Məhkəmə qərarları › İş №1(022)-55/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-55/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-55/2025 24.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X7 məhkəmə-iclas katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Biləsuvar rayon vəkil bürosunun sədri Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsillidir, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 11 dekabr 2024-cü il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxx 2003-cü ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsillidir, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 11 dekabr 2024-cü il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, 19 avqust 2000-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsillidir, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 11 dekabr 2024-cü il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə və saxlanc yeri saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, cinayət əlaqəsinə girərək 08 dekabr 2024-cü il tarixdə saat 00:20 radələrində Biləsuvar rayonu, Çaylı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 pusquda dayanmış, o isə evin hasarından yaşayış sahəsinə qanunsuz daxil olaraq evin darvazasını açmış, Təqsirləndirilən şəxs3 yaşayış sahəsinə daxil olduqdan sonra sonuncu ilə birlikdə həyatyanı sahədə yerləşən saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olub tövlədə olan hər birinin dəyəri 280 (iki yüz səksən) manat olmaqla, ümumilikdə 560 (beş yüz altmış) manat dəyərində iki baş qoyunları aparmaqla, gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 560 (beş yüz altmış) manat ziyan vurmaqla oğurluq etmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə və saxlanc yeri saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, cinayət əlaqəsinə girərək 08 dekabr 2024-cü il tarixdə saat 00:20 radələrində Biləsuvar rayonu, Çaylı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, pusquda dayanmış, Təqsirləndirilən şəxs1 isə evin hasarından yaşayış sahəsinə qanunsuz daxil olaraq evin darvazasını açmış, Təqsirləndirilən şəxs3 yaşayış sahəsinə daxil olduqdan sonra sonuncu ilə birlikdə həyatyanı sahədə yerləşən saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olub tövlədə olan hər birinin dəyəri 280 (iki yüz səksən) manat olmaqla, ümumilikdə 560 (beş yüz altmış) manat dəyərində iki baş qoyunları aparmaqla, gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 560 (beş yüz altmış) manat ziyan vurmaqla oğurluq etmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə və saxlanc yeri saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, cinayət əlaqəsinə girərək 08 dekabr 2024-cü il tarixdə saat 00:20 radələrində Biləsuvar rayonu, Çaylı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 pusquda dayanmış, Təqsirləndirilən şəxs1 isə evin hasarından yaşayış sahəsinə qanunsuz daxil olaraq evin darvazasını açmış, o, yaşayış sahəsinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə həyatyanı sahədə yerləşən saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olub tövlədə olan hər birinin dəyəri 280 (iki yüz səksən) manat olmaqla, ümumilikdə 560 (beş yüz altmış) manat dəyərində iki baş qoyunları aparmaqla, gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 560 (beş yüz altmış) manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 İli oğlu və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə elan olunmuş ittihamla bağlı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun dostlarıdır. 07 dekabr 2024-cü il tarixdə saat 22 radələrində kənd ərazisində Təqsirləndirilən şəxs3 ilə qarşılaşmışlar. Fəridlə söhbətləşən zaman həmkəndliləri Zərərçəkmiş şəxs məxsus həyatyanı sahədən qoyun oğurlamağı təklif etmişlər. Fərid onun təklifi ilə razılaşmışdır. Onlar söhbətləşəsöhbətləşə Təqsirləndirilən şəxs3 evinin qarşısına gəlmişlər. Onlar birlikdə oğurluq etmək məqsədi ilə qonşuları Təqsirləndirilən şəxs2 çağırmaq qərarına gəlmişlər. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrə ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs3 küçəyə çıxaraq onlara yaxınlaşmışdır. Onlar bundan sonra piyada yeriyərək kənd ərazisində yerləşən məscidin yanına çatmışlar. Məscidin yanında oğurluğu necə edəcəklərini planlaşdırmışlar. Aralarında olan razılaşmaya görə o və Təqsirləndirilən şəxs3 həyatyanı sahəyə daxil olaraq oradan qoyunları küçəyə çıxaradaraq kəndin arxa tərəfi ilə şor kanalının üzəri ilə Fəridin yaşadığı ünvana aparacaq, həmin vaxt isə Təqsirləndirilən şəxs2 küçədə dayanaraq onlara göz-qulaq olacaqdır. Onlar bundan sonra piyada Zərərçəkmiş şəxs yaşadığı evə doğru getməyə başlamışlar. Onlar Zərərçəkmiş şəxs yaşadığı evə çatmışlar. O, hasardan həyətə atlanaraq darvazanın kilidini açmışdır. Təqsirləndirilən şəxs3 həyatyanı sahəyə daxil olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 küçədə gəlib-gedən kimsə olacaqsa onlara bu barədə məlumat vermək üçün gizlənərək gözləmişdir. Onlar birlikdə tövləyə yaxınlaşmışdır. Tövlənin qapısını açaraq hər biri bir qoyunun qıçından tutaraq dartıb küçəyə çıxartmışlar. Onlar iki baş qoyunu kəndin arxa tərəfi ilə Fərdi Hüseynzadənin yaşadığı evin yaxınlığına apararaq şor kanalının içərisində gizlətmişlər. 08 dekabr 2024-cü il tarixdə saat 01:00-da Təqsirləndirilən şəxs3 anası işlədiyi yerə getdikdən sonra Təqsirləndirilən şəxs2la birlikdə qoyunları evə aparmışlar. O, bundan sonra Biləsuvar rayonu İsmətli kənd sakini dostu Əkrəm Rəhmanovun atası taksi işləyən X5 zəng edərək Beylaqan rayonuna qoyun satmaq üçün dostu Təqsirləndirilən şəxs3 gedəcəyini, dostunu aparıb-apara bilməyəcəyini soruşmuşdur. X9 Beyləqan rayonu, Daşburun qəsəbəsinə 100 (yüz) manat pula aparmağa razılaşmışdır. Rəhman Rəhmətov 03 radələrində idarə etdiyi “Saipa” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə kəndə gəlmişdir. O, X8 mobil nömrəsini vermişdir. Fərid qoyunları apararaq Beyləqan rayonu, Daşburun kəndində satmışdır. O, 08 dekabr 2024-cü il tarixdə saat 13 radələrində yuxudan ayıldıqdan sonra kənd ərazisində Təqsirləndirilən şəxs3 ilə görüşmüşdür. Fərid qoyunları bazarın qarşısında 350 manata satdığını, taksi sürücüsünə 100 (bir yüz) manat verdiyini deyərək 250 (iki yüz əlli) manat pulu ona vermişdir. O, həmin puldan 50 manatını Təqsirləndirilən şəxs3 qaytarmışdır. 08 dekabr 2024-cü il tarixdə saat 19 radələrində kənd ərazisində görüşərək Təqsirləndirilən şəxs2 30 (otuz) manat pul verərək ondan uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onların oğurluq etməklərindən və oğurluq xırdabuynuzlu heyvanları satmaq üçün Beyləqan rayonu, Daşburun kəndində yerləşən mal-qara bazarına aparıb satmaqlarından sürücü X3 məlumatı olmamışdır. Rəhman Rəhmətov həmin xırdabuynuzlu heyvanların Təqsirləndirilən şəxs3 məxsus olmasını bilmişdir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla bağlı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun dostlarıdır. 07 dekabr 2024-cü il tarixdə saat 22 radələrində yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil nömrəyə zəng etmişdir. Təqsirləndirilən şəxs3 ondan küçəyə çıxmağını istəmişdir. O, küçəyə çıxdıqda Təqsirləndirilən şəxs3 ilə Elşad Həmdilinin birlikdə dayanmasını görmüşdür. Onlar bundan sonra piyada yeriyərək kənd ərazisində yerləşən məscidin yanına çatmışlar. Məscidin yanında oğurluğu necə edəcəklərini planlaşdırmışlar. Aralarında olan razılaşmaya görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həyatyanı sahəyə daxil olaraq oradan qoyunları küçəyə çıxaradaraq kəndin arxa tərəfi ilə şor kanalının üzəri ilə Fəridin yaşadığı ünvana aparacaqdırlar, həmin vaxt isə o, küçədə dayanaraq onlara göz-qulaq olacaqdı. Onlar bundan sonra piyada Zərərçəkmiş şəxs yaşadığı evə doğru getməyə başlamışlar. Təqsirləndirilən şəxs1 hasardan içəri atlanaraq darvazanın kilidini açmışdır. Təqsirləndirilən şəxs3 həyatyanı sahəyə daxil olmuşdur. Həmin vaxt o, küçədə gəlib- gedən kimsə olacaqsa bu barədə məlumat vermək üçün gizlənərək gözləmişdir. Təxminən 5 dəqiqə sonra Fərid və Elşad hər biri bir qoyunun qıçından yapışaraq küçəyə çıxartmışlar. Onlar iki baş qoyunu kəndin arxa tərəfi ilə Fərdi Hüseynzadənin yaşadığı evin yaxınlığına apararaq şor kanalının içərisində gizlətmişlər. 08 dekabr 2024-cü il tarixdə saat 01:00-da Təqsirləndirilən şəxs3 anası işlədiyi yerə getdikdən sonra sonuncu ilə birlikdə qoyunları evə aparmışlar. O, bundan sonra yaşadığı evə getmişdir. 08 dekabr 2024-cü il tarixdə saat 19 radələrində kənd ərazisində Elşad Həmdili ilə görüşmüş, sonuncu ona 30 (otuz) manat pul verərərək oğurluqdan əldə etdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona verilən suala cavab olaraq, Təqsirləndirilən şəxs1 qoyunları neçəyə satmaqları ilə bağlı heç bir söz soruşmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla bağlı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun dostlarıdır. 07 dekabr 2024-cü il tarixdə saat 22 radələrində kənd ərazisində Təqsirləndirilən şəxs1 ilə qarşılaşmışdır. Elşadla söhbətləşən zaman həmkəndliləri Zərərçəkmiş şəxs məxsus həyatyanı sahədən qoyun oğurlamağı təklif etmişdir. Onlar söhbətləşə- söhbətləşə yaşadığı evin qarşısına getmişlər. Onlar birlikdə oğurluq etmək məqsədi ilə qonşuları Təqsirləndirilən şəxs2 çağırmışlar. Pərviz küçəyə çıxmışdır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 birlikdə həmkəndliləri Zərərçəkmiş şəxs məxsus həyatyanı sahədən qoyun oğurlamağı təklif etmişdir. Pərviz Məmmədov da onlarla razılaşmışdır. Onlar bundan sonra piyada yeriyərək kənd ərazisində yerləşən məscidin yanma çatmışlar. Məscidin yanında oğurluğu necə edəcəklərini planlaşdırmışlar. Aralarında olan razılaşmaya görə o və Elşad həyatyanı sahəyə daxil olaraq oradan qoyunları küçəyə çıxaradaraq yaşadığı ünvana aparacaqdirlar, həmin vaxt isə Təqsirləndirilən şəxs2 küçədə dayanaraq onara göz-qulaq olacaqdır. Onlar bundan sonra piyada Zərərçəkmiş şəxs yaşadığı evə doğru getməyə başlamışlar. Onlar Zərərçəkmiş şəxs yaşadığı evə çatdıqdan sonra Təqsirləndirilən şəxs1 hasardan içəri atlanaraq darvazanın kilidini açmışdır. Onlar birlikdə tövləyə yaxınlaşmışlar. Tövlənin qapısını açaraq hər biri bir qoyunun qıçından tutaraq dartıb küçəyə çıxartmışlar. Onlar iki baş qoyunu kəndin arxa tərəfi ilə yaşadığı evin yaxınlığına apararaq şor kanalının içərisində gizlətmişlər. 08 dekabr 2024-cü il tarixdə saat 01:00-da anası işlədiyi yerə getdikdən sonra dostları Təqsirləndirilən şəxs2 və Elşad Həmdilinin köməkliyi ilə qoyunları yaşadığı ünvana aparmışlar. Təqsirləndirilən şəxs1 adını sonradan bildiyi Biləsuvar rayonu, İsmətli kənd sakini X5 zəng edərək Beylaqan rayonuna qoyun satmaq üçün onun gedəcəyimi, aparıb-apara bilməyəcəyini soruşmuş. Rəhman Rəhmətov onu Beyləqan rayonu, Daşburun qəsəbəsinə 100 (yüz) manat pula aparmağa razılaşmışdır. Rəhman Rəhmətov 03 radələrində idarə etdiyi “Saipa” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə onunla telefon əlaqəsi saxlayaraq yaşadığı ünvanın qarşısına gəlmişdir. O, iki baş qoyunu avtomoblə yükləmişdir. Bundan sonra onlar Beyləqan rayonu, Daşburun qəsəbəsinə getmişlər. Təxminən 04:30 radələrində bazara çatmışlar. Bazarın qarşısında qoyunları avtomobilin baqajından aşağı düşürdərək orada olan tanımadığı alverçiyə iksini bir yerdə 450 manata satmışdır. Onlar bundan sonra oradan çıxaraq yaşadığı ünvana qayıtmışlar. O, saat 06 radələrində yaşadığı ünvana çatmışdır. O, taksi sürücüsü Rəhman Rəhmətova aralarında olan razılaşmaya görə 100 (bir yüz) manat zəhmət haqqını vermişdir. 08 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvana gedərək ona üzərində olan 350 manatdan 250 (iki yüz) əlli manatını vermişdir. Elşad 250 (iki yüz əlli) manat puldan 50 (əlli) manatını ona qaytarmışdır. Qalan 200 (iki yüz) manatını isə cibinə qoymuşdur. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xırdabuynuzlu heyvanlar saxlamaqla dolanışığını təmin edir. Özünə məxsus 17 baş xırdabuynuzlu heyvanı vardır. O, həmin xırdabuynuzlu heyvanları hər gün kəndin örüş sahəsinə aparır. 07 dekabr 2024-cü il tarixdə heyvanları örüş sahəsindən gətirib, həyətindəki tövləyə salmışdır. 08 dekabr 2024cü il tarixdə saat 08 radələrində tövlədən qoyunlarını çıxardıqda iki başının orada olmamasını görmüşdür. O, qoyunlarını sayıb tövləyə salmışdır. Çıxardıqda iki başının olmamasını gördükdə həmin xırdabuynuzlu heyvanlarının oğurlanmasını başa düşmüşdür. Bundan sonra baş vermiş oğurluq hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin “102 Zəngxidməti mərkəzi”nə müraciət etmişdir. Yaşadığı ünvana polis əməkdaşları gəlmişdir. O, ərizə ilə bu barədə Biləsuvar Rayon Polis Şöbəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı 09 dekabr 2024-cü il tarixdə yaşadığı ünvandan iki baş xırdabuynuzlu heyvanlarını oğurlayan şəxslərin həmkəndliləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olması müəyyən olunmuşdur. Həmin şəxslər polis əməkdaşları tərəfindən onun müraciəti əsasında saxlanılmışdır. Həmin şəxsərin valideynləri ona dəymiş ziyanı ödədikləri üçün 09 dekabr 2024-cü il tarixdə şikayət və tələbinin olmaması barədə təkrar ərizə ilə Biləsuvar Rayon Polis Şöbəsinə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ona verilən suala cavab olaraq, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç bir şikayət və ya tələbinin olmadığını, ona vurulmuş ziyanın artıq ödənildiyini bildirərək, təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrum etmə ilə bağlı əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 08 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəsindən 2 baş xırdabuynuzlu heyvanın oğurlanması müəyyən olunmuşdur. Baxış keçirilməsi barədə tərtib edilmiş protokol və çəkilmiş fotoşəkillər cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild İ, i.v 6-8) “İfadənin yerində yoxlanılması haqqında” 11 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, 07 dekabr 2024-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə həmkəndliləri Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətindən iki baş xırdabuynuzlu heyvanı oğurlamaqları ilə bağlı razılaşmışlar, əldə olunan razılaşmaya əsasən 08 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs evinin qarşısına gəlmişlər, o küçədə gözləyərək kənar şəxslərin oraya gəlib getməsindən göz-qulaq olmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs evindən iki baş xırdabuynuzlu heyvanı oğurlayaraq küçəyə çıxartmışlar, daha sonra birlikdə həmin xırdabuynuzlu heyvanları Fərid Hüseynovun yaşadığı evə aparmışlar. İfadənin yerində yoxlanılması barədə tərtib edilmiş protokol və çəkilmiş fotoşəkillər cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild İ, i.v 155-158) “İfadənin yerində yoxlanılması haqqında” 11 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, 07 dekabr 2024-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə həmkəndliləri Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətindən iki baş xırdabuynuzlu heyvanı oğurlamaqlar ilə bağlı razılaşmışlar, əldə olunan razılaşmaya əsasən 08 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs evinin qarşısına gəlmişlər, o mişar daşlarından hörülmüş hasardan həyətyanı sahəyə atlanaraq daxil olmuş, darvazanın qapısını açmış, həmin vaxt Təqsirləndirilən şəxs3 da həyətə daxil olmuş, lakin Təqsirləndirilən şəxs2 küçədə gözləyərək onlara göz-qulaq olmuşdur. O və Təqsirləndirilən şəxs3 hər biri bir baş xırdabuynuzlu heyvanın qıçından yapışaraq sonuncuya məxsus evə aparmışlar. İfadənin yerində yoxlanılması barədə tərtib edilmiş protokol və çəkilmiş fotoşəkillər cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild İ, i.v 159-163) “İfadənin yerində yoxlanılması haqqında” 11 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs3 bildirdi ki, 07 dekabr 2024-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə həmkəndliləri Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətindən iki baş xırdabuynuzlu heyvan oğurlamaq barədə razılaşmışlar, əldə olunan razılaşmaya əsasən 08 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs evinin qarşısına gəlmişlər, Təqsirləndirilən şəxs1 hasardan həyətyanı sahəyə atlanaraq daxil olmuş, darvazanın qapısını açmış, həmin vaxt o həyətə daxil olmuş, lakin Təqsirləndirilən şəxs2 küçədə gözləyərək onlara göz-qulaq olmuşdur. O və Təqsirləndirilən şəxs1 hər biri bir baş xırdabuynuzlu heyvanın qıçından yapışaraq yaşadığı evə aparmışlar. İfadənin yerində yoxlanılması barədə tərtib edilmiş protokol və çəkilmiş fotoşəkillər cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild İ i.v 164-168) “İfadənin yerində yoxlanılması haqqında” 28 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən o, Biləsuvar raynu Çaylı kəndində yaşadığı evin həyətindəki tövlədən 08 dekabr 2024-cü il tarixdə oğurluq olan yeri əyani olaraq göstərib təqdim etməklə bir daha ifadəsində qeyd etdiyi xüsusatları tam təsdiq etmişdir. Bu barədə protokol və fotocədvəl tərtib olunaraq cinayət işinə əlavə edilmişdir. (cild İİ i.v 93-95) Biləsuvar rayon mal-qara bazarından daxil olmuş 10 yanvar 2025-ci il tarixli 25-01 nömrəli məktubdan görünür ki, bir baş yerli cins, 3 yaşlı, diri çəkisi 40 kiloqram olan qoyunun 08 dekabr 2024-cü il tarixə olan orta bazar alqı-satqı qiyməti 280 (iki yüz səksən) manat olmuşdur. (cild İİ, i.v 74) “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 bölməsinin 01 mart 2025-ci il tarixli 19/92 nömrəli məhkəmə-əmtəəşünaslıq rəyindən görünür ki, ekspertizanın təyini haqqında göstərilən iki baş 3 yaşlı, diri çəkisi təxminən 40 kiloqram olan olan qoyunların 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 560,00 (2x280m) manat müəyyən edilir. (cild İİ, i.v. 120-122) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 16 dekabr 2024-cü il tarixli 3-13-11/2-13153/2024 nömrəli məktubundan görünür ki, Biləsuvar rayonu Çaylı kəndində yaşayan vətəndaş Zərərçəkmiş şəxs məxsus evin həyətində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 03 ədədi (açılmış darvazanın içəri hissəsindən götürülmüş) (ADİS-in məlumat bankına Biləsuvar RPŞ-dən daxil olmuş) 19 avqust 2000-ci ildə Biləsuvar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs3 sol əlinin şəhadət, orta, adsız, 04 ədədi (açılmış darvazanın içəri və çöl hissəsindən götürülmüş) (ADİS-in məlumat bankına Biləsuvar RPŞ-dən daxil olmuş) xx xxxxxx 2002-ci ildə Biləsuvar rayonunda anadan olmuş X1 əlinin böyük, şəhadət, orta və adsız barmaqlarının əksi ilə eynilik təşkil etmişdir. Digər eynilik aşkar edilməmişdir. (cild İİ, i.v. 63-64) İş üzrə Zərərçəkmiş şəxs Biləsuvar Rayon Polis Şöbəsinə ünvanlanmış ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs təkrar ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın ödənildiyi üçün oğurluq edən şəxslərə qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. (cild İİ, i.v. 84) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. (cild İİ, i.v. 75-77) “Şübhəli şəxs qismində tutma haqqında” 09 dekabr 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 09 dekabr 2024-cü il tarixdə, saat 20:35-də tutulmuşdur. (cild İ, i.v. 30) “Şübhəli şəxs qismində tutma haqqında” 09 dekabr 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 09 dekabr 2024-cü il tarixdə, saat 21:15-də tutulmuşdur. (cild İ, i.v. 52) “Şübhəli şəxs qismində tutma haqqında” 09 dekabr 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 09 dekabr 2024-cü il tarixdə, saat 20:00-da tutulmuşdur. (cild İ, i.v. 73) “Həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatətin təmin edilməməsinə dair” 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatəti təmin edilməmişdir. (cild İ, i.v. 176-177) “Həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatətin təmin edilməməsinə dair” 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatəti təmin edilməmişdir. (cild İ, i.v. 179-180) “Həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatətin təmin edilməməsinə dair” 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatəti təmin edilməmişdir. (cild İ, i.v. 182-183) “Şəxsin MSY-də saxlanılmaqdan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild İ, i.v. 184-185) “Şəxsin MSY-də saxlanılmaqdan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild İ, i.v. 189-190) “Şəxsin MSY-də saxlanılmaqdan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild İ, i.v. 194-195) “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” 28 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. (cild İİ, i.v. 65) “Sübutların qiymətləndirilməsi haqqında” 01 mart 2024-cü il tarixli qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 11 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamların qüvvəsində saxlanılması, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələrinin tərkibi olmadığından barələrində həmin maddə üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus “Samsung A53” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus “Redmi note 12” markalı mobil telefon və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 16 dekabr 2024-cü il tarixli 3-13-11/2- 13153/2024 nömrəli məktuba əlavə edilmiş bir ədəd zərfdə olan hadisə yerindən götürülmüş əl barmaq izlərinin iş üzrə maddi sübut kimi tanınması, iş üzrə təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərər çəkmiş şəxsin ifadələri, şahid ifadələri, ifadənin yerində yoxlanılması haqqında protokollar və həmin protokollara əlavə edilmiş fotocədvəllər, hadisə yerinə baxış keçirilməsi barədə protokol, həmin protokola əlavə edilmiş fotocədvəl, mobil telefonlara baxış keçirilməsi haqqında protokollar və həmin protokollara əlavə edilmiş fotocədvəllər və CD disklər, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 mart 2025-ci il tarixli 19/92 nömrəli rəyi, Biləsuvar rayon mal-qara bazarından daxil olmuş 10 yanvar 2025-ci il tarixli 25-03 nömrəli məktub, eləcə də işdə olan digər istintaq sənədlərinin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (cild İİ, i.v. 126-193) Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrinin, iş materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 63.1-ci maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının: 6.1-ci maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2. Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir; 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki: Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının: 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməlləri səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını (CM-59.2), cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13), zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını (CM-59.2), cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13), zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməlləri səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını (CM-59.2), cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13), zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 İli oğlu və Təqsirləndirilən şəxs3 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onların şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı (iş materiallarında görünür ki, 09 dekabr 2024-cü il tarixdə, saat 20:35-də şübhəli şəxs qismində tutulmuş, 11 dekabr 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir) müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 -cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı (iş materiallarında görünür ki, 09 dekabr 2024-cü il tarixdə, saat 21:15-də şübhəli şəxs qismində tutulmuş, 11 dekabr 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir) müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 -cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı (iş materiallarında görünür ki, 09 dekabr 2024-cü il tarixdə, saat 20:00-da şübhəli şəxs qismində tutulmuş, 11 dekabr 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir) müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Biləsuvar Rayon Polis Şöbəsinin “maddi sübutların saxlanması otağına” təhvil verilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus “Samsung A53” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus “Redmi note 12” markalı mobil telefon həmin şəxslərin özlərinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44, 197-198, 344-347, 349, 351-353, 356-358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1(bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Biləsuvar Rayon Polis Şöbəsinin “maddi sübutların saxlanması otağına” təhvil verilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus “Samsung A53” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus “Redmi note 12” markalı mobil telefon həmin şəxslərin özlərinə qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 dövlət nəfinə müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslərə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar