Məhkəmə qərarları › İş №1(022)-53/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-53/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-53/2025 13.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Rəhimli Azad Elşad oğlunun məhkəmə-iclas katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X1, təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1969-cü il tarixdə İran İslam Respublikasının Sərəxs şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, sürücü işləmiş, İran İslam Respublikası, Sərəxs şəhəri, Taliğani Şərqi, Taliğani 2, pilak 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 14 yanvar 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı istintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan metadonu xeyli miqdarda əldə edib saxlayaraq daşımış, eləcə də həmin narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, gömrük nəzarətinə bəyan etmədən, qaçaqmalçılıq yolu iə qəsdən keçirmişdir. Belə ki, o, 12 yanvar 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən 1 konvolyut kəsiyində tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı xeyli miqdarda olmaqla 0,2 qram təşkil edən 5 həb metadon narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Dong Feng” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı dartıcı və “Trailer” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinin kabinasında yataq yerinin üzərindəki döşəyin alt hissəsində gizlədərək saxlamış, həmin gün idarə etdiyi yük-nəqliyyat vasitəsi ilə metadon narkotik vasitəsini İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 12 yanvar 2025-ci il tarixdə Azə'rbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin tarixdə, saat 13 radələrində yük-nəqliyyat vasitəsinə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı qeyd edilən metadon narkotik vasitəsi gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İran İslam Respublikası vətəndaşıdır və İran İslam Respublikasında yaşayır və təxminən 18 il olar ki, sürücü kimi işləyərək ailəsinin dolanışığını bu yolla təmin edir. 20 gün əvvəl sifariş üzrə Özbəkistanın Buxara şəhərindən sifarişi yüklədikdən təxminən 5 gündən sonra təyinat üzrə hərəkət edərək İran İslam Respublikasına daxil olmuşdur. X6 gömrüyünə çatmışdır. Orada olarkən növbə çox olduğu üçün 3 gün əlavə vaxt keçirməli olmuşdur. Daha sonra 12 yanvar 2025-ci il tarixdə günorta saatlarında idarə etdiyi “Dong Feng” markalı, 97AB715/97AB716 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Azərbaycan Respublikasına gələrək, Biləsuvar Gömrük İdarəsinin Biləsuvar keçid məntəqəsində avtomobili idxal xəttinə daxil olmuşdur. Pasport nəzarətindən keçdikdən sonra avtomobilini gömrük yoxlama yerinə sürmüş və həmin vaxt gömrük əməkdaşı onunla şifahi hərəkətlərlə sorğu-sual apardığını, avtomobilində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olub-olmamasını xüsusi hərəkətlərlə soruşduğunu qeyd etmişdir. O da avtomobilində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan heç bir predmetin olmadığını xüsusi hərəkətlərlə bildirdiyini qeyd etmişdir. Daha sonra idarə etdiyi yük avtomobili yoxlanılmağa başlanılmışdır. Yoxlama zamanı avtomobilin kabinində olan yataq yerinin üzərindəki döşəyin altından 1 ədəd yarım kəsik şəkilli üzərində “methadone 40” yazısı olan konvalyutda içərisində 5 ədəd olmaqla dərman preparatı aşkar edilmişdir. Daha sonra onun üzərində şəxsi yoxlama aparılmış və hər hansı bir predmet aşkar edilməmişdir. O, əvvəllər İran İraq müharibəsində əsgər kimi döyüşlərdə iştirak etdiyini, həmin döyüşlərdə ayağından zədə aldığını o vaxtdan ağrılarının olduğundan bir necə ağrı kəsici dərmanlardan istifadə etdiyini qeyd etmişdir. Nəqliyyat vasitəsindən aşkar edilən metadon tərkibli narkotik vasitə ona məxsus olmuş və ağrıları olan zaman istifadə etmişdir. Həmin metadon narkotik vasitəsini İran İslam Respublikasında olan həkimdən 10 ədəd almışdır. Həmin metodonun 5 ədədini müxtəlif vaxtlarda istifadə etmiş, qalan 5 ədədini isə istifadə etmək üçün yük avtomobilinin kabinasındakı yataq yerinin döşəyinin altına qoymuşdur. Məhkəməyədək istintaq zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi ilkin ifadəsində metadon narkotik vasitəsini idarə etdiyi avtomobilə digər sürücü yoldaşı olan “İsmayıl” adlı şəxsin qoyduğunu ehtimal etdiyini, lakin hazırkı istifadəsində həmin narkotik vasitə metadonun özünə məxsus olduğunu qeyd etməsi ilə yaranan ziddiyyət ilə bağlı onu qeyd etmişdir ki, əvvəlki ifadələrində həyəcanlı olmuş və özünü müdafiə etmək üçün yalnış ifadə vermişdir. “İsmayıl” adlı şəxsin metadona heç bir adiyyəti olmamışdır. Metadon onun olmuş və özü istifadə etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq “methadone 40” yazısı olan konvalyutda içərisində 5 ədəd olmaqla dərman preparatını əsəb xəstəliyindən əziyyət çəkdiyi üçün istifadə etmək məcburiyyətində olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin inspektoru Şahid1, ifadəsində göstərmişdir ki, o, Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1- ci bölməsinin inspektoru vəzifəsində işləyir. 12 yanvar 2025-ci il tarixdə iş bölgüsünə əsasən Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük avtomobillərinə gömrük nəzarətini həyata keçirən zaman saat 13 radələrində İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Dong Feng” markalı, 97AB715/97AB716 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə gömrük nəzarəti zonasına daxil olmuş Təqsirləndirilən şəxs ilə şifahi sorğu sual aparmış, onun idarə etdiyi “Dong Feng” markalı, 97AB715/97AB716 dövlət qeydiyyat nişanlı yük avtomobilində və üzərində qadağan olunmuş predmetlər, yəni narkotik vasitələrin, psixotrop maddələrin, dərman preparatlarının olub-olmaması barədə soruşmuş və olduğu təqdirdə təqdim etməyi təklif etmişdir. O isə öz növbəsində üzərində və idarə etdiyi “Dong Feng” markalı, İ97AB715/97AB716 dövlət qeydiyyat nişanlı yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və bəyan ediləsi heç bir predmet olmadığını bildirmişdir. Bundan sonra 2 nəfər hal şahidi dəvət edilərək yük avtomobili yoxlanılmağa başlamışdır. Yoxlama zamanı avtomobilin kabinində olan yataq yerinin üzərindəki döşəyin altından gömrük nəzarətindən gizlədilmiş 1 ədəd yarım kəsik şəkilli üzərində “methadone 40” yazısı olan konvalyutda içərisində 5 ədəd olmaqla dərman preparatı aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsi yoxlama aparmış, onun üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. Yoxlama qurtardıqdan sonra İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Dong Feng” markalı, 97AB715/97AB716 qeydiyyat nişanlı yük avtomobilindən aşkar edilmiş 1 ədəd yarım kəsik şəkilli üzərində “methadone 40” yazısı olan konvalyutda içərisində 5 ədəd olmaqla dərman preparatı götürülərək 1 ədəd xüsusi qablaşdırma vasitəsində qablaşdırılaraq, bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, ifadəsində göstərmişdir ki, o, 12 yanvar 2025-ci il tarixdə o və həmyerlisi Şahid3la Biləsuvar gömrüyünün qarşısında olduğu zaman bir nəfər gömrük işçisi onlara yaxınlaşıb özünü təqdim edərək, bildirdi ki, İran islam Respublikasından Azərbaycan Respublikasına gələn yük avtomobilini yoxlayacaqlarını yük avtomobilinin yoxlanmasında hal şahidi kimi iştirak etməklərini onlardan xahiş etmiş onlarda razılıq vermişlər. Sonra gömrük işçisi ilə birgə idxal xəttinə getmişdir. Gömrük əməkdaşı şəxsiyyəti sonradan onlara məlum olan İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Dong Feng” markalı, 97AB715/97AB716 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yoxlanmasında onlar hal şahidi kimi iştirak edəcəyi barədə məlumat verilmişdir. Bundan sonra gömrük əməkdaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verdi. O, isə öz növbəsində idarə etdiyi yük avtomobilində gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirdi. Bundan sonra onların iştirakı ilə İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobili yoxlanıldı. Yoxlama zamanı avtomobilin kabinində olan yataq yerinin üzərindəki döşəyin altından gömrük nəzarətindən gizlədilmiş 1 ədəd yarım kəsik şəkilli üzərində “methadone 40” yazısı olan konvalyutda içərisində 5 ədəd olmaqla dərman preparatı aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparıldı, onun üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmadı. Yoxlama qurtardıqdan sonra İran islam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Dong Feng” markalı, 97AB715/97AB716 qeydiyyat nişanlı yük avtomobilindən aşkar edilmiş 1 ədəd yarım kəsik şəkilli üzərində “methadone 40” yazısı olan konvalyutda içərisində 5 ədəd olmaqla dərman preparatı götürülərək 1 ədəd xüsusi qablaşdırma vasitəsində qablaşdırıldı, bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişdir. İ̇ş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Nəqliyyat vasitəsinin yoxlanılması haqqında” 12 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Dong Feng” markalı, 97AB715/97AB716 dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinində olan yataq yerinin üzərindəki döşəyin altından gömrük nəzarətindən gizlədilmiş 1 ədəd yarım kəsik şəkilli üzərində “methadone 40” yazısı olan konvalyutda içərisində 5 ədəd olmaqla dərman preparatı aşkar edilmişdir (i.v. 4-10) isxəŞ“ yoxlama aparılması haqqında” 12 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. (i.v. 27-28) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 12 yanvar 2025-ci il tarixli, 19/10 №-li məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Methadone 40 yazılı dərman preparatı” sözlər və imzalar olan 1 ədəd zərfdəki, zavod üsulu ilə qablaşdırılma əlamətlərinə görə malik konvalyut kəsiyinin içərisində 5 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon dərmanıdır, həblərin təsiredici maddəsinin ümumi miqdarı 0.2 qramdır. Qeyd: metadon 5 ədəd, tədqiqata sərf edildi – 1 ədəd, qalıq – 4 həb. (i.v 82-85) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 17 fevral 2025-ci il tarixli, 912 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sintetik opioidlərdən istifadə halları olub. Hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v 212-214) nıraltubüS“ qiymətləndirilməsi haqqında” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılması, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə üzrə cinayət təqibinin başlanması Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, cinayət işi üzrə Biləsuvar Gömrük İdarəsinin Biləsuvar keçid məntəqəsində tərtib edilmiş 12 yanvar 2025-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2025-ci il tarixli, 19/10 №-li ekspert rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 17 fevral 2025-ci il tarixli, 912 nömrəli rəyi, Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin 14 yanvar 2025-ci il tarixli, 369 nömrəli ekspert aktı, 16 yanvar 2025-ci il tarixli sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında protokol, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri, şahid ifadələri, həmmçinin işdə olan digər sənədlər sübut növü kimi qəbul olunaraq cinayət işinə əlavə edilməsi, 12 yanvar 2025-ci il tarixdə Biləsuvar Gömrük İdarəsinin Biləsuvar keçid məntəqəsində Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilindən aşkar edilərək götürülmüş 1 konvolyut kəsiyində xeyli miqdarda, tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən 5 həb metadon narkotik vasitəsi ekspertiza tedqiqatından əvvəl 5 həb metadon narkotik vasitəsi təşkil etməklə, 1 ədəd həb tədqiqata sərf edilmiş, qalıq 4 həb metadon narkotik vasitəsi tədqiqata sərf edilmiş hissələri nəzərə alınmaqla törədilmiş cinayətlərin predmeti olduğundan 15 yanvar 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınması və məhkəmənin hökmü çıxarılanadək, yaxud digər yekun qərarı qəbul edilənədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanmasının nəzərə alınması qərara alınmışdır. (i.v.239-249) iləhbüŞ“ şəxsin tutulması haqqında” 12 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdə, saat 19:15-də tutulmuş hesab edilmişdir. (i.v.63) “Həbs qətimkan tədbirinin seçilməsi barədə” Yasamal Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbirinin seçilmiş, həbs etmənin əvvəli 12 yanvar 2025-ci il tarixdən hesablanmışdır. (i.v.162-164) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmış 17 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 195) Təqsirləndirilən şəxs müdafiəçisi, vəkil Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş arayışın təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs tutma və depresiya xəstəliyindən əziyyət çəkdiyi üçün həkim nəzarətindədir və gündəlik Asentra 50, Methadon 40 və Depakine 500 adlı dərmanlardan istifadə etmək məcburiyyətindədir. (i.v 228) Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır; 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər; 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir; 66.2-ci maddəsinin tələbinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2016-cı il tarixli qərarının, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının tələblərini nəzərə alır. Məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallardan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş, özünü müdafiə üçün dəlil gətirərək məhkəməyədək istintaq zamanı verdiyi ilkin ifadələrində 1 konvolyut kəsiyində xeyli miqdarda, tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən 5 həb metadon narkotik vasitəsinin ona aid olmadığını, məhkəmə istintaqı zamanı isə tutma və depresiya xəstəliyindən əziyyət çəkdiyi üçün bu vasitəni qəbul etməli olduğunu, 5 həb metadononu bəyan etməli olduğunu bilmədiyi üçün İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn zaman özü ilə gətirdiyini göstərmişdir. Həmin dəlillər məhkəmə istintaqı zamanı yoxlanılmış və qeyd edilən xüsusatlar Təqsirləndirilən şəxs sürücü olmaqla, bir çox ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında dəfələrlə gömrük nəzarətindən keçməsi əsas götürülməklə onun gömrük qaydalarını bilməsi, qanunu bilməsə belə, bunun onu məsuliyyətdən azad etməməsi, həmçinin iş üzrə toplanılmış, digər sübutlarla təkzib olunmuş, işin faktiki hallarına uyğun gəlmədiyindən, özünümüdafiə xarakteri və cinayət əməllərini törətməyə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətdən yayınmaq məqsədi daşıdığından Təqsirləndirilən şəxs ifadələri həmin hissələrdə sübut kimi qiymətləndirilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq zamanı verdiyi ilk ifadəsində idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinasında aşkar edilmiş metadon dərmanını digər şəxsin qoyduğunu ehtimal etdiyini bildirməsinə baxmayaraq bu xüsusatı təsdiq edən hər hansı dəlil gətirməmiş, həmin xüsusat digər sübutlarla, o cümlədən, onun sonrakı etirafedici ifadəsi ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2016-cı il tarixli qərarının: 14-cü bəndinə əsasən dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-nin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-nin 234-cü maddəsi ilə tövsif edilir. Digər hallarda, yəni şəxs qeyd olunan dərman vasitələrini bəyan etməməklə, gömrük nəzarətindən kənar, yaxud tibbi sənədlərdən, o cümlədən reseptdən aldatma yolu istifadə etməklə gömrük sərhədindən keçirdikdə, onun əməllərinə işin faktiki hallarından (məsələn, dərman vasitələrinin miqdarının tibbi reseptə uyğun olub-olmamasından, xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən və sair hallardan) asılı olaraq hüquqi qiymət verilməlidir. Təqsirləndirilən şəxs müdafiəçisi, vəkil Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş arayışın təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs tutma və depresiya xəstəliyindən əziyyət çəkdiyi üçün həkim nəzarətindədir və gündəlik Asentra 50, Methadon 40 və Depakine 500 adlı dərmanlardan istifadə etmək məcburiyyətindədir. Təqdim edilmiş arayış və Ali Məhkəmənin Plenumunun 14 iyun 2016-cı il tarixli qərarında göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, həkimin təqdim etdiyi arayış tibbi resept sayılmadığından, bu vəziyyət şəxsin Cinayət Məcəlləsinin 234.1-ci maddəsində təsbit edilmiş hüquqi məsuliyyətini istisna etmir. Arayışın tibbi resept kimi tanınmaması, şəxsin dövriyyəsi qadağan olunmuş maddələri bəyan etmədən, ya da gömrük nəzarətindən kənar keçirdiyini nəzərə alaraq, qanunsuz fəaliyyətini dayandırmayacaq. Bu hallarda, təqdim edilən arayış yalnız tibbi vəziyyəti əks etdirir, lakin hüquqi baxımdan onun istifadəsi müvafiq qanunvericiliyə ziddir. Beləliklə, müvafiq qanunvericilik bazasını nəzərə alaraq, arayışın tibbi resept olmaması ilə yanaşı, şəxs qanunla müəyyən olunmuş tələblərə riayət etmədiyi üçün müvafiq cinayət maddələri ilə məsuliyyətə cəlb olunmalıdır. Bu nəticə, həmçinin ədalət və qanunun aliliyi prinsipinin təmin edilməsi baxımından da önəmlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 111-ci bəndinin tələbinə görə metodonun xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,02 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 1,6 qramdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir (Cinayət Prosessual Məcəlləsi 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58- ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərməyərək təqsirini boynuna almamasını, məhkəməyədək istintaq zamanı verdiyi ilk ifadəsində idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinasında aşkar edilmiş metadon dərmanını digər şəxsin qoyduğunu bildirməsini cinayət əməllərini törətməyə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətdən yayınmaq məqsədi kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qismən əməlini etiraf etməsi və peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə cinayət işinin hallarini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərini təmin etmək mümkün deyildir və buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində, həmin Məcəllənin 66.2-ci maddəsində nəzərdə tutulmuş qaydada az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Beləliklə, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək qənaətə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri təqsirli bilinərək məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli “Həbs qətimkan tədbirinin seçilməsi barədə” Yasamal Rayon Məhkəməsinin 14 yanvar il tarixli qərarında göstərilən vaxtdan, yəni 12 yanvar 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2.), məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 17 fevral 2025-ci il tarixli, 912 nömrəli saylı rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və hazırda Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, narkotik maddə hesab olunan 4 ədəd metadon həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-nin 132), Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, 1 ədəd tünd göy rəngli “Honor” markalı mobil telefon və ona quraşdırılmış İran mobil operatoruna məxsus +**********20 saylı mobil nömrə sahibinə qaytarılmalı, iş üzrə ekspertiza tədqiqatının dəyəri qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalı (CPM-nin 197.1, 197.1.4 və 198.1), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona çəkilməsi üçün qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarıldıqdan sonra, hazırki məhkəmə hökmü ilə təyin edilmiş məhkumluğu götürülənədək və ya ödənilədək onun Azərbaycan Respublikasına gəlmək hüququ müvəqqəti məhdudlaşdırılsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, narkotik maddə hesab olunan 4 ədəd metadon həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, 1 ədəd tünd göy rəngli “Honor” markalı mobil telefon və ona quraşdırılmış İran mobil operatoruna məxsus +**********20 saylı mobil nömrə sahibinə qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar