Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-55/2023 28.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi, İ.Rəhmanov küçəsi, döngə 2, ev 3-də qeydiyyatda olmaqla yaşayan, barəsində 25 dekabr 2022-ci il tarixli qərarla «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq, yəni 1,644 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 24 dekabr 2022-ci il tarixdə saat 01:05 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Bestvood” mebel mağazasının qarşısında X2 idarə etdiyi Toyota Prius markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən 1,644 qram çəkidə narkotik vasitə heroin bir ədəd siqaret kağızı bükümündə olmaqla əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, İ.Rəhimov küçəsi döngə 2, ev 3-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Subaydır, ruhi-əsəb xəstəliyi yoxdur. Rəsmi olaraq heç bir yerdə işləmir, yalnız avtoyuma məntəqəsində işləyir və bu yolla ailəsinin dolanmasına köməklik göstərir. Təxminən 1 ildir ki, narkotik vasitələrin aludəçisidir. Əsasən heroin çəkmək yolu ilə qəbul etmişdir. 22 dekabr 2022-ci il tarixdə saat 11 radələrində işlədiyi avtoyuma məntəqəsinə gedərkən yerdən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd büküm tapmış, həmin bükümü açıb baxarkən içərisində narkotik vasitə heroin olmasını görmüşdür. Buna görə də həmin bükümü götürüb özündə saxlamışdır. 23 dekabr 2022-ci il tarixdə günorta saatlarında onunla birlikdə hərbi xidmətdə olmuş və hal-hazırda Biləsuvar rayonunda yaşayan Hüseyn adlı dostu ona “WhatsApp” proqramı vasitəsilə zəng etmiş, Hüseynlə danışan zaman 500 (beş yüz) manat borc pul lazım olduğunu bildirmişdir. Hüseyn də onu Biləsuvar rayonunda yerləşən yaşadığı evə qonaq çağırmış və lazım olan borc pulu verəcəyini bildirmidir. Buna görə də həmin gün saat 22 radələrində işdən çıxdıqdan sonra “Uber” taksi şirkətinə zəng edərək Biləsuvar rayonuna getmək istədiyini bildirmişdir. Təxminən 5 dəqiqə sonra tanımadığı bir şəxs idarə etdiyi “Toyota Prius” markalı avtomobillə onun iş yerinin yanına gəlmişdir. O, həmin avtomobillə Biləsuvar rayonuna gələn zaman 22 dekabr 2022-ci il tarixdə yerdən tapdığı və içərisində narkotik vasitə heroin olan siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü də əynindəki şalvarın sol yan cibinə qoymuşdur. Biləsuvar rayonuna gələn zaman taksi sürücü ilə söhbət zamanı adının Ramil olmasını bilmişdir. 24 dekabr 2022-ci il tarixdə saat 01 radələrində Biləsuvar rayonuna çatmışlar. Biləsuvar rayonu ərazisində Hüseynlə “WhatsApp” proqramı vasitəsilə danışaraq yaşadığı evin yerini dəqiqləşdirərək həmin evə getmək istəmişdir. Bu zaman DYP əməkdaşları Ramilə avtomobili saxlamaq işarəsi vermişlər. Ramil də avtomobili yolun sağ kənarında saxlamışdır. Əvvəlcə DYP əməkdaşları, daha sonra isə mülki geyimdə olan digər polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər, üzərilərində və avtomobildə narkotik vasitə gəzdirmələri şübhəsinin olduğunu izah edib onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsində vəkili Əli Hüseynov və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, ilk olaraq ona üzərində narkotik vasitə, psixitrop maddə vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuşdur. O da əynindəki şalvarın sol yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bükülü açılıb baxılarkən içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş heroin qablaşdırılması ilə birlikdə elektron tərəzidə çəkildikdə 1,86 qram olması müəyyənləşdirilmişdir. Həmin heroin onun özünə məxsusdur, heç kimə satmaq və ya vermək niyyəti olmamış, narkotik vasitə istifadəçisi olduğu üçün üzərində gəzdirmişdir. Bundan sonra o, vəkili Əli Hüseynov və polis əməkdaşlarının, həmçinin taksi sürücüsü Ramil Mehdiyev və vəkilinin iştirakları ilə Ramilin idarə etdiyi “Toyota Prius” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildmişdir. Baxış zamanı o və Ramil Mehdiyevə avtomobildə narkotik vasitə, psixitrop maddə vardırsa, çıxarıb təqdim etmələri təklif olunmuşdur. Onlar isə avtomobildə qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmişlər. Polis əməkdaşları tərəfindən həmin avtomobilə baxış keçirilsə də, lakin narkotik vasitə, psixitrop maddə aşkar olunmamışdır. Üzərinə şəxsi axtarış, Ramil Mehdiyevin idarə etdiyi avtomobilə baxış keçirilməsi barədə protokollar tərtib edilmiş, həmin protokolların doğruluğunu imzası ilə təsdiq etmişdir. Onun üzərindən götürülmüş narkotik vasitə heroindən başqa hər hansı yerdə narkotik vasitə və psixotrop maddə gizlətməmiş, heç kimə verməmiş və ya satmamışdır. Biləsuvar rayonuna gələn zaman taksi sürücüsü Ramil Mehdiyevin onun üzərində narkotik vasitə gəzdirməsindən məlumatı olmamışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etiraf edici ifadəsi ilə yanaşı aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 23 dekabr 2022-ci il tarixə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinə o, NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, CABnin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, DYPB-nin YPX-nin baş inspektoru, polis kapitanı Əziz Məmmədov və YPX-nin inspektoru, polis serjantı Şahid4 daxil edilmişdir. 24 dekabr 2022-ci il tarixdə saat 01:00 radələrində Təqsirləndirilən şəxs içərisində əyləşdiyini ehtimal etdikləri “Toyota Prius” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Biləsuvar şəhəri H.Əliyev küçəsi ilə şəhər mərkəzi istiqamətində hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqə sonra həmin avtomobil Biləsuvar şəhəri, M.İbrahimov küçəsində “Bestwold” mebel mağazasının qarşısında hərəkətdə olarkən DYPB-nin YPX-nin baş inspektoru, polis kapitanı Əziz Məmmədov və YPX-nin inspektoru, polis serjantı Şahid4 avtomobilin sürücüsünə avtomobili saxlamaq işarəsi vermişlər. Həmin sürücü də avtomobili yolun kənarında saxlamışdır. O və yaradılmış əməliyyat qrupunun digər üzvləri avtomobilə yaxınlaşıb sürücü və avtomobildə sərnişinin kimi əyləşmiş digər bir şəxsə özlərini təqdim etmiş, həmin şəxslərə üzərilərində və avtomobildə narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya daşımaları şübhəsinin olduğunu izah edərək avtomobillə birlikdə RPŞ-nə gətirmişlər. RPŞ-də “Toyota Prius” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Bakı şəhərində yaşayan X3, avtomobildə sərnişinin kimi əyləşmiş digər şəxsin isə Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Bununla bağlı RPŞ-nin rəhbərliyinə ünvanladığı raport əsasında TB-nin təhqiqatçısı Mahsun Kərimov tərəfindən araşdırma aparılmağa başlanılmışdır. RPŞ-nin xidməti otaqlarının birində o, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, KTQ-nun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov, vəkil Əli Hüseynovun iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynindəki şalvarın sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin heroini istifadə etmək məqsədilə üzərində gəzdirməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər maddə siqaretin gümüşü rəngli kağızı ilə birlikdə çəkildikdə 1,86 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Bundan sonra o, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, KTQ-nun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov, vəkil Mehman Mütəllimovun iştirakları ilə videoçəkiliş aparılmaqla Ramil Mehdiyevin üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Ramil Mehdiyevə üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Ramil Mehdiyev isə üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra onlar Ramil Mehdiyevin üzərinə şəxsi axtarış keçirsələr də, lakin hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Son olaraq isə o, NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, KTQ-nun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov, vəkillər Mehman Mütəllimov və Əli Hüseynov, habelə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs və Ramil Mehdiyevin iştirakları ilə videoçəkiliş aparılmaqla Ramil Mehdiyevin idarə etdiyi “Toyota Prius” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı şübhəli şəxslər Təqsirləndirilən şəxs və Ramil Mehdiyevə avtomobildə narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmiş, lakin həmin şəxslər avtomobildə qadağan edilmiş heç bir əşya və ya prdemet gizlətmədiklərini bildirmişlər. Onlar həmin avtomobilə baxış keçirsələr də, hər hansı narkotik vasitə, qanunla qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs və Ramil Mehdiyevin üzərinə şəxsi axtarış, habelə Ramil Mehdiyevin idarə etdiyi “Toyota Prius” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə protokollar tərtib edilmiş, həmin protokolların doğruluğunu imzaları ilə təsdiq etmişlər. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş olan narkotik vasitə heroin siqaretin gümüşü rəngli kağızı ilə birlikdə elektron tərəzidə çəkildiyi üçün ekspert rəyində göstərilən çəki ilə uyğunsuzluq yaranmışdır. Ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıdır. Məhkəmədə şahid qismində dindirilən Şahid2, Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunda ifadə verdilər. Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Azər Qəmbərli tərəfindən tərtib edilmiş 24 dekabr 2022-ci il tarixli «Şəxsi axtarış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə daşıması şübhəsi olduğu üçün RPŞ-nin xidməti otaqlarının birində o, CAB-nin əməliyyat müvəkkilləri, polis leytenantları Şahid1 və Şahid3, KTQ-nun baş ekspertkriminalisti polis kapitanı Anar Abduhəlimov, vəkil Əli Hüseynovun iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynindəki şalvarın sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin heroini istifadə etmək məqsədilə üzərində gəzdirməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin gümüşü rəngli kağızına bükülmüş açılıb baxıldıqda içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin siqaretin gümüşü rəngli kağızı ilə birlikdə çəkildikdə 1,86 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Cinayət İşinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X1 24 dekabr 2022-ci il tarixli 19/1296 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "... Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər maddə...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi-1,644 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,644 qram, tədqiqata sərf edildi 0,05, qalıq 1,594 qram. Tədqiqata təqdim edilmiş 1,644 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1,594 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 29 dekabr 2022-ci il tarixli 1320 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndinə əsasən sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğu üçün məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar yaşayış yerindən müsbət xarakterizə olunması və əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. İş materiallarında olan 24 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 dekabr 2022-ci il tarixdə saat saat 01:05də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 25 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 dekabr 2022-ci il tarixdə saat 18:30-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəza növü təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, ambulator məcburi narkoloji tibbi yoxlamanın 29 dekabr 2022-ci il tarixli, 1320 saylı rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Biləsuvar rayon polis şöbəsində saxlanılan qalıq çəkisi 1,594 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 dekabr 2022-ci il tarixindən 25 dekabr 2022-ci il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,594 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №1(022)-55/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-55/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver