Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-47/2024 03.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Biləsuvar rayonu, Təzəkənd bələdiyyəsinin sədr müavini, məhkumluğu olmayan, Biləsuvar rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 05 dekabr 2023- cü il tarixli qərarla «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasıda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində Biləsuvar şəhəri, Pərvin Əliyev küçəsində yerləşən «Ay işığı» şadlıq sarayının həyətində, ictimai yerdə, Biləsuvar rayonu Yuxarı Cürəli kənd sakini Zərərçəkmiş şəxs qardaşı Hatəm Xankişiyevə toy məclisində spirtli içki içirməsini irad bildirərək heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək, kənar şəxslərin olduğu yerdə Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər işlədib səs-küy salıb cəmiyyətə açıqca hörmətsizlik edərək onun üzərinə hücum edib özu ilə gəzdirdiyi istintaqla əldə edilməsi mümkün olmayan bıçaqdan silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs sol qoluna bir dəfə zərbə vuraraq ona sol said nahiyyəsində kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirdikdən sonra oradan uzaqlaşmış, bundan təxminən 10-15 dəqiqə sonra Zərərçəkmiş şəxs xəsarət alması ilə bağlı ona tibbi yardım göstərilməsi üçün çağırılmış Biləsuvar RMX-nın TTYŞ-nin əməkdaşlarının xidməti "Mercedes Sprinter" markalı, **-JX- *** dövlət qeydiyyat nişanlı avtomobilində Zərərçəkmiş şəxs tibbi yardım edilməsini görmüş, bundan sonra o. xuliqanlıq hərəkətlərini davam etdirirək heç bir əsaslı səbəb olmadan yenidən Zərərçəkmiş şəxs tibbi yardım göstərilən vaxtı hücum edib sifətindən yumruqla bir-iki dəfə vuraraq sonuncuya üst dodağın selikli qişasına qansızma və sol yanaq nahiyyəsində qançır ilə nəticələnən sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə 20-25 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan xuliqanlıq hərəkətləri elmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs törədilmiş əməldə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2014-cü ilin dekabr ayından Biləsuvar rayon Təzəkənd Bələdiyyəsinin sədr müavini vəzifəsində işləyir. 19 sentyabr 2023-cü il tarixdə həmkəndlisi X2 qız övladının Biləsuvar şəhəri, P.Əliyev küçəsində yerləşən "Ay işığı" restoranında keçrilən toy məclisinə saat 18 radələrində getməsini bildirmişdir. O. restoranda sipirtli içki içmişdir. Təxminən saat 19 radələrində X13 ona yaxınlaşaraq xəstə qardaşı Hatəm Xankişiyevin içkili halda restoranın qarşısında olmasını demişdir. O, bundan sonra restoranın qarşısına çıxmış və qardaşının avtomobillərin yanında yerdə uzanıqlı vəziyyətdə olmasını görmüşdür. O, qardaşını tutaraq ayaqüstə qaldırmış və onu kimin içirtməsini soruşmuş, lakin Hatəm həddindən artıq spritli içkinin təsiri altında olduğu üçün danışa bilməyərək yerə yıxılmışdır. Həmin vaxt orada olan Biləsuvar rayonu, Yuxarı Cürəli kənd sakini Zərərçəkmiş şəxs qardaşı Hətəmi niyə avtomobildən aşağı düşürtməyini soruşmuşdur. O da Zərərçəkmiş şəxs “sən kimsən" sözlərini deyərək məsələyə müdaxilə etməməsi üçün onu xəbərdarlıq etmişdir. Bundan sonra Zərərçəkmiş şəxsla arasında sözlə mübahisə başlamışdır. O, Zərərçəkmiş şəxs qardaşından uzaqlaşmasını, onu aparacağını demişdir. Bu zaman hadisə yerinə X20 avtomobili gəlmiş, X20 avtomobilindən düşən həkim Şahid5 Zərərçəkmiş şəxs yaxınlaşmışdır. O, Şahid5 xəstə qardaşının yerdə qalmasını, Zərərçəkmiş şəxs niyə yardım etməsini soruşmuşdur. Şahid5lə buna görə aralarında mübahisə olmuşdur. Bu vaxt həmkəndlisi X8 ona yaxınlaşaraq restoranın sanitar qovşağı yerləşən əraziyə aparmışdır. Baş vermiş hadisə Biləsuvar şəhəri, P.Əliyev küçəsində yerləşən "Ay işığı" restoranının həyətində olmuş, hadisə təxminən 10-15 dəqiqə davam etmiş, hadisəni restoranın həyətində olan hal-hazırda xatırlamadağı şəxslər görmüşlər. O, Zərərçəkmiş şəxs bıçaqla və yumruqla xəsarət yetirməmişdir. Məhkəmə iclasının sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun özünə məxsus VAZ 2106 markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O. həmin avtomobil vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, arasında şəxsi ədavət və qərəzlik yoxdur. 19 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində Biləsuvar şəhəri, P.Əliyev küçəsində yerləşən "Ay işığı" restoranın həyətində dayanaraq müştəri gözləmişdir. Həmin vaxt Biləsuvar rayon Təzəkənd kənd sakini Şahid4 restoranın qarşısına çıxaraq ona Təqsirləndirilən şəxs xəstə qardaşını göstərərək evə aparmasını xahiş etmiş və gediş haqqını da verəcəyini bildirmişdir. Şahid4 xəstə olan şəxsi ona məxsus VAZ 2106 markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirmişdir. O, avtomobilin sol qabaq qapısına yaxınlaşdıqda, Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşaraq qardaşını avtomobildən düşürtmək üçün avtomobilin sağ arxa qapısını açaraq özünə tərəf çəkməyə başlamışdır. O, Təqsirləndirilən şəxs bu barədə irad bildirmişdir. Təqsirləndirilən şəxs ona "qardaşımı sən içirtmisən" sözlərini deyərək, üzərinə hücum etmişdir və onun yaxasından tutaraq onunla əlbəyaxa olmuşdur. O, Təqsirləndirilən şəxs özündən uzaqlaşdırmağa çalışmışdır. Ona görə də Təqsirləndirilən şəxs özündən kənara itələmişdir. O, Təqsirləndirilən şəxs itələyərək kənara çəkilən zaman qolunun kəsildiyini və qan axmağa başladığını görmüşdür. Buna görə də o, bir neçə addım geri çəkilmişdir. Həmin vaxt həmkəndlisi Əhmədov X16 tutaraq uzaqlaşdırmaq istəmişdir. Rövşən onun avtomobilinə yenidən yaxınlaşıb içkili olan qardaşını avtomobilin içərisindən çıxardaraq niyə içki içdiyini, içki içməməsi üçün ona əvvəlcədən xəbərdarlıq etməsini bildirirək üzərinə qışqırmağa başlamışdır. Həmin vaxt Təzəkənd kənd sakini X1 tutaraq uzaqlaşdırmışdır. Bu zaman X26 avtomobili hadisə yerinə gəlmişdir. Həkim Şahid5 və Şahid1 köməkliyi ilə X26 avtomobilinə əyləşmişdir. Şahid5 ona ilkin tibbi yardım göstərməyə başlamışdır. Təqsirləndirilən şəxs öz qardaşını sürüyə-sürüyə X26 avtomobilininin içərisinə aparmışdır. Təqsirləndirilən şəxs X26 avtomobilinə daxil olub, onun üzərinə hücum edərək, yumruq zərbələri ilə sifətinin sol tərəfindən bır neçə dəfə yumruq zərbəsi vurmuşdur. Buna görə də Şahid5 Təqsirləndirilən şəxs tutaraq uzaqlaşdırmaq istəmişdir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs tutaraq X26 avtomobilinin içərisindən çıxartmışdır. Bundan sonra X26 avtomobili ilə onu Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparmışlar. O, Təqsirləndirilən şəxs tərəfindən döyüldüyü yeri əyani olaraq təqdim etmişdir. Hadisə Biləsuvar şəhəri, P.Əliyev küçəsində yerləşən "Ay işığı" restoranın həyətində baş vermişdir. Mübahisə ilə birlikdə təxminən 20-25 dəqiqə davam etmiş, hadisəni Biləsuvar rayon Təzəkənd kənd sakinləri Şahid1, X3, Şahid2 və orada olan tanımadığı şəxslər görmüşlər. O, hadisə zamanı Təqsirləndirilən şəxs xəsarət yetirməmiş və buna imkanı da olmamışdır. Sonda Hüseynov X5 Rövşən Canalı oğlu ilə aralarında barışıq əldə edildiyini və ondan şikayət və tələbinin olmadığını, ona görə də ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi (bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir). Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər. Onun təqsiri zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 sentyabr 2023-cü il tarixdə Biləsuvar şəhəri. Təyyarə meydanı, P.Əliyev küçəsində yerləşən “Ay işığı" restoranında Təzəkənd kənd sakini X2 qızının toy məclisinə dəvət edildiyi üçün həmin günü saat 17 radələrində "Ay işığı" restoranına getmişdir. Həmin günü saat 19 radələrində evə getmək üçün restoranın həyətinə çıxmışdır. Orada həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-2106 markalı, **-UU-*** saylı avtomobillə evə getmək üçün yaxınlaşmışdır. O, avtomobilə yaxınlaşan zaman həmkəndlisi Zərərçəkmiş şəxsla Təzəkənd sakini Təqsirləndirilən şəxs arasında mübahisə baş verməsini görmüşdür. O, avtomobilin yanında dayandıqda Təqsirləndirilən şəxs avtomobilin sağ arxa qapısını açaraq avtomobildən qardaşını dartıb yerə yıxmışdır. Buna görə də Zərərçəkmiş şəxs Rövşənə yaxınlaşaraq avtomobilindən qardaşını nə üçün düşürtməsini soruşmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə hücum edərək əlbəyaxa olmuşdur. O, Cəfərlə Rövşənə yaxınlaşaraq Rövşəni aralaşdırmışdır. Bundan sonra Zərərçəkmiş şəxs yaxınlaşanda sonuncu Təqsirləndirilən şəxs onu bıçaqla vurmasını bildirmişdir. Zərərçəkmiş şəxs qoluna baxdıqda sol qolunda kəsilimiş-deşilmiş yaranı görmüşdür. O, bu barədə DİN-nin 102 Zəng-xidmət mərkəzinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 103 qaynar xəttinə məlumat vermişdir. Bir neçə dəqiqə sonra X26ın avtomobili hadisə yerinə gəlmişdir. O, X21 Tibbi yardımın avtomobilinə əyləşdirmişdir. X26ın avtomobilinin içərisində həkim Şahid5 Zərərçəkmiş şəxs tibbi yardım göstərməyə başlamışdır. Həmin vaxt X26ın avtomobilin arxa qapısı açılmış və Təqsirləndirilən şəxs öz xəstə qardaşını avtomobilin içərisinə atmışdır. Təqsirləndirilən şəxs X26ın avtomobilinin içərisinə daxıl olaraq Zərərçəkmiş şəxs yaxınlaşıb yaxasından tutub, özünə tərəf çəkərək dodaq və üz nahiyəsindən yumruq zərbələri vurmağa başlamışdır. Daha sonra Şahid5 X26ın avtomobilinin içərisində Təqsirləndirilən şəxs çölə çıxartmaq üçün tutub saxlamış, buna gorə də o, Təqsirləndirilən şəxs X26ın avtomobilin içərisindən çölə çıxartmışdır. Həmin vaxt orada olan tanımadığı şəxslər Təqsirləndirilən şəxs tutaraq ondan aralaşdırmışlar. O, bundan sonra hadisə yerindən uzaqlaşmışdır. Hadisə Biləsuvar şəhəri, Pərvin Əliyev küçəsi ilə Əskərabad kəndi istiqamətində gedən zaman yolun sağ tərəfində yerləşən ‘Ay İşığı" restoranın həyətində baş vermiş, təxminən 20 dəqiqə davam etmiş və ətrafda təxminən 30 nəfər tanımadığı şəxslər olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsini görməmiş, sadəcə olaraq hadisə zamanı sonuncunun qolundan qan gəlməsini görmüşdür. Təqsirləndirilən şəxs X26 avtomobilinin içərisinə daxil olaraq Zərərçəkmiş şəxs yaxınlaşıb yaxasından tutub, özünə tərəf çəkdikdən sonra dodaq və üz nahiyəsindən yumruqla zərbələr vurmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs X26ın həkimi Şahid5 döyməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki. Biləsuvar rayon X6 X22 növbətçi həkim vəzifəsində işləyir. 19 sentyabr 2023-cu il tarixdə saat 19 radələrində Biləsuvar rayon X7 X14 şəhəri, P.Əliyev küçəsində yerləşən "Ay işığı" restoranın həyətində Zərərçəkmiş şəxs tanıdığı şəxs tərəfindən bıçaqlanması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar sürücü Çingiz Abbasov və ferdşer Şahid3 ilə birlikdə Biləsuvar şəhəri, P Əliyev küçəsində yerləşən "Ay işığı’ restoranına getmişlər. Onlar restoranın həyətinə daxil olaraq çoxlu insanların dayandığı yerə yaxınlaşmışlar. Çingiz Abbasov avtomobili saxlayan kimi tanımadığı bir nəfər şəxs Zərərçəkmiş şəxs avtomobilə tərəf gətirərək sol qolundan bıçaqlanmasını demişdir. O, Zərərçəkmiş şəxs avtomobilin yan qapısından içəri daxil edərək ona ilkin tibbi yardım göstərməyə başlamışdır. Bu zaman əvvəlcədən rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs qardaşı Hatəm Xankişiyevi itələyərək avtomobilin arxa qapısından içəri daxil etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs niyə X26 çağırdığını deyərək mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs avtomobilin yan qapısından içəri daxil olaraq onun tibbi yardım göstərdiyi Zərərçəkmiş şəxs yaxasından tutub üz və baş nahiyəsinə bır neçə dəfə yumruqla zərbə vurmuşdur. Buna görə də Şahid3 Zərərçəkmiş şəxs tutaraq özünə tərəf çəkmiş, həmin vaxt o da Təqsirləndirilən şəxs tutub, avtomobildən kənarlaşdırmaq istəmişdir. Bu zaman tanımadığı bir nəfər şəxs Təqsirləndirilən şəxs avtomobildən duşürmuş və uzaqlaşırmaq istəmişdir, lakin Təqsirləndirilən şəxs avtomobilin yan hissəsində onun yaxasından tutaraq özünə tərəf çəkmiş, həmin vaxt əli ehtiyatsızlıqdan onun sol goz nahiyəsinə dəymişdir. Həmin vaxt orada toplaşmış şəxslər Təqsirləndirilən şəxs tutaraq uzaqlaşdırmışlar. Onlar bundan sonra Zərərçəkmiş şəxs tibbi yardım göstərməyə davam elmişlər və oradan uzaqlaşaraq zərərçəkmiş şəxsi və X11 rayon X12 şöbəsinə gətirərək təhvil vermişlər. Hadisə Biləsuvar şəhəri, Pərvin Əliyev küçəsi ilə Əskərabad kəndi istiqamətində gedən zaman yolun sağ tərəfində yerləşən «Ay İşığı» restoranın həyətində baş vermiş, onlar təxminən 10 dəqiqə restoranın həyətində qalmışlar və ətrafda təxminən 30-40 nəfər tanımadığı şəxslər olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsini görməmiş, sadəcə olaraq o, Zərərçəkmiş şəxs ilk dəfə görən zaman sol qolunda bıçaq yarası olmuş, eyni zamanda X26 avtomobilinin içərisində Rövşən Zərərçəkmiş şəxs onun yanında sifətindən bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs X26 avtomobilinin içərisinə daxil olmaq istəmiş, lakin o, içəri qoymamış, buna görə də Rövşən onunla sözlə mübahisə etmişdir. Hadisə günü çoxlu sayda ünvanda olmuş və buna görə də əsəbi halda olmuş və Təqsirləndirilən şəxs də onunla kobud şəkildə danışaraq mübahisə etdiyi uçun o, əsəbindən döyülməyi barədə ərizə ilə polis şöbəsinə müraciət etmiş, lakin daha sonradan səhvini başa düşərək, şikayətinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon X6 X22 növbətçi feldşer vəzifəsində işləyir. 19 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində Biləsuvar rayon X6 X14 şəhəri, P.Əliyev küçəsində yerləşən "Ay işığı’ restoranın həyətində Zərərçəkmiş şəxs tanıdığı şəxs tərəfindən bıçaqlanması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar sürücü Çingiz Abbasov və həkim Şahid5 ilə birlikdə Biləsuvar şəhəri, P.Əliyev küçəsində yerləşən «Ay işığı» restoranına getmişlər. Onlar restoranın həyətinə daxil olaraq çoxlu insanların dayandığı yerə yaxınlaşmışlar. Çingiz Abbasov avtomobili saxlayan kimi tanımadığı bir nəfər şəxs Zərərçəkmiş şəxs avtomobilə tərəf gətirərək sol qolundan bıçaqlanmasını bildirmişdir. Şahid5lə Zərərçəkmiş şəxs avtomobilin yan qapısından içəri daxil edərək ona ilkin tibbi yardım göstərməyə başlamışlar. Bu zaman əvvəlcədən rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs qardaşı Hatəm Xankişiyevi itələyərək avtomobilin arxa qapısından içəri daxil etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs niyə X26 çağırdığını deyərək mübahisə elməyə başlamışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs avtomobilin yan qapısından içəri daxil olub, həkim Şahid5 tibbi yardım göstərdiyi Zərərçəkmiş şəxs yaxasından tutaraq üz və baş nahiyəsinə bir neçə dəfə yumruqla zərbə vurmuşdur. Buna görə də o, Zərərçəkmiş şəxs tutaraq özünə tərəf çəkmiş, həmin vaxt Şahid5 Təqsirləndirilən şəxs tutaraq avtomobildən kənarlaşdırmaq istəmiş, həmçinin tanımadığı bir nəfər şəxs Təqsirləndirilən şəxs tutaraq avtomobildən düşürmüş və uzaqlaşırdırmışdır. Bu zaman o. avtomobilin içərisində olduğu üçün heç nə görməmişdir. Daha sonra orada toplaşmış şəxslər Təqsirləndirilən şəxs tutaraq uzaqlaşdırmışdır. Onlar bundan sonra Zərərçəkmiş şəxs tibbi yardım göstərməyə davam etmişlər və oradan uzaqlaşaraq zərərçəkmiş şəxsi və X11 rayon X12 şöbəsinə gətirib təhvil vermişlər. Hadisə Biləsuvar şəhəri, Pərvin Əliyev küçəsi ilə Əskərabad kəndi istiqamətində gedən zaman yolun sağ tərəfində yerləşən "Ay işığı” restoranın həyətində baş vermiş, onlar təxminən 10 dəqiqə restoranın həyətində qalmışlar və ətrafda təxminən 30-40 nəfər tanımadığı şəxslər olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsini görməmiş, sadəcə olaraq o, Zərərçəkmiş şəxs ilk dəfə görən zaman onun sol qolunda bıçaq yarası olmuş, eyni zamanda X26 avtomobilinin içərisində Rövşən Zərərçəkmiş şəxs onun yanında sifətindən bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs X26 avtomobilinin içərisinə daxil olmaq istəmiş, lakin onlar içəri daxil olmasına icazə verməmişlər, buna görə də Rövşən Şahid5 yaxasında tutmasını görmüş, lakin sonuncuya yumruq vurmasını görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki. Biləsuvar şəhəri, Pərvin Əliyev küçəsi ilə Əskərabad kəndi istiqamətində gedən zaman yolun sağ tərəfində yerləşən "Ay İşığı’ restoranında baş ofissant işləyir, lakin admınstrator olmadığı üçün restorana müvəqqəti nəzarət edir. 19 sentyabr 2023-cü il tarixdə Biləsuvar rayon Təzəkənd kənd sakini X2 qızının toy məclisi restoranda təşkil edilmişdir. Saat 17:00-da toy məclisi başlamışdır. Həmin toyda Şəmsəddin Quliyev spirtli içki vermişdir. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəlcədən tanımamış və aralarında əvvəlcədən heç bır münasibət olmamışdır. Həmin günü saat 19 radələrində restoranın həyətində səs-küy eşitmiş və həyətə düşmüşdür. O, həyətə düşən zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs xəstə qardaşı Hatəm Xankişiyevə sipırtli içki içirdən şəxslərin ünvanına ucadan nalayiq ifadələr işlətməsini, təxminən 20 nəfərədək tanımadığı şəxsin Təqsirləndirilən şəxs tamaşa etməsini, lakin müdaxilə etmədiyini görmüşdür. Bu zaman X26 avtomobili restoranın həyətinə daxil olaraq camaat toplaşan yerdə dayanmışdır. Ambulansdan həkim Şahid5 və bir neçə nəfər şəxs aşağı düşmüşdür. Şahid5 orada sol qolundan qan axan Zərərçəkmiş şəxs ambulansa əyləşdirərək ilkin tibbi yardım göstərməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs qardaşı Hatəm Xankişiyevi ambulansın arxa qapısından itələyərək içəri atmışdır. Təqsirləndirilən şəxs ambulansın içərisinə daxil olaraq mübahisə etməyə başlamışdır. O, ambulansın arxa tərəfində olduğu və həmin vaxt ambulansın ətrafına çoxlu sayda adam toplaşdığı uçün baş verən hadisləri görə bilməmiş, lakın ambulansın içərisindən ucadan səs-küy gəlməsini eşitmişdir. Təqsirləndirilən şəxs ambulansın içərisindən çıxardaraq uzaqlaşdırmışlar. Bu zaman polis əməkdaşları restoranın həyətinə daxil olmuşlar. Hadisə Biləsuvar şəhəri, Pərvin Əliyev küçəsi ilə Əskərabad kəndi istiqamətində gedən zaman yolun sağ tərəfində yerləşən «Ay İşığı» restoranın həyətində baş vermiş, təxminən 10-15 dəqiqə davam etmiş və ətrafda təxminən 20-30 nəfər tanımadığı şəxslər olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, 19 sentyabr 2023-cü il tarixdə Biləsuvar rayon, Təzəkənd kənd sakini X2 qız övladının Biləsuvar şəhəri, P.Əliyev küçəsində yerləşən “Ay işığı” restoranında keçirilən toy məclisinə tamada kimi dəvət edilmişdir. 19 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində həmin toy məclisində iştirak etmək üçün "Ay işığı" restoranına getmişdir. Toy davam edən zaman tanımadığı Təzəkənd kənd sakinlərindən biri ona yaxınlaşmış və kənd sakini, epilepsiya xəstəsi kimi tanıdığı Hatəm Xankişiyevin onu çağırmasını demişdir. O da buna görə reslorandan çölə çıxmış və Haləmin restoranın həyətində olan çay evinin qarşısında əyləşməsini görmüşdür. O, Hətəmə yaxınlaşan zaman vəziyyətinin yaxşı olmadığını görmüş və sonuncu ondan evə getmək üçün komək istəmişdir. O da buna görə Hatəmin yanında olan tanımadığı bir azyaşlıya beş manat pul vermiş və "restoranın həyətində dayanmış taksilərin birinə əyləşin və evə gedin" sözlərini demişdir. Daha sonra o, restoranın içərisinə getmiş vo toy qurtardıqdan sonra restorandan çıxmışdır. Buna görə də restoranın həyətində baş verən hadisələrdən məlumatı olmamışdır. İş materiallarına əlavə edilmiş Cəlilabad MTE və PA ETT 1019 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sol said nahiyəsində kəsilmiş yara, ust dodağın selikli qişasına qansızma və sol yanaq nahiyyəsində qançır müəyyən olundu, sol said nahiyəsində kəsilmiş yara xəsarəti kəsici əşyanın, ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sol said nahiyəsində kəsilmiş yara xəsarəti sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir, digərləri isə dərəcəsinə görə zərərvurmayan xəsarətlərə aiddir. İş materiallarına əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3398 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Qeyd olunmalıdır ki, anamnestik məlumatlara əsasən Təqsirləndirilən şəxs epilepsiya xəstəliyindən əziyyət çəkir, lakin hazırda epilepsiya xəstəliyinin fəsadı kimi yarana biləcək hər hansı psixi pozuntu müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. O, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini faktiki xarakterini, ictimai təhlükəlilıyıni dərk etmək və onları idarə etmək iqtiradında olmuşdur. Buna görə də o. törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutularn cinayət əməlini törətdiyinə görə xx.xx.2016-ci il tarixdə Biləsuvar rayon məhkəməsinin hökmü ilə barəsində 09 ay islah işləri cəzası təyin edilmiş, 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə gorə xx.xx.2016ci il tarixdə Biləsuvar rayon məhkəməsinin hökmü ilə barəsində 01 il islah işləri cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə xx.xx.2017-ci il tarixdə Biləsuvar rayon məhkəməsinin hökmü ilə barəsində 06 il islah işləri cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, lakin xx.xx.2019-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsi ilə material üzrə xitam edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs dava-dalaş zamanı vurmadığını və ona bıçaqla xəsarət yetirmədiyini göstərsə də, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə potokol, Biləsuvar rayon MTE-dən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1019 nömrəli rəyi, üzləşdirmə protokolu və ifadələrin yerində yoxlanılması bərədə protokollar və eləcə də işdə olan digər sənədlərlə onun CM-nın 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir və məhkəmə onun ifadəsini özünü müdafiə xarakterli hesab edir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və himayəsində bir nəfər azyaşlı uşağının (xx.xx.2016-cı il təvəllüdlü X9) olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətinə düzgün qiymət verərək, cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarındakı tövsiyələrini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan 04 dekabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Biləsuvar RPŞ-nın İstintaq Bölməsinin icraatında Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə olan 690778 nömrəli, xx.xx.2023-cü il tarixli axtarış işi üzrə axtarışı elan olunmuş, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə tutulmuş və Biləsuvar RPŞ-nın NH-nə təhvil verilmişdir. Biləsuvar Rayon Məhkəmsinin xx.xx.2023-cü il tarixli 4(022)-65/2023 saylı qərarı ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 2 ay 10 gün müddətinə, yəni 13 fevral 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. CM-in 56.1-ci və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X24
Məhkəmə qərarları › İş №1(022)-47/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-47/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver