Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-48/2025 26.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 2002-ci il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində 3 həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 29, 186.2.2 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını qəsdən məhv etmək məqsədi ilə, 26 noyabr 2024-cü il tarixdə, saat 01 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Zərərçəkmiş şəxs2 məxsus içərisində olan əmlakı ilə birlikdə 20.000 manat dəyərində olan, Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən evin giriş qapısını açıb ora daxil olaraq, özü ilə gətirdiyi plastik qabda olan benzini evin girişinə və mətbəxinə səpməklə kibritlə qəsdən alışdırıb yanğın törədərək, evdə olan 120 manat dəyərində 1,30 x 2,30 metr ölçüdə bir ədəd xalçanı, 70 manat dəyərində 2 x 3 metr ölçüdə bir ədəd pərdəni, 20 manat dəyərində 1,15 x 1,5 metr ölçüdə linonimi, evin döşəməsini, tavanını, divarını, həmçinin həmin vaxt evdə olan Zərərçəkmiş şəxs1 məxsus 25 manat dəyərində «Adidas» markalı bir ədəd idman çantasının içərisində olan 80 manat dəyərində bir ədəd «Missouri» markalı cins şalvarını, 55 manat dəyərində bir ədəd «EA7» markalı ətəksiz cins şalvarını, 60 manat dəyərində bir ədəd «Perpant» markalı cins şalvarını, 40 manat dəyərində «Armani» markalı idman şalvarını, 40 manat dəyərində «GK» markalı idman şalvarını, 2.900 manat dəyərində «HP Victus 16-d 1006ci (67H60EA)» markalı bir ədəd noutbuku, 249 manat dəyərində «Air Pro 2» markalı qulaqcığı, 160 manat dəyərində «Air Pods» markalı qulaqcığı, 250 manat dəyərində bir ədəd «Samsung Galaxy TAB A-7» markalı planşeti, 1.950 manat dəyərində bir ədəd «İphone 14 Pro Max 512GB» markalı mobil telefonu, 75 manat dəyərində bir ədəd «İphone» markalı telefonun elektrik yükləyicisini, 28 manat dəyərində bir ədəd «Samsung» markalı telefonun elektrik yükləyicisini ümumi təhlükəli üsulla, yəni yandırmaqla məhv etmiş, lakin həmin vaxt evdə olan Zərərçəkmiş şəxs1, Şahid1 və Zərərçəkmiş şəxs2 yanğını söndürdükləri üçün o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ümumilikdə 5.912 manat, Zərərçəkmiş şəxs2 isə 1.330 manat dəyərində təmir bərpa işləri ilə birlikdə ümumilikdə 1.540 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət törətməyə yönəldilmiş əməlini başa çatdıra bilmədiyinə görə Zərərçəkmiş şəxs2 20.000 manat dəyərində əmlakını ümumi təhlükəli üsulla, yəni yandırmaqla qəsdən məhv etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayır. Zərərçəkmiş şəxs2 onun həmkəndlisidir və həmin şəxslə aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs1 isə Zərərçəkmiş şəxs2ın oğlu kimi tanısa da, sonuncu ilə heç bir münasibəti olmamışdır. Hadisə baş verdiyi vaxtdan 15- 20 gün əvvəl, yəni 2024-cü ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ilə yaşadığı kənddə, magistral yolun kənarında aralarında mübahisə yaranmış və sonuncu həmin vaxt onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs1 ilə aralarında olan mübahisəni davam etdirməmişdir. Lakin o, 25 noyabr 2024-cü il tarixdə, 09 radələrində küçələrində yanacaq satışı ilə məşğul olan Şahid2 başqa bir işlə əlaqədar 1 litr benzin almışdır. Həmçinin o, içmək üçün mağazadan araq da alaraq, yaşadığı evə getmişdir. O, evdə təkbaşına bir şüşə arağı içmiş, buna görə də sərxoş olmuşdur. O, sərxoş olduğu zaman Zərərçəkmiş şəxs1 onu təhqir etməsini xatırlamış və əsəbiləşərək özündən çıxmışdır. Onun əvvəlcədən Zərərçəkmiş şəxs1 yaşadığı evi yandırmaq niyyəti olmasa da, sərxoş olduğu üçün həmin şəxsin evini yandırmaq qərarına gəlmişdir. Bu məqsədlə o, saat 01 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı evə getmişdir. O, həmin şəxsin anası Zərərçəkmiş şəxs2 ilə yaşadığını bilsə də, digər qardaşının evdə olduğunu bilməmişdir. O, Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinə darvazanı açaraq daxil olmuşdur. Həmin vaxt darvaza kilidli olmamışdır. Bundan sonra o, özü ilə gətirdiyi plastik qabda olan benzini evin “ayaqaltı” deyilən giriş hissəsində olan 3 yerə səpmişdir. Daha sonra isə özü ilə gətirdiyi kibrit çöpünü yandırmış və benzin tökdüyü yerlərə atmışdır. Həmin vaxt evin giriş hissəsi yanmağa başlamış və o, dərhal darvazadan çıxaraq hadisə yerini tərk etmişdir. Onun Zərərçəkmiş şəxs1 yaşadığı evi yandırmaqda məqsədi sonuncudan qisas almaq olsa da, onun həmin şəxsi və ya ailə üzvlərini öldürmək niyyəti olmamışdır. Çünki onun məqsədi Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla, həmin şəxsi cəzalandırmaq olmuşdur. Onun hadisə vaxtı Zərərçəkmiş şəxs1 qardaşının yeni evləndiyini və arvadı ilə birlikdə həmin evdə olmasından xəbəri olmamışdır. O, Zərərçəkmiş şəxs1 yaşadığı evi yandırmağa cəhd etdiyinə görə peşmandır. Həmçinin o hesab edir ki, hadisə vaxtı evin giriş hissəsində ittiham aktında qeyd edildiyi kimi 10.000- 20.000 manat dəyərində hər hansı əşya olmamışdır. O, əvvəllər Şahid2 benzin daxil olmaqla, hər hansı yanacaq almamışdır. O, Zərərçəkmiş şəxs1 yaşadığı evi təkbaşına yandırmış və bu işdə ona heç kim kömək etməmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsləri və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2 və 186.2.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs2 bildirdi ki, o, Biləsuvar rayonu, Xırmandalı kəndində özünəməxsus evdə ailə üzvləri ilə birlikdə yaşayır. Onun əri və oğlu Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasında işləyir, digər oğlu isə onunla birlikdə yaşayır. Oğlu Zərərçəkmiş şəxs1 hadisə baş veridyi vaxt yeni evlənmiş və arvadı ilə birlikdə onunla birlikdə yaşamışdır. O, Təqsirləndirilən şəxs və sonuncunun ailəsini həmkəndliləri kimi tanımış və həmin şəxslərlə aralarında hər hansı münasibət olmamışdır. O, 26 noyabr 2024-cü il tarixdə, saat 01:00 radələrində, dəhlizdə, divanda yatdığı zaman qəflətən alovun səsi və gür işığına oyanmışdır. Buna görə də o, dərhal yerindən duraraq, qapıya tərəf getmiş və evin giriş qapısının qarşısının alovlanıb yandığını görmüş, dərhal ucadan qışqırıb oğlanlarını köməyə çağırmışdır. Onun həmin vaxt halı pisləşmiş və özündən getmişdir. Yanğını isə onun oğulları söndürmüşlər. Həmin yanğın nəticəsində onun evinə ziyan dəyməklə yanaşı, oğlu Zərərçəkmiş şəxs1 də əşyaları yanaraq məhv olmuşdur. O, sonradan hadisəni Təqsirləndirilən şəxs törətdiyini öyrənmişdir. O, adətən evin yataq otağında yatsa da, Rusiyada yaşayan, bir müddət əvvəl evlənmiş və bir neçə gündən sonra Rusiyaya getməyi planlaşdıran oğlu Zərərçəkmiş şəxs1, 26 noyabr 2024-cü il tarixə keçən gecə, arvadı ilə birlikdə onların evində qaldığı üçün o, dəhlizdə yatmağa məcbur qalmışdır. Əgər o, həmin gecə dəhlizdə yox, yataq otağında yatmış olsa idi, yanğından dərhal xəbər tutmaya bilərdi. Bununla belə o, Təqsirləndirilən şəxs cavan olduğu üçün bağışlayır. Təqsirləndirilən şəxsin ailəsi ona vurulmuş ziyanı ödəmişdir. Onun hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı tələbi və ya iddiası yoxdur. Sonda, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs barəsində hər hansı cəza təyin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayonu, Xırmandalı kəndində valideynlərinə məxsus evdə qeydiyyatda olsa da, maddi qazanc əldə etmək üçün Rusiya Federasiyasında işlədyinə görə həmin ölkədə yaşayır. Lakin o, tez-tez Biləsuvar rayonuna anasının yanına gəlir. Sonuncu dəfə o, 11 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəlmiş və 25 sentyabr 2024-cü il tarixdə isə toy edərək, ailə qurmuşdur. O, arvadı ilə birlikdə 28 noyabr 2024-cü il tarixdə Rusiya Federasiyasına getməyə qərar verdiyinə görə 26 noyabr 2024-cü il tarixdə əşyalarını toplamışdır. O, əşyalarını özünə məxsus «Adidas» markalı bir ədəd idman çantasının içərisinə yığaraq, səhəri gün yola çıxmaq üçün evin giriş hissəsinə qoymuşdur. Həmin çantanın içərisində ona məxsus paltarlarla yanaşı, 2.900 manat dəyərində «HP Victus 16-d 1006ci (67H60EA)» markalı bir ədəd noutbuku, «Air Pro 2» markalı qulaqlığı, «Air Pods» markalı qulaqlığı, «Samsung Galaxy TAB A-7» markalı planşeti, «İpone 14 Pro Max 512GB» markalı mobil telefonu, 2 ədəd adapteri də olmuşdur. O, 26 noyabr 2024-cü il tarixdə, saat 01 radələrində yaşadığı evdə yatdığı zaman anası Zərərçəkmiş şəxs2 qışqıraraq evin yandığını demişdir. O, dərhal yatağından qalxıb çölə çıxmış və həmin vaxt evin giriş qapısının qarşısının yandığını görmüşdür. Həmin vaxt anasının halı pisləşmiş və özündən getmişdir. O, qardaşı Rəşidlə birlikdə həmin yanğını söndürsələr də, həmin vaxt onun bel çantasında olan bütün əşyaları yanmışdır. O, sonradan həmin yanğını törədən şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Onunla təqsirləndirilən şəxs arasında hər hansı düşmənçilik və ya ədavət olmamış, heç vaxt aralarında mübahisə baş verməmişdir. Təqsirləndirilən şəxsin ailəsi hadisə baş verdikdən sonra onun ailəsindən üzr istəmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödədiyinə görə o, təqsirləndirilən şəxsi bağışlayır. Onun hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı tələbi və ya iddiası yoxdur. Sonda, Zərərçəkmiş şəxs1 cəza təyin olunmasını məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləməsə də, yaşadığı kənddə yol kənarında benzin və dizel növündə yanacaqlar satmaqla dolanışığını təmin edir. Onun yanacaq satmaq üçün rəsmi icazəsi yoxdur və sahibkar kimi də qeydiyyatdan keçməmişdir. O, başqa yerlərdən benzini və ya dizel yanacağını 1 manat 10 qəpiyə alıb, 1 manat 20 qəpiyə satmaqla, cüzi qazanc əldə edir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir və sonuncu ilə arasında hər hansı ədavət və ya qərəzçilik olmamışdır. 25 noyabr 2024-cü il tarixdə, saat 08:20-də təqsirləndirilən şəxs ondan plastik butulkada 1 litr benzin almışdır. O, həmin şəxsdən benzini nə üçün aldığını soruşduğu zaman sonuncu yanacağı əmisinin avtomobili üçün aldığını ona demişdir. O, Təqsirləndirilən şəxs bir ədəd bir litrlik plastik butulkada benzin vermiş, sonuncu isə benzinin pulunu verib oradan uzaqlaşmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımışdır. 2024-cü ilin yayında o, təqsirləndirilən şəxsin küçədə tanımadığı bir şəxslə mübahisə etdiyini görmüş və Təqsirləndirilən şəxs öz iradını bildirmişdir. Buna görə də onlar arasında mübahisə baş versə də, sonradan hər ikisi sakitləşərək, hadisə yerindən uzaqlaşmışlar. Hətta sonradan onlar bir neçə dəfə rastlaşsalar da, aralarında heç bir münaqişə yaranmamışdır. 26 noyabr 2024-cü il tarixdə, saat 01 radələridə yaşadığı evdə yatdığı zaman anası Zərərçəkmiş şəxs2 qışqıraraq, evin yandığını demişdir. O, dərhal oyanmış və yatağından qalxaraq, dəhlizə çıxmış, evin giriş hissəsinin yandığını görmüşdür. Həmin vaxt anası qorxduğuna görə huşunu itirmişdir. O və qardaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə həmin yanğını söndürmüşlər. Yanğın zamanı evin giriş hissəsinə ziyan dəyməklə yanaşı, qardaşı Zərərçəkmiş şəxs1 məxsus idman çantasında olan elektronik avadanlıqlar və paltarlar da yanmışdır. O, sonradan hadisəni Təqsirləndirilən şəxs törətdiyini öyrənmişdir. Hadisə vaxtı onun və ya ailə üzvlərinin sağlamlığına heç bir ziyan dəyməmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə 26 noyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evidir. Baxış nəticəsində evin giriş hissəsində baş vermiş yanğın zamanı evin giriş hissəsində olan döşəmə və divarlarda taxta materialların, pərdə, xalça və linonimlərin bir hissəsi, həmçinin Zərərçəkmiş şəxs1 məxsus idman çantası və çantanın içərisində olan elektronik avadanlıqlar və geyimlər yanaraq yarasız hala düşmüdür. Cinayət işi materiallarına əlavə edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 02 dekabr 2024-cü il tarixli, 3504 saylı rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intelektual imkanlarının normaya uyğun olması müəyyən edilmişdir. Həmin şəxsin mosional-iradi sferasında, psixoloji durumunda, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir və həmin şəxsin hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu aşkar olunmur və həmin şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normalara uyğundur. Kinlilik, eqosentrizm, höcətlilik, öz marağına uyğun davranmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Həmin şəxs, yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətlərin xarakteri və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs başqalarının təsiri altında uydurmağa meyillilik müəyyən edilməmişdir. İşdə olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı Aparatı Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-39-3/2-210 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs2 Biləsuvar rayonu, Xırmandalı kəndində 0,2 hektar ölçüdə həyətyanı torpaq sahəsi və üzərində 1975-ci ildə çiy kərpicdən inşa edilmiş iki otaq və zaldan ibarət bir mərtəbəli yaşayış evi vardır. Evin ümumi sahəsi 60,9 kvadratmetr olmaqla, hazırki vəziyyətinə və içərisindəki əmlakına görə dəyəri orta hesabla 18.000-20.000 manatdır. İş materiallarında olan məhkəmə kompleks məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi, tikinti-texniki obyektlərin tədqiqi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 fevral 2025-ci il tarixli 10/726-9/608 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların yanmamışdan əvvəl normal vəziyyətdə 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə, 1 ədəd «Adidas» markalı çantanı qiyməti 25 manat, 1 ədəd «HP Victus 16-d 1006ci (67H60EA)» markalı noutbukun qiyməti 2.900 manat, 1 ədəd «Air Pro 2» markalı qulaqlığın qiyməti 249 manat, 1 ədəd «Air Pods» markalı qulaqlığın qiyməti 160 manat, 1 ədəd «Samsung Galaxy TAB A-7» markalı planşetin qiyməti 250 manat, 1 ədəd «İpone 14 Pro Max 512GB» markalı mobil telefonun qiyməti 1.950 manat, 1 ədəd «Samsung» markalı telefonun elektrik yükləyicisinin qiyməti 28 manat, 1 ədəd 1,30 x 2,30 metr ölçüdə xalçanın qiyməti 120 manat və bir ədəd 2 x 3 metr ölçüdə pərdənin qiyməti 70 manat olmaqla, ümumi dəyərlərinin təxminən 5.752 manat olduğu müəyyən olunur. Qərarda qeyd edilən və cədvəlin 2, 3, 4, 5, 6 və 15-ci bəndlərində göstərilən («Missouri» markalı cins şalvarın, «EA7» markalı ətəksiz cins şalvarın, «Perpant» markalı cins şalvarı, «Armani» markalı idman şalvarın, «GK» markalı idman şalvarının və 1,15 x 1,5 metr ölçüdə linonim materialın) kifayət qədər məlumat (ölçü, model) olmadığına görə qiymətləndirilməsi mümkün olmamışdır. Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi, evin giriş hissəsində, mətbəx otağının daxilində, döşəmə səviyyəsində olmuşdur. Qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini, cinayət işi materiallarında olan məlumatları, mənbə zonasında hər hansı istilik ixrac edə bilən digər texniki qurğuların olmadığını nəzərə alındıqda, yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni kənardan düşmüş od mənbəyinin təsirindən baş vermişdir. Yanğın, kənardan düşmüş od mənbəyinin təsirindən baş verdiyindən yanğın hadisəsi ilə əlaqədar normativ aktların tələblərinin pozulub-pozulmamasına dair sual üzrə tədqiqat aparılmamışdır. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, yanğın nəticəsində Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən fərdi yaşayış evinə tikinti üzrə dəymiş ziyan 1.330 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Biləsuvar rayonu “Ruslan” məhdud məsuliyyətli cəmiyyətinin 27 noyabr 2024-cü il tarixli, 69/1-33779/24 saylı rəyindən görünür ki, 1 ədəd «Missouri» markalı cins şalvarın qiyməti 80 manat, 1 ədəd «EA7» markalı ətəksiz cins şalvarın qiyməti 55 manat, 1 ədəd «Perpant» markalı cins şalvarın qiyməti 60 manat, 1 ədəd «Armani» markalı idman şalvarının qiyməti 40 manat, 1 ədəd «GK» markalı idman şalvarının qiyməti 40 manat və 1,15 x 1,5 metr ölçüdə linonim materialdan olan örtüyün qiyməti 20 manat təşkil edir. İş materiallarında olan 27 noyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus yanmış əşyalara baxış nəticəsində 2.980 manat dəyərində «HP Victus 16-d 1006ci (67H60EA)» markalı noutbuk, 375 manat dəyərində «Air Pro 2» markalı qulaqlıq, 350 manat dəyərində «Air Pods» markalı qulaqlıq, 480 manat dəyərində «Samsung Galaxy TAB A-7» markalı planşet, 352.540 manat dəyərində «İpone 14 Pro Max 512GB» markalı mobil telefon, 75 manat dəyərində «İphone» markalı telefonun elektrik yükləyicisi və 40 manat dəyərində «Samsung» markalı telefonun elektrik yükləyicisi, ümumilikdə 6.840 manat dəyərində əmlak yanaraq yarasız vəziyyətə düşmüşdür. Cinayət işinə əlavə edilmiş məhkəmə-psixiatrik ekspertizasının 11 iyun 2025-ci il tarixli, 69 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqqəti pozulmasından, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkməsi müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən olunmur. Həmin şəxsdə xasiyyətin isterik tipli psixopatik cizgiləri aşkar edilir və buna görə də sonuncu cəmiyyət üçün təhlükəli şəxs hesab edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixatrik xəstəlikdən əziyyət çəkmir və həmin şəxsin məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq iştirak etmək və ona təyin ediləcək cəzanı çəkmək iqtidarındadır. Həmin şəxs ona istinad edilən cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Həmin şəxsin əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları tam idarə etmək iqtidarındadır və sonuncunun hazırki hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Həmin şəxsdə hazırda hər hansı psixi pozuntunun əlamətləri müəyyən edilmir. Həmin şəxsdə xasiyyətin isterik tipli psixopatik cizgiləri aşkar edilir və onun hal-hazırki psixi vəziyyəti öz hərəkətlərinə cavab verməkdən və yaxud onlara rəhbərlik etməkdən məhrum edə bilməz. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 186.2.2 və 186.2.2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cavanlığını və zərərçəkmiş şəxslərlə barışaraq, onlara dəymiş ziyanı aradan qaldıraraq, həmin şəxslərlə razılıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Avropa İnsan Hüquqları Məhkəməsi isə özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X1rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının Qərarının 15-ci bəndində məhkəmələrə tövsiyə etmişdir ki, başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı, həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CM-in 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin oluna bilər və buna görə də təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 29, 186.2.2 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən 26 noyabr 2024-cü il tarixdə tutma tətbiq edilmiş, Biləsuvar rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 4(022)-63/2024 saylı qərarı ilə barəsində, əvvəli 26 noyabr 2024-cü il tarixdən hesablanmaqla, 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır və və həmin şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli faktiki tutulduğu vaxtdan - 26 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan 1 ədəd «Adidas» markalı çanta, 1 ədəd «Missouri» markalı cins şalvarı, 1 ədəd «EA7» markalı ətəksiz cins şalvarı, 1 ədəd «Perpant» markalı cins şalvarı, 1 ədəd «Armani» markalı idman şalvarı, 1 ədəd «GK» markalı idman şalvarı, 1 ədəd «HP Victus 16-d 1006ci (67H60EA)» markalı bir ədəd noutbuk, 1 cüt «Air Pro 2» markalı qulaqlıq, 1 cüt «Air Pods» markalı qulaqlıq, 1 ədəd «Samsung Galaxy TAB A-7» markalı planşet, 1 ədəd «İphone 14 Pro Max 512GB» markalı mobil telefon, 1 ədəd «İphone» markalı telefonun elektrik yükləyicisi və 1 ədəd «Samsung» markalı telefonun elektrik yükləyicisi Zərərçəkmiş şəxs1, 1 ədəd 1,30 x 2,30 metr ölçüdə xalça, 1 ədəd 2 x 3 metr ölçüdə pərdə, 1,15 x 1,5 metr ölçüdə linonimin qalan hissələri Zərərçəkmiş şəxs2 geri qaytarılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 165 manat məbləğində pul vəsaiti , Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və həmin şəxsə təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək , Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin Məcəllənin 29, 186.2.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə isə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ilə ona çəkilməsi üçün qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 26 noyabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 165 (bir yüz altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan 1 ədəd «Adidas» markalı çanta, 1 ədəd «Missouri» markalı cins şalvarı, 1 ədəd «EA7» markalı ətəksiz cins şalvarı, 1 ədəd «Perpant» markalı cins şalvarı, 1 ədəd «Armani» markalı idman şalvarı, 1 ədəd «GK» markalı idman şalvarı, 1 ədəd «HP Victus 16-d 1006ci (67H60EA)» markalı bir ədəd noutbuk, 1 cüt «Air Pro 2» markalı qulaqlıq, 1 cüt «Air Pods» markalı qulaqlıq, 1 ədəd «Samsung Galaxy TAB A-7» markalı planşet, 1 ədəd «İphone 14 Pro Max 512GB» markalı mobil telefon, 1 ədəd «İphone» markalı telefonun elektrik yükləyicisi və 1 ədəd «Samsung» markalı telefonun elektrik yükləyicisi Zərərçəkmiş şəxs1 geri qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan 1 ədəd 1,30 x 2,30 metr ölçüdə xalça, 1 ədəd 2 x 3 metr ölçüdə pərdə və 1,15 x 1,5 metr ölçüdə linonimin qalan hissələri Zərərçəkmiş şəxs2 geri qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-48/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-48/2025
26.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver