Məhkəmə qərarları › İş №1(022)-47/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-47/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-47/2023 24.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Biləsuvar rayonu Əliabad kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Biləsuvar Rayon Məhkməsinin 08 may 2023-cü il tarixli 1(022)-47/2023 saylı qərarı ilə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Biləsuvar Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(022)- 18/2022 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(022)-256/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM- "in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə cəzası tətbiq olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 4650,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və onların birgə nikahdan xx.xx.2014-cü il tarixdə X10, xx.xx.2015-ci il tarixdə X11 və xx.xx.2017-ci il tarixdə X8 adlı 3 övladları dünyaya gəlmişdir. Onun Zərərçəkmiş şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olmuş, lakin sonradan aralarında yaranmış narazıqlar nəticəsində münasibətləri pisləşmiş və o, 2019-cu ilin yay aylarında övladlarını Zərərçəkmiş şəxs yanına qoyaraq valideyinlərinin evinə gedərək orada yaşamağa başlamışdır. Bu səbəbdən də Zərərçəkmiş şəxs ondan rəsmi şəkildə ayrılmaq və uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmasından ötrü aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Biləsuvar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022- ci il tarixli qətnaməsinə əsasən onların arasında olan nikaha xitam verilərək ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə onun qeydiyyatda olduğu yer üzrə Biləsuvar Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi üçün, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bütün bu olanlara baxmayaraq, o, Zərərçəkmiş şəxs olan aliment borcunu ödəməmiş və bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs yaranmış olan 4650,00 manat aliment borcunu ödəməmişdir. Hal hazırda da qeyd olunan aliment borcunu ödəyə bilmir. Əlavə olaraq göstərmişdir ki, o, hal hazırda işləri ilə əlaqədar müvəqqəti olaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Polis Akademiyasının yaxınlığında yerləşən fərdi yaşayış evində tək olaraq kirayədə yaşayır və fərdi əmək fəaliyyəti ilə yəni Bakı şəhərinin müxtəlif kafe və restoranlarında ofisiant işləyərək gündəlik 10,00-15,00 manat olmaqla aylıq orta hesabla 300,00-450,00 manat qazanc əldə edir və dövlət məşğulluq filialından təklif olunan işlərdə əmək haqqının az olduğunu bildirərək, fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün məşğulluq mərkəzinə müraciət etməmişdir. Hazırda da onun alimenti ödəməyə maddi cəhətdən imkanı yoxdur. Əldə etdiyi qazanc özünü dolandırmağa güclə çatır. Münasib iş tapıb işləyərək pul qazana biləcəyi halda, aliment borcunu ödəyəcəkdir. Sonda Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və onların birgə nikahdan xx.xx.2014-cü il tarixdə X10, xx.xx.2015-ci il tarixdə X11 və xx.xx.2017-ci il tarixdə X8 adlı 3 övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olmuş, lakin sonradan aralarında yaranmış narazıqlar nəticəsində münasibətləri pisləşmiş və Təqsirləndirilən şəxs 2019-cu ilin yay aylarında övladlarını onun yanına qoyaraq atası evinə gedərək orada yaşamağa başlamışdır. O, bir neçə dəfə Təqsirləndirilən şəxs ilə barışmaq istəsə də, Təqsirləndirilən şəxs ailənin yenidən bərpa olunması üçün heç bir addım atmamışdır. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs rəsmi şəkildə ayrılmaq və uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmalarından ötrü aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Biləsuvar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onların arasında olan nikaha xitam verilərək Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017- ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Biləsuvar Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Qasımova X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi üçün, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək yaranmış olan 4650,00 manat aliment borcunu ödəməmişdir. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, onda olan məlumata görə Təqsirləndirilən şəxs Bakı şəhərində yerləşən hər hansısa bir paltar mağazasında satıcı işləyir və o, Təqsirləndirilən şəxs ona borclu olduğu aliment pulunu tələb edən zaman Təqsirləndirilən şəxs qərəzli şəkildə ona aliment ödəməyəcəyini, nə əlindən gəlir etməsini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar Rayon Məhkəməsi tərəfindən verilmiş 2(022)-18/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs hər ay üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 300,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Biləsuvar rayon icra və probasiya şöbəsində başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri görmək üçün edilmiş sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. Biləsuvar Rayon Məhkəməsinin 8(022)-25/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə Biləsuvar Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə ilə tənbeh edilmişdir. Həmin tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmişdir. Təqsirləndirilən şəxs öhdəliyini tam yerinə yetirməmiş və icra sənədi üzrə borcundan tələbkara heç bir ödəniş etməmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Qeyd olunan icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbkara heç bir ödəniş etməmişdir və hazırda borclunun tələbkara 4650,00 manat aliment borcu vardır. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(022)- 18/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi və həmin qətnamə əsasında verilmiş icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay 3 uşağın yetkinlik yaşına çatanadək salanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Həmin icra sənədi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Biləsuvar Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatı əsasında Biləsuvar Rayon Məhkəməsinin 8(022)-25/2022 saylı, xx.xx.2022- ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(022)-256/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən həmin icra vərəqəsində göstərilən tələbi icra etmədiyinə və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 012-18565-1222 saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən təqsirli bilinərək 1000,00 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, cərimə ödənildiyindən xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş X2 X1 Mərkəzi Filialının arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq" altsistemində işaxtaran şəxs kimi qeydiyyata alınmış, filialın əməkdaşı tərəfindən vətəndaş Təqsirləndirilən şəxs ilə əlaqə saxlamaq mümkün olmamışdır. Bununla əlaqədar Təqsirləndirilən şəxs ünvanına bildiriş məktubu göndərilmiş və vətəndaşa filial ilə əlaqə saxlaması və filialın Biləsuvar Rayon Xidmət şöbəsinə yaxınlaşması tövsiyyə olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (indiki İXM-in 528-ci maddəsi) ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda, borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, Qasımova X4 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2(022)-18/2022 saylı qətnaməsini Biləsuvar Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə xx.xx.2022-ci il tarixli 3(022)- 256/2022 tarixli qərarına əsasən İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, yenidən qərəzli olaraq icra etməmiş və buna görə də icra qurumu olan Biləsuvar Rayon İcra Şöbəsinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bununla da Təqsirləndirilən şəxsnun CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmədən qaçıb gizləndiyinə görə Biləsuvar rayon məhkəməsinin 15 mart 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs tutularaq xx.xx.2023-cü il tarixdə Biləsuvar rayon məhkəməsinə təhvil verilmişdir. Biləsuvar Rayon Məhkməsinin 08 may 2023-cü il tarixli 1(022)-47/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxsnun şəxsiyyətini və təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxsnun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 306.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalardan birinin təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə borc məbləğinin miqdarını, hazırkı vaxta kimi onun ödənilməsinə yönələn hər hansı cəhdin iş materialları ilə təsdiq edilməməsini və bununla da icrası məcburi olan qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeydliyi, habelə zərərçəkmişlə barışığın əldə edilməməsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə CM-in 306.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 17 (on yeddi) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 17 (on yeddi) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 26 (iyrmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirlib hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar