Məhkəmə qərarları › İş №1(022)-5/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-5/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-5/2024 15.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X7 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, 08 avqust 1986-cı il tarixdə Biləsuvar rayonu, Bağbanlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, İİ dərəcəli əlil, fərdi əməklə məşğul olan, Biləsuvar Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 1(022)-86/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış və cəzadan azad edilməmiş, Biləsuvar rayonu, Bağbanlar kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə 30 iyun 2023-cü il tarixdə, saat 18 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin zirzəmisinə, qapının kilidini açmaq yolu ilə, qanunsuz daxil olmuş, həmin evdən Zərərçəkmiş şəxs məxsus 90 manat dəyərində 1 ədəd su motorunu, 40 manat dəyərində metal sobanı, 50 manat dəyərində eni 1,20 metr, uzunluğu 1,70 metr, qalınlığı 3 millimetr ölçüdə olan 1 ədəd aliminium materialdan olan listi, 20 manat dəyərində uzunluğu 10 metr, hündürlüyü 1,50 metr ölçüdə olan metal tor çəpəri, hər biri 2 manat olmaqla, ümumilikdə 48 manat dəyərində 24 ədəd kasanı, hər biri 1 manat 50 qəpik olmaqla, ümumilikdə 36 manat dəyərində 24 ədəd böyük şüşə stəkanı, hər biri 1 manat olmaqla, ümumilikdə 24 manat dəyərində 24 ədəd armudu şüşə stəkanı, hər biri 1 manat 50 qəpik olmaqla, ümumilikdə 36 manat dəyərində 24 ədəd böyük nəlbəkini, hər biri 1 manat olmaqla, ümumilikdə 24 manat dəyərində 24 ədəd balaca nəlbəkini gizli olaraq ələ keçirərək, zərərçəkmiş şəxsə ümumlikdə 368 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Bağbanlar kəndində qeydiyyatda olmaqla yaşayır, evlidir və İİ dərəcəli əlildir. Psixi xəstəliyinə görə o, mütəmadi olaraq müailəcələr alır və bahalı dərmanlar qəbul edir. O, 09 avqust 2022-ci il tarixdə törətdiyi oğurluq əməlinə görə Biləsuvar rayon Məhkəməsinin hökmü ilə 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin cəzasını çəkib qurtarmamışdır. Zərərçəkmiş şəxs onun həmkəndlisi və qonşusudur və həmin şəxs ilə aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. Psixi xəstəliyi ilə əlaqədar o, mütəmadi qəbul etdiyi və bir qutusunun qiyməti 140 manat olan Almaniya istehsalı dərmanı almaq üçün maddi imkanı olmadığına görə o, oğurluq etmək qərarına gəlmiş və buna görə də Zərərçəkmiş şəxs Bakı şəhərində olduğu vaxt həmin şəxsin həyətinə daxil olmuşdur. Həmin vaxt ev nəzarətsiz olduğuna görə o, asanlıqla evin zirzəmisinin qapısına vurulmuş kilidi açmış və zirzəmiyə daxil olmuşdur. O, zirzəmidən qızının gəlin köçdüyü zaman cehiz kimi özü ilə aparmaq niyyətində olduğu, zərərçəkmiş şəxsə məxsus evin zirzəmisində saxlanılan 1 ədəd «Eurolux» markalı mikrodalğa sobanı götürdükdən sonra həmin zirzəmidə olan və Zərərçəkmiş şəxs məxsus 1 ədəd su motorunu, 1 ədəd metal sobanı, 1 list alminium materialı, metal tor çəpəri, 24 ədəd kasanı, 24 ədəd böyük şüşə stəkanı, 24 ədəd armudu şüşə stəkanı, 24 ədəd böyük nəlbəkini və 24 ədəd balaca nəlbəkini də götürmüşdür. O, oğurladığı həmin əşyalardan metal sobanı 25 manata, alminium materildan olan listi 30 manata, metal tor çəpəri 10 manata Cəlilabad rayonundan olan tanımadığı metal yığan şəxslərə satmışdır. Digər əşyaları isə - 24 ədəd kasanı 20 manata, 24 ədəd böyük stəkanı 15 manata, 24 ədəd armudu stəkanı 15 manata, 24 ədəd böyük nəlbəkini 15 manata, 24 ədəd balaca nəlbəkini 15 manata Biləsuvar rayon bazarında tanımadığı şəxslərə satmışdır. Lakin qızına məxsus «Eurolux» markalı mikrodalğa sobanı və Zərərçəkmiş şəxs məxsus 1 ədəd su motorunu heç kəsə satmamış və polis əməkdaşlarına təhvil vermişdir. O, ümumi olaraq həmin əşyaları satmaqla 145 manat pul vəsaiti əldə əldə etmiş və həmin pulu da dərmanlarına xərcləmişdir. Törətdiyi oğurluq əməlinə görə o, 03 iyul 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və Biləsuvar rayon polis şöbəsinə aparılmışdır. O, dindirmə zamanı törətdiyi əməli etiraf etmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş zərəri könüllü olaraq ödəməklə həmin şəxslə barışıq əldə etdiyini və cinayəti ağır maddi vəziyyəti nəticəsində, müalicə dərmanlarını almaq məqsədilə törətdiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və zərərçəkmiş şəxsi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Biləsuvar rayonu, Bağbanlar kəndində ailə üzvləri ilə birdə yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur və əvvəllər həmin şəxs ilə onun arasında düşmənçilik və ya ədavət olmamışdır. Bir müddət əvvəl Təqsirləndirilən şəxs arvadı X2 qızı X3 nişanlı olduğunu və sonuncuya aldığı cehizlik əşyaları öz evində yer olmadığına görə yerləşdirə bilmədiyini bildirərək, ondan həmin predmetləri evinin zirzəmisində saxlamağa icazə verməsini xahiş etmişdir. O, zirzəmisi boş olduğuna və R.Ə.Heydərovanın bir qonşu kimi xətrini çox istədiyinə görə həmin şəxsə qızı üçün aldığı əşyaları zirzəmisinə yerləşdirməyə icazə vermişdir. Bundan sonra R.Ə.Heydərova bir neçə dəst qab-qacaq və 1 ədəd «Eurolux» markalı mikrodalğa sobanı onun zirzəmisinə qoymuşdur. 2023-cü ilin iyun ayının ortalarında onun əri X1 Federasiyasına işləmək üçün getdiyinə görə o, uşaqları ilə birlikdə Bakı şəhərində yaşayan qayınatasının evində yaşamağa getmişdir. O, Bakı şəhərində təxminən 2 həftə yaşadıqdan sonra evinə baş çəkmək məqsədi ilə 02 iyul 2023-cü il tarixdə ərinin qardaşı Şahid ilə birlikdə yaşadığı kəndə qayıtmışdır. O, evinin həyətinə daxil olduğu vaxt zirzəminin qapısına vurulmuş kilidin açıq vəziyyətdə olduğunu görmüşdür. O, dərhal zirzəmiyə baxmaq məqsədi ilə həmin yerə daxil olmuşdur. O, zirzəmidə olduğu vaxt özünə məxsus 1 ədəd su motorunun, metal sobanın, metal tor çəpərin, 1 ədəd aliminium listin, hər birindən 24 ədəd olmaqla, kasaların, böyük şüşə stəkanların, armudu şüşə stəkanların, böyük nəlbəkilərin, balaca nəlbəkilərin oğurlandığını bilmişdir. Bundan sonra o və Şahid əvvəlcə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vuraraq, sonradan isə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə meraciət edərək, baş vermiş oğurluq hadisəsi barədə polisə məlumat vermişlər. Bundan sonra polis əməkdaşları onun evinə gəlmiş və baxış keçirmişdir və həmin vaxtdan bir qədər sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmuşdur. O, onun evindən oğurluq etmiş şəxsin qonşusu Təqsirləndirilən şəxs olduğunu Biləsuvar rayon polis şöbəsində olduğu zaman bilmişdir. Təqsirləndirilən şəxs ona məxsus evin zirzəmisinə ondan icazəsiz daxil olmaq və oradan hər hansı əşya götürmək hüququ olmamışdır və həmin şəxsin zirzəminin qapısını necə açdığını bilmir. Həmin oğurluq hadisəsi nəticəsində ona 368 manat məbləğində maddi ziyan dəymişdir. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş maddi zərəri könüllü olaraq tam ödəməklə onunla barışıq əldə etdiyini, onun həmin şəxsə qarşı iddiası, tələbi və ya şikayəti olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan 02 iyul 2023-cü il tarixli hadisə yerinə keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə yeri Biləsuvar rayonu, Bağbanlar kənində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin zirzəmisidir. Hadisə yeri Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmişdir. Baxış zamanı hadisə yerindən iş üzrə əhəmiyyət kəsb edən iz, hal, maddi sübut və ya müşahidə kamerası aşkar edilməmişdir. İşdə olan 11 iyul 2023-cü il tarixli maddi sübutun tanınması və həlli barədə qərardan bə qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş su motoru cinayət işi üzrə maddi sübut hesab edilmiş və Zərərçəkmiş şəxs geri qaytarılmışdır. İş materiallarında olan 15 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, R.Ə.Heydərova Təqsirləndirilən şəxs məxsus «Eurolux» markalı mikrodalğa sobanı təhvil almışdır. Cinayət işi materiallarına əlavə edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 21 iyul 2023-cü il tarixli, 2000 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs şizofreniya paranoid forma, remissiya vəziyyəti müəyyən edilir. Həmin halı anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və həmin şəxsin hazırki psixi vəziyyəti (anamnestik məlumatlara görə 2010-cu ildən başlayaraq, psixi gərginlik, əsəbilik, yuxu pozuntuları, şübhələr, qorxuların meydana gəlməsi, bununla əlaqədar Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında müalicə alması, 01 yanvar 2013-cü il tarixdə Biləsuvar rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin ruhi-əsəb xəstəlikləri üzrə nevroloji kabinetində «F20» diaqnozu ilə dispanser qeydiyyatında olması, həmçinin hazırki müayinələrin nəticələri-təfəkkürünün ardıcıl olması, emosional-iradi sferasının bir qədər enməsi, hazırda məhsuldar psixosimtomatika (qavrama aldanmaları, sayıqlama ideyaları, affektiv pozuntu) müəyyən edilməməsi, əhvalının situasiya müvafiq nisbətən enməsi və.s) sübut edir. Müayinə zamnaı Təqsirləndirilən şəxs hər hansı kəskin produktiv psixopatoloji əlamət qeyd olunmamışdır, yəni onda müəyyən edilən psixi xəstəlik törətdiyi əməl zamanı remissiya mərhələsində olmuşdur və həmin şəxs öz hərəkətlərinin faktiki xaıaketrini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 iyul 2023-cü il tarixli, 19/747 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 90 manat dəyərində 1 ədəd su motorunun, hər biri 2 manat olmaqla, cəmi 48 manat dəyərində 24 ədəd kasanın, hər biri 1 manat 50 qəpik olmaqla, ümumilikdə 36 manat dəyərində 24 ədəd böyük şüşə stəkanın, hər biri 1 manat olmaqla, ümumilikdə 24 manat dəyərində 24 ədəd armudu şüşə stəkanın, hər biri 1 manat 50 qəpik olmaqla, ümumilikdə 36 manat dəyərində 24 ədəd böyük nəlbəkinin, hər biri 1 manat olmaqla, cəmi 24 manat dəyərində 24 ədəd balaca nəlbəkinin 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 97 manat təşkil edir. Tədqiqata təqdim edilməmiş 1 ədəd metal sobanın dəyəri 40 manat, eni 1,20 metr, uzunluğu 1,70 metr, qalınlığı 3 millimetr ölçüdə olan 1 ədəd aliminium materialdan olan listin dəyəri 50 manat, uzunluğu 10 metr, hündürlüyü 1,50 metr ölçüdə olan metal tor çəpərin dəyəri 20 manat məbləğində müəyyən edilmişdir. Tədqiqata təqdim edilməmiş malların 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 110 manat məbləğində müəyyən edilmişdir. Cinayət işində olan komisyon məhkəmə-psixiatrik ekspertizasının 20 dekabr 2023cü il tarixli, 196 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs paranoid şizofreniya, remissiya vəziyyəti (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F20.0) müəyyən edilir. Bu halı cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (irsiyyətinin ruhi-əsəb xəstəlikləri ilə ağırlaşdığını bildirməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin arxiv məlumatlarına əsasən 2010-cu ilin may ayından qəfildən sağlamlığında dəyişiklik yarandığını qeyd etməsi, bir neçə dəfə əsəbi halda özünə kəsici alətlə xəsarət yetirməsi, həmin vaxtdan «Şizofreniya» xəstəliyi ilə əlaqədar olaraq həkim-psixiatrlar tərəfindən müalicə olunduğunu qeyd etməsi, daimi ev şəraitində müalicə qəbul etdiyi, bir neçə dəfə stasionar şəraitdə müalicə olunduğu, həmçinin İran İslam Respublikasında həkim-psixiatr tərəfindən müayinə və müalicə olunduğunun göstərilməsi, ev şəraitində gündəlik olaraq psixotrop dərmanlar qəbul etdiyini söyləməsi, 2021-ci ilin son aylannda qısqanclıq zəminində həyat yoldaşı ilə mübahisə etməsi, daha sonra həyat yoldaşının evi tərk etməsindən möhkəm qəzəblənərək evdəki yorğan-döşəyi yandırması və buna görə atası tərəfindən Salyan Rayonlararast Psixiatriya Xəstəxanasına müalicə üçün yerləşdirilməsi, Biləsuvar rayon mərkəzi xəstəxanasının müvafiq göndərişləri və Biləsuvar rayon polis şöbəsinin müvafiq məktubları əsasında "Şizofreniya paranoid forma haliusinator paranoid sindrom, psixi qüsur half' diaqnozu ilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında stasionar müalicələrdə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində ümumi və şəxsi gigiyenə qaydalarına riayət etməməsi, xarici görkəminə diqqət yetirməməsi, bəzən öz-özünə əsəbiləşərək, tibb personalı ilə kobud rəftar etməsi, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində zahiri görünüşünə görə bir qədər səliqəsiz olması, bəzi suallara formal yanaşması, təfəkkürünün autik xarakter daşıması, mülahizə və mühakimələri bir qədər məntiqsiz olması, maraq dairəsinin məhdudlaşması, proqnozlaşdırma qabiliyyətinin zəifləməsi, aqressiv olması və s.) sübut edir. Təqsirləndirilən şəxs «Paranoid şizofreniya» psixi patologiyadan əziyyət çəksə də, hazırda həmi xəstəliyin gedişində remissiya (yaxşılaşma) mərhələsində olduğu üçün həmin şəxs cəmiyyət üçün təhlükəli deyil və müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs barəsində aparılan məhkəmə işinin mahiyyətini dərk etmək, barəsində apanlan məhkəmə icraatında, o cümlədən məhkəmə iclaslarında iştirak etmək və təyin olunacaq cəzanı çəkmək iqtidarındadır. Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətdiyi zaman, yəni 30 iyun 2023-cü il tarixdə «Paranoid şizofreniya» kimi psixi patologiyadan əziyyət çəkmiş, lakin həmin vaxt xəstəliyinin gedişində remissiya (yaxşılaşma) müşahidə edilmişdir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi patologiyanın gedişində remissiya (yaxşılaşma) mərhələsi olduğu üçün həmin şəxs ona istinad edilən əməli törədərkən, onu öz hərəkətlərinə cavab vermək və cinayəti törətdiyi anda onlara rəhbərlik etmək qabiliyyətindən məhrum edə bilməzdi. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Eyni zamanda «Anlaqlılıq» və «Anlaqsızlıq» meyarı yalnız cinayət hadisəsinin törədildiyi dövrə aid olduğu üçün cinayət əməlini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmamasının qiymətləndirilməsi tibbi və hüquqi nöqteyi nəzərdən düzgün hesab edilmir və həmin şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. «Paranoid şizofreniya» kimi psixi patologiya öz gedişində kəskinləşmə (pisləşmə) və remissiya (yaxşılaşma) mərhələlərindən ibarətdir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən remissiya (yaxşılaşma) mərhələsində olduğu üçün onu öz hərəkətlərinə cavab verməkdən və yaxud onlara rəhbərlik elməkdən məhrum edə bilməz və həmin şəxsin əziyyət çəkdiyi psixi patologiyanın gedişində remissiya (yaxşılaşma) mərhələsi olduğu üçün onun hazırda müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 1(022)-86/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 iyul 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, Biləsuvar rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli hökmü ilə 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmamışdır. İşdə olan Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin 29 yanvar 2024-cü il tarixli, xx-xx/2022 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 1(022)-86/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə qeydiyyata götürülmüş və 26 sentyabr 2022-ci il tarixdə həmin şəxsə elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixə ona təyin olunmuş cəzanın 1 il 4 ay 13 gün hissəsini çəkmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş maddi ziyanı tamamilə aradan qaldırmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, İİ dərəcəli əlil olmasını, cinayəti ağır maddi həyat şəraiti nəticəsindı və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində törətməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 1(022)-86/2022 saylı hökmü ilə ona təyin edilmiş 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının hazırki tarixə - 15 fevral 2024-cü ilə - 1 il 5 ay hissəsini çəkmişdir, həmin şəxsin hazırda çəkilməmiş cəzası 1 il 6 ay 26 gün təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən cəzaya Biləsuvar rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 1(022)-86/2022 saylı hökmü ilə həmin şəxsə təyin edilmiş 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının hazırki tarixə çəkilməmiş 1 il 6 ay 26 gün hissəsini 1 günə 1 gün hesabı ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti cəza müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 iyul 2023-cü il tarixdə, saat 19:20-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdə, saat 15:50-də Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azdlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən müddəti azdlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və həmin şəxsin məhkəməyədək icraat dövründə qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 1(022)-86/2022 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 6 (altı) ay 26 (iyirmi altı) gün hissəsi hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına 1 günə 1 gün hesabı ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli 15 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar