Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-48/2024 20.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Biləsuvar rayonu Çaylı kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu Çaylı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 11 yanvar 2024-ci il tarixdə saat 09 radələrində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə ailə münasibətləri zəminində yəni, sonuncunun yaşadığı evdən ondan icazəsiz pul götürməsi səbəbindən yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yumruqla bir neçə dəfə çiyin və sinə nahiyəsindən vuraraq ona "sol bazu oynağında hemotoma və hərəkət məhdudluğu" ilə nəticələnən xəsarətlər yetirərək zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onlar 2006-cı ildən evlidirlər və 2 övladları vardır. Əvvəllər onların münasibəti normal olmuşdur. Son vaxtlar qayınlarının onların ailə söhbətlərinə müdaxilə etdikləri üçün arvadı İlahə ilə mübahisələri olmuşdur. O, 11 yanvar 2024-ci il tarixdə saat 09 radələrində kənddə olan hüzr məclisinə getmək üçün evdə olan 5 manat pulu qoyduğu yerdən götürmək istəyəndə pulun olmadığını görmüşdür.O, arvadı Zərərçəkmiş şəxs 5 manat pulun harada olmasını soruşmuşdur, Zərərçəkmiş şəxs ona 10 yanvar 2024-ci il tarixdə Biləsuvar rayon xəstəxanasına gedəndə özünün yol pulu etdiyini demişdir. Bundan sonra onların arasında mübahisə başlamışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs ona cavab qaytardığı üçün sol əli ilə Zərərçəkmiş şəxs çiyin və sinə nahiyəsindən vurmuşdur.O, bundan sonra evdən çıxıb kənddə olan hüzr məclisinə getmişdir. O, arvadı Zərərçəkmiş şəxs ilə arasında olan mübahisə zamanı yanlarında heç kimin olmadığını, aralarındakı davanın mübahisə ilə birlikdə 5 dəqiqəyə yaxın vaxt çəkdiyini qeyd etmişdir. Lakin hazırda o, əməlindən peşmançılıq hissi keçirir, buna görə Zərərçəkmiş şəxs üzr istəyib, Zərərçəkmiş şəxs dəymiş ziyanı aradan qaldırmış və Zərərçəkmiş şəxs ilə barışığa nail olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 17 ildir ailə həyatı qurmuşdur. Onların birgə nakahlarından 2 azyaşlı övladları vardır. Əvvəllər münasibətiləri normal olmuşdur. Son vaxtlar əri Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onu nəlayiq ifadələrlə təhqir etmişdir. O, ailəsinin dağılmaması üçün heç bir yerə müraciət etməmişdir. O, 10 yanvar 2024-ci il tarixdə şəkər xəstəliyi ilə əlaqədar Biləsuvar rayon Xəstəxanasına getmək üçün evdən 5 manat pul götürmüş,11 yanvar 2024-cü il tarixdə əri Təqsirləndirilən şəxs ona evdən 5 manat pulu götürməyini soruşmuşdur. O, Təqsirləndirilən şəxs 5 manat pulu xəstəxanaya getmək üçün götürdüyünü demişdir. Bundan sonra əri Niyaməddin onunla mübahisə edərək onu təhqir etməyə başlamış və ona yol pulunu qardaşlarından almasını demişdir. O, qardaşlarının pul verəcəyini və problem olmadığını deyəndə əri Təqsirləndirilən şəxs onu təhqir edərək üzərinə hücum çəkib sinə və çiyin nahiyəsindən yumruqla bir neçə dəfə vurmuşdur.Bundan sonra o, yaşadığı evdən çıxıb rayon xəstəxanasına getmiş və DİN-ın 102 xidməti zəng mərkəzinə zəng vurub məlumat vermişdir.O, əri Təqsirləndirilən şəxs onu 11 yanvar 2024-ci il tarixdə saat 09 radələrində yaşadığıları evdə sinə və çiyin nahiyəsindən yumruqla bır neçə dəfə vuraraq döydüyünü, həmin davanın mübahisə ilə birlikdə təxminən 10 dəqiqə vaxt davam etməsini qeyd etmişdir. Təqsirləndirilən şəxs sonradan ondan üzr istəyib, dəymiş ziyanı aradan qaldırmış və onunla barışığa nail olmuşdur. Məhkəmə iclasında barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs vəsatət təqdim edərək bildirdi ki, Zərərçəkmiş şəxs üzr istəmiş, ona dəymiş ziyanı tam şəkildə ödəmiş, hazırda münasibətləri normalıdır. Zərərçəkmiş şəxs onu bağışlamışdır. Təqsirləndirilən şəxs onun barəsində bəraətverici əsaslar olmadan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vəsatət verərək bildirdi ki, o, Təqsirləndirilən şəxs bağışlamış və onunla hazırda münasibətləri normalıdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs barəsində işin icraatına xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirdi. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon MTE və PA ETT-in xx.xx.2024-ci il tarixli 22 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş "sol bazu oynağında hemotoma və hərəkət məhdudluğu" bərk küt əşya(lar)ın təsirindən törənmişdir, əllə vurulma nəticəsində əmələ gələ bilər, əmələ gəlmə müddəti xx.xx.2024-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-də yoxlanılaraq göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Biləsuvar MRX-nın xx.xx.2024-ci il tarixli 148 nömrəli məktubunda göstərilir ki, Biləsuvar rayonu Çaylı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Biləsuvar RMX-nın Poliklinika şöbəsinin ruhi-əsəb və nevroloji kabinetində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan Biləsuvar rayon Çaylı kənd İƏD üzrə nümayəndəliyindən təqdim edilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, zərərçəkmişi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-in 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərər çəkmişə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası CPM-in 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və vurulmuş zərəri aradan qaldırdığına görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №1(022)-48/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-48/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver