Məhkəmə qərarları › İş №1(022)-47/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-47/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-47/2025 18.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi(məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1979-cu il tarixdə Biləsuvar rayonu, Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 uşağı olan, İİ dərəcəli əlil, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Günəşli kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdə, saat 16 radələrində Biləsuvar rayonu, Günəşli kəndində yerləşən və birgə yaşadıqları fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətlər zəminində, yəni Zərərçəkmiş şəxs ona başqa qadınlarla münasibətdə olması barədə irad bildirdiyinə görə, yaranmış mübahisə zamanı əlləri ilə sonuncunun boğaz nahiyəsindən tutub sıxaraq və baş nahiyəsinə yumruqla zərbə vuraraq, ona sağ gicgah çənə nahiyəsində hematoma, sol qaşaltı nahiyədə qançır və alt dodağın sol yarısınınselikli qişasında əzilmiş yara ilə nəticələnmiş xəsarətlər yetirməklə, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır və onlar artıq 27 ildir ki, evlidirlər. Onlar evləndikləri vaxtdan Biləsuvar rayonu, Günəşli kəndində ona məxsus fərdi yaşayış evində yaşamağa başlamışlar. Onların birgə nikahlarından 5 övladı doğulmuşdur və artıq 4 övladı yetkinlik yaşına çatmış, 2 oğlu isə artıq evlənərək ailə qurmuşlar. Son dövrlərdə onunla arvadı Zərərçəkmiş şəxs arasında tez-tez qısqanclıq zəminində mübahisələr baş vermişdir. Belə ki, arvadı Zərərçəkmiş şəxs onu, İran İslam Respublikasına ticarət məqsədilə aparan qadına qısqandığı üçün tez-tez onunla münaqişələr yaratmış, o, evi tərk etsə də, oğullarının xahişi ilə yaşadığı evə qayıtmışdır. Sonuncu dəfə o, 17 fevral 2025-ci il tarixdə, saat 16 radələrində yaşadığı evin həyətində olarkən Zərərçəkmiş şəxs ondan dayısı Nadirin mobil telefon nömrəsini istəmişdir. O, zərərçəkmiş şəxsdən dayısının nömrəsini istəməyinin səbəbini soruşduqda, sonuncu ona dayısı ilə danışmaq istədiyini, onun başqa qadınlarla münasibətdə olduğuna görə artıq ərarvad münasibətlərini davam etdirmək istəmədiyini ona bildirmişdir. Həmin vaxt o, arvadı Zərərçəkmiş şəxs gəlinlərinin və oğullarının yanında onunla belə tərzdə danışmamasını söyləsə də, sonuncu onunla həmin tərzdə danışmağa davam etmişdir. Daha sonra Zərərçəkmiş şəxs yaşadıqları evin həyətində yerləşən və hərdənbir mətbəx kimi istifadə etdikləri tikiliyə daxil olmuş və onun haqqında danışmağa davam etmişdir. O, zərərçəkmiş şəxsin sözlərindən qəzəblənərək, Zərərçəkmiş şəxs yaxasından tutaraq, sonununcunu qüvvətli zərbə ilə döşəmənin üstünə yıxmışdır. Həmin vaxt evdə olan oğlu Şahid otağa daxil olmuş və dərhal onu Zərərçəkmiş şəxs ayırmışdır. O, əsəbi olduğu üçün həmin vaxt özünü idarə edə bilməmiş və arvadını xəsarət yetirmişdir. O, bundan sonra sakitləşmiş və etdiyi əməldən peşman olmuşdur. Lakin Zərərçəkmiş şəxs onu bağışlamayarq, Biləsuvar rayon polis şöbəsinə onun barəsində şikayət etmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, himayəsində 1 uşağının olduğunu və İİ dərəcəli əlil olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o və Təqsirləndirilən şəxs 1999-cu ildə el adətinə uyğun olaraq, toy edərək evlənmiş, sonradan isə faktiki nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahından 5 uşağı anadan olmuşdur. Onunla Təqsirləndirilən şəxs arasında tez-tez məişət zəminində münaqişələr baş vermişdir. Belə ki, əri Təqsirləndirilən şəxs başqa qadınlarla münasibətdə olaraq, onu dəfələrlə xəyanət etmiş və ən cüzi problemdə belə ona qarşı fiziki və psixoloji təzyiqlər etmişdir. 17 fevral 2025-ci il tarixdə, saat 16 radələrində o, Təqsirləndirilən şəxs yanına gedərək, sonuncuya artıq başqa qadınlarla münasibətdə olduğu üçün ər-arvad münasibətlərini davam etdirmək istəmədiyini bildirmiş və dayısı Nadirin mobil telefon nömrəsini ona verməsini xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ondan dayısının nömrəsini niyə istədiyini soruşmuş və o, həmin şəxsə dayısı Nadirlə onun barəsində danışacağını demişdir. Lakin əri ona dayısının nömrəsini verməyərək, onun yaxasından yapışmış və onu qüvvətli zərbə ilə döşəmənin üstünə çırpmışdır. Daha sonra isə həmin şəxs onun üstündə oturmuş və əlləri ilə boğaz nahiyəsindən tutaraq, onu boğmağa başlamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs onun sifət və baş nahiyələrinə yumruqla bir neçə dəfə zərələr vurmuşdur. Həmin vaxt oğlu Şahid onun səsini eşidərək, otağa daxil olmuş və dərhal Təqsirləndirilən şəxs ondan ayırmışdır. O, ərinin ona vurduğu zərbələrin təsirindən özündə olmamış və oğluna dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng etməsini tapşırmışdır. Daha sonra isə o, Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona qarşı fiziki zorakılıq tətbiq etməsi barədə hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs etdiyi əməlinə görə bağışladığını bildirdi və məhkəmədən həmin şəxs barəsində cəza təyin edilməməsini xahiş etdi. İş materiallarında olan canlı şəxsin ekspertizasının 18 fevral 2025-ci il tarixli, 53 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gicgah çənə oynağı nahiyəsində hematoma, sol qaşaltı nahiyədə qançır və alt dodağın sol yarısının selikli qişasında əzilmiş yara xəsarətləri müəyyən edilmişdir, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əl ilə vurma nəticəsində əmələ gələ bilər, törəmə müddəti 17 fevral 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə gorə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə görə şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 1(022)-151/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurduğuna görə 2022-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona vurulmuş zərəri tamamilə aradan qaldırdığına görə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə və Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən əvvəllər 1 dəfə azad olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və həmin şəxsə dəymiş ziyanı tamamilə ödəməsi həmin şəxsi cinayət məsuliyyətindən azad edən hal deyil, iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə səmimi peşman olmasını, zərərçəkmiş şəxslə razılıq əldə etməsini, İİ dərəcəli əlil olduğunu və himayəsində 1 uşağının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla, 1 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar