Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-5/2025 11.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X71 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 2005-ci il tarixdə Cəlilabad rayonu, Qarazəncir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə atası X52 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Cəlilabad rayonu, Qarazəncir kənd sakini Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edərək, 2.300 manat pul müqabilində sonuncuya əlilliyə görə pensiya sənədləri düzəltdirəcəklərinə dair yalan vəd verib aldadaraq, bu məqsədlə 2019-cu ilin noyabr ayının sonlarında, Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində, atası A.M.Qasımov ilə birlikdə Zərərçəkmiş şəxs14 2.300 manat məbləğində pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, elan edilmiş ittihama görə o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə atası X52 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Cəlilabad rayonu, Sabirabad kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, 3.950 manat pul müqabilində sonuncuya əlilliyə görə pensiya sənədləri düzəltdirəcəklərinə və arvadı X5 əlillik pensiyasını bərpa etdirəcəklərinə dair yalan vəd verib aldadaraq, bu məqsədlə atası A.M.Qasımov ilə birlikdə Zərərçəkmiş şəxs1 2021-ci ilin fevral ayının əvvəllərində, Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən notariat kontorunun yanında 700 manat, 2021-ci ilin fevral ayının sonlarında Cəlilabad şəhəri, H.Əliyev prospektində 2.000 manat, 2021-ci ilin iyul ayının ortalarında Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən Cəlilabad rayon mərkəzi xəstəxanasının yanında 300 manat, 2021-ci ilin avqust ayının ortalarında Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında 950 manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxsə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 3.950 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, elan edilmiş ittihama görə o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə atası X52 və anası Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, sonuncuya 9.000 manat pul müqabilində əlilliyə görə pensiya sənədləri düzəltdirəcəklərinə və sonuncunun oğlu X31 əlillik pensiyasını bərpa etdirəcəklərinə dair vəd verib aldadaraq, bu məqsədlə 2021-ci ilin avqust ayının əvvəllərində, Zərərçəkmiş şəxs3 ünvan 1 ünvanında yerləşən evinin həyətində atası A.M.Qasımov ilə birlikdə 9.000 manat məbləğində pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda - 9.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, elan edilmiş ittihama görə o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə atası X52 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əldə olunmuş razılaşmaya əsasən Cəlilabad rayonu, Kazımabad kənd sakini Zərərçəkmiş şəxs10 etibarından suiistifadə edərək, sonuncuya 1.900 manat pul müqabilində əlillik pensiyasını bərpa etdirəcəklərinə dair vəd verib aldadaraq, bu məqsədlə atası A.M.Qasımov ilə birlikdə Zərərçəkmiş şəxs10 2022-ci ilin fevral ayının ortalarında, Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən Cəlilabad rayon təhsil şöbəsinin qarşısında 1.400 manat, 2022-ci ilin aprel ayının sonunda Cəlilabad rayonu, Kazımabad kəndi ərazisində 500 manat məbləğində pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxsə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1.900 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, elan edilmiş ittihama görə o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə atası X52 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əldə olunmuş razılaşmaya əsasən Cəlilabad rayonu, Şorbaçı kənd sakini Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edərək, sonuncuya 4.650 manat pul müqabilində qardaşı X16 pensiyasını bərpa etdirəcəklərinə dair vəd verib aldadaraq, bu məqsədlə atası A.M.Qasımov Zərərçəkmiş şəxs11 10 aprel 2022-ci il tarixdə, saat 15 radələrində Cəlilabad şəhəri, Azərbaycan küçəsində 2.000 manat, 22 aprel 2022-ci il tarixdə o, atası A.M.Qasımov ilə birlikdə Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən X1rşısında 2.650 manat məbləğində pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxsə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 4.650 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, elan edilmiş ittihama görə o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə atası X52 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, sonuncuya 6.000 manat pul müqabilində ona və X21 əlillik pensiyalarını bərpa etdirəcəklərinə dair yalan vəd verib aldadaraq, bu məqsədlə o, 2022-ci ilin oktyabr ayının ortalarında Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Rizvan” ticarət mərkəzində Zərərçəkmiş şəxs2 1.000 manat, 2022-ci ilin noyabr ayının əvvəllərində Cəlilabad rayon mərkəzi xəstəxanasının inzibati binasının həyətində atası A.M.Qasımov ilə birlikdə 2.000 manat məbləğində pulunu almış, 05 dekabr 2022-ci il tarixdə, Cəlilabad rayonu ərazisində o, A.M.Qasımov və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 və Ş.M.Fərzəliyevanın pensiya almasına hüquq verən rəsmi sənəddən istifadə etmək məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin üzərində olan “əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti” qrafasındakı “müddətsiz” sözünü montaj edib saxtalaşdıraraq, həmin şəxslərə verdikdən sonra Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Xəzər inşaat” tikinti materialları mağazasında 2022-ci ilin dekabr ayının əvvəllərində 1.500 manat, 2022-ci ilin dekabr ayının ortalarında 1.500 manat məbləğində pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxsə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda - ümumilikdə 6.000 manat məbləğində maddi ziyan vuraraq, dələduzluq etmiş və hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmışdır. Bundan başqa, elan edilmiş ittihama görə o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə atası X52 və anası Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əldə olunmuş razılaşmaya əsasən Cəlilabad rayonu, Üçtəpə kənd sakini Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edərək, 5.700 manat pul müqabilində sonuncunun oğlu X39 əlillik pensiyasını bərpa etdirəcəklərinə dair yalan vəd verib aldadaraq, bu məqsədlə 2022-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs12 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Bravo” supermarketdə quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə 4169 7388 1940 0114 nömrəli bank kartı hesabına köçürülmüş 1.800 manat, 2022-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, “Bakı Metropoliteni” qapalı səhmdar cəmiyyətinin “İnşaatçılar” metrostansiyasının yaxınlığında quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə həmin bank kartına köçürülmüş 1.200 manat, 2022-ci ilin dekabr ayının ortalarında Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Araz market” mağazasında quraşdırılmış ödəniş terminalı vasitəsilə həmin bank kartına köçürülmüş 1.000 manat, 2022-ci ilin dekabr ayının ortalarında Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən “Al market”də quraşdırılmış ödəniş terminalı vasitəsilə həmin bank kartına köçürülmüş 800 manat, 2022-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən mağazada qquraşdırılmış ödəmə terminalı vasitəsilə həmin bank kartına köçürülmüş 700 manat məbləğində pulunu çıxarıb ələ keçirərək, zərərçəkmiş şəxsə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda ümumilikdə 5.700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, elan edilmiş ittihama görə o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə atası X52 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əldə olunmuş razılaşmaya əsasən Cəlilabad rayonu, Alaşar kənd sakini Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək, sonuncuya 4.800 manat pul müqabilində qohumu X40 əlillik pensiyasını bərpa etdirəcəklərinə dair vəd verib aldadaraq, bu məqsədlə Zərərçəkmiş şəxs9 2022-ci ilin noyabr ayının sonlarında o, atası A.M.Qasımov ilə birlikdə Cəlilabad şəhəri, Qurtuluş prospektində 1.800 manat, 2022-ci ilin dekabr ayının ortalarında Cəlilabad rayon mərkəzi xəstəxanasının inzibati binasının həyətində 1.500 manat, 2022-ci ilin dekabr ayının sonlarında Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində 1.500 manat məbləğndə pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxsə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 4.800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, elan edilmiş ittihama görə o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə atası X52 və tanışı X25 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əldə olunmuş razılaşmaya əsasən Cəlilabad rayonu, Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək, sonuncuya 1.600 manat pul müqabilində əlillik pensiyasını bərpa etdirəcəyinə dair vəd verib aldatmış, həmçinin A.M.Qasımov və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs8 pensiya almasına hüquq verən rəsmi sənəddən istifadə etmək məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin üzərində olan “əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti” qrafasındakı “müddətsiz” özünü montaj edib saxtalaşdıraraq, həmin şəxsə verdikdən sonra bu məqsədlə Zərərçəkmiş şəxs8 tərəfindən 28 noyabr 2022-ci il tarixdə, saat 21:20-də Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən “Al market”də quraşdırılmış “PashaPay” məhdud məsuliyyətli cəmiyyətinə məxsus ödəmə terminalı vasitəsilə 4169 7388 1940 0114 nömrəli bank kartı hesabına köçürülmüş 1.600 manat məbləğində pulunu çıxarıb ələ keçirərək, zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla, dələduzluq etmiş və hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmışdır. Bundan başqa, elan edilmiş ittihama görə o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ seçirmək məqsədi ilə atası X52 və tanışı X25 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əldə olunmuş razılaşmaya əsasən Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək, sonuncuya 1.800 manat pul müqabilində arvadı X26 əlilliyə görə pensiya sənədlərini düzəltdirəcəklərinə dair vəd verib aldadaraq, bu məqsədlə A.A.İsayevin 01 dekabr 2022-ci il tarixdə, saat 00:23-də “Birbank” mobil tətbiqi vasitəsilə 4169 7388 1940 0114 nömrəli bank kartı hesabına köçürülmüş 1.000 manat, 04 dekabr 2023-cü il tarixdə, saat 15:29-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Meyvəli market”də quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə həmin bank kartına köçürülmüş 800 manat məbləğində pulunu çıxarıb ələ keçirərək, zərərçəkmiş şəxsə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1.800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, elan edilmiş ittihama görə o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə atası X52 və tanışı X25 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək, sonuncuya 1.400 manat pul müqabilində qızı X22 əlillik pensiyasını bərpa etdirəcəyinə dair vəd verib aldadaraq, bu məqsədlə Zərərçəkmiş şəxs5 01 dekabr 2022-ci il tarixdə, saat 18:02-də Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən “Al market”də quraşdırılmış “PashaPay” məhdud məsuliyyətli cəmiyyətinə məxsus ödəniş terminalı vasitəsilə 4169 7388 1940 0114 nömrəli bank kartı hesabına köçürülmüş 1.400 manat məbləğində pulunu çıxarıb ələ keçirərək, zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, elan edilmiş ittihama görə o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə atası X52 və tanışı X25 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əldə olunmuş razılaşmaya əsasən Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, sonuncuya 1.800 manat pul müqabilində nəvəsi X23 əlillik pensiyasını bərpa etdirəcəyinə dair vəd verib aldatmış, həmçinin A.M.Qasımov və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Z.B.Qarayevin pensiya almasına hüquq verən rəsmi sənəddən istifadə etmək məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin üzərində olan “əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti” qrafasındakı “müddətsiz” sözünü montaj edib saxtalaşdıraraq, Zərərçəkmiş şəxs4 verdikdən sonra həmin şəxs tərəfindən 01 dekabr 2022-ci il tarixdə, saat 18:17-də Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən “Al market”də quraşdırılmış “PashaPay” məhdud məsuliyyətli cəmiyyətinə məxsus ödəniş terminalı vasitəsilə 4169 7388 1940 0114 nömrəli bank kartı hesabına köçürülmüş 1.400 manat məbləğində pulu çıxarıb ələ keçirərək, zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmiş və hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmışdır. Bundan başqa, elan edilmiş ittihama görə o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə atası X52 və tanışı X25 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əldə olunmuş razılaşmaya əsasən Cəlilabad rayonu, Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək, sonuncuya 1.500 manat pul müqabilində əlillik pensiyasını bərpa etdirəcəyinə dair vəd verib aldadaraq, həmçinin A.M.Qasımov və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs7 pensiya almasına hüquq verən rəsmi sənəddən istifadə etmək məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin üzərində olan “əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti” qrafasındakı “müddətsiz” sözünü montaj edib saxtalaşdıraraq, Zərərçəkmiş şəxs7 verdikdən sonra həmin şəxs tərəfindən 08 dekabr 2022-ci il tarixdə, saat 13:25-də Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən “Al market”də quraşdırılmış “PashaPay” məhdud məsuliyyətli cəmiyyətinə məxsus ödəniş terminalı vasitəsilə 4169 7388 1940 0114 nömrəli bank kartı hesabına köçürülmüş 1.500 manat məbləğində pulu çıxarıb ələ keçirərək, zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmiş və hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmışdır. Bundan başqa, elan edilmiş ittihama görə o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə atası X52 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əldə olunmuş razılaşmaya əsasən Biləsuvar şəhəri, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edərək, sonuncuya 8.400 manat pul müqabilində əlillik pensiyasını bərpa etdirəcəyinə dair vəd verib aldadaraq, bu məqsədlə həmin şəxsin 22 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində Cəlilabad rayonu, Alar kəndində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında tanışı Şahid2 vasitəsilə 2.000 manat məbləğində pulunu almış, 27 dekabr 2022-ci il tarixdə Cəlilabad rayonu ərazisində atası X52 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs13 pensiya almasına hüquq verən rəsmi sənəddən istifadə etmək məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin üzərində olan “əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti” qrafasındakı “müddətsiz” sözünü montaj edib saxtalaşdıraraq, Zərərçəkmiş şəxs13 verdikdən sonra həmin şəxs tərəfindən 07 yanvar 2023-cü il tarixdə, saat 14:59-da Cəlilabad rayonu, Alar kəndində yerləşən “Alar market”də quraşdırılmış “PashaPay” məhdud məsuliyyətli cəmiyyətinə məxsus ödəniş terminalı vasitəsilə 4169 7388 1940 0114 nömrəli bank kartı hesabına köçürülmüş 3.000 manat məbləğində pulu çıxarıb və 08 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində Biləsuvar rayonu, Əsgərabad kəndində yerləşən “Qoz bağı” adlı kafenin həyətində A.M.Qasımov 3.400 manat məbləğində pulu ələ keçirərək, zərərçəkmiş şəxsə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda ümumilikdə 8.400 məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş və hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, atası X52 və anası Şahid1 ilə birlikdə Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olmaqla yaşayır. O, 2023-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanmış və 2024-cü ilin iyul ayında hərbi xidməti bitirmişdir. O, bundan sonra Cəlilabad rayonuna geri qayıtmışdır. Hazırda o, heç bir yerdə rəsmi olaraq işləmir, fəhləliklə məşğul olur. X25 onun atası ilə həmkəndli olmuşdur. Belə ki, onun atası əslən Cəlilabad rayonu, Üçtəpə kəndindən olsa da, sonradan Cəlilabad rayonu, Qarazəncir kəndinə köçmüşdür. Həmçinin K.M.Salmanovla onun valideynlərinin münasibətləri yaxşı olmuşdur. O, ilk dəfə 14 yaşı olanda K.M.Salmanov onun yaşadığı evə gəldiyi üçün sonuncu ilə tanış olmuşdur. K.M.Salmanov ilə onun arasında heç bir münasibət olmamış və həmin şəxs nadir hallarda onların yaşadığı evə gəlmişdir. K.M.Salmanov onun atası ilə birlikdə pensiya düzəltmək adı ilə insanları aldatmışdır. Həmçinin atası A.M.Qasımov Cəlilabad rayon mərkəzi xəstəxanasında işləyən Valeh adlı həkimlə birlikdə ehtiyacı olan şəxslərə pensiya təyin edilməsi ilə məşğul olmuşdur. Belə ki, Valeh adlı həmin həkim A.M.Qasımova pensiya düzəltdirmək məqsədi ilə tanıdığı insanların onun yanına gətirməsini tapşırmış və həmin şəxslər qazandıqları pulları şərik bölüşdürmüşlər. O isə heç bir zərərçəkmiş şəxsə onlar üçün pensiya düzəltdirəcəyinə dair vəd verməmiş, həmin şəxslərlə heç vaxt təkbətək görüşməmişdir. 2019-cu ilin əvvəllərindən başlayaraq A.M.Qasımov ona müxtəlif şəxslərdən pensiya düzəltmək adı ilə pullar yığacağını bildirmiş və ondan həmin şəxlərlə lazım olduğu vaxt onun adından telefon vasitəsilə əlaqə saxlamağını xahiş etmişdir. O, həmişə zərərçəkmiş şəxslərlə görüşdüyü vaxt atası A.M.Qasımovun yanında olmuşdur, lakin həmin şəxslərin söhbətlərinə qoşulmamışdır. O, atası ona tapşırdığı vaxt bir neçə nəfərin evinə və ya gözlədiyi yerə gedərək, onlardan pul alsa da, onun həmin pul vəsaitlərinin nə üçün verilməsindən xəbəri olmamış, sadəcə atasının verdiyi tapşırıqları yerinə yetirmişdir. Həmçinin zərərçəkmiş şəxslərdən bəziləri o, evdə tək olduğu vaxt ona atasına çatdırması üçün bir neçə dəfə zərflər versələr də, o, həmin zərflərin içərisində nə olduğundan məlumatsız olmuşdur. Zərərçəkmiş şəxslər teztez onun atasının mobil telefonuna zəng etmişlər və atası ilə danışmışlar. Atası telefon zənglərinə cavab verməyə uyğun olmadığı vaxtlarda o, atasının tapşırığı ilə sonuncunun telefonunda olan “WhatApp” mobil tətbiqi vasitəsilə bir neçə nəfərə səsli mesajlar yollamışdır. O, həmin mesajlarda atasının ona tapşırdığı sözləri demişdir. O, heç kimlə bilavasitə telefon zəngi vasitəsilə danışmamış, həmin şəxslərin yalnız “WhatApp” mobil tətbiqi vasitəsilə etdiyi zənglərə atasının göstərişi ilə cavab vermişdir. Həmçinin o, heç vaxt sənədlərin hazırlanması və ya montaj edilməsi ilə məşğul olmamış və heç kimə saxta sənəd təqdim etməmişdir. O, Elnur adlı həkimi tanımamış və özünü heç kəsə həkim kimi təqdim etməmişdir. O, zərəçəkmiş şəxslərdən hər hansı biri ilə təkbətək görüşməmişdir. O, Zərərçəkmiş şəxs14 Tapdıq oğlunu həmkəndlisi kimi tanımış və sonuncu ilə münasibəti normal olmuş, aralarında şəxsi ədavət və ya düşmənçilik münasibətləri olmamışdır. O, 14 yaşında olduğu vaxt onun valideynləri Zərərçəkmiş şəxs14 adına kredit götürmüşlər. A.M.Qasımov həmin kredit borcunu bir neçə ay ödəsə də, sonradan maddi vəziyyəti imkan vermədiyi üçün borcunu tam ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs14 onlardan tələb etdiyi pul həmin kredit borcudur və atası A.M.Qasımov həmin şəxsə pensiya düzəldəcəyi ilə bağlı hər hansı vəd verməmişdir. Bundan başqa, o, hərbi xidmətdə olduğu vaxt onun atası törətdiyi dələduzluq əməllərinə görə həbs edilmişdir. Həmçinin bibisi öz evini və onların evini sataraq, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs13, X49, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 dəymiş ziyan tam olaraq ödəmişdir. O, atasının digər zərərçəkmişlərə olan borclarını da işləyərək ödəyəcəkdir. O, atasının tələbi ilə Zərərçəkmiş şəxs10 da pul almış və həmin şəxsə narahat olmamasını, aldığı pul vəsaitini atası A.M.Qasımova çatdıracağını izah etmişdir. O, Zərərçəkmiş şəxs10 və ya digər zərərşəkmiş şəxslərə özünü polis əməkdaşı kimi təqdim etməmişdir. Həmçinin bildirdi ki, o, özünü atasının tapşırıqlarını yerinə yetirərək, zərərçəkmiş şəxslərlə əlaqə qurduğu və bəzi şəxslərdən atasına çatdırmaq üçün pul aldığı üçün günahkardır və həmin hərəkətlərinə görə peşmandır. Sonradan təqsirləndirilən şəxs məhkəmə iclasında əlavə ifadə verərək və ona elan edilmiş iittihamda özünü tam təqsirli bilərək, göstərdi ki, o, əvvəlki məhkəmə iclaslarında ona elan edilmiş ittihamda özünün təqsirli bilmədiyinə dair ifadələr versə də, həmin ifadələri özünümüdafiə məqsədi ilə vermişdir və hazırda o, elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilir. Onun atası A.M.Qasımov və K.M.Salmanovla əlbir olaraq, zərərçəkmiş şəxslərə qarşı dələduzluq əməllərini törətməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən A.M.Qasımov barəsində çıxarılmış 14 noyabr 2024-cü il tarixli, K.M.Salmanov barəsində çıxarılmış 25 noyabr 2024-cü il tarixli hökmləri ilə də öz təsdiqini tapmışdır. O, hazırda törətdiyi əməldən peşmandır və etdiyi əmələ görə zərərçəkmiş şəxslərdən üzr istəyir. O, zərərçəkmiş şəxslərin əksəriyyyətinə olan borcunu qaytarmış və sonuncularla barışıq əldə etmişdir. O, Zərərçəkmiş şəxs12 vurulmuş maddi zərərdən 2.300 manat məbləğində hissəsini qaytarmışdır. O, hazırda günəmuzd qaydada fəhləlik edir və yaxın zamanda Zərərçəkmiş şəxs12 olan borcunun qalan hissəsini də qaytaracaqdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, ona istinad edilən əməlləri yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, zərərçəkmiş şəxslərlə əksəriyyətinə pulunu qaytaraq, həmin şəxslərlə barışıq əldə etməsini, hazırda atasının cəzaçəkmə müəssisəsində olduğu üçün ailəsini dolandıran yeganə şəxs olmasını, anasının psixi xəstəlikdən əziyyət çəkməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsləri və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu, Sabirabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, Təqsirləndirilən şəxs şəxsən tanımamış, lakin həmin şəxsin atası A.M.Qasımovu Cəlilabad rayon sakini kimi tanımış və həmin şəxslə münasibətləri normal olmuşdur. O, həmkəndlilərindən A.M.Qasımovun pensiya düzəltməklə məşğul olduğu barədə eşitmişdir. Onun arvadı X2 olan problemlərə görə 2006-cı ildən əlillik pensiyası almış, lakin 2021-ci ildə həmin pensiyanın verilməsi dayandırılmışdır. O, arvadının pensiyasını bərpa etdirmək üçün bir neçə dəfə sonuncunu tibbi komissiyadan keçirsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. O, 2021-ci ilin yanvar ayının sonlarında Cəlilabad şəhərində yerləşən Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında olduğu vaxt təsadüfən A.M.Qasımov ilə rastlaşmışdır. Həmin vaxt onun əlində arvadına məxsus sənədlər olmuşdur, həmçinin eyni zamanda A.M.Qasımovun yanında öz oğlu kimi onu tanış etdiyi Təqsirləndirilən şəxs da olmuşdur. O, A.M.Qasımov ilə söhbət etmiş və həmin şəxsə arvadının pensiyasının verilməsinin dayandırıldığını söhbət əsnasında bildirmişdir. Bundan sonra A.M.Qasımov ondan həmin sənədəri almış və oxumuşdur. Həmin şəxs tanışı olan həkimlər vasitəsilə arvadının pesiyasını bərpa etdirməkdə ona kömək edəcəyini demiş və görəcəyi işin müqabilində ondan 1.000 manat pul istəmişdir. Həmin vaxt o, yalnız A.M.Qasımov ilə söhbət etmiş, Təqsirləndirilən şəxs isə ona heç bir söz deməmişdir. O, həmin gün A.M.Qasımova 600 manat pul vermiş, qalan pul məbləğini isə sənədləri təqdim edəcəyi vaxt verəcəyini həmin şəxsə bildirmişdir. A.M.Qasımov isə 10-15 gün ərzində onun arvadının pensiyasını bərpa etdirəcəyinə dair ona vəd vermişdir. Onlar 1 həftə sonra təkarən görüşmüşlər, həmin görüş vaxtı A.M.Qasımov sənədləri artıq göndərdiyini, ona mesaj gələcəyini və sonra da arvadı N.C.Bayramovanı tibbi komissiyadan keçmək üçün xəstəxanaya aparmalı olduğunu ona bildirmişdir. Həmçinin A.M.Qasımov ona özü üçün də pensiya düzəltdirə biləcəyini və bunun üçün 2.000 manat pul verməli olduğunu söyləmişdir. O, A.M.Qasımovun təklifi ilə razılaşmış və 2021-ci ilin fevral ayında Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən notariat kontorunun yaxınlığında A.M.Qasımova ümumilikdə 2.000 manat pul vermişdir. O, həmin vaxtdan sonra tez-tez A.M.Qasımovla telefon vasitəsilə əlaqə saxlamış və sonuncu ona sənədləşmə işlərini aparmağın uzun vaxt tələb etdiyini və buna görə də gecikmələr yaşandığını bildirmişdir. Həmçinin bəzən A.M.Qasımovun telefonunu Təqsirləndirilən şəxs açmış və onunla danışmışdır. Lakin təxminən bir il sonra A.M.Qasımov ona zəng edərək, arvadının komissiyadan keçməsi üçün xəstənaya getməli olduğu barədə məlumat vermişdir. O, arvadı N.C.Bayramova ilə birlikdə Cəlilabad rayon mərkəzi xəstəxanasına getmişdir. Həmin vaxt onları A.M.Qasımov və Təqsirləndirilən şəxs qarşılamışdır. A.M.Qasımov ondan daha 200 manat pul almış və həkimlə görüşəcəyini bildirib, getmişdir. Onların yanında Təqsirləndirilən şəxs qalmış və həmin şəxs onun arvadına bir neçə sənəd verərək, həkimin yanına getməsini, müayinədən keçməsini və həkimin ona suallar verəcəyi təqdirdə, həmin suallara cavab verməsini tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onun arvadı N.C.Bayramovanı həkim qəbuluna salmış, o isə taksidə həmin şəxsləri gözləmişdir. Təxminən bir neçə dəqiqə sonra N.C.Bayramova müayinə otağından çıxmış və onlar xəstəxananı tərk etmişlər. Həmin vaxtdan bir həftə sonra A.M.Qasımov ona “WhatApp” mobil tətbiqi vasitəsilə ona və arvadına məxsus əlillik sənədlərinin fotoşəkillərini atmış və ondan daha 200 manat pul istəmişdir. O, həmin gün A.M.Qasımova köçürmə yolu ilə 200 manat pul göndərmişdir. A.M.Qasımovun ondan pul aldığı vaxtdan 1 ildən çox müddət keçməsinə baxmayaraq, sonuncu ona və ya arvadına pensiya düzəltdirəcəyi barədə vədini yerinə yetirməmişdir. 2022-ci ilin sentyabr ayında, axşam saatlarında A.M.Qasımov ona zəng edərək, Bakı şəhərində olduğunu, sənədlərin həkim tərəfindən təsdiq ediləcəyini, lakin həkimin 1.000 manat əlavə pul istədiyini bildirmiş və ona bank kartı fotoşəkli göndərərək, təcili olaraq həmin karta 1.000 manat pul köçürməsini tələb etmişdir. O, A.M.Qasımovun dediklərinə inanmamış və sonuncuya köçürmə yolu ilə pul göndərməyəcəyini bildirmişdir. Buna görə də onlar həftənin 1-ci günü görüşməyə razılaşmışlar. O, A.M.Qasımov və sonuncunun oğlu Təqsirləndirilən şəxs ilə Cəlilabad şəhərində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs əlində içində sənədlər olan sellofan torba olmuşdur. Onlar görüşdükdən bir neçə dəqiqə sonra A.M.Qasımov təcili işi olduğunu bildirərək, həmin yeri tərk etmişdir. A.M.Qasımov getdikdən sonra Təqsirləndirilən şəxs ona iki sənəd göstərmiş, həmin sənədlərdən biri onun özünə, digəri isə arvadı N.C.Bayramovaya məxsus olmuşdur. Həmin sənədlərdə onların fotoşəkilləri olmuş və adları qeyd edilmişdir. Təqsirləndirilən şəxs ona həmin sənədlərin sistemdən çıxarışlar olduğunu və pulu verdikdən sonra 3 gün ərzində həmin sənədləri təsdiq etdirərək, onlara pensiya təyin etdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs atasının ona və arvadına pensiya düzəltdirəcəyinə dair onu inandırmış və buna görə də o, həmin gün “Accessbank” açıq səhmdar cəmiyyətinin binasının qarşısında olan bankomat vasitəsilə özünəməxsus bank kartından 950 manat məbləğində pul vəsaiti məxaric edərək, Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs vəd etdiyi vaxtdan 3 gün keçməsinə baxmayaraq, nə həmin şəxs, nə də A.M.Qasımov onunla əlaqə saxlamamışlar. O, həmin şəxslərlə telefon vasitəsilə əlaqə saxlamağa çalışsa da, sonuncular onun telefon zənglərinə cavab verməmişlər. Həmçinin o, sonradan Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayında hərbi xidmətə aparıldığını öyrənmiş və bundan sonra sonuncunun və A.M.Qasımovun onu aldadaraq, 3.950 manat pulunu ələ keçirmələri barədə hüquqmühafizə orqanlarına məlumat vermişdir. Təqsirləndirilən şəxs və onun atası ona vurduqları ziyanı ödəməmişlər. Təqsirləndirilən şəxs anası və bibisi onun yanına gələrək, pulunu tələb etməməsini ondan xahiş etmişlər. O isə həmin şəxslərlə razılaşmayaraq, ona vurulmuş ziyanın tam olaraq ödənilməyəcəyi təqdirdə, ərizəsini geri götürməyəcəyini bildirmişdir. Sonradan Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək, bildirdi ki, hazırki cinayət işinin məhkəmənin icraatında olduğu müddət ərzində Təqsirləndirilən şəxs onun bütün pulunu geri qaytarmış və onunla barışığa nail olmuşdur. Buna görə də onun hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı tələbi və ya şikayəti yoxdur və Təqsirləndirilən şəxs etdiyi əməlinə görə bağışlayır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 göstərdi ki, o, Cəlilabad rayonu, Üçtəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, A.M.Qasımovu Cəlilabad rayon sakini kimi tanısa da, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun oğlu X58 pandemiya dövründə İİ qrup əlil olduğuna görə pensiya almış, lakin həmin pensiyanın verilməsi 2021-ci ildə dayandırımışdır. O, oğlunun pensiyasının bərpa olunması üçün aidiyyəti dövlət qurumlarına müraciət etsə də, heç bir nəticə əldə etməmişdir. O, sonuncu dəfə Lənkəran şəhər X3 tibbi komissiyadan keçirmək üçün getmiş və həkim qəbulunda olmuşdur. Onlar öz növbələrini gözlədikləri vaxt orada A.M.Qasımovla rastlaşmışlar. Həmin vaxt A.M.Qasımovun yanında sonuncunun arvadı Şahid1 da olmuşdur. Onlar söhbət etdikləri vaxt A.M.Qasımov ondan X12 gəlməsinin səbəbini soruşmuş, o da həmin şəxsə oğlunun əvvəllər psixi xəstəlikdən əziyyət çəkdiyi üçün İİ qrup əlil kimi pensiya aldığını, lakin sonradan pensiyanın verilməsinin dayandırıldığını, buna görə də həmin pensiyanın bərpa olunması məqsədi ilə sənəd almaq üçün gəldiyini bildirmişdir. Bundan sonra A.M.Qasımov oğlunun sənədlərini ondan almış və ona kömək edəcəyini bildirərək, hansısa həkimin otağına girmişdir. Bir neçə dəqiqə sonra A.M.Qasımov həmin həkimin yanından çıxmış və ona Elnur adlı həkimlə danışmalı olduğunu bildirmişdir. Bundan sonra A.M.Qasımov həmin həkimə zəng edərək, danışmağa başlamışdır. Həmin danışıqlara o, mikrofonda qulaq asmışdır. Belə ki, Elnur adlı həkim A.M.Qasımova bazarertəsi günü oğlu M.Zərərçəkmiş şəxs12 komissiyadan keçirmək üçün Bakı şəhərində yerləşən Respublika Əlillərin Bərpa Mərkəzinə gətirməsini tapşırmış və əlilliyin bərpa edilməsində ona kömək edəcəyini bildirmişdir. Həmin telefon zəngi bitdikdən sonra A.M.Qasımov ona yardım edəcəyini və bunun üçün ondan 2.000 manat zəhmət haqqı alacağını demişdir. O, 2.000 manat pulu olmadığını, 1 gün ərzində yalnız 1.700 manat pul tapa biləcəyini həmin şəxsə bildirmişdir. A.M.Qasımov onunla razılaşmış və o, bundan sonra ailəsi ilə birlikdə yaşadığı kəndə geri qayıtmışdır. O, A.M.Qasımovun ondan tələb etdiyi pulu qazanmaq üçün 1 baş danasını satmış və 2022-ci ilin noyabr ayının sonlarında ona göndərilmiş 4169 7388 1940 0114 nömrəli bank kartı hesabına 1.800 manat məbləğində pul vəsaitini köçürməklə, həmin şəxsə vermişdir. Bazar ertəsi günü A.M.Qasımov onun oğlu üçün Cəlilabad rayon mərkəzi xəstəxanasından göndəriş almış və o, arvadı və oğlu ilə birlikdə Bakı şəhərində yerləşən Respublika Əlillərin Bərpa Mərkəzinə getmişdir. Həmin vaxt orada onları bir qadın qarşılamış və onlardan A.M.Qasımovun göndərdiyi şəxslər olub-olmadıqlarını soruşmuşdur. O, həmin qadına A.M.Qasımov tərəfindən komissiyadan keçmək üçün göndərildiklərini bildirmiş və qadın onları avtomobilinə dəvət etmişdir. Onlar nəqliyyat vasitəsində bir neçə dəqiqə söhbət etmişlər, həmin qadın onun oğlunun sənədlərinə baxmışdır. Bundan sonra həmin şəxs onun oğlu Musanı komissiyadan keçirmək üçün müayinə otağına aparmış və nə onu, nə də arvadını həmin otağa buraxmamışdır. Bir neçə dəqiqə sonra isə oğlu Musa müayinə otağından çıxmış və onlar Cəlilabad rayonuna geri qayıtmışlar. O, təxminən 10 gün sonra A.M.Qasımovun ona verdiyi telefon nömrəsinə zəng etmiş və oğlunun sənədləri ilə maraqlanmışdır. Həmin vaxt onun telefonunun A.M.Qasımov deyil, başqa şəxs açmış və ona özünü Elnur həkim kimi təqdim etmişdir. Həmin vaxt Elnur adlı həkim ona oğlunun sənədlərinin yoxlamaq üçün Respublika Əlillərin Bərpa Mərkəzinə göndərildiyini, sənədlərin yoxlanıldığını bildirərək, narahat olmamasını məsləhət görmüşdür. Həmçinin həmin şəxs ona öz telefon nömrəsini vermiş və A.M.Qasımov ilə əlaqə saxlaya bilmədiyi təqdirdə, onunla əlaqə saxlamasını tapşırmışdır. Bundan sonra o, Elnur adlı həkimin nömrəsini telefonunun yaddaşına qeyd etmiş və sonuncu ilə “WhatsApp” mobil tətbiqində əlaqə saxlamağa başlamışdır. Özünü ona Elnur həkim kimi təqdim edən şəxsin “WhatsApp” mobil tətbiqində olan kontakt məlumatlarında iş yeri kimi Respublika Əlillərin Bərpa Mərkəzinin qeyd edilməsi onda sonuncuya qarşı inam yaratmışdır. Həmin vaxtdan sonra o, yalnız Elnur həkimlə əlaqə saxlamış və sonuncu ona kart nömrəsi göndərmişdir. O, həmin şəxsin tələb ilə ona göndərilən 4169 7388 1940 0114 nömrəli bank kartı hesabına daha 4.000 manat pul köçürmüşdür. O, oğlunun pensiyasının bərpa edilməsi üçün A.M.Qasımova ümumilikdə 1.700 manat, Elnur adlı şəxsin kart hesabına isə 4.000 manat məbləğində pul vəsaiti köçürməklə, cəmi 5.700 manat pul vermişdir. Elnur adlı həmin həkim hər dəfə onunla əlaqə saxladığı vaxt ona sənədlərin yaxında təsdiq ediləcəyini və oğlunun ayda 370-375 manat əlilliyə görə pensiya alacağına dair vədlər vermişdir. O, sənədləri A.M.Qasımova verdiyi vaxtdan uzun müddət keçdiyinə görə sonuncunun evinə getməyə qərar vermişdir. O, arvadı ilə birlikdə A.M.Qasımovun evinə getmiş və oğlunun sənədləri barədə maraqlanmışdır. Həmin vaxt A.M.Qasımov ona tələsməməsini məsləhət görərək, çəkməcədən oğlu Musanın sənədlərini çıxarıbgətirməsini öz oğluna tapşırmışdır. A.M.Qasımovun oğlu şkafda olan çox sayda sənədlərin içərisindən onun oğlunun sənədini taparaq, atasına vermişdir. Bundan sonra isə A.M.Qasımov otaqda quraşdırılmış nəhəng monitora malik olan kompüterdə onun oğlunun adını və soyadını yazaraq, axtarışa vermişdir. Həmin vaxt monitorda oğlu Musanın şəkli və məlumatları olan sənəd görünmüşdür. A.M.Qasımov həmin sənədi çap edərək, ona təqdim etmişdir. O, A.M.Qasımovun evində olduğu vaxt sonuncunun oğlu Təqsirləndirilən şəxsla danışmamışdır. O, A.M.Qasımovun evindən qayıtdıqdan sonrakı vaxtlarda həmin şəxsin ona təqdim etdiyi sənədi Cəlilabad, Biləsuvar, Lənkəran rayonlarında yerləşən bütün xəstəxanalarda olan tibbi işçilərinə göstərsə də, heç kim sənəddə olan kodu anlamamışdır. O, həmin sənədi Salyan rayonu Şorsulu qəsəbəsində yerləşən xəstəxanada bir həkimə göstərdikdə, həmin həkim “142” qaynar xəttinə zəng edərək, kodun aktiv olub-olmadığı barədə məlumat ala biləcəyini ona izah etmişdir. O, yaşadığı evə gəldikdən sonra “142” qaynar xəttinə zəng etmiş və həmin vaxt ona kodun aktiv olduğu və sənədlərin yoxlama mərhələsində olduğu barədə məlumat verilmişdir. Həmçinin o, Bakı şəhərində yerləşən Respublika X8 vaxt sənədi bir tibb müəssisəsi əməkdaşına göstərmiş, həmin şəxs isə ona sənədin mərkəzləşdirilmiş sistemdə başqa şəxsin adına olduğunu, güclü xaker tərəfindən hazırlandığını və buna görə də hər dəfə aktiv kimi göstərildiyini bildirmişdir. O, həmin vaxtdan sonra daha 9 ay gözləmiş, lakin artıq A.M.Qasımovun və Elnur adlı şəxsin onu aldatdıqlarını başa düşmüşdür. Buna görə də o, həmin şəxslərlə əlaqə saxlayaraq, pulunu geri qaytarmalarını tələb etmiş, lakin sonuncular onun pulunu geri qaytarmamışlar. O, həmçinin bir dəfə arvadı ilə birlikdə A.M.Qasımovun evinə getmiş, lakin sonuncunun arvadı Şahid1 onları evinə basqın etməkdə günahlandıraraq, onlar barədə polisə şikayət edəcəyini demişdir. Daha sonra isə A.M.Qasımov, Şahid1 və həmin şəxslərin oğlu Təqsirləndirilən şəxs onun evinə gələrək, ondan hər hansı orqana şikayət etməmələrini xahiş etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onunla danışmağa başlamış və o, dərhal həmin şəxsi səsindən tanıyarq, özünü ona Elnur adlı həkim kimi təqdim edən şəxsin əslində Təqsirləndirilən şəxs olduğunu anlamışdır. Təqsirləndirilən şəxs və Şahid1 onun evində müqəddəs kitaba and içərək, onun pulunu 2-3 gün ərzində qaytaracaqlarına dair söz versələr də, həmin şəxslər onun pulunu qaytarmamışlar. Həmin vaxtdan təxminən 9 ay sonra isə o, A.M.Qasımov, Şahid1 və həmin şəxslərin oğlu Təqsirləndirilən şəxs barəsində hüquq-mühafizə orqanlarına şikayət ünvanlamışdır. Həmçinin o bildirdi ki, Təqsirləndirilən şəxs özünü ona Elnur həkim kimi təqdim etdikdən təxminən 2-3 ay sonra hərbi xidmətə getmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs anası Şahid1 da ona Mehriban həkim kimi tanıtmışdır. Zərərçəkmiş şəxs12 həmçinin məhkəmədə bildirdi ki, Təqsirləndirilən şəxs, atası A.M.Qasımova əlbir olaraq, onun oğluna pensiya düzəltmək adı ilə cəmi 5.700 manat məbləğində pul vəsaitini ələ keçirsələr də, həmin pulun 5.500 hissəsini köçürmə yolu ilə A.M.Qasımovun dediyi bank kartına köçürdüyünə, 200 manatını isə nəğv şəkildə A.M.Qasımova verdiyinə görə sonuncu məbləği təsdiq edən heç bir sübutu yoxdur. A.M.Qasımov məhkəmə iclasında verdiyi ifadəsində güya onun oğluna pensiya düzəltmək üçün ondan cəmi 250 manat aldığını, qalan vəsaitin isə başqa şəxslərə pensiya düzəltmək üçün həmin şəxsə verməsi barədə ifadəsi yalandır. O, oğlunun pensiyasını düzəltdirməsi üçün A.M.Qasımova 5.700 manat, Lətif Hacıyev adlı şəxsin arvadına pensiya düzəltmək üçün isə 6.800 manat, ümumilikdə 12.500 manat məbləğində pul vəsaiti vermişdir. O, Lətif Hacıyevi A.M.Qasımovla görüşdürdüyünə görə və həmin şəxsdən aldığı pulu A.M.Qasımova verməsinə baxmayaraq, L.Hacıyev pulu ondan istəmiş və o, həmin şəxsə qeyd edilən vəsaiti öz hesabına L.Hacıyevə qaytarmışdır. O,qeyd edilən xüsusat üzrə barəsində cinayət işinin başlanmasından yalnız hazırki cinayətinin məhkəmə baxışı zamanı xəbər tutmuşdur. Çünki, özü barəsində hər hansı istintaq orqanında heç bir istintaq hərəkətləri aparılmamışdır. Təqsirləndirilən şəxs və həmin şəxsin valideynləri ondan aldıqları puldan cəmi 2.300 manat məbləğində hissəsini geri qaytarmış, qalan hissəsini də qaytaracaqlarını vəd etmələrinə baxmayaraq, hal-hazıradək vədlərinə əməl etməmişlər. Sonda, Zərərçəkmiş şəxs12 təqsirləndirilən şəxsin ona vurduğu maddi zərəri tam ödəmədiyini və onunla barışığa nail olmadığını, bununla belə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin olunmasını istəmədiyini, vurulmuş maddi zərəri Təqsirləndirilən şəxs tələb edəcəyini bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 bildirdi ki, o, Təqsirləndirilən şəxs və sonuncunun atası A.M.Qasımovu əvvəllər tanımamışdır. Onun qızının əri X59 uzun müddət İİ dərəcəli əlil olduğuna görə pensiya alsa da, həmin şəxsin əlilliyi 2021-ci ildə ləğv edilərək, aldığı pensiya dayandırılmışdır. T.A.Fərziyev pensiyasının bərpa edilməsi məqsədi ilə müvafiq dövlət orqanlarına müraciət etsə də, həmin şəxsə əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı imtina cavabı göndərilmişdir. O, qızının ailəsinin maddi vəziyyəti aşağı olduğu üçün pul müqabilində olsa belə T.A.Fərziyevə əlilliyinə görə aldığı pensiyanı bərpa etməsində kömək etmək qərarına gəlmişdir. O, dostu Məmmədəli adlı şəxsdən Cəlilabad rayon sakini A.M.Qasımov adlı şəxsin ona bu məsələdə kömək edə biləcəyini öyrənmiş, buna görə də sonuncu ilə əlaqə saxlamışdır. A.M.Qasımov ona kürəkəni T.A.Fərziyevin pensiyasını bərpa etməkdə kömək edəcəyini və bunun müqabilində 2.000 manat pul lazım olduğunu bildirmişdir. Həmçinin o, A.M.Qasımovdan baldızının gəlini Təyyubə Babayevanın da əlilliyə görə aldığı pensiyanı bərpa etməkdə də ona köməklik göstərməsini xahiş etmiş, A.M.Qasımov isə 2.800 manat pul verməsi müqabilində yardım etməyə razılıq vermişdir. O, 2022-ci ilin noyabr ayında A.M.Qasımov ilə Cəlilabad şəhəri, Qurtuluş prospektində görüşmüşdür. Həmin vaxt A.M.Qasımovun yanında oğlu Təqsirləndirilən şəxs da olmuş, lakin sonuncu onunla heç bir söhbət etməmişdir. O, həmin görüşdə A.M.Qasımova qohumlarının əlillik pensiyasını bərpa etməkdə ona kömək etməsi üçün 1.800 manat pul vermişdir. Həmin vaxt o və A.M.Qasımov avtomobilin daxilində olmuşlar, lakin Təqsirləndirilən şəxs isə çöldə olmuş və onları görməmişdir. O, sonradan A.M.Qasımova 2022-ci ilin dekabr ayında hissə-hissə olmaqla, cəmi 3.000 manat pul vermişdir. O, A.M.Qasımova sonuncunun T.A.Fərziyevin və qohumu Təyyubə Babayevanın əlilliyə görə aldıqları pensiyanın bərpa etməkdə ona kömək etməsi üçün ümumilikdə 4.800 manat pul vermişdir. A.M.Qasımov isə həmin şəxslərin pensiyalarının bərpa olunması üçün heç bir iş görməmiş, hər dəfə müxtəlif bəhanələr gətirərək, onu yubatmışdır. O, həmin şəxslə tez-tez mobil telefonla əlaqə saxlamış, hətta dəfələrlə yaşadığı ünvana gedərək, verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Buna görə də o, A.M.Qasımov barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdir. A.M.Qasımov həbs olunduğu vaxta qədər ondan aldığı pulun cəmi 750 manat məbləğində hissəsini, sonradan isə A.M.Qasımovun bacısı ona 1.600 və 750 manat məbləğində hissəsini geri qaytarmış, ümumilikdə isə onun A.M.Qasımova verdiyi pulun cəmi 2.350 manat məbləğində hissəsi geri qaytarılmışdır. O, maddi vəziyyəti yaxşı olduğu üçün 4.800 manat məbləğidə pulu öz şəxsi vəsaiti hesabına A.M.Qasımova versə də, kürəkəni T.A.Fərziyev və qızı Təyyubə Babayeva pensiyaları bərpa edildikdən sonra həmin pulu ona qaytaracaqlarına söz vermişlər. Həmçinin o bildirdi ki, A.M.Qasımov ilə 3 dəfə görüşmüş, həmin görüşlərdə Təqsirləndirilən şəxs da atasının yanında olmuşdur. Lakin Təqsirləndirilən şəxs onunla heç vaxt danışmamış, o, A.M.Qasımova pul verdiyi vaxt onların yanında olmamış, ona heç bir vəd verməmişdir. A.M.Qasımov ondan aldığı pulun qalan hissəsini gələcəkdə ona qaytarmasa da, o, həmin şəxs barədə hüquq-mühafizə orqanlarına şikayət etməyəcək. Onun hazırda A.M.Qasımova və Təqsirləndirilən şəxs qarşı hər hansı tələbi və ya şikayəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 göstərdi ki, o, Təqsirləndirilən şəxs və sonuncunun atası A.M.Qasımovu tanımamış, həmin şəxslərlə onun arasında hər hansı razılıq olmamışdır. O, yalnız Cəlilabad rayonu, Üçtəpə kənd sakini X17 tanımışdır. Belə ki, o, 2011-ci ildən İİ dərəcəli əlil olduğu üçün əlilliyə görə pensiya almış, lakin 2020-ci ildə onun əlillik dərəcəsi ləğv edilərək, pensiyası kəsilmişdir. O, pensiyasını pul müqabilində bərpa etdirmək məqsədi ilə K.M.Salmanovla əlaqə yaratmış və sonuncu ona 1.500 manat pul verəcəyi təqdirdə, köməklik göstərə biləcəyini bildirmişdir. O, K.M.Salmanovun ona göndərdiyi bank kartı hesabına 08 dekabr 2022-ci il tarixdə Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən “Al market”də quraşdırılmış ödəniş terminalı vasitəsilə 1.500 manat məbləğində pul göndərmişdir. K.M.Salmanov onunla “WhatsApp” mobil tətbiqində əlaqə saxlamış və sonradan ona İİ qrup əlillik dərəcəsi təyin edildiyini göstərən sənədin şəklini ona həmin tətbiq vasitəsilə göndərmişdir. O, K.M.Salmanovun yönləndirdiyi bir həkimlə də “WhatsApp” mobil tətbiqində əlaqə saxlasa da, həmin şəxsin kim olduğunu bilməmişdir. K.M.Salmanov isə onun pensiyasının bərpa olunması üçün heç bir iş görməmiş, hər dəfə müxtəlif bəhanələr gətirərək, onu yubatmışdır. Buna görə də o, həmin şəxsin ona qarşı dələduzluq etməsi barədə hüquqmühafizə orqanlarına məlumat vermişdir. Həmçinin o bildirdi ki, ibtidai istintaq zamanı o, K.M.Salmanovun ona göndərdiyi kart hesabının Şahid1 məxsus olduğunu öyrənmişdir. O, Təqsirləndirilən şəxs və sonuncunun atası A.M.Qasımov ilə heç vaxt görüşməmiş, danışmamış və həmin şəxslərə pul verməmişdir. Onun hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı tələbi və ya şikayəti yoxdur. Zərərçəkmiş şəxs4 məhkəmədə verdiyi ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs tanımasa da, həmin şəxsin atası A.M.Qasımovu Cəlilabad rayon sakini kimi tanımış, lakin həmin şəxslərlə onun arasında hər hansı münasibət olmamışdır. O, tanışlarından A.M.Qasımovun pensiya düzəltmək adı ilə bir çox şəxsə qarşı dələduzluq etdiyi barədə eşitmişdir. O, K.M.Salmanovu uzun müddətdir ki, tanıyır və sonuncu ilə münasibətləri yaxşı olmuşdur. Onun nəvəsi X27 əlilliyə görə verilən pensiya 2020-ci ildə kəsilmiş və o, K.M.Salmanovun yaşadığı evin yaxınlığında su quyusunu təmir etdiyi vaxt həmin şəxsə nəvəsinin pensiyasının kəsildiyini bildirərək, sonuncudan həmin pensiyanı bərpa etməkdə ona kömək etməsini xahiş etmişdir. K.M.Salmanov tanışı olan həkimlə həmin məsələ ilə bağlı danışacağını və ona xəbər verəcəyini demişdir. O, həmin vaxt K.M.Salmanova dələduzluqla məşğul olan A.M.Qasımov ilə iş görməməsini qəti şəkildə bildirmişdir. Həmin vaxtdan təxminən 4-5 gün sonra K.M.Salmanov onunla əlaqə saxlayaraq, nəvəsinin pensiyasını bərpa etdirmək üçün 1.800 manat pul lazım olduğunu ona bildirmişdir. O, həmin pul məbləği ilə razılaşmış və onun tapşırığı ilə oğlu Bəxtiyar Qarayev 01 dekabr 2022-ci il tarixdə K.M.Salmanovun ona göndərdiyi kart hesabına 1.800 manat məbləğində pul köçürmüşdür. O, sonrakı müddətdə K.M.Salmanov ilə və sonuncunun ona yönləndirdiyi və adını bilmədiyi həkimlə də “WhatsApp” mobil tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Həmin vaxtdan bir müddət sonra K.M.Salmanov “WhatsApp” mobil tətbiqi vasitəsilə ona nəvəsi Z.B.Qarayevə əlillik dərəcəsi təyin edildiyinə dair sənədin şəklini ona göndərmişdir. Lakin sonradan o, həmin sənədin saxta olduğunu öyrənmiş və K.M.Salmanovdan pulunu ona qaytarmasını tələb etmişdir. K.M.Salmanov isə ona pulunu qaytarmamış və buna görə də o, həmin şəxsin ona qarşı dələduzluq etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat vermişdir. O, hazırki cinayət işinin ibtidai istintaqı zamanı Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X28 K.M.Salmanovun ona həkim kimi tanıtdığı şəxsin əslində A.M.Qasımovun oğlu Təqsirləndirilən şəxs olduğunu, ona göndərilən sənədin isə Təqsirləndirilən şəxs tərəfindən K.M.Salmanova, sonuncunun da ona göndərdiyini öyrənmişdir. Həmçinin ibtidai istintaq zamanı Ş.K.Həsənli hərbi xidmətdə olan Təqsirləndirilən şəxs üzləşdirmə üçün şöbəyə gətirmiş və sonuncunun ona atdığı səsləri dinlətdirmişdir. Lakin o, özünü ona həkim kimi təqdim edən şəxsin Təqsirləndirilən şəxs olub-olmadığını dəqiq şəkildə bilmir. Təqsirləndirilən şəxs onunla görüşməmiş, ona hər hansı vəd verməmiş və ondan pul almamışdır. Onun hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı tələbi və ya şikayəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 göstərdi ki, o, K.M.Salmanovu Cəlilabad rayon sakini tanısa da, həmin şəxslə hər hansı əlaqəsi olmamışdır. Onun qızı İsayeva Rüqəyya 7 il ərzində əlilliyə görə pensiya alsa da, həmin pensiya 2020-ci ildə kəsilmişdir. Həmin pensiyanın bərpa olunması məqsədi ilə o, dəfələrlə müvafiq dövlət orqanlarına müraciət etsə də, lakin hər dəfə pensiyanın bərpa edilməsindən imtina edilmişdir. 2022-ci ilin noyabr ayının sonlarında o, əmisi Zərərçəkmiş şəxs4lə söhbət etdiyi vaxt sonuncu ona nəvəsi Z.B.Qarayevin pensiyasını bərpa etməkdə K.M.Salmanov adlı şəxsin ona yardım etdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs4 K.M.Salmanov adlı şəxslə əlaqə saxlamasını və qızı R.Zərərçəkmiş şəxs5anın da pensiyasını bərpa etməkdə ona kömək etməsini xahiş etmişdir. Buna görə də Zərərçəkmiş şəxs4 onun yanında K.M.Salmanov adlı şəxsə telefon vasitəsilə zəng edərək, K.M.Salmanovun qızının pensiyasını bərpa etməkdə ona kömək etməsini xahiş etmişdir. Həmin şəxs isə ona köməklik göstərəcəyini bildirərək, işin həll edilməsi üçün ondan 1400 manat pul istəmişdir. O, K.M.Salmanovun ondan tələb etdiyi məbləğlə razılaşmışdır. O, həmin vaxt K.M.Salmanov ilə telefonda bilavasitə danışmamış, bütün danışıqları Zərərçəkmiş şəxs4 aparmışdır. O, 01 dekabr 2022-ci il tarixdə 1.400 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs4 oğlu Bəxtiyara vermiş, sonuncu isə həmin pulu Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən “Al market”də quraşdırılmış ödəniş terminalı vasitəsilə K.M.Salmanovun Zərərçəkmiş şəxs4 göndərdiyi kart hesabına mədaxil etmişdir. Həmin vaxtdan uzun müddət keçsə də, K.M.Salmanov nə əmisi Zərərçəkmiş şəxs4 nəvəsinin, nə də onun qızının pensiyasını bərpa etdirməmişdir. Buna görə də əvvəlcə Zərərçəkmiş şəxs4, daha sonra isə o, K.M.Salmanovbarəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Sonradan onun K.M.Salmanova verdiyi pulun 700 manat məbləğində hissəsini təqsirləndirilən şəxsin əmisi ona qaytarmışdır. O, Təqsirləndirilən şəxs tanımamış, sonuncu ilə görüşməmiş və ya həmin şəxsə hər hansı məbləğdə pul verməmişdir. Onun hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı iddiası, tələbi və ya şikayəti yoxdur. Zərərçəkmiş şəxs13 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, uzun illər dövlət qulluqçusu kimi müxtəlif vəzifələrdə çalışmış, lakin Azərbaycan Respublikası Maliyyə Nazirliyi Nəzarət Təftiş İdarəsində təftişçi işlədiyi vaxt səhhətində yaranmış problemlərlə əlaqədar ürəyindən əməliyyat olunmuş və buna görə də işdən çıxmaq məcburiyyətində qalmışdır. Ona 2015-ci ildə 5 il müddətinə İİ qrup əlillik dərəcəsi təyin edilmiş və o, əlilliyə görə pensiya almışdır. Lakin 01 noyabr 2021-ci il tarixdə ona verilən pensiya dayandırılmış və əlillik dərəcəsi ləğv edilmişdir. O, əlliyə görə aldığı pensiyanın bərpa edilməsi üçün dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, ona sənədləri natamam doldurulduğu üçün imtina cavabı verilmişdir. O, 2022-ci ilin oktyabr ayında tanışı vasitəsilə təşkil edilmiş məclislərin birində A.M.Qasımov adlı şəxslə tanış olmuşdur. O, həmin şəxsin Cəlilabad rayonunda əlilliyə görə dayandırılmış pensiyaların bərpa edilməsi ilə məşğul olduğunu bildiyi üçün sonuncudan pensiyasını bərpa etməkdə ona da kömək etməsini xahiş etmişdir. A.M.Qasımov ondan xəstəliyinin nə olduğunu maraqlanmış və o, ürəyində problemlər olduğunu həmin şəxsə bildirmişdir. A.M.Qasımov həmin xəstəlikdən əziyyət çəkən bir neçə nəfər şəxsə də pensiyalarını bərpa etdirməkdə kömək etdiyini bildirərək, ona pensiyasını bərpa etdirməkdə yardım etməyə razılıq vermişdir. Həmin vaxt A.M.Qasımov ondan zəhmət haqqı kimi 2.000 manat pul istəmiş və o, sonuncuya həmin məbləğdə pul vəsaitini vermişdir. Həmin vaxtdan sonra o, A.M.Qasımov ilə mobil telefon, habelə “WhatsApp” mobil tətbiqi vasitəsilə əlaqə saxlamışdır. 2022-ci ilin dekabr ayında onun istifadəsində olan mobil telefonuna yoxlanışa getmək üçün Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində onlayn növbə tutması və göstərilən vaxtda həkim müayinəsindən keçməsi barədə mesaj gəlmişdir. O, mesajda göstərilən vaxtda Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yoxlanışdan keçmək üçün getsə də, müəssisə əməkdaşları onu yoxlanışa buraxmamışlar. Bundan sonra o, yaşadığı evə getmiş və A.M.Qasımova zəng edərk, onu yoxlanışa buraxmadıqlarını xəbər vermişdir. A.M.Qasımov yoxlanışa getmək üçün 3.000 manat pul verməli olduğunu və yalnız bundan sonra yoxlanışa gedə biləcəyini ona bildirmişdir. O, həmin vaxt A.M.Qasımova inanmamış və sonuncuya 3.000 manat pul verməkdən imtina etmişdir. Lakin bir neçə dəqiqə sonra onun mobil telefonuna tanımadığı mobil nömrədən zəng gəlmiş və o, telefona cavab verdiyi vaxt zəng edən şəxs özünü ona Yusif adlı həkim kimi təqdim etmişdir. Həmin şəxs Respublika Əlillərin Bərpa Mərkəzində işlədiyini, hazırda sənədlərinin onda olduğunu və sənədləri təsdiq etməsi üçün A.M.Qasımovun ondan istədiyi məbləğdə pul vəsaitini sonuncuya verməli olduğunu bildirmişdir. O¸ həmin şəxsdən şübhələndiyi üçün əvvəllər Azərbaycan Respublikası Maliyyə Nazirliyində işləyən tanışına zəng edərək, Respublika Əlillərin X63 adı həkimin işləyib-işləmədəiyini soruşmuşdur. Tanışı Respublika Əlillərin X63 adlı həkimin çalışdığını təsdiq etdikdən sonra o, A.M.Qasımova zəng edərək, növbəti gün pulu verə biləcəyini bildirmişdir. O, 27 dekabr 2022-ci il tarixdə özünəməxsus avtomobil vasitəsilə Cəlilabad şəhərində yerləşən “Accessbank” açıq səhmdar cəmiyyətinin binasının qarşısına getmiş və orada A.M.Qasımovu gözləməyə başlamışdır. Həmin vaxt A.M.Qasımovun oğlu Təqsirləndirilən şəxs ona yaxınlaşaraq, atası tərəfindən ondan pul almaq üçün göndərildiyini bildirmişdir. O əsəbiləşərək Təqsirləndirilən şəxs neçə yaşı olduğunu soruşmuş, sonuncu isə 17 yaşı olduğunu ona demişdir. O, Təqsirləndirilən şəxs uşaq olduğunu bildirərək, belə işlərlə məşğul olmamasını tapşırmış və atası A.M.Qasımovu həmin yerə çağırmasını tapşırmışdır. Həmin vaxtdan bir neçə dəqiqə sonra A.M.Qasımov onun istifadəsində olan mobil telefona zəng edərək, Cəlilabad rayonunda yerləşən “İran bazarı” adlı bazarın yanına gəlməsini xahiş etmişdir. O, idarə etdiyi avtomobil vasitəsilə həmin şəxsin dediyi yerə getmişdir. Həmin yerə A.M.Qasımov və oğlu taksi vasitəsilə gəlmişlər. O, həmin vaxt da Təqsirləndirilən şəxs məzəmmət edərək, hələ uşaq olduğunu bildirmiş və belə işlərlə məşğul olmamasını tapşırmışdır. O və A.M.Qasımov ona məxsus nəqliyyat vasitəsində əyləşərək, söhbət etmişlər, Təqsirləndirilən şəxs isə çöldə olmuşdur. O, A.M.Qasımovla söhbətini bitirdikdən sonra həmin şəxsə 3.000 manat pul verməyə razı olsa da, həmin pulu nağd qaydada verməkdən imtina etmişdir. O, sonradan ödəniş etdiyini təsdiq edən qəbzin sübut kimi onda qalması üçün həmin məbləğdə pul vəsaitini A.M.Qasımova ödəniş terminalı vasitəsilə təqdim etməyə qərar vermişdir. O, bundan sonra Cəlilabad rayonu, Alar kəndinə getmiş, A.M.Qasımov və oğlu da onun arxası ilə taksi vasitəsilə həmin kəndə gəlmişlər. O, “Alar market” adlı mağazada quraşdırılmış ödəniş terminalı vasitəsilə Yusif adlı həkimin ona zəng vurduğu nömrədən “WhatsApp” mobil tətbiqi vasitəsilə ona göndərilmiş kart hesabına 3.000 manat pul göndərmişdir. O, həmin vaxt kart hesabının A.M.Qasımova məxsus olduğunu güman etmişdir. Bundan sonra o, müayinədən keçmiş və A.M.Qasımovdan xəbər gözləməyə başlamışdır. 07 yanvar 2023-cü il tarixdə o, Biləsuvar rayonu, Əsgərabad kəndində yerləşən “Qoz bağı” adlı kafedə olduğu vaxt A.M.Qasımov ona zəng edərək, sənədlərinin 100 faiz təsdiq ediləcəyini və portala yerləşdiriləcəyini bildirərək, ondan təkrarən 3.400 manat pul istəmişdir. O, bundan sonra həmin şəxsi əyləşdiyi kafeyə çağırmışdır. Həmin vaxtdan bir qədər sonra A.M.Qasımov onun yanına gəlmiş və ona müddətsiz olaraq İİ dərəcəli əlillik dərəcəsi təyin edildiyini göstərən sənədi ona təqdim edərək, 01 noyabr 2021-ci il tarixdən hesablanmaqla, əlilliyə görə pensiya alacağını demişdir. O, üzərində daşıdığı, 2015-ci ilə aid portaldan çıxarışla A.M.Qasımovun ona verdiyi sənədi müqayisə etmiş və hər iki sənədinin eynilik təşkil etdiyi ona məlum olmuşdur. Buna görə də o, A.M.Qasımova inanmış və sonuncuya həmin vaxt 2.000 ABŞ dolları məbləğində pul vermişdir. Həmçinin A.M.Qasımov çıxarışın 1 həftə ərzində portalda yerləşdiriləcəyini ona bildirmişdir. O, hətta pensiyasının bərpa edildiyinə inanaraq, bir neçə dostuna qonaqlıq da vermişdir. O, həmin vaxtdan sonra A.M.Qasımovla və Yusif adlı həkimlə bir neçə dəfə danışsa da, sonradan həmin şəxslər onun zənglərinə cavab verməmişlər. O, bir müddət sonra A.M.Qasımovun onu aldatdığını yəqin etmiş və buna görə də sonuncunun ailə üzvlərindən pulunu qaytarmalarını tələb etmişdir. Həmin şəxsin qardaşı ona pulunu qaytaracağına dair vəd versə də, sonuncu ona pulunu qaytarmamışdır. Buna görə də o, məcbur qalaraq, Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. O, şöbənin təhqiqat bölməsinin təhqiqatçısı Araz Babayevə izahat vermiş və sonuncu A.M.Qasımovun axtarıldığını ona bildirmişdir. O, həmin təhqiqatçı və istintaq bölməsinin rəisi ilə razılaşaraq, A.M.Qasımovun təslim olması məqsədi ilə sonuncunun ailə üzvlərinin, yəni arvadının və oğlu Təqsirləndirilən şəxs da həmin şəxslə əlbir olaraq, ona qarşı dələduzluq etmələri barədə izahat vermişdir. Lakin yalnız A.M.Qasımov ondan pul alaraq, ona pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər vermiş, həmin şəxsin arvadının və oğlunun isə heç bir təqsiri olmamışdır. Onun planı uğurla nəticələnmiş və A.M.Qasımov hüquq-mühafizə orqanlarına təslim olmuşdur. Sonradan Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Şamil Həsənli onu polis şöbəsinə çağıraraq, Biləsuvar rayon prokurorunun dəyişdirildiyini və istintaq zamanı verdiyi ifadələrin doğruluğunu təsdiqləməli olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs ona qarşı heç bir cinayət törətmədiyini Şamil Həsənliyə bildirsə də, sonuncu onun ifadəsindən Təqsirləndirilən şəxs adını çıxaracağını ona söyləmişdir. Buna görə də o, ifadəsinin düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. O, hətta istintaq bölməsinin rəisinə də məhkəməyə çağırıldığı vaxt Təqsirləndirilən şəxs ona qarşı heç bir cinayət törətmədiyini bildirəcəyini desə də, həmin şəxs onunla razılaşaraq, heç bir problemin olmadığını, məhkəmədə istədiyi məzmunda ifadə verə biləcəyini ona bildirmişdir. Sonradan A.M.Qasımovun bacısı hissə-hissə əvvəlcə 3.000 manat, daha sonra isə 5.400 manat məbləğində olmaqla, pulunu ona geri qaytarmışdır. Buna görə də onun hazırda təqsirləndirilən şəxsin atasına qarşı hər hansı tələbi və ya iddiası yoxdur. Həmçinin o bildirdi ki, o, əvvəlcə Yusif adlı həkimin A.M.Qasımov olduğundan şübhələnsə də, lakin sonuncuya onun yanında olduğu vaxt Yusif adlı şəxs zəng etdiyinə görə onun şübhələri əsassız çıxmışdır. O, Yusif adlı həkimin kim olduğunu bilmir. O, Təqsirləndirilən şəxs ilə cəmi bir dəfə 27 dekabr 2023-cü il tarixdə görüşmüş, daha sonra isə həmin şəxslə heç vaxt əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs ondan pul almamış və ya ona hər hansı vəd verməmişdir. Onun hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı iddiası, tələbi və ya şikayəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 göstərdi ki, o, Cəlilabad rayonu, Qarazəncir kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, A.M.Qasımovu həmkəndlisi kimi tanısa da, həmin şəxslə hər hansı əlaqəsi olmamışdır. O, ətrafında olan şəxslərdən A.M.Qasımovun əlilliyə görə pensiya düzəltməklə məşğul olduğunu eşitmiş və sonuncu ilə görüşərək, ona da əlillik dərəcəsi təyin etdirməsini xahiş etmişdir. A.M.Qasımov ona pensiya düzəltməkdə kömək etməyə razılıq verərək, ondan zəhmət haqqı kimi 2.500 manat pul istəmişdir. O, həmin şəxsə yalnız 2.300 manat pul verəcəyini bildirmiş, sonuncu da həmin məbləğlə razılaşmışdır. 2019-cu ilin noyabr ayının sonlarında o, 2.300 manat məbləğində pulu nağd şəkildə yaşadığı Cəlilabad rayonu, Qarazəncir kəndində A.M.Qasımova təqdim etmişdir. Həmin vaxt onların yanında A.M.Qasımovun oğlu Təqsirləndirilən şəxs olmuş və sonuncu onun atasına pul verdiyinə şahid olmuşdur. Lakin o, təqsirləndirilən şəxslə danışmamış və ya həmin şəxsə pul verməmişdir. O, həmin vaxtdan sonra A.M.Qasımovla telefon vasitəsilə əlaqə saxlamış və məsələ barədə məlumat almışdır. Həmçinin o, yaşadığı kənddə Təqsirləndirilən şəxsla rastlaşdığı vaxt sonuncudan A.M.Qasımov və pensiysının düzəlib-düzəlmədiyi barədə maraqlanmış, lakin Təqsirləndirilən şəxs hər dəfə onun sözlərini atasına çatdıracağını demişdir. A.M.Qasımov ona 2-3 ay ərzində əlilliyə görə pensiya təyin edirəcəyini vəd etsə də, ona verdiyi vədə əməl etməmişdir. O, A.M.Qasımovun onu aldatdığını anlamış və buna görə də sonuncudan pulunu geri qaytarmasını tələb etmişdir, lakin həmin şəxs onun pulunu qaytarmamışdır. Buna görə də o, A.M.Qasımov barəsində Cəlilabad rayon polis şöbəsinə şikayət etmişdir. Həmçinin o bildirdi ki, Yusif adlı həkim ona zəng vurmamışdır. Cinayət işinin istintaqı zamanı A.M.Qasımovun ailə üzvləri onun 1.600 manat məbləğində pulunu geri qaytarmışlar. Təqsirləndirilən şəxs ona hər hansı vəd verməmiş, habelə o, həmin şəxsə hər hansı məbləğdə pul verməmişdir. Onun hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı iddiası, tələbi və ya şikayəti yoxdur. Zərərçəkmiş şəxs8 məhkəmədə göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayır. O, kənd sakinləri arasında “Mirxas” adı ilə tanınan K.M.Salmanovu uzaqdan tanımış və həmin şəxslə heç bir münasibəti olmamışdır. O, A.M.Qasımovu tanımamış, yalnız həmin şəxsin onun qonşusuna borcu olduğunu bilmişdir. O, ürəyində olan problemlərlə əlaqədar 2011-ci ildən İİ qrup əlil olduğu üçün əlilliyə görə pensiya almışdır. 2020-ci ildə onun pensiyası kəsilərək, ona təyin edilmiş əlillik dərəcəsi ləğv edilmişdir. O, pensiyasının bərpa edilməsi məqsədi ilə bir neçə dəfə müvafiq dövlət orqanına müraciətlər ünvanlasa da, onun pensiyasının bərpa edilməsindən imtina edilmişdir. O, 2022-ci ilin noyabr ayında Bakı şəhərinə getmək məqsədi ilə əyləşdiyi taksidə olan tanışı Zərərçəkmiş şəxs4 özünün də pensiyasının kəsildiyini, lakin K.M.Salmanovun onun pensiyasını bərpa etdirdiyini deyərək, sonuncunun göndərdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətini ona göstərmişdir. Bundan sonra o, K.M.Salmanovdan pensiyasını bərpa etdirmək üçün kömək istəmək qərarına gəlmişdir. 27 noyabr 2022-ci il tarixdə yaşadığı Cəlilabad rayonu, Təzəkənd kəndində baş tutan yas mərasimində iştirak etdiyi vaxt onunla eyni masada K.M.Salmanov əyləşmişdir. O, həmin vaxt K.M.Salmanova İİ qrup əlil olduğuna görə pensiya aldığını, lakin 2020-ci ildə həmin pensiyanın verilməsinin dayandırıldığını bildirmiş və sonuncudan pensiyasını bərpa etdirməkdə ona kömək etməsini xahiş etmişdir. K.M.Salmanov ona pensiyasını bərpa etməkdə yardım edəcəyinə dair vəd vermişdir. Həmin gün, axşam saatlarında K.M.Salmanov ona zəng edərək, onun pensiyasının bərpa etdirilməsində kömək etməsi üçün Bakı şəhərində işləyən həkim tanışı ilə danışacağını bildirmiş və ondan şəxsiyyət vəsiqəsinin fotoşəklini göndərməsini istəmişdir. Həmin vaxt K.M.Salmanov tanışı olduğunu dediyi həkimin adını ona deməmişdir. O, “WhatsApp”mobil tətbiqi vasitəsilə həmin şəxsə şəxsiyyət vəsiqəsinin fotoşəklini göndərmişdir. 28 noyabr 2022-ci il tarixdə, axşam saatlarında K.M.Salmanov ona zəng edərək, həkim tanışı ilə danışdığını, sonuncunun ona yardım edəcəyini və pensiyasının bərpa edilməsi üçün 1.600 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt K.M.Salmanov ona adının qeyd edildiyi və şəklinin əks olunuğu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın fotoşəklini göndərmişdir. Həmin sənəddə ona müddətsiz olaraq İİ dərəcəli əlillik təyin edildiyi qeyd edilmişdir. Buna görə də o, K.M.Salmanova inanmış və tanışlarından borc alaraq topladığı 1.600 manat məbləğində pulu oğlu vasitəsilə həmin gün, saat 21 radələrində Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən “Al market” mağazasında quraşdırılmış ödəmə terminalı vasitəsilə K.M.Salmanovun ona göndərdiyi bank kartı hesabına küçürtdürmüşdür. Həmin vaxt K.M.Salmanov 1 ay ərzində onun pensiyasını bərpa etdirəcəyini ona demişdir. O, sonradan həmin şəxsin ona göndərdiyi sənədi Dövlət Sosial Müdafiə Fondunda çalışan tanışına “WhatsApp” mobil tətbiqi vasitəsilə göndərmişdir. Tanışı ona səsli mesaj göndərərək, həmin sənədin düzgün olduğunu, lakin sorğu kodunun sənəddə göstərilmədiyini ona bildirmişdir. Bundan sonra o, tanışının ona göndərdiyi audio mesajı K.M.Salmanova göndərmiş, daha sonra isə sonuncu tanışı olan həkimin səsini özündə əks etdirən səsli mesajı ona göndərmişdir. Həmin mesajda K.M.Salmanovun tanışı olan həkim bildirmişdir ki, ona göndərilən sənəddə sorğu kodu yoxdur, çünki sorğu kodu rayonlardan göndəriş alan xəstələrin sənədlərində qeyd edilir, lakin o, özü Respublika Əlillərin Bərpa Mərkəzində işlədiyi üçün birbaşa sənədi təsdiq etmişdir, buna görə də sənəddə kod qeyd edilməmişdir. O, həmin şəxsin ona verdiyi izahata inansa da, həmin vaxtdan 3-5 ay keçməsinə baxmayaraq, onun pensiyası bərpa edilməmşdir. O, K.M.Salmanov ilə əlaqə saxlayaraq, məsələnin həll olunub-olunmadığı ilə maraqlanmış, sonuncu isə onun edə biləcəyi nəsə olmadığını, A.M.Qasımov ilə əlaqə saxlamalı olduğunu ona demişdir. O, həmin vaxta qədər K.M.Salmanovun A.M.Qasımov ilə əlbir olduğunu bilməmişdir. Bundan sonra o, həmin şəxslərdən pulunu geri qaytarmalarını tələb etsə də, sonuncular onun pulunu qaytarmamışlar. Buna görə də o, Cəlilabad rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, K.M.Salmanovun və A.M.Qasımovun dələduzluq yolu ilə onun 1.600 manat məbləğində pulunu ələ keçirmələri barədə şikayət etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı A.M.Qasımovun qohumları tərəfindən onun pulunun 500 manat məbləğində hissəsi geri qaytarılmışdır. Həmçinin o bildirdi ki, o, sonradan K.M.Salmanovun həkim adı ilə ona tanıtdığı və səsli mesajını göndərdiyi şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir və bu hal da sonuncunun atası A.M.Qasımov və K.M.Salmanovla əlbir olaraq, ona qarşı dələduzluq etdiklərini göstərir. O, ibtidai istintaq zamanı K.M.Salmanovun ona göndərdiyi kart hesabının A.M.Qasımovun arvadı Şahid1 məxsus olduğunu öyrənmişdir. Bundan başqa, 07 dekabr 2022-ci il tarixdə o, qardaşı Q.M.Bayranovun evində olduğu vaxt K.M.Salmanov onun mobil telefonuna zəng edərək, “həkim zəng edib Bakıda təcili bir nəfər şəxs lazımdır, onun əlillik məsələsini həll edə bilərik.” məzmununda sözlər demişdir. Buna görə də o, Q.M.Bayranovu da sonuncunun əlilliyə görə aldığı pensiyanı bərpa etdirmək məqsədi ilə K.M.Salmanova yönləndirmişdir. Sonda, Zərərçəkmiş şəxs8 təqsirləndirilən şəxsin ona vurduğu maddi zərəri ödəmədiyini və onunla barışığa nail olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, o, Lənkəran-Astara Regional Təhsil İdarəsində müəllim işləyir. Onun oğlu Ayxan Sadıqlı astma xəstəsi olduğu üçün əlilliyə görə pensiya almış, lakin 2020-ci ildə artıq astma xəstələrinə əlillik dərəcəsinin təyin edilməsi dayandırıldığı üçün həmin pensiyanın verilməsi dayandırılmışdır. O, dəfələrlə müvafiq orqanlara oğlunun pensiyasının bərpa olunması üçün müraciət etsə də, lakin sonuncunun əlavə olaraq reabilitasiyaya ehtiyacı olduğu bildirilərək, həmin pensiyanın bərpa edilməsindən imtina edilmişdir. O, A.M.Qasımovu sonuncunun arvadı Şahid1 vasitəsilə tanımışdır. Belə ki, 2021-ci ilin avqust ayında o, gözəllik salonunda olduğu vaxt Şahid1 da həmin yerdə olmuşdur. O, Şahid1 ilə söhbət etdiyi vaxt oğlunun əlil olduğunu, lakin pensiyasnın kəsildiyini demişdir. Həmin vaxt Şahid1 ona əri A.M.Qasımovun pensiya düzəltmək işi ilə məşğul olduğunu bildirmişdir. Buna görə də o, Şahid1 oğlu Ayxanın pensiyasını bərpa etdirmək istədiyini söyləmiş, sonuncu isə bu barədə ərinə məlumat verəcəyini bildirərək, ondan sonradan əlaqə saxlamaq məqsədi ilə telefon nömrəsini almışdır. O, bundan sonra tanışları vasitəsilə A.M.Qasımov haqqında maraqlanmış və həmin şəxsin, həqiqətən də, pensiya düzəltməklə məşğul olduğunu yəqin etmişdir. Həmin vaxtdan bir həftə sonra A.M.Qasımov onun mobil telefonuna zəng edərək, səhəri gün oğlunun pensiya sənədlərinin düzəldilməsi ilə bağlı qeydiyyatdan keçmək üçün sonuncunun şəxsiyyət vəsiqəsini özü il birlikdə gətürərək, Cəlilabad rayon mərkəzi xəstəxanasına getməsini tapşırmışdır. O, həmin vaxt oğlu Ayxanı da gətirməli olub-olmadığını A.M.Qasımovdan soruşmuş, lakin sonuncu uşağı özü ilə gətirməsinə zərurət olmadığını ona bildirmişdir. Buna görə də o, səhəri gün Cəlilabad rayon mərkəzi xəstəxanasına getmiş və orada bir şəxs ona yaxınlaşaraq, özünün A.M.Qasımov kimi ona təqdim etmişdir. O, həmin vaxta qədər A.M.Qasımov ilə şəxsən tanış olmamışdır. Həmçinin həmin vaxt A.M.Qasımovun yanında onun sonradan adını bildiyi oğlu Təqsirləndirilən şəxs da olmuşdur. O, həmin gün xəstəxanada Yusif adlı həkimin qəbulunda olmuş və həmin şəxs kameraya yaxınlaşaraq, qeydiyyatdan keçməkdə ona köməklik etmişdir. A.M.Qasımovu və Təqsirləndirilən şəxs xəstəxana əməkdaşları tanıdığı üçün onda həmin şəxslərə qarşı inam yaranmışdır. A.M.Qasımov ondan oğlunun pensiyasının bərpa edilməsi üçün 4.000 manat pul istəmişdir. Həmçinin o, söhbət etdikləri vaxt A.M.Qasımova gözündə görmə zəifliyinin olduğunu bildirmiş və buna görə də sonuncu onun üçün də əlilliyə görə pensiya təyin etdirə biləcəyini və bunun müqabilində 5.000 manat pul alacağını ona demişdir. Buna görə də o, A.M.Qasımovun sözlərinə inanıb oğlu Ayxanın pensiyasının bərpa olunması, həmçinin özünə pensiya düzəltməkdə köməklik göstərməsi qarşılığında həmin şəxsə ümumilikdə 9.000 manat pul verməyə razılaşmışdır. Həmin vaxtdan təxminən 4-5 gün sonra, 2021-ci ilin avqust ayının əvvəllərində axşam saatlarında A.M.Qasımov ona zəng edərək, sistemdə 2 yer açıldığını, onu və oğlunu qeydiyyatdan keçirməli olduğunu bildirərək, dərhal razılaşdıqları məbləği, yəni 9.000 manat pulu verməsini istəmişdir. O, səhəri gün A.M.Qasımova zəng edərək, pulun hazır olduğunu və gəlib-götürməsini söyləmişdir. Buna görə də həmin vaxtdan bir neçə saat sonra A.M.Qasımov oğlu Təqsirləndirilən şəxs ilə birlikdə taksi vasitəsilə onun yaşadığı evə gəlmiş və ondan 9.000 manat məbləğində pulu almışdır. A.M.Qasımov ondan pulu aldıqdan sonra oğlu Təqsirləndirilən şəxs vermiş və sonuncu pulu sayıb, təkrarən atasına qaytarmışdır. Həmin vaxtdan sonra A.M.Qasımov onu dəfələrlə yoxlamalardan keçmək məqsədi ilə Cəlilabad rayon mərkəzi xəstəxanasına çağırmış və o da həmin yoxlamalardan keçmişdir. Həmin müayinələr zamanı Təqsirləndirilən şəxs da atasının yanında olmuş və ona oğlunun və özünün pensiyasının yaxın zamanda düzələcəyini vəd etmişdir. O, dəfələrlə “WhatsApp” mobil tətbiqində təqsirləndirilən şəxslə əlaqə saxlamış, sonuncu hər dəfə pensiyasının yaxında düzələcəyini bildirərək, onu inandırmışdır. Hətta Təqsirləndirilən şəxs onun və oğlunun pensiyasının 100 faiz düzəldiyini deyərək, onun üçün tort da sifariş vermişdir. A.M.Qasımov və Təqsirləndirilən şəxs ona oğlu Ayxanın və onun özünün pensiyasının 6 ay ərzində düzələcəyini bildirsələr də, həmin şəxslər söz verdikləri müddət ərzində verdikləri vədə əməl etməmişlər. Bundan sonra o, Cəlilabad rayon sakinlərindən A.M.Qasımov haqqında maraqlanmış və sonuncunun pensiya düzəltmək adı ilə bir çox şəxsin pulunu aldığını, lakin qaytarmadığını, habelə bir neçə şəxsə pensiya təyin etdirsə də, lakin 2-3 ay sonra həmin pensiyaların verilməsinin dayandırıldığını öyrənmişdir. O, bundan sonra A.M.Qasımovdan və Təqsirləndirilən şəxs pulunu geri qaytarmalarını tələb etmiş, onlar isə hər dəfə müxtəlif bəhanələr gətirərək, aldıqları pulu geri qaytarmaqdan boyun qaçırmışlar. Buna görə də o, 2022-ci ilin noyabr ayında A.M.Qasımovun və Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etmələri barədə Cəlilabad rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı A.M.Qasımov onun pulundan əvvəlcə 250 manat, sonradan isə 400 manat, cəmi 650 manat ödəmişdir. Hazırda təqsirləndirilən şəxs və atası A.M.Qasımov onun verdiyi pulun 8.350 manat məbləğində hissəsini ona geri qaytarmamışlar. Təqsirləndirilən şəxsin anası Şahid1 ondan pul almamış və ya ona hər hansı formada oğlunun və ya özünün pensiyasının düzəldilməsi ilə bağlı vəd vermmişdir. Şahid1 yalnız bir dəfə onun evinə gələrək, şikayətini geri götürməsini xahiş etmişdir. O isə həmin şəxslə razılaşmayaraq, ona vurulmuş ziyanın tam olaraq ödənilməyəcəyi təqdirdə, ərizəsini geri götürməyəcəyini bildirmişdir. Sonda, Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsin ona vurduğu maddi zərəri ödəmədiyini və onunla barışığa nail olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, K.M.Salmanovu Cəlilabad rayonu, Üçtəpə kənd sakini kimi tanımış, lakin həmin şəxslər hər hansı münasibəti və ya əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs4 onun qaynatasıdır. Onun arvadı X41 şəkər və digər xəstəliklərdən əziyyət çəkmiş, buna görə də o, arvadına pensiya düzəltdirmək üçün sənədlərin bir hissəsini toplamış, lakin sonradan işlərinin çox olması səbəbindən həmin sənədləri müvafiq dövlət orqanına göndərə bilməmişdir. 2022-ci ilin noyabr ayının sonlarında arvadı Ş.Ş.İsayeva ona atası Zərərçəkmiş şəxs4 K.M.Salmanov vasitəsilə nəvəsi Ziyaya və qohumu Rüqəyya adlı şəxsə pensiya düzəltdirəcəyini bildirmiş və ondan özünün də pensiyasını düzəltməkdə K.M.Salmanovdan kömək istəməsini xahiş etmişdir. O da Ş.Ş.İsayevaya pensiya düzəltmək üçün nə qədər pul lazım olduğunu atasından soruşub, ona məlumat verməsini demişdir. Sonradan isə Ş.Ş.İsayeva ona K.M.Salmanovun 1.800 manat pul istədiyini bildirmiş və həmin şəxsin göndərdiyi bank kartının fotoşəklini onun mobil telefonuna “WhatsApp” mobil tətbiqi vasitəsilə göndərmişdir. O, 1.800 manat pulu özü K.M.Salmanovun verdiyi kart hesabına göndərməmiş, həmin pul vəsaitini sonuncuya təqdim etməsi üçün qayınatası Zərərçəkmiş şəxs4 göndərmişdir. Həmin pul göndərildikdən bir neçə saat sonra isə Zərərçəkmiş şəxs4 K.M.Salmanovun ona göndərdiyi sənədi “WhatsApp” mobil tətbiqi vasitəsilə arvadı Ş.Ş.İsayevaya yönləndirmişdir. Həmin sənəddə Ş.Ş.İsayevaya əlillik dərəcəsi təyin edildiyi göstərilsə də, o, həmin sənədin qısa müddət ərzində hazırkanmasından şübhələnərək, K.M.Salmanovun onları aldatdığını arvadına bildirmişdir. Lakin Ş.Ş.İsayeva onun sözləri ilə razı olmadığlna görə o, həmin məsələyə müdaxilə etməmək qərarına gəlmişdir. O, K.M.Salmanov ilə şəxsən əlaqədə olmamış, sonuncu ilə bütün danışıqları qayınatası Zərərçəkmiş şəxs4 aparmışdır. O, A.M.Qasımovu və sonuncunun oğlu Təqsirləndirilən şəxs tanımamış, habelə həmin şəxslər ona hər hansı vəd verməmişlər. Həmçinin o, təqsirləndirilən şəxsə və ya sonuncunun atasına hər hansı məbləğdə pul verməmişdir. Onun qayınatası Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı hər hansı iddiası, tələbi və ya şikayəti yoxdursa, onun da təqsirləndirilən şəxsə qarşı hər hansı tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 göstərdi ki, o, Cəlilabad rayonu, Kazımabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. O, bədənində olan yanıq xəsarətlərinə görə İİ dərəcəli əlil kimi pensiya almış, lakin həmin pensiyanın verilməsi 2021-ci ilin dekabr ayında dayandırılmışdır. O, pensiyasının bərpa edilməsi məqsədi ilə lazım olan bütün sənədləri toplayaraq, müvafiq dövlət orqanına tədim etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Masallı rayonunda yaşayan tanışı ona pensiyasının verilişinin bərpa edilməsində A.M.Qasımov adlı şəxsin köməklik göstərə biləcəyini demişdir. O, həmin şəxsdən onun istifadəsində olan nömrəni A.M.Qasımov adlı şəxsə verməsini xahiş etmişdir. Həmin vaxtdan bir həftə sonra A.M.Qasımov ona zəng edərək, xəstəliyi ilə maraqlanmış və onlar Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən Cəlilabad rayon təhsil şöbəsinin qarşısında görüşmək barədə razılaşmışlar. Onlar 2022-ci ilin fevral ayının ortalarında təyin etdikləri yerdə görüşmüşlər və A.M.Qasımov ona 3.000 manat pul qarşılığında pensiyasını bərpa etməkdə kömək edəcəyini bildirmişdir. O, A.M.Qasımova tələb etdiyi məbləğin çox olduğunu demiş, sonuncu isə 1.900 manat pul qarşılığında ona kömək edəcəyini söyləmişdir. O, A.M.Qasımovun təklif etdiyi məbləğlə razılaşaraq, həmin yerdə də A.M.Qasımova nağd qaydada 1.200 manat pul vermişdir. Həmin vaxt onlar tək olmuşlar, yanlarında A.M.Qasımovun oğlu Təqsirləndirilən şəxs və ya başqa hər hansı şəxs olmamışdır. Həmin vaxtdan təxminən 1 ay sonra A.M.Qasımov ona təkrarən zəng edərək, pensiyasının düzələcəyini və sənədləri topladığını bildirərək, əlavə olaraq 500 manat pul verməsini istəmişdir. O, həmin şəxsə pulun hazır olduğunu və gəlib-götürə biləcəyini bildirmişdir. Bundan sonra A.M.Qasımov ağ rəngli avtomobil vasitəsilə onun yaşadığı kəndə gəlmiş və o, həmin şəxsə 500 manat pulu vermişdir. Həmin vaxt A.M.Qasımov ona oğlu Təqsirləndirilən şəxs da onunla birlikdə gəldiyini bildirmişdir. O, ilk dəfə Təqsirləndirilən şəxs həmin vaxt görmüş, lakin sonuncu nəqliyyat avsitəsindən yerə düşməmişdir. Həmin vaxtdan 15 gün sonra A.M.Qasımov ona zəng edərək, pensiyasının düzəlmək üzrə olduğunu bildirmiş və ondan qalan 200 manat pulu da verməsini tələb etmişdir. O, A.M.Qasımova pulu gəlib-götürə biləcəyini dedikdən sonra sonuncu pulu ondan götürmək üçün oğlu Təqsirləndirilən şəxs göndərəcəyini ona söyləmişdir. Həmin gün Təqsirləndirilən şəxs taksi vasitəsilə onun yaşadığı kəndə gəlmiş və onlar kənddə yerləşən mağazanın qarşısında görüşmüşlər. O, təqsirləndirilən şəxsə 200 manat pulu verdikdən sonra pensiyasının bərpa edilməsi vəziyyəti ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs isə ona 3-4 gün ərzində pensiyasının bərpa ediləcəyini, atasının pensiya düzəltməklə məşğul olduğunu, başqa şəxslərə də pensiyaların düzəlməsində kömək etdiklərini, özünün polis olduğunu və atasına həmin işlərdə yardım göstərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs pulu ondan aldıqdan sonra gəldiyi taksiyə əyləşərək, geri qayıtmışdır. Həmin vaxtdan 1 ay keçdikdən sonra o, pensiyasının bərpa edilib-edilməməsini yoxlamış və A.M.Qasımovun ona verdiyi vədə əməl etməyərək, pensiyasını bərpa etdirmədiyi ona məlum olmuşdur. O, bundan sonra A.M.Qasımovdan həmin şəxsə verdiyi pulu geri qaytarmasını tələb etsə də, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək, onun pulunu qaytarmamışdır. O artıq dözməyərək, A.M.Qasımovun evinə getmiş və sonuncudan pulunu qaytarmasını tələb etmişdir. Lakin həmin vaxt A.M.Qasımov ona pulunu qaytarmayacağını bildirdiyinə görə o, Cəlilabad rayon polis şöbəsinə sonuncunun onu aldadaraq, 1.900 manat pulunu ələ keçirməsi barədə şikayət etmişdir. A.M.Qasımovun barəsində aparılan cinayət işi üzrə o, Lənkəran Ağır Cinayətlər Məhkəməsində olduğu vaxt sonuncunun qohumları onun həmin şəxsə verdiyi pulun 1.400 manat məbləğində hissəsini qaytarmışlar. O, artıq A.M.Qasımovdan və ya sonuncunun oğlu Təqsirləndirilən şəxs pulunun qalan 500 manat məbləğində hissəsini tələb etmir. O, həmin pulu A.M.Qasımova bağışlamışdır. Onun hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı iddiası, tələbi və ya şikayəti yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Cəlilabad rayonunda yerləşən tikinti materialları satılan mağazada satıcı işləyir. O, A.M.Qasımovu və sonuncunun oğlu Təqsirləndirilən şəxs işlədiyi mağazanın müştəriləri kimi uzun müddət əvvəl tanımış, həmçinin A.M.Qasımovun pensiya düzəltməklə məşğul olduğundan da məlumatı olmuşdur. 2021-ci ilin yay aylarında A.M.Qasımov onun işlədiyi mağazaya gəldiyi vaxt ona pensiya düzəltməkdə kömək edə biləcəyini ona demişdir. Belə ki, o və arvadı X32 əlilliyə görə pensiya alsalar da, sonradan həmin pensiyaların verilməsi dayandırılmışdır. O, A.M.Qasımovun təklifi ilə razılaşmış, sonuncu isə onların pensiyalarının bərpa edilməsi üçün 5.000 manat pul lazım olduğunu bildirmişdir. O, A.M.Qasımova pul verməkdən imtina etmiş, yalnız özünün və arvadının pensiyaları bərpa edildikdən sonra sonuncuya pul verə biləcəyini demişdir. Bundan sonra 2022-ci ilin noyabr ayının əvvəllərində arvadı Ş.M.Fərzəliyeva A.M.Qasımov və Təqsirləndirilən şəxs ilə birlikdə Cəlilabad rayon xəstəxanasına yoxlanışdan keçmək üçün getmiş, həmin vaxt o da Ş.M.Fərzəliyeva ilə birlikdə xəstəxanaya getmişdir. Ş.M.Fərzəliyeva yoxlanışdan keçmək üçün həkimin qəbuluna girmiş və bir neçə dəqiqə sonra isə çıxmışdır. O, həmin gün xəstəxanada A.M.Qasımova nağd şəkildə 2.000 manat pul vermiş və həmin vaxt sonuncun yanında oğlu Təqsirləndirilən şəxs da olmuşdur. Qalan pulu isə hissə-hissə olmaqla Təqsirləndirilən şəxs ondan almışdır. Belə ki, arvadı yoxlanışdan keçdikdən sonra o, tanışlarından A.M.Qasımovun pensiya düzəltmək adı ilə bir sıra şəxsin pulunu alaraq, geri qaytarmadığını eşitmiş və buna görə də həmin şəxsə qarşı onda inamsızlıq yaranmışdır. Təqsirləndirilən şəxs onun iş yerinə gəldiyi zaman o, həmin şəxsə artıq atası A.M.Qasımova inanmadığını bildirmişdir. Təqsirləndirilən şəxs isə narahat olmamasını, onun və arvadının pensiyasını özünün bərpa etdirəcəyini vəd etmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs inanmış və həmin vaxtdan sonra o, yalnız Təqsirləndirilən şəxs ilə əlaqə saxlamağa başlamışdır. O, A.M.Qasımovla razılaşdıqları pul məbləğinin qalanını da Təqsirləndirilən şəxs hissə-hissə şəklində vermişdir. Belə ki, o, hadisənin baş verməsindən uzun vaxt keçdiyinə görə dəqiq tarixləri hazırda xatırlamasa da, o, 1 dəfə Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına 500 manat pul göndərmiş, bir neçə dəfə təqsirləndirilən şəxs onun işlədiyi mağazaya gələrək, ondan hər dəfə 500 manat almış, sonuncu dəfə isə 2022-ci ilin dekabr ayının ortalarında 1.500 manat almışdır. Həmçinin o, arvadını yoxlanışa apardığı vaxtdan 2-3 ay sonra Təqsirləndirilən şəxs onu iş yerinə gələrək, ona iki ədəd sənəd təqdim etmişdir. Həmin sənədlərdə ona və arvadına müddətsiz olaraq əlillik dərəcəsi təyin edildiyi qeyd edilmişdir. Təqsirləndirilən şəxs həmin sənədləri Dövlət Sosial Müdafiə Fonduna aparıb, kodu təqdim etdiyi zaman məlumatlarının sistemdə çıxacağını ona bildirmişdir. Lakin o, sonradan həmin sənədlərin saxta olduğunu öyrənmişdir. O, A.M.Qasımovun və Təqsirləndirilən şəxs onu aldatdıqlarını uzun müddət sonra anlamış və həmin şəxslərdən pulunu geri qaytarmalarını tələb etmişdir. Lakin nə A.M.Qasımov, nə də təsirləndirilən şəxs onun tələblərinə əhəmiyyət verməmişlər, buna görə də o, həmin şəxslər barəsində Cəlilabad rayon polis şöbəsinə şikayət etmişdir. Lakin cinayət işinin istintaqı zamanı A.M.Qasımovun bacısı pulunu tam həcmdə ona qaytarmışdır. Onun hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı iddiası, tələbi və ya şikayəti yoxdur. Barəsində bir neçə dəfə məcburi gətirilməsi barədə qərarlar çıxarılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirakının təmin edilməsi mümkün olmayan Zərərçəkmiş şəxs11 məhkəmədəyək icraat zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, onun A.M.Qasımov ilə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Onun doğma qardaşı X4 olan problemlərə görə bir neçə il pensiya almışdır. 2021ci ildə N.A.Aslanovun pensiyası kəsilmişdir. N.A.Aslanov xəstə olduğu üçün demək olar ki, ailəsinin maddi problemlərini o həll etmişdir. O, Cəlilabad rayonu ərazisində A.M.Qasımovun pensiya məsələləri ilə məşğul olduğunu eşitmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində o, A.M.Qasımov ilə Cəlilabad şəhəri ərazisində görüşmüş və N.A.Aslanovun pensiyasının bərpa olunması ilə bağlı köməklik göstərməsini həmin şəxsdən xahiş etmişdir. A.M.Qasımov pensiyanı bərpa etdirə biləcəyini deyərək, bunun qarşılığında 5.000 manat pul lazım olduğunu bildirmişdir. O da A.M.Qasımov ilə razılaşmışdır. 10 aprel 2022-ci il tarixdə, saat təxminən 15 radələrində o və A.M.Qasımov Cəlilabad şəhəri, Azərbaycan küçəsində görüşəmüş və o, 2.000 manat pulu həmin şəxsə vermişdir. Həmin vaxt onların yanında heç kəs olmamışdır. Onlar 22 aprel 2022-ci il tarixdə, saat təxminən 10 radələrində yenidən Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən X1rşısında görüşmüşlər. Həmin vaxt A.M.Qasımovun yanında oğlu Təqsirləndirilən şəxs da olmuşdur. O, 2.650 manat pulu A.M.Qasımova verərək, başqa imkanının olmadığını, ümumilikdə verdiyi 4.650 manat qarşılığında qardaşı N.A.Aslanovun pensiyasını bərpa etdirməsini xahiş etmişdir. A.M.Qasımov ona etiraz etməyərək, Təqsirləndirilən şəxs ilə birlikdə qısa müddət ərzində N.A.Aslanovun pensiyasının bərpa ediləcəyini vəd etmişlər. O, uzun müddət N.A.Aslanovun pensiyasının bərpa olunmadığını gördükdə, artıq aldadıldığını başa düşmüşdür. Bundan sonra o, A.M.Qasımovdan pulunu istəməyə başlamışdır. A.M.Qasımov ayrı-ayrı vaxtlarda ona 300 manat pul qaytarmışdır. Lakin A.M.Qasımov onun verdiyi pulun qalan hissəsini ona qaytarmayaraq onu müxtəlif bəhanələrlə aldatmışdır. Sonradan A.M.Qasımov onun zənglərinə də cavab verməmişdir. O, A.M.Qasımovun ona verdiyi vədə əməl etmədiyi üçün polisə şikayət etmişdir. O, A.M.Qasımovun ondan aldığı pulu kimə verəcəyini və pensiyanı necə bərpa etdirəcəyini bilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olsa da, bir neçə aydır ki, Cəlilabad rayonu, Üçtəpə kəndində, valideynləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğlu, A.M.Qasımov isə onun əridir. Onun əri A.M.Qasımovun pensiya düzəltməklə məşğul olmasından məlumatı olmamışdır. Əri A.M.Qasımovun əməlləri barədə onun həyətinə zərərçəkmiş şəxslər gələrək, pul tələb etdikləri vaxt onun xəbəri olmuşdur. Belə ki, o, 2022-ci ildə bacısı ilə birlikdə Cəlilabad şəhərində yerləşən “Kapital Bank” açıq səhmdar cəmiyyətinin inzibati binasında olduğu vaxt ödənişsiz kart paylanmasını görmüş və həmin kartdan sifariş vemişdir. Həmin vaxt bacısı da onun kimi eyni kartdan almışdır. Belə ki, onun bacısı ona vaxtaşırı olaraq maddi yardım etmək məqsədi ilə pul göndərir, lakin onun kart hesabı olmadığı üçün pulu göndərməkdə çətinliklərlə üzləşir. Buna görə də o, özünə də kartı hesabı açdırmaq üçün bank kartı sifariş etmişdir. O, həmin kartı aldıqdan sonra evinə aparmış və kartı üzərində pin kod olan zərfi ilə birlikdə sənədlərini saxladığı şkafa qoymuşdur. Onun əri A.M.Qasımovun həmin kartı götürməsindən xəbəri olmamışdır. O, yalnız istintaq zamanı A.M.Qasımovun zərərçəkmiş şəxslərə pul göndərmələri üçün verdiyi kart hesabının ona məxsus kart olduğunu öyrənmişdir. O, həmin kartdan istifadə etməmiş və ya pul məxaric etməmişdir. O, zərərçəkmiş şəxslərdən pul istəməmiş və sonuncular da ona pul verməmişlər. Onun yaşadığı evin həyətinə bir neçə nəfər şəxs gəlmişdir. O, A.M.Qasımovdan həmin şəxslərin kim olduğunu soruşsa da, sonucu ona iş gördüyünü deməklə kifayətlənmiş, nə iş ilə məşğul olması barədə məlumat verməmişdir. Onun evində kompüter və ya monitor olmamış, yalnız həyətində oğlu Təqsirləndirilən şəxs dostunun hədiyyə etdiyi kamera quraşdırılmışdır. O, Zərərçəkmiş şəxs3 adlı şəxsi əvvəllər tanımamış, sonuncunu ilk dəfə Biləsuvar rayon polis şöbəsində üzləşdirmə zamanı görmüşdür. Zərərçəkmiş Zərərçəkmiş şəxs12 isə o, əvvəllər tanımışdır, çünki həmin şəxsin bibisi onun qonşusudur. Onlar ailəvi şəkildə Zərərçəkmiş şəxs12 evinə getmiş, sonuncu da öz ailəsi ilə birlikdə onun evinə gəlmişdir. Zərərçəkmiş şəxs12 hazırda ona və oğlu Təqsirləndirilən şəxs böhtan atır. Həmin şəxsin onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığına görə o, yaşadığı kəndi tərk edərək, valideynlərinin yaşadığı Cəlilabad rayonu, Üçtəpə kəndinə köçmüşdür. O, heç vaxt Zərərçəkmiş şəxs12 evinə gedib, sonuncuya hər hənsı vəd verməmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs əlilliyə görə pensiya düzəltmək adı ilə insanları aldadıbaldatmamasından məlumatlı deyil. Məhkəmədə şahid qismində dindirilmiş X52 verdiyi ifadəsində göstərdi ki, o, uzun müddət Cəlilabad rayon mərkəzi xəstəxanasında həkim kimi çalışan Valeh Məmmədov adlı şəxslə yaxın münasibətlərdə olmuşdur. Belə ki, Valeh Məmmədov Bakı şəhərində işləyən həkim tanışlarının vasitəçiliyi ilə pensiya düzəltmək işləri ilə məşğul olmuş və o, digər şəxslərlə birlikdə həmin həkimlə əlbir olmuşdur. Lakin sonradan Valeh Məmmədov qanunsuz olaraq pensiya düzəltmək adı ilə insanlardan pul alıb, dələduzluq etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilmiş və həmin şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. O, pensiyasının düzəldilməsi məqsədi ilə müxtəlif şəxslərdən aldığı cəmi 48.640 manat pulu Valeh Məmmədova versə də, lakin sonuncu ona həmin pul vəsaitlərini qaytarmamışdır. Buna görə də onun bir çox şəxsə külli miqdarda borcu yaranmış və zərərçəkmiş şəxslər ondan pullarını istəməyə başlamışlar. Buna görə də o, ona kömək edə biləcək həkimlər olmamasına baxmayaraq, hazırki iş üzrə zərərçəkmiş şəxslərdən pensiyalarını bərpa etdirəcəyinə dair yalan vədlər verməklə, pullar almışdır. Ümumi olaraq onun törətdiyi dələduzluq cinayətləri ilə əlaqədar 25 nəfər zərərçəkmiş şəxs kimi tanınmışdır, lakin onun bacısı və qardaşı evini sataraq, 20 nəfərin pulunu ödəmişlər. Onun hələ də borclu qaldığı şəxslər isə Zərərçəkmiş şəxs12, P.M.Bayramov, Zərərçəkmiş şəxs3 və K.M.Salmanovdur. Belə ki, Zərərçəkmiş şəxs12 həmin vaxtlar Bakı şəhərinə işlədiyi zaman K.M.Salmanovla Bakı şəhərində tanış olmuş və görüşmüşdür. Onun hazırda xatırlamadığı tarixdə K.M.Salmanov ona zəng edərək, Zərərçəkmiş şəxs12 oğlunun əlil olduğunu, lakin aldığı pensiyanın dayandırıldığını bildirmiş və həmin uşağın pensiyasının bərpa edilməsində kömək göstərməsini ondan xahiş etmişdir. O, K.M.Salmanova Zərərçəkmiş şəxs12 oğlunun pensiyasını bərpa etdirəcəyinə dair vəd versə də, pensiyanın bərpa edilməsinin mümkün olmadığını əvvəlcədən bilmişdir. Lakin o, bu barədə K.M.Salmanova və ya Zərərçəkmiş şəxs12 heç bir söz deməmişdir. O, Zərərçəkmiş şəxs12 oğlunun pensiyasını bərpa etdirmək adı ilə həmin şəxsdən cəmi 240 manat istəmiş və bu məqsədlə Zərərçəkmiş şəxs12 yalnız 240 manat pul almışdır. Daha sonra isə Zərərçəkmiş şəxs12 ona zəng edərək, onda 100 nəfər şəxsə məxsus şəxsiyyət vəsiqəsinin şəklinin olduğunu və həmin şəxslərə də pensiya düzəldilməsi üçün sonuncuların şəxsiyyət vəsiqəsinin şəklini ona göndərəcəyini demişdir. Belə ki, Zərərçəkmiş şəxs12 sözügedən şəxsiyyət vəsiqələrin fotoşəklinin onun oğlu Təqsirləndirilən şəxs mobil telefonunda quraşdırılmış “WhatsApp” mobil tətbiqi vasitəsilə ona göndərmişdir. Çünki onun özünün mobil telefonu smartfon olmadığına görə o, oğlu repetiror yanında məşğələlərə getdiyi vaxt mobil telefonunu evdə qoyduğuna görə oğlu Təqsirləndirilən şəxs mobil telefonundan istifadə etmək qərarına gəlmişdir. Tanımadığı şəxslərə məxsus şəxsiyyət vəsiqələrinin fotoşəklini ona Zərərçəkmiş şəxs12 göndərsə də, həmin şəxslərin verdikləri pul vəsaitlərini onun arvadı Şahid1 məxsus bank kartı hesabına K.M.Salmanov göndərmişdir. O, özünün bank kartı olmadığına görə arvadı Şahid1 məxsus kart hesabından istifadə etmək qərarına gəlmişdir. K.M.Salmanovun müxtəlif şəxslərin pensiyasının düzəldilməsi məqsədi ilə onun arvadına məxsus kart hesabına göndərdiyi pul vəsaitlərinin bir hissəsini, zəhmət haqqı kimi K.M.Salmanova qaytarmışdır. Həmçinin o, oğlu Təqsirləndirilən şəxs mobil telefonu vasitəsilə K.M.Salmanova pul vermiş şəxslərə “WhatsApp” mobil tətbiqində müxtəlif məzmunda səs yazıları göndərmişdir. O, habelə zərərçəkmiş şəxslərə özünü Yusif adlı həkim kimi təqdim edərək, öz səsinin tanımaması üçün ağzına dəsmal qoyaraq, səsli mesajlar göndərmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs12 və K.M.Salmanov ona zərərçəkmiş şəxslərə göndədiyi səs yazılarının sürətli şəkildə danışdığına görə anlaşıqlı olmadığını bildirərək, səsli mesajları onun əvəzinə oğlu Təqsirləndirilən şəxs göndərməsini, o cümlədən telefon danışıqlarını aparmasını xahiş etmişlər. O da oğlu Təqsirləndirilən şəxs vasitəsilə bəzi zərərçəkmiş şəxslərə səsli mesajlar yollamışdır. Həmin mesajlarda və aparılmış telefon danışıqlarında Təqsirləndirilən şəxs onun tapşırdığı sözləri desə də, sonuncunun heç nədən xəbəri olmamışdır. Onun hazırda xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs12 və K.M.Salmanov onun tanımadığı, özlərini Mütəşəkkil Cinayətkalığa qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən iki nəfər şəxslə birlikdə onun evinə gələrək, ondan aldığı puları tələb etmişlər. Həmin şəxslər onu qorxutduqlarına görə o, məcbur qalıb həmin gecə tanışı olan bir mağaza sahibindən 4.000 manat pul borc alaraq, Zərərçəkmiş şəxs12 və K.M.Salmanova vermişdir. Həmin vaxt K.M.Salmanov ondan Şahbaz və Naib adlı zərərçəkmiş şəxslərin evinə gedib, pulu həmin şəxslərdən onun özünün aldığını deməsini də tələb etmişdir. Buna görə də o və arvadı Şahid1 həmin şəxslərlə birlikdə Şahbaz və Naib adlı zərərçəkmiş şəxslərin yaşadığı Cəlilabad rayonu, Təzəkənd kəndinə getmişlər və o, sonunculara guya verdikləri pulların onda olduğunu demişdir. Lakin o, Şahbaz və Naib adlı şəxsləri tanımamış və sonunculardan pul almamışdır. Digər zərərçəkmiş şəxs P.M.Bayramovu da o, uzun müddətdir ki, tanıyır. Belə ki, P.M.Bayramovun qayınatası onun qonşusu olmuşdur. Hazırda onun xatırlamadığı vaxtda o, Cəlilabad rayonunda yerləşən uşaq xəstəxanasının qarşısında P.M.Bayramov ilə qarşılaşmış və söhbət əsnasında sonuncu ondan arvadının pensiyasını bərpa etməkdə ona kömək etməsini xahiş etmişdir. O, arvadının pensiyasının bərpa edilməsinə kömək etməsi müqabilində P.M.Bayramovdan təxminən 3.000 manat pul istəmişdir. Həmçinin o, sonradan P.M.Bayramovdan əlavə 1.000 manat pul da istəmiş, sonuncu da ona həmin məbləğdə pul vəsaitini verməyə razı olmuşdur. Lakin o, həmin vaxt Bakı şəhərinə yola düşüdüyü üçün Təqsirləndirilən şəxs məşğələyə getməsinə icazə verməyərək, sonuncunu P.M.Bayramovdan həmin pulu almağa yollamışdır. P.M.Bayramov həmin vaxt Təqsirləndirilən şəxs cəmi 950 manat pul vermiş, oğlu da həmin pul vəsaitini gətirib ona vermişdir. O, Zərərçəkmiş şəxs11 isə Bakı şəhərində bazarda alış-veriş etdiyi vaxt tanımışdır. Zərərçəkmiş şəxs11 həmin vaxt bazarda ayaqqabı satışı ilə məşğul olmuş və oğlunun pensiyasını bərpa etdirməkdə ondan kömək istəmişdir. Zərərçəkmiş şəxs11 özü əlil olduğuna görə təqaüd almış, oğlu isə əlilliyinə görə pensiya almışdır. O, Zərərçəkmiş şəxs11 oğlunun pensiyasını bərpa etdirməkdə kömək etməsi qarşılığında 1.200 manat pul istəmiş, lakin sonuncu ona cəmi 850 manat pul vermişdir. Zərərçəkmiş şəxs11 onun oğlu Təqsirləndirilən şəxs tanımamış və ya sonuncuya hər hansı məbləğdə pul verməmişdir. O, Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanıyır və sonuncunun satıcı kimi işlədiyi tikinti materialları satılan mağazadan dəfələrlə alver etmişdir. O, həmin şəxsdən bir neçə dəfə borc almış, lakin sonradan borcunu qaytarmışdır. Zərərçəkmiş şəxs2 əlil olduğuna görə pensiya alasa da, həmin şəxsin arvadının aldığı pensiyanın verilməsi dayandırılmışdır. Zərərçəkmiş şəxs2 arvadının pensiyasını bərpa etməkdə kömək göstərməsini ondan xahiş etmişdir. O, Zərərçəkmiş şəxs2 borc kimi müxtəlif vaxtlarda hissə-hissə təxminən 5.000 manat pul alsa da, pensiya düzəldilməsi adı ilə həmin şəxsdən cəmi 1.000 manat istəmişdir. Digər Zərərçəkmiş şəxs10 isə o tanımamış, sonuncu onun telefon nömrəsini həmkəndlisindən alaraq, onunla əlaqə saxlamışdır. Onlar Cəlilabad rayon təhsil şöbəsinin qarşısında görüşdükləri vaxt həmin şəxs ondan əlilliyə görə aldığı pensiyasının bərpa edilməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs10 pensiyasının bərpa edilməsi məqsədi ilə əvvəlcə 1.000 manat, sonradan isə 200 manat pul almışdır. Onun bacısı və qardaşı Zərərçəkmiş şəxs10 olan borcunu tam şəkildə qaytarmışlar. Həmçinin o bildirdi ki, zərərçəkmiş şəxslər ondan pullarını tələb etdiklərinə görə o, başqa şəxslərə məxsus Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədləri Cəlilabad şəhərində yerləşən surətçıxarma məntəqələrində özü, hər hansı başqa şəxsin iştirakı olmadan, hazırlamışdır. O, həmin sənədləri məxsus olduğu şəxslərin adlarını dəyişdirərək, aldatmaq istədiyi şəxslərin şəkillərini isə sənədə yapışdırmaqla tərtib etmişdir. Onun həmin sənədləri saxtalaşdırmasından oğlu Təqsirləndirilən şəxs xəbəri olmamış, həmçinin sonuncu ona həmin sənədlərin hazırlanmasında hər hansı formada yardım etməmişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs həmin çıxarışların saxtalaşdırıldığından xəbərsiz olmuşdur. Onun həmin sənədləri dəyişdirərək, zərərçəkmiş şəxslərə göndərməkdə məqsədi sonuncuları ondan şikayət verməmələri üçün yubadaraq, vaxt qazanmaq və onlardan əlavə pul ala bilmək olmuşdur. Çünki o, həmin vaxt evini satmış, lakin alıcı onun pulunu verməmiş, buna görə də zərərçəkmiş şəxlsərin ondan tələb etdikləri pul vəsaitlərini qaytara bilməmişdir. Onun evində həmin sənədlərdə dəyişiklik etmək üçün hər hansı texniki vasitə, o cümlədən monitor və ya kompüter olmamışdır. Onun arvadı Şahid1 və ya oğlu Təqsirləndirilən şəxs həmin sənədlərin montaj edilməsində iştirak etməmişlər. O, hazırda ailə üzvlərinin onun törətdiyi əməllərə görə heç bir təqsirləri olmadığı halda cinayət məsuliyyətinə cəlb edilmələrinə görə vicdan əzabı çəkir. Çünki nə arvadı və nə də oğlu onun törətdiyi cinayətlərdə hə hansı formada iştirak etməmişlər. İş üzrə şahid qismində dindirilmiş X25 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımamış və ya həmin şəxslə heç vaxt əlaqə saxlamamışdır. O, Zərərçəkmiş şəxs12la Bakı şəhərində tanış olmuş və onlar A.M.Qasımovla birlikdə bir neçə şəxsin pensiyasının düzəlməsi ilə məşğul olmuşlar. O, Zərərçəkmiş şəxs12la birlikdə A.M.Qasımovun evinə getdiyi zaman Təqsirləndirilən şəxs və sonuncunun anası Şahid1 ilk dəfə və sonuncu dəfə orada görmüşdür. Təqsirləndirilən şəxs onun ittiham olunduğu cinayətlərin heç birində heç bir formada iştirak etməmişdir. Cinayət işində olan və Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 04 dekabr 2022-ci il tarixli, 19383 nömrəli qəbzin fotosurətindən görünür ki, 04 dekabr 2022-ci il tarixdə “Meyvəli market, Biləcəri rayonu, DSK yolu” ünvanında quraşdırılmış ödəniş terminalı vasitəsilə Q*** K*** A*** adlı şəxsə məxsus olan, 416973******0114 nömrəli kart hesabına 800 manat məbləğində pul köçürmüşdür. İşdə olan və Zərərçəkmiş şəxs13 tərəfindən təqdim edilmiş 07 yanvar 2023-cü il tarixli, 15080 nömrəli qəbzin surətindən görünür ki, 07 yanvar 2023-cü il tarixdə Cəlilabad rayonu, Alar kəndində yerləşən “Alar market”də quraşdırılmış “PashaPay” məhdud məsuliyyətli cəmiyyətinə məxsus ödəniş terminalı vasitəsilə Q*** K*** A*** adlı şəxsə məxsus olan, 416973******0114 nömrəli kart hesabına 3.000 manat məbləğində pul köçürmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və Zərərçəkmiş şəxs8 tərəfindən təqdim edilmiş 08 dekabr 2022-ci il tarixli, 04100 nömrəli qəbzin surətindən görünür ki, 08 dekabr 2022-ci il tarixdə Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən “Al Market”də quraşdırılmış “PashaPay” məhdud məsuliyyətli cəmiyyətinə məxsus ödəniş terminalı vasitəsilə Q*** K*** A*** adlı şəxsə məxsus olan, 416973******0114 nömrəli kart hesabına 1.500 manat məbləğində pul köçürmüşdür. İş materiallarına əlavə edilmiş təqdim edilmiş sənədlərə baxış keçirilməsi və götürmə haqqında 05 may 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs13 X42 və Təqsirləndirilən şəxs 3.000 manat pul verməsini təsdiq edən qəbzin surətini, habelə “WhatsApp” mobil tətbiqi vasitəsilə aralarında aparılmış söhbətlərə dair mesajların fotoşəklini təqdim etmişdir. Zərərçəkmiş şəxs13 təqdim etdiyi sənədlərin surətinə baxış zamanı müəyyən edilmişdir ki, həmin şəxsə pensiyasının düzəldilməsində köməklik göstərilməsi qarşılığında “Kapital Bank” açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş üzərində 4169 7388 1940 0114 nömrəli bank kartının fotoşəkli göndərilmiş, həmin bank kartına 07 mart 2023-cü il tarixdə, saat 14:59-da Cəlilabad rayonu, Alar kəndində yerləşən “Alar market”də quraşdırılan “Milliön” ödəmə terminalı vasitəsilə 3.000 manat pul köçürülmüşdür. Bundan başqa, Zərərçəkmiş şəxs13 istifadəsində olan “WhatsApp” mobil tətbiqi vasitəsilə ***-***-**-** və ***-***-**-** GSM nömrəli mobil telefonlar arasında onun pensiya işinin düzəlməsi, daha sonra isə verdiyi pulun geri qaytarılması barədə mesajların göndərildiyi, həmçinin A.M.X51 arasında yazışmaların olduğu müəyyən edilmişdir. Cinayət işində olan “CD” diskə baxış keçirilməsi haqqında 28 mart 2023-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs3 “WhatsApp” mobil tətbiqi vasitəsilə ilə A.M.Qasımov ilə aralarında olan yazışmaların, habelə Təqsirləndirilən şəxs ilə 051 545 05 02 GSM nömrəli mobil telefonla “WhatsApp” mobil tətbiqi vasitəsilə aralarında olan yazışmaların köçürüldüyü 1 ədəd “CD” diski istintaqa təqdim etmiş və həmin diskə baxış keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 təqdim etdiyi həmin “CD” diskə baxış keçirilməsi nəticəsində 07 oktyabr 2021-ci il tarixdə “WhatsApp” mobil tətbiqi vasitəsilə 051 545 05 02 GSM nömrəli mobil telefon ilə “- Təqsirləndirilən şəxs: gələn həftə salaca atam 3-cü gün, vəsiqənin əslini verərsən atama - Zərərçəkmiş şəxs3: salam, əslini göndərim atana, Təqsirləndirilən şəxs: yaxşı bunuda atam salağacağ sənə zəng edəcək, sağ ol, - Zərərçəkmiş şəxs3: yaxşı qaqam -Təqsirləndirilən şəxs: sən də sağ ol, - Zərərçəkmiş şəxs3: salam yaxşı.” məmununda mesajların olduğu və V.Ə.Mirəzyeva tərəfindən qarşı tərəfə yaşadığı evin həyət darvazasının fotoşəkilinin göndərildiyi məlum olmuşdur. Bundan başqa, həmin diskə baxış keçirildiyi zaman V.Ə.Mirəzyeva ilə A.M.Qasımov arasında “- Akif Qasımov: axşamın xeyil məllimə, necəsən məllimə, mənəm Alkifdi, narahat eləmədim ki, - Zərərçəkmiş şəxs3: salam axşamın xeyir, buyurun, - A.Qasımov: məllimə sizdən bir xahiş var, - Zərərçəkmiş şəxs3: nə xahiş, - Akif Qasımov: Şəmsiyyəyə dedim, dedi sən də danış, dedi mən demişəm, - Zərərçəkmiş şəxs3: yox onu məndən xahiş eləməyin, siz yetəri qədər məni aldatdız, mən sizə əlimlə 9000 manat pul verdim, siz mənim başıma oyun gətirdiniz, o gün mənə o qədər acıq gəldi ki, cəmi 250 manat mənə pul göndərmisən, mən 250 manat vermişdim sizə, belə şey olar, - A.Qasımov: məllimə qoy mən sizə deyim də, sənə 250 manat yolladım, Şəmsiyyə bacım dedi həftədə 250, 300, 400, 500, 600, 700 nə olsa sənə verəcəm, mən də sənə indi deməkdə məqsədim nədi, zəhmət olmasa qulaq as mənə, onu mən sənə allahın köməkliyi ilə bu həftə heç, gələn həftədən sənə, 500, 600, elə verəcəm, aşağı verəcəm, əlimdə o idi, Şəmsiyyə dedi ver, qalanı da verərsən, dedim baş üstə bacı, -Zərərçəkmiş şəxs3: yoxe bu vaxta qədər bizi niyə aldadırdız, siz bilirsiz mən, getdim yenə də deyirəm aldadılmış bir məllimə kimi, dedim ki xahiş eliyirəm, özü də məni orda yeərncə rayon adamıyam deyə tanıyırlar, getdim mən sözümü dedim, dedilər sizin pulunuz tam ödəniləcək,mənə orda söz verilib, sizin pulunuz tam ödətdirəcəyik ona dedilər, mən yenə də deyirəm, mənim heç kimi nə tutdurmaq fikrim var nə bir şey, sadəcə olaraq mənim pulum ödənilməsə keçməyəcəm, Şəmsiyyə xalanı da aladatdm, məni də aldatdın, hamını aldatdın, bizi əməlli başlı barmağında doladın, - A.Qasımov: mənim bu dəqiqə tam ödəməyə imkanım yoxdu, yaxşı onda məni tutsunlar, onda o pulu sənə kim ödəyəcək ki, - Zərərçəkmiş şəxs3: mənim pulumu siz ödəyəcəksiz,ödəməlisiz, tez bir zamanda, - A.Qasımov: mən sizə söz verirəm ki hər həftə 500, 600 verəcəm, bir aym içində bunu qutaracağıq allah qoysa, inşallah ilin sonuna kimi dekabrın axırma kimi sənlə qutaracam, tam şəkildə,allah qoysa, - Zərərçəkmiş şəxs3: mən gedib heç kimə heç nə deyə bilmərəm, gözləyirəm bu həftə görüm hələ nə qədər verəcəksiz, çünki 250 manat bilirsiz ayıbdıye, 9000 qarşılığında 250 manat gülünc bir vəziyyətdir, mən dedim iş göriirsüz də inandım verdim.” məzmunda danışıqların olduğu müəyyən edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs3 “Kapital Bank” açıq səhmdar cəmiyyətinə məxsus, üzərində VAFA MİRZAYEVA” sözləri yazılmış, 6768 6755 1277 6657 nömrəli bank kartının fotoşəklini 051 545 05 02 GSM nömrəli mobil telefona göndərmişdir. İşdə olan “CD” diskə baxış keçirilməsi haqqında 30 avqust 2023-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Zərərçəkmiş şəxs8 Qurbanxan oğlu X14 “WhatsApp” mobil tətbiqi vasitəsilə onun mobil telefonuna göndərdiyi səs yazılarının köçürüldüyü 1 ədəd “CD” diski istintaqa təqdim etmiş və həmin diskə baxış keçirilməsini xahiş etmişdir. Həmin diskə baxış keçirildiyi zamanı K.M.Salmanov tərəfindən N.Zərərçəkmiş şəxs7 “- Təqsirləndirilən şəxs: bu atdığız sənədi yoxladıq, demək olsun 2021-ci ilin yanvar ayında imtina gəlib sənədə ürək xəstəliyi ilə sənəd işlənib, indi inşallah nə məslətə görürsüz, nə deyirsiz problem yoxdu ağa, dedin ki bizim yaxın adamdı, yəni sənin tanışmdısa problem yoxdu sənə görə problem yoxdu, onu elüyərük inşalla 1,6 ilə edərik gedər, gör razıdısa problem yoxdu, təsdiqini də göndərək, mobil nömrəsinə təsdiq kodun, mənə bir dənə hə yoxun denən, ağa demək olsun saat 10a qədər biz işdəyik, sən o həmin insanla maraqlan , gör o bizə verəcək kağızları hazırdısa, tam hazırdısa biz onun qəbulun ataq, təsdiq mesajın da yönləndirək, bunun bir dənə mənə məlumatın ver, ağa onda sənədin hazırlayıb atıram sənə sms-i də göndərirəm şəxsin özünə, saat ona kimi işnallah karat pul yüklənsin, yəni yüklənməsə imtina sms-i həmin mobil nömrəyə gedəcək, səsimi də at ona, ağa səsə qulaq asdım, bu sənə yerli poliklinikadan vurulmayıb, yerli poliklinikadan vurulanda forma-88, yəni loru dildə bildiriş verilir. Bildirişin kodu olur, bu əlillərinm bərpa mərkəzidir, Bakı əlillərin bərpa mərkəzidir, məsəlçüıı yerli poliklinikadan sənəd vurulanda necə gedir, Bakı əlillərin bərpa mərkəzi, bu amma birbaşa əlillərin bərpa mərkəzindən keçən sənəddir, ağ bu demək olar ki, kəsildiyi gündən 2021-dən onun yalançısı olaram, vurdura bilməyəcəm, ona mən vurdura biləcəm, 2022-ci ilin yanvar ayından, yəni bu ilin yanvar ayından vurduracam onun sənədin, yəni bir ay təzə, bir ay köhnədən alacaq, yəni hər ay pulunu çıxardan iki aym pulunu çıxarcaq tak ki o köhnə pul qurtarana qədər, hə demək olsun ağa, kartı atdım sənə gözləyirəm də səndən xəbər, doqquza qalır on beş dəqiqə, atan kimi denən şofirə deyim gedib çıxarsın kartdan, ağa nə vaxta deyilibsə həmin o vaxta da görüşəcək, iyirmisi iyirmi beşi aralığında həmin o vaxta görüşəcək sistem də olacaq, ondan sonra smslər yenidən gələcək eliyəcək, hamısı dediyim kimi, ağa demək olsun, onun mobil nömrəsin atarsan mənə, indi bu dəqiqə o, sənədləri başlayırıq rahlamağa, təsdiq sms-ləri gedəcək şəxsin özünə, qəbul kağızın da yönləndiricəm sənə, ikinci qrup ömürlük, onun bütün haqq hesabı oyan bu yanı 15 kilo olacaq ortada sən varsan, yaxın adammdı, ona görə aşağı yerlə nizamlayacağıq gedəcək, o deyirə sistemdə vururam vəsiqə ilə sistemdə çıxmır, çıxmır, 15 gün ərzində həmin o yerdə görəcək, gələn ay da ərzində gedəcək Kapital Bankdan kartını götürəcək, içində pul olmaq şərtilə” məmununda səs yazılarının göndərildiyi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 23 oktyabr 2023-cü il tarixli, 3-17-4/2-27685/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 oktyabr 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik vəziyətinin qiymətləndirilməsi vətəndaşların iştirakı olmadan tibb müəssisələrinin göndərişləri əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və X9-sosial ekspert komissiyaları tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) əlillik altsistemi vasitəsilə aparılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əlillik” altsistemində olan məlumatlara əsasən, Zərərçəkmiş şəxs8 (FİN: xxxxxxx) təyin olunmuş ikinci dərəcəli əlillik təyinatı 30 noyabr 2020-ci il tarixədək qüvvədə olmuş, təyinat müddətinin başa çatdığı tarixdən sonra Zərərçəkmiş şəxs8 dair sonuncu dəfə Cəlilabad rayon mərkəzi xəstəxanası tərəfindən rəsmiləşdirilmiş göndəriş 26 yanvar 2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir; Zərərçəkmiş şəxs7 (FİN: 3DEİ32LY) təyin olunmuş ikinci dərəcə əlillik təyinatı 17 fevral 2021-ci il tarixədək qüvvədə olmuş, təyinatın müddətinin başa çatdığı tarixdən sonra Zərərçəkmiş şəxs7 dair yeni göndəriş rəsmiləşdirilməmişdir; X21 (FİN: 21KBATH) təyin olunmuş ikinci dərəcə əlillik təyinatı 03 dekabr 2020-ci il tarixədək qüvvədə olmuş, müddətinin başa çatdığı tarixdən sonra Ş.M.Fərzəliyevaya dair yeni göndəriş rəsmiləşdirilməmişdir; Zərərçəkmiş şəxs2 (FİN: xxxxxxx) təyin olunmuş ikinci dərəcə əlillik təyinatı 14 oktyabr 2021-ci il tarixədək qüvvədə olmuş, təyinat müddətinin başa çatdığı tarixdən sonra Zərərçəkmiş şəxs2 dair sonuncu dəfə Cəlilabad rayon mərkəzi xəstəxanası tərəfindən rəsmiləşdirilmiş göndəriş 23 iyun 2022-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulma səbəbi ilə geri qaytarılmışdır; Zərərçəkmiş şəxs13 (FİN: xxxxxxx) təyin olunmuş ikinci dərəcə əlillik təyinatı 08 oktyabr 2021-ci il tarixədək qüvvədə olmuş, təyinat müddətinin başa çatdığı tarixdən sonra Biləsuvar rayon mərkəzi xəstəxanası tərəfindən rəsmiləşdirilmiş göndəriş 17 avqust 2023-cü il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulma səbəbi ilə geri qaytarılmışdır; X27 (FİN: 7SJPYCS) təyin olunmuş sağlamlıq imkanlarının məhdudluğuna dair qərar 02 aprel 2020-ci il tarixədək qüvvədə olmuş, təyinat müddətinin başa çatdıqdan sonra Z.B.Qarayevə dair yeni göndəriş rəsmiləşdirilməmişdir. Həmin şəxslərin hazırda aktiv əlillik təyinatı yoxdur, həmçinin təqdim olunmuş əlilliyə dair elektron çıxarışlarda təyinat müddətinin miiddətsiz kimi göstərilməsi, çıxarışlarda çap tarixinin qeyd olunmaması və “Forma 88”in nömrəsinin qeyd olunmaması onların həqiqiliyinə dair əsaslı şübhələr yaratmışdır. Cinayət işində olan sənədlərin texniki ekspertizasının 31 oktyabr 2023-cü il tarixli, 5/1518 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, X18, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs13 adına olan sənədlərdə “əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti” qrafasındakı “müddətsiz” sözünün montaj edilərək hazırlanması ehtimal olunur. X23 adına olan sənədin surətindəki çap yazıları qeyri-dəqiq və səliqəsiz olduğna görə həmin sənədin tədqiqatı aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X6 27 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-252795/2023 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs14 Tapdıq oğlu, X13, Zərərçəkmiş şəxs3, X53, X15, Zərərçəkmiş şəxs2, X32, X29, X34, Zərərçəkmiş şəxs10, X33, X43, X44, X58, X60, X59, Zərərçəkmiş şəxs8, X41, X19, X45, X35 və X54 hazırda heç bir növ əmək pensiyası və ya sosial müavinət almırlar. Cinayət işində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 1(099)-249/2024 saylı hökmündən görünür ki, X52 Azərbaycan Respublikası CMnin 170.3, 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törəməkdə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 1(099)-425/2024 saylı hökmündən görünür ki, X25 Azərbaycan Respublikası CM-nin 170.3, 178.2.1,178.2.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 05 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs14 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qarşı Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətləri törətməsi işdə olan sübutlarla öz təsdiqini tapsa da, həmin əməllərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, habelə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs14 qarşı dələduzluq cinayəti törətməsi işdə olan sübutlarla öz təsdiqini tapsa da, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığına, həmçinin həmin əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə qeyd edilən zərərçəkmiş şəxslərlə bağlı epizodlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan çıxarılmalı, habelə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilməsi hissəsində iş üzrə icraata, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, xitam verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs14 qarşı törətməkdə ittiham olunduğu dələduzluq əməli 2019-cu ilin noyabr ayının sonlarında törədilmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası CM-nin 20.1-ci maddəsinə görə cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə görə isə on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Beləliklə, Azərbaycan Respublikası CM-nin 20-ci maddəsinin mənasına görə cinayət törədərkən 16 yaşına çatmamış şəxs dələduzluq cinayətinin subyekti ola bilməz. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2005-ci il tarixdə anadan olmuşdur. Belə olan halda, 2019-cu ilin noyabr ayının sonlarında, yəni Zərərçəkmiş şəxs14 qarşı dələduzluq əməli törədildiyi zaman Təqsirləndirilən şəxs 14 yaşında olmuşdur və o, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə nəzərdə tutulmuş dələduzluq cinayətinin subyekti hesab oluna bilməz. Çünki, qüvvədə olan cinayət qanunvericiliyinə əsasən yalnız qanunla müəyyən edilmiş yaş həddinə çatmış fiziki anlaqlı şəxs cinayətin subyekti hesab olunur. Azərbaycan Respublikası CPM-nin 39.1.4-cü maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bundan başqa, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 törətdiyi dələduzluq əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək törətmişdir və buna görə təqsirləndirilən şəxsin həmin əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi, təkrarən və xeyli miqdarda törədilməsi az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə görə az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 428.2-ci maddəsinə əsasən cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək 18 yaşına çatmamış şəxslər başa düşülür. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən ona ittiham irəli sürülmüş və ona istinad edilən bütün əməlləri 18 yaşına çatmadığı dövrdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 91-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, həmn Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır. Azərbaycan Respublikası CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi günədək hesablanır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs14 qarşı dələduzluq əməlini 2019-cu ilin sonlarında, Zərərçəkmiş şəxs3 qarşı dələduzluq əməlini 2021-ci ilin avqust ayının əvvəllərində, Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməlini isə 2021-ci ilin avqust ayının ortalarında törətmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə davam edən cinayətin başa çatmış hesab edilməsi üçün cinayət qanunu ilə nəzərdə tutulmuş son epizodun törədilməsi tələb olunur. Belə olan halda, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs14 qarşı dələduzluq əməlini törədərkən cinayət məsuliyyətinə cəlb etmə yaşına çatmayan Təqsirləndirilən şəxs, eyni zamanda cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, 19 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməzdi. Bundan başqa, məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs3 qarşı, Zərərçəkmiş şəxs1 qarşı isə 2021-ci ilin avqust ayının ortalarında dələduzluq əməli törətməkdə ittiham olunduğuna görə, ittiham hökmünün çıxarıldığı və qüvvəyə mindiyi tarixlər nəzərə alınmaqla, həmin vaxtdan 3 il 6 aydan çox vaxt keçdiyinə görə, ittihamın həmin epizodları üzrə də cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası CM-nin 75.3-cü maddəsinə görə cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. İş materiallarında olan təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi X55 tərəfindən 04 aprel 2024-cü il tarixdə axtarış elan edilmiş və həmin şəxs 01 avqust 2024cü il tarixdə Biləsuvar rayon polis şöbəsinə gələrək, könüllü təslim olmuş, Təqsirləndirilən şəxs barəsində axtarış elan edildiyi 3 ay 29 gün müddətinində həmin şəxs barəsində başlanılmış cinayət işi dayandırılmışdır. İşdə olan sübutlarla isə təsdiq olunur ki, barəsində 04 aprel 2024-cü il tarixdə axtarış elan edilmiş Təqsirləndirilən şəxs istintaqdan və ya məhkəmədən gizlənməmiş, həmin dövrdə həqiqi hərbi xidmət keçmiş və bu fakt ibtidai araşdırmanı aparan müstəniq Ş.A.Həsənliyə məlum olmuşdur. Belə ki, cinayət işi materiallarında olan komandanlığını müşahidəsi altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi X55 tərəfindən Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmət qulluqçusu olduğunu nəzərə alaraq, həmin təqsirləndirilən şəxs barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş və qərarın icrasını həmin hərbi hissənin komandandirinə həvalə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs adına verilmiş SX seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdən 14 iyun 2024-cü il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətdə olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin axtarışda olduğu müddət ərzində Təqsirləndirilən şəxs istintaqdan və ya məhkəmədən gizlənməmişdir və ibtidai araşdırmanı aparan müstəntiqin əsassız qərarına görə Təqsirləndirilən şəxs axtarışda olduğu və cinayət işi üzrə icraatın dayandırıldığı 3 ay 29 gün müddət cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının dayandırılmasına əsas ola bilməz. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi 2024-cü ilin avqust ayında Biləsuvar rayon Məhkəməsinin icraatına daxil olsa da, Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə həmin şəxsə qarşı ifadələr vermiş yeganə şəxslər olduqlarına görə, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclaslarına məcburi gətirilməsi barədə çoxsaylı qərarlar qəbul edilsə da, həmin qərarlar vaxtında icra edilmədiyinə görə cinayət işinə Təqsirləndirilən şəxs V.Ə.Mirzəyevə və Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməllərinə dələduzluq əməlləri törətməsinə münasibətdə görə qanunvericiliklə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti ərzində baxılması mümkün olmamışdır. Çünki, Azərbaycan Respublikası CPM-nin 330.1-ci maddəsinə görə cinayət prosesində zərərçəkmiş şəxslər şahidlər üzrə nəzərdə tutulmuş qaydalar üzrə dindirilıir. Avropa İnsan Hüquqları Məhkəməsi “Əl-Havayya və X30rşı iş üzrə” 15 dekabr 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “yeganə və ya həlledici sübut” deyilən qaydanın (həmin qaydaya əsasən, təqsirləndirilən şəxs prosesin hər hansı mərhələsində şahidi dindirmək imkanına malik olmadıqda, ittiham hökmü və ya həlledici dərəcədə həmin şahidin ifadəsinə əsaslanırsa, məhkəmə araşdırması ədalətsiz olur və həmin hal Konvensiyanın 6-cı maddənin 1-ci bəndinin pozulması ilə nəticələnir (§147). Həmin Məhkəmə “Tseber Çexiya Respublikasına qarşı iş üzrə” 22 noyabr 2012-ci il tarixli qərarında göstərmişdir ki, məhkəmə şahidin iştirakını təmin etmək üçün birinci instansiya məhkəməsindən bütün ağlabatan cəhdlərin göstərilməsini tələb edir. Əks halda şahidin məhkəmədə iştirak etməməsində dövlət hakimiyyəti orqanları təqsirkar sayılırlar (§48). Avropa İnsan Hüquqları Məhkəməsi “Şatşaşvili (Schatschaschwili) Almaniyaya qarşı iş üzrə” 15 dekabr 2015-ci il tarixli Qərarında isə göstərmişdir ki, təqsirləndirilən şəxsin prosesin hər hansı mərhələsində şahidləri dindirmək və ya dindirilmələrinə nail olmaq imkanına malik olmaması bütövlükdə məhkəmə araşdırmasının ədalətsiz olmasına gətirib çıxarır (§ 164). Hətta cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və Təqsirləndirilən şəxs ona qarşı dələduzluq cinayəti törətdiyi iddia olunan Zərərçəkmiş şəxs11 nəinki məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxsla üzləşdirilməmiş, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onun barəsində ayrıca cinayət işi ayrıldıqdan sonra Zərərçəkmiş şəxs11 ümumiyyətlə dindirilməmiş, hazırki iş üzrə Təqsirləndirilən şəxs həmin hissədə elan edilmiş ittiham isə Zərərçəkmiş şəxs11 A.M.Qasımovun barəsində başlanmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilməsi zamanı verdiyi ifadəyə əsaslanmışdır. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 3.d bəndinə görə cinayət törətməkdə ittiham olunan hər kəsin onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırılması və dindirilməsi hüququna malik olmaq hüququ vardır. Buna görə də məhkəmə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs əleyhinə ifadələr vermiş zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasına məcburi gətirilmələri barədə ittiham və müdafiə tərəfinin vəsatətlərini təmin etmiş və iş üzrə demək olar ki, bütün zərərçəkmiş şəxslər və şahidlər dindirildikdən sonra cinayət işinin məhkəmə baxışı yekunlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməliini ağır cinayətdən, daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan həmin şəxsin Zərərçəkmiş şəxs14 qarşı törətdiyi istinad edilən cinayət əməli epizodu, yəni “Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə atası X52 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Cəlilabad rayonu, Qarazəncir kənd sakini Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edərək, 2.300 manat pul müqabilində sonuncuya əlilliyə görə pensiya sənədləri düzəltdirəcəklərinə dair yalan vəd verib aldadaraq, bu məqsədlə 2019-cu ilin noyabr ayının sonlarında, Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində, atası A.M.Qasımov ilə birlikdə Zərərçəkmiş şəxs14 2.300 manat məbləğində pulunu ələ keçirərək, zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir.” hissəsi, təqsirləndirilən şəxs cinayət hadisəsi baş verdiyi vaxt yetkinlik yaşına çatmadığına və həmin əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, çıxarılmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan həmçinin həmin şəxsin Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 qarşı törətdiyi istinad edilən cinayət əməllərinin törədilməsi epizodları, yəni “Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə atası X52 və anası Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, sonuncuya 9.000 manat pul müqabilində əlilliyə görə pensiya sənədləri düzəltdirəcəklərinə və sonuncunun oğlu X31 əlillik pensiyasını bərpa etdirəcəklərinə dair vəd verib aldadaraq, bu məqsədlə 2021-ci ilin avqust ayının əvvəllərində, Zərərçəkmiş şəxs3 ünvan 1 ünvanında yerləşən evinin həyətində atası A.M.Qasımov ilə birlikdə 9.000 manat məbləğində pulunu ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda - 9.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir.” epizodu və “Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə atası X52 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Cəlilabad rayonu, Sabirabad kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, 3.950 manat pul müqabilində sonuncuya əlilliyə görə pensiya sənədləri düzəltdirəcəklərinə və arvadı X5 əlillik pensiyasını bərpa etdirəcəklərinə dair yalan vəd verib aldadaraq, bu məqsədlə atası A.M.Qasımov ilə birlikdə Zərərçəkmiş şəxs1 2021-ci ilin fevral ayının əvvəllərində, Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən notariat kontorunun yanında 700 manat, 2021-ci ilin fevral ayının sonlarında Cəlilabad şəhəri, H.Əliyev prospektində 2.000 manat, 2021-ci ilin iyul ayının ortalarında Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən Cəlilabad rayon mərkəzi xəstəxanasının yanında 300 manat, 2021-ci ilin avqust ayının ortalarında Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında 950 manat pulunu ələ keçirərək, zərərçəkmiş şəxsə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 3.950 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir.” epizodu, həmin əməllərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs8, X11 və Zərərçəkmiş şəxs10 qarşı Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə müəyyən olunmuş cinayətlərinin törədilməsində təqsiri tam sübuta yetirilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs10 qarşı dələduzluq etmədiyi barədə məhkəmə iclasında verdiyi ilkin ifadəsi, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən təqsirləndirilən şəxsin özünün sonrakı ifadəsi ilə təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Bununla belə, məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən elan edilmiş ittihamda həmin şəxs tərəfindən Zərərçəkmiş şəxs12 vurulması qeyd edilmiş maddi zərərin yekun məbləği 5.700 manat məbləğində qeyd edilsə də, faktiki elan edilmiş ittihama görə ayrı-ayrı tarixlərdə Zərərçəkmiş şəxs12 Təqsirləndirilən şəxs və sonuncunun əlbir olduğu şəxslərə faktiki verdiyi və ya hesabına köçürdüyü qeyd edilmiş məbləğlərin cəmi 5.500 manat təşkil etdiyinə və Zərərçəkmiş şəxs12 nəğd şəkildə verdiyini iddia etdiyi 200 manat məbləğində pul ittihamda göstərilmədiyinə görə, məhkəmənin isə elan edilmiş ittihamı hər hansı formada artırmaq səlahiyyəti olmadığı üçün Təqsirləndirilən şəxs dələduzluq yolu ilə Zərərçəkmiş şəxs12 vurduğu maddi zərərin məbləğini 5.500 manat həddində müəyyən edilmiş hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda həmin şəxs tərəfindən Zərərçəkmiş şəxs2 vurulması qeyd edilmiş maddi zərərin məbləği 6.000 manat məbləğində qeyd edilsə də, həmin zərərçəkmiş şəxsin məhkəmədə verdiyi ifadəsində özü Təqsirləndirilən şəxs və A.M.Qasımovun qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, onun cəmi 5.000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiklərini bildirdiyinə, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla isə hər hansı başqa hal müəyyən edilmədiyinə görə Təqsirləndirilən şəxs dələduzluq yolu ilə Zərərçəkmiş şəxs2 vurduğu maddi zərərin məbləği 5.000 manat həddində təsbit edilməli, Təqsirləndirilən şəxs elan edilmiş ittiham müvafiq hissədə azaldılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs qarşı elan edilmiş ittihamdan görünür ki, həmin şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə görə rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, yəni hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır və həmin maddənin sanksiyasında həmin əməlin törədilməsinə görə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələbindən görünür ki, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlərlər kateqoriyasına daxildir və böyük ictimai təhlükə törətməyən cinayətlərlərin törədilməsinə görə yetkinlik yaşına çatmayanlar üçün cinayət məsuliyyətinə cəlb etmə müddəti 1 ildir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, həmin şəxs ona istinad edilən Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərininin sonuncusunu 08 yanvar 2023-cü il tarixədək olan dövrdə törətmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş sonuncu cinayət əməlinin törədildiyi vaxtdan hazırki tarixədək təxminən 2 il 2 aydan çox, habelə təqsirləndirilən şəxsin axtarışda olduğu müddət nəzərə alınmış olsa belə təxminən 1 il 8 aydan çox vaxt keçmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə), cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi hissəsində cinayət təqibinə, həmin əməllərə görə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. Beləliklə, məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 və X11 qarşı Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilmiş Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, həmin şəxsin yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməllərdən səmimi peşman olmasını, ona istinad edilən cinayətləri törətdiyi vaxt yetkinlik yaşına çatmamasını, cavanlığını, ailəsini dolandıran yeganə şəxs olmasını və zərərçəkmiş şəxslərə vurduğu ziyanın bir qismini ödəyərək, həmin şəxslərlə barışığa cəhd etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu həmin Qərarının 2-ci bəndinin 3cü hissəsində məhkəmələrə tövsiyə etmişdir ki, CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Buna görə də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş hədd daxilində azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Habelə məhkəmə hesab edir ki, iş üzrə sənədlərin texniki ekspertizası xərci qismində 70 manat məbləğində pul vəsaitinin A.M.Qasımovdan tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması nəzərə alınaraq, həmin vəsaitin təkrarən Təqsirləndirilən şəxs tutulmasına zərurət yoxdur. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları, habelə məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilməsi hissəsində cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-5/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-5/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver