Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-50/2023 20.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X2, onun müdafiəçisi Müdafiəçi1, təqsirləndirilən şəxs X12 hüquqi varisi X17 və onun müdafiəçisi Müdafiəçi2, tərcüməçi X13 iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə İİR-nin Mianeh rayonunda anadan olması, İİR-sı vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı olan, hal-hazırda Biləsuvar rayon Xırmandalı kəndində yaşayan və barəsində 03 fevral 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: X5 18 dekabr 2022-ci ildə saat 08 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Benz Astros 1843” yük markalı 18A917-10 iran qeydiyyat nişanlı, “Trailer” markalı 18A918-10 qeydiyyat nişanlı qoşqulu avtomobillə, Ələt-Astara-İran sərhədi yolunun Biləsuvar rayon ərazisindən keçən 95,5-ci km\də Ələt qəsəbə istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, əks istiqamətdən hərəkətdə olan X12 idarə etdiyi “Ford Dedi” markalı ** BA *** dövlət qeydiyyat nişanlı mikroavtobusun yoluna çıxan sahibsiz dananı soldan ötmədə olduğunu gördükdə, yük avtomaşının əyləcini basmaqla sükanı sola doğru istiqamətləndirmiş, bu zaman yük avtomaşının qabaq sağ hissəsi mikroavtobusun qabaq sol hissəsi ilə qarşı-qarşıya toqquşmuş, nəticədə ehtiyyatsizliqdan mikroavtobusun sürücüsü V.Xəlilovun baş beynin diffuz travması nəticəsində baş beyin maddəsinə qansizma, sərt qişaaltı hematoma, sağ tərəfli Vİİİ-İX qabırğaların qapalı sınığı, sağ diz qapağının açıq sınığı, sol dizdə, sol baldırda sıynqlar kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun 24 dekabr 2022-ci ildə Şirvan şəhər mərkəzi xəstəxanasında ölümü ilə nəticələnən,“Ford Dedi” markalı mikroavtobusun sərnişini Zərərçəkmiş şəxs2 alın, hər iki almacıq, hər iki əng və burun sümüklərinin yerdəyişmiş sınıqları, sol gözdə göz almasının enukleasiyası (yatağından xaric edilməsi) ilə nəticələnən göz almasının yaralanması, alın, hər iki göz yuvası ətrafı yumşaq toxumalar, burunun hər iki almacıq və yanaq nahiyyələrini əhatə edən iri ölçülü dərialtı hematoma, sol əlin, sol diz oynağı nahiyyəsinin hər iki baldırın sıyrıqlari kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, həmçinin digər sərnişin Zərərçəkmiş şəxs1 döş qəfəsinin soldan X-Xİ qabırğalarının sınıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs X5 məhkəmə iclasında ifadə verərək ona CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Benz Astros 1843” yük markalı 18A917-10 iran qeydiyyat nişanlı, “Trailer” markalı 18A918-10 qeydiyyat nişanlı qoşqulu avtomaşını idarə etmək üçün İİR-da sürücülük vəsiqəsi almışdır. 18 dekabr 2022-ci ildə saat 08 radələrində idarə etdiyi “Benz Astros 1843” yük markalı 18A917-10 iran qeydiyyat nişanlı, “Trailer” markalı 18A918-10 qeydiyyat nişanlı qoşqulu avtomaşınla köhnə Ələt-Astara-İran sərhədi avtomobil yolu ilə üzü Ələt istiqamətdə saatda 30 km sürətlə hərəkətdə olmuşdur. Həmin vaxtda avtomaşının yük yerində 22 ton 467 kq çəkidə yük olmaqla sərnişini olmamışdır. Biləsuvar rayon ərazisindən keçdikdə təxminən 50-60 metr məsafədən əks tərəfdən hərəkətdə olan “Ford Dedi” markalı mikroavtobusun əks yola, yəni yük avtomaşının yoluna çıxdığını görmüş, bu zaman mikroavtobusa əvvəlcə yük avtomaşının işıqlarını yandırıb söndürməklə xəbərdarlıq etmiş, lakin mikroavtobus öz yoluna qayıtmadığından sükanı bir qədər sola istiqamətləndirməklə əyləci basmışdır. Həmin vaxtda idarə etdiyi yük avtomaşının qabaq sağ hissəsi mikroavtobusun qabaq sol hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı heç bir xəsarət almamışdır. Lakin mikroavtobusda olan sürücü və sərnişinlərdən xəsarət alanlar olmuşdur. Sonradan mikroavtobusun sürücüsü X12 xəstəxanada vəfat etdiyini bilmişdir. Hadisə zamanı xəsarət alan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X12 hüquqi varisi X17 ilə barışıq əldə etmiş və onlara dəymiş zərəri aradan qaldırmağa çalışmışdır. Törətdiyi cinayət əməlindən peşmandır və hazırda təqsirləndirələn şəxsin hüquqi varisi ilə, habelə digər zərərçəkmiş şəxslərlə barışmışdır. Sonda təqsirləndirilən şəxs X5 ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, İranlı sürücü Salimi əvvəllər tanımamışdır. 18 dekabr 2022-ci ildə saat 08 radələrində Veysəlin idarə etdiyi “Ford Dedi” markalı ** BA *** dövlət qeydiyyat nişanlı mikroavtobusda azyaşlı oğlu İbrahim ilə birgə sürücünün arxasında olan sərnişin oturacaqda əyləşmişlər. Biləsuvar rayon ərazisindən keçdikdə ani olaraq siqnal səsi eşitmiş, bu zaman yola baxdıqda əks tərəfdən gələn İran yük avtomaşınla mikroavtobsun toqquşduğunu görmüşdür. Həmin vaxtda toqquşmanın dəqiq hansı səbəbdən baş verdiyini bilməmişdir. Hadisə zamanı mikroavtobusda olanlarla birgə xəsarət almışdır. Təqsirləndirilən şəxs X5 onlara maddi köməklik etmiş və barışıq əldə etmişdir. Hazırda təqsirləndirilən şəxs X5 ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, İranlı sürücü Salımı əvvəllər tanımamışdır. 18 dekabr 2022-ci ildə saat 08 radələrində Veysəlin idarə etdiyi “Ford Dedi” markalı ** BA *** dövlət qeydiyyat nişanlı mikroavtobusda Səmədxan ilə birgə qabaq sərnişin oturacaqda əyləşmişlər. Həmin vaxtda Veysəl mikroavtobusu saatda 80-90 km sürətlə idarə etməklə üzü Astara rayonu istiqamətdə hərəkətdə olmuşlar. Biləsuvar rayon ərazisindən keçdikdə yolun sağ hisəsində bir baş sahibsiz dana yola çıxmış, bu zaman sürücü Veysəl mikroavtobusun sükanını sola doğru istiqamətləndirməklə əks yola çıxmışdır. Həmin vaxtda təxminən 50-60 metrdən İran yük avtomaşının əks istiqamətdən hərəkətdə olduğunu görmüşdür. Daha sonra Veysəl öz yoluna qayıtdıqda avtomaşınlar mikroavtobsun hərəkət zolağında toqquşmuşlar. Hadisə zamanı mikroavtobusda olanlarla birgə xəsarət almışdır. Təqsirləndirilən şəxs X12 hüquq varisi X17 ifadəsində göstərmişdir ki, Yardımlı rayon sakini mərhum Veysəl Xəlilov doğma atasıdır. 18 dekabr 2022-ci ildə Şirvan şəhərində olduğu zaman atası Veysəlin Ələt-Astara yolunun Biləsuvar rayon ərazisində yol qəzasına düşməsini eşitmiş, daha sonr Biləsuvar RMX-na getdikdə Veysəlin yol qəzasında ağır bədən xəsarətləri aldığını bilmişdir. Sonra atası Veysəli TTTY avtomaşını ilə Şirvan ŞMX-na aparmış, lakin həkimlərin yardımına baxmayaraq o, xx.xx.2022-ci ildə xəstəxanada vəfat etmişdir. Sonradan hadisə barədə soraqlaşanda, Veysəlin idarə etdiyi “Ford Dedi” markalı mikroavtobusun Astara rayonu istiqamətdə hərəkətdə olduğu zaman əks tərəfdən gələn İran yük markalı avtomaşını ilə toqquşması nəticəsində, atası Veysəlin ağır bədən xəsarətləri almaqla vəfat etdiyini bilmişdir. Hazırda təqsirləndirilən şəxs X5 ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs X3 CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs X12 CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 18 dekabr 2022-ci ildə saat 08 radələrində Veysəlin idarə etdiyi “Ford Dedi” markalı ** BA *** dövlət qeydiyyat nişanlı mikroavtobusda qabaq sərnişin oturacaqda əyləşmişdir. Həmin vaxtda Veysəl mikroavtobusu saatda 80-90 km sürətlə idarə etməklə üzü Astara rayonu istiqamətdə hərəkətdə olmuşlar. Biləsuvar rayonu ərazisindən keçdikdə yolun sağından bir baş sahibsiz dana hərəkət hissəyə çıxmış, bu zaman sürücü Veysəl mikroavtobusun sükanını sola doğru istiqamətləndirməklə əks yola çıxmışdır. Həmin vaxtda təxminən 50-60 metrdən İran yük avtomaşının əks istiqamətdən hərəkətdə olduğunu görmüşdür. Daha sonra Veysəl öz yoluna qayıtdıqda avtomaşınlar mikroavtobusun hərəkət zolağında toqquşmuşlar. Hadisə zamanı mikroavtobusda olanlarla birgə xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18 dekabr 2022-ci ildə saat 08 radələrində Veysəlin idarə etdiyi “Ford Dedi markalı ** BA *** dövlət qeydiyyat nişanlı mikroavtobusda arxa sərnişin oturacaqda əyləşmişdir. Həmin vaxtda yuxuladığı üçün yatmış, ani olaraq tapiltı səsinə ayıldıqda olduğı mikroavtobusun əks tərəfdən gələn yük avtomaşını ilə toqquşduğunu bilmişdir. Həmin vaxt toqquşmanın dəqiq hansı səbəbdən baş verdiyini bilməmişdir. Hadisə zamanı mikroavtobusda olanlarla birgə xəsarət almışdır. İş materiallarına əlavə edilmiş Biləsuvar RMX-nin 18 dekabr 2022-ci il tarixli 561 nömrəli tibbi müayinə aktından görünür ki, sürücü X6 hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş Biləsuvar RMX-nin 18 dekabr 2022-ci il tarixli 562 nömrəli tibbi müayinə aktından görünür ki, sürücü X16 hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsinə əsasən X8 barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Şirvan şəhər “MTE və PA” şöbəsinin 14 yanvar 2023-cü il tarixli 46 nömrəli rəyindən görünür ki, X7 meytində aşkar edilmiş xəsarətlər – baş beynin diffuz travmasi nəticəsində baş beyin maddəsinə qansızma, sərt qişaaltı hematoma, sağ tərəfli Vİİİ-İX qabırğaların qapalı sınığı, sağ diz qapağının açıq sınığı, sol dizdə, sol baldır sıyriqlar-küt əşyanın zərbəsi təsirindən törənmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 18 dekabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. X7 ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok səbəb olmuşdur. İş materiallarında olan Biləsuvar rayon “MTE və PA” şöbəsinin 30 dekabr 2022-ci il tarixli 483 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində - döş qəfəsinin soldan X-Xİ qabırğalarının sınıqları müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 18 dekabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan “MTE və PA” Birliyin MEŞ-nin 12 yanvar 2023-cü il tarixli 616\MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində - alın, hər iki almacıq, hər iki əng və burun sümüklərinin yerdəyişmiş sınıqları, sol gözdə göz almasının enukleasiyası (yatağından xaric edilməsi) ilə nəticələnən göz almasının yaralanması, alın, hər iki göz yuvası ətrafı yumşaq toxumalar, burun hər iki almacıq və yanaq nahiyyələrini əhatə edən iri ölçülü dərialtı hematoma, sol əlin, sol diz oynağı nahiyyəsinin hər iki baldırın siyriqlari müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 18 dekabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 27 yanvar 2023-cü il tarixli 8\3686 nömrəli rəyindən görünür ki, “Ford Dedi” markalı ** BA *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü X12 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eyni rəyə əsasən “Benz Astros 1843” yük markalı 18A917-10 iran qeydiyyat nişanlı, “Trailer” markalı 18A918-10 qeydiyyat nişanlı qoşqulu avtomobilin sürücüsü X3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X3 CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir. Həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 263.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə tərəfindən hazırkı iş üzrə cəzaya təsir edə biləcək təqsirləndirilən şəxs X3 hadisədən sonrakı davranışı, belə ki, əməlindən peşman olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 maddi köməklik etməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və digər hallar nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X3 törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq CM-in 263.2-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X3 CM-in göstərilən maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Ona görə də, X4 həmin maddələrin sanksiyası həddində cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X3 əməlindən səmim peşman olmasını, ölmüş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxslərə maddi köməklik etməsini, və onlarla barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs X3 barəsində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu ona təqsirləndirildiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi mümkün edir. Məhkəmə cinayət-prosessual qanunvericiliyinin tələbləri baxımından X3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və məhkəmə iclas zaldında dərhal həbs edilməli, ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində pul vəsaiti X1 tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinən X16 hadisədən sonra aldığı xəsarətlərdən 24 dekabr 2022-ci il tarixdə vəfat etdiyindən onun barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsi haqqında 19 aprel 2023-cü il tarixdə qərar qəbul edilmişdir. İş üzrə müsadirə olunmalı olan əmlak və ya mülki iddia yoxdur. Göstərilənlərə əsasən, CPM-in 197, 198, 344-349, 351-353, 356, 384, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökmetdi: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı ay) müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. X4 təyin edilən 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra edilsin. X3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında dərhal həbs edilsin. X5 azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. X3 cəza çəkməsinin əvvəli 20 aprel 2023-cü il tarixdən müəyyən edilsin. X3 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti X1 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X25
Məhkəmə qərarları › İş №1(022)-50/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-50/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver