Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-57/2025 09.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Biləsuvar rayonu Xırmandalı kndində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Biləsuvar rayon Aşağı Cürəli kəndində qeyri- rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs ilə ailə-məişət münasibətləri zəminində, yəni sonuncunun ondan icazə almadan “tik-tok”sosial şəbəkəsində qeydiyyatdan keçərək orada paylaşımlar etməsi və ona başqa qadınlarla münasibət saxlamasına görə irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs vurmaqla ona "sol göz yuvası ətrafında və bel-oma nahiyəsində qançır, sol gözün ağlı qişasında qan sızma" ilə nəticələnən xəsarətlər yetirərək zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən YÜNGÜL zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 8 ildir ki, qeyri-rəsmi nigahda olaraq birgə yaşayır. Bir neçə vaxtdır ki, aralarında münasibətlər pisləşmişdir. xx.xx.2025- ci il tarixdə “tik-tok”sosial şəbəkəsində videolara baxarkən təsadüfən Tamamzərin də tik-tokda qeydiyyatdan keçməsini və videolar paylaşmasını görmüşdür. Bundan sonra Tamamzərə zəng vurub nə səbəbə ondan icazə almadan tik-tokda qeydiyyatdan keçməsini soruşmuş, Zərərçəkmiş şəxs da ona qeydiyyatdan keçməsini bildirmişdir. Bundan sonra o, Aşağı Cürəli kəndində Tamamzərin yaşadığı evə getmiş və aralarında sözlə mübahisə olmuşdur. Lakin o, oradan getmiş, həmin gün ona qarşı hər hansı hüquqazidd hərəkətlər etməmişdir. xx.xx.2025-ci il tarixdə Aşağı Cürəli kəndində yaşadıqları evdə olarkən Tamamzər onunla tik-tokda qeydiyyatdan keçməsi ilə bağlı danışmış və daha sonra bunu bəhanə edib onun barəsində böhtanlar ataraq, onun başqa qadınlarla münasibətinin olmasını demişdir. Bundan sonra o, onun dediklərinə əsəbləşmiş və vurmaq üçün Zərərçəkmiş şəxs üzərinə hücum çəkmişdir. Bu zaman Zərərçəkmiş şəxs da əlinə bıçaq götürüb ona müqavimət göstərmiş, o da həmin ev bıçağını onun əlindən almışdır. Bundan sonra o, çaydanı da götürüb içindəki çayı onun sifət nahiyəsinə atmış, lakin isti olmadığı üçün onu yandırmamışdır. Mübahisə zamanı o,Tamamzərin kürək nahiyəsinə iki yumruq zərbəsi vurmuş, lakin bundan sonra zərbənin təsiri nəticəsində bədəninin hansısa nahiyəsində hansı formada xəsarətlər əmələ gəlməsini dəqiq bilməmişdir. Mübahisə zamanı Tamamzərin anası Şahid ikisinin arasına girərərək onları ayırmış və o digər otağa keçdikdən sonra onlar da çıxıb bir yerdə anasıgilə getmişlər. Hadisə təxminən 10 dəqiqə davam etmiş və onun üzərində gözlə görünən hər hansı xəsarəti yoxdur. Lakin hazırda o, əməlindən peşmançılıq hissi keçirir, hadisədən sonra zərərçəkmiş şəxsdən üzür istəyərək onunla barışığa nail olmuşdur. Ona görə də barəsində cinayət qanunu ilə nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 8 ildir ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi nigah münasibəti vardır. Elvinlə münasibətdə olduğu müddət ərzində onunla mütəmadi olaraq mübahislər etmişdir. xx.xx.2025-ci il tarixdə Biləsuvar rayon Aşağı Cürəli kəndində yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs evə daxil olmuş, ona tik-tok sosial şəbəkəsi işlətməyini, qeyri-əxlaqi həyat tərzi sürdüyünü demiş, bundan sonra onun, həmçinin onun qohumlarının barəsində nalayiq ifadələr işlətmişdir. O, da Təqsirləndirilən şəxs düzgün danışmamasını deyib irad bildirdikdə Elvin onun üzərinə hücum edərək onun üz nahiyəsinə bir neçə yumruq zərbəsi endirmiş, o, üzünü zərbədən qorumaq üçün çevrilərkən Elvin onun bel nahiyəsinə də iki yumruq zərbəsi endirmişdir. Bu zaman anası Solmaz aralarına girmiş və onu elvinin əlindən almışdır. Daha sonra Elvin evdən çıxaraq uzaqlaşıb getmişdir. Daha sonra zərərçəkmiş Zərərçəkmiş şəxs ona dəymiş zərərin Təqsirləndirilən şəxs tərəfindən ona ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, işdə olan digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid İmamverdi qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızı Zərərçəkmiş şəxs ilə 8 ildir ki, qeyri-rəsmi nigah münasibətindədir. Onların aralarında mütəmadi olaraq mübahisələr və münaqişələr olmuşdur.Onlar eyni həyətdə, lakin ayrı-ayrı evlərdə yaşayırlar. xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində o qızının yaşadığı evin həyətində olarkən evin içərsindən səs-küy gəlməsini eşidib içəri daxil olmuş, içəri girərkən Təqsirləndirilən şəxs qızı Tamamzərin üz və baş nahiyəsinə yumruq zərbələri endirməsini görmüş və onları aralamaq üçün tez onlara yaxınlaşarkən Elvin bir neçə yumruq zərbəsini də qızının kürək nahiyəsindən vurmuşdur.O, dərhal araya girib onları aralamışdır. Onları araladıqdan sonra Elvin həyətə düşüb oradan uzaqlaşmışdır. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon MTE və PA ETT-in xx.xx.2025-ci il il tarixli 60 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs "sol göz yuvası ətrafında və bel-oma nahiyəsində qançır, sol gözün ağlı qişasında qan sızma" müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsində xx.xx.2019-cu il tarixdə AR-nın CM-nin 128.1-ci maddəsi ilə cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsi və CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. CM-nin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarına əlavə edilmiş Biləsuvar MRX-nın xx.xx.2025-ci il tarixli 1062 nömrəli məktubunda göstərilir ki, Mirişov X1 RMX-nın Poliklinika şöbəsinin ruhi-əsəb və nevroloji kabinetində dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon Xırmandah kənd İƏD üzrə nümayəndəliyindən təqdim edilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının (2020-ci il təvəllüdlü X2) olması, yaşadığı yerdən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmasını, məhkumluğunun olmamasını, iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını, habelə cinayətin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, yaxud onun islah olunması ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı çəkmədən də mümkündür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan islah işləri növündə cəza cəzanın məqsədini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №1(022)-57/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-57/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver