Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-51/2023 02.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X8, onun nümayəndəsi və vəkili X1 Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakları ilə, xx.xx.1976-cı ildə Füzuli rayonu Dədəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri Binəqədi rayonu Tusi adına yataqxana otaq 209-da yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci ildə saat 05 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kamaz-53213” yük markalı ** BE *** dövlət qeydiyyat nişanlı, “QKB 8352” markalı ** ZA *** qeydiyyat nişanlı yarimqoşqulu avtomobillə, köhnə Ələt-Astara-İran sərhədi yolunun Biləsuvar rayon ərazisindən keçən 95-ci km\də Ələt qəsəbə istiqamətdə saatda 50-60 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətlərini vaxtında yerinə yetirməklə avtomobili yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, yolun döngəli olan hissəsindən keçdikdən sonra yolun sağ ehtiyyat hissəsinə çıxmış, bu zaman avtomaşının qoşqu hissəsi ilə birgə sağ yan üstə aşmış, nəticədə ehtiyyatsizlıqdan avtomaşında olan sərnişin X2 Vİ, Vİİİ, İX qabırğaların orta qoltuqaltı xətt üzrə yerdəyişən sınıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, özünə məxsus “Kamaz-53213” yük markalı ** BE *** dövlət qeydiyyat nişanlı, “QKB 8352” markalı ** ZA *** qeydiyyat nişanlı yarımqoşqulu avtomobili, idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 25 oktyabr 2022-ci ildə Zərərçəkmiş şəxs məxsus qoyunların Laçın rayonundan Neftçala rayonuna yük avtomaşınla daşınmasını razılaşmışdır. Həmin gün idarə etdiyi “Kamaz-53213” yük markalı ** BE *** dövlət qeydiyyat nişanlı, “QKB 8352” markalı ** ZA *** qeydiyyat nişanlı yarımqoşqulu avtomaşınla Laçın rayonuna getmiş və orada avtomaşına ümumilikdə 350 baş qoyunquzu yükləmişlər. Həmin gün Laçından çıxmaqla üzü Neftçala rayonu istiqamətində yola düşmüşlər. Həmin vaxtda avtomaşında Zərərçəkmiş şəxs və onun oğlu Əsgər sərnişin kimi əyləşmişlər. Həmin gecə yəni, artıq 26 oktyabr 2022-ci ildə saat 05 radələrində köhnə Ələt-Astara yolu ilə üzü Ələt qəsəbə istiqamətdə saatda 50-60 km sürətlə hərəkətdə olmuşlar. Biləsuvar rayon ərazisindən keçdikdə təxminən 150-200 metr məsafədən əks tərəfdən gələn tanımadığı yük avtomaşının ötmədə olduğunu görmüş, bu səbəbdən idarə etdiyi avtomaşının sükanını bir qədər sağa doğru istiqamətləndirmişdir. Həmin vaxt idarə etdiyi avtomaşının sağ yan təkəri yolun sağ ehtiyyat hissəsinə çıxdığından avtomaşın qoşqu hissəsi ilə birgə aşmışdır. Hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisədən sonra avtomaşında olan qoyunların bir neçəsinin tələf olduğunu görmüşdür. Daha sonra hadisə yerinə YPX inspektoru gəlməklə hadisəni sənədləşdirmişdir. xx.xx.2022-ci ildə barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür. Kamaz yük markalı avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs hadisə zamanı xəsarət almasını sonradan eşitmişdir. Hadisə baş verən gün Zərərçəkmiş şəxs hadisədə xəsarət alması ilə bağlı heç bir söz deməmişdir. Sonda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində ona dəymiş ziyanı tam olaraq ödədiyini, hazırda zərəçəkmiş şəxslə münasibətlərinin normal olduğunu və ondan heç bir şikayət tələbinin olmadığını bildirərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X10 ifadəsində göstərmişdir ki, özünə məxsus qoyunları xüsusi icazə sənədləri əsasında Laçın rayonunda yaylaqda otarır. Həmin qoyunların Laçındaki icazə müddətinin bitməsinə az müddət qaldığından qoyunları Neftçala rayonuna gətirmək qərarına gəlmişdir. 25 oktyabr 2022-ci ildə Firudinə məxsus “Kamaz-53213” yük markalı ** BE *** dövlət qeydiyyat nişanlı, “QKB 8352” markalı ** ZA *** qeydiyyat nişanlı yarımqoşqulu avtomaşınla qoyunların Laçından Neftçalaya gətirməsini razılaşmışdır. Həmin gün təxminən 350 baş qoyunları Firudinə məxsus yük avtomaşına yükləmişlər. Daha sonra Laçından çıxmaqla Neftçala rayon istiqamətdə hərəkətə başlamışlar. Həmin gecə yəni artıq 26 oktyabr 2022-ci ildə saat 05 radələrində Firudinin idarə etdiyi “Kamaz- 53213” yük markalı ** BE *** dövlət qeydiyyat nişanlı, “QKB 8352” markalı ** ZA *** qeydiyyat nişanlı yarımqoşqulu avtomaşınla Ələt-Astara yolunun Biləsuvar rayon ərazisindən keçdikdə, ani olaraq Firudin avtomaşının idarəetməsini itirməklə yolun sağ ehtiyyat hissəsinə çıxmış, bu zaman yük avtomaşını qoşqu ilə birgə sağ yan üstə aşmışdır. Hadisə zamanı sol tərəfində cuzi ağrılar hiss etmiş, lakin bu barədə heç kimə bildirməmişdir. Həmin vaxt qoşquda olan qoyunların bir hissəsi tələf olduğundan, qoyunların daşınması ilə başı qarışmışdır. Sonradan yaşadığı evdə olduğu zaman sol tərəfində olan ağrılarının çoxaldığını hiss etmiş, bu səbəbdən Bakı şəhərində olan M.Qasımov adına xəstəxanaya müraciət etmişdir. Müayinə zamanı solda üç qabırğanın hadisədə sındığını bilmişdir. Həmin vaxt sürücü Firudinə zəng edərək bu barədə məlumat vermiş, lakin sürücü laqeyd yanaşmışdır. Bu səbəbdən aidiyyati orqanlara müraciət etmişdir. Hadisə zamanı ümumi dəyəri 12000 manat olan 53 baş qoyunu tələf olmuşdur. X4 Təqsirləndirilən şəxs onunla barışığa nail olduğunu, ona vurduğu zərəri tam olaraq ödədiyini, ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığnı bildirdi. Şahid X11 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, atası Buluda məxsus qoyunlar xüsusi icazə sənədləri əsasında Laçın rayonunda yaylaqda otarılır. Həmin qoyunların Neftçala rayonuna daşınması ilə əlaqədar atası Bulud Firudin adlı sürücü ilə danışmışdır. 25 oktyabr 2022-ci ildə Firudinin idarə etdiyi “Kamaz-53213” yük markalı ** BE *** dövlət qeydiyyat nişanlı, “QKB 8352” markalı ** ZA *** qeydiyyat nişanlı yarimqoşqulu avtomaşınla qoyunların Laçından Neftçalaya gətirməsini razılaşmışdır. Həmin gün təxminən 350 baş qoyunları Firudinə məxsus yük avtomaşınına yükləmişlər. Daha sonra Laçından çıxmaqla Neftçala rayon istiqamətdə hərəkətə başlamışlar. Həmin vaxt atası Buludla birgə avtomaşında sərnişin kimi əyləşmişdir. Həmin gecə yəni, artıq 26 oktyabr 2022-ci ildə saat 05 radələrində Firudinin idarə etdiyi “Kamaz-53213” yük markalı ** BE *** dövlət qeydiyyat nişanlı, “QKB 8352” markalı ** ZA *** qeydiyyat nişanlı yarimqoşqulu avtomaşınla Ələt-Astara yolunun Biləsuvar rayon ərazisindən keçən hissəsində ani olaraq Firudin avtomaşının idarəetməsini itirməklə yolun sağ ehtiyyat hissəsinə çıxmış, bu zaman yük avtomaşını qoşqu ilə birgə sağ yan üstə aşmışdır. Hadisə zamanı atasına məxsus ümumilikdə 53 baş qoyun tələf olmuşdur. Hadisə zamanı özü heç bir xəsarət almamış, lakin atası Bulud xəsarət aldığından sonradan xəstəxanaya müraciət etmişdir. İşdə olan sənədlərdən görünür ki, 26 oktyabr 2022-ci ildə sürücü Təqsirləndirilən şəxs YPXA-nin 10-cu taqımında sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş, 00285 nömrəli protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materialında olan Salyan rayon “MTE və PA” şöbəsinin 22 dekabr 2022-ci il tarixli 651 nömrəli rəyindən görünür ki, X8 bədəni üzərində - döş qəfəsinin solda Vİ-Vİİİ-İX qabırğalarının sınığı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Avtoqəza nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 26 oktyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materialında olan MTE və PA-nin Birliyin 30 yanvar 2023-cü il tarixli T 21\2023 nömrəli komisyon tibbi ekspertiza rəyindən görünür ki, vətəndaş X3 Vİ, Vİİİ, İX qabırğaların orta qoltuqaltı xətt üzrə yerdəyişən sınıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materialında olan məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 09 yanvar 2023-cü il tarixli 8\3674 saylı rəyindən görünür ki, “Kamaz-53213” yük markalı ** BE *** dövlət qeydiyyat nişanlı qoşqulu avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. İş materialında olan DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. CM-nin 263-cü maddəsinin qeyd hissəsinə əsasən Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vəsatət təqdim edərək bildirmişdir ki, hadisədən sonra zərərçəkmiş şəxs X6 üzr istəyərək onunla barışmış, ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxs X10 onu bağışlamışdır. Ona görə də Təqsirləndirilən şəxs onun barəsində bəraətverici əsaslar olmadan cinayət işinin icraatına xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 vəsatət verərək bildirmişdir ki, hadisədən sonra Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ona ödəmiş və onunla barışığa nail olmuşdur. Onunla hazırda münasibətləri normaldır. Ona görə də Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi və onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Lakin hal-hazırda o, zərərçəkmişə vurduğu ziyanı tam olaraq ona ödəmiş və onunla barışığa nail olmuşdur. Təqsirləndirilən şəxs vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına və ona vurduğu ziyanı tam olaraq ödədiyinə görə onun barəsində CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmaması məsələsinin aydınlaşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X12
Məhkəmə qərarları › İş №1(022)-51/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-51/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver