Məhkəmə qərarları › İş №1(022)-49/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-49/2025

25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-49/2025 25.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X63 məhkəmə-iclas katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1974-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olmaqla, Biləsuvar şəhəri, H.Cavid küçəsində yaşayan, barəsində Biləsuvar rayon məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, 26 dekabr 2024-cü il tarixdə “həbs” qətimkan tədbirinin müddəti 26 fevral 2025-ci il tarixədək uzadılmış və hazırda Bakı İstintaq Təcridxanasmda saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, ev 281-də yaşayan Zərərçəkmiş şəxs22 etibarından sui-istifadə edib sonuncunun bacısı oğlu X51 Fövqəladə Hallar Nazirliyinin Biləsuvar rayon şöbəsinə işə düzəldəcəyini yalan vəd verib aldadaraq, bu məqsədlə 25 aprel 2023-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində notariat ofisində 5000 (beş min) manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs22 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar şəhər sakini Zərərçəkmiş şəxs26 etibarından sui-istifadə edib sonuncunun qardaşı oğlu X82 Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyini yalan vəd verib aldadaraq bu məqsədlə 03 sentyabr 2023cü il tarixdə Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən elektronika mağazasında 2200 (iki min iki yüz) manat məbləğində pulu alıb ələ keçirdikdən sonra vahid niyyətlə əhatə olunan qəsdlə, Zərərçəkmiş şəxs26 bibisi qızı X38 şəhid ailələrinə xidmət göstərən şəxs kimi işə düzəldəcəyinə yalan vəd verib aldadaraq 16 dekabr 2023-cü il tarixdə Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən elektronika mağazasında 1000 (min) manat pulu alıb ələ keçirdikdən sonra, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs26 bibisi oğlu X64 Biləsuvar rayonu Suvarma Sistemlərində işə düzəldəcəyini yalan vəd verib aldadaraq 21 dekabr 2023-cü il tarixdə Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən elektronika mağazasında 2000 (iki min) manat alıb ələ keçirərək zərərçəmiş şəxs Zərərçəkmiş şəxs26 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5200 (beş min iki yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Biləsuvar şəhəri, M.B.Qasımov küçəsi, ev 4-də yaşayan Zərərçəkmiş şəxs28un etibarından sui-istifadə edib sonuncuya kəsilmiş pensiyasını bərpa etdirəcəyini yalan vəd verib aldadaraq bu məqsədlə 17 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs28 yaşadığı fərdi yaşayış evinin həyətində 1700 (min yeddi yüz) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs28 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar şəhər sakini Zərərçəkmiş şəxs3 əlilliyə görə pensiya düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bu məqsədlə 2023-cü ilin oktyabr ayının əvvəllərində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Mərkəzi xəstəxananın həyətində 2500 (iki min beş yüz) manat alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar şəhəri, Z.Kərimli küçəsində yaşayan Zərərçəkmiş şəxs27 azaldılmış pensiyanın artırılacağına dair yalan verib aldadaraq 23 oktyabr 2023-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bol” marketin qarşısında 500 (beş yüz), 28 noyabr 2024-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bol” marketin qarşısında 1000(min) manat vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs27 ümumilikdə 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar şəhəri, A.M.Hüseyn küçəsində yaşayan Zərərçəkmiş şəxs4 Biləsuvar rayon Suvarma Sistemləri İdarəsində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu məqsədlə 2023-cü ilin oktyabr ayının sonlarında sonuncuya məxsus fərdi yaşayış evinin həyətində 2000 (iki min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bunda başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu Dərvişli kəndində yaşayan Zərərçəkmiş şəxs21 etibarından sui-istifadə edib sonuncunun azyaşlı oğlu Mirnəsib Əlizadəliyə pensiya düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 2023-cü ilin oktyabr ayının sonlarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Biləsuvar Rayon İcra Hakimiyyətinin qarşısındakı H.Əliyev adma parkda 1000 (min) manat, bir gün sonra Biləsuvar şəhəri, H.Əliyev küçəsində "xxxx" ASC-nin Biləsuvar rayon filialının qarşısında 500 (beş yüz) manat alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəmiş şəxs Zərərçəkmiş şəxs21 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayon Aşağı Cürəli kənd sakini Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib sonuncuya sosial müavinəti düzəltdirəcəyinə dair yalan vəd verib aldadaraq bu məqsədlə 02 noyabr 2023-cü il tarixdə Biləsuvar şəhəri, İ.Astanlı küçəsində 1500 (min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayon Aşağı Cürəli kənd sakini Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək sonuncuya sosial müavinəti düzəltdirəcəyinə dair yalan vəd verib aldadaraq bu məqsədlə 07 noyabr 2023-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar filialının yaxınlığında 1500 (min beş yüz) manat məbləğində pulu alıb ələ keçirdikdən sonra 19 mart 2024-cü il tarixdə isə sosial müavinati sosial yardımla əvəz etmək adı ilə 500 (beş yüz) manat alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəmiş şəxs ümumilikdə Zərərçəkmiş şəxs8 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu, Bağbanlar kəndində qeydiyyatda olmaqla Biləsuvar şəhəri, Nizami küçəsində yaşayan Zərərçəkmiş şəxs24 etibarından sui-istifadə edərək sonuncunu Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyinə yalan vəd verib aldadaraq 09 noyabr 2023-cü il tarixdə Biləsuvar şəhəri, Nizami küçəsində 1800 (min səkkiz yüz) manat məbləğində pulu alıb ələ keçirdikdən sonra, vahid niyyətlə əhatə olunan qəsdlə şəhid ailələrinə xidmət göstərən şəxs kimi işə düzəldəcəyini yalan vəd verib aldadaraq 21 noyabr 2023-cü il tarixdə Biləsuvar şəhəri, Nizami küçəsində 1800 (min səkkiz yüz) manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs24 qızma ümumilikdə 3600 (üç min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu Amankənd kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunun oğlu X77 rayon Suvarma Sistemləri İdarəsində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu məqsədlə 2023-cü ilin dekabr ayının əvvəllərində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar filialının yaxınlığında 1500 (min beş yüz) manat pulunu alıb ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu Amankənd kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edib sonuncunun kəsilmiş pensiyasını bərpa etdirəcəyinə yalan vəd verib aldadaraq 10 dekabr 2023-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Paşaka” aptekində 2000 (iki min) manat, 13 dekabr 2023-cü il tarxidə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Paşaka” aptekində 500 (beş yüz) manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs11 ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar şəhəri, N.Tusi küçəsində yaşayan Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncunu Abşeron rayonu, Qobu qəsəbəsində sürücü vəzifəsinə işə düzəldəcəyinə yalan vəd verib aldadaraq, bu məqsədlə 2023-cü ilin dekabr ayının ortalarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən avtomobil təmiri sexinin qarşısında Zərərçəkmiş şəxs1 məxsus “Qazel” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin içərisində 2000 (iki min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar şəhəri, Təyyarə Meydanı, X.Natəvan küçəsi, ev 01-də yaşayan Zərərçəkmiş şəxs16 etibarından sui-istifadə edərək sonuncuya pensiya düzəldəcəyini yalan vəd verib aldadaraq 2023-cü ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs16 qudası Zərərçəkmiş şəxs1 vasitəsi ilə 1150 (min yüz əlli) manat pulu alıb ələ keçirdikdən sonra, pensiyanın hazır olmuş sənədlərinin təsdiq olunması adı ilə 2024-cü ilin mart ayında Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Timur” şadlıq sarayının yaxınlığında Zərərçəkmiş şəxs16 400 (dörd yüz) manat vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs16 ümumilikdə 1550 (min beş yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu Nərimankənd kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs19 etibarından sui-istifadə edərək sonuncunun anası X1 pensiyasını bərpa etdirəcəyinə yalan vəd verib aldadaraq 2023-cü ilin dekabr ayının ortalarında Biləsuvar şəhəri, H.Cavid küçəsində yerləşən evdə 1000(min) manat məbləğində pulu alıb ələ keçirdikdən sonra, Sara Həsənovanı şəhid ailələrinə xidmət göstərən şəxs kimi işə düzəldəcəyinə yalan vəd verib aldadaraq 2024-cü ilin yanvar ayının əvvəllərində Biləsuvar şəhəri, H.Cavid küçəsində yerləşən evdə 1000 (min) manat manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs19 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar şəhər sakini Zərərçəkmiş şəxs15 etibarından sui-istifadə edərərək sonuncuya sosial yardım düzəldəcəyini yalan vəd verib aldadaraq 2023-cü ilin dekabr ayının sonlarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar filialının qarşısında X8 vasitəsi ilə 1250 (min iki yüz əlli) manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs15 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu Amankənd kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs18 etibarından sui-istifadə edərərək sonuncuya dövlət tərəfindən müharibə iştirakçılarına və qazilərinə verilən avtomobil növbəsinə salınacağını yalandan vəd verib aldadaraq 2024-cü ilin yanvar ayının əvvəllərində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Xan” şadlıq sarayının yaxınlığında 1000 (min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs18 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu Arazbarı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs25 Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyini yalan vəd verib aldadaraq 08 yanvar 2024-cü il tarixdə Biləsuvar şəhəri. H.Əliyev küçəsində Aynur məişət evinin qarşısında VAZ 2106 markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda 2000 (iki min) manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs25 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar şəhəri, H.Aslanov küçəsi, ev 7-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs20 etibarından sui-istifadə edərək sonuncunun oğlu X20 Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyini yalan vəd verib aldadaraq 05 fevral 2024-cü il tarixdə Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən Cümə məscinin qarşısında 1300 (min üç yüz) manat məbləğində pulu alıb ələ keçirdikdən sonra, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs20m şəhid ailələrinə xidmət göstərən şəxs kimi işə düzəldəcəyinə yalan vəd verib aldadaraq 27 fevral 2024-cü il tarixdə Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən Cümə məscinin qarşısında 1200 (min iki yüz) manat məbləğində pulunu alıb ələ keçirərək,vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs20 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu Dərvişli kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs29 etibarından sui-istifadə edərərək sonuncuya sosial yardım düzəldəcəyini yalan vəd verib aldadaraq 07 fevral 2024-cü il tarixdə Biləsuvar şəhəri, Nizami küçəsində X8 vasitəsi ilə 1250 (min iki yüz əlli) manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs29 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar şəhəri, S.Vurğun küçəsi, ev 91-də yaşayan Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edərək sonuncunu X34 işə düzəldəcəyini yalan vəd verib aldadaraq 12 fevral 2024-cü il tarixdə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində 2000 (iki min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs13 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayon Əsgərabad kənd sakini Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək sonuncuyasosial müavinətin düzəltdirəcəyini yalan vəd verib aldadaraq bu məqsədlə 29 fevral 2024-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Aynur məişət evi”-nin qarşısında 1000 (min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu Dərvişli kəndində qeydiyyatda olmaqla Zərərçəkmiş şəxs30 Allahşükür oğluna Qarabağ regionunda yenidən qurma işləri aparan şirkətlərindən birində sürücü kimi işə düzəldəcəyini yalan vəd verib aldadaraq 29 fevral 2024-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində M.İbrahimov adma lisey-məktəb kompleksinin qarşısında **-FL-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200” markalı avtomobilin salonunda 1000 (min) manat məbləğində pulu alıb ələ keçirdikdən sonra, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs30 bacısı oğlu X6 Biləsuvar rayonu Süd zavodunda mühafizəçi kimi işə düzəldəcəyini yalan vəd verib aldadaraq 11 mart 2024-cü il tarixdə isə Biləsuvar şəhəri, Z.Binyadov küçəsində **-FL-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200” markalı avtomobilin salonunda 1800 (min) səkkiz yüz manat məbləğində pulunu alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs30 Allahşükür oğluna ümumilikdə 2800 (iki min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu Bağbanlar kəndində qeydiyyatda olmaqla yaşayan X14 etibarından sui-istifadə edərərək sonuncunu Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyini dair yalan vəd verib aldadaraq 2024-cü ilin mart ayının əvvəllərində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən Mərkəzi bazarın qarşısında Zərərçəkmiş şəxs10 vasitəsi ilə 1200 (min iki yüz) manat məbləğində pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs X21 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu Bağbanlar kənd sakini Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edərək sonuncunu Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyini yalan vəd verib aldadaraq 2024-cü ilin mart ayının əvvəllərində M.İbrahimov küçəsində Mərkəzi Bazarın qarşısında 1000 (min) manat əldə etdikdən sonra, Zərərçəkmiş şəxs10 bacısı X22 Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyinə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 15 mart 2024-cü il tarixdə 1000 (min) manat, Zərərçəkmiş şəxs10nm arvadı X15 Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyinə yalan vəd verib aldadaraq 2024-cü ilin aprel ayının əvvəllərində Biləsuvar rayonu Zəhmətabad kəndinin giriş hissəsində olan şəhid abidəsininin yaxınlığında vahid niyyətlə əhatə olunan qəsdlə 1400 (min iki yüz) manat və 2024-cü ilin aprel ayının ortalarında Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşn “Ucuzluq” univermağınm qarşısında razılaşdıqları pullardan qalmış 200 (iki yüz) məbləğində pulu alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəmiş şəxs Zərərçəkmiş şəxs10 ümumilikdə 3600 (üç min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək sonuncunun bacısı oğlu X52 Biləsuvar rayon Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyini yalan vəd verib aldadaraq, 15 mart 2024-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Günəş” kafesində 1900 (min doqquz yüz) manat pulunu alıb ələ keçirdikdən sonra, eyni məqsədlə 17 mart 2024-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Al” marketin yerləşdiyi binanın ikinci mərtəbəsindəki çayxanada 600 (altı yüz) manat pulunu alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəmiş şəxs Zərərçəkmiş şəxs7 ümumlikdə 2500 (iki min beş yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar şəhəri, B.Xammədov küçəsində yaşayan Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edərək sonuncunu Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyini yalan vəd verib aldadararaq 11 may 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən ərzaq mağazasında 1500 (min beş yüz) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs14 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu Ağayrı kənd sakini Zərərçəkmiş şəxs32 etibarından sui-istifadə edib sonuncuya Biləsuvar şəhəri, Babək küçəsində yerləşən fərdi yaşayış evini sənədləşdirib daşınmaz əmlakın qeydiyyat şəhadətnaməsi alacağını yalan vəd verib aldadaraq bu məqsədlə 2024-cü ilin may ayının əvvəllərində Biləsuvar şəhəri, Puşkin küçəsində yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan X97 Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Biləsuvar şöbəsinin qarşısında 500 (beş yüz) manat, 08 may 2024- cü il tarixdə Zərərçəkmiş şəxs32 X90ya məxsus Biləsuvar şəhəri, Babək küçəsində yerləşən evdə 1500 (min beş yüz) manat, iki gün sonra həmin ünvanda 600 (altı yüz) manat, sənədləşdirdiyi evin daşınmaz əmlakın qeydiyyat şəhadətnaməsində Sahibə Abdullayevanm adının qeyd olunması üçün 11 may 2024-cü il tarixdə Biləsuvar şəhəri, Babək küçəsində yerləşən evdə 600(altı yüz) manat ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 3200 (üç min iki yüz) manat pulunu alıb ələ keçirdikdən sonra, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs32 oğlu Şahid1 müharibə iştirakçısı olmasına görə pensiya düzəldəcəyinə yalandan vəd verib aldadaraq 2024-cü ilin may ayının ortalarında 1700 (min yeddi yüz) manat, vahid niyyətlə əhatə olunan qəsdlə 2024-cü ilin may ayının ortalarında Zərərçəkmiş şəxs32 nəvəsi X23 bağçada düzəldəcəyinə yalan vəd verib aldadaraq Biləsuvar şəhəri, Babək küçsində yerləşən evdə 2000 (iki min) manat, vahid niyyətlə əhatə olunan qəsdlə 2024-cü ilin may ayının ortalarında Zərərçəkmiş şəxs32 nəvəsi Aydan Məmmədzadənin əri X39 məktəbdə işə düzəldəcəyinə yalan vəd verib aldadaraq Biləsuvar şəhəri, Babək küçəsində yerləşən evdə 3000 (üç min) manat, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs32 X10nu Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon şöbəsində işə düzəldəcəyini yalan vəd verib adadaraq 22 may 2024-cü il tarixdə Biləsuvar şəhəri, Babək küçəsində yerləşən evdə 3000 (üç min) manat pulunu alıb ələ keçirərək zərərçəmiş şəxs X53 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 12900 (on iki min doqquz yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 4-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs17 etibarından sui-istifadə edərək sonuncunun oğlu Seymur Qurbanova sürücülük vəsiqəsini alacağına dair yalan vəd verib aldadaraq 04 iyun 2024-cü il tarixdə ünvan 4 ünvanında 800 (səkkiz yüz) manat alıb ələ keçirdikdən sonra vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs17 digər oğlu Süleyman Qurbanova sürücülük vəsiqəsini alacağına dair yalan vəd verib aldadaraq 05 iyun 2024-cü il tarixdə ünvan 4 ünvanında 800 (səkkiz yüz) manat alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəmiş şəxs Zərərçəkmiş şəxs17 ümumilikdə 1600 (min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu Çaylı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edərək sonuncunun kəsilmiş pensiyasını bərpa etdirəcəyini yalan vəd verib aldadaraq 10 iyun 2024-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində notariat ofisində 3000 (üç min) manat) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs12 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar şəhəri, Babək küçəsində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs31 etibarından sui-istifadə edərək sonuncunun kəsilmiş pensiyamı bərpa etdirməsi üçün sənədlərin toplanmasına dair yalan vəd verib aldadaraq 13 iyun 2024-cü il tarixdə Biləsuvar şəhəri, H.Cavid küçəsində 1800 (min səkkiz yüz) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs31 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar şəhəri, 28 May küçəsi, ev 16da qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs23 etibarından sui-istifadə edərək sonuncunun oğlu Hacıbaba Əsədliyə sürücülük vəsiqəsini alacağına dair yalan vəd verib aldadaraq 05 iyul 2024- cü il tarixdə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Rest-Aran” restoranın həyətində 400 (dörd yüz) manat, 06 iyul 2024-cü il tarixdə isə Biləsuvar şəhər, T.İsmayılov küçəsində isə 450 manat alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəmiş şəxs Zərərçəkmiş şəxs23 ümumilikdə 850 (səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X70 Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Dövlət tərəfindən şəhid ailələrinə evlər tikilir. Onların də ailəsinə təxminən iki il bundan qabaq Biləsuvar şəhərində ev tikilmişdir. Həmin vaxt tikilən evə tikinti materiallarını Biləsuvar şəhər sakini Səxavət adlı şəxs gətirmişdir. Həmin vaxtdan Səxavətlə aralarında münasibət yaranmışdır. 2023-cü ilin sentyabr ayının əvvəllərində Səxavət adlı şəxslə birlikdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Məşədi adlı şəxsə məxsus tikinti materialları satılan mağazanın qarşısında olan zaman Zərərçəkmiş şəxs28 onlara yaxınlaşmışdır. Səxavət Zərərçəkmiş şəxs28 özünə pensiya düzəltmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs28 xəstəliyi barədə sənədlərə baxmaq istədiyini bildirmişdir. Fərzulla sənədlərin yaşadığı evdə olmasını bildirmişdir. Zərərçəkmiş şəxs28lə sonuncunun yaşadığı ünvana getməyə razılaşmışdır. O, sənədləri alıb baxdıqdan sonra Zərərçəkmiş şəxs28 pensiyasını düzəldəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs28 pensiya düzəltməyim üçün ondan 2500 (iki min beş yüz) manat məbləğində pul istəmişdir. Zərərçəkmiş şəxs28 ona 1700 (min yeddi yüz) manat məbləğində pul verə biləcəyini bildirmişdir. O da Zərərçəkmiş şəxs28lə razılaşmışdır. 17 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs28 onunla əlaqə saxlayaraq pulun hazır olmasını bildirmişdir. O, Zərərçəkmiş şəxs28 yaşadığı Biləsuvar şəhəri, M.B.Qasımov küçəsində yerləşən evə getmişdir. Orada Zərərçəkmiş şəxs28 1700 (min yeddi yüz) manat məbləğində pul almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs26 bir neçə ildir ki, tanıyır. 2023-cü ilin iyul ayında yaşadığı ev üçün Vüqara məxsus elektronika mağazasından kondisioner almışdır. 2023-cü ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs26 onunla əlaqə saxlayaraq qardaşı övladı X82 Fövqəladə Hallar Nazirliyində işə düzəltmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs26 köməklik edəcəyini bildirmişdir. Buna görə Zərərçəkmiş şəxs26 2000 (iki min) manat məbləğində pul istəmişdir. Vüqar 03 sentyabr 2023-cü il tarixdə onunla əlaqə saxlamışdır. Vüqarla Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən ona məxsus mağazada görüşmüşdür. Görüş zamanı Vüqar qardaşı oğlu Musa Ağayevi işə düzəltməyi üçün ona 2000 (iki min) manat məbləğində pul vermişdir. 2023-cü ilin dekabr ayının ortalarında Vüqar yenidən onunla mobil telefon əlaqəsi saxlayaraq bibisi qızı X28 işə düzəltmək istədiyini bildirmişdir. X78 şəhid ailələrinə xidmət göstərən şəxs kimi işə düzəldəcəyini bildirmişdir. Vüqar onunla razılaşmışdır. 16 dekabr 2023-cü il tarixdə Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən Vüqara məxsus elektronika mağazasında sonuncu ona 1000 (min) manat məbləğində pul vermişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs26 bibisi oğlu X64 işə düzəltmək istədiyini bildirmişdir. O da Biləsuvar rayonu Suvarma Sistemlərində iş yerinin olmasını orada işə düəlməsinə köməklik edəcəyini bildirmişdir. Lakin buna görə Vüqardan 2000 (iki min) manat məbləğində pul istəmişdir. 21 dekabr 2023-cü il tarixdə Vüqarla sonuncuya məxsus Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən elektronika mağazasında görüşmüşdür. Vüqar 2000 (iki min) manat məbləğində pulu sayaraq ona vermişdir. O həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 2023cü ilin noyabr ayında Zərərçəkmiş şəxs26lə aralarında olan söhbət zamanı baldızı Zərərçəkmiş şəxs24 Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsində işə düzəlmək istədiyini bildirmişdir. O, Vüqara baldızına köməklik edə biləcəyini deyərək ondan 1800 (min səkkiz yüz) manat məbləğində pul istəmişdir. 09 noyabr 2023-cü il tarixdə Vüqar ona zəng etmişdir. O, Vüqara məxsus Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən elektronika mağazasına getmişdir. Vüqarla birlikdə sonuncuya məxsus avtomobillə Natəvanın yaşadığı evin qarşısına getmişlər. Natəvandan 1800 (min səkkiz yüz) manat məbləğində pulu almışdır. Bir neçə gün sonra Vüqara baldızı Natəvanı şəhid ailələrin xidmət göstərən şəxs kimi işə düzəldə biləcəyini deyərək istəyərsə köməklik edəcəyini demişdir. Vüqar Natəvanla danışıb ona xəbər edəcəyini demişdir. 21 noyabr 2024-cü il tarixdə yenidən Vüqara məxsus avtomobillə Zərərçəkmiş şəxs24 yaşadığı evin qarşısına getmişlər. Orada Natəvandan 1800 (min səkkiz yüz) manat məbləğində pul almışdır. O həmin pulları öz şəxsi ehtiyaclarım üçün xərcləmişdir. 2023-cü ilin sentyabr ayında Səxavətlə Biləsuvar şəhəri ərazisində qarşılaşmışdır. Səxavətə Sosial Müdafiə Nazirliyində tanışı olmasını, kəsilmiş ikinci qrup əliliyini bərpa etdirdiyini, pensiyası kəsilmiş tanışı varsa köməklik edə biləcəyini bildirmişdir. 2023-cü ilin oktyabr ayında Səxavət istifadəsində olan mobil nömrəyə zəng edərək Biləsuvar şəhərindən Zərərçəkmiş şəxs3 adlı şəxsin tanışı olmasını və həmin şəxsin pensiya düzəltdirmək istədiyini demişdir. O da, heç bir problemin olmamasını həmin şəxsə köməklik edəcəyini bildirmişdir. Bir gün sonra Səxavətlə əlaqə saxlayaraq Biləsuvar şəhərində görüşüb birlikdə Zərərçəkmiş şəxs3 Biləsuvar şəhəri Təbriz küçəsində yaşadığı evə getmişlər. Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyində tanışının olmasını, onun vasitəsi ilə kəsilmiş ikinci qrup əlilliyini bərpa etdirdiyini və ona da köməklik edə biləcəyini, həmçinin Biləsuvar rayonu Süd zavodunda və Biləsuvar rayon Suvarma Sistemləri İdarəsində iş yerlərinin olmasını həmin iş yerlərində işləmək istəsə işə düzəltməyə də köməklik edə biləcəyini demişdir. Pensiya düzəltdirmək istəsə buna görə 2500 ( iki min beş yüz) manat məbləğində pul lazım olduğunu bildirmişdir. Bir gün sonra Xəlil istifadəsində olan mobil nömrəyə zəng edərək pensiya düzəltdirmək istədiyini bildirərək yaşadığı ünvana dəvət etmişdir. O bundan sonra Zərərçəkmiş şəxs3 yaşadığı ünvana getmişdir. Zərərçəkmiş şəxs3 pensiya düzəltdirməsi üçün Biləsuvar Rayon Mərkəzi xəstəxanasında olan anketini və xəstəxanada müalicə olunmağı ilə bağlı sənədləri istəmişdir. O, Zərərçəkmiş şəxs3 həmin sənədləri və pulu tələb etmişdir. Zərərçəkmiş şəxs3 yaşadığı ünvanda ona 1000 (min) manat məbləğində pulu vermişdir. Bir gün sonra Zərərçəkmiş şəxs3lə əlaqə saxlayaraq yaşadığı ünvana getmişdir. Zərərçəkmiş şəxs3 sənədlərini almaq üçün birlikdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına getməli olduqlarını bildirmişdir. O bundan sonra Biləsuvar rayon Mərkəzi Xəstəxanasının həyətində Zərərçəkmiş şəxs3 Bakı şəhərinə getdiyini bildirərək pulunun qalanını da verməsini istəmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 cibindən 1500 (min beş yüz) manat məbləğində pulu çıxardıb sayaraq ona vermişdir. 2023-cü ilin oktyabr ayında istifadəsində olan mobil nömrəyə tanımadığı nömrədən zəng gəlmişdir. O, mobil zəngi açan zaman həmin şəxsin Biləsuvar şəhər, A.M Hüseyn küçəsində yaşayan Zərərçəkmiş şəxs4 olmasını bilmişdir. Zərərçəkmiş şəxs4 mobil nömrəni atası Zərərçəkmiş şəxs27 aldığını, atasına Biləsuvar rayonu Suvarma Sistemlərində mühafizəçi işi olması barədə məlumat verdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs4 Biləsuvar rayonu Suvarma Sistemlə İdarəsində mühafizəçi işinin olmasının aylıq 500 (beş yüz) manat məbləğində əmək haqqı verilməsini demişdir. Zərərçəkmiş şəxs4 Suvarama Sistemləri İdarəsində işə düzəlmək üçün şəxsiyyət vəsiqəsinin surətini lazım olmasını bildirmişdir Səyavuşa işə düzəlmək üçün 2000 (iki min) manat verməli olduğunu bildirmişdir. Təxminən iki gün sonra Səyavuş onunla əlaqə saxlayaraq yaşadığı ünvana çağırmışdır. O da Zərərçəkmiş şəxs4 Biləsuvar şəhərində yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs4 yaşadığı evdə şəxsiyyət vəsiqəsinin surətini və 2000 (iki min) manat məbləğində pulu ona vermişdir. Zərərçəkmiş şəxs4 bir aya Biləsuvar Rayonu Suvarma Sistemləri İdarəsində işə düzələcəyini demişdir. Həmin vaxt borcları olduğu üçün Zərərçəkmiş şəxs4 aldğı pulları öz ehtiyacları üçün xərcləmişdir. O həmin puldan Zərərçəkmiş şəxs4 900 (doqquz yüz) manat pul qaytarmışdır. Biləsuvar rayonu Dərvişli kəndində yaşayan Zərərçəkmiş şəxs21 2023-cü ildən tanıyır. O, Biləsuvar şəhəri, Z.Binyadov küçəsində şəhid qardaşı üçün tikilən evdə usta işləmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs21 azyaşlı oğlu Mirnəsib Əlizadəliyə pensiya düzəltmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs21 geniş əlaqələrinin olmasını və kömək edə biləcəyini bildirmişdir. Buna görə Zərərçəkmiş şəxs21 1500 (min beş yüz) manat məbləğində pulun lazım olmasını demişdir. 2023-cü ilin oktyabr ayının sonlarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Biləsuvar Rayon İcra Hakimiyyətinin qarşısındakı H.Əliyev adına parkda Elnurla görüşmüşdür. Elnur 1000 (min) manat məbləğində pulu və oğlunun xəstəlik tarixçəsini ona vermişdir. Qalan 500 (beş yüz manat pulu tezliklə verəcəyini bildirmişdir. Bir gün sonra Elnur ona zəng etmişdir. Onlar Biləsuvar şəhəri, H.Əliyev küçəsində "xxxx" ASC-nin Biləsuvar rayon filialının qarşısında görüşmüşlər. Elnur 500 (beş yüz) manat pulu da ona vermişdir. 5-6 ay sonra Elnur pulunu ondan geri istəmişdir. O, Elnura pulu qaytara bilməmişdir. Elnur ona məxsus mopedi alıb apardığı üçün sonuncuya 500 (beş yüz) manat pulu qaytararaq yaşadığı evdən mopedi alaraq uzaqlaşmışdır. Bundan başqa Elnura pul qaytarmamışdır. 24 oktyabr 2023-cü il tarixdə Biləsuvar şəhərində olduğu zaman, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Məşədi adlı şəxsə məxsus tikinti materialları satılan mağazaya getmişdir. Mağazanın qarşısında dostu Səxavətlə bir nəfər şəxsin dayanmasını görmüşdür. O, Səxavətə və həmin şəxsə yaxınlaşaraq görüşmüşdür. Səxavət yanında dayanan şəxsin Biləsuvar şəhər sakini Zərərçəkmiş şəxs27 olmasını bildirmişdir. Səxavət Zərərçəkmiş şəxs27 pensiyasını azaldılmasını, pensiyasını əvvəlki məbləğdə almaq istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs27 köməklik edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs27 pulu heç kimə vermədiyini lakin, buna görə xərclərinin çıxacağını deyərək 500 (beş yüz) manat məbləğində pul istəmişdir. Onlar birlikdə “Bol” marketin qarşısına getmişlər. Orada 500 (beş yüz) manat məbləğində pul vermişdir. 28 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs27la yenidən əlaqə saxlayaraq bu işə görə əlavə xərclərinin çıxmasını deyərək 1000 (min) manat məbləğində də pul istəmişdir. Onlar Biləsuvar şəhəri, H.Əliyev küçəsində “Bol” marketin qarşısında görüşmüşlər. Zərərçəkmiş şəxs27 1000 (min) manat məbləğində pulu sayaraq ona vermişdir. Biləsuvar rayon Aşağı Cürəli kənd sakini Zərərçəkmiş şəxs5 təxminən 2 ilə yaxın müddətdir ki tanıyır. 2023-cü ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs5la Biləsuvar şəhəri, H.Əliyev küçəsində qarşılaşmışdır. Söhbət zamanı Zərərçəkmiş şəxs5 sosial müavinat, Biləsuvar rayonu Süd zavodunda, Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəldə bildiyini demişdir. Zərərçəkmiş şəxs5 özünə sosial müavinət düzəltdirmək istədiyim bildirmişdir O buna görə Nurəddinə 1500 (min beş yüz) manat məbləğində pulun lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs5 həmin pulu ona verməyə razı olmuşdur. 02 noyabr 2023-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində olan işıqforun yanında görüşmüşlər. O, Zərərçəkmiş şəxs5 1500 (min beş yüz) manat məbləğində pulu almışdır. Zərərçəkmiş şəxs5 özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini və istifadəsində olan plastik kartın surətini almışdır. Bundan sonra onun kart hesabına 3 ay müddətində hər ay 250 (iki yüz əlli) manat olmaqla ümumilikdə 750 (yeddi yüz əlli) manat pul göndərmişdir. 2023-cü ilin noyabr ayının əvvəllərində Nurəddinlə Biləsuvar şəhəri H.Əliyev küçəsində dayanıb söhbət edən zaman onlara tərəf Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini Zərərçəkmiş şəxs8 gəlmişdir. Aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs8 sosial yardım düzəldə bildiyini demişdir. Camal da özünə sosial yardım düzəltmək istədiyini bildirmişdir. O, Camaldan şəxsiyyət vəsiqəsinin surətini almışdır. Camala sosial yardımı 1500 (min beş yüz) manata düzəltdiyini demişdir. Zərərçəkmiş şəxs8 onunla razılaşmışdır. 07 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs8lə Biləsuvar şəhəri, H. Əliyev küçəsində yerləşən "xxxx" ASC-nin Biləsuvar filialının qarşısında 1500 (min beş yüz) manat pulu sayaraq ona vermişdir. Mart ayınadək 3 dəfə Zərərçəkmiş şəxs8 istifadəsində olan plastik kart hesabına hər dəfə 250 manat olmaqla ümumilikdə 3 dəfə 750 manat məbləğində pul göndərmişdir. 2024-cü ilin mart ayında Zərərçəkmiş şəxs8lə söhbət edən zaman ona verilən sosial yardımı sosial müavinatla əvəz etdirmək üçün əlavə olaraq 400 (dörd yüz) manat məbləğində pul istəmişdir. Zərərçəkmiş şəxs8 həmin pulu ona verməyə razılaşmışdır. Onlar 19 mart 2024-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən "Al" market yerləşən binanın ikinci mərtəbəsində olan çayxanada görüşmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs8 oraya Amankənd kənd sakini Zərərçəkmiş şəxs7 ilə birlikdə gəlmişdir. Onlar birlikdə əyləşərək çay içmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs8 ona 400 (dörd yüz) manat məbləğində pulu sayaraq vermişdir. 2023-cü ilin noyabr ayının sonlarında Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “BestWood” mebel mağazasında işləməyə başlamışdır. Həmin vaxt mebel sifarişləri verildikdə ara-sıra həmin mebelləri ünvana çatdırılması üçün Zərərçəkmiş şəxs1 sürücü kimi müraciət olunurmuş. Həmin vaxtdan sonra Zərərçəkmiş şəxs1la aralarında münasibət yaranmışdır. Aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs1 pensiya, Biləsuvar rayonu Süd Zavodu. Suvarma Sistemləri İdarəsində işə düzəldə bildiyi barədə məlumat vermişdir. 2023-cü ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs1 onunla mobil telefon əlaqəsi saxlayaraq qudası Zərərçəkmiş şəxs16 ürək qan- damar sistemində problem olmasını, pensiya düzəltdirmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs16 xəstəlik tarixçəsi, şəxsiyyət vəsiqəsinin surətini istəyərək həmin işi 2500 (iki min beş yüz) manat pula həll edəcəyini bildirmişdir. İlqar qudası ilə danışdıqdan sonra bir daha onunla əlaqə saxlamışdır. İlqar qudası Mehmanın maddi durumunun yaxşı olmadığını, əvvəlcədən 1150 (min yüz əlli) manat pul verəcəyini, pensiyası düzəldikdən sonra isə qalan pulu da ona verəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs1la razılaşmışdır. 2023-cü ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs1la Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “BestWood” mebel mağazasın qarşısında görüşmüşdür. Zərərçəkmiş şəxs1 cibindən 1150 (min yüz əlli) manat məbləğində pulu çıxardaraq sayıb ona vermişdir. O da həmin pulu cibinə qoyaraq Zərərçəkmiş şəxs16 pensiyasını iki ay müddətinə düzəltdirəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs16 və Zərərçəkmiş şəxs1 bununla bağlı ona bir neçə dəfə zəng bu işlə bağlı maraqlanmışdır. 2024-cü ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs16la əlaqə saxlayaraq pensiyası ilə bağlı sənədlərin hazır olmasını, təsdiq olunması üçün 400 (dörd yüz) manat məbləğində pulun lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs16 onunla razılaşmışdır. Zərərçəkmiş şəxs16 onunla əlaqə saxladıqdan sonra onlar Biləsuvar şəhəri, M.İbrahimov küçəsində “Timur” şadlıq sarayının yanında görüşmüşlər. Zərərçəkmiş şəxs16 ona 400 (dörd yüz) manat məbləğində pulu sayaraq vermişdir. 2023-cü ilin noyabr ayında Biləsuvar şəhəri, M İbrahimov küçəsində yerləşən "BestWood" mağazasında işləməyə başlamışdır. Həmin vaxt mebel sifarişləri verilikdə arasıra həmin mebelləri ünvana çatdırılması üçün Zərərçəkmiş şəxs1 müraciət olunurmuş. Həmin vaxtdan Zərərçəkmiş şəxs1la aralarında münasibət yaranmışdır. Aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs1 pensiya, Biləsuvar rayonu Süd zavodu və Suvarma Sistemləri İdarəsində işə düzəldə bildiyi barədə məlumat verərək, tanışı olarsa onunla əlaqə saxlamasını demişdir. 2023-cü ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil nömrəyə zəng etmişdir. İlqar oğlu Cabbarın gəmidə işləməsini və oğlunun işinin təhlükəli olduğu üçün Biləsuvar rayonunda işləmək istədiyini deyərək ona köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. O da İlqara köməklik edəcəyini, halhazırda Biləsuvar rayonu Süd zavodunda və Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində iş yerlərinin olmasını bildirmişdir. Zərərçəkmiş şəxs1 oğlunun Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəlmək istədiyim demişdir. O, Zərərçəkmiş şəxs1 buna görə 1500 (min beş yüz) manat məbləğində pul verməli olduğunu, oğlunun iki ay müddətində işə düzələcəyini deyərək şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Zərərçəkmiş şəxs1 1500 (min beş yüz) manat məbləğində pulu ona verməyə razı olmuşdur. 2023-cü ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1la Biləsuvar şəhəri, H.Əliyev küçəsində görüşmüşdür. Həmin vaxt İlqar yanında qudası Zərərçəkmiş şəxs16 olmuşdur. O, İlqarı əmin etmişdir ki, narahat olmasın Cabbarın işi düzələcək. Zərərçəkmiş şəxs1 bundan sonra Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən "xxxx" ASC-nin Biləsuvar filialının yanında 500 (beş yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs16 yanında ona vermişdir. Qalan 1000 (min) manat məbləğində pulu isə bankomatdan çıxardaraq verəcəyini deyərək Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Aran marketə tərəf hərəkət etməyə başlamışdır. O və Zərərçəkmiş şəxs16 İlqarın ardınca Aran marketin qarşısına getmişlər. Orada İlqar bankomatdan 1000 (min) manat pulu çıxardaraq ona vermişdir. O, Zərərçəkmiş şəxs1 aldığı pul vəsaitlərini öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Təxminən bir neçə gün sonra İlqar istifadəsində olan mobil nömrəyə zəng edərək Biləsuvar şəhər sakini X16 Qobu qəsəbəsində olan sürücü işinə düzəlmək istədiyini demişdir. Zərərçəkmiş şəxs1 həmin iş yerinə düzəlmək üçün 2000 (iki min) manat məbləğində pul istəmişdir. İşə düzəlmək istəyən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, 3x4 formatında 4 ədəd şəkil və yaşadığı yerdən arayış lazım olmasını bildirmişdir. İki gün sonra İlqar onunla əlaqə saxlayaraq yaşadığı evin yaxınlığında M.İbrahimov küçəsində olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs1 dediyi yerə gələrək ona məxsus avtomobilə əyləşmişdir. Həmin vaxt avtomobildə Zərərçəkmiş şəxs2 olmasını görmüşdür. İlqar avtomobili hərəkətə gətirərək Biləsuvar şəhəri, H.Əliyev küçəsində İdman kompleksinin qarşısında olan avtomobil sexinin qarşısında saxlamışdır. Həmin vaxt Nəcmin Mahmudazadə şəxsiyyət vəsiqəsinin surəti, 3x4 formatında 4 ədəd şəkili, yaşadığı yerdən arayış və 2000 (iki min) manat məbləğində pulu sayaraq ona vermişdir. O, Zərərçəkmiş şəxs2 10 gün müddətində işə çıxacağını bildirmişdir. Həmin pulları da öz şəxs ehtiyacları üçün xərcləmişdir. 2023-cü ilin dekabr ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil nömrəyə zəng edərək Zərərçəkmiş şəxs11 adlı tanışının olmasını, əvvəllər pensiya almasını, sonradan pensiyasının kəsilməsini bildirərək, həmin pensiyanın bərpa olunmasına köməklik göstərə biləcəyini soruşmuşdur. O da İlqara qohumuna köməklik göstərəcəyini bildirərək buna görə 2500 (iki min beş yüz) manat məbləğində pul istəmişdir. Bundan sonra Zərərçəkmiş şəxs11 onunla əlaqə saxlamışdır. Zərərçəkmiş şəxs11 xəstəlik tarixçəsi ilə bağlı sənədləri istəmişdir. 10 dekabr 2024-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Paşaka” aptekdə Zərərçəkmiş şəxs11lə görüşmüş, sonuncu ona 2000 (iki min) manat məbləğində pul vermişdir. 2023-cü ilin dekabr ayının sonlarında Biləsuvar rayonu Dərvişli kənd sakini X24 istifadəsində olan mobil nömrəyə zəng etmişdir. Elman nömrəsini tanışı Zərərçəkmiş şəxs5 aldığını bildirmişdir. Elman tanışı Zərərçəkmiş şəxs15 sosial müavinat düzəltdirmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs15 köməklik edəcəyini, lakin buna görə 1250 (min iki yüz əlli) manat məbləğində pul verməli olduğunu bildirmişdir. X98 danışdıqdan sonra onunla razılaşdığını bildirmişdir. O, Zərərçəkmiş şəxs15 şəxsiyyət vəsiqəsinin surəti və istifadəsində olan plastik kartın surətini istəmişdir. 2023-cü ilin dekabr ayının sonlarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində "xxxx" ASC-nin Biləsuvar rayon filialının qarşısında görüşmüşdür. Elman Heydərov ona 1250 (min iki yüz əlli) manat məbləğində pulu Zərərçəkmiş şəxs15 sosial yardım düzəltmək üçün vermişdir. O, Elman Heydərova iki ay müddətində sosial yardımın düzələcəyini bildirmişdir. 2024-cü ilin fevral ayının əvvəllərində X24 onunla əlaqə saxlayaraq qohumu Zərərçəkmiş şəxs29 sosial yardım düzəltdirmək istədiyini bildirmişdir. O, Elmana qohumu Zərərçəkmiş şəxs29 köməklik edəcəyini demiş, lakin bunun da qarşılığında 1250 (min iki yüz əlli) manat məbləğində pul verməli olduğunu bildirmişdir. Elman Heydərov onunla razılaşmışdır. Onlar 07 fevral 2024-cü il tarixdə Biləsuvar şəhəri, Nizami küçəsində görüşmüşlər. Görüş zamanı Elman Heydərov ona 1250 (min iki yüz əlli) manat məbləğində pul vermişdir. O, məhkəmə istintaqınadək Zərərçəkmiş şəxs15 həmin puldan 500 (beş yüz) manat, Zərərçəkmiş şəxs29 isə 250 (iki yüz əlli) manat pul qaytarmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Haxverdiyev X17 Həsənağa Eldar oğluna vurduğu zərəri tam ödədiyini bildirmişdir. Biləsuvar rayonu Amankənd kənd sakini tanışı Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs18 2024-cü ilin yanvar ayında onunla əlaqə saxlayaraq qazi olmasını, qazilərə verilən avtomobil növbəsinə salınmağını istəmişdir. O, Vüqara heç bir problemin olmamasını bildirmişdir. Onlar Biləsuvar şəhəri, H.Əliyev küçəsində “Xan” şadlıq sarayının yanında görüşmüşlər. Zərərçəkmiş şəxs18 1000 (min) manat məbləğində pulu və qazi olması barədə sənədlərin surətini almışdır. O həmin pulu da öz şəxsi ehtiyaclarım üçün xərcləmişdir. Biləsuvar rayon Aşağı Cürəli kənd sakini Zərərçəkmiş şəxs5 təxminən iki ilə yaxın müddətdir ki tanıyır. 2024-cü ilin fevral ayında Zərərçəkmiş şəxs5 istifadəsində olan mobil nömrəyə zəng edərək Biləsuvar rayonu Dərvişli kəndindən olan tanışı Zərərçəkmiş şəxs30 Allahşükür oğlunun onunla görüşmək istədiyini dedi. O Zərərçəkmiş şəxs5 Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən "xxxx" ASC-nin Biləsuvar filialının qarşısına getdiyini demişdir. Görüş zamanı Zərərçəkmiş şəxs30 işə düzəlmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs30 Qarabağ regionunda yenidən qurma işləinin görülməsini, oradakı tikinti işləri aparan şirkətlərdən birində onu işə düzəldə biləcəyini, işə getmədən aylıq 400 (dörd yüz) manat əmək haqqı ala biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs30 onunla razılaşmışdır. O, Zərərçəkmiş şəxs30 bu işin alınması üçün 1000 (min) manat məbləğində pul istəmişdir. 29 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs30 onunla əlaqə saxlamışdır. Onlar Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən M.İbrahimov adına Biləsuvar liseyməktəb kompleksinin qarşısında görüşmüşlər. Rüfət özünə məxsus avtomobilin içərisində ona 1000 (min) manat məbləğində pulu sayaraq vermişdir. 2024-cü ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs30 onunla yenidən əlaqə saxlayaraq bacısı oğlu X3 Biləsuvar rayonu Süd zavodunda işə düzəlmək istədiyini bildirmişdir. O, Rüfətə bu işin alınması üçün 2000 (iki min) manat məbləğində pulun lazım olduğunu bildirmişdir. Rüfət 1800 (min səkkiz yüz) manat məbləğində pulu ona verə biləcəyini bildirmişdir. O, Rüfətlə razılaşmışdır. 11 mart 2024-cü il tarixdə Biləsuvar şəhəri, Z.Binyadov küçəsində şəhid qardaşı üçün tikilmiş evin qarşısında Zərərçəkmiş şəxs30la görüşmüşdür. Görüş zamanı Zərərçəkmiş şəxs30 1800 (min səkkiz yüz) manat məbləğində pulu sayaraq ona vermişdir. Zərərçəkmiş şəxs13 bir neçə ildir ki, tanıyır. 2024-cü ilin fevral ayının əvvəllərində yaşadığı küçə ilə hərəkətdə olan zaman Zərərçəkmiş şəxs13 ilə qarşılaşmışdır. Zərərçəkmiş şəxs13 ilə aralarında olan söhbət zamanı hardasa işləyib-işləmədiyini soruşmuşdur. Zərərçəkmiş şəxs13 hərbidən təxris oldunduqan sonra işsiz olmasını bildirmişdir. O, Zərərçəkmiş şəxs13 onu Fövqəladə Hallar Nazirliyində işə düzəltməsini təklif etmişdir. Kənan onunla razılaşmışdır. O, Kənana əvvəlcədən 2000 (iki min) manat məbləğində pul verəcəyini bildirmişdir. Kənandan hərbi biletinin surətini, “44 günlük Vətən müharibəsi”ndə aldığı medalların vəsiqələrinin surətlərini və şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. 12 fevral 2024-cü il tarixdə Kənan ona zəng etdikdən sonra onlar Biləsuvar şəhəri. M.İbrahimov küçəsində görüşmüşlər. Görüş zamanı Kənan 1800 (min səkkiz yüz) manat məbləğində pulu sayaraq ona vermişdir. Hazırda ailə üzvləri həmin məbləği Zərərçəkmiş şəxs13 qaytarmış və onlar arasında barışıq əldə olunmuşdur. Biləsuvar rayon Əsgərabad kənd sakini Zərərçəkmiş şəxs9 Biləsuvar rayon sakini kimi tanımışdır. 2024-cü il tarixdə Biləsuvar şəhərində Tərlanla qarşılaşmışdır. Tərlana sosial müavinət, Biləsuvar rayonu Süd zavodunda, Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəldə bildiyimi demişdir. Tərlan özünə sosial müavinat düzəltdirmək istədiyini bildirmişdir. O buna görə Tərlandan 1000 (min) manat pul istəmişdir. 29 fevral 2024-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində “Aynur” məişət evinin qarşısında Tərlanla görüşmüşdür. Tərlan 1000 (min) manat məbləğində pulu sayaraq ona vermişdir. Tərlandan aldığı 1000 (min) manat məbləğində pulu öz ehtiyaclarım üçün xərcləmişdir. O həmin puldan Zərərçəkmiş şəxs9 500 (beş yüz) manatını qaytarmışdır. 2024-cü ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs9 vasitəsi ilə Biləsuvar rayon Bağbanlar kənd sakini Zərərçəkmiş şəxs10 ilə tanış olmuşdur. Onlar Biləsuvar şəhəri, M.İbrahimov küçəsində Mərkəzi bazarın qarşısında görüşmüşlər. Zərərçəkmiş şəxs10 sosial müavinat, Biləsuvar rayonu Süd zavodunda, Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəldə bildiyini demişdir. Mirsutun özü Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəlmək istədiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs10 buna görə 1200 (min iki yüz)manat məbləğində pul lazım olmasını bildirmişdir. 2024-cü ilin mart ayının əvvəllərində Biləsuvar şəhərində Mərkəzi bazarın qarşısında Mirsutunla görüşmüşdür. Mirsutun ona 1000 (min) manat məbləğində pul vermiş, qalan 200 (iki yüz) manatı da verəcəyini bildirmişdir. 14 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs10 bacısı X29 işə düzəltmək istədiyim bildirmişdir. O, bacısına görə də ondan 1200 (min iki yüz) manat məbləğində pul istəmişdir. 15 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs10la Biləsuvar şəhəri. Mərkəzi Bazarın qarşısında görüşmüşlər. Mirsutun 1000 (min) manat məbləğində pulu ona verərək qalıq qalan 200 (iki yüz) manat pulu da verəcəyim bildirmişdir. 2024-cü ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs10 onunla əlaqə saxlayarq arvadı X65 və bibisi oğlu X14 da Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəlmək istədiklərini bildirmişdir. O həmin şəxslərin hər biri üçün 1200 (min iki yüz) manat məbləğində pul istəmişdir. Onlar Biləsuvar şəhəri, Mərkəzi Bazarın qarşısında görüşmüşlər. Mirsutun arvadı və bibisi oğlu üçün 2400 (iki min dörd yüz) manat məbləğində və özü üçün verməli olduğu 200 (iki yüz) manatla birlikdə 2600 (iki min altı yüz) manat məbləğində pulu sayaraq ona vermişdir. Bir neçə gün sonra Mirsutunla Biləsuvar şəhəri, M İbrahimov küçəsində yerləşən Ucuzluq univermağmın qarşısında görüşmüşdür Mirsutun bacısı Mirdəstə Abbasovaya görə verməli olduğu 200 manat pulu da ona orada vermişdir. O, Zərərçəkmiş şəxs10 1200 (min iki yüz) manat məbləğində pul qaytarmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən zərərçəkmiş şəxs X30 vurulan zərərin tam şəkildə ödənildiyini, aralarında barışıq əldə edildiyini bildirmişdir. 2024-cü ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs5 istifadəsində olan mobil nömrəyə zəng edərək Biləsuvar rayonu Amankənd kəndindən Zərərçəkmiş şəxs7 adlı dostunun olmasını, Anarın bacısı oğlunu Biləsuvar Rayonu Suvarma Sistemləri İdarəsində işə düzəltmək istədiyini bildirmişdir. 15 mart 2024-cü il tarixdə Nurəddinlə zəngləşərək Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən "Günəş" kafesində əyləşmişlər. O, Zərərçəkmiş şəxs7 bacısı oğlunu Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəldə biləcəyini, lakin buna görə 2500(iki min beş yüz) manat məbləğində pulun lazım olduğunu bildirmişdir. Anar həmm vaxt cibindən 1900 (min doqquz yüz) manat pulu çıxardaraq sayıb ona vermişdir. Zərərçəkmiş şəxs7 qalan 600 (altı yüz) manat pulu bir neçə günə ona verəcəyini demişdir. Həmin vaxt onların yanında Zərərçəkmiş şəxs8 da olmuşdur. 17 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8lə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən "Al" market yerləşən binanın ikinci mərtəbəsində olan çayxanada görüşmüşlər, həmin vaxt Zərərçəkmiş şəxs7 ona 600 (altı yüz) manat məbləğində pulu sayaraq vermişdir. X54 onun qonşusudur. Seymur Qurbanova 2024-cü ilin may ayının sonlarında yaşadıqları küçədə qarşılaşmışlar. Aralarındakı söhbət zamanı Seymur Qurbanova sürücülük vəsiqəsi düzəldə bildiyini demişdir. Seymur Qurbanov özünə sürücülük vəsiqəsi almaq istədiyini, bununla bağlı atası Zərərçəkmiş şəxs17la söhbət edəcəyini demişdir. Seymur Qurbanova sürücülük vəsiqəsini 800 (səkkiz yüz) manat məbləğə düzəltdiyini demişdir. Bundan təxminən bir neçə gün sonra yaşadığı küçədə Zərərçəkmiş şəxs17 ilə qarşılaşmışdır. Zərərçəkmiş şəxs17 oğlu üçün sürücülük vəsiqəsini düzəltməyinə zəmanət verib- vermədiyini soruşmuşdur. O da Zərərçəkmiş şəxs17 zəmanət verdiyini, 3x4 formatda 2 ədəd fotoşəkili, hərbi bilet və şəxsiyyət vəsiqəsinin surətini 800 (səkkiz yüz) manatla birlikdə ona verdikdən 1 ay müddətində sürücülük vəsiqəsinin hazır olmasını bildirmişdir. 03 iyun 2024-cü il tarixdə Biləsuvar şəhəri, H.Cavid küçəsində yerləşən Zərərçəkmiş şəxs17 məxsus evə getmişdir. Zərərçəkmiş şəxs17 sənədlərin hazır olubolmamasını soruşmuşdur. Zərərçəkmiş şəxs17 sənədlərin hazır olmasını bildirirək ona istədiyi sənədləri təqdim etmişdir. O, Zərərçəkmiş şəxs17 Bakı şəhərinə sabah avtomobilin getməsini, sənədləri pulla birlikdə təcili olaraq göndərməli olduğumu bildirmişdir. Zərərçəkmiş şəxs17 oğlu Seymur Qurbanovun yanında ona 800 (səkkiz yüz) manat məbləğində pulu vermişdir. 04 iyun 2024-cü il tarixdə yaşadığı ünvanda olan zaman Zərərçəkmiş şəxs17 onu çağırdığını eşitmişdir. O, həyətə düşdükdə Zərərçəkmiş şəxs17 Rusiya Federasiyasında yaşayan oğlu Süleyman Qasımovun da sürücülük vəsiqəsi almaq istədiyini bildirmişdir. O da heç bir problemin olmadığını deyərək ondan 3x4 formatda 2 ədəd fotoşəkili, hərbi bilet və şəxssiyyət vəsiqəsinin surətini və 800 (səkkiz yüz) manat məbləğində pul istəmişdir. 05 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs17 yaşadığı ünvana gedərək ondan 800 (səkkiz yüz) manat məbləğində pul istəmişdir. Zərərçəkmiş şəxs17 oğlu Seymur Qurbanov və arvadı Samirənin yanında 800 (səkkiz yüz) manat məbləğində pulu ona vermişdir. O, Zərərçəkmiş şəxs17 1 ay müddətində övladlarının sürücülük vəsiqələrinin hazır olacağını bildirmişdir. Hazırda ailə üzvləri həmin məbləği Zərərçəkmiş şəxs17 qaytarmış və onlar arasında barışıq əldə olunmuşdur. Zərərçəkmiş şəxs14 əmisi vasitəsi ilə tanış olmuşdur. 2024-cü ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs14 ilə qarşılışan zaman sonuncu işə düzəlmək istədiyini bildirmişdir. Onu Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəltməyi təklif etmişdir Bəhrzu Qasımlı onunla razılaşmışdır. 11 may 2024-cü il tarixdə Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən Səbuhi adlı şəxsə məxsus ərzaq mağazasında görüşmüşlər. Görüş zamanı Zərərçəkmiş şəxs14 ona 1500 (min beş yüz) manat məbləğində pulu, şəxsiyyət vəsiqəsinin surətini, plastik kart hesabının şəkilini vermişdir. O, Zərərçəkmiş şəxs14 bir ay müddətində işə düzələcəyini bildirmişdir. Həmin pulu da öz şəxsi ehtiyaclarım üçün xərcləmişdir. Həmin puldan Zərərçəkmiş şəxs14 hər dəfəsində 100 (yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat qaytarmışdır. Zərərçəkmiş şəxs31 2024-cü ilin iyun ayında istifadəsində olan mobil nömrəsinə zəng edərək pensiyasının kəsilməsnin, pensiyanın yenidən bərpa olunması üçün sənədlərin yığılmasının lazım olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs31 köməklik edəcəyini bildirmişdir. Buna görə Zərərçəkmiş şəxs31 1800 (min səkkiz yüz) manat məbləğində pulun lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs31 həmin pulu ona verməyə razılaşmışdır. 13 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs31 Biləsuvar şəhəri, H.Cavid küçəsində yaşadığı evin qarşısında 1800 (min səkkiz yüz) manat məbləğində pulu sayaraq ona vermişdir. 05 iyul 2024-cü il tarixdə tanışı Biləsuvar şəhər sakini Tahir Ağayev istifadəsində olan mobil nömrəyə zəng edərək dayısı Zərərçəkmiş şəxs23 onunla görüşmək istəməsini bildirmişdir. O, Zərərçəkmiş şəxs23la həmin gün Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Rest- Aran” restoranında görüşmüşdür. Zərərçəkmiş şəxs23 oğlu Hacıbaba Əsədlinin hərbi xidmətdən yeni gəlməsini, oğluna sürücülük vəsiqəsi düzəltdirmək istədiyini bildirmişdir. O da sürücülük vəsiqəsi düzəltdirə bildiyini, lakin buna görə 800 (səkkiz yüz) manat məbləğində pulun, sürücülük məktəbi oxumayıbsa əlavə olaraq 50 (əlli) manat da verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs23 həmin pulu ona verməyə razı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs23 cibindən 400 manat pulu çıxardaraq ona vermişdir, qalan 450 (dörd yüz əlli) manat məbləğində pulu isə sabah ona vercəyini bildirmişdir. 06 iyul 2024-cü il tarixdə Biləsuvar şəhəri, Tofiq İsmayılov küçəsində Zərərçəkmiş şəxs23la yenidən görüşmüşdür. Həmin zaman onun yanında Tahir Ağayev də olmuşdur. Zərərçəkmiş şəxs23 450 (dörd yüz əlli) manat məbləğində pulu sayaraq ona vermişdir. O, həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs20 adlı şəxsi tanımır. Həmin şəxsdən heç bir məqsədlə pul almamışdır. Zərərçəkmiş şəxs19 onun bacanağı Fərhad Həsənovun oğludur. O, Sara Həsənovadan 1000 (min) manat məbləğində pulu yaşadığı evdə borc almışdır. Həmin pulu hissə-hissə baldızının oğlu Zərərçəkmiş şəxs19 qaytarmışdır. X73 onun bacanağıdır. 2024-cü ilin yanvar ayının əvvəllərində bacanağından borc istəmişdir. Fərhad Həsənov bacısı oğlu Zərərçəkmiş şəxs25 məxsus 2000 (iki min) manat məbləğində pulu 08 yanvar 2024-cü il tarixdə ona borc kimi vermişdir. O, Fərhad Həsənovdan bacısı oğlu Zərərçəkmiş şəxs25 işə düzəltmək məqsədi ilə borc pul almamışdır. Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, ev 281-də yaşayan Zərərçəkmiş şəxs22 tanıyır. O Zərərçəkmiş şəxs22 25 aprel 2023-cü il tarixdə 5000 (beş min) manat məbləğində pulu borc şəkilində almışdır. Bununla bağlı Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən notariat ofisində müqavilə bağlamışdır. Zərərçəkmiş şəxs12 onun qohumudur. O, Zərərçəkmiş şəxs12 3000 (üç min) manat məbləğində pulu borc kimi almışdır. Onun müraciətində göstərilən həqiqəti əks etdirmir. Zərərçəkmiş şəxs32 onun qonşusu olmuşdur. Ondan yaxınlarını işə düzəltmək məqsədi ilə 2024-cü ilin may ayı ərzində pul almışdır. Zərərçəkmiş şəxs32 pulları ona videoçəkliş vasitəsi ilə vermişdir. Lakin nə qədər məbləğdə pul almasını xatırlamır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Ağayrı kənd sakini Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “BestWood” mebel mağazasında işləyirmiş. Mebel mağazasında sifarişləri çatdırmaq üçün onunla əlaqə saxlanılırdı. O da özünə məxsus “Qazel” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə sifarişləri çatdırırmış. Həmin vaxt Təqsirləndirilən şəxslə aralarında münasibət yaranmışdır. Təqsirləndirilən şəxs söhbət edən zaman Biləsuva rayonu Suvarma Sistemləri İdarəsində, Biləsuvar rayonu Süd zavodunda işə, Qarabağ regionuna qazilər aparıb-gətirmək üçün sürücü işinə və sosial müavinat düzəltdirmək üçün tanışlarının olmasını, buna görə köməklik edə biləcəyini bildirmişdir. X129 gəmidə işləyir. Oğlu Cabbar evə gələn zaman işinin təhlükəli olmasını, Biləsuvar rayonunda iş olarsa işləyə biləcəyini bildirmişdir. O bundan sonra Təqsirləndirilən şəxslə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs oğlunun işinin olmasını, lakin təhlükəli olduğu üçün həmin işdən çıxartdıraraq Biləsuvar rayonunda işlə təmin etmək istədiyimi bildirmişdir. O Suvarma Sistemləri İdarəsində oğlunu işə düzəldə biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs oğlu Cabbarı orada işə düzəldə biləcəyini, lakin buna görə 1500 (min beş yüz) manat məbləğində pul verməli olduğunu bildirmişdir. O da Cavanşirlə razılaşmadır. Təqsirləndirilən şəxs oğlunun işə düzəlməsi üçün Cabbarın şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. 2023-cü ilin dekabr ayının otalarmda Biləsuvar şəhəri, Nizami küçəsi ilə H.Əliyevin küçəsinin kəsişməsində olan işıqforun yaxınlığında görüşmüşlər. Həmin vaxt qudam Zərərçəkmiş şəxs16 da yanlarında olmuşdur. Görüş zamanı Təqsirləndirilən şəxs X129un bir ay müddətində Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzələcəyini bildirmişdir. O, oğlunun şəxsiyyət vəsiqəsinin surətini və 500 (beş yüz) manat məbləğində pulu verərək, 1000 (min) manat məbləğində pulu isə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Aran” marketin qarşısındakı "xxxx" ASC-yə məxsus bankomatdan çıxardaraq qudası Zərərçəkmiş şəxs16 yanında Təqsirləndirilən şəxs vermişdir. Bu hadisədən bir neçə gün keçdikdən sonra özünə məxsus “Qazel” markalı yük maşınında nasazlıq yaranmışdır. Özünə məxsus avtomobildə nasazlıq yarandıqda Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən X74 məxsus sexə getmişdir. Elçin İmanov nəqliyyat vasitəsini təmir edərkən söhbət zamanı oğlunun gəmidə işləməsini, işinin çətin olmasını, Biləsuvar şəhərində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsə oğlunu Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəltmək üçün 1500 (min beş yüz) manat məbləğində pul verməsini bildirmişdir. X89 kim olmasını soruşmuşdur. O da Təqsirləndirilən şəxs Biləsuvar rayonu Ağayrı kəndindən olmasını, bir qardaşının şəhid olmasını, özünü isə ona sosial müavinat, Suvarma Sistemləri İdarəsində, Qarabağ regionunda yenidən qurma işlərində sürücü kimi müxtəlif şəxsləri işə düzəltməsini bildirmişdir. Elçin İmanov avtomobili təmir etdikdən sonra oradan uzaqlaşmışdır. Bu hadisədən təxminən bir neçə gün sonra Elçin istifadəsində olan mobil nömrəyə zəng edərək onu işlədiyi sexə çağırmışdır. O da Elçin İmanovun işlədiyi sexə getmişdir. Elçinlə görüşmüş, sonuncu yanında işləyən Zərərçəkmiş şəxs2 göstərərk Qarabağ regionunda işə düzəlmək istədiyini, Cavanşirlə bu barədə əlaqə saxlamağını bildirmişdir. O, Cavanşirə zəng edərək tanışının Qobu qəsəbəsindəki sürücü işinə üzəlmək istədiyini bildirmişdir. Cavanşir heç bir problemin olmamasını, həmin şəxsi işə düzəltmək üçün 2000 (iki min) manat məbləğində pulun lazım olmasını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 həmin məblədəki pulu verməyə razı olduğunu bildirmişdir. Cavanşir həmin şəxsə məxsus şəxsiyyət vəsiqəsinin surətini, 3x4 formatında 4 ədəd şəkil və yaşadığı yerdən arayış istəmişdir. O, Cavanşirlə Zərərçəkmiş şəxs2 və Elçin İmanovun yanında mobil telefonla danışmışdır. Bundan sonra oradan uzaqlaşmışdır. Bir gün sonra Elçin İmanov yenidən mobil nömrəmə zəng edərək onu işlədiyi sexə çağırmışdır. Bir neçə saat sonra Elçin İmanovun işlədiyi sexə getmişdir. Zərərçəkmiş şəxs2 pulun və sənədlərin hazır olmasını bildirmişdir. O, Cavanşirlə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Çənin yanı” adlanan yerə gəlməklərini söyləmişdir. O özünə məxsus “Qazel” markalı 90- XN-293 dövlət qeydiyyat nişanlı yük maşını ilə Zərərçəkmiş şəxs2 ilə birlikdə həmin yerə getmişdir. Cavanşir yük maşınına əyləşmişdir. Zərərçəkmiş şəxs2 ilə Cavanşir söhbət edə-edə yenidən Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən sexin qarşısına gəlmişdir. Sexin qarşısında özünə məxsus “Qazel” markalı avtomobilin içərisində Zərərçəkmiş şəxs2 2000(iki min) manat məbləğində pulu sayaraq Cavanşirə verdi. Cavanşir də həmin pulları sayaraq cibinə qoymuşdur. Bundan sonra Nəcmin Cavanşirə istədiyi sənədləri təqdim etmişdir. Cavanşir Zərərçəkmiş şəxs2 10 günə işə düzələcəyini bildirmişdir. Cavanşirə oğlunun işə düzəlməsi üçün pulu verdikdən təxminən 15 gün sonra Cavnşir Haxverdiyevlə əlaqə saxlamışdır. Cavanşir 01 fevral 2024-cü il tarixdə oğlunun işə başlayacağını bildirmişdir. Bundan sonra Cavanşirlə əlaqə saxladıqda hər dəfə müxtlif bəhanələr gətirməyə başlamışdır. Cavanşirin ona qarşı dələduzluq etməsini başa düşərək pulunu geri istəmişdir. Təqsirləndirilən şəxs pulunu geri qaytarmadığı üçün 24 iyun 2024-cü il tarixdə DİN-nin 102 Zəng-xidməti mərkəzinə və Biləsuvar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin dekabr ayının əvvəllərində 1500 (iki min) manat məbləğində pulu Biləsuvar şəhəri, H.Əliyev küçəsində vermişdir. Həmin vaxt yanında qudası Zərərçəkmiş şəxs16 olmuşdur. Zərərçəkmiş şəxs2 2023-cü ilin dekabr ayında Biləsuvar şəhəri, H.Əliyev küçəsində işlədiyi sexin qarşısında özünə məxsus “Qazel” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin içərisində 2000 (iki min) manat məbləğində pulu işə düzəlmək məqsədi ilə Cavanşirə vermişdir. Həmin vaxt yanlarında kənar şəxslər olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, H.Əliyev küçəsində X109 birlikdə avtomobil ustası işləyirlər. Dayısının Biləsuvar rayonu Amankənd kəndindən Zərərçəkmiş şəxs1 adlı tanışı vardır. Zərərçəkmiş şəxs1 özünə məxsus “Qazel” markalı yük maşını vardır. Həmin şəxs avtomobilində nasazlıq yarandığında təmir etdirmək üçün dayıla birlikdə işlədiyim sexə gəlir. Təxminən 2023-cü ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs1 “Qazel” markalı avtomobilində nasazlıq yarandığı üçün sexə gəlmişdir. X109 Zərərçəkmiş şəxs1 söhbətləşən zaman sonuncu oğlunun işə düzəlməsi üçün Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs 1500(min beş yüz) manat pul verməsini, həmçinin Qobu qəsəbəsində sürücü iş yerinin olmasını, sürücünün işğaldan azad olunmuş torpaqlara qaziləri aparıb-gətirəcəyini bildirmişdir. X120 Zərərçəkmiş şəxs1 dediyi işə düzəlmək istədiyini bildirmişdir. Təxminən bir gün sonra dayısına Biləsuvar rayonu Amankənd kəndindən olan tanışı Zərərçəkmiş şəxs1 işlədiyim sexə çağırmasını bildirmişdir. Dayısı Zərərçəkmiş şəxs1la mobil telefon əlaqəsi saxlamışdır. Zərərçəkmiş şəxs1 həmin gün işlədikləri sexə gəlmişdir. X131 Əmirova Cavanşirlə həmin iş barəsində danışmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 Cavanşir Haxverdiyin istifadəsində olan mobil nömrəyə zəng etmişdir. Təqsirləndirilən şəxs onu Qobu qəsəbəsində olan sürücü işinə düzəltmək üçün 2000 (iki min) manat məbləğində pul istəmişdir. O həmin pulu verməyə razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşayış yerindən arayış, 3x4 formatında 4 ədəd şəkil və şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. O, sənədləri hazır etdikdən sonra X109 Zərərçəkmiş şəxs1la əlaqə saxlamasını və sonuncunu sexə çağırmasını istəmişdir. Zərərçəkmiş şəxs1 özünə məxsus “Qazel” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı yük maşınla sexə gəlmişdir. O, Zərərçəkmiş şəxs1 Cavanşirlə əlaqə saxlamasını, pulun və sənədlərin hazır olmasını bildirmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs zəng edərək pul və sənədlərin hazır olmasım bildirmişdir. Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Çənin yanı” adlanan əraziyə getməklərini bildirmişdir. O, Zərərçəkmiş şəxs1la birlikdə “Qazel” markalı yük maşını ilə həmin yerə getmişlər. Təqsirləndirilən şəxs oraya gəlmişdir. O, Cavanşirə avtomobildə əyləşməsini bildirmişdir. Cavanşirə Qazel markalı yük maşınına əyləşmişdir. Onlar yenidən işlədiyi sexin qarşısına gəlmişdir. Orada avtomobilin içərisində 2000 (iki min) manat məbləğində pulu sayaraq Təqsirləndirilən şəxs vermişdir. O, pulu verərəkən həmin sənədləri də Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs təxminən 10 gündən sonra işə çıxacağımı bildirmişdir. 10 gün keçdikdən sonra Təqsirləndirilən şəxslə əlaqə saxlamışdır, həmin şəxs müxtəlif bəhanələr gətirməyə başlamışdır. O həmin şəxsin onu aldatasım başa düşmüşdür. 24 iyun 2024-cü il tarixdə bu barədə DİN-nin 102 Zəng-xidməti mərkəzinə məlumat vermişdir və Biləsuvar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin dekabr ayının ortalarında 2000 (iki min) manat məbləğində pulu Biləsuvar şəhəri, H.Əliyev küçəsində işlədiyi sexin qarşısında Zərərçəkmiş şəxs1 məxsus “Qazel” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı yük maşınının içərisində vermişdir. Həmin vaxt orada başqa kənar şəxslər olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır. 2023-cü ilin oktyabr ayında Biləsuvar şəhəri, A.M.Hüseyn küçəsində olan zaman tanışı Səxavət adlı şəxslə qarşılaşmışdır. Aralarında olan söhbət zamanı Səxavətə səhətində problerlərin olmasını, pensiya düzəltdirmək istədiyini bildirmişdir. Səxavət Biləsuvar rayonu Ağayrı kəndindən Təqsirləndirilən şəxs adlı tanışının olmasını, həmin şəxsin geniş əlaqələrinin olmasını, pensiya düzəltdirməsini, Biləsuvar rayonunda Süd zavodunda və Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsində işə adam düzəltdirə bildiyini, ona da köməklik edə biləcəyini demişdir. O, Səxavətə Təqsirləndirilən şəxs zəng etməsini demişdir. Səxavət Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng etmişdir. Səxavət Cavanşirə onun barəsində məlumat verərək, tanışının olmağımı və pensiya düzəltdirmək istədiyini demişdir. Cavanşir isə heç bir problemin olmadığını və ona köməklik edəcəyini demişdir. Bir gün sonra axşam saatlarında yaşadığı evdə olduğu zaman Səxavət istifadəsində olan mobil nömrəyə zəng edərək yaşadığı evin qarşısına küçəyə çıxmağını bildirmişdir. O bundan sonra küçəyə çıxmışdır. Səxavət Abdullayev və Təqsirləndirilən şəxs birlikdə dayanmaqlarını görmüşdür. O həmin şəxsləri yaşadığı evə dəvət etmişdir. Onlar həyatyanı sahəsində masa arxasında əyləşmişlər. Təqsirləndirilən şəxs Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində iş ştatının olmasını, Biləsuvar rayonu Süd zavodunda mühafizəçi işinin olmasını, Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon şöbəsində iş yerinin olmasını və pensiya düzəltdirə biləcəyini demişdir. O, səhətində narahatçılıq olmasını və pensiya düzəltdirmək istədiyimi bildirmişdir. Təqsirləndirilən şəxs pensiya düzəltdirmək üçün 2500 (iki min beş yüz) manat məbləğində pul istəmişdir. Cavanşir şəhid qardaşı olmasını, Azərbaycan Respublikası Sosial X122 Babayevin dayısı olmasını bildirmişdir. O da Cavanşirə ailə üzvləri ilə bu barədə məsləhətləşdikdən sonra onunla əlaqə saxlayacağını demişdir. Bir gün sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək Bakı şəhərinə getdiyini, sənədlərimi həmin gün düzəltdirməyi təklif etmişdir. Bir qədər sonra Cavanşir yaşadığı ünvana özünə məxsus mopedlə gəlmişdir. Cavanşir Bakı şəhərinə getməsini deyərək, mopedin saxlanc yerini açaraq şəxsiyyət vəsiqələrinin surətlərini və digər sənədləri göstərərək, həmin şəxslərin işini həll edəcəyini demişdir. Cavanşirlə razılaşaraq sonuncuya məxsus mopedlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Biləsuvar Rayon X4 anket açdırmışdır. Bundan sonra xəstəxanada müxtəlif otaqlara daxil olaraq barəsində müxtəlif sənədlər almışdır. Onlar xəstəxanın qarşısına çıxdıqda Cavanşir ondan şəxsiyyət vəsiqəsini almışdır və Bakı şəhərinə yola çıxdığını deyərək, pensiya düzəltməsi üçün 2500 (iki min beş yüz) manat məbləğində pulu istəmişdir. O da cibindən 2500 (iki min beş yüz) manat pulu çıxardaraq sayaraq ona vermişdir. Təqsirləndirilən şəxs iki aya pensiyamın düzəldəcəyini və pensiyanın köçəcəyi plastik kartı gətirib ona təqdim edəcəyini demişdir. Bundan sonra o, Cavanşirdən uzaqlaşmışdır. Təxminən 3 ay sonra Cavanşirlə əlaqə saxlamışdır. Cavanşir qısa müddətdə pensiyanın düzəldəcəyini bildirmişdir. Bundan sonra dəfələrlə Cavanşirlə əlaqə saxlamışdır. Cavanşir hər dəfə pensiyanın düzəlcəyini bildirdiyi üçün pulu ondan geri istəməmişdir. 2024-cü ilin aprel ayında Cavanşirlə əlaqə saxlayaraq ona verdiyi 2500 (iki min beş yüz) manat məbləğində pulu geri istəmişdir. 2024-cü ilin iyun ayında Cavanşir 500 (beş yüz) manat məbləğində pulunu geri qaytarmışdır. Qalan 2000 (iki min) manatı qaytarmadığı üçün 04 iyul 2024-cü il tarixdə Biləsuvar Rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. 07 avqust 2024-cü il tarixdə aparılan istintaq araşdırması zamanı Təqsirləndirilən şəxs ona dəymiş ziyanın 300 (üç yüz) manatını da geri ödəmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında yaşadığı evdə olan zaman atası Əskərov X27 Abdullayevin vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmasını, həmin şəxsin ona Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsində mühafizəçi işinin olmasını, aylıq 500 (beş yüz) manat əmək haqqının verilməsini bildirmişdir. O, atasından Təqsirləndirilən şəxs mobil nömrəsini almışdır. Təqsirləndirilən şəxslə əlaqə saxlamışdır. Həmin şəxslə atasına dediyi iş barədə söhbət etmişdir. Təqsirləndirilən şəxs şəhid qardaşı olmasını, geniş əlaqələrinin olmasını, çoxlu sayda rayon sakinlərinin işlə təmin olunmasına vasitəçi olmasını bildirərək, Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsində mühafizəçi işinin olmasını, aylıq 500 (beş yüz) manat məbləğində maaşın verilməsini demişdir. O, Təqsirləndirilən şəxs almarsa Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işləmək istədiyimi bildirmişdir. Təqsirləndirilən şəxs həmin işə düzəlmək üçün 2000 (iki min) manat məbləğində pulun lazım olmasını demişdir. O həmin pulu verməyə razı olmuşdur. Təqsirləndirilən şəxs harada yaşadığını soruşmuşdur. O da Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, şəhid Z.Kərimli küçəsində yaşadığını bildirmişdir. Bir gün sonra Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, şəhid Zöhrab Kərimli küçəsində yaşadığı evin qarşısına gələrək ona zəng etmişdir. O, küçəyə çıxaraq Təqsirləndirilən şəxslə söhbət etməyə başlamışdır. Cavanşir işə düzəlmək üçün pulun hazır olub-olmadığını soruşmuşdur. O da pulun hazır olmasını bildirmişdir. Cavanşir pulu istəmişdir. O pulun yaşadığı evdə olmasını demişdir. Cavanşirlə yaşadığı fərdi yaşayış evinin həyətinə daxil olmuşdur. O, yaşadığı evə daxil olaraq pulu götürərək həyətə qayıtmışdır. Orada pulu Cavanşirə vermişdir. Cavanşir 2000 (iki min) manat məbləğində pulu sayaraq cibinə qomuşdur. Cavanşir yaşadığı yerdən arayış və şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Mən həmin sənədləri hazır edərək Cavanşirə vermişdir. Cavanşir iki ay müddətində Biləsuvar Rayonu Suvarma Sistemləri İdarəsində işlə təmin olunacağını bildirmişdir. Bu hadisədən iki ay keçdikdən sonra Cavanşirlə əlaqə saxlamışdır. Cavanşir müxtəlif bəhanələr gətirməyə başlamışdır. O, pulunu Cavanşirdən geri istəmişdir. Cavanşir 2024-cü ilin aprel-may aylarında ona 700 manat pul qaytarmışdır. Cavanşir ondan aldığı pulu qaytarmadığı üçün 04 iyul 2024-cü il tarixdə bu barədə Biləsuvar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Aparılan istintaq araşdırması zamanı Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə əldə etdiyi puldan 200 (iki yüz) manatını qaytarmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ona 1100 (min yüz) manat pul qaytarmalıdır. Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayında onu Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəltmək adı ilə yalan vəd verib yaşadığı evin həyətində ondan 2000 (iki min) manat məbləğində pulu almışdır. Həmin zaman yanlarında başqa kənar şəxslər olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Nurədin Firudin oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ildən tanıyır. 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxslə Biləsuvar şəhəri, H.Əliyev küçəsində qarşılaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs sosial yardım düzəltdirmək üçün 1500 (min beş yüz) manat məbləğində pul lazım olduğunu, pulu verdikdən təxminən 1 ay sonra hər ay istifadəsində olan kart hesabına 250 (iki yüz əlli) manat məbləğində pul gələcəyini demişdir. O da Cavanşirlə razılaşmışdır. 02 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, şəhid İqbal Astanlı küçəsində görüşmüşdür. 1500 (min beş yüz) manat məbləğində pulu sayaraq Cavanşirə vermişdir. Təqsirləndirilən şəxs ondan şəxsiyyət vəsiqəsinin surətini və istifadəsində olan plastik kart hesabını istəmişdir. O da şəxsiyyət vəsiqəsinin surətini çıxardaraq Cavanşir Haxverdiyə vermişdir. Həmçinin istifadəsində olan 4169 7388 5790 3425 saylı "xxxx" ASC-yə aid plastik kart hesabının şəkilini çəkərək Cavanşirə “WhatsApp” mobil tətbiqi ilə göndərmişdir. 2023-cü ilin dekabr ayının əvvəllərində Cavanşir onunla əlaqə saxlayaraq 4 istifadəsində olan plastik kart hesabına 250 (iki yüz) əlli manat məbləğində pulun mədaxil olub- olmamasını soruşmuşdur. O hesabını yoxladıqda kartına 250 (iki yüz əlli) manat məbləğində pulun mədaxil olmasını görmüşdür. 2024-cü ilin mart ayında Biləsuvar rayonu Aşağı Cürəli kəndində hüzur məclisində olan zaman dostu Zərərçəkmiş şəxs7 görmüşdür. Aralarında olan söhbət zamanı ünvan 11 sakini Təqsirləndirilən şəxs özü üçün sosial müavinat düzəldirdiyini, həmçinin həmin şəxsin Biləsuvar rayonu Süd zavodunda və Biləsuvar Rayonu Suvarma Sistemləri İdarəsində iş düəldə bildiyini demişdir. Zərərçəkmiş şəxs7 isə bacısı oğlunun əsgərlikdən gəlmsəini və işsiz olmasını, bu barədə fikirləşəcəyini demişdir. 15 mart 2024cü il tarixdə Anar onunla əlaqə saxlamışdır. Bacısı oğlunu işə düzəltdirmək istədiyini, Cavanşirlə əaqə saxlmasmı bildirmişdir. Biz Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Günəş” kafesində görüşdük. Cavanşir Anarın bacısı oğlunu işə düzəltmək üçün 2500 (iki min beş yüz) manat məbləğində pul istəmişdir. Anar həmin pulu verməyə razı olmuşdur. Anar həmin vaxt üzərində olan 1900 (min doqquz yüz) manat məbləğində pulu Cavanşirə vermişdir. Anar qalan 600 (altı yüz) manat məbləğində pulu isə bir neçə günə verəcəyini bildirmişdir. Həmin vaxt orada tanışları Zərərçəkmiş şəxs8 olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X41 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs10 dayısı oğludur. 2024-cü ilin mart ayının sonlarında dayısı oğlunun yaşadığı ünvanda olan zaman işsizlikdən söhbət düşmüşdür. Zərərçəkmiş şəxs10 ünvan 11 sakini Təqsirləndirilən şəxs işə düzəlmək üçün pul verdiyini, həmin şəxsin onu Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzələcəyinə köməklik edəcəyini demişdir. O dayısı oğluna Cavanşirlə əlaqə saxlamasını, onun da Suvarma Sistemləri İdarəsində işə düzəlməyinə köməklik göstərməsini xahiş etmişdir. Dayısı oğlu bundan sonra % Təqsirləndirilən şəxslə əlaqə saxlamışdır. Cavanşir onu Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəltmək üçün 1200 (min iki yüz) manat məbləğində pul istəmişdir. O, dayısı oğluna həmin pulu Təqsirləndirilən şəxs verməyə razı olduğunu bildirmişdir. 2024-cü ilin aprel ayının əvvəllərində dayısı oğluna 1200 (birmin iki yüz) manat məbləğində pulu vermişdir. Onlar Biləsuvar rayonu Zəhmətabad kəndinin giriş hissəsində şəhid abidəsinin yanında Təqsirləndirilən şəxs gözləmişlər. Cavanşir oraya özünə məxsus mopedlə gəlmişdir. Dayısı oğlu arvadının işə düzəlməsi üçün 1200 (bir min iki yüz), onun işə düzəlməsi üçün 1200 (bir min iki yüz) və dayısı özünə görə 200 (iki yüz) manat olmaqla ümumilikdə 2600 (iki min altı yüz) manat məbləğində pulu Cavanşirə vermişdir. Aralarındakı razılaşmaya görə o 2024-cü ilin may ayından Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsində işə başlamalı imiş. 2024-cü ilin may ayında Cavanşir dayısı Zərərçəkmiş şəxs10 onun işə düzəlməsini deyərək 300 (üç yüz) manat məbləğində pul göndərmişdir. Dayısı həmin pulu ona vermişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X41 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurduğu zərərin tam şəkildə ödənildiyini, aralarında barışıq əldə edildiyini, bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayında tanışı Zərərçəkmiş şəxs5 ilə qarşılaşmışdır. Aralarında olan söhbət zamanı Nurəddin Biləsuvar rayonu Ağayrı kəndindən Təqsirləndirilən şəxs sosial müavinat düzəltməsini, hər ay 250 (iki yüz əlli) manat pulun özlərinə məxsus plastik kart hesablarına gəldiyini bildirmişdir. O həmin işdən xoşunun gəlmədiyi üçün Nurədinlə razılaşmamışdır. 2024-cü ilin mart ayında Biləsuvar rayonu Aşağı Cürəli kəndində hüzür məclisində olan zaman tanışı Nurəddinlə qarşılaşmışdır. Orada aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs5 tanışı Cavanşirin Biləsuvar rayon Süd zavodunda və Suvarma Sistemləri İdarəsində mühafizəçi iş yerlərinin olmasını, tanışı olarsa həmin zavod və idarədə mühafizəçi kimi işə düzəltdirəcəyi barədə ona məlumat verməsini bildirmişdir. O da bacısı oğlu X42 2024-cü ilin yanvar ayında həqiqi hərbi xidmətdən geri qayıtmasını və işsiz olmasını fikirləşərək Nurədinə bu barədə fikirləşəcəyimi demişdir. O bundan sonra bacısı oğlu Namiq Səfərli ilə əlaqə saxlamışdır. Ona Biləsuvar rayonu Süd zavodu və Biləsuar rayon Suvarma Sistemləri İdarəsində mühafizəçi iş yerlərinin olmasını, həmin yerlərdə işləyib-işləməmək istəməsini soruşmuşdur. Bacısı oğlu iş olsa işləyəcəyini demişdir. O bundan sonra Nurəddinlə əlaqə saxlamışdır. Nurəddinlə görüşdükdə bacısı oğlunun dediyi iş yerlərinin hər hansı birində işə düzəltdirmək istədiyimi bildirmişdir. Nurəddin Cavanşirlə əlaqə saxladıqdan sonra sonuncu Biləsuvar rayonu H.Əliyev küçəsində yerləşən “Günəş” kafesinə gəlmişdir. Cavanşir işin ən gec halda 10 aprel 2024-cü il tarixədək düzələcəyini, maaşın 600(altı yüz) manat olacağını demişdir. O, Cavanşirin bacısı oğlu işə düzəldəcəyini fikirləşərək onunla razılaşmışdır. Cavanşir bacısı oğlunun Biləsuvar rayon Suvarma Sistemləri İdarəsində işə düzəlməsi üçün 2500 (iki min beş yüz) manat məbləğində pulun lazım olduğunu bildirmişdir. O, Cavaşirə həmin məbləğdə pulu verməyə razı olmuşdur. Həmin vaxt cibində olan 1900 (bir min doqquz yüz) manat pulu sayaraq Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs8 yanında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs bacısı oğlunun hərbi biletini, şəxsiyyət vəsiqəsini və yaşayış yerindən arayış istəmişdir. İki gün sonra Təqsirləndirilən şəxslə Biləsuvar rayonu H.Əliyev küçəsində yerləşən “Al” marketin üzərində yerləşən çayxanada 600(altı yüz) manat pulu və bacısı oğluna məxsus şəxsiyyət vəsiqəsini, hərbi biletini ona vermişdir. 10 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs bir neçə günə işə düzələcəyini bildirmişdir. Cavanşirlə bundan sonra əlaqə saxlayanda müxtəlif bəhanələr gətirərək vədinə əməl etməmişdir. Cavanşir ona olan borcunu geri qaytarmadığı üçün sonuncunun barəsində Biləsuvar Rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 onun dayısı oğludur. 2023-cü ilin noyabr ayının əvvəllərində dayısı oğlu Nurəddinlə Biləsuvar rayonu Aran markein yaxınlığında söhbət etdikləri zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs onların yanma gəlmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs sosial yardım düzəltdiyini, hər ay da 250 manat pul alacağını bildirmişdir. O da Təqsirləndirilən şəxs sosial yardım düzəltdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs sosial yardım düzəltdirmək üçün şəxsiyyət vəsiqəsiəni surətini, bank kartının surətini və sosial yardım düzəltdirmək üçün notariat orqanı tərəfindən verilən təmsilçilik sənədini istəyərək bunun qarşıığmda ondan 1500 manat məbləğində pul alacağını bildirmişdir. O, Cavaşir Haxverdiyevin ona sosial yardım düzəltdirməsinə razılıq vermişdir. Bu hadisədən təxminən 3 gün sonra 7 noyabr 2023-cü il tarixdə Cavanşirlə əlaqə saxlayaraq Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən "xxxx" ASC- nin Biləsuvar filialının yaxınlığında görüşmüşdür. Cavanşirin istədiyi sənədləri və 1500 (bir min beş yüz) manat məbləğində pulu ona vermişdir. 2023-cü ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq istifadəsində olan plastik kart hesabıma 250 (iki yüz əlli) manat məbləğində pul gəlib-gəlmədiyini soruşmuşdur. O da istifadəsində olan kart hesabıma 250 (iki yüz əlli) manat məbləğində pul gəlməsini bildirmişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində plastik kart hesabına 250 (iki yüz əlli) manat pul mədaxil olmuşdur. Təqsirləndirilən şəxs bundan bir neçə saat sonra onunla yenidən əlaqə saxlayaraq istifadəsində olan kart hesabıma pul mədaxil olub-olmadığını soruşmuşdur. O da kart hesabına 250 (iki yüz əlli) manat məbləğində pulun mədaxil olmasını bildirmişdim. 2024-cü ilin fevral ayında Cavanşirlə əlaqə saxlamışdır. Cavanşirdən niyə sosial yardımın köçmədiyini soruşmuşdur. Cavanşir tezliklə kart hesabına sosial müavinatımm köçəcəyini bildirmişdir. Lakin fevral ayı boyunca kart hesabıma sosial yardımla bağlı pul mədaxil olmadı. 2024-cü ilin mart ayında Cavanşirlə yenidən sosial yardımın köçməməsi ilə bağlı əlaqə saxlamışdır. Cavanşir kart hesabıma tezliklə pulun köçəcəyini bildirmişdir. 2024-cü ilin mart ayının ortalarında dostu Zərərçəkmiş şəxs7 Əlimusa oğlu ilə birlikdə dayısı oğlu Zərərçəkmiş şəxs5la görüşmək üçün Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Günəş” kafeyə getmişlər. Onlar üçü orada oturaraq çay içməyə başlamışlar. Zərərçəkmiş şəxs5 Cavanşirlə mobil telefon əlaqəsi saxlamışdır. Təqsirləndirilən şəxs təxminən 15 dəqiqə sonra “Günəş” İŞ kafeyə gəlmişdir. Cavanşir Haverdiyevlə aralarında olan söhbət zamanı Biləsuvar rayonu Süd zavodunda mühafizəçi iş yerinin olmasını, 500 manat əmək haqqı verilməsini, həmçinin Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində mühafizəçi iş yerinin olmasını və orada isə 600( altı yüz) manat əmək haqqının verilməsini bildirmişdir. Zərərçəkmiş şəxs7 bacısı oğlu Namiq Səfərlinin hərbi xidmətdən qayıtmasını və işsiz olmasını, Suvarma Sistemləri İdarəsində işə düzəltdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Suvarma Sistemləri İdarəsində işə düzəlmək üçün 2500 (iki min beş yüz) manat məbləğində pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs7 Cavanşirə həmin məbləğdə pulu verməyə razı olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs7 cibindən 1900 (bir min doqquz yüz) manat pulu çıxarıb sayaraq Zərərçəkmiş şəxs5 və onun yanımda Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs Namiq Səfərlinin hərbi biletini, şəxsiyyət vəsiqəsini və yaşayış yerindən arayış istəmişdir. İki gün sonra Təqsirləndirilən şəxslə Biləsuvar rayonu H.Əliyev küçəsində yerləşən “Al” marketin üzərində yerləşən çayxanada görüşmüşlər. Zərərçəkmiş şəxs7 onun yanında 600(altı yüz) manat pulu və bacısı oğluna məxsus şəxsiyyət vəsiqəsini, hərbi biletini Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxslə əlaqə saxlayan zaman o sosial yardımı sosial müavinatla əvəz etdirməyi təklif etmişdir. O da Cavanşirlə razılaşmışdır. 17 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxslə Biləsuvar rayonu H.Əliyev küçəsində yerləşən “Al” marketin üzərində yerləşən çayxanada dostu Zərərçəkmiş şəxs7 yanında ona 500 (beş yüz) manat pulu sayaraq vermişdir. 2024-cü ilin aprel ayının əvvəllərində istifadəmdə olan kart hesabıma 250 ( i k i yüz əlli) manat pul mədaxil olmuşdur. Bunda dərhal sonra Cavanşir onunla əlaqə saxlayaraq sosial yardımın kart hesabına köçüb-köçmədiyini soruşmuşdur. O da 250 (iki yüz əlli) manat məbləğində pulun kart hesabıma köçdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona sosial yardım düzətdirməmişdir və istifadəsində olan kart hesabıma pul köçməmişdir. O, Təqsirləndirilən şəxs tərəfindən aldanıldığımı başa düşmşüdür. Baş vermiş hadisə barədə Biləsuvar Rayon Polis şöbəsinə ərizə ilə müracət etmişdir. Təqsirləndirilən şəxs 07 noyabr 2023-cü il tarixdə ona sosial yardım düzəltdirmək adı ilə 1500( bir min beş yüz) manat məbləğində pulunu dələduzluq yolu il əldə etmiş, həmçinin 17 mart 2024-cü il tarixdə sosial yardımı sosial müavinatla əvəz etdirmək üçün 500 manat pulunu dələduzluq yolu ilə əldə etmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan plastik kart hesabına 750 (yeddi yüz əlli) manat məbləğində pul göndərmiş, hal-hazırda ona 1250( bir min iki yüz əlli) manat məbləğində dədləduzluq yolu ilə əldə etdiyi pulu qaytarmır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının əvvəllərində kürəkəni X31 vasitəsi ilə tanımışdır. Sabir Əliyevlə aralarında olan söhbət zamanı Təqsirləndirilən şəxs adlı şəxsin sosial mtiavinat düzəltdirə bildiyini demişdir. Təqsirləndirilən şəxslə kürəkəni Sabir əlaqə saxlamışdır. Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən çayxanada əyləşərək söhbət etmişlər. Təqsirləndirilən şəxs Suvarma Sistemləri İdarəsində, Biləsuvar rayonu Süd zavodunda, Fövqəladə Hallar Nazirliyində işə həmçinin sosial müavinat düzəltdirə bildiyini demişdir. O, Cavanşirə sosial müavinat düzəltdirmək istədiyimi bildirmişdir. Cavanşir ona köməklik edədəcəyini bildirmişdir. Soail müavinat düzəltdirməyi üçün ondan 1000 (bir min) manat məbləğində pul istəmişdir. O da Cavanşirə həmin pulu verməyə razı olmuşdur. Cavanşir ondan şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. O, həyatyanı sahədə saxladığı xırdabuynuzlu heyvanları sataraq 1000 (bir min) manat məbləğində pulu düzəltmişdir. Təqsirləndirilən şəxslə 29 fevral 2024-cü il tarixdə əlaqə saxlamışdır. Onlar Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Aynur məişət evinin qarşısında görüşmüşlər. Təqsirləndirilən şəxs aralarında olan razılaşmaya əsasən 1000 (bir min) manat məbləğində pulu, şəxsiyyət vəsiqəsini, yaşadığı kənd icra nümayəndəliyindən aldığı ailə tərkibi haqqında arayışı ona vermişdir. Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayının sonlarında sosial müavinatinin düzələcəyini demişdir. 2024-cü ilin mart ayının sonunda Cavanşirlə əlaqə saxlamışdır. Cavanşir gecikmə olmasını və sosial müavinatımın düzəlcəyinə vəd vermişdir. Sosial müavinatı düzəltmədiyi üçün Təqsirləndirilən şəxs pulunu geri istəmişdir. Cavanşir ondan aldığı pulu vermədiyi üçün 21 avqust 2024-cü il tarixdə bu barədə DİN-nin 102 Zəng-xidməti mərkəzinə və Biləsuvar Rayon Polis Şöbəsinə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacanağı Zərərçəkmiş şəxs9 vasitəsi ilə tanımışdır. 2024-cü ilin mart ayında bacanağı Zərərçəkmiş şəxs9la söhbət edən zaman Tərlan ona demişdir ki, Biləsuvar rayonu Ağayrı kənd sakini Təqsirləndirilən şəxs sosial düzəltməsi üçün ona pul vermiş, Cavanşir də ona işə düzəltməsi barədə məlumat vermişdir. O, da bacanağı Tərlana Cavnaşirlə onu görüşdürməsini xahiş etmişdir. Bacanağı Tərlan da Təqsirləndirilən şəxslə əlaqə saxlamış, təxminən 3-4 gün sonra Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən işıqforun yanında görüşmüşlər. Təqsirləndirilən şəxslə aralarında olan söhbət zamanı sosial yardım düzəltməsini, Suvarma Sistemləri İdarəsində və Süd zavodunda işə götürülməsinə təminat verdiyini bildirmişdir.Təqsirləndirilən şəxs Suvarma Sistemləri İdarəsində işə düzəlmək $ istədiyini bildirdikdə Təqsirləndirilən şəxs onu Suvarma Sistemləri İdarəsində işə düzəltməsi müqabilində ondan 1200 (bir min iki yüz) manat pul istəmişdir. Həmin pulu Təqsirləndirilən şəxs verməyə razılaşmış, 2024-cü ilin mart ayının sonlarında Təqsirləndirilən şəxslə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın qarşısında görüşmüşlər. Cavanşirə qabaqcadan razılaşdıqları kimi 1200 (min iki yüz) manat pulu sayaraq vermişdir. Cavanşir ondan pulu alarkən və vermişdir ki, o, 2024-cü ilin aprel ayında işə düzələcək və maaş alacaqdır. Hətta Cavanşir görüş zamanı ona bildirmişdir ki, əgər qohumlarından da işə düzəlmək istəyənlər olsa, onlara da köməklik edə biləcəkdir. 2024-cü ilin aprel ayında Cavanşirlə əlaqə saxlayaraq bacısı X29 və arvadı X25 işə düzəltdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs bacısı Mirdəstə və arvadı Nailənin harada işləmək istədiyini soruşmuşdur. O, da Cavanşirə arvadı Nailənin və bacısı X18 İdarəsində işə düzəltmək istədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs işə düzəlmələri müqabilində onların hər biri üçün 1200 (bir min iki yüz) manat olmaqla ümumilikdə 2400 (iki min dörd yüz) manat istəmişdir. Cavanşirin təklifi ilə razılaşmış və bundan 5-6 gün sonra Cavanşirlə əlaqə saxlayaraq Zəhmətabad kəndinin giriş hissəsində şəhid abidəsinin yanında görüşmüşlər. 2400 (iki min dörd yüz) manat pulu sayaraq Təqsirləndirilən şəxs vermişdir. 2024- cü ilin aprel ayının sonlarında Cavanşirlə əlaqə saxlayaraq bibisi oğlu X14 da Suvarma Sistemləri İdarəsində işə düzəlmək istədiyini demişdir. Saməddin Hüseynovu da Suvarma Sistemləri İdarəsində işə düzəltmək üçün Cavanşir 1200 (bir min iki yüz) manat pul istəmişdir. Cavanşirin təklifi barədə qohumu Saməddinə məlumat vermiş, Saməddin işə düzəlməsi müqabilində həmin pulu Təqsirləndirilən şəxs verməyə razı olmuşdur. 2024-cü ilin aprel aymın sonlarında Cavanşirlə əlaqə saxlayaraq Biləsuvar şəhəri, Mərkəzi bazarın qarşısında görüşmüşlər. Xatırladığı budur ki, Cavanşirə ora özünə məxsus mopedlə gəlmişdir. Cavanşirlə əvvəlcə özü söhbət etmiş, qohumu Saməddin isə kənarda dayanaraq onu gözləmişdir. Cavanşirə 1200 ( bir min iki yüz) manat pulu və Saməddin Hüseynovun şəxsiyyət vəsiqəsinin surətini vermişdir. 10 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq işə düzəlməsini və 300 (üç yüz) manat maaşının köçdüyünü bildirmişdir. Həmin pulu bacanağı Zərərçəkmiş şəxs9 məxsus plastik kart hesabına göndərdiyinə görə bacanağı Zərərçəkmiş şəxs9 da pulu ona vermişdir. 2024-cü ilin may ayının sonlarına yaxın Təqsirləndirilən şəxs onunla yenidən əlaqə saxlayaraq arvadı Nailə Hacıyeva və X59 da Suvarma Sistemləri İdarəsində işə düzəlməsini bildirərək ilk maaşlarının köçməsini deyib həmin pul vəsaitlərini köçürməsi üçün kart hesabı istəmişdir. Həmin vaxt dəqiq xatırlamadığı kart hesabını Cavanşirə “WhatsApp Messenger” mobil tətbiqi vasitəsi ilə göndərmiş, Cavanşir həmin kart hesabına 600 (altı yüz) manat pul göndərmişdir. Bir neçə gün sonra Cavanşirlə əlaqə saxlayaraq Saməddin Hüseynovun niyə işə düzəlməməsini, aralarındakı razılaşmaya əsasən 2024-cü ilin may ayında işə düzələcəyinə vəd verdiyini bildirmişdir. Cavanşir tezliklə Saməddin Hüseynovun da işə düzələcəyini ona demişdir. 2024-cü ilin iyun ayında dəfələrlə bu barədə Cavanşirlə əlaqə saxlamış, lakin hər dəfə müxtəlif bəhanlər gətirərək yalandan vədlər vermişdir. 2024-cü ilin iyun ayında Cavanşirin ona qarşı dələdzuluq etdiyini başa düşmüş, və ona verdiyi pulları qaytarmasını tələb etmişdir.Cavanşir 2024-cü ilin iyun ayının sonlarında 300 (üç yüz) manat pulu ona kart vasitəsi ilə göndərmişdir. Bundan sonra dəfələrlə Cavanşirlə əlaqə saxlasa da, Cavanşir ona müxtəlif bəhanələr gətirərək dələduzluq yolu ilə ələ keçirdiyi pulu qaytarmaqdan imtina etmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, özünün Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsində işə düzəlməsi üçün Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayının sonlarında Biləsuvar şəhəri, M.İbrahimov küçəsində Mərkəzi Bazarın qarşısında 1000 (bir min) manat pul vermiş, aralarındakı razılaşmaya görə 200 (iki yüz) manat verməli imiş. 15 mart 2024-cü il tarixdə bacısı X22 da Suvarma Sitemləri İdarəsində işə düzəlməsi üçün 1000 (bir min) manat pulu Cavanşirə vermişdir. 2024-cü ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs arvadı X43 və bibisi oğlu X14 işə düzəlmələri üçün 2400 (iki min altı yüz) manat pulu və onun özünün işə düzəlməsi üçün qalan 200 (iki yüz) manat pul da olmaqla ümumilikdə 2600 (iki min altı yüz) pulu Biləsuvar rayonu Zəhmətabad kəndinin giriş hissəsində olan şəhid abidəsininin yaxınlığında Cavanşirə vermişdir. X59 işə düzəlməsi üçün qalan 200 (iki yüz) manat pulu isə 024-cü ilin aprel ayının ortalarında Biləsuvar şəhəri, M.İbrahmov küçəsində yerləşən Ucuzluq univermağın qarşısında Cavanşirə vermişdir. Cavanşir dəfələrlə ona yalan vədlər verərək aldatdığına, ona qarşı dələduzluq etdiyinə və pulu qaytarmadığına görə məcbur Biləsuvar Rayon Polis şöbəsinə ərizə ilə müraciət edib şikayət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon sakinlərini müxtəlif orqan və qurumlarda işə düzəltməsini eşitmişdir. Təqsirləndirilən şəxs mobil nömrəsini taparaq onunla əlaqə saxlayıb Biləsuvar şəhəri, S.Vurğun küçəsində görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs işə düzəltməsi ilə bağlı xəbərlər eşitdiyini bildirdikdə Təqsirləndirilən şəxs də yaxşı əlaqələrinin olmasını, Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsində yük maşınlarının yoxlanılması ilə boş vakansiyanın, Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon Şöbəsində və Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsində boş iş yerinin olması barədə ona məlumat vermişdir. Təqsirləndirilən şəxs Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsində işə düzəlmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onu Biləsuvar rayon Suvarma Sistemləri İdarəsində işə düzəltmək üçün bunun müqabilində ondan 1500 (min beş yüz) manat istəmiş, Cavanşirə inandığı üçün onun təklifinə razılıq vermişdir. Cavanşir işə düzəlmək üçün ondan şəxsiyyət vəsiqəsinin surətini, "xxxx" ASC-yə məxsus plastik kart hesabı istəmişdir. Cavanşirin tələb etdiyi pulu gün ərzində verəcəyini ona demişdir. Həmin günü bir neçə saat sonra Cavanşirlə yenidən əlaqə saxlayaraq onunla Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən xalası oğlu X44 məxsus mağazada görüşmüşlər. Mağazada xalası oğlu Səbuhi Miriyevin yanında Cavanşir Haxverdiyə qabaqcadan razılaşdıqları kimi 1500 (bir min beş yüz) manat pulu, şəxsiyyət vəsiqəsinin surətini, "xxxx" ASC-yə aid özünə məxsus plastik kartının surətini vermişdir. Təqsirləndirilən şəxs pulu və sənədləri ondan alandan sonra onun 15 gün müddətində işlə təmin olunacağını və əmək haqqı alacağını vəd vermişdir. 2024-cü ilin may ayının sonlarında Cavanşir onunla əlaqə saxlayaraq onun Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsində işə düzəldiyini bildirərək, maaşının 320 (üç yüz iyirmi) manat olacağını və həmin maaşı da hər aym 01 ilə 10-nu arasında alacağı haqqında məlumat vermişdir. Cavanşirin ona vəd verdiyi maaşdan 2024-cü ilin iyun ayında 100 (bir yüz) manat, 2024-cü ilin iyul ayında 100 (bir yüz) manat verilmişdir. Cavanşirdən maaşın niyə az verildiyini soruşduqda Cavanşir ona fonda pul köçməməsi və sair bəhanələr gətirərək onu aldatmışdır. 2024-cü ilin iyul ayında Cavanşirin 1500 (min beş yüz) manat pulu ondan dələduzluq yolu ələ keçirdiyini başa düşmüş və buna görə də həmin pulu geri tələb etmişdir. Cavanşir onun pulunu geri qaytarmadığına görə 25 sentyabr 2024-cü il tarixdə Biləsuvar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib şikayət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs32 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Ağayrı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə həmkəndlidir. 2024-cü ilin aprel ayında həmkəndlisi Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq onunla görüşmək istədiyini, Cavanşirə Biləsuvar şəhəri, Babək küçəsində yaşayan qızı Sahibə Abdullayevgildə olduğunu və onun da ora gəlməsini demişdir. Təqsirləndirilən şəxs qızı Sahibənin yaşadığı evinə gəlmiş, orada söhbət etmişlər. Söhbət zaman Təqsirləndirilən şəxs X90nı baxçada işə düzəltməyi təklif etdiyinə görə kürəkəni X32 ilə bu barədə əlaqə saxlayıb məlumat vermişdir. Cavad Hüseynov arvadının işə düzəlməsi ilə bağlı razılıq verməmişdir. 2024-cü ilin may ayının əvvəllərində Cavanşirlə görüşən zaman ondan qızma məxsus Biləsuvar şəhəri, Babək küçəsində yerləşən evə kupça düzəldə bilib- bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs həmin işin çox asan həll olunacağını bildirmiş, hətta Cavanşir mərhum atasının və şəhid qardaşının ruhlarına and içdiyi üçün ona qarşı inamı yaranmışdır. Cavanşir kürəkəninə məxsus Biləsuvar şəhəri, Babək küçəsində yerləşən evə çıxarış (kupça) almaq üçün ilk öncə 08 saylı kadastr idarəsinə vermək üçün 500 (beş yüz) manat pul istəmişdir. Həmin pulu Cavanşirə verməyə razılaşmışdır. 2024-cü ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxslə Biləsuvar şəhəri, H.Əliyev küçəsində görüşmüşlər. Birlikdə Biləsuvar şəhəri, Puşkin küçəsində yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan X97 Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Biləsuvar şöbəsinə getmişlər. Cavanşir binaya daxil olaraq orada rəhbər şəxslə danışacağını bildirmişdir. Təqsirləndirilən şəxs bələdiyyədən verilən sənədi götürərək binaya daxil olmuş, bir qədər sonra Cavanşir çölə çıxaraq ora vermək üçün 500 (beş yüz) manat pul istəmişdir. Biləsuvar şəhəri, Puşkin küçəsində Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan X97 Şəxsinin 08 saylı Cəlilabad Ərazi İdarəsinin Biləsuvar şöbəsinə daxil olmuş, Cavanşir bir neçə dəqiqə sonra geriyə qayıdaraq işin həllini tapacağını demişdir. 08 may 2024-cü il tarixdə Cavanşir yenidə əlaqə saxlayaraq çıxarış sənədinin (kupçanm) alınması üçün əlavə 1500 (bir min beş yüz) manat pul lazım olduğunu demişdir. Həmin pulu da verməyə razı olmuşdur. Cavanşiri qızı Sahibənin yaşadığı evə dəvət etmiş, Cavanşir ora gəldikdən sonra arvadı X2 və X90nm yanında Təqsirləndirilən şəxs 1500 (bir min beş yüz) manat pul vermişdir. X90 bunu videogörüntüyə çəkməyi təklif etmiş, çəkiliş başlamadan öncə Cavanşir pulu başqa adama verəcəyi üçün çəkiliş zamanı həmin pulun ona guya borca verildiyini deməsini ondan xahiş etmişdir. Cavanşirin təklifi ilə razılaşaraq videoçəkiliş zamanı 1500 (min beş yüz) manat pulun ona borca verdiyini demişdir, ancaq əsl həqiqətdə həmin pulu Cavanşirə X90nm yaşadığı evə çıxarış sənədini düzəltdirəcəyinə dair vəd verdiyinə görə ona vermişdir.Bundan təxminən iki gün sonra Cavanşir yenidən əlaqə saxlayaraq sənədləşməyə pulun çox çıxmasını əlavə də 500 (beş yüz) manat pulun lazım olduğunu bildirmişdir. Cavanşirin təklifi ilə razılaşmış və həmin pulu Biləsuvar şəhəri, Babək küçəsində yerləşən X90nm evində arvadı Ezangülün və qızı Sahibənin yanında Cavanşirə vermişdir. Bundan bir gün sonra yenidən Cavanşir onunla əlaqə saxlayaraq çıxarış (kupça) işinin tamamilə öz həllini tapmasını, evin köhnə sahibinin adından birbaşa qızı Sahibənin adma keçməsi üçün əlavə də 600 (altı yüz) manat pul lazım olmasını bildirmişdir. Sənədləşmə işinin həllini tapacağını fikirləşərək həmin pulu da Cavanşirə verməyə razılaşmışdır. Biləsuvar şəhəri, Babək küçəsində yerləşən qızı Sahibəyə məxsus evdə Cavanşirə 600 (altı yüz) manat pulu vermişdir. Çıxarışın (kupçanm) düzəlməsi üçün Cavanşirə ümumilikdə 3200 (üç min iki yüz) manat pul vermişdir. Oğlu Şahid1 İ Qarabağ müharibəsi iştirakçısı həm də qazisidir. Ramil müharibə iştirakçısı olduğu üçün ona pensiya düzəltdirmək niyyəti olmuşdur. Söhbət zamanı Cavanşir bildirmişdir ki, Ramilə də pensiya düzəldə bilər və bunun müqabilində ona 1700 (min yeddi yüz) manat pul lazımdır. Cavanşirin təklifi barədə oğlu Ramillə danışmış,Ramil razılıq verdiyi üçün həmin pulu Cavanşirə verməyə razılaşmışlar. Ramillə birlikdə Biləsuvar şəhəri, Babək küçəsində yerləşən evə gələrək Cavanşirlə əlaqə saxlamışlar. Cavanşirə 1700 (bir min yeddi yüz) manat pulu videoçəklişlə vermişlər. Videoçəkliş başlamadan öncə videoçəkliş zamanı cavanşirin təkidi və xahişi ilə guya həmin pulu Cavanşirə borca verdiyini demişdir. Ramil ondan niyə borc kim deməsini soruşduqda Cavanşir bildirmişdir ki, videonun l| başqa şəxslər görməməlidir. Ramil Cavanşirlə razılaşmış, videoçəklişə başlamış, 1700 (bir min yeddi yüz) manat pulu Cavanşirə oğlu Şahid1 iştirakı ilə vermişdir. 2023-cü ilin sonlarında nəvəsi X55 ilə X56 ilə evlənmişlər. Onlar hər iksi işsiz olduğu üçün Cavanşir qızı Sahibəni bağçada işə düzəltməyi təklif etdiyi üçün Aydan Məmmədovanı bağçada işə düzəltmək fikrinə düşmüşdür. Bu barədə Aydanm əri Ələsgər Şirionovla danışmış, Ələsgər Aydanm baxçada işə düəlməsinə razı olmuşdur. Ələsgər özü də ali təhsilli olduğu üçün məktəbdə işə düzəlmək istədiyini bildirmişdir. Cavanşirə nəvəsi Aydan və əri Ələsgərin işə düzəltməklə bağlı söhbətləri olmuş, Cavanşir nəvəsi Aydanı bağçada işə düzəltmək üçün 2000 (iki min), Ələsgəri məktəbdə işə düzəltmək üçün isə 3000 (üç min) manat pul lazım olduğunu bildirmişdir. Bu barədə Ələsgərlə danışmış, Ələsgər Cavanşirin təklifinə razılıq vermişdir. 2024-cü ilin may ayının ortalarında Ələsgər əlaqə saxlayaraq 5000 (beş min) manat pulun hazır olduğunu bildirmiş, Ələsgərin atası Mətləb 5000 (beş min) manat pulu ona vermişdir. Biləsuvar şəhəri, Babək küçəsində qızı Sahibənin yaşadığı evində Cavanşirlə görüşüb ona X71 işə düzəlməsi üçün 2000 (iki min), Ələsgər Şirinovun məktəbdə işə düzəlməsi üçün isə 3000 (üç min) manat pulu oğlu Şahid1, arvadı Ezangül Mikayılova və X90nın yanında vermişdir. Cavanşir pulu aldıqdan sonra Aydan və Ələsgərin 01 ay müddətində işə düzəlcəklərini vəd vermişdir. Cavanşir orada olan zaman Fövqəladə Hallar Nazirliyinin Biləsuvar rayon şöbəsində boş iş yerinin olmasını, qohumlardan tanış adamının varsa orada işə düzəldə biləcəyini ona təklif etmişdir. X10 onunla əlaqə saxlayaraq Cavanşirin bildirdiyi Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon Şöbəsində işə düzəlməsinə köməklik etməsini bildirmişdir. Cavanşirlə əlaqə saxlayıb ona bu barədə məlumat verdikdə Cavanşir bildirmişdir ki, Salehin işə düzəlməsi üçün əvvəlcədən 3000 (üç min) manat pul lazımdır. Cavanşirlə razılaşdığı üçün 22 may 2024-cü il tarixdə Biləsuvar şəhəri, Babək küçəsində yerləşən X90nın yaşadığı evdə oğlu Şahid1, arvadı Ezangül Mikayılovanın və X90nın yanında 3000 (üç min) manat pulu Cavanşirə vermişdir. Oğlu Şahid1 bu hadisəni videolentə almışdır. X71 işə düzəlməsi üçün 2000 (iki min), əri Ələsgər Şirinovun isə ^ məktəbdə işə düzəlməsi üçün isə 3000 (üç min) manat olmaqla ümumilikdə 5000 (beş min ) manat pulu Aydan və əri Ələsgər ona vermişdir. Cavanşir verdiyi vədlərə əməl etməyib pulu qaytarmadığı üçün nəvəsinin Aydanm ailəsində söz-söhbət düşmüş və onlar boşanmışlar. Əlsəgər Şirinovdan aldığı 5000 (beş min) manat pulu ona geri qaytarmışdır. Onlar boşandığı üçü ilkin ərizəsində Ələsgərin adını qeyd etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Amankənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Ürək-qan damar sistemində problem olduğu üçün 2009-cu ildən 2021-ci ilədək 2-ci qrup əliliyə görə pensiya almışdır. 2021-ci ildə Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi tərəfindən qrup əlilliyi ləğv olunmuş və pensiyası kəsilmişdir. Bundan sonra pensiyasının bərpa olunması üçün üç dəfə Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, hər dəfə də pensiyadan imtina olunması barədə ona cavablar gəlmişdir. 2024-cü ilin dekabr ayının əvvəllərində qohumu Zərərçəkmiş şəxs1 ilə birlikdə söhbət edən zaman Zərərçəkmiş şəxs1 söhbət zamanı Biləsuvar rayonu Ağayrı kənd sakini Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmasını, Cavanşirin kəsilmiş pensiyaları bərpa etdirməsini və işə düzəldə bilməsini demişdir. İlqardan Təqsirləndirilən şəxslə əlaqə saxlmasmı xahiş etmişdir. İlqar Cavanşirin mobil nömrəsinə zəng etmiş və bu barədə söhbət etmişlər. Cavanşir iki aya onun pensiyasını düzəltdirəcəyini və bunun müqabilində ondan 2500 (iki min beş yüz) manat pul alacağını, buna görə də ona şəxsiyyət vəsiqəsinin surətinin və xəstəlik tarixçəsinin lazım olduğunu bildirmişdir. Cavanşirin təklifi ilə razılaşdığı üçün onu 10 dekabr 2024-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən işlədiyi “Paşaka” aptekinə çağırmış və orada Cavanşirə 2000 (iki min) manat pulu, şəxsiyyət vəsiqəsinin surətini və xəstəlik tarixçəsini vermiş, həmin vaxtı onların yanında kənar kimsə olmamışdır. Cavanşir 2000 (iki min) manat pulu aldıqdan sonra kəsilmiş pensiyasını bərpa etdirəcəyini vəd verib onu inandırmışdır. Cavanşirə qalan 500 (beş yüz) manat pulu da bir neçə günə verəcəyini demişdir. 13 dekabr 2023-cü il tarixdə Cavanşirlə yenidən əlaqə saxlamış, Cavanşir yenidən işlədiyi aptekə gəlmiş və ona əvvəlcədən razılaşdıqları kimi qalan 500 (beş yüz) manat pulu da vermiş, həmin vaxtı da onların yanında kənar kimsə olmamışdır. Təqsirləndirilən şəxs iki ay müddətində pensiyasının bərpa olacağını, həmin ilin fevral ayının sonundan pensiyasını alacağını bildirmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şəhid qardaşı olduğu üçün onu öz yaxmı kimi Fövqəladə Hallar Nazirliyində işə düzəltdirəcəyini, aldığı pulu isə hər hansı vəzifəli şəxsə verəcəyi barədə heç bir söz deməmişdir. 2024-cü ilin fevral ayının sonlarında Cavanşirlə yenidən əlaqə saxlamışdır. Cavanşir ona müxtəlif bəhanələr gətirərək vədinə əməl etməmiş, pulu ondan geri istədikdə isə Cavanşir pulu qaytarmaqdan imtina etmişdir. Bu səbəblə də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onun barəsində şikayət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qudasıdır. ünvan 11 sakini X7 qudası İlqarın vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs1la söhbət edən zaman Cavanşir adlı şəxsin olmasını və həmin şəxsin iş, pensiya düzəltməsini İlqardan eşitmişdir. Ürəyində problem olduğu üçün pensiya düzəltdirmək fikrində olmuş, buna görə də qudası Zərərçəkmiş şəxs1 demişdir ki, Cavanşirlə əlaqə saxlasın bu barədə ondan maraqlansın. Təqsirləndirilən şəxslə aralarında olan söhbətdən sonra Cavanşir onun xəstəxanada yatmağına dair sənədlərin və şəxsiyyət vəsiqəsinin surətini istəmiş və ona xəstəliklə bağlı pensiyasının bərpa etdirəcəyi müqabilində 2500 (iki min beş yüz) manat pul istəmişdir. Qudası İlqar ona bu barədə məlumat verdikdə həmin pulu verməyə imkanı çatmadığını, pulun yarısını pensiya düzəlməmişdən öncə, pensiya düzəldikdən sonra isə digər hissəsini verməyə razılaşmışdır. 2023-cü ilin dekabr ayının əvvəllərində 1150 (min yüz əlli) manat pul düzəldərək İlqara vermişdir ki, həmin pulu aparıb Cavanşirə təhvil versin. İlqar 1150 (min yüz əlli) manat pulu, şəxsiyyət vəsiqəsinin surətini və xəstəxanada müalicə almağına dair sənədlərin əslini Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “BestWood” mebel mağazasının qarşısında Cavanşirə vermişdir. Cavanşirlə aralarında olan razılaşmaya görə iki ay müddətində pensiyası bərpa olunacaqmış. 2024-cü ilin mart ayında Cavanşir onunla əlaqə saxlayaraq sənədlərinin hazır olmasını, təsdiq edilməsi üçün 400 (dörd yüz) manat pulun lazım olduğunu demiş və tələb olunan həmin pulu qudası Zərərçəkmiş şəxs1la Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Timur” şadlıq sarayının yanında Cavanşirə vermişlər. Ümumilikdə Cavanşir ondan 1550 (min beş yüz əlli) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. İs tər 1150 (min yüz əlli) manat pulu, istərsə də 400 (dörd yüz) manat pulu Cavanşir ondan alarkən onun qudası İlqardan başqa kimsə olmamışdır. Cavanşir verdiyi vədlərə əməl etmədiyinə, onu aldatdığına və pulunu qaytarmaqdan imtina etdiyinə görə polis şöbəsinə gələrək ərizə yazıb onun barəsində şikayət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Usta olduğu üçün Cavanşirin evində usta kimi işləmişdir. Təqsirləndirilən şəxs 2024-cü ilin may ayının sonlarında oğlu Seymur Qurbanovla küçədə qarşılaşan zaman sürücülük vəsiqəsi almaq istədiyini Cavanşirə bildirmişdir. Təqsirləndirilən şəxs ona sürücülük vəsiqəsi düzəldə biləcəyini demişdir. X91 sürücülük vəsiqəsini neçəyə düzəldə biləcəyini soruşduqda Təqsirləndirilən şəxs sürücülük vəsiqəsini 800 (səkkiz yüz) manata düzəldə biləcəyini bildirmişdir. Seymur bu barədə ona məlumat vermiş, o, da oğlu Seymura sürücülük vəsiqəsini almağı məsləhət görmüşdür. Seymura sürücülük vəsiqəsini Təqsirləndirilən şəxs vasitəsi ilə düzəltdirməyə razı olmuşdur. Bu barədə Cavanşirlə küçədə söhbət edən zaman Cavanşirdən sürücülük vəsiqəsinin düzəlməsinə zəmanət verib-vermədiyini soruşmuşdur. Cavanşir özündən əmin danışaraq onu inandırdığı üçün bir qonşu kimi ona inanmışdır. Təqsirləndirilən şəxs oğlu Seymura sürücülük vəsiqəsi almaq üçün 03x04 formatında 02 ədəd fotoşəkil, hərbi biletinin surətini və şəxsiyyət vəsiqəsinin surətini istəyərək, pulu verdikdən bir ay müddətində sürücülük vəsiqəsinin düzələcəyini demişdir. Cavanşirin tapşırdığı sənədlər hazır olduğu üçün 03 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı evinə gələrək sənədləri ondan almış, Cavanşir sənədləri aldıqdan sonar Bakı şəhərinə avtomobilin getməsini, sənədləri təcili göndərməli olduğunu bildirərək pulu da istəmişdir. Seymurun yanında 800 (səkkiz yüz) manat pulu Cavanşirə vermişdir. Bundan sonra Rusiya Federasiyasında olan oğlu Süleyman Qurbanovla “Whatsapp” mobil tətbiqi vasitəsi ilə görüntülü danışarkən o, da özünə sürücülük vəsiqəsi almaq istədiyini, Cavanşir vasitəsi ilə həll etməyini demişdir. Oğlu Süleymana qardaşı Seymurun sürücülük vəsiqəsi düzəldikdən sonra ona da alacağını bildirmişdir. Süleyman təkid etmdiyinə görə onunla razılaşmışdır. 04 iyun 2024-cü il tarixdə Cavanşirin yaşadığı ünvana gedərək Rusiya Federasiyasında yaşayan oğlu Süleyman Qurbanova sürücülük vəsiqəsi düzəltdirmək istədiyini ona bildirmişdir. Təqsirləndirilən şəxs heç bir problemin olmamasını, sürücülük vəsiqəsi almaq üçün 3x4 formatında 02 ədəd fotoşəkil, hərbi biletinin surətini və şəxsiyyət vəsiqəsinin surətini hazırlamağı ona bildirmişdir. 05 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən yaşadığı ünvana gəlmiş, Cavanşirə onun tapşırdığı sənədlərin surətini və 800 (səkkiz yüz) manat pulu vermişdir. Təqsirləndirilən şəxs pulu və sənədləri aldıqdan sonra bir ay müddətinə oğlu Süleymanın da sürücülük vəsiqəsinin düzələcəyini deyərək yaşadığı ünvandan çıxıb getmişdir. 2024-cü ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxslə əlaqə saxlamağa başlamış,Cavanşir səbirli olmağını bildirmişdir. Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə oğlu Seymur Qurbanova sürücülük vəsiqəsi düzəltdirəcəyi adı ilə Biləsuvar şəhəri, H.Cavid küçəsində yerləşən fərdi yaşayış evinin həyətində 800 (səkkiz yüz) manat pulu, 05 iyun 2024-cü il tarixdə isə oğlu Süleyman Qurbanova sürücülük vəsiqəsi düzəltmək adı ilə yaşadığı ünvanda 800 (səkkiz yüz) manat pulu olmaqla ümumilikdə 1600 (min altı yüz) manat pulu dələduzluq yolu ilə əldə etmişdir. Pulları Təqsirləndirilən şəxs verən zaman oğlu Seymur Qurbanov və arvadı X67 yanında olmuş, həmin puldan Cavanşir ona heç nə qaytarmamışdır. Cavanşir onu aldatdığına və pulu qaytarmaqdan imtina etdiyinə görə polisə ərizə ilə müraciət edərək şikayət etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs17 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurduğu zərərin tam şəkildə ödənildiyini, aralarında barışıq əldə edildiyini, bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs vəfat etmiş əmisi Sabir Qarayevin qayınıdır. 10 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs əmisi X94 və qardaşı X75 zəng edərək pul qarşılığında kəsilmiş pensiyanı bərpa etdirəcəyini bildirmişdir. X126 və Asif Qarayev yaşadığı evdə olan vaxtı qohumu Təqsirləndirilən şəxs kəsilmiş pensiyasını bərpa elətdirə biləcəklərini bir daha onun nəzərinə çatdırmışlar. O, da kəsilmiş pensiyanı bərpa etdirmək niyyətində olmuş, qardaşı Asif Cavanşirlə əlaqə saxlamışlar. Cavanşir qardaşı Asifə kəsilmiş pensiyasının bərpa olunması üçün 3000 (üç min) manat pul lazım olduğunu bildirmişdir. Həmin gün mobil telefonunda olan “Birbank” mobil tətbiqi vasitəsi ilə onlaym şəkildə kredit götürmüşdür. Təqsirləndirilən şəxs qardaşı Asiflə tez-tez əlaqə saxlayaraq pulu tələb etmişdir. X123 və qardaşı arvadı X57 ilə Biləsuvar şəhəri, H.Əliyev küçəsinə gələrək Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən notariat ofisinin qarşısında görüşmüşlər. Cavanşir pulu ona videoçəklişlə verməyi təklif etdiyinə görə onunla razılaşmışdır. Pulu ona notariat qaydada verəcəyini bildirmiş, Cavanşir də onun təklifi ilə razılaşmışdır. Cavanşir pulu ona verdikdən sonra iki ay müddətində kəsilmiş pensiyasının bərpa etdirəcəyini demişdir. Bundan sonra Cavanşirə barəsində olan xəstəlik tarixçəsini vermişdir. Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən notariat kontorunda olan zaman ona bildirilmişdir ki, borc müqaviləsi bağlamaq üçün bank hesabında borc verəcəyi pul olmalıdır. Bundan sonra o, H.Əliyev küçəsində yerləşən "xxxx" ASC-nin Biləsuvar filialına gedərək 3000 (üç min) manat pulu bank hesabına qoyub, notariat ofisinə qayıtmışdır. Təqsirləndirilən şəxslə notariat ofisində müqavilə bağlamış, müqavilə bağlayan zaman qardaşı Asif və arvadı Nuranə də orada olmuşdur. Müqavilə bağlayıb küçəyə çıxdıqdan sonra Cavanşir narahat olmamağı, maksimum iki ay müddətində kəsilmiş pensiyasının bərpa etdirəcəyini vəd vermişdir. Pulu verəndən iki ay keçməsinə baxmayaraq Cavanşirdən bir səs soraq gəlmədiyini görüb ona zəng etmiş, lakin Cavanşir onun telefon zənglərinə cavab verməmişdir. Cavanşirin ondan başqa rayon sakinlərindən də dələduzluq yolu ilə pul əldə etdiyini başa düşmüş,buna görə də ərizə ilə rayon polis şöbəsinə müraciət edərək şikayət etmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, Cavanşir Haxerdiyevə 3000 (üç min) manat pulu notarial qaydada borc müqaviləsi kimi versə də, əsl həqiqətdə onu borc müqaviləsi kimi deyil, kəsilmiş pensiyasını bərpa etdirəcəyinə dair vəd verdiyi üçün Cavanşirə vermişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Biləsuvar şəhər sakini kimi tanıyır. 2024-cü ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxslə Biləsuvar şəhərində qarşılaşmışdır. Təqsirləndirilən şəxs onun əvvəllər hərbiçi olmağını bilmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs onun işinin olub-olmamasını soruşmuşdur. O, da hərbidən təxris olduqdan sonra iş tapa bilmədiyini bildirmişdir. X72 Nazirliyinin Biləsuvar Rayon Şöbəsində və Biləsuvar Gömrük İdarəsində iş yerlərinin olmasını, həmin iş yerlərinə işçi düzəldə bilməsini demişdir. Təqsirləndirilən şəxs əgər almarsa Fövqəladə Hallar Nazirliyinin Biləsuvar rayon şöbəsində işə düzəlmək istədiyini bildirmiş, Cavanşir həmin idarədə işə düzəlmək üçün ondan 8000 (səkkiz min) manat pul lazım olduğunu, qabaqcadan isə 2000 (iki min) manat verməli olduğunu demişdir. Təqsirləndirilən şəxs “44 günlük Vətən Müharibəsi” zamanı aldığı medalların surətlərini, hərbi biletnin surətini və şəxsiyyət vəsiqəsinin surətini istədiyinə görə həmin sənədlərin surətlərini hazırlamışdır. 12 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqi vasitəsi ilə istifadəsində olan mobil nömrəyə zəng edərək pulu hazır edib-etmədiyini soruşmuşdur. Cavanşirə pulu və tapşırdığı sənədləri hazır etməsini bildirdikdə həmin günü saat 22 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində “Qırmızı Çən” adlanan yerin yaxınlığında görüşmüşlər, həmin vaxtı sənədlərin surətlərini və 2000 (iki min) manat pulu Cavanşirə vermişdir. Cavanşir pulu və sənədləri aldıqdan sonra ona demişdir ki, 15 gün müddətində Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon Şöbəsində işə düzələcəkdir. Bundan 15 gün keçdikdən sonra Cavanşirlə əlaqə saxlamağa başlaraq işi ilə maraqlanmış, Cavanşir müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs13 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurduğu zərərin tam şəkildə ödənildiyini, aralarında barışıq əldə edildiyini, bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, 2024-cü ilin dekabr ayının sonlarında qardaşı Zərərçəkmiş şəxs1la söhbət edən zaman qazilərə verilən avtomobil növbəsinə daxil olaraq avtomobil almaq istədiyimi bildirmişdir. İlqar Biləsuvar şəhərində yaşayan Təqsirləndirilən şəxs tanımasını, Cavanşirin geniş əlaqələrinin olmasını və bu barədə ona köməklik edə biləcəyini demişdir. İlqardan Təqsirləndirilən şəxs mobil telefon nömrəsini alaraq onunla əlaqə saxlamış, Cavanşirə müharibə iştirakçılarına verilən avtomobil növbəsinə daxil olaraq avtomobil almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona bu barədə köməklik edəcəyini demiş, görəcəyi bu işə görə də ondan 1500 (bir min beş yüz) manat pul istəmişdir. Cavanşirə əvvəlcədən 1000 (bir min) manat, iş həllini tapdıqdan sonra isə 500 (beş yüz) manat pulu verəcəyimi bildirdiyinə görə Cavanşir onunla razılaşmışdır. 2024-cü ilin yanvar ayının əvvəllərində Cavanşirlə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Xan” şadlıq sarayının yanında görüşmüşlər, söhbət zamanı Cavanşir Əmək və Əhalinin sosial Müdafiəsi nazirliyi tərəfindən şəhid ailəsi olduğu üçün bölgələrə təyin olunmasını demişdir. Cavanşir Fizuli şəhərində yeni tikilmiş binaların birinin üzərində olan videosunu göstərmiş,bundan sonra Cavanşirə inamı formalaşmış və ona pul verməyə razı olmuşdur. Həmin vaxtı 1000 (bir min) manat pulu qardaşı Zərərçəkmiş şəxs1 yanında Cavanşirə vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra bir ay ərzində onu avtomobil almaq üçün növbəyə salınacağını bildirmişdir. Bundan bir ay keçdikdən sonra Cavanşirlə əlaqə saxlayaraq işi ilə bağlı maraqlanmış, Cavanşir isə hər dəfə müxtəlif bəhanər gətirərək ona yalan vəd vermişdir. Cavanşirin onu aldatdığını başa düşərək pulu ondan geri tələb etmişdir. Cavanşir onu aldatdığına və pulu qaytarmaqdan imtina etdiyinə görə məcbur olub polis şöbəsinə gələrək ərizə yazıb onun barəsində şikayət etmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ondan 1000 (bir min) manat pulu 2024-cü ilin yanvar ayının əvvəllərində qazilərə verilən avtomobil növbəsinə salacağına dair yalab vədlər verib bu adla Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Xan” şadlıq sarayının yaxınlığında qardaşı Zərərçəkmiş şəxs1 yanında almışdır. Həmin puldan da hazırkı vaxta qədər heç bir pul qaytarmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalasının əridir. 2023-cü ilin noyabr ayında anası X58 qohumu Təqsirləndirilən şəxs şəhid ailələrinə qulluqçu işinin olmasını, həmin işdə faktiki işləməyəcəyinə və hər ay 120 (yüz) manat maaş alacağını bildirərək həmin işə düzəltməyi təklif etməsi barədə məlumat vermişdir. 2023-cü ilin noyabr ayında anası və atası ilə birlikdə bir neçə dəfə xalasına məxsus Biləsuvar şəhəri, H.Cavid küçəsində yerləşən evə qonaq getmişlər. Həmin zamanlar Cavanşirlə anası Sara Həsənovanın işə düzəlməsi ilə bağlı söhbət etmişlər. Təqsirləndirilən şəxs anası Sara Həsənovanın işin düzəlməsi üçün 1000 (min) manat məbləğində pul istəmişdir. O, həmin pulu Cavanşirə verməyə razılaşmışdır. Həmin vaxt özündə pul olmadığı üçün 12 dekabr 2023-cü il tarixdə “Acsses” bankın Cəlilabad rayonunda yerləşən filialından 2100 (iki min yüz) manat məbləğində kredit pul götürmüşdür. 15 dekabr 2024- cü il tarixdə xalasının evinə atası Fərhad Həsənov və anası Sara Həsənova ilə qonaq getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs anası Sara Həsənovanı şəhid ailələrinə xidmətçi kimi işə düzəlməsi üçün 1000 (min) manat məbləğində pulu atası Fərhad Həsənovun, anası Sara Həsənovanın və xalası Zülfıyyə Həsənovanın yanında vermişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayının sonlarından anası Sara Həsənovanın aylıq 120 (yüz iyirmi) manat olacağını əmək haqqı alacağını bildirmişdir. 2024-cü ilin dekabr ayının sonlarında Cavanşir 100 (yüz) manat pulu ona vermiş və pul gec verildiyi üçün dekabr ayına görə 100 (yüz) manat əmək haqqının verildiyini demişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində anası Sara Həsənova ilə söhbət edən zaman sonuncu Təqsirləndirilən şəxs kəsilmiş pensiyanı da bərpa etdirə biləcəyini bildirmişdir. O, bu barədə Cavanşirlə söhbət edəcəyini demişdir. Cavanşirlə “Whatsapp” mobil tətbiqi ilə səsli zəng əlaqəsi saxlayanda ondan anası Sara Həsənovanın kəsilmiş pensiyanı bərpa etdirməsi üçün 2500 (iki min beş yüz) manat məbləğində pul lazım olacağını bildirmişdir. O da Cavanşirə əvvələcədən 1000 (min) manat məbləğində, pensiya bərpa olduqdan sonra isə əlavə olaraq 1500 (min beş yüz) manat məbləğində pul verəcəyini demişdir. Cavanşir onun təklifi ilə razılaşmışdır. 2024-cü ilin yanvar ayının əvvəllərində anası Sara Həsənova və atası Fərhad Həsənovla birlikdə Biləsuvar şəhəri, H.Cavid küçəsində yaşayan xalası Zülfıyyə Həsənovanın evinə qonaq getmişlər. Anasının kəsilmiş pensiyasını bərpa etdirməsi üçün Təqsirləndirilən şəxs anası Sara Həsənova, atası Fərhad Həsənov və xalası Zülfıyyə Həsənovanın yanında 1000 (min) manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayında anası Sara Həsənovanın kəsilmiş pensiyasının bərpa olunacağını bildirmişdir. Bu hadisədən bir neçə gün sonra Cavanşirlə əlaqə saxlayan zaman qohumu olduğu üçün heç bir qarşılıqsız arvadı X26 şəhid ailələrinə xidmət göstərən xidmətçi kimi işə düzədəcəyini demişdir. O da Cavanşirlə razılaşmışdır. 2024-cü ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayarkən 120 ( manat) anasının işinə görə və 100 (yüz) manat isə arvadına aylıq əmək haqqını verəcəyini bildirmişdir. O, Cavanşirə istifadəsin olan plastik kart hesabını göndərmişdir. Cavanşir həmin kart hesabına 220 (iki yüz iyirmi) manat pul göndərmişdir. 2024-cü ilin fevral ayında yenidən Cavanşirlə əlaqə saxlamışdır. Cavanşirlə yaşadığı evin qarşısında görüşmüşdür. Həmin vaxt Cavanşir anası və arvadının hər birinin 120 (yüz iyirmi) manatlıq əmək haqqı olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat pulu ona vermişdir. Həmçinin 2024-cü ilin mart ayında Təqsirləndirilən şəxs istifadəsində olan plastik kart hesabına 240 (iki yüz qırx) manat pul göndərmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək pul verməmişdir. Cavanşirin ona qarşı dələduzluq etdiyini başa düşmüşdür. 15 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsində yaşadığı evdə xalası Zülfıyyə Həsənova, anası Sara Həsənova və atası Fərhad Həsənovun yanında 1000 manat məbləğində pulu anasının şəhid ailələrinə xidmət göstərən şəxs kimi işə düzəltməsi üçün vermişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində isə anası Sara Həsənovanın kəsilmiş pensiyasını bərpa etdirməsi üçün qohumu Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Cavid küçəsində yaşadığı evdə 1000 (min) manat olmaqla ümumilikdə 2000 (iki min) manat məbləğində pul vermişdir. Hər dəfə pulu verən zaman anası X58, atası X73 və xalası X33 yanında olmuşdur. Təqsirləndirilən şəxs 2000 (iki min) manat məbləğində pul vermişdir. Cavanşir həmin puldan 2023-cü ilin yanvar ayında 100 (yüz), 2024-cü ilin yanvar ayında 220 (iki yüz iyirmi), 2024-cü ilin fevral-mart aylarında hər ay 240 (iki yüz qırx) manat olmaqla ümumilikdə 760 (yeddi yüz altmış) manat məbləğində pul qaytarmışdır. Təqsirləndirilən şəxs ona verdiyi pulları qaytarmadığı üçün əsəbi halda Biləsuvar Rayon Polis Şöbəsinə gələrək ərizə verdiyi üçün yanlışqla səhv qeyd etmişdir. 15 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsində yaşadığı evdə xalası Zülfıyyə Həsənova, anası Sara Həsənova və atası Fərhad Həsənovun yanında 1000 (min) manat məbləğində pulu anası şəhid ailələrinə xidmət göstərən şəxs kimi işə düzəltməsi üçün vermişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində isə anası Sara Həsənovanın kəsilmiş pensiyasını bərpa etdirməsi üçün qohumu Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Cavid küçəsində yaşadığı evdə 1000 (min) manat olmaqla ümumilikdə 2000 (iki min) manat məbləğində pul vermişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs pensiya və iş düzəltməsini eşitmişdir. O, bundan sonra Təqsirləndirilən şəxs mobil nömrəsini taparaq əlaqə saxlamışdır. Mobil telefon əlaqəsi zamanı oğlu Elşən Bayramzadəni işə düzəlmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində iş yerinin olmasını demişdir. Onlar bundan sonra Biləsuvar şəhəri, Nizami küçəsində Cümə məscidinin qarşısında görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs oğlu X36 rayonu Suvarma Sistemləri İdarəsində işə düzəlmək üçün 1500 (min beş yüz) manat pul istəmişdir. O, Cavanşirə 1300 (min üç yüz) manat məbləğində pul verməyə imkanı çatacağını bildirmişdir. Cavanşir onunla razılaşmışdır. Bu hadisədən 2 gün sonra Təqsirləndirilən şəxslə Biləsuvar rayonu Cümə Məscidinin qarşısında görüşmüşdür. Təqsirləndirilən şəxs oğlunun şəxsiyyət vəsiqəsinin surətini və 1300 (min üç yüz) manat məbləğində pulu vermişdir. Təqsirləndirilən şəxs bir ay müddətində oğlunun işə düzələcəyini və maaş alacağını demişdir. 2024-cü ilin fevral ayının sonunda Cavanşir onunla yenidən əlaqə saxlayaraq şəhid ailələrinə qulluq etmək üçün işinin olmasını, aylıq əmək haqqının 200 manat olacağını, işə getmədən maaş alacağını və bu işi düzəltmək üçün üçün 1200 (min iki yüz) manat məbləğində pul lazım olduğunu bildirmişdir. O, həmin məbləğdə pulu ona verməyə razılaşmışdır. 2024-cü ilin fevral ayının sonlarına yaxın Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən Cümə məscidinin qarşısında görüşmüşlər. Cavanşirə 1200 (min iki yüz) manat məbləğində pulu və özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Cavanşir bir ay müddətinə onun işə düzələcəyini bildirmişdir. Lakin bu hadisədən bir ay müddət keçdikdən sonra müxtəlif bəhanələr gətirmişdir. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etdiyini bilmişdir. Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının əvvəllərində Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən Cümə Məscidinin qarşısında övladı X20 işə düzəltmək üçün 1300 (min üç yüz) manat, 2024-cü ilin fevral ayının sonlarında onu şəhid ailələrinə xidmətçi kimi işə düzəltməsi üçün Biləsuvar şəhəri, Nizami küçəsində Cümə məscidinin qarşısında vermişdir. Cavanşirə hər dəfə pulu təklikdə vermiş, həmin vaxt yanlarında kənar şəxlər olmamışdır. Təqsirləndirilən şəxs ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pul vermişdir. Cavanşir həmin puldan heç bir məbləğdə geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şəhid qardaşı üçün tikilmiş Biləsuvar şəhəri Ziya Binyadov küçəsində yerləşən evdə 2023-cü ilin sentyabr ayında təmir işləri görən zaman Təqsirləndirilən şəxslə tanış olmuşdur. Cavanşirlə aralarında olan söhbət zamanı sonuncu pensiya düzəldə bildiyini ona demişdir. O da azyaşlı oğlu Mirnəsib Əlizadəlinin mədə-bağırsaq sistemində problem olmasını və pensiya düzəltdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs heç bir problemin olmamasını və pensiya düzəltdirmək üçün 1500 (min beş yüz) manat məbləğində pul lazım olduğunu bildirmişdir. O da Cavanşirə həmin məbləğdə pulu verməyə razılıq vermişdir. Cəlilabad rayonunda yaşayan bacanağı Oqtay Tomarovdan 1000 (min) manat məbləğində borc pul almışdır. Daha sonra Cavanşirlə əlaqə saxlamış və 2023-cü ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxslə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Biləsuvar rayon İcra Hakimiyyətnin həyətində 1000 (min) manat məbləğində pulu vermişdir. Həmin gün axşam Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək övladının sənədlərinin hazır olmasını sabah Bakı şəhərinə göndərəcəyini, buna görə 500 (beş yüz) manat pul verməli olduğunu bildirmişdir. O, pensiyanın tez düzəlməsi üçün Cavanşirlə razılaşmışdır. Həmin günün sabahı Təqsirləndirilən şəxslə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən "xxxx" ASC-nin Biləsuvar rayon filialının qarşısında görüşmüş və 500 (beş yüz) manat məbləğində pulu vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun zənglərinə cavab verməmişdir. O, Cavanşirdən pulunu istəsə də sonuncu onun pulunu geri qaytarmamışdır. O da Cavanşirin barəsində 01 oktyabr 2024-cü il tarixdə Biləsuvar Rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayının sonlarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Biləsuvar Rayon İcra Hakimiyyətinin qarşısındakı H.Əliyev adma parkda azyaşlı övladı Mirnəsib Əlizadəyə pensiya düzəltməsi üçün, eyni məqsədlə bu hadisədən bir gün sonra Biləsuvar şəhəri, H.Əliyev küçəsində "xxxx" ASC-nin Biləsuvar rayon filialının qarşısında 500 (beş yüz) manat olmaqla ümumilikdə 1500 (bir min beş yüz) manat olmaqla pul vermişdir. O, həmin pulları Təqsirləndirilən şəxs verən zaman yanında başqa kənar şəxslər olmamışdır. Təqsirləndirilən şəxs 1500 (bir min beş yüz) manat məbləğində pul vermişdir. Cavanşir Həmin puldan heç bir məbləğdə geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs31 ifadəsində göstərmişdir ki, Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Müharibə zamanı Kəlbəcər rayonunda onu don vurmuş, buna görə müalicə almışdır. Aldığı xəsarətlərə görə 2004-cü ildən 2021-ci ildədək pensiya almışdır. Pensiyası 2021-ci ildə kəsildikdən sonra özü dəfələrlə pensiyasının bərpa olunması üçün Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, lakin hər dəfə pensiyanın bərpa olunmasından imtina cavabı gəlmişdir. 2024-cü ilin iyun ayında Biləsuvar şəhərində yerləşən çay evində olan zaman tanımadığı şəxsdən ünvan 11 sakini Cavanşir adlı şəxsin kəsilmiş pensiyaları bərpa etdirməsinə köməklik etdiyini eşitmişdir. O, bundan sonra Cavanşirin mobil nömrəsini axtararaq tapmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək Biləsuvar şəhəri, H.Cavid küçəsində yaşadığı evin qarşısında görüşmüşdür. Cavanşirin ondan istədiyi xəstəliyi ilə bağlı sənədləri aparmışdır. Cavanşir sənədlərə baxdıqdan sonra 1800 (min səkkiz yüz) manata Sosial Müdafiə Nazirliyinə təqdim olunması üçün xəstəliyi barədə sənədləri toplayaraq ona təqdim edəcəyini bildirmişdir. 13 iyun 2024-cü il tarixdə Cavanşirlə əlaqə saxlayıb yenidən Biləsuvar şəhəri, H.Cavid küçəsində yaşadığı evin qarşısında görüşmüşdür. Təqsirləndirilən şəxs 1800 (min səkkiz yüz) manat məbləğində pulu və şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Təqsirləndirilən şəxs 3 ay müddətində sənədlərini tam şəkildə qaydaya salaraq ona geri qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxslə 2024-cü ilin avqust ayından sonra əlaqə saxlaya bilməmişdir və həmin şəxsin ona qarşı dələduzluq etdiyini başa düşmüşdür. 2024cü ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs həbs olunmasını eşitmişdir. O da Cavanşirin dələduzluq etməsi barədə Biləsuvar Rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə Biləsuvar şəhəri, H.Cavid küçəsində yaşadığı evin qarşısında küçədə kəsilmiş pensiyasının bərpa olunması üçün sənədləri hazırlayacağına vəd vermiş, o da Cavanşirə 1800 (min səkkiz yüz) manat məbləğində pulu vermişdir. Həmin zaman yanında kənar şəxslər olmamışdır. Təqsirləndirilən şəxs 1800 (min səkkiz yüz) manat məbləğində pul vermiş, Cavanşir həmin puldan heç bir məbləğdə geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs27 ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayının ortalarında tanışı Səxavətlə söhbətləşən zaman əvvəllər aldığı 326 (üç yüz iyirmi altı) manat məbləğində pensiyasının azaldılaraq 280 (iki yüz səksən) manata salınmasını, pensiyanın artırılması üçün müraciət etsə də nəticəsinin olmamasını bildirmişdir. Həmin vaxt Səxavət Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs adlı şəxsin olmasını, həmin şəxsin kəsilmiş pensiyaları bərpa etdirməyə köməklik etdiyini bildirmişdir. Onlar Biləsuvar şəhəri, H.Əliyev küçəsində Məşədi adlı şəxsə məxsus tikinti materialları satılan mağazanın qarşısında söhbətləşən zaman Təqsirləndirilən şəxs onların yanma gəlmişdir. Təqsirləndirilən şəxs aldığı pensiyanın azaldılmasını, əvvəl aldığı məbləğdə almağına köməklik edə biləcəyini soruşmuşdur. Cavanşir şəhid qardaşı olmasını, sözünün eşidilməsini, ona köməklik edəcəyini bildirmişdir. Cavanşir yol xərclərinin çıxacağını işin alınması üçün 500 (beş yüz) manat verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin pulu rüşvət vermək üçün istəmədiyini, xərclər çıxacağı üçün istədiyini bildirdiyi üçün sonuncuya qarşı inam yaranmışdır. 24 oktyabr 2023-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Bol marketin qarşısındakı "xxxx" bank ASC-yə məxsus terminaldan kartında olan 500 (beş yüz) manat məbləğində pulu çıxardaraq təklikdə Cavanşirə vermişdir. O, yaşadığı evə gəldikdən sonra oğlu Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs adlı şəxsin pensiyasını əvvəl aldığı məbləğdə alacağını deyərək, sonuncunun şəhid qardaşı olmasını buna görə pul verdiyini bildirmişdir. 28 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq görüşmüş, həmin vaxt Cavanşir pensiyanın əvvəlki məbləğdə almağı üçün çox xərc çəkdiyini, buna görə əlavə də 1000 (bir min) manat lazım olduğunu bildirmişdir. O, həmin məbləğdə pulu yaşadığı evdən götürərək Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bol” marketin qarşısında Cavanşirlə görüşərək, vermişdir. Bundan sonra pensiyasının məbləği artmadığı üçün Təqsirləndirilən şəxs adlı şəxsin həmin pulları ondan dələduzluq yolu ilə əldə etdiyini başa düşmüşdür. O, pulu Cavanşirə verdikdən sonra oğlu Zərərçəkmiş şəxs4 da 2000 ( iki min) manat məbləğində pul verdiyini bilmişdir. Təqsirləndirilən şəxs pensiyanı əvvəl aldığı məbləğə qaytarması üçün yalan vəd verərək 24 oktyabr 2023-cü il tarixdə 500 (beş yüz) manat, 28 noyabr 2023-cü il tarixdə 1000 (min) manat məbləğində olmaqla ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində vermişdir. Həmin puldan ondan geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs28 ifadəsində göstərmişdir ki, 2009-cu ildə ağ ciyərindən əməliyyat olunmuş və ağciyərlərindən biri götürülmüşdür. 2009-cu ildən 2021-ci ilədək pensiya almışdır. 2021-ci ildən pensiyası dayandırılmışdır. O, Sosial Müdafiə Nazirliyinə pensiyasının bərpa olunması üçün müraciət etmişdir. Lakin onun müraciətinə imtina edilməsi barədə cavab gəlmişdir. 2023-cü ilin sentyabr ayının əvvəllərində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Məşədi adlı şəxsə məxsus tikjinti materialları satılan mağazada olmuşdur. Həmin vaxt orada olan tanışlarına və Səxavət adlı şəxsə pensiyasının kəsilməsini və bərpa etdirə bilmədiyini demişdir. Bir gün sonra Məşədi adlı şəxsə məxsus tikinti materialları satılan mağazaya gedərkən mağazanın qarşısında Səxavətlə qarşılaşmışdır. Səxavət həmin vaxt yanında dayanmış şəxsi göstərərək Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs olmasını demişdir. Təqsirləndirilən şəxs xəstəliyinin nə olmasını soruşmuşdur. O da Cavanşirə ağ ciyərinin birinin olmamasını bildirmişdir. Cavanşir sənədlərinə baxmaq istədiyini demişdir. O, taksi ilə yaşadığı evə gəlmişdir. Təqsirləndirilən şəxs də idarə etdiyi mopedlə yaşadığı ünvana gəlmişdir. O, Cavanşirə özünə məxsus xəstəlik tarixçəsini və şəxsiyyət vəsiqəsini vermişdir. Cavanşir bundan sonra yaşadığı ünvandan uzaqlaşmışdır. Bir gün sonra yaşadığı ünvana gəlmişdir. Təqsirləndirilən şəxs pensiyasının düzəlməsi üçün ondan 2500 (iki min beş yüz) manat pul istəmişdir. O, Cavanşirə “pensiyam düzəlsin sonra həmin pulu sənə verərəm” sözlərini demişdir. Lakin Cavaşir onunla razılaşmamışdır. O, həyətində olan xırdabuynuzlu heyvanlarını sataraq Cavanşirə 1700 (min yeddi yüz) manat pul verəcəyimi bildirmişdir. Cavanşir onunla razılaşmış və iki ay müddətində pensiyasının düzələcəyini demişdir. O da Cavanşirə xırdabuynuzlu heyvanları satdıqdan sonra əlaqə saxlayacağını bildirmişdir. 17 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxslə əlaqə saxlamışdır. Cavanşir yaşadığı ünvana gəlmişdir. Evinin həyətində Cavanşirə 1700 (min yeddi yüz) manat məbləğində pulu vermişdir. Bu hadisədən iki ay keçdikdən sonra Cavanşirlə əlaqə saxladıqda hələ pensiyasının düzəlmədiyini bildirmişdir. O, bundan sonra pulunu geri istəsə də Cavanşir ona pulunu geri qaytarmamışdır. Bu barədə 30 sentyabr 2024-cü il tarixdə DİN-nin 102 Zəng-xidməti mərkəzinə və Biləsuvar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdə pulu verən zaman yanında anası Şahid2, xalası X45 və bacısı X76 olmuşdur. Təqsirləndirilən şəxs pulu alan zaman şəhid qardaşı olmasını, əlaqələrin geniş olmasını və bu məsləni həll edəcəyini desə də, həmin pulu hər hansı vəzifəli şəxsə verəcəyi barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs 1700 (bir min yeddi yüz) manat məbləğində pul vermişdir. Cavanşir Həmin puldan heç bir məbləğdə geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Zərərçəkmiş şəxs28 göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs25 ifadəsində göstərmişdir ki, 2024-cü ilin yanvar ayının əvvəllərində dayısı X46 Biləsuvar rayonu Nərimankənd kəndində yerləşən evinə qonaq getmişdir. O, orada olan zaman dayısı Biləsuvar şəhərində yaşayan bacanağı Təqsirləndirilən şəxs iş düzəldə bildiyini demişdir. O, Cavanşirin mobil nömrəsini dayısından alaraq əlaqə saxlamışdır. Cavanşir 2024-cü ilin fevral ayının əvvəllərində Biləsuvar rayon Suvarma Sistemləri İdarəsində işə düzələcəyini və bunun müqabilində 2000 (iki min) manat məbləğində pul lazım olacağını bildirmişdir. O, həmin pulu verməyə hazır olduğunu demişdir. Təqsirləndirilən şəxs 3x4 formatında 4 ədəd fotoşəkil, hərbi biletin surətini, yaşadığı kənd icra nümayəndiliyindən yaşayış yeri haqqında arayış hazır etdikdən sora əlaqə saxlamasını bildirmişdir. 08 yanvar 2024-cü il tarixdə dayısı ilə əlaqə saxlamışdır. Dayısı Cavanşirlə danışdıqdan sonra Biləsuvar şəhərinə gəlmişlər. Biləsuvar şəhəri. H.Əliyev küçəsində Aynur məişət evinin qarşısında özünə məxsus VAZ 2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində dayısı X46 yanında qohumu Təqsirləndirilən şəxs onu Biləsuvar rayon Suvarma Sistemləri İdarəsində işə düzəltməsi üçün 2000 (iki min) manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının əvvəllərində işə düzələcəyini bildirmişdir. 2024-cü ilin fevral ayının əvvəllərində Cavanşirlə əlaqə saxladıqda işin yubanmasını tezliklə işə düzələcəyini bildirmişdir. Bundan sonra Cavanşirlə əlaqə saxladıqda müxtəlif bəhanələr gətirərək ona verdiyi vədə əməl etməmişdir. Cavanşir həmin puldan heç bir məbləğdə geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs29 ifadəsində göstərmişdir ki, X24 həm qardaşı Saməddin Hüseynovun bacanağı, həm də onun dostudur. 2024-cü ilin fevral ayında Elman Heydərovla birlikdə olan zaman sosial yardım düzəltdirmək istədiyini, lakin düzəltdirə bilmədiyini deyərək, ona köməklik edə biləcək tanışının olub-olmamasını soruşmuşdur. Elman Təqsirləndirilən şəxs adlı şəxsə sosial düzəltməsi üçün pul verdiyini demişdir. Elmana Cavanşirlə onun üçün sosial yardım düzəltdirmək barədə söhbətlər etməsini demişdir. Elman Cavanşirlə mobil telefonla əlaqə saxladıqdan sonra, Cavanşir ona sosial yardım düzəltməsi üçün 1250 (min iki yüz əlli) manat məbləğində pul istəmişdir. O, həmin məbləğdə pulu Elmana verməyə razı olmuşdur. 07 fevral 2024-cü il tarixdə Elmanla əlaqə saxlayaraq Biləsuvar şəhəri, 1 May küçəsində görüşmüşlər. O, 1250 (min iki yüz əlli) manat məbləğində pulu sayaraq Elmana vermişdir. Elman Cavanşirə pulu verdikdən sonra onunla əlaqə saxlayaraq pulu verdiyini, Cavanşirin şəxsiyyət vəsiqəsinin şəkilini və istifadəsində olan kart hesabının şəkilini istəmişdir. Bir dəfə Təqsirləndirilən şəxs istifadəsində olan kart hesabına 250 (iki yüz əlli) manat məbləğində pul göndərmişdir. Hal-hazırda Cavanşirin ona vurduğu zərəri tam məblədə ödəmişdir. Bu səbəbdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart-aprel aylarında Təqsirləndirilən şəxs ondan özünə məxsus mopedə tökmək üçün benzin almışdır. 2023-cü ilin aprel ayının əvvəllərində Cavanşir benzin alarkən motosikletin saxlanc yerini açanda orada çoxlu sənədlərin olmasını görmüşdür. O, Cavanşirdən nə işlə məşğul olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs qardaşının Birinci Qarabağ müharibəsi şəhidi olmasını, şəhid ailələrinə ev tikilməsi üçün rəsmi nümayəndə kimi təyin olunmasını, bundan başqa Fövqəladə Hallar Nazirliyinin Biləsuvar rayon şöbəsində tanışı olarsa işə düzəltməyə köməklik edəcəyini bildirmişdir. Bu hadisədən bir neçə gün sonra Cavanşir yenidən benzin almağa gəldikdə 5000 (beş min) manat məbləğində borc pula ehtiyacının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onun yanında etibar qazandığı üçün həmin pulu ona verməyə razılaşmı, lakin bir neçə günə pulu hazır edəcəyini bildirmişdir. 25 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs benzin almağa gəldikdə pulun hazır olmasını bildirmişdir. Onlar bundan sonra Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Biləsuvar notariat orqanına getmişlər. Orada Təqsirləndirilən şəxslə borc müqaviləsi bağlamış və 5000 (beş min) manat məbləğində pulu Cavanşirə vermişdir. Təqsirləndirilən şəxs 25 oktyabr 2023cü il tarixədək borcu qaytaracağını bildirmişdir. Cavanşir 2023-cü ilin yay aylarında ondan benzin almağa gəldikdə qohumlarında işsiz şəxs olarsa Fövqəladə Hallar Nazirliyində işə düzəldə biləcəyini demişdir. O, Cavanşirdən bir- iki dəfə pulu geri istəmiş, lakin Cavanşir pulu qaytarmayacağmdan şübhələnərək Biləsuvar rayonu Xırmandalı kəndindən olan 44 günlük Vətən müharibəsi iştirakçısı bacısı oğlu X47 işsiz olmasını bildirmişdir. Təqsirləndirilən şəxs də ona işin düzəlməsinə köməklik edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bacısı oğlu İbrahimin hərbi biletinin surətini, təltif olunduğu medalların surətlərini və şəxsiyyət vəsiqəsinin surətlərini istəmişdir. X60 Nazirliyində işə düzəlməsi üçün həmin sənədləri sonuncudan alaraq Cavanşirə vermişdir. Sənədləri Cavanşirə verdikdən sonra qısa müddətə bacısı oğlunun işə düzələcəyini bildirmişdir. Cavanşir vədinə əməl etmədiyi üçün 2023-cü ilin oktyabr ayından ona verdiyi pulları geri istəməyə başlamışdır. Cavanşir ondan aldığı pulu qaytarmamış, həmçinin bacısı oğlu İbrahim Əliyevi işə düzəldəcəyinə verdiyi vədə əməl etməmişdir. 07 oktyabr 2024-cü il tarixdə Cavanşirin barəsində Biləsuvar Rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs26 onun bacısı Zeynəb Ağayevanın əridir. 2024-cü ilin oktyabr ayının sonlarında bacısının evində qonaq olan zaman Zərərçəkmiş şəxs26 Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs pensiya və işə düzəldə bildiyini demişdir. O, Vüqara Cavanşirlə əlaqə saxlamasını, mümkün olsa onu da işə düzəltmək imkanın olub-olmamasını soruşmuşdur. Vüqar Cavanşirlə əlaqə saxladığını Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyini, işə getmədən aylıq əmək haqqı alacağını dediyini bildirmişdir. O, bundan sonra Təqsirləndirilən şəxs mobil nömrəsini alaraq “Whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs onu Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəldə biləcəyini, lakin buna görə 1800 (min səkkiz yüz) manat məbləğində pul verməli olduğunu bildirmişdir. O, buna görə 1800 (min səkkiz yüz) manat məbləğində pulu Cavanşirə verməyə razılaşmışdır. 09 noyabr 2024-cü il tarixdə bacının əri Zərərçəkmiş şəxs26lə əlaqə saxlayaraq Cavanşirlə danışdığını, işə düzəlməyi üçün 1800 (min səkkiz yüz) manat məbləğində pulun hazır olmasını bildirmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs və qohumu Zərərçəkmiş şəxs26 yaşadığı evin qarşısına gəlmişlər. O, Nizami küçəsində yaşadığı evin darvazasının qarşısına çıxaraq həmin şəxslərlə salamlaşmışdır. 1800 (min səkkiz yüz) manat məbləğində pulu sayaraq Vüqara vermişdir. Vüqar da həmin pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu sayaraq cibinə qoymuşdur. Həmçinin özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini və plastik kartının surətini vermişdir. Təqsirləndirilən şəxs noyabr ayının sonunadək Biləsuvar Rayonu Suvarma Sistemləri İdarəsində işə düzələcəyini bildirmişdir. Bu hadisədən bir neçə gün sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlayarkən şəhid ailələrinə xidmət göstərən şəxs kimi işə düzəldə biləcəyini, buna görə isə 1800 (min səkkiz yüz) manat məbləğində pul lazım olduğunu, aylıq 120 (yüz iyirmi) manat pul alacağımı bildirmişdir. O, həmin pulu verməyə razı olmuş, lakin həmin vaxt pulu olmadığı üçün Vüqarla əlaqə saxlamışdır. Vüqar kredit götürərək ona 1800 (min səkkiz yüz) manat məbləğində borc vermişdir. 21 noyabr 2024-cü il tarixdə bacısının əri Zərərçəkmiş şəxs26lə əlaqə saxlayaraq Cavanşirlə danışdığını, işə düzəlməyi üçün 1800 (min səkkiz yüz) manat məbləğində pulun hazır olmasını bildirmişdir. Təqsirləndirilən şəxs və qohumum Zərərçəkmiş şəxs26 yaşadığım evin qarşısına gəlmişlər. O, Vüqarın yanında Təqsirləndirilən şəxs 1800 (min səkkiz yüz) manat məbləğində pul vermişdir. 2024-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqi vasitəsi əlaqə saxlayaraq həmin işlərin bir qədər gec alınmasını buna görə 240 (iki yüz qırx) manat pulu Vüqara verdiyini bildirmişdir. Vüqar həmin pulu ona vermişdir. 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs yenidən onunla əlaqəsaxlayaraq qohumu Vüqara ona çatdırması üçün 300 (üç yüz) manat məbləğində pul verdiyini bildirmişdir. Vüqar həmin üç yüz manat məbləğində pulu da onda vermişdir. Təqsirləndirilən şəxs 09 noyabr 2023-cü il tarixdə Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində onu işə düzəltməsi üçün 1800 (bir min üç yüz) manat, 21 noyabr 2023-cü il tarixdə həmin şəxsə Biləsuvar şəhəri, Nizami küçəsində yaşadığım evin qarşısında özümün şəhid ailələrinə xidmət göstərən şəxs kimi işə düzəlməsi üçün 1800 (min iki yüz) manat olmaqla ümüumilikdə 3600 (üç min altı yüz) manat məbləğində pulu qohumu Zərərçəkmiş şəxs26 yanında yaşadığı evin qarşısında vermişdir. Cavanşir həmin puldan 540 (beş yüz) qırx manat pulu geri qaytarmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs30 Allahşükür oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 onu dostudur. 2024cü ilin fevral ayında Nurəddinlə görüşən zaman Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs özünə sosial müavinat düzəltməsini, bir neçə aydır həmin pulu almasını, həmçinin həmin şəxsin işə düzəldə də bildiyini demişdir. O, Zərərçəkmiş şəxs5 həmin şəxslə tanış olmaq istədiyini deyərək, çağırmasını istəmişdir. Nurəddin Cavanşirlə əlaqə saxlamışdır. Biləsuvar şəhəri, H.Əliyev küçəsində "xxxx" ASC-nin Biləsuvar filialının qarşısında Cavanşirlə görüşmüşlər. O, Təqsirləndirilən şəxs işə düzəlmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Qarabağ regionunda yenidən qurma işlərinin olmasını, orada iş görən şirkətlərdən birində işə düzəldə biləcəyini, həmin işə getmədən aylıq 400 manat əmək haqqı alacağını bildirmişdir. O da Cavanşirlə razılaşmış və sonuncunun mobil nömrəsini götürmüşdür. 29 fevral 2024-cü il tarixdə Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsində M.İbrahimov adma lisey-məktəb kompleksinin qarşısında özünə məxsus avtomobildə 1000 (min) manat məbləğində pulu vermişdir. 2024-cü ilin mart ayının əvvəllərində Cavanşirlə əlaqə saxlayaraq bacısı övladı X3 işsiz olmasını, Biləsuvar rayonu Süd zavodunda işə düzəltmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs buna görə ondan 2000 (iki min) manat məbləğində pul istəmişdir. O, həmin məbləğdə pulunun olmamasını deyərək Cavanşirə 1800 manat məbləğində pul verəcəyini bildirmişdir. O, bundan sonra həyatyanı sahəsində olan taxıl anbarında olan 4 ton çəkidə taxılı 1800 manata həmkəndlisinə satmışdır. 11 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxslə əlaqə saxlamışdır. Biləsuvar şəhəri, Z.Binyadov küçəsində şəhid qardaşı üçün tikilmiş evin qarşısında bacısı övladı X6 Biləsuvar rayonu Süd zavodunda mühafizəçi kimi işə götürməsi üçün Cavanşirə 1800 (bir min səkkiz yüz) manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs 05 aprel 2024-cü il tarixdə bacısı oğlunun işə başlayacağını demişdir. O, həmin vaxtda Cavanşirlə əlaqə saxladıqda növbəti aydan bacısı oğlu və onun işə başlayacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs pulunu geri istəsə də geri verməmişdir. Həmin pulları verən zaman yanında kənar şəxslər olmamışdır. Təqsirləndirilən şəxs 2800 (iki min səkkiz yüz) manat məbləğində pul vermişdir. Cavanşir həmin puldan heç bir məbləğdə geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, X24 onun dostudur. 2023-cü ilin dekabr ayında Elmanla birlikdə olduğu zaman Biləsuvar şəhər sakini Cavanşir adlı şəxsin sosial müavinat düzəldə bilməsini eşitməsini, bu barədə məlumatının olub- olmamasını soruşmuşdur. Elman bu barədə maraqlanaraq ona məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra Elman onunla əlaqə saxlayaraq X9 ilə əlaqə saxladığını rəsmi işçi kimi heç bir yerdə qeydiyyatda olmayan şəxslərə sosial müavinatı 1250 (min iki yüz əlli) manat pula düzəldə bildiyini, aylıq 250(iki yüz əlli) manat məbləğində sosial müavinat alacağını demişdir. O, həmin zaman özünə məxsus avtomobili satdığı üçün Elmana Cavanşirə verməsi üçün 1250 (min iki yüz əlli) manat pulu təqdim etməyə razılaşmışdır. Elman şəxsiyyət vəsiqəsinin və bank kartının surətlərini istəmişdir. 2023-cü ilin dekabr ayının sonlarında X61 şəhəri, H.Əliyev küçəsində yerləşən “Uğur” marketin arxa tərəfində olan çayxanada görüşmüşlər. Görüş zamanı özünə məxsus şəxsiyyət vəsiqəsi, bank kartının surətlərini və 1250 (bir min iki yüz əlli) manat məbləğində pulu Elmana vermişdir. Bundan sonra Elman oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi plastik kart hesabına yanvar, fevral və mart aylarında hər ay 250 (iki yüz əlli) manat köçürülmüşdür. 2024-cü ilin aprel ayından ona pul verilməmişdir. Həmin şəxsin onu aldatmasını başa düşmüşdür. O, Təqsirləndirilən şəxs şəxsən pul verməmişdir. O, özünə məxsus 1250 (min iki yüz əlli) manat məbləğində pulu X12 vermiş, sonuncu da həmin pulu Cavanşirə vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona 500 (beş yüz) manat məbləğində pul verməlidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, oğlu Hacıbaba Əsədli 01 iyul 2024-cü il tarixdə həqiqi hərbi xidmətdən geri qayıtmışdır. O, oğlu Hacıbaba Əsədliyə sürücülük vəsiqəsi almaq istəmişdir. 05 iyul 2024-cü il tarixdə bacısı övladı X83 ilə söhbət edən zaman oğlunun sürücülük vəsiqəsi olmamasını bildirmişdir. Tahir Biləsuvar şəhər sakini X5 olmasını, həmin şəxsin sürücülük vəsiqəsini düzətdirə bilməsini demişdir. X114 Haverdiyevlə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxslə 05 iyul 2024-cü il tarixdə Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində yerləşən “Rest-Aran” restoranında görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi, Süd zavodunda və Suvarma Sistemləri İdarəsində işə düzəltməsini bildirmişdir. Təqsirləndirilən şəxs oğlu Hacıbaba Əsədlinin həqiqi hərbi xidmətdən qayıtmasını sonuncuya sürücülük vəsiqəsi düzəltmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi düzəltməsi üçün ümumilikdə 800 manat pulun lazım olmasını, lakin övladının sürücülük məktəbində oxumadığı halda əlavə 50 manat da verəcəyini bildirmişdir. O da Cavanşirlə razılaşmışdır. Həmin vaxt üzərində olan 400 manat pulu sayaraq Təqsirləndirilən şəxs Tahir Ağayevin yanında vermişdir. 06 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək oğlunun sürücülük məktəbi oxuması barədə səndləri tapa bilmədiyini deyərək 450 manat verəcəyini bildirmişdir. O da Cavanşirlə razılaşmışdır. 06 iyul 2024-cü il tarixdə Biləsuvar şəhəri, Tofiq İsmayılov küçəsində bacısı oğlu Tahir Ağayevin yanında 450 manat pulu sayaraq Cavanşirə vermişdir. Təqsirləndirilən şəxs oğluna məxsus şəxsiyyət vəsiqəsinin və hərbi xidmətdə ona verilən tərifnamənin surətlərini vermişdir. Təqsirləndirilən şəxs oğlunun sürücülük vəsiqəsinin bir həftəyə hazır olacağını bildirmişdir. Təqsirləndirilən şəxs bundan sonra müxtəlif bəhanlər gətirərək, verdiyi pulu qaytarmaqdan imtina etmişdir. O da 01 oktyabr 2024-cü il tarixdə bu barədə Biləsuvar Rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs 850 (səkkiz yüz əlli) manat məbləğində pul vermiş, Cavanşir həmin puldan heç bir məbləğdə geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayında Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən özünə məxsus elektronika mağazasına gələn zaman geniş əlaqələrinin olmasını buna görə iş və pensiya düzəldə bildiyini, tanışı varsa Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon Şöbəsində, Suvarma Sistemləri İdarəsində işə düzəldə biləcəyini demişdir. 2023-cü ilin avqust ayında Cavanşirlə əlaqə saxlayaraq qardaşı övladı X82 Fövqəladə Hallar Nazirliyində işə düzəltməsinə köməklik etməsini xahiş etmişdir. X105 Hallar Nazirliyində işə düzəltməsi üçün 10.000 (on min) manat pul istəmişdir. Həmçinin, əlavə olaraq da Musanın işə düzəlməsi üçün şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətlərinin, icra nümayəndləyindən yaşayış yerindən arayış istəmişdir. Musa ilə bu barədə danışmış və ona pulunun olmadığını, ilk əvvəlcə 2200 (iki min yüz) manat pul verə biləcəyini demişdir. 03 sentyabr 2023-cü il tarixdə Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən özünə məxsus elektronikamağazasında X105 Hallar Nazirliyində işə düzəltməsi üçün Təqsirləndirilən şəxs 2200 (iki min iki yüz) manat pulu və istədiyi sənədləri vermişdir. Təqsirləndirilən şəxs qardaşı oğlu Musa Ağayevin işə düzəlməsi prosesinin təxminən 5-6 ay çəkəcəyini demişdir. Təqsirləndirilən şəxs bundan sonra ona məxsus mağazaya mütəmadi olaraq gəlib getmişdir. 2023-cü ilin noyabr ayınm sonlarında Cavanşir ona bildirmişdir ki, qadın qohumu varsa şəhid ailəsinə xidmət göstərən şəxs kimi işə düzəldə bilər, işə getmədən aylıq 120 (yüz iyirmi) maaş alacaqdır. Bibisi qızı X68 onlara qonaq gələn zaman söhbət əsnasında Vüsaləyə belə bir iş olması barədə məlumat vermişdir. Vüsalə hal-hazırda pullarının olmadığını, işə düzəlmək üçün lazım olan pulu onun əvəzinə verməyi ondan xahiş etmişdir. Vüsalənin təklifi ilə razılaşmışıdr. Təqsirləndirilən şəxs 2023-cü ilin əvvəllərində ona məxsus mağazaya gələn zaman bibisi qızı Vüsalə Abbasovam şəhid ailələrinə xidmət göstərən şəxs kimi işə düzəltdirmək istədiyini demiş, Cavanşir bu işi düzəltmək üçün 1000 (min) manat pul lazım olduğunu və işə düzəlmək istəyən xanımın şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Cavanşirə həmin pulu hazır etdikdə ona bu barədə məlumat verəcəyini demişdir. 16 avqust 2023-cü il tarixdə Cavanşirlə əlaqə saxlayaraq pul vəsaitinin hazır olmasını bildirmiş, Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən elektronika mağazasına gəlmiş, bibisi qızı Vüsalə Abbasovanm şəhid ailələrinə xidmət göstərən şəxs kimi işə düzəltmək adı ilə özünə məxsus mağazada 1000 (bir min) manat pulu Cavanşirə vermişdir. Həmin vaxt aralarında olan söhbət zamanı Təqsirləndirilən şəxs Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində yeni iş yerinin olmasım, qohu və tanışları varsa onlara da köməklik edə biləcəyini bilmişdir. O, bibisin evinə getdikdə Vüsalənin işə düzəlməsi üçün pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Söhbət zamanı Cavanşirin Biləsuvar Rayonu Suvarma Sistemləri İdarəsində yeni boş iş yerinin olmasını bildirmişdir. Bibisi oğlu Vüsal Abbasov işsiz olduğunu, həmin iş yerinə düzəlmək üçün köməklik etməyini xahiş etmişdir. O, Cavanşirlə əlaqə saxlamışdır. Bibisi oğlu Vüsalın işə düzəlməsi üçün 2000 (iki min) manat məbləğində pul, Vüsalın şəxsiyyət vəsiqəsini, hərbi biletini, yaşadığı yerdən arayışı istəmişdir. Həmin sənədlər hazır olduqdan sonra 21 dekabr 2023-cü il tarixdə bibisi oğlu X64 Biləsuvar rayonu Suvarma Sistemlərində işə düzəltmək adı ilə 2000 (iki min) manat məbləğində pulu və sənədləri vermişdir. 2024-cü ilin yay aylarında Təqsirləndirilən şəxs ona məxsus mağazaya gələrək ondan 600 (altı yüz) manat məbləğində borc istəmişdir. Həmin vaxt üzərində 600 (altı yüz) manat məbləğində pul olduğu üçün Cavanşirə borc şəklində vermişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs mağazaya gələrək işlərin düzəlməsi üçün pulları aidiyyatı şəxslərə verməsini, tezliklə işlərin düzələcəyini bildirərək ondan 1500 (bir min beş yüz) manat məbləğində pul istəmişdir. O, Cavanşirə həmin pulu da vermişdir. Bundan başqa baldızı X13 işə düzəlməsi ilə bağlı Cavanşirlə söhbət etmişdir. Cavanşir həmin şəxsə də iş düzəldə biləcəyini demişdir. X62 Biləsuvar şəhəri, Nizami küçəsində yaşadığı evin qarşısında 09 noyabr 2023-cü il tarixdə onun yanında Biləsuvar rayonu Suvarma Sistemləri İdarəsində işə düzəlməsi üçün Cavanşirə 1800 (min üç yüz) manat, 21 noyabr 2023-cü il tarixdə isə Biləsuvar şəhəri, Nizami küçəsində yaşadığı evin qarşısında şəhid ailələrinə xidmət göstərən şəxs kimi işə düzəltməsi üçün 1800(min iki yüz) manat pulu onun yanında vermişdir. Təqsirləndirilən şəxs 03 sentyabr 2023-cü il tarixdə qardaşı övladı X82 Fövqəladə Hallar Nazirliyində işə düzəltmək vədi ilə özünə məxsus 2200 (iki min iki yüz) manat məbləğində, 16 dekabr 2023-cü il tarixdə bibisi qızı X38 şəhid ailələrinə xidmət göstərən şəxs kimi işə düzəltmək adı ilə özünə məxsus 1000 (min) manat məbləğində pulu, 21 dekabr 2023-cü il tarixdə bibisi oğlu X64 Biləsuvar rayonu Suvarma Sistemlərində işə düzəltmək adı ilə 2000 (iki min) manat məbləğində pulları Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən elektronika mağazasında vermişdir. Musa Ağayevin işə düəlməsi üçün 2200 (iki min iki yüz) manat məbləğində pulu verən zaman yanında qardaşı Şahid4 Abiəli oğlu, bibisi qızı Vüsalə Abbasovam və bibisi oğlu Vüsal Abbasovu işə düzəltmək üçün pulları verən zaman yanında dostum Şahid3 olmuşdur. Təqsirləndirilən şəxs işə düzəltməsi üçün 5200 (beş min iki yüz), borc kimi isə 2100 (iki min yüz) manat məbləğlərində pul vermiş, həmin pullardan geri qaytarmamışdır. Təqsirləndirilən şəxs şəhid qardaşı olduğu üçün geniş əlaqələrinin olmasını deyərək onun inamını qazanmış, aldığı pulları isə hər hansı vəzifəli şəxsə verəcəyi barədə heç bir söz deməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid3 Zərərçəkmiş şəxs26 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Biləsuvar Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 4(022)59/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (ay) müddətə “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (cild İİ; i.v.174-179) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiz Mərkəzi” Publik Hüquqi şəxsinin Təqsirləndirilən şəxs kompleks ambulator məhkəmə- psixiatrik və psixoloji ekspertizasından keçməsinə dair 04 noyabr 2024-cü il tarixli 3214 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək iqtidarındadır. O, hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. O, öz psixi vəziyyətinə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak imkanına malikdir. O, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək iqtidarındadır, buna görə də o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Etdiyi hərəkətin xarakterini və mənasını anlamaq qabiliyyətinə malikdir. (cild İİ. i.v. 238-242) Biləsuvar Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 4(022)69/2024 saylı qərarından görünür ki,, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 26 fevral 2024-cü il tarixədək uzadılmışdır (cild İİİ; i.v.18-20) 10 iyun 2024-cü il tarixli borc müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs12 ilə Təqsirləndirilən şəxs arasında 3000 (üç min) manat məbləğində borc verməsinə tərəflər arasında notarial qaydada təsdiqlənmiş müqavilə bağlanmışdır (cild İV. i.v.33). 25 aprel 2023-cü il tarixli borc müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs22 ilə Təqsirləndirilən şəxs arasında 3000 (üç min) manat məbləğində borc verməsinə tərəflər arasında notarial qaydada təsdiqlənmiş müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmış 20 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Polis Şöbəsinin 06 iyun 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Cinayət işinin başlanması 06 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsi ilə rədd edilmişdir. (cild İV. i.v. 43.44) “Sübutların qiymətləndirilməsi haqqında” 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutların kifayət etmiş hesab olunması, iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi və həmin maddələri ilə yenidən ittiham elan edilməsi, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.3.2, 32.4,312-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddələr üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs22 dələduzluq yolu ilə deyil, borc pul almasının, iş üzrə Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs21 tanımamasını, bacanığının oğlu Zərərçəkmiş şəxs19 heç bir məqsədlə pul almamasını, Zərərçəkmiş şəxs25 isə bacanağı X46 vasitəsi ilə borc almasını bildirsə də, lakin həmin şəxin təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinin kifayət qədər sübuta yetirilməsi, buna görə də Təqsirləndirilən şəxs ifadələrində qeyd etdiyi həmin xüsusatlar onların özünü müdafiə kimi qiymətləndirilməsi və iş üzrə təqsirləndirilən şəxsin qismən etirafedici ifadələri, zərər çəkmiş şəxslərin ifadələri, şahid ifadələri, üzləşdirmə protokolları, ifadənin yerində yoxlanılması haqqında protokollar və həmin protokollara əlavə edilmiş fotocədvəllər, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş bir ədəd diskə baxış protokol, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş bir ədəd diskə baxış protokol, Zərərçəkmiş şəxs32 təqdim etdiyi bir ədəd CD diskə baxış keçirilməsi barədə protokol eləcə də işdə olan digər istintaq sənədlərinin sübut növü kimi qiymətləndirilməsi, iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 23 yanvar 2025-ci il tarixli AZF/LGL-1420/25 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD diskin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 17 yanvar 2025-ci il tarixli BKC/LGL-1338/25 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD diskin və Zərərçəkmiş şəxs32 təqdim etdiy bir ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınması qərara alınmışıdr. (cild İV. i.v. 45-89) 19 mart 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən Zərərçəkmiş şəxs17 vurulan zərər tam şəkildə ödənilmiş, aralarında barışıq əldə edilmiş bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. 03 iyun 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən Zərərçəkmiş şəxs13 vurulan zərər tam şəkildə ödənilmiş, aralarında barışıq əldə edilmiş bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. 02 iyul 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən zərərçəkmiş şəxs X30 vurulan zərər tam şəkildə ödənilmiş, aralarında barışıq əldə edilmiş bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. 02 iyul 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən zərərçəkmiş şəxs X21 vurulan zərər tam şəkildə ödənilmiş, aralarında barışıq əldə edilmiş bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. 02 iyul 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən Zərərçəkmiş şəxs29 vurulan zərər tam şəkildə ödənilmiş, aralarında barışıq əldə edilmiş bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona verilmiş ittihamda bəzi epizodlara münasibətdə (zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs22 dələduzluq yolu ilə deyil, borc pul alması, iş üzrə Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs21 tanımamasını, bacanığının oğlu Zərərçəkmiş şəxs19 heç bir məqsədlə pul almamasını, Zərərçəkmiş şəxs25 isə bacanağı X46 vasitəsi ilə borc almasını) təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, məhkəmə həmin epizodlara münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinin kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Bununla yanaşı, məhkəmə iş materiallarını tədqiq edərək, qanunvericiliyin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarında göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs22 qarşı dələduzluq edərək onun 5000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizoda (1-ci epizod) münasibətdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən “cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi” əsası ilə azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrıayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Həmin qərarda, həmçinin, göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə epizodların sayının ikidən çox olması nəzərə alınmaqla digər epizodlara münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməməsi cinayətin təkrar törədilməsini aradan qaldırmasa da, hər bir epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrılıqda hesablanmalı olmasına dair qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs22 qarşı dələduzluq edərək onun 5000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar həmin epizod üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3 və 44.2.1-ci maddələrini rəhbər tutaraq barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi birinci epizod (Zərərçəkmiş şəxs22 münasibətdə) üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, ikinci epizod üzrə isə ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan “təkrarən” sözü xaric edilməlidir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş yazılı ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs21 və Zərərçəkmiş şəxs5 ilə bağlı epizodlar üzrə barəsində olan cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilməsinə razıdır və məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. Bu hala münasibətdə isə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi ikinci epizod (Zərərçəkmiş şəxs26 ümumilikdə 5200 (beş min iki yüz) manat məbləğində xeyli miqdarda ziyan vurulması) üzrə törədilmiş əməl cinayətlərin təsnifatına görə az ağır cinayət sayıldığından və qanunla müəyyən edilmiş müddət daxilində baş verdiyindən ondan sonra gələn digər epizodlar (Zərərçəkmiş şəxs3 qarşı dələduzluq edərək onun 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini, Zərərçəkmiş şəxs4 qarşı dələduzluq edərək onun 2000 (iki min) manat məbləğində pul vəsaitini, Zərərçəkmiş şəxs21 qarşı dələduzluq edərək onun 1500 (min beş yüz) manat məbləğində pul vəsaitini, Zərərçəkmiş şəxs5 qarşı dələduzluq edərək onun 1500 (min beş yüz) manat məbləğində pul vəsaitini və Zərərçəkmiş şəxs24 qarşı dələduzluq edərək onun 3600 (üç min altı yüz) manat məbləğində pul vəsaitini ələ keçirməsi) həmin epizodla birlikdə cinayətlərin təkrarlığını, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin tərkib hissəsini yaradaraq “az ağır” cinayətlər hesab edildiyinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün müəyyən edilmiş müddətin qüvvədə olması kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs22 dələduzluq yolu ilə deyil, borc pul almasını, iş üzrə Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs21 tanımamasını, bacanığının oğlu Zərərçəkmiş şəxs19 heç bir məqsədlə pul almamasını, Zərərçəkmiş şəxs25 isə bacanağı X46 vasitəsi ilə borc almasını bildirməsini məhkəmə tərəfindən özünü müdafiə kimi qiymətləndirilir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs digər epizodlara münasibətdə təqsirli olması yuxarıda sadalanan sübutlarla təsdiq olunduğundan o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçünümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan 1500 (min beş yüz) manat, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan 2000 (iki min) manat, Zərərçəkmiş şəxs7 dəymiş maddi ziyan 2500 (iki min beş yüz) manat, X48 dəymiş maddi ziyan 1000 (min) manat, Zərərçəkmiş şəxs32 dəymiş maddi ziyan 12 900 (on iki min doqquz yüz) manat, Zərərçəkmiş şəxs11 dəymiş maddi ziyan 2500 (iki min beş yüz) manat, Zərərçəkmiş şəxs16 dəymiş maddi ziyan 1550 (min beş yüz əlli) manat, Zərərçəkmiş şəxs12 dəymiş maddi ziyan 3000 (üç min) manat, Zərərçəkmiş şəxs18 dəymiş maddi ziyan 1000 (min) manat, Zərərçəkmiş şəxs20 qızma dəymiş maddi ziyan 2500 (iki min beş yüz) manat, Zərərçəkmiş şəxs21 dəymiş 1500 (min beş yüz) manat, Zərərçəkmiş şəxs31 dəymiş maddi ziyan 1800 (min səkkiz yüz) manat, Zərərçəkmiş şəxs27 dəymiş maddi ziyan 1500 (min beş yüz) manat, Zərərçəkmiş şəxs28 dəymiş maddi ziyan 1700 (min yeddi yüz) manat, Zərərçəkmiş şəxs25 dəymiş maddi ziyan 2000 (iki min) manat, Zərərçəkmiş şəxs22 dəymiş maddi ziyan 5000 (beş min) manat, Zərərçəkmiş şəxs30 Allahverdi oğluna dəymiş maddi ziyan 2800 (iki min səkkiz yüz), Zərərçəkmiş şəxs23 dəymiş maddi ziyan 850 (səkkiz yüz əlli) manat, Zərərçəkmiş şəxs26 dəymiş maddi ziyan 5200 (beş min iki yüz) manat məbləğində pullar ödənilməmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 dəymiş 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyandan 800 (səkkiz yüz) manatı, Zərərçəkmiş şəxs4 dəymiş 2000 (iki min) manat məbləğində maddi ziyandan 900 (doqquz yüz) manatı, Zərərçəkmiş şəxs5 dəymiş maddi ziyan 1500 (bir min beş yüz) manat məbləğində puldan 750 (yeddi yüz) əlli manatı, X21 dəymiş maddi ziyan 1200 (bir min iki yüz) manat məbləğində puldan 300 (üç yüz) manatı, Zərərçəkmiş şəxs24 dəymiş 3600 (üç min altı yüz) manat məbləğində puldan 600 (altı yüz) manatı, Zərərçəkmiş şəxs15 dəymiş maddi ziyan 1250 (bir min iki yüz əlli) manat dəymiş maddi ziyanndan 750 (yeddi yüz əlli) manatı,Zərərçəkmiş şəxs8 dəymiş maddi ziyan 2000 (iki min) manat məbləğində puldan 750 (yeddi yüz əlli) manatı, Zərərçəkmiş şəxs14 dəymiş 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyandan 200 (iki yüz) manatı, Zərərçəkmiş şəxs17 dəymiş 1600 (min altı yüz) manat, Zərərçəkmiş şəxs13 dəymiş 2000 (iki min) manat, Zərərçəkmiş şəxs29 dəymiş 1200 (bir min iki yüz) manat, Zərərçəkmiş şəxs10 dəymiş 3600 (üç min altı yüz) manat məbləğində maddi ziyan isə tam şəkildə ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə (Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs10 və X41 ilə bağlı epizoda münasibətdə) ödənilməsini və cinayət nəticəsində dəymiş ziyanın qismən (Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs14 ilə bağlı epizodlara münasibətdə) ödənilməsini ümumi zərərin qismən ödənilməsi kimi nəzərə alaraq (CM 59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 30 sentyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş bir ədəd CD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş bir ədəd CD disk və Zərərçəkmiş şəxs32 təqdim etdiy bir ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs22 qarşı dələduzluq edərək onun 5000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirməsi epizodu üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən barəsində cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş bir ədəd CD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş bir ədəd CD disk və Zərərçəkmiş şəxs32 təqdim etdiyi bir ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar