Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-53/2024 29.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakı ilə, 09 avqust 1972-ci il tarixdə Biləsuvar rayonunun İsmətli kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli , orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan, barəsində 23 yanvar 2024-cü il tarixli qərarla «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdə saat 14 radələrində xx.xx.2022-ci il tarixli Biləsuvar rayon məhkəməsinin qətnaməsinin icrası ilə bağlı, yəni qardaşı qızı Şahid3 keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs övladları xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 öz himayəsinə almaq üçün Biləsuvar İcra və Probasıya Şöbəsinin əməkdaşlarının dəvəti ilə Biləsuvar Rayon Məhkəməsinin inzibati binasının qarşısına gəldikdən sonra ünvan 1 ünvanında yerləşən Biləsuvar Tarix-Diyarşünaslıq müzeyinin inzibati binasının qarşısında, ictimai yerdə qardaşı qızı Şahid3 qucağında olan övladı Həsənəli Qurbanovu zorla almaq istəyən sonuncunun atası Zərərçəkmiş şəxs ilə mübahisə etməsini görmüş, mübahisəyə müdaxilə etməklə onları sakitləşdirməli olduğu halda, bu hərəkətləri etməyərək, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq mənəviyyat normalarına qarşı saymamazlıq etməklə heç bir əsaslı səbəb olmadan insanların çox olduğu yerdə Zərərçəkmiş şəxs üzərinə hücum edib sağ sifət və sağ gicgah nahiyələrindən bır dəfə yumruq zərbəsi vurub yerə yıxaraq sonuncuya sağ gicgah nahiyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət, sag goz altı qançır və sağ gözün ağlı qişasına yayılmış qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuş, daha sonra hadisə yerinin yaxınlığında olan ağacdan bır ədəd budaq qıraraq həmin ağac budağından silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs bır neçə zərbə vurmuş, sonuncu zərbələrin qarşısını almaqdan ötrü sol əlini ağac budağının qarşısına vermiş, nəticədə həmin Təqsirləndirilən şəxs əlindəki agac budağı onun sol əl və boyun nahiyərinə dəyərək ona sol əlin arxası və boyunarxası nahiyəsinin sıyrıqları, sol əlin V barmağının qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan olduqları uçun dərəcələri təyin edilməyən xəsarətlər yetirərək öz hərəkətləri ilə 10-15 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs törədilmiş əməldə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Rusiya Federasiyasının vətəndaşıdır, lakin özü azərbaycanlıdır və Biləsuvar rayonu, İsmətli kəndində anadan olmuşdur. Onun qardaşı X10 Yusubova adında qızı vardır. Qardaşı qızı Şahid3 06 fevral 2017-ci il tarixdə Biləsuvar rayon Ağayrı kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan Şahid3 ilə Zərərçəkmiş şəxs Həsənəli Qurbanlı və Könül Qurbanlı adında iki övladları dünyaya gəlmişdir. Lakin ailə qurduqları gündən sonra Şamxal Quranov dəfələrlə Şahid3 döymüşdür Buna görə də 11 oktyabr 2022-cü il tarixli Biləsuvar rayon məhkəməsinin qətnaməsi ilə rəsmi olaraq Kifayətlə Şamxalın nikahı pozulmuşdur. Həmin qətnamədə övladları Həsənəli Qurbanlı və Könül Qurbanlının qardaşı qızı Kifayətin himayəsinə verilməsi göstərilmiş və buna gorə də hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (ıkı yüz qırx) manat aliment təyin edilmişdir. Həmin vaxtdan sonra Zərərçəkmiş şəxs məhkəmə qərarını icra elməyərək Həsənəli Qurbanlı və Könül Qurbanlını anası Kifayətə verməmiş və eyni zamanda da alimenti ödəməmişdir. 02 mart 2023-cü il tarixdə saat 14:00 radələrində Biləsuvar rayon İcra və Probasıya şöbəsinə tərəfindən uşaqların Zərərçəkmiş şəxs alınması üçün dəvət edilmışlər. Həmin vaxt məhkəmənin qarşısına o, dayısı oğlu Məsləhət Yarıyev və Kifayət Yusubovla getmişlər. Şahid3 həmin vaxt ona məxsus olan avtomobildə əyləşmişdir. Məsləhət Yarıyevlə o məhkəmənin inzibati binasına daxil olmuşlar və İcra və Probasıya Şöbəsinin əməkdaşları ilə söhbət etməyə başlamışlar. Bu zaman Şahid3 qışqırma səsini eşitmişdir. Buna görə də dərhal məhkəmənin qarşısına çıxmışlar. Onlar məhkəmənin inzibatı binasının qaşısına çıxan zaman yaxınlığında olan bir mərtəbəli “Tarixşünaslıq” müzeynin qarşısında Şahid3 yerdə oturaraq qucağında oğlu Həsənəli Qurbanovu tutmasını və Zərərçəkmiş şəxs da Kifayətdən Həsənəlini almaq üçün sonuncunu özünə tərəf zorla çəkərək yerdə sürüməsini görmüşdür. Buna görə də X8 Kifayətin videosunu çəkmək üçün mobil telefonunu çıxarmış və onlara tərəf tutmuşdur. Həmin vaxt o, X11 Qurbanovun əlindən almaq istəmişdir. Buna görə də Zərərçəkmiş şəxs onun sinə nahiyyəsindən uç dəfə yumruq zərbəsi vurmuş və zərbə nəticəsində o, yaxınlıqda olan su kanalına yıxılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs Məsləhət Yarıyevin videoçəkıliş etməyini görmüş və gəldiyi avtomobilin yük yerini açaraq oradan təxminən 50-60 sm uzunluğunda olan bir ədəd dəmir götürüb Məsləhətin üzərinə hucum etmişdir. Həmin vaxt Şamxal dəmiri Məsləhət Yarıyevin başına vurmaq üçün zərbə endirmiş, lakin Məsləhət başına zərbə vurmasının qarşısını almaq üçün sag qolunu yuxarı qaldırmış, buna baxmayaraq həmin dəmir parçası Məsləhətin sağ qolunun dirsək hissəsinə və sifətinin sağ tərəfinə dəyib xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs yenidən Məsləhəti vurmasının qarşısını almaq uçun əlindəki dəmirdən və Şamxalın özündən tutmuşdur. Bu zaman Məsləhətin əlində olan mobil teıefonu yerə düşmüşdür. Daha sonra Şamxal qışqıraraq qardaşı Cəmili köməyə çağırmışdır. Bundan sonra Cəmil və Şamxal Məsləhəti birlikdə yerə yıxmışlar və Məsləhət yerdə olan zaman Zərərçəkmiş şəxs onun başına və sifətinə təpik zərbələri vurmağa başlamışdır. Məsləhət Yarıyev xəsarət almasının qarşısını almaq üçün əynində olan qış gödəkçəsini başına örtməyə cəhd etmiş, lakın Şamxalın təpik zərbələri başına dəymişdir. Eyni zamanda Şahid1 Məsləhətin bud və xaya nahiyələrinə təpiklə zərbə vuraraq doymuşdur. Buna goıə də o, hadisə yerində yaxınlıqda olan ağac kolunun bir ədəd budağını qırmış və Şamxalla Cəmilin əlindən Məsləhəti almaq üçün onların üzərinə hücum etmiş, lakin heç birini vurmamışdır. Daha sonra Şamxalla Cəmil onun üzərinə hücum etmişlər, o da buna gorə arxaya çəkilmişdir. Bundan sonra orada olan vətəndaşlar X5 əlindən almışlar. Baş vermiş hadisə Biləsuvar rayon prokurorluğunun inzibatı binasının qarşısında olmuş və təxminən hadisə 15-20 dəqiqə davam etmiş, ətrafda çoxlu tanımadığı insanlar olmuşdur. O. hadisə zamanı əlində ağac parçası ilə Şamxalın üzərinə hücum etmiş, lakin hadisə zamanı heç kimi vurmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs İmanəlı oğlu ifadəsində göstərmişdir kı, Biləsuvar rayonu, Agayrı kəndində qeydiyyatda olmaqla yaşayır. O, 17 aprel 2016-ci il tarixdə Günəşli kənd sakini Şahid3 ilə ailə həyatı qurmuş, həmin ailədən onların bir qız və bir oğlan övladı olmuşdur. 11 oktyabr 2022-ci il tarixdə Biləsuvar rayon məhkəməsinin qərarı ilə o, Şahid3 ilə rəsmi olaraq boşanmışdır. Məhkəmənin qərarı əsasında övladları anası Şahid3 verilmiş, lakin övladları anası ilə qalmaq istəmədikləri üçün bu məsələ icra və Probasiya Şöbəsində mübahisələndilmişdir. Nəticədə Biləsuvar rayon İcra hakimiyyətinin əməkdaşları tərəfindən rəsmi olaraq övladları onun himayəsinə verilmişdir. 02 mart 2023-cü il tarixdə Biləsuvar İcra və Probasiya Şobəsınin əməkdaşı Nicat Bəhmənov onu övladları ilə birlikdə anası Şahid3 ilə görüşdürmək uçun çağırmışdır. O da həmin gunıı saat 14:30-da övladları və qardaşı Şahid1la birlikdə məhkəmənin inzibati binasının qarşısına getmişdir. O, avtomobili Biləsuvar rayon məhkəməsinin qarşısında bina ilə əks istiqamətdə saxlamış və düşmüşdür. O. uşaqlarının əlindən tutaraq məhkəmənin binasına tərəf getməyə başlamışdır. Bu zaman Şahid3 onun üzərinə hucum edərək və oğlu Həsənəlini qucaqlayaraq ozu ilə aparmaq uçun ozünə tərəf dartmağa başlamışdır. O da oğlu Həsənəlini özünə tərəf çəkməyə başlamışdır. Həmin vaxt Kifayətin əmisi Təqsirləndirilən şəxs onun üzərinə hücum etmək istəyən zaman Rəhimi əli ilə itələmiş, sonuncu da arxaarxaya gedərək bardura dəyib yıxılmış, lakin dərhal da ayağa qalxmışdır. Bu proseslər olan zaman Kifayətin dayısı Məsləhət əlində olan mobil telefonla videoçəkıliş etməyə başlamışdır. O da Məsləhətə nəlayiq söyüşlər söyərək "bizi vıdeoçəkılış etməyin, hadisə yerinə gəl bacın qızını yığışdır” sözlərini demişdir Onun bu sözlərindən sonra Rəhim ona yaxınlaşaraq sağ qaş nahiyyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Zərbə nəticəsində o, yerə yıxılmışdır. Həmin vaxt Kifayət ayağa qalxmış və oğlu ilə birlikdə hadisə yerindən uzaqlaşmaq istəmiş, o da Cəmilə “get Kifayətdən oğlumu al” sözlərini demişdir. Bu zaman qardaşı Cəmil onun qarşısını kəsərək getməsinə imkan verməmişdir. Kifayət də yenidən uşaqla birlikdə yerdə oturmuşdur. Hadisə zamanı Rəhim rayon prokurorluğunun qarşısında olan ağacların birindən bir ədəd budaq parçası qırıb, qardaşı Cəmilin uzərinə hücum edərək vurmaq istəyən zaman o, sol əlini ağacın qarşısına vermişdir, nəticədə həmin ağac onun sol əlinin sonuncu iki barmağına dəyərək xəsarət yetirmişdir. Bundan sonra hadisə yerində olan şəxslər onları ayırmışlar. Sonda Zərərçəkmiş şəxs İmanəlı oğlu Təqsirləndirilən şəxs ilə barışıq əldə edilmədiyini və ona qanunauyğun cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun həmin əməlin törədilməsində təqsiri zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində gostərmışdıı kı. Biləsuvar rayonu Ağayrı kəndində qeydiyyatda olsa da, hazırda Bakı şəhərində işləyir və buna görə də orada kirayə yaşayır. Qardaşı Zərərçəkmiş şəxs 17 aprel 2016-ci il tarixdə Günəşli kənd sakini Şahid3 ilə ailə həyatı qurmuşdur. Bu ailədən onların bir qız və bir oğlan övladı olmuşdur. 11 oktyabr 2022-ci il tarixdə Biləsuvar rayon məhkəməsinin qərarı ilə qardaşı Zərərçəkmiş şəxs Şahid3 ilə rəsmi boşanmışdır. Məhkəmənin qərarı əsasında qardaşının övladları anası Kifayətə verilmişdir. Lakın övladları anası ilə qalmaq istəmədikləri üçün bu məsələ İcra və Probasıya Şöbəsındə mübahisələndirilmışdir. Nəticədə Biləsuvar rayon İcra hakimiyyətinin əməkdaşları tərəfindən rəsmi olaraq Zərərçəkmiş şəxs övladları sonuncunun himayəsinə verilmişdir. 02 mart 2023-cü il tarixdə Biləsuvar İcra və Probasiya Şöbəsinin əməkdaşı X12 övladları ilə birlikdə anası Kifayətlə görüşdürmək üçün çağırmışdır. O da həmin günu saat 14:30-da qardaşı Şamxal Qubanov və sonuncunun övladları ilə birlikdə məhkəmənin inzibatı binasının qarşısına getmişdir. Onlar avtomobildən düşmüşlər və Zərərçəkmiş şəxs uşaqların əlini tutaraq məhkəmənin binasına tərəf getməyə başlamışdır. Bu zaman Şahid3 Samxal Qurbanovun üzərinə hücum edərək, oğlu Həsənəlini qucaqlayaraq götürüb qaçmağa başlamışdır. O da buna görə Şahid3 arxasınca qaçmış və Biləsuvar şəhəri, İqbai Astanlı küçəsində yerləşən Biləsuvar Tarix-Diyarşünaslıq muzeyinin qarşısında yaxalamış və uşağı almaq üçün geri qaytarmışdır. Onlar prokurorluğun qarşısına çatan zaman o, Şahid3 dayısı Məsləhət Yarıyevin və əmisi Təqsirləndirilən şəxs Şamxalın üzərinə hucüm etmələrini görmüşdür. Həmin vaxt o, Kifayətdən uşağı almaq istəyən zaman sonuncu yerə yıxılmışdır. O, Kifayətdən uşağı almış və qardaşına yaxınlaşan zaman Məsləhət və Rəhim tərəfindən döyülməsini görmüşdür. O, oraya yaxınlaşan zaman artıq çoxlu vətəndaş Şamxalın yanında olmuş və hadisə yerində olan şəxslər onları ayırmağa çalışmışlar. Bır az sonra onlara polis şöbəsindən zəng gəlmiş və Məsləhətlə Kifayətin onların barəsində şikayət etməsi bildirilmişdir. Hadisə Biləsuvar şəhəri, İqbai Astanlı küçəsi ilə 1 May küçəsininin kəsişməsində baş vermiş, təxminən 7-8 dəqiqə davam etmiş və ətrafda təxminən 10-15 nəfər tanımadığı şəxslər olmuşdur. Hadisə zamanı o, Məsləhət adlı şəxsi yumruq və təpik zərbələrı ilə vuraraq, heç bır xəsarət yetirməmişdir. Hadisə zamanı o, Kifayətdən uşağı almaq istəmiş, lakin həmin vaxt o, Kifayəti vurmamış və döyməmişdir. Hadisə baş verən zaman ona heç kim xəsarət yetirməmişdir. Baş vermiş hadisə zamanı qarşılıqlı dava-dalaş olmuş və həmin vaxt Təqsirləndirilən şəxs bır dəfə yumruqla Zərərçəkmiş şəxs gicgah nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs rayon prokurorluğunun inzibati binasının qarşısında olan həmişəyaşıl qalan ağacın bir ədəd budağını sındıraraq onların üzərinə hücum elmişdir və onun baş nahıyyəsınə zərbə vurmaq istəyən zaman qardaşı Şamxal sol əlini onu mudafiə etmək uçun ağacın qarşısına vermiş və bunun nəticəsində Şamxal barmaqlarından xəsarət almışdır. Məhkəmədə şahid qismində dindirilmiş X6 oglu ifadəsində göstərmişdir ki, Yardımlı rayonu, Aruz kəndində qeydiyyatda olmaqla yaşayır. Onun bacısı X3 Yusubova adında qızı vardır. Bacısı qızı Şahid3 06 fevral 2017-ci ıl tarixdə Biləsuvar rayonu Ağayrı kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Bu ailədən onların Həsənəli Qurbanlı və Könül Qurbanlı adında övladları dünyaya gəlmişdir. Lakin ailə qurduqları gündən bəri Şamxal Quranov dəfələılə Şahid3 döymüşdür. Buna görə də 11 oktyabr 2022-cü ıl tarixli Biləsuvar rayon məhkəməsinin qətnaməsi ilə rəsmi olaraq Kifayətlə Şamxalın nikahı pozulmuşdur. Həmin qətnamədə Həsənəli Qurbanlı və Könül Qurbanlının bacısı qızı Kifayətin himayəsinə verilməsi göstərilmiş və buna görə də hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat aliment təyin edilmişdir. Lakin o vaxtdan bəri Zərərçəkmiş şəxs məhkəmə qərarını icra etməyərək Həsənəli Qurbanlı və Könül Qurbanlını anası Kifayətə verməmiş və alimenti də ödəməmişdir. 02 mart 2023-cü ıl tarixdə saat 14:00 radələrində Biləsuvar rayon İcra və Probasiya şöbəsi tərəfindən uşaqları Zərərçəkmiş şəxs alınması üçün dəvət edilmişdir. Həmin vaxt məhkəmənin qarşısına o, bibisi oğlu Təqsirləndirilən şəxs və Şahid3 ilə getmişlər. Kifayət həmin vaxt Təqsirləndirilən şəxs məxsus olan avtomobildə əyləşmişdir. Təqsirləndirilən şəxsla o, məhkəmənin inzibati binasına daxil olmuşlar və İcra və Probasiya şöbəsinin əməkdaşları ilə söhbət etməyə başlamışlar. Bu zaman Şahid3 qışqırıq səsini eşitmişlər. Buna görə də dərhal məhkəmənin qarşısına çıxmışlar. Onlar məhkəmənin qaşısına çıxan zaman Biləsuvar şəhəri, İqbal Astanlı küçəsində məhkəmənin inzibati binasının yaxınlığında olan bir mərtəbəli Tarixşünaslıq müzeyinin qarşısında Şahid3 yerdə oturub qucağında oğlu Həsənəli Qurbanovu tutmasını və Zərərçəkmiş şəxs da Şahid3 Həsənəli Qurbanovu almaq üçün Kifayəti özünə tərəf çəkərək yerdə sürüməyini görmüşdür. Buna görə də o, dərhal Şamxalın Kifayəti döyməsinin videosunu çəkmək üçün mobil telefonunu çıxarmış və onlara tərəf tutmuş, lakin mobil telefonu yaxşı işlədə bilmədiyi üçün videoçəkiliş edə bilməmişdir. Həmin vaxt X13 əlindən almaq istəmiş, bu zaman Şamxal Rəhimi sinə nahiyyəsindən əli ilə itələmiş və kanala yıxmışdır. Bu zaman Şamxal onun əlində telefonla videoçəkiliş etməsini görmüş və gəldiyi avtomobilin yük yerini açaraq oradan təxminən 50- 60 sm uzunluğunda bir ədəd dəmir parçası götürüb, onun üzərinə hücum etmişdir. Həmin vaxt Şamxal dəmiri onun başına vurmaq üçün zərbə endirmiş, lakin o, başına zərbə vurmasının qarşısını almaq uçun sağ qolunu yuxarı qaldırmış, lakin həmin dəmir parçası onun sag qolunun dırsək nahiyyəsinə və sifətinin sag tərəfinə dəyib xəsarət yetirmişdir. Şamxalın yenidən onu vurmasının qarşını almaq üçün əlindəki dəmirdən və Şamxalın özündən tutmuşdur. Bu zaman onun əlində olan mobil telefonu yerə düşmüşdür. Daha sonra Şamxal qışqıraraq qardaşı Cəmili köməyə çağırmışdır. Cəmil onlara yaxınlaşmış və ikisi onu birlikdə yerə yıxmışlar. O, yerdə olan zaman Zərərçəkmiş şəxs onun başına və sifətinə təpik zərbələri vurmuş və o, xəsarət almasının qarşısını almaq üçün əynində olan qış gödəkçəsini başına örtməyə cəhd etmiş, lakın Şamxalın təpik zərbələri onun başına dəymişdir. Eyni zamanda Şahid1 bud və xaya nahiyələrinə təpiklə zərbə vuraraq onu döymüşdür. Baş vermiş hadisə Biləsuvar rayon prokurorluğunun inzibati binasının qarşısında olmuş və təxminən hadisə 15-20 dəqiqə davam etmiş, ətrafda çoxlu tanımadığı insanlar olmuşdur. O, hadisə zamanı heç kimə xəsarət yetirməmiş, o, yerdə uzanan zaman başını gödəkçəsi ilə örtdüyü üçün Rəhimin kimisə vurmasını görməmişdir. Hadisə zamanı Şamxal Kifayətdən uşağı alımıq uçun uzünə və sınəsinə vurmuş və daha sonra yerə yıxaraq yerdə sürümüş, sonra isə Cəmil də X2 almaq üçün Kifayətin başına yumruq zərbələri vurmuşdur O, hadisə zamanı mobil telefonu çıxarıb Zərərçəkmiş şəxs Kifayəti döyərək xəsarət yetiməsini çəkmək istəmiş, lakin o telefondan yaxşı istifadə edə bilmədiyi üçün həmin vaxt telefonun videokamerasını işə sala bilməmiş və videoçəkilış edə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Günəşli kəndində qeydiyyatda olmaqla yaşayır. O, 06 fevral 2017-ci il tarixdə Biləsuvar rayon Ağayrı kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onların Həsənəli Qurbanlı və Könül Qurbanlı adında iki övladları dünyaya gəlmişdir. Lakin ailə qurduqdan sonra Zərərçəkmiş şəxs dəfələrlə onu döymüşdür. Buna görə də 11 oktyabr 2022-ci il tarixli Biləsuvar rayon məhkəməsinin qətnaməsi ilə rəsmi olaraq Şamxalla nikahları pozulmuşdur. Həmin qətnamədə övladları Həsənəli Qurbanlı və Könül Qurbanlının onun himayəsinə verilməsi göstərilmiş və buna görə də hər uşağa görə 120 ümumilikdə 240 (iki yüz qırx) manat aliment təyin edilmişdir. Lakin o vaxtdan bəri Şamxal məhkəmə qərarını icra etməyərək Həsənəli Qurbanlı və Könül Qurbanlını ona vermir və eyni zamanda da alimenti ödəmir. 02 mart 2023-cü il tarixdə saat 14:00 radələrində Biləsuvar rayon İcra və Probasiya şöbəsinə tərəfindən uşaqların Şamxaldan alınması üçün dəvət edilmişdir. Həmin vaxt məhkəmənin qarşısına o, dayısı Məsləhət və qohumu Rəhim getmişlər. O, həmin vaxt Rəhimə məxsus olan avtomobildə əyləşmişdir. Rəhimlə dayısı Məsləhət İcra və probasiya şöbəsinin əməkdaşları ilə söhbət etmək üçün məhkəmənin inzibati binasına daxil olmuşlar. Həmin vaxt keçmiş əri Şamxalla qardaşı Cəmil onun övladları Həsənəli ilə Könülü məhkəmənin binasına aparmışlar. O, onları görmüş və avtomobildən düşüb övladlarına yaxınlaşmışdır. O, oğlu Həsənəlini qucaqlamış və məhkəmənin inzibati binasına daxil olmaq istəmişdir. Bu zaman Şamxal onu təhqir edərək üzərinə qışqırmış və Həsənəlini yerə qoymasını ondan tələb etmişdir. Özü də qızı Könülün əlindən tutmuşdur. Şamxal onu söydüyü üçün o, Həsənəli qucağında ola-ola məhkəmənin qarşısından uzaqlaşmaq istəmişdir, həmin vaxt Şamxal arxasınca gələrək onu tutmuş və Həsənəlini ondan almaq istəmişdir. O, da oğlu Həsənəlini ona verməmək üçün müqavimət göstərən zaman Zərərçəkmiş şəxs onun sifətindən bir-neçə dəfə sillə vurmuş və həmin zərbələr nəticəsində o yerə yıxılmışdır. O, yerdə olan zaman Şamxal ondan Həsənəlini almaq üçün onu yerdə özünə tərəf sürüməyə başlamış, bu zaman o sağ diz nahiyyədən xəsarət almışdır. Həmin vaxt dayısı Məsləhət və əmisi Rəhim onlara yaxınlaşmışdır. X15 «siz nə üçün Kifayəti döyürsünüz» deyə soruşmuşdur. Dayısı Məsləhət də telefonla baş vermiş hadisəni videoçəkilişə qeyd eləmək istəmişdir. Eyni zamanda əmisi Rəhim onu Şamxalın əlindən almaq istəmişdir. Bu zaman Şamxal Rəhimin sinə nahiyyəsindən yumruqla vurmuş və əmisi kanala yıxılmışdır. O da bu hadisədən istifadə edərək ayağa qalxaraq oğlu Həsənəli ilə birlikdə oradan uzaqlaşmaq üçün Biləsuvar Tarix-Diyarşünaslıq müzeyinin qarşısında olan səki ilə piyada gedən zaman Şamxalın qardaşı Cəmil onun qarşısını kəsmiş və oğlunu əlindən almaq istəmişdir. O da oğlunu ona vermək istəməmişdir, buna görə də o, onu itələmiş və buna görə də o səkidə olan daş hasara dəymişdir. Daha sonra Şahid1 onu itələyərək yerə yıxmış və oğlu Həsənəlini ondan almaq istəmişdir, lakin o müqavimət göstərdiyi üçün Cəmil onun başından bir-neçə dəfə yumruqla zərbə vuraraq onu döymüşdür. Cəmil onu döyən zaman Şamxal qışqıraraq qardaşı Cəmili köməyə çağırmışdır. Hadisə zamanı dayısı Məsləhət yerə yıxılmışdır və yerdə olan zaman Cəmillə Şamxal hər ikisi onu təpiklə və yumruqla vurmuşlar. Hadisə davam edən zaman dayısı Məsləhət DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. İş materiallarında olan 05 mart 2023-cü il tarixli "Videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, görüntü özü 3 dəqiqə 23 saniyə müddəti əhatə edir. Görüntü ünvan 1 ünvanında yerləşən Biləsuvar Tarıx-Diyarşunasiıq Müzeyinin qarşısında olan bir ədəd təhlükəsizlik kamerası vasitəsi ilə çəkilmişdir. Görüntülərdən məlum olur kı. ətrafda olan insanların gözü qarşısında əvvəlcə Zərərçəkmiş şəxs İqbal Astanlı küçəsində keçmiş arvadı Şahid3 yerə yıxaraq qucağında tutub saxladığı oğlu Həsənəli Qurbanovu almaq məqsədi ilə Şahid3 sillə vurur və daha sonra yerdə sürüyür. Daha sonra Təqsirləndirilən şəxs Şamxalın üzərinə hücum etdiyinə görə sonuncu Kifayət Yusubovu buraxaraq kənarlaşmışdır. Buna qorə də Şahid3 ayağa qalxaraq Biləsuvar Tarix- Diyarşünaslıq Müzeyinin qarşısında olan səki ilə H.Əliyev küçəsi istiqamətində hərəkət etmək istəyir, lakın Şahid1 onun qarşısını alaraq əli ilə itələyərək geri qaytarır. Şahid1 Şahid3 itələyən zaman sonuncu Biləsuvar Tarix-Diyarşünaslıq Müzeyinin qarşısında daş hasara dəyir və daha sonra Cəmil Kifayəti yerə yıxaraq əlindən Həsənəli Qurbanovu almaq istəyir. Lakın Şahid3 qucağında olan oğlu Həsənəli Qurbanovu verməmək üçün Cəmilə müqavimət göstərən zaman sonuncu bir-iki dəfə şillə və yumruqla onun baş nahiyyəsinə zərbələr vurur. Həmin vaxt rayon prokurorluğunun qarşısında Zərərçəkmiş şəxs, Məsləhət Yarıyev və Təqsirləndirilən şəxs mübahisə edir. Şahid1 Şahid3 buraxaraq qardaşı Zərərçəkmiş şəxs yanına gedir. Həmin vaxt Məsləhət Yarıyevin yerə yıxılmasını görür. Bu zaman Təqsirləndirilən şəxs yaxınlıqda olan ağac kolunun budağını sındırıraq, həmin agacın parçası ilə Şamxalın üzərinə hücum edir. Daha sonra hadisə yerində olan və şəxsiyyətləri istintaqa məlum olmayan şəxslər dava-dalaş edənləri ayırırlar. İş materiallarında olan Biləsuvar rayon MTE və PA ETT-in xx.xx.2023-cü il tarixli 89 nömrəli ekspert rəyındə gösterilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş «sag gicgah, sol əlin arxası boyun arxası nahiyəsinin sıyrıqları, sag göz altı və sol əlın baş barmağının qançırları, sağ gözün ağlı qişasına yayılmış qansızma” müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əllə vurulma nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti qərarda qeyd olunan xx.xx.2023-c.ı il tarixə uyğun gəlir, dərəcəsinə görə sag goz altı nahiyyədə qançır və sag gozun aglı qişasına yayılmış qansızma vahıd kompleks təşkil edib sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamııga YÜNGÜL zərərvurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları uçun dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxıl olmuş tələbnamədən gorünuı kı Təqsirləndirilən şəxs mətıkumluğu yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətinə düzgün qiymət verərək, cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarındakı tövsiyələrini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 56.1-ci və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2024-cü il tarixdən müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X16
Məhkəmə qərarları › İş №1(022)-53/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-53/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver