Məhkəmə qərarları › İş №1(022)-46/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-46/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-46/2023 30.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağzadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1998-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, və Biləsuvar şəhəri, Ax.M.Hüseyn küçəsində yerləşən 125 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264cü maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ki, o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunlara əməl etməyib 18 noyabr 2022-ci il tarixdə saat 23 radələrində “BC” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar şəhəri, M.İbrahimov küçəsində, “Timur” şadlıq sarayının qarşısından keçən asfalt yolda Biləsuvar Rayon Gömrük dairəsi istiqamətində dayandığı yerdən Biləsuvar şəhərinin mərkəzinə doğru hərəkət etmək məqsədi ilə öz ətrafında bir dəfə dövr etdiyi zaman yolun sol kənarında, asfalt yoldan 02 metr kənarda ehtiyyat hissədə dayanmış ünvan 1 ünvanında yaşayan, xx xxxxxxx 1999-cu il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs avtomobilin arxa sağ hissəsi ilə vurmaqla sonuncunun “çənə sümüyünün soldan sınığı, çənə altı nahiyənin əzilmiş yarası, sifətin sol yarısının, sol əlin və sol baldır nahiyyəsinin sıyrıqları” ilə nəticələnən xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, bununla da idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və həmin Qanunun 37-ci maddəsinin, 4-cü hissəsinin, 2-ci bəndinin tələblərini pozmaqla zərər çəkmiş şəxsə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu halda bunları etməyərək hadisə yerindən qaçmışdır. Biləsuvar rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 1(022)-46/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsi və 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və cinayət işinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsində icraatına xitam verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, “Vətən Müharibəsində” iştirak edərək, döyüş əməliyyatarı zamanı aldığı xəsarətlər nəticəsində bir gözünü itirmişdir. Buna görə də o, uzun müddətdir ki, Bakı şəhərində və yaşadığı Biləsuvar rayonunda mütəmadi müalicələr alır. 18 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində, o, Əli adlı tanışının Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Timur” şadlıq sarayında keçirilən toy məclisində təxminən 30 dəqiqə iştirak etdikdən sonra həmin şadlıq sarayını tərk etmişdir. Bundan bir neçə saat sonra o, etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə, tanışını “Timur” şadlıq sarayına gətirib düşürdükdən sonra avtomobili yerində dövr etdirərək geri dönmək qərarına gəlmişdir. O, Zərərçəkmiş şəxs yolun ehtiyat hissəsində dayandığını görməmiş və idarə etdiyi avtomaşını əks istiqamətdə döndərdiyi zaman həmin avtomobilin arxa hissəsi sürüşmüş və nəqliyyat vasitəsinin arxa təkərləri yolun ehtiyyat hissəsinə düşdüyü üçün orada piyada dayanmış Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ arxa hissəsi ilə vurmuşdur. Hadisədən dərhal sonra o, həmin avtomobili saxlamış, lakin qəzanın baş verdiyi zaman hadisə yerində olan şəxslər sonuncunu başqa bir avtomobilə əyləşdirərək, xəstəxanaya apardıqlarına görə o da həmin nəqliyyat vasitəsinin arxası ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına getmişdir. O, xəstəxanada olan zaman Zərərçəkmiş şəxs qohumları ilə onun arasında mübahisə olacağını zənn etmiş və kərara çəkilmişdir. Bundan sonra o, yaşadığı evə getmiş, cinayət hadisəsi yerinə qayıtmayaraq, hadisə barədə polisə heç bir məlumat verməmişdir. İdarə etdiyi avtomobildə ondan başqa heç kim olmamış və zərərçəkmiş şəxsin hadisə yerində olan digər şəxslər tərəfindən başqa avtomaşınla xəstəxanaya apardıqlarını gördüyünə görə və Zərərçəkmiş şəxs qohumlarının kəskin reaksiyası ilə üzləşməmək üçün həmin vaxt zərərçəkmişi özünün idarə etdiyi avtomobillə Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmamışdır. Sonda, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, buna görə zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödədiyini, onlarla barışıq əldə etdiyini, “Vətən Müharibəsi” zamanı bir gözünü itirdiyini və 3-cü qrup əlil olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, 18 noyabr 2022-ci il tarixdə o, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Timur” şaldıq sarayında qonşusu Əlinin toy məclisində iştirak etdikdən sonra, həmin gün, saat 23 radələrində, toy məclisindən çıxıb Bakı şəhərinə getmək üçün həmin şadlıq sarayının qarşısında, yolun ehtiyat hissəsində dayanmışdır. Həmin vaxt həmyerlisi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilini Biləsuvar şəhəri Nizami küçəsi ilə M.İbrahimov küçəsinin kəsişməsində öz ətrafında sürətli şəkildə dövr elətdirmiş, daha sonra “Timur” şadlıq sarayının qarşısına gəlmiş və eyni qaydada avtomobili yerində sürətli şəkildə dövr etdirməyə başlamışdır. Həmin vaxt o, yolun hərəkət hissəsindən təxminən 2-3 metr kənarda, yolun ehtiyat hissəsində dayanmışdır. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin idarə etməsini itirmiş və avtomobilin arxa sağ hissəsi ilə onu vurmuşdur. Zərbə nəticəsində o, yerə yıxılmış və huşunu itirmişdir. O, xəstəxanada ayılmış və daha sonra o, məhkəmə-tibbi ekspertiza müayinəsindən keçmiş, onun çənə sümüyünün sındığı müəyyən edilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu avtomaşınla vurduqdan sonra hadisə yerindən qaçıb getmiş, onu xəstəxanaya başqa şəxslər aparmışlar. Məhz xəstəxanadan verilmiş məlumat əsasında polis əməkdaşları yol-nəqliyyat hadisəsi barədə xəbər tutmuş, daha sonra hadisə şahidlərinin izahatları əsasında hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini müəyyən etmişlər. Habelə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona vurulmuş maddi zərəri tam ödəyərək, onunla barışıq əldə etdiyini, Vətən Müharibəsi iştirakçısı və 3 cü dərəcəli əlil olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirdi və təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydasında təsdiqlənmiş ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurulmuş maddi zərəri tamamilə ödədiyini və onununla barışıq əldə etdiyini və sonuncuya qarşı iddiası, tələbi və şikayəti olmadığını bildirmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin hissədə cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Timur” şaldıq sarayının arxa hissəsində yerləşən çay evində ofisiant işləyir. 18 noyabr 2022-ci il tarixdə “Timur” şaldıq sarayında toy məclisi olmuşdur. Həmin günü saat 23 radələrində, o, “Timur” şaldıq sarayının qarşısında dayandığı zaman həmyerlisi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı, **-LC- *** dövlət qeydiyyat nişanlı avtomobilllə həmin restoranın qarşısında, yolun hərəkət hissəsində, müxtəlif manevrlər etdiyini, o cümlədən öz ətrafında sürətli şəkildə dövrə vurduğunu, oradan təxminən 10 metr məsafədə isə qonşusu Zərərçəkmiş şəxs yolun ehtiyat hissəsində dayandığını görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa hissəsi qəflətən Zərərçəkmiş şəxs dəymiş və zərərçəkmiş şəxs üzü üstə yerə yıxılmışdır. Təqsirləndirilən şəxs isə hadisədən sonra idarə etdiyi nəqliyyat vasitəsini saxlamayaraq dərhal hadisə yerindən uzaqlaşmışdır. Buna görə də o, dərhal Zərərçəkmiş şəxs yaxınlaşmış, həmin şəxsin xəsarət aldığını və huşunu itirdiyini görərək, hadisə yerində olan olan digər qonşusu Şahid1 ilə birlikdə zərərçəkmiş şəxsi tanımadığı bir avtomobilə Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışdır. Onlar Zərərçəkmiş şəxs xəstəxanaya apardıqdan təxminən 15-20 dəqiqə sonra Təqsirləndirilən şəxs da oraya gəlmiş, lakin zərərçəkmiş şəxsin müalicəsi ilə maraqlanmayaraq, qısa müddət sonra xəstəxananı tərk etmişdir. İşdə olan 18 noyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə yeri Biləsuvar şəhəri, M.İbrahimov küçəsində, “Timur” şadlıq sarayının yanında yerləşən, 302 nömrəli evin qarşısında yerləşir. Hadisə baş verən yerdə yol asfalt örtüklüdür, düzdür və qurudur, görmə məsafəsi kifayət qədərdir, yol işıqlandırılır. Hərəkət zolaqlarının sayı 02 ədəddir. Hadisə baş verən yerdə yol örtüyünün eni 09 metr, hərəkət hissəsinin eni 4,5 metrdir. Yolun sol tərəfində 01 metr hündürlüyündə daş hasar vardır, sonra yaşayış evləri yerləşir. Yolun yol çiyni vardır, daha sonra sağ tərəfində işıqlandırma dirəkləri vardır. Təqsirləndirilən şəxsnn idarə etdiyi “VAZ-21074” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil isə hadisə yerində aşkar edilməmişdir. Hadisə yerində “VAZ-21074” markalı, **- LC-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid dairəvi və cütləşmiş şin izlərinin olmaması müəyyən olunmuşdur. Hadisə zamanı piyada Zərərçəkmiş şəxs yolun sol tərəfində ehtiyyat hissədə dayanmışdır. İş materiallarında olan yol-nəqliyyat hadisəsi ekspertizasının 27 dekabr 2022-ci il tarixli 8\3450 nömrəli rəyindən görünür ki, “VAZ-21074” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan Biləsuvar rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinin 19 noyabr 2022-ci il tarixli, 463 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Təqsirləndirilən şəxs hadisə baş verən anda sərxoş vəziyyətdə olmaması göstərilmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 22 noyabr 2022-ci il tarixli, 425 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs “çənə sümüyünün soldan sınığı, çənəaltı nahiyənin əzilmiş yarası, sifətin sol yarısının, sol əlin və sol baldır nahiyəsinin sıyrıqları” ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli xəsarətlərin olması müəyyən edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gələ bilər, əmələ gəlmə müddəti 18 noyabr 2022-ci il tarixə uyğun gəlir və avtoqəza nəticəsində törənə bilərdi. Cinayət işi materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 1(022)/-46/2023 saylı cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarının sürətindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və həmin hissədə cinayət işi üzrə icraata xitam verilmişdir. Beləliklə, göstərilən sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunlara əməl etməyib 18 noyabr 2022-ci il tarixdə saat 23 radələrində “BC” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar şəhəri, M.İbrahimov küçəsində, “Timur” şadlıq sarayının qarşısından keçən yolda hərəkət etdirərkən, yolun sol kənarında, yolun hərəkət hissəsindən 2 metr kənarda, ehtiyat hissədə dayanmış piyada Zərərçəkmiş şəxs avtomobilin arxa sağ hissəsi ilə vurmaqla zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətdikdən sonra, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin, 4-cü hissəsinin, 2-ci bəndinin tələblərini pozmaqla zərər çəkmiş şəxsə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu halda bunları etməyərək hadisə yerindən qaçmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla isə təsdiq olunur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətdikdən sonra zərər çəkmiş şəxsə ilkin tibbi yardım göstərilməsi üçün hər hansı tədbir görmədən, təcili tibbi yardım maşını çağırmadan, Zərərçəkmiş şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə xəstəxanaya aparmadan, habelə şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmadan, hadisə yerini tərk etmiş və təkrarən hadisə yerinə qayıtmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cavanlığını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayətlər törətməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tamamilə ödəyərək onunla barışıq əldə etməsini, “Vətən Müharibəsi” iştirakçısı olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları zamanı aldığı xəsarətlər nəticəsində sağ gözünün görmə qabiliyyətini tamam itirməsini və 3-cü dərəcəli əlil olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Avropa İnsan Hüquqları Məhkəməsi isə özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; De Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.2-ci maddəsinə əssən törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmuyu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. Həmin Məcəllənin 62.1 və 62.2-ci maddələrinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza təyin edə bilər. Cəzanı yüngülləşdirilən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 5-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin, bu zaman CM-in 62-ci maddəsinə mütləq istinad edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu, eləcə də törətdiyi əməldən səmimi peşman olmasını, cavanlığını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayətlər törətməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tamamilə ödəyərək onunla barışıq əldə etməsini, “Vətən Müharibəsi” iştirakçısı olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları zamanı aldığı xəsarətlər nəticəsində sağ gözünün görmə qabiliyyətini tamam itirməsini və 3-cü dərəcəli əlil olmasını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları zamanı aldığı xəsarətlərin müalicəsinə halhazıradək davam etməsini müstəsna hal hesab edir və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində müəyyən ediləndən daha yüngül cəza təyin edilməsini mümkün sayır və hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, islah işləri növündə cəza təyin olunduğu təqdirdə də, təmin edilə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri qismində 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri qətimkan tədbirinin məqsədlərini təmin etdiyinə görə hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə və qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 1 (bir) il 06 (altı) ay müddətinə islah işləri növündə cəza təyin edilsin. İslah işləri növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev № 1(022)-46/2023 Cinayət işi üzrə icraata xitam verilməsi haqqında QƏRAR Biləsuvar Rayon Məhkəməsi, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağzadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 30 mart 2023-cü il tarixdə, Biləsuvar şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1998-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, və Biləsuvar şəhəri, Ax.M.Hüseyn küçəsində yerləşən 125 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunlara əməl etməyərək, 18 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində, “BC” dərəcəli sürücülük vəsiqəsi ilə və etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar şəhəri, M.İbrahimov küçəsində, “Timur” şadlıq sarayının qarşısından keçən yolda, yolun hərəkət hissəsində, öz ətrafında dövr etdirdiyi zaman yolun sol kənarında, yolun hərəkət hissəsindən 2 metr kənarda, ehtiyat hissədə dayanmış Zərərçəkmiş şəxs avtomobilin arxa sağ hissəsi ilə vurmaqla sonuncunun çənə sümüyünün soldan sınığı, çənə altı nahiyənin əzilmiş yarası, sifətin sol yarısının, sol əlin və sol baldır nahiyyəsinin sıyrıqları ilə nəticələnən xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, bununla da idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və həmin Qanunun 37-ci maddəsinin, 4-cü hissəsinin, 2-ci bəndinin tələblərini pozmaqla zərər çəkmiş şəxsə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu halda bunları etməyərək hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, “Vətən Müharibəsində” iştirak edərək, döyüş əməliyyatarı zamanı aldığı xəsarətlər nəticəsində bir gözünü itirmişdir. Buna görə də o, uzun müddətdir ki, Bakı şəhərində və yaşadığı Biləsuvar rayonunda mütəmadi müalicələr alır. 18 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində, o, Əli adlı tanışının Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Timur” şadlıq sarayında keçirilən toy məclisində, təxminən 30 dəqiqə, iştirak etdikdən sonra həmin şadlıq sarayını tərk etmişdir. Bundan bir neçə saat sonra o, etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə, tanışını “Timur” şadlıq sarayına gətirib düşürdükdən sonra avtomobili yerində dövr etdirərək geri dönmək qərarına gəlmişdir. O, Zərərçəkmiş şəxs yolun ehtiyat hissəsində dayandığını görməmiş və idarə etdiyi avtomaşını əks istiqamətdə döndərdiyi zaman həmin avtomobilin arxa hissəsi sürüşmüş və nəqliyyat vasitəsinin arxa təkərləri yolun ehtiyyat hissəsinə düşdüyü üçün orada piyada dayanmış Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ arxa hissəsi ilə vurmuşdur. Hadisədən dərhal sonra o, həmin avtomobili saxlamış, lakin qəzanın baş verdiyi zaman hadisə yerində olan şəxslər sonuncunu başqa bir avtomobilə əyləşdirərək, xəstəxanaya apardıqlarına görə o da həmin nəqliyyat vasitəsinin arxası ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına getmişdir. O, xəstəxanada olan zaman Zərərçəkmiş şəxs qohumları ilə onun arasında mübahisə olacağını zənn etmiş və kərara çəkilmişdir. Bundan sonra o, yaşadığı evə getmiş, cinayət hadisəsi yerinə qayıtmayaraq, hadisə barədə polisə heç bir məlumat verməmişdir. İdarə etdiyi avtomobildə ondan başqa heç kim olmamış və zərərçəkmiş şəxsin hadisə yerində olan digər şəxslər tərəfindən başqa avtomaşınla xəstəxanaya apardıqlarını gördüyünə görə və Zərərçəkmiş şəxs qohumlarının kəskin reaksiyası ilə üzləşməmək üçün həmin vaxt zərərçəkmişi özünün idarə etdiyi avtomobillə Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, 18 noyabr 2022-ci il tarixdə o, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Timur” şaldıq sarayında qonşusu Əlinin toy məclisində iştirak etdikdən sonra, həmin gün, saat 23 radələrində, toy məclisindən çıxıb Bakı şəhərinə getmək üçün həmin şadlıq sarayının qarşısında, yolun ehtiyat hissəsində dayanmışdır. Həmin vaxt həmyerlisi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilini Biləsuvar şəhəri Nizami küçəsi ilə M.İbrahimov küçəsinin kəsişməsində öz ətrafında sürətli şəkildə dövr elətdirmiş, daha sonra “Timur” şadlıq sarayının qarşısına gəlmiş və eyni qaydada avtomobili yerində sürətli şəkildə dövr etdirməyə başlamışdır. Həmin vaxt o, yolun hərəkət hissəsindən təxminən 2-3 metr kənarda, yolun ehtiyat hissəsində dayanmışdır. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin idarə etməsini itirmiş və avtomobilin arxa sağ hissəsi ilə onu vurmuşdur. Zərbə nəticəsində o, yerə yıxılmış və huşunu itirmişdir. O, xəstəxanada ayılmış və daha sonra o, məhkəmə-tibbi ekspertiza müayinəsindən keçmiş, onun çənə sümüyünün sındığı müəyyən edilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu avtomaşınla vurduqdan sonra hadisə yerindən qaçıb getmiş, onu xəstəxanaya başqa şəxslər aparmışlar. Məhz xəstəxanadan verilmiş məlumat əsasında polis əməkdaşları yol-nəqliyyat hadisəsi barədə xəbər tutmuş, daha sonra hadisə şahidlərinin izahatları əsasında hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini müəyyən etmişlər. Habelə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona vurulmuş maddi zərəri tam ödəyərək, onunla barışıq əldə etdiyini, Vətən Müharibəsi iştirakçısı və 3 cü dərəcəli əlil olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirdi və təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Timur” şaldıq sarayının arxa hissəsində yerləşən çay evində ofisiant işləyir. 18 noyabr 2022-ci il tarixdə “Timur” şaldıq sarayında toy məclisi olmuşdur. Həmin günü saat 23 radələrində, o, “Timur” şaldıq sarayının qarşısında dayandığı zaman həmyerlisi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı, **-LC- *** dövlət qeydiyyat nişanlı avtomobilllə həmin restoranın qarşısında, yolun hərəkət hissəsində, müxtəlif manevrlər etdiyini, o cümlədən öz ətrafında sürətli şəkildə dövrə vurduğunu, oradan təxminən 10 metr məsafədə isə qonşusu Zərərçəkmiş şəxs yolun ehtiyat hissəsində dayandığını görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa hissəsi qəflətən Zərərçəkmiş şəxs dəymiş və zərərçəkmiş şəxs üzü üstə yerə yıxılmışdır. Təqsirləndirilən şəxs isə hadisədən sonra idarə etdiyi nəqliyyat vasitəsini saxlamayaraq dərhal hadisə yerindən uzaqlaşmışdır. Buna görə də o, dərhal Zərərçəkmiş şəxs yaxınlaşmış, həmin şəxsin xəsarət aldığını və huşunu itirdiyini görərək, hadisə yerində olan olan digər qonşusu Şahid1 ilə birlikdə zərərçəkmiş şəxsi tanımadığı bir avtomobilə Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışdır. Onlar Zərərçəkmiş şəxs xəstəxanaya apardıqdan təxminən 15-20 dəqiqə sonra Təqsirləndirilən şəxs da oraya gəlmiş, lakin zərərçəkmiş şəxsin müalicəsi ilə maraqlanmayaraq, qısa müddət sonra xəstəxananı tərk etmişdir. İşdə olan 18 noyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə yeri Biləsuvar şəhəri, M.İbrahimov küçəsində, “Timur” şadlıq sarayının yanında yerləşən, 302 nömrəli evin qarşısında yerləşir. Hadisə baş verən yerdə yol asfalt örtüklüdür, düzdür və qurudur, görmə məsafəsi kifayət qədərdir, yol işıqlandırılır. Hərəkət zolaqlarının sayı 02 ədəddir. Hadisə baş verən yerdə yol örtüyünün eni 09 metr, hərəkət hissəsinin eni 4,5 metrdir. Yolun sol tərəfində 01 metr hündürlüyündə daş hasar vardır, sonra yaşayış evləri yerləşir. Yolun yol çiyni vardır, daha sonra sağ tərəfində işıqlandırma dirəkləri vardır. Təqsirləndirilən şəxsnn idarə etdiyi “VAZ-21074” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil isə hadisə yerində aşkar edilməmişdir. Hadisə yerində “VAZ-21074” markalı, **- LC-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid dairəvi və cütləşmiş şin izlərinin olmaması müəyyən olunmuşdur. Hadisə zamanı piyada Zərərçəkmiş şəxs yolun sol tərəfində ehtiyyat hissədə dayanmışdır. İş materiallarında olan yol-nəqliyyat hadisəsi ekspertizasının 27 dekabr 2022-ci il tarixli 8\3450 nömrəli rəyindən görünür ki, “VAZ-21074” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan Biləsuvar rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinin 19 noyabr 2022-ci il tarixli, 463 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Təqsirləndirilən şəxs hadisə baş verən anda sərxoş vəziyyətdə olmaması göstərilmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 22 noyabr 2022-ci il tarixli, 425 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs “çənə sümüyünün soldan sınığı, çənəaltı nahiyənin əzilmiş yarası, sifətin sol yarısının, sol əlin və sol baldır nahiyəsinin sıyrıqları” ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli xəsarətlərin olması müəyyən edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gələ bilər, əmələ gəlmə müddəti 18 noyabr 2022-ci il tarixə uyğun gəlir və avtoqəza nəticəsində törənə bilərdi. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatət verərək, böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə aradan qaldırdığına və zərərçəkmişlə barışıq əldə etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin hissədə cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs xahişini müdafiə edərək, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin hissədə cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydasında təsdiqlənmiş ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurulmuş maddi zərəri tamamilə ödədiyini və onununla barışıq əldə etdiyini və sonuncuya qarşı iddiası, tələbi və şikayəti olmadığını bildirmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin hissədə cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmədə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin hissədə cinayət işinin icraatına xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödədiyinə və zərərçəkmişlə barışdlğına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin hissədə cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəninə görə həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o zərərçəkmiş şəxsə vurduğu zərəri tamamilə aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslərlə barışdığına görə cinayət işi üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsində icraatına xitam verilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmaması məsələsinin aydınlaşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar