlik “Organic Premium” markalı, 2 ədəd 0,7 litrlik “Organic Number 1” markalı və 1 ədəd “Xan Diamond” markalı araqlar, ümumilikdə isə 4 ədəd bir litrlik “Selected” markalı, 2 ədəd 0,7 litrlik “Selected” markalı, 1 ədəd bir litrlik “101 Vodka” markalı, 1 ədəd bir litrlik “Organic Plus” markalı, 1 ədəd 0,7 litrlik “Organic Plus” markalı, 2 ədəd 0,5 litrlik “Organic Plus” markalı, 2 ədəd 0,7 litrlik “Organic Premium” markalı, 2 ədəd 0,7 litrlik “Organic Number 1” markalı və 1 ədəd bir litrlik “Xan Diamond” markalı, cəmi 18 ədəd araq və istifadə edilmiş 1 ədəd bir litrlik “Organic Plus” markalı və 1 ədəd 0,7 litrlik “Organic Plus” markalı araq butulkalar iş üzrə maddi sübut qismində tanınmışdır. Lakin Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, həmin şəxs 17 noyabr 2024-cü il tarixdə, saat 00:30-da Biləsuvar rayonu, Ağalıkənd kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus kafedən 1 ədəd, bir litrlik “Xan Diamond” markalı, 4 ədəd bir litrlik “Selected” markalı, 2 ədəd 0,7 litrlik “Selected” markalı, 2 ədəd bir litrlik “Organic Plus” markalı, 3 ədəd 0,7 litrlik “Organic Plus” markalı, 2 ədəd 0,5 litrlik “Organic Plus” markalı, 1 ədəd bir litrlik “101 Vodka” markalı, 2 ədəd 0,7 litrlik “Organic Premium” markalı, 2 ədəd 0,7 litrlik “Organic Number 1” markalı, cəmi 19 ədəd arağı gizli olaraq talayıb ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 238 manat 04 qəpik məbləğində ziyan vurmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs məxsus kafedən oğurladığı qeyd edilmiş araq sayı ilə iş üzrə maddi sübut kimi tanınmış araq sayı uyğunsuzluq təşkil etmiş və Təqsirləndirilən şəxs istinad edilən ittihamda 0,7 litrlik “Organic Plus” markalı araqların sayı artıq göstərilməklə, 2 ədəd kimi deyil, 3 ədəd miqdarında göstərilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 dekabr 2024-cü il tarixli, 19/767 nömrəli rəyindən isə görünür ki, 0,7 litrlik “Organic Plus” markalı arağın bir ədədinin 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti 11 manat 30 qəpik təşkil edir. Halbuki Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid olan, biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən isə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda göstərilmiş həmin şəxsin zərərçəkmişə vurduğu ümumilikdə 238 manat 04 qəpik ziyandan. onun zərərçəkmiş şəxsə məxsus kafedən oğurladığı araqlar qismində artıq qeyd edilmiş 1 ədəd 0,7 litrlik “Organic Plus” markalı arağın dəyəri, yəni 11 manat 30 qəpik çıxılmaqla, Zərərçəkmiş şəxs vurulmuş maddi zərərin məbləği 226 manat 74 qəpik məbləğinədək azaldılmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş maddi ziyanı tamamilə aradan qaldırmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində 3 uşağı olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxsnin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 noyabr 2024-cü il tarixdə, saat 22:00-da şübhəli şəxs qismində tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixdə, saat 20:30-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azdlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə görə isə məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd bir litrlik “Xan Diamond” markalı, 4 ədəd bir litrlik “Selected” markalı, 2 ədəd 0,7 litrlik “Selected” markalı, 1 ədəd bir litrlik “Organic Plus” markalı, 1 ədəd 0,7 litrlik “Organic Plus” markalı, 2 ədəd 0,5 litrlik “Organic Plus” markalı, 1 ədəd bir litrlik “101 Vodka” markalı, 2 ədəd 0,7 litrlik “Organic Premium” markalı və 2 ədəd 0,7 litrlik “Organic Number 1” markalı araqların 08 yanvar 2025-ci il tarixli qəbz əsasında artıq Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınaraq, həmin əmlaklar barədə hər hansı yeni qərar qəbul edilməməli, hazırda Biləsuvar rayon polis şöbəsində saxlanılan 1 ədəd bir litrlik “Organic Plus” markalı və 1 ədəd 0,7 litrlik “Organic Plus” markalı boş araq butulkaları hər hansı dəyərə malik olmadığına görə məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan 1 ədəd bir litrlik “Organic Plus” markalı və 1 ədəd 0,7 litrlik “Organic Plus” markalı boş araq butulkaları məhv edilsin. İş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-44/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-44/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver