Məhkəmə qərarları › İş №1(022)-56/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-56/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-56/2023 28.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1999-cu il tarixdə Salyan rayonu Sarvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu Sarvan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq - 6,011 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 yanvar 2023-cü il tarixdə saat 23:35 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqsinin yaxınlığında Süleymanov Taleh İbrahim oğlunun idarə etdiyi “Saypa-132” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən -6,011 qram çəkidə narkotik vasitə olan həmin qurudulmuş marixuana şəffaf rəngli bir bükümdə olmaqla əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Salyan rayonu Sarvan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və subaydır. O, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər isə Bakı şəhərində dönərxanada işləmişdir. Təxminən, 2-3 aydır ki, o, arabir narkotik vasitə qurudulmuş marixuananı çəkmək yolu ilə qəbul etsə də, narkotik vasitələrdən mütəmadi olaraq istifadə etməmişdir. O, 09 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Salyan rayon vağzalında piyada gəzən zaman yerdən 01 ədəd şəffaf rəngli sellofan bükülü tapmış, həmin bükümü açıb baxarkən içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşdür. Bundan sonra o, həmin qurudulmuş marixuananın içərisində olduğu bükümü əynindəki gödəkçəsinin sağ cibinə qoyaraq sonradan istifadə etmək məqsədilə öz üzərində gəzdirmişdir. Səhərisi gün, yəni 10 yanvar 2023-cü il tarixdə günorta saatlarında Salyan rayon vağzalından tanımadığı bir şəxsin idarə etdiyi avtomobil ilə Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən babasının evinə qonaq getmişdir. O, babasının evində qonaq olduğu bir neçə gün müddətdə həmin büküm onun üzərində olmuşdur. 12 yanvar 2023-cü il tarixdə saat 23 radələrində o, Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində piyada gəzən zaman tanışı Şahid6 zəng edərək görüşüb birlikdə çay içməyi təklif etmişdir. Şahid6 da Əmirov Fəqan Davud oğlu adlı dostu ilə birlikdə olduğunu bildirmiş və həmin kənddə yerləşən Mürvət adlı şəxsin işlətdiyi ərzaq mağazasına gəlməsini ondan istəmişdir. O, həmin mağazanın qarşısına gedərək Şahid6la görüşmüş və həmin vaxt sonuncunun yanında olan F.D.Əmirovla tanış olmuşdur. Bundan sonra onlar birlikdə Biləsuvar şəhərində yerləşən “Karvan” restoranına gedib orada çay içmək məqsədilə mağazanın yaxınlığında dayanmış, əvvəllər tanımadığı Süleymanov Taleh İbrahim oğlunun idarə etdiyi “Saypa-132” markalı avtomobillə Biləsuvar şəhərində yerləşən “Karvan” restoranına yola düşmüşlər. Onlar T.İ.Süleymanovun idarə etdiyi “Saypa-132” markalı avtomobillə Biləsuvar rayonu ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında hərəkətdə olan zaman yol post-patrul xidmətinin əməkdaşları həmin avtomaşını saxlamaq işarəsi vermişlər. Bundan sonra T.İ.Süleymanov avtomobili yolun sağ hissəsində saxlamış və əvvəlcə yol post-patrul xidmətinin əməkdaşları, daha sonra isə mülki geyimdə olan bir neçə polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etmiş, onlara T.İ.Süleymanovun idarə etdiyi avtomobildə və ya onların üstündə narkotik vasitə və ya qanunla qadağan edilmiş digər hər hansı əşya və ya predmet gəzdirməsi ilə bağlı məlumatın polis əməkdaşlarına daxil olduğunu izah ədərək onları Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçisi Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq, ona üzərində narkotik vasitə və ya psixotrop maddə vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuş və o da əynindəki gödəkçənin sağ yan cibində gizlətdiyi, içərisində narkotik vasitə qurudulmuş marixuana olan şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə özünün istifadə etməsi üçün narkotik vasitə marixuana olmasını bildirmişdir. Təqdim etdiyi büküm açılıb baxıldıqda həmin bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Həmin qurudulmuş marixuana elektron tərəzidə çəkildikdə 6,71 qram olması müəyyənləşdirilmişdir. O, həmçinin bildirdi ki, həmin narkotik vasitə qurudulmuş marixuana onun özünə məxsusdur, heç kimə satmaq və ya vermək niyyəti olmamış, narkotik vasitə istifadəçisi olduğu üçün öz üzərində gəzdirmişdir. Daha sonra Şahid6, F.D.Əmirovun, həmçinin taksi sürücüsü T.İ.Süleymanovun, habelə sonuncunun idarə etdiyi “Saypa-132” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də, həmin şəxslərin üzərində və avtomaşında heç bir narkotik vasitə, psixotrop maddə aşkar edilməmişdir. Habelə Təqsirləndirilən şəxs bildirdi ki, onunla eyni zamanda saxlanılmış və daha sonra azad edilmiş taksi sürücüsü T.İ.Süleymanovun, habelə Şahid6 və F.D.Əmirovun onun üzərində narkotik vasitə qurudulmuş marixuana gəzdirməsindən məlumatları olmamış, o, həmin şəxslərə bu barədə heç bir söz deməmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Salyan rayonu, Sarvan kənd sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 12 yanvar 2023-cü il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış, o da həmin əməliyyat qrupunun tərkibinə daxil edilmişdir. 12 yanvar 2023-cü il tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs içərisində əyləşdiyini ehtimal etdikləri “SAYPA-132” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən 105-ci kilometrliyində hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan, təxminən 5 dəqiqə sonra həmin nəqliyyat vasitəsi “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Biləsuvar şəhəri, H.Əliyev küçəsi istiqamətində hərəkətdə olan zaman dövlət yol polisi bölməsinin yol post-patrul xidmətinin baş inspektoru Şahid5 və R.B.Mirzəyev avtomobilin sürücüsünə həmin nəqliyyat vasitəsini saxlamaq işarəsi vermiş və avtomaşının sürücüsü də avtomobili yolun kənarında saxlamışdır. O və yaradılmış əməliyyat qrupunun digər üzvləri avtomobilə yaxınlaşıb sürücü və avtomobildə sərnişin kimi əyləşmiş digər üç şəxsə özlərini təqdim etmiş, həmin şəxslərə üzərlərində və ya avtomobildə narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya daşımaları şübhəsinin olduğunu izah edərək onları avtomaşınla birlikdə Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Şöbədə “Saypa-132” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Biləsuvar rayonu, Xırmandalı kənd sakini Süleymanov Taleh İbrahim oğlu, avtomobildə əyləşmiş sərnişinlərin isə Salyan rayonu, Sarvan kənd sakini Təqsirləndirilən şəxs, Biləsuvar rayonu, Xırmandalı kənd sakinləri Şahid6 və Əmirov Fəqan Davud oğlu olmalarını müəyyən edilmişdir. O, əməliyyat zamanı aşkar etdikləri faktla bağlı Biləsuvar rayon polis şöbəsinə rəhbərliyinə raportla müraciət etmişdir. Həmin raport əsasında şöbənin təhqiqat bölməsinin təhqiqatçıları tərəfindən araşdırma aparılmağa başlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs müdafiçisi Müdafiəçi iştirakları ilə, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmiş, sonuncu da əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümü çıxarıb onlara təqdim etmiş və həmin bükümdə özünün istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana sellofan bükümlə birlikdə çəkildikdə onun 6,71 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Bundan sonra hadisə zamanı saxlanılmış digər şəxslərin üzərinə və T.İ.Süleymanovun idarə etdiyi “SAYPA-132” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmiş, lakin həmin şəxslərin üzərində və avtomaşında narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 oglu məhkəmədə Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdə saat 23:35 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqsinin yaxınlığında Süleymanov Taleh İbrahim oğlunun idarə etdiyi “Saypa-132” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirildiyini və üzərində şəxsi axtarış keçirilərkən -6,011 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın şəffaf rəngli bir bükümdə olmaqla əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdilər. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 13 yanvar 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə özünün istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün 6,71 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. İçərisində qurudulmuş marixuanaya bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin Lənkəran Regional Bölməsinin 13 yanvar 2023-cü il tarixli, 19/42 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «....Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükülü....» sözlər və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi - 6,011 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 6,011 qram olmuş, cəmi tədqiqata 0,02 qram sərf edilmiş, qalıq 5,991 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 16 yanvar 2023-cü il tarixli, 46 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitədən istifadə halları olubdur. Lakin, asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunmur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» İ siyahısının 12-ci bəndinin «a» yarımbəndinin tələbinə görə qurudulmuş marixuananın şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 05 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və cavanlığını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun barəsində 13 yanvar 2023-cü il tarixdə saat 00:10-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə saat 15:10-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu 02 gün müddət təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 16 yanvar 2023-cü il tarixli 46 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 5,991 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 5,991 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar