Məhkəmə qərarları › İş №1(022)-49/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-49/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-49/2023 04.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 Ağali oğlu. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1991-ci il tarixdə Biləsuvar rayonu Aşağı Cürəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, məhkum olunmuş, Biləsuvar Rayon Məhkəməsinin 01 fevral 2022ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.2 və 69.3-cü maddələri ilə 02 il 04 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərarı ilə həmin cəzasının çəkilməmiş 01 il 08 ay 24 gün hissəsi 10 (on) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 7 (yeddi) ədəd qızıl üzüyü, 2 (iki) ədəd qızıl boyunbağını, 2 (iki) ədəd qızıl qolbağını və 2 (iki) cüt qızıl sırğanı təqdim edərək satacağına dair yalan vəd verib aldadaraq 11 iyun 2022-ci il tarixdə saat 14 radələrində Cəlilabad rayonu Günəşli kəndində yerləşən “Çinar” kafesində bu adla onun 4700 (dörd min yeddi yüz) manat pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Ağali oğluna 10 (on) ədəd qızıl sırğa və 10 (on) ədəd qızıl boyunbağı satacağına dair yalan vəd verib aldadaraq 20 avqust 2022-ci il tarixdə saat 15 radələrində Cəlilabad rayonu Günəşli kəndində yerləşən “Çinar” kafesinin həyətində, sonuncuya məxsus “VAZ-2172 markalı 18- BX-498 dövlət qeydiyyat nişanlı avtomobildə bu adla onun 2000 (iki min) manat pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 7 (yeddi) ədəd qızıl boyunbağını, 3 (üç) ədəd qızıl qolbağını, 5 (beş) cüt qızıl sırğa- 9 (doqquz) ədəd qızıl üzüyü və 1 (bir) ədəd qızıl saatı satacağına dair yalan vəd verib aldadaraq 20 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Biləsuvar rayonu Aşağı Cürəli kəndində, məscidin yaxınlığında olan küçədə sonuncuya məxsus “Kia Optima”markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobildə bu adla onun 4000 (dörd min) manat pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 7 (yeddi) ədəd qızıl boyunbağını, 3 (üç) ədəd qızıl qolbağını, 5 (beş) cüt qızıl sırğanı, 9 (doqquz) ədəd qızıl üzüyü və 1 (bir) ədəd qızıl saatı satacağına dair yalan vəd verib aldadaraq, 11 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini X1 evinin arxa hissəsində yerləşən küçədə bu adla Zərərçəkmiş şəxs3 cinayətdən xəbərsiz Şahid3 vasitəsi ilə göndərdiyi 5000 (beş min) manat pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, Biləsuvar rayonu Aşağı Cürəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 05 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən barəsində olan cinayət işinə xitam verilmiş, 01 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 04 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərarı ilə həmin cəzasının çəkilməmiş 01 il 08 ay 24 gün hissəsi 10 (on) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş, hal-hazırda cəzasını çəkir. Şahid3 və X2 tanıyır, lakin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 isə tanımır. 11 oktyabr 2022-ci il tarixdə Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə aid olan “Vhatsapp" mesajlaşma mərkəzi vasitəsilə mesajlaşmışdır. Söhbət zamanı Azər ona qızıl almaq istədiyini bildirmişdir. O da Azərə “qızıl vardır, gəlib alarsan” sözlərini demişdir. O, əvvəllər Şahid3lə görüşmüş, qızıl alqısatqısı ilə məşğul olmağı barədə məlumat vermişdir. Şahid3 həmin tarixdə saat 22 radələrində yaşadığı Biləsuvar rayon, Aşağı Cürəli kəndinə gəlmiş, ona zəng vurmuş və onlar kənddə yerləşən el məscidinin qarşısında görüşmüşlər. Azər ondan qızıl zinət əşyası satıb satmadığını soruşmuşdur. O da Azərə qızıl-zinət əşyası satdığını demişdir. O, üzərində olan mağazadan aldığı qızıla bənzər bijuteriyaları Şahid3 təqdim edərək qızıl kimi göstərmişdir. Şahid3 də həmin qızıla bənzər bijuteriyaları əlinə alıb baxmışdır. Şahid3 həmin qızıl-zinət əşyaları kimi zənn etdiyi bijuteriyaları bəyənmiş və qiymətini soruşmuşdur. O da Azərə 5000 manat pul müqabilində satdığını demişdir. Lakin həmin əşyaları çəkməmişlər. Şahid3 50 ədəd 100 manatlıq əskinazlar olmaqla 5000 (beş min) manat pul vermişdir. O, pulu alandan sonra həmin yerdən uzaqlaşmışdır. Onun Şahid3 5000 manat pul almaqda məqsədi aldadıb pulunu ələ keçirtmək olmuşdur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə tanımır, həmin şəxslərdən pul almamışdır. O, Şahid3 5000 manat pulu saxta qızılları təqdim etməklə 2022-ci ilin oktyabr ayında Biləsuvar rayon, Aşağı Cürəli kəndinin el məscidinin qarşısında almış, pul alan zaman Zərərçəkmiş şəxs3 adlı şəxs olmuşdur. O, Zərərçəkmiş şəxs1 tanımır, qızıl-zinət əşyası satmaq adı ilə ondan 4000 manat pul almamışdır. O, Şahid3 9980 manat pulunu oğurlamamış, o, sadəcə olaraq Şahid3 5000 manat pulunu almışdır. Həmin vaxt o, Azərlə yanında olan şəxslərə təxminən 100 qram ağırlığında qızıla oxşar əşyaları göstərmiş, lakin verməmişdir. 2022-ci ilin yay aylarında o, Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “SAXSİ” adında kafeyə tez-tez çörək yemək üçün getmiş, həmin vaxtlar kafedə işləyən Ramiz adlı şəxslə tanış olmuşdur. 2022-ci ilin avqust ayında o, Ramiz adlı şəxsə “əgər alan olsa məndə ucuz qiymətə qızılzinət əşyası vardır” sözlərini demişdir. Ramiz də ona “əgər alan tapsam sənə xəbər edəcəm” sözlərini deyərək cavab vermişdir. xx.xx.2022-ci il tarixdə Ramiz ona “Şirvan şəhərində Sübhan adında şəxs var qızılları almaq istəyir, sən neçəyə verirsən” sözlərini deyərək soruşmuşdur. O da Ramizə “1 qramını 40 (qırx) manat pula verirəm” sözlərini deyərək cavab vermişdir. O, Ramizlə və Sübhanla razılaşmış və xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Cəlilabad rayonu ərazisində yerləşən “Çinar” adlı kafedə görüşmüşlər. Həmin vaxt Ramizə və yanında gələn Sübhan adlı şəxsə qızılların şəkillərini göstərmiş “mənə beh verin gedim qızılları gətirim” sözlərini demişdir. Sübhan da ona 2000 (iki min) manat pul vermişdir. O, pulu almış və kafedən uzaqlaşmış, daha sonra telefonunu söndürmüşdür. Bir neçə gün sonra onun barəsində polis şöbəsinə şikayət etmələrini bilmişdir. O, Ramiz adlı şəxsə adının Pərviz olmasını deməmişdir. O, Şahid3lə telefonda danışan zaman qızılların videosunu və şəkillərini istəmiş, buna görə də qızılların videosunu çəkərək vatssap vasitəsi Azərə göndərmişdir. O, Zərərçəkmiş şəxs1 tanımır və sonuncuya heç bir mesaj yazmadığını bildirmişdir. Törətdiyi cinayətdən əmisi oğlu Şikar Nuriyevin heç bir məlumatı olmamış, ümumiyyətlə onun etdiyi cinayət əməlində heç kim köməklik göstərməmişdir. Baş vermiş hadisədə Pərviz Soltanovun heç biri rolu olmamış və o, həmin əşyaları Pərvizdən almamışdır. Sadəcə olaraq hadisədən sonra onu tapmaq üçün Şahid3 Pərviz Soltanovdan xahiş etmişdir. O, Zərərçəkmiş şəxs4 tanımır və 4700 (dörd min yeddi yüz) manat pul almamışdır. O, Şahid3 qızıl-zinət əşyalarının şəkillərini göndərmiş, lakin Zərərçəkmiş şəxs4in təqdim etdiyi şəkilləri o, göndərməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 Ağali oğlu. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, habelə şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Şahid6 onun tanışıdır. Şahid6 keçmiş arvadı Çinarə Hüseynova ilə birlikdə Bakı şəhərində yerləşən “Qədim Qəbələ” restoranında bir yerdə işləmişlər. O da Vüsalla ona görə tanış olmuşdur. 07 iyun 2022-ci il tarixdə Vüsal ona ucuz qiymətə qızıl olmasını və ala biləcəyini bildirmişdir. Bundan sonra o, Vüsalın vasitəsilə qızılı satan adam, yəni Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə telefon əlaqəsi saxlamış və 11 iyun 2022-ci il tarixdə Biləsuvar rayonuna qızıl almaq məqsədi ilə getmişlər. Onlar Biləsuvar rayonuna gəlməmişdən əvvəl Təqsirləndirilən şəxs ilə əlaqə saxlayan zaman danışığı belə olmuşdur ki, Biləsuvar şəhərində gəlib ondan 270 qram qızıl alacaqlar. Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayan zaman onlara qızılların fotoşəkillərini və videosunu göndərmişdir. O, Şahid6 ilə birlikdə Biləsuvar rayonuna gəldikdən sonra Təqsirləndirilən şəxs ilə sonradan Cəlilabad rayonu ərazisi olmasını bildiyi “Çinar" adlı kafedə görüşmüşlər və həmin vaxt Fərid əlində bir neçə dəst qızıl gətirmişdir. O, gələrkən özü ilə gətirdiyi elektron tərəzi ilə qızılları həmin kafedə çəkmişdir. Fəridin gətirdiyi qızıl 270 qramdan az olmuşdur. 270 qram qızılın pulu danışığa əsasən 9400 manat etmişdir. Təqsirləndirilən şəxs “4700 manat ver gətirdiyim qızıllar da məndə qalsın gedim evimizə qalan qızılları da götürüm və evdə bir yerdə çəkim, sənin 270 qram qızılını gətirim və gələndən sonra qalan 4700 manatı da verərsən” sözlərini demişdir. O, Fəridin bu sözünə inanmış və 4700 manat pulu gedib qalan qızılları da gətirməsi üçün vermişdir. Fərid 4700 manat pulu ondan alandan sonra gətirdiyi qızılları da götürüb getmişdir. Onlar isə həmin kafedə oturub Fəridin qayıdıb gəlməsini gözləmişlər, lakin təxminən 1 saat keçməsinə baxmayaraq Fərid qayıdıb gəlməmişdir. X12 mobil telefonuna zəng etmişdir. Fərid telefona cavab verərək “birazdan gələcəm, narahat olmayın” sözlərini demişdir. Onlar xeyli vaxt oturub Fəridin gəlməsini gözləmişlər, lakin Fərid gəlib çıxmamışdır. Vüsal Fəridin telefonuna dəfələrlə zəng etsə də, sonradan telefona cavab verməmişdir. Onlar oturduğu kafedə işləyən yaşlı bir kişidən Fəridin harada yaşadığını öyrənən zaman həmin şəxs Fəridin Biləsuvar rayonunun Aşağı Cürəli kəndində yaşadığını və dələduzluqla məşğul olmasını bildirmişlər. Bundan sonra Vüsalla kafedən çıxıb həmin kəndə gedib Fəridin yaşadığı evin yerini müəyyən etmişlər və həmin evə getmişlər. Həmin evdən bin nəfər kişi çıxaraq Fəridin əmisi olduğunu və Fəridin evdə olmadığını demişdir. Fəridin əmisinin adını bilməmiş, lakin “Fərid məndən 4700 manat pul alıb qızıl gətirəcəydi, lakin bizi aldatdı indi də telefona cavab vermir” sözlərini demişdir. Fəridin əmisi də onlara “Fəridin atası Biləsuvar şəhərində Mərkəzi poçtla üzbəüz olan «Əlizadə» adlanan kafenin sahibidir, atası həmin kafedə olacaq” sözlərini deyərək onlara cavab vermişdir. Onlar həmin kafeyə gedib Fəridin atası Əlizadə ilə görüşüb baş vermiş hadisə barədə məlumat vermişdir. Əlizadə onlara “Fəridin birinci işi deyil, onun dələduzluq əməlinə görə hamı mənim üstümə gəlir, onun Biləsuvar RPŞ-də hazırda işi olduğunu” deyərək məsləhət bildi ki, mən də polis şöbəsinə şikayət edim sözlərini deyərək cavab vermişdir. Bundan sonra o, Biləsuvar RPŞ-nə şikayət etməmiş və qayıdıb Bakı şəhərinə getmişlər. Sonradan da o, Fəridin barəsində DİN-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisədən sonra o, vasitəçi olmuş Vüsal ilə görüşmüş və pulunu istəmişdir. Bundan sonra Vüsal ona dəymiş ziyanın 600 manatını ödəmişdir. Baş vermiş həmin hadisədən sonra o, Fərid ilə əlaqə saxlaya bilməmişdir. Sonda, Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs2 Ağali oğlu ifadəsində göstərmişdir ki, Şirvan şəhərində özünə məxsus təmir tikinti materialları mağazası vardır. Həmçinin ucuz qiymətə qızıl zinət əşyaları olan zaman alıb-satır. 20 avqust 2022-ci il tarixdə tanışı Şahid1 ona “Bakı şəhərində yaşayan Biləsuvar rayon sakini Pərviz adlı bir nəfər şəxs qızıl-zinət əşyaları satır” sözlərini demişdir. Şahid1 həmin şəxsin xüsusi təyinatlarda işlədiyini ona demişdir. 21 avqust 2022-ci il tarixdə saat 15 radələrində o, və tanışı Şahid1 Biləsuvar şəhərinə gəlmişlər. Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Uğur” marketin qarşısında adını Pərviz deyə tanınan şəxslə görüşmüşlər. Pərviz adlı şəxs onları Cəlilabad rayonu ərazisində yerləşən “Çinar” adlı kafeyə aparmış və onlar orada çay işmişlər. Bir az sonra həmin şəxs onlara “gözləyin gedib qızılları gətirim” sözlərini demiş və getmişdir. Pərviz adlı şəxs bir qədər sonra 10 ədəd sırğa və boyunbağı gətirmiş “bu qızıllar bir nəfər şəxs var onundu, siz mənə 2000 (iki min) manat pul verin, gedib beh verim qızılların hamısını götürüb gəlim” sözlərini demişdir. Onlar Pərviz adlı şəxslə qızılın qramını 40 (qırx) manat pula almağa razılaşmışlar. O, Pərviz adlı şəxsə tanışı Ramizin yanında 2000 pul vermişdir. Pərviz adlı şəxs pulu aldıqdan sonra onların yanından getmişdir. O da Ramizlə birlikdə Pərviz adlı şəxsin gəlməsini kafedə gözləmişdir. Təxminən 1 saat keçdikdən sonra o, Pərviz adlı şəxsə zəng vurmuş, lakin sonuncu telefona cavab verməmişdir. Buna görə də o, Pərviz adlı şəxsə dəfələrlə zəng vurmuş, lakin həmin şəxs telefonunu açmamışdır. O, elə düşünmüş ki, həmin şəxs gələcək, buna görə də şikayət etməmişdir. Lakin bir neçə saat keçməsinə baxmayaraq yenə də onun telefonlarını açmamışdır. Buna görə də o, əvvəlcə DİN-in 102 xidmətinə müraciət edərək hadisə barədə məlumat vermiş və daha sonra Biləsuvar rayon polis şöbəsinə gedərək və ərizə ilə müraciət etmişdir. O, hadisə barədə polisə məlumat verən zaman polis əməkdaşları həmin şəxsin adının Pərviz olmadığını, adının Təqsirləndirilən şəxs olmasını bildirmişlər. Polis əməkdaşları ona Təqsirləndirilən şəxs şəklini göstərən zaman o, Pərviz adlı şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Təqsirləndirilən şəxs adlı şəxsi o, əvvəlcədən tanımamışdır. Həmin şəxs onlara adının Pərviz olduğunu demişdir. Hadisə nəticəsində Təqsirləndirilən şəxs ona 2000 (iki min) manat maddi ziyan vurmuşdur. O, Təqsirləndirilən şəxs pulu verən zaman Ramiz yanında olmuş, Şahid1 Fəridlə onu aldatması üçün əvvəlcədən heç bir razılığı olmamışdır və həmin puldan Ramizə heç nə çatmamışdır. Sonda, Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında özünə məxsus “LOMBARD” adlı qızıl dəyişmə mağazası vardır. O, əvvəlcədən tanıdığı X4 və Şahid5 təxminən 16-17 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində onun işlədiyi mağazaya gəlmişlər. “Biləsuvar şəhərində ucuz qiymətə qızıl satan var, lakin yaşlı olduğu üçün Bakı şəhərinə gələ bilmir, buna görə də gedək biz özümüz alaq” sözlərini demişlər. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində o, Kamran, Rəşad, tanışı Həsən və dostu Kənanla birlikdə Bakı şəhərindən Biləsuvar şəhərinə gəlmişlər. Biləsuvar rayonu, Əskərabad kəndinin girişində olan ağacların içərisində adsız kafedə adını Pərviz deyən şəxslə görüşmüşlər. Həmin şəxs onlara əlində 350 (üç yüz əlli) qram qızıl olmasını və bir qramını 50 (əlli) manat pul müqabilində verəcəyini demişdir. Buna görə də o, razılaşmışdır. Həmin şəxs ona “gedək qızıl sahibinin evinə qızıllara baxın” sözlərini demişdir. Daha sonra o, Pərviz adlı şəxs və Həsən Biləsuvar rayon Aşağı Cürəli kəndinə getmişlər. Orada Pərviz adlı şəxsin dediyi küçədə avtomobillə dayanmışlar. Pərviz adlı şəxs avtomobildən düşmüş və “burada bir ev var oradan qızılları götürüb gəlirəm" sözlərini demişdir. Onlar da avtomobildə gözləmişlər. Biraz sonra həmin şəxs əlində bir neçə ədəd qızıl gətirmişdir. O, özü və Həsən qızıllara baxmışlar 7 ədəd boyunbağının, 3 ədəd qolbağının, 5 ədəd cüt sırğanın, 9 ədəd üzüyün və 1 ədəd saatın həqiqi qızıllar olmasını müəyyən etmişlər. Buna görə də o, ilkin olaraq 4000 (dörd min) manat pulu Pərviz adlı şəxsə vermişdir. Pərviz adlı şəxs də ona “gedim növbəti qızılları və tərəzini götürüb gəlirəm” sözlərini deymişdir. Həmin vaxt ona zəng gəlmiş və onun başı qarışmış, Pərviz adlı şəxs avtomobildən düşüb getmişdir. O da Pərvizin gəlməyini gözləmiş, lakin bir neçə dəqiqə keçməsinə baxmayaraq həmin şəxs geri gəlməmişdir. O də Pərviz adlı şəxsin əvvəlcədən verdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng vurmuş və sonuncu telefonu açmamışdır. Buna görə də o, Rəşada zəng vurmuş və “sənin tanış etdiyin şəxs mənim pulumu götürüb getdi” sözlərini demişdir. Buna görə də kafedə olan şəxslər də onun yanına gəlmişlər. Həmin şəxs Rəşadın da telefonunu açmamışdır. Bundan sonra o, Pərviz adlı şəxsin getdiyi istiqamətə doğru getmiş və həmin yerdə ev olmadığını və başqa bir küçəyə yol çıxdığını görmüşdür. Buna görə də o, oradan ayrılmış və polis şöbəsinə ərizə vermək üçün getmişdir. Polis şöbəsində o, hadisəni danışan zaman həmin şəxsin adının Pərviz olmadığını, Təqsirləndirilən şəxs olmasını bildirmişlər və ona həmin şəxsin şəkili göstərmişlər. Təqsirləndirilən şəxs ona ümumilikdə 4000 manat maddi ziyan vurmuşdur. O, Təqsirləndirilən şəxs görən zaman adının Pərviz olmasını demiş, lakin sonradan adının Təqsirləndirilən şəxs olmasını bilmişdir. O, xx.xx.2022-ci il tarixdə Biləsuvar rayon, Aşağı Cürəli kəndində 4000 (dörd) min manat pulu tanışı Həsən adlı şəxsin yanında vermişdir. X11 Nuriyevi tanış etmişlər, lakin pul alınmasında iştirak etməmişlər. Sadəcə olaraq daha sonra Təqsirləndirilən şəxs ona sms yazaraq pulun Rəşadda olmasını demişdir. Sonda, Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində onun dostu Şahid2 zəng vuraraq “bizim yaşadığımız evə gəl səninlə söhbətim var” sözlərini demişdir. O da Umudvarın yaşadığı evə getmişdir. Orada olan zaman Umudvar ona “Azərin Fərid adında dostu var, bir qramı 60 (altmış) manat pul müqabilində qızıl satır, gedək həmin qızıllara baxaq və alaq” sözlərini demişdir. Daha sonra Azər Fərid adlı şəxslə telefonla danışmış və Umudvarla Azər həmin şəxslə görüşmək üçün Aşağı Cürəli kəndinə getmişlər. Biraz sonra onlar geri qayıtmışlar və “gedək qızıla baxaq” sözlərini demişlər. X14 kəndində Azərin avtomobili ilə Fəridi götürmüşlər. Fərid onları qızılı götürəcəyi ünvana aparacağını demişdir. Fərid onları kəndin içərisində yolların biri ilə aparmışdır. Dalan küçələrin biri ilə bir darvazanın qarşısında avtomobili saxlamışlar. Fərid avtomobildən düşmüş və həmin darvazadan içəri girmişdir. Təxminən beş dəqiqə sonra Fərid avtomobilə geri qayıtmış və bir ədəd qutunun içərisində olan qızılları oturacağın üzərinə tökmüşdür. O, 7 ədəd boyunbağıya, 3 ədəd qolbağa, 5 ədəd cüt sırğaya, 9 ədəd üzüyə və 1 ədəd saata baxan zaman həqiqi qızıl olmasını başa düşmüşdür. Sadəcə olaraq Fəridin özünü aparmasına və onları arxa yollarla aparmasından şübhə etmişdir. Çünki Fərid onlar “xalam bu qızılları palçığın içərisindən çıxarıb yuyur” sözlərini demişdir. Həm də Fərid onlara “siz bu 383 (üz yüz səksən üç) qram qızı almaq üçün 5000 (beş min) manat beh verməlisiz” sözlərini demişdir. O da Fəridə “bizim üstümüzdə pulumuz yoxdu, tapıb sənə xəbər edərik” sözlərini demişdir. Bundan sonra onlar oradan ayrılmışlar və Xırmandalı kəndinə geri qayıtmışlar. O, evə qayıtdıqdan sonra spirtli içki qəbul etmiş və çölə çıxa bilməmişdir. Biraz sonra Umudvar ona zəng vurub pul hazır olub-olmadığını demişdir. O da Umudvara “gəl evdən pulu götür get al” sözlərini demişdir. Umudvar gəlmiş, ondan pulu alıb getmişdir. Daha sonra o, spirtli içkinin təsiri altında olduğu üçün yatmışdır. Səhəri gün Umudvar ona “Fərid adlı şəxs pulu alıb və daha sonra qızılları vermədən uzaqlaşmış və geri qayıtmamışdır” sözlərini demişdir. O da buna görə də hadisə barədə özü ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Hadisə nəticəsində ona 5000 (beş min) manat maddi ziyan dəymişdir. Bu hadisədən bir neçə gün sonra o, Umudvarla birlikdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Fəridin atası Əlizadənin işlətdiyi kafaye getmişlər və hadisə barədə məlumat vermişlər. Əlizadə onlara “həmin qızıllar Şikarın ailə üzvlərinə məxsusdur və oradan götürülmüşdür, mənim o adda oğlum yoxdur” sözlərini deyərək cavab vermişdir. O, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış və aralarında əvvəlcədən heç bir münasibət olmamışdır. Təqsirləndirilən şəxs onlara təqdim etdiyi qızılları təxminən 120-150 qrama yaxın çəkisi olmuşdur. Azər ona bir ədəd videoçəkiliş göstərmiş, həmin çəkilişdə Fərid özü danışadanışa qızılları təqdim edir və hansı növ qızıllar olmasını deyir. Bununla əlaqədar məhkəmə iclasında verdiyi ifadəsinin sonunda Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmədiyini, onunla barışıq əldə etmək üçün heç bir hərəkət etmədiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində ağır cəza təyin olunmasını məhkəmədən xahiş etdi Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, o, Mingəçevir şəhərindən olsa da, Bakı şəhərində İçəri şəhərdə yerləşən «Qəbələ» restoranında aşbaz işləyən zaman Çinarə Hüseynova da həmin restoranda mətbəxdə işləmişdir. Şəmkir rayonundan olan Elistan Rüstəmov onun hərbi xidmət yoldaşı olmuşdur. Elistanla münasibəti yaxşı olduğu üçün onunla ayda bir-iki dəfə telefon vasitəsi ilə danışırmışlar. 2022-ci ilin iyun ayının əvvəllərində Elistanla telefonda danışarkən sonuncu ona “Biləsuvar rayonundan Fərid adlı dostum var onda qızıl var ucuz qiymətə satmaq istəyir əgər alan olsa mən onun telefon nömrəsini verərəm əlaqə saxlayarsız gedib qızılları alarsınız” sözlərini demişdir. O da Elistana telefonda “maraqlanaram əgər istəyən olsa sənə xəbər edərəm” sözlərini demişdir. Elistan ona Fəridlə əvvəllər bir yerdə Rusiya Federasiyasında işlədiklərini demişdir. O, işdə olarkən bu söhbəti Çinarənin yanında danışmışdır. Çinarə “ərim Hüseynə deyərəm qızılları alar” sözlərini demişdir. Bu söhbətin səhəri günü Hüseyn onun iş yerinə gələrək “sən Çinarəyə ucuz qızıllar olduğunu demisən, mən həmin qızıllara baxıb almaq istəyirəm” sözlərini demişdir. Sonra o, Elistana zəng edərək “iş yoldaşımın əri qızılları almaq istəyir, sən Fəridin nömrəsini mənə göndər, mən onunla əlaqə saxlayım və gedib qızıllara baxaq” sözlərini demişdir. Elistan Fəridin mobil telefon nömrəsini onun mobil telefon nömrəsinə göndərmişdir. Sonra o, Fəridin mobil telefonuna zəng edib danışaraq ona “sənin telefon nömrəni Elistan mənə verib, Elistan deyir ki, səndə qızıllar var, həmin qızılları satmaq istəyirsən” sözlərini deyərək ondan soruşmuşdur. Fərid də qızılları olduğunu və ucuz qiymətə satmaq istədiyini bildirmişdir. O, Fəridə telefonda “qızılların şəkilini çək göndər mənim mobil telefonuma mən qızılların şəkilini qızılları almaq istəyən Hüseynə göstərəcəm” sözlərini demişdir. Fərid razılaşaraq qızılların şəkilini çəkib onun mobil telefonuna göndərmişdir. O da həmin şəkilləri Çinarənin telefonuna əri Hüseynə göstərməsi üçün qızılların şəkilini göndərmişdir. Hüseyn qızılların şəkilinə baxandan sonra ona “gedək Biləsuvar rayonuna qızılları alım” sözlərini demişdir. O, Fəridlə telefon əlaqəsi saxlayaraq Biləsuvar rayonuna gəlmək istədiyini bildirmişdir. Fərid razılıq verdikdən sonra 11 iyun 2022-ci il tarixdə Hüseynlə birlikdə Biləsuvar rayonuna gəlmişlər. Sonra Fəridlə telefon əlaqəsi saxlamışlar və Biləsuvar şəhəri ərazisində görüşmüşlər. Fərid onlara “gedək kafedə oturub söhbət edək” sözlərini demişdir. Fərid onları saat təxminən 14 radələrində Cəlilabad rayonu ərazisində yerləşən «Çinar» adlı kafeyə aparmışdır. Fərid kafedə cibindən bir neçə dəst qızıl çıxarıb Hüseynə göstərmişdir. Hüseyn gələrkən özü ilə gətirdiyi elektron tərəzi ilə qızılları həmin kafedə çəkmişdir. Fəridin gətirdiyi qızıl 270 qramdan az olmuşdur. 270 qram qızılın pulu danışığa əsasən 9400 manat etmişdir. Təqsirləndirilən şəxs onlara “4700 manat ver, gətirdiyim qızıllar da məndə qalsın, gedim evimizə qalan qızılları da götürüm və evdə bir yerdə çəkim sənin 270 qram qızılını gətirim və gələndən sonra qalan 4700 manatı da verərsən” sözlərini demişdir. Hüseyn Fəridin bu sözünə inanmış və 4700 manat pulu gedib qalan qızılları da gətirməsi üçün vermişdir. Fərid 4700 manat pulu Hüseyndən alandan sonra gətirdiyi qızılları da götürüb getmişdir. Onlar isə həmin kafedə oturub Fəridin qayıdıb gəlməsini gözləmişlər, lakin təxminən 1 saat keçməsinə baxmayaraq Fərid qayıdıb gəlməmişdir. Sonra o, Fəridin mobil telefonuna zəng etmişdir. Fərid telefona cavab verərək “bir azdan gələcəm narahat olmayın” sözlərini demişdir. Onlar xeyli vaxt oturub Fəridin gəlməsini gözləmişlər, lakin Fərid gəlib çıxmamışdır. O, Fəridin telefonuna dəfələrlə zəng etsə də telefona cavab verməmişdir. Onlar oturduğu kafedə işləyən yaşlı bir kişidən Fəridin harada yaşadığını öyrənən zaman həmin şəxs Fəridin Biləsuvar rayonunun Aşağı Cürəli kəndində yaşadığını və dələduzla məşğul olmasını bildirmişdir. Bundan sonra onlar kafedən çıxıb həmin kəndə gedib Fəridin yaşadığı evin yerini müəyyən etmişlər və həmin evə getmişlər. Həmin evdən bir nəfər kişi çıxaraq Fəridin əmisi olduğunu və Fəridin evdə olmadığını demişdir. Fəridin əmisinin adını bilməmiş, lakin “Fərid məndən 4700 manat pul alıb qızıl gətirəcəkdi, lakin bizi aldatdı indi də telefona cavab vermir” sözlərini demişdir. Fəridin əmisi də onlara “Fəridin atası Biləsuvar şəhərində Mərkəzi poçtla üzbə-üz olan «Əlizadə» adlanan kafenin sahibidir atası həmin kafedə olacaq” sözlərini deyərək onlara cavab vermişdir. Onlar həmin kafeyə gedib Fəridin atası Əlizadə ilə görüşüb baş vermiş hadisə barədə məlumat vermişdir. Əlizadə onlara “Fəridin birinci işi deyil, onun dələduzluq əməlinə görə hamı mənim üstümə gəlir, onun Biləsuvar RPŞ-də hazırda işi olduğunu deyərək məsləhət bildi ki, biz də polis şöbəsinə şikayət edək” sözlərini deyərək cavab vermişdir. Bundan sonra Hüseyn Biləsuvar RPŞ-nə şikayət etməmiş və qayıdıb Bakı şəhərinə getmişlər. Sonradan da Hüseyn Fəridin barəsində DİN-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş həmin hadisədən sonra o, Fərid ilə əlaqə saxlaya bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun Azər adında bacısı oğlu vardır. Təxminən 2022-ci ilin oktyabr ayının 8-də o, Bakı şəhərində olan zaman Azərlə söhbət edərkən, ona Biləsuvar rayon sakini Pərviz adında hərbiçi tanışı olduğunu və əlində bir neçə ədəd Qarabağ bölgəsindən gətirdiyi qızıllar olduğunu bildirmişdir. Pərviz adlı şəxs qızılları Fərid adlı tanışı vasitəsi ilə ucuz qiymətə satmaq istəyir, lakin adının bu işdə hallanmamasını istəmişdir. O da Azərə “sən Fəridlə danış mənə xəbər et” sözlərini demişdir. xx.xx.2022-ci il tarixdə o, Biləsuvar rayonunda olan zaman Azər ona zəng vurmuş “hərbi hissədən çıxmışam, gəlirəm, həmin qızıllar artıq hazırdı, bir adam tap onu sataq” sözlərini demişdir. O da bundan əvvəl dostu Fikrətə bu barədə danışmasını bildirmişdir. Həmin günü saat 20 radələrində o, Fikrət və Azər üçü birlikdə Azərin avtomobili ilə Biləsuvar rayon, Aşağı Cürəli kəndinə getmişlər. Aşağı Cürəli kəndində Təqsirləndirilən şəxs evinin qarşısında görüşmüşlər. Fərid avtomobilə əyləşmiş “gedək Pərvizin evinə anası qızılları hazırlayır” sözlərini demişdir. Onlar da Fəridin dediyi ara küçələrlə kəndin içərisində hərəkət etmişlər. Fərid onları öz yaşadığı evin arxa hissəsinə aparmış və gözləmələrini demişdir. Fərid avtomobildən düşmüş və təxminən 200-300 metr məsafədə uzaqlaşmış, beş dəqiqə sonra geri qayıtmışdır. Fərid avtomobilə əyləşmiş və qızılları təqdim etmişdir. Həmçinin onlar Fəriddən qızıl alanda Biləsuvar rayonuna gələrək, rəsmi qaydada sənədləşdirmə aparılacağına razılaşmışlar. Lakin Fərid qızılların sahibinə, yəni Pərvizin anasına beh vermək üçün 5000 (beş) min manat pul verməli olmalarını bildirmişdir. Fərid onların yanında Pərvizə zəng vurmuş, lakin zəng çatmamışdır. Qızıllar hamısı həqiqi qızıllar olmuş, lakin Fərid özünü şübhəli apardığı üçün və onlar üzərlərində o qədər pul olmadığını deyərək qızılları almadan geri qayıtmışlar. Həmin günü saat 23 radələrində Fərid yenidən zəng vurmuş və “qızıllar hamısı hazırdı, gəlin götürün” sözlərini demişdir. Həmin vaxt o, Fikrətlə danışmış və Fikrətin evinə gedərək 5000 manat pul almışdır. Daha sonra Azərlə birlikdə Fəridin yanına getmişdir. Onlar Fəridi evindən götürmüşlər və evin arxasına keçmişlər. Fərid Azərə “gəl gedək qızılları götürək” sözlərini demişdir. Həmin vaxt pul Azərdə olmuşdur. Təxminən beş dəqiqə sonra Azər avtomobilə qayıtmış və “Fərid birazdan gələcək” sözlərini demişdir. O, Azərdən pulun harada olmasını soruşan zaman, Azər Fəridə verməsini demişdir. O da həmin vaxt Fəridin onları aldatmasını başa düşmüşdür. Onlar həmin yerdə gözləmişlər, lakin bir neçə dəqiqə keçməsinə baxmayaraq Fərid gəlməmişdir. Onlar ətrafı gəzmək istəyən zaman üç nəfər şəxs yaxınlaşmış və onlara “burada nə gözləyirsiniz” sözlərini deyərək soruşmuşdur. Azər də həmin şəxslərə “dostumu gözləyirəm” sözlərini demişdir. Bir-iki dəqiqə keçdikdən sonra orada olan Şikar adlı şəxs onlara “ siz qızıla görə burada gözləyirsiniz, gözləməyin pul gedib” sözlərini demişdir. Onlar orada gözləmək istəyən zaman həmin şəxslər onlara hədə qorxu gəlmişlər. Onlar Fəridin evinə getmək istəyən zaman Şikar icazə verməmiş, “anası-atası xəstədi getmə” sözlərini demişdir. Həmin vaxt Şikar onun nömrəsini götürmüş və axşam ona zəng vuracağını demişdir. Şikar adlı şəxs ona axşam saatlarında zəng vuraraq “Fəridin anası buradadı” sözlərini demiş, o da danışmaq istəməsini demiş, lakin Şikar telefonu söndürmüşdür. Onlar da hadisə barədə polisə şikayət etmişlər və Fikrətə məlumat vermişlər. Səhəri günü o, Fikrətlə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Fəridin atası Əlizadənin işlətdiyi kafaye getmiş və hadisə barədə məlumat vermişdir. Əlizadə onlara “həmin qızıllar Şikarın ailə üzvlərinə məxsusdur və oradan götürülmüşdür, mənim o adda oğlum yoxdur” sözlərini deyərək cavab vermişdir. Daha sonra onlar Kafedən ayrılmışlar. Bu hadisədən bir-iki gün sonra Azər ona zəng vurmuş “Pərvizlə birlikdə kəndə gəlmək istəyirik” sözlərini demişdir. Həmin günü saat 22 radələrində Pərvizlə Azər gəlmiş və onlar üçü birlikdə Aşağı Cürəli kəndinə Fəridin evinə getmişlər. X13 çölə çağırmışdır. Həmin vaxt X3 adından dəfələrlə istifadə edib başqa şəxsləri də aldatması barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs onlara təxminən 120-150 qram qızılları təqdim etmişdir. Azər ona bir ədəd videoçəkiliş göstərmiş, həmin çəkilişdə Fərid özü danışa-danışa qızılları təqdim edir və hansı növ qızıllar olmasını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında tanışı Zərərçəkmiş şəxs1 ilə “LOMBARD” adlı qızıl dəyişmə dükanı işlədir. Əvvəlcədən tanıdığı X4 və Şahid5 təxminən 16-17 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində onların işlədiyi dükana gələrək “ Biləsuvar şəhərində ucuz qiymətə qızıl satan var, lakin yaşlı olduğu üçün Bakı şəhərinə gələ bilmir, buna görə də gedək biz özümüz alaq” sözlərini demişlər. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində o, Kamran, Rəşad, tanışı Həsən və dostu Şahinlə birlikdə Bakı şəhərindən Biləsuvar şəhərinə gəlmişlər. Biləsuvar rayonu, Əskərabad kəndinin girişində olan ağacların içərisində adsız kafedə adını Pərviz deyən şəxslə görüşmüşlər. Həmin şəxs onlara əlində 350(üç yüz əlli) qram qızıl olmasını və bir qramını 50(əlli) manata verəcəyini demişdir. Buna görə də onlar razılaşmışlar. Həmin şəxs onlara “gedək qızıl sahibinin evinə qızıllara baxın” sözlərini demişdir. Daha sonra Pərviz adlı şəxslə Şahin və Həsən Biləsuvar rayon Aşağı Cürəli kəndinə getmişlər. Bir neçə dəqiqə sonra Şahin və Həsən onlarn yanına qayıtmışlar. Şahin ona “Pərviz adlı şəxs pulu götürüb hadisə yerindən uzaqlaşdı” sözlərini demişdir. Bundan sonra onlar Biləsuvar RPŞ-nə gedib hadisə barədə şikayət etmişlər. Onlar hadisə barədə məlumat verən zaman polis əməkdaşları “sizi aldadan şəxs Biləsuvar rayon, Aşağı Cürəli kənd sakini Təqsirləndirilən şəxsdur” sözlərini demişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pul verən zaman tanışı Həsən adlı şəxs olmuş və həmin şəxs də 2023-cü ilin yanvar ayının əvvəlki günlərində vəfat etmişdir. O, Təqsirləndirilən şəxs sadəcə olaraq Biləsuvar rayon, Əskərabad kəndində kafedə olan zaman görmüşdür. X11 Nuriyevi tanış etmişmişlər, lakin pul alınmasında iştirak etməmişlər. Şahin pulu verən zaman Rəşadla Kamran onun yanında olmuşlar. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid5 və Şahid3 ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonunda yerləşən “Saxsı” kafesində aşbaz işləyir. Onun işlədiyi kafeyə adının Pərviz olduğunu deyən bir nəfər şəxs tez-tez gəlib getmiş və özünün Qarabağ qazisi olmasını bildirmişdir. 19 avqust 2022-ci il tarixdə kafedə olan zaman Pərviz adlı şəxs ona “bir qramı 40 (qırx) manata qızıl vardır” sözlərini demişdir. O da buna görə tanışı Zərərçəkmiş şəxs2 zəng vurmuş və məlumat vermişdir. Zərərçəkmiş şəxs2 da ona “gedib alaq” sözlərini demişdir. Buna görə də 21;avqust 2022-ci il tarixdə saat 15 radələrində o, və tanışı X5 şəhərinə gəlmişlər. Biləsuvar şəhərində “Uğur” marketin qarşısında adını Pərviz deyə tanıdan şəxslə görüşmüşlər. Pərviz adlı şəxs onları kafelərin birinə aparmış və onlar orada çay içmişlər. Biraz sonra həmin şəxs onlara “gözləyin gedib qızılları gətirim” sözlərini deyərək onların yanından uzaqlaşmışdır. Pərviz adlı şəxs bir qədər sonra 10 ədəd sırğa və boyunbağı gətirmiş və “bu qızıllar bir nəfər şəxs var onundu, siz mənə 2000 (iki min) verin gedib beh verim, qızılların hamısını götürüb gəlim” sözlərini demişdir. Onlar Pərviz adlı şəxslə qızılın qramını 40 (qırx) manat pul müqabilində almağa razılaşmışlar. Sübhan onun yanında Pərviz adlı şəxsə 2000 manat pul vermiş və qızılların qalanını gətirmək üçün getmişdir. Onlar da Pərviz adlı şəxsi həmin kafedə gözləmişlər. Təxminən 1 saat keçdikdən sonra Sübhan Pərviz adlı şəxsə zəng vurmuş, lakin Pərviz telefonu açmamışdır. Buna görə də Süphan və o, Biləsuvar rayon polis şöbəsinə gedib, ərizə ilə müraciət etmişlər. Onlar hadisə barədə polisə məlumat verən zaman polis əməkdaşları həmin şəxsin adının Pərviz olmadığını, adının Təqsirləndirilən şəxs olmasını bildirmişlər. Səfərov onun yanında 2000 (iki min) manat pulu Cəlilabad rayonu ərazisində yerləşən “Çinar” adlı kafedə Təqsirləndirilən şəxs vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanıyır, onlarla ədavəti və şəxsi-qərəzçiliyi olmamışdır. O, Bakı şəhəri, Nizami rayonu ərazisində LOMBARD qaydasında kredit verən Zərərçəkmiş şəxs1 adlı şəxsdən bir neçə dəfə qızıl götürmüş və buna görə də onu yaxşı tanıyır. O, özü əvvəllər Müdafiə Nazirliyinə tabe olan, Bakı şəhəri, Suraxanı ərazisində yerləşən N saylı hərbi hissədə müddətdən artıq xidmət etmişş, xidmət edən zaman İsmayıllı rayon sakini Rəşad Qədirli onunla birlikdə işləmişdir. 2022-ci ilin sentyabr ayının əvvəlki günlərində iş yoldaşı Rəşad ona “Pərviz adlı şəxs var, həmin şəxs ucuz qiymətə qızıl-zinət əşyaları satır” sözlərini demişdir. O da buna görə Şahinə zəng vurmuş və Rəşadla danışdırmışdır. Rəşad ona məsələni danışaraq “gedib Biləsuvar şəhərindən qızılları alaq” sözlərini demişdir. Şahin Rəşadla razılaşmamış “həmin şəxs gəlsin Bakıda qızılları versin" sözlərini demişdir. Bu hadisədən təxminən 5-6 gün sonra o, və Rəşad Şahinin iş yerinə getmişlər və borcunu ödəmişdir. Həmin vaxt Şahin onlara “keçən dəfə dediyiniz məsələ hələ də qalıbsa gedək qızılları mən alım” sözlərini demişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus olan “KİA OPTİMA” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə o, Şahin, Rəşad, Kənan və Həsən adlı şəxslə Biləsuvar şəhərinə gəlmişlər. Biləsuvar şəhərinə çatdıqdan sora onlar özünü Pərviz kimi təqdim edən şəxslə Biləsuvar rayon, Əskərabad kəndinin girişində olan kafedə görüşmüşlər. Onlar biraz söhbət edib çay içdikdən sonra Şahin, Həsən və Pərviz adlı şəxs qızıllara baxıb götürmək üçün getmişlər. O, Rəşad və Kənan kafedə qalmışlar. Biraz sonra Şahinlə Həsən gəlmiş və “Pərviz adlı şəxs qızılları və pulu da götürüb qaçdı” sözlərini demişdir. Buna görə də Rəşad Fəridin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə dəfələrlə zəng vurmuş, lakin həmin şəxs telefonu açmamışdır. Buna görə də Şahin əvvəlcədən DİN-in 102 xidmətinə müraciət etmiş və daha sonra onlar Biləsuvar RPŞ-nə gələrək polis əməkdaşlarına hadisə barədə məlumat vermişlər. Onlar hadisə barədə məlumat verən zaman polis əməkdaşları onlara həmin şəxsin Pərviz olmamasını, adının Təqsirləndirilən şəxs olmasını bildirmişlər. Təqsirləndirilən şəxs Şahindən pulu alan zaman Rəşad onun yanında olmuşdur və Rəşadın baş vermiş hadisədə heç bir rolu olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu Xocahəsən qəsəbəsində yerləşən Hərbi Hava Qüvvələrinə məxsus N saylı hərbi hissəsində Rabitə manqa komandiri, hərbi Çavuşu rütbəsindədir. xx.xx.2022-ci il tarixdə o, Biləsuvar rayon, Aşağı Cürəli kəndinə qonaqlığa gəlmişdir. Orada olan zaman köhnə tanışı Fəridi görmüş və söhbət etmişdir. Söhbət zamanı Fərid onun mobil nömrəsini götürmüşdür. xx.xx.2022-ci il tarixdə o, Bakı şəhərində olan zaman Fərid zəng vurmuş “ucuz qiymətə qızıl var, Pərviz adlı tanışı satmaq istəyir, istəsən sənə verə bilərəm” sözlərini demişdir. O da Fəriddən qızılların oğurluq olub-olmamasını soruşmuşdur. Fərid də ona “qızılları sənə rəsmi qaydada şəkillərlə verəcəyəm” sözlərini demişdir. Fərid ona qızılların videosunu və şəkilləri çəkib atmışdır. O da Fəridə inanmış “bir-iki günə gələcəyəm danışarıq” sözlərini demişir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərindən, Biləsuvar rayonu, Xırmandalı kəndində ad günü odluğu üçün yaşadığı evə gəlmişdir. O, evə gəldikdən sonra dayısı Umudvara “tanışım Fərid bir qramı 60 manat pula qızıl satır” sözlərini demişdir. Dayısı da tanışı Fikrətə zəng vuraraq “bizə gəl” sözlərini demişdir. Biraz sonra Fikrət onların yanına gəlmişdir. O da Fikrətə qızıl barədə məlumat vermişdir. Fikrət də “qızılları mən götürərəm” sözlərini demişdir. Daha sonra o, dayısı Umudvar və Fikrətlə birlikdə Aşağı Cürəli kəndinə getmişlər. Aşağı Cürəli kəndində Fəridi avtomobilə götürmüşdür. Fərid onlardan qızılları almaq üçün beh kimi 5000 (beş min) manat pul istəmiş və “qızılları sahibinə verməliyəm ki, bizə inansın” sözlərini demişdir. Fərid onları kəndin içərisində dalan küçələrin biri ilə bir ədəd darvazanın qarşısına aparmış və həmin darvazadan içəri girmişdir. Təxminən beş dəqiqə sonra geri qayıtmış və bir ədəd qutunun içərisində təxminən 180 (yüz səksən) qram qızılları onlara göstərmişdir. Fəridin ona göndərdiyi videoda olan qızıllarla təqdim edilən qızılları eyni olmuşdur. Həmin vaxt onların üzərində pul olmadığı üçün qızılları ala bilməmişlər və beh də verə bilməmişlər. Buna görə də geri qayıtmışlar. Həmin günü saat 23 radələrində Fəridin yenidən zəngi ilə Fikrətdən dayısı Umudvar 5000 (beş min) pulu götürmüş və onlar ikisi Aşağı Cürəli kəndinə geri qayıtmışlar. O və dayısı X8 Cürəli kəndində görüşmüşlər və əvvəl getdiyi evin qarşısında pulu avtomobilin işığında 5000 (beş min) manat pulu saymış və Fəridə vermişdir. Fərid də ona “beş dəqiqə sonra səni çağıracam gəlib çəkib götürərsən” sözlərini demişdir. Lakin bir neçə dəqiqə keçməsinə baxmayaraq Fəriddən xəbər gəlməmişdir. O da buna görə Fəridə zəng vurmuş, lakin zəng çatmamışdır. Bu zaman iki nəfər şəxs onlara yaxınlaşmış və “burada kimi gözləyirsiniz” sözlərini deyərək soruşmuşlar. Onlar da həmin şəxslərə “Fəridi gözləyirik” sözlərini deyərək cavab vermişlər. Daha sonra həmin şəxslər onlardan beş metr uzaqlaşdıqdan sonra geri qayıtmış və “mənim adım Şikardı və siz nə üçün mənim evimin arxasında dayanmısız” sözlərini deyərək soruşmuşdur. Onlar da Şikar adlı şəxsə qızıl almaq istədiklərini deyən zaman, sonuncu da qızıl yoxdu, buradan çıxın gedin sözlərini demişdir. Daha sonra da o, DİN-in 102 xidmətinə zəng edərək müraciət etmişdir. Fəridə verdiyi pul onun olmadığına görə, o, ilk dəfə DİN-in 102 xidmətinə zəng edən zaman Fəridin 10000 (on min) pulunu oğurlanmasını bildirmiş, lakin bu doğru deyildir. O, Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır və sonuncu ilə birlikdə idman məşğələlərinə getmişdir. Təqsirləndirilən şəxs ona qızılların Pərvizə aid olmasını bildirmiş, lakin qızıl alınması və aldatması prosesində Pərvizin rolu olmamışdır. O, hadisədən əvvəl Pərvizdən bu barədə əvvəl heç bir söz soruşmamışdır. Sadəcə olaraq Pərviz hadisədən sonra ona “Fəridi tapacam və sizin pulunuzu da qaytazdıracam” sözlərini demişdir. İş materiallarına əlavə edilmiş Azercell» MMC-dən xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş diskə baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri Təqsirləndirilən şəxs istifadə etmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi 050- ***-**-** mobil nömrəsindən göndərilən SMS-lərə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilmişdir: xx.xx.2022-cil tarixdə saat 16:28:54-də **********18 saylı mobil nömrədən zərərçəkmiş Zərərçəkmiş şəxs2 Ağali oğlu tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan **********18 saylı mobil nömrəyə “Qardaş gediriy polis sobesine ya telefona cavab ver ya da gedib erze yazib qoyuruq harda olsan seni tapacaqlar” məzmunlu smsi göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 13:29:46-də Zərərçəkmiş şəxs2 Ağali oğlu tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan **********18 saylı mobil nömrəsinə “Pulu kart atim at karta yoxsa gec tez seni tapacaqlar bilirsen ise kimler qarisib gedesen sroka tekeran emele görə 178.2 maddesi 3 ilden 7 ile qeder” məzmunlu smsi göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 18:01:47-də Zərərçəkmiş şəxs1 istifadəsində olan **********51 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan **********18 saylı mobil nömrəyə “ac telefonu” sözləri olan məzmunlu sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 18:04:36-da Təqsirləndirilən şəxs istifadəsində olan **********18 saylı mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan **********51 saylı mobil nömrəsinə “senin pulun resadadi ged al” sözləri olan məzmunlu sms göndərmişdir, xx.xx.2022-ci il tarixdə saat 19:08:24-də Zərərçəkmiş şəxs1 istifadəsində olan **********51 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan **********18 saylı mobil nömrəyə “resadnan danisiram yalan deyirsen” sözləri olan məzmunlu sms göndərilmişdir, xx.xx.2022-cil tarixdə saat 20:43:47-də **********18 saylı mobil nömrədən zərərçəkmiş Zərərçəkmiş şəxs2 Ağali oğlu tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan **********18 saylı mobil nömrəyə “Mustentik zeng elemisdi sabah gelib tezeden erize vereciy sen axdarisa qoyacaqlar gec tez tutulasan sroka gedesen vacapda mene yaz kart atim pulu at kar” məzmunlu smsi göndərilmişdir, Bundan əlavə **********18 saylı mobil nömrədən zərərçəkmiş Zərərçəkmiş şəxs2 Ağali oğlu tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan **********18 saylı mobil nömrəsinə avqust və sentyabr aylarında dəfələrlə zəng olunmuşdur. Eyni zamanda Zərərçəkmiş şəxs1 istifadəsində olan **********51 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan **********18 saylı mobil nömrəsi arasında dəfələrlə zənglər olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi yolu ilə cəzanın məqsədlərinə nail olmaq olar. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2010-ci il tarixli Bakı Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 29 dekabr 2010-ci il tarixli qərarı ilə 01 il, 11 ay, 11 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilib, 01 fevral 2022-ci il tarixli Biləsuvar rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 04 ay, 10 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 7(022)-2/2023 saylı qərarı ilə Biləsuvar Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 1(022)-5/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 08 ay 24 gün hissəsi 10 (on) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmişdir. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 17 yanvar 2023cü il tarixdən hesablanmışdır. Şirvan Apelliyasiya Məhkəməsinin 16 mart 2023-cü il tarixli 7-(106)-23/2023 saylı məktubunda göstərilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olan 7-(106)-23/2023 nömrəli iş üzrə məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmiş və həmin qərar dərhal qüvvəyə minmişdir. CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan mərum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məkumluqlar nəzərə alınmır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdən 04 aprel 2023-cü il tarixə kimi ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 02 ay 20 gününü çəkmiş, cəzasının səkilməmiş qalan hissəsi 7 ay 10 gündür. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 14 dekabr 2022-ci il tarixdə, saat 17:35-də tutma tətibiq olunmuş və Təqsirləndirilən şəxs 16 dekabr 2022-ci il tarixdə, saat 16:30-də Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Buna görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən cəzaya Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 7(022)-2/2023 saylı qərarı ilə təyin edilmiş 10 (on) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının səkilməmiş qalan 7 ay 10 günü qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti cəza müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsini nəzərə alaraq belə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs hazırda azadlıqdan mərhum edilməklə cəza çəkməsi nəzərə alınmaqla barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsnə heç bir lüzum yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 03 (üç) il 6 (altı) ay müddətinə azadlqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən 03 (üç) il 6 (altı) ay müddətə azadlqdan məhrum etmə cəzasına Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 7(022)-2/2023 saylı qərarı ilə təyin edilmiş 10 (on) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 7 ay 10 günü qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün 03 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 7(022)-2/2023 saylı qərarına əsasən 17 yanvar 2023-cü il tarixdən azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 aprel 2023-cü il tarixdən hesablansın. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar