Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-59/2025 30.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1986-cı ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olmaqla Biləsuvar şəhəri 8 Mart küçəsində yaşayan, barəsində 16 yanvar 2025-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, -7,900 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlamış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 14 yanvar 2025-ci il tarixdə saat 21:37-də Biləsuvar şəhəri 8 Mart küçəsində “Khodro Samand” markalı **-PC- *** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman saxlanılaraq orada üzərinə keçirilmiş yoxlama zamanı əynində olan gödəkçəsinin sol yan cibindən şəffaf sellofanda xeyli miqdarda, təmiz çəkisi -7,900 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da hazırda Biləsuvar şəhəri 8 Mart küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, iki azyaşlı övladı vardır. Rəsmi iş yeri yoxdur, lakin sürücülük edərək bu yolla ailəsinin dolanışığını təmin edir. Əvvəllər məhkum olunmamışdır. Əvvəllər “nəşə” adlandırdığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. 14 yanvar 2024-cü il tarixdə günorta saatlarında Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən “Timur” şadlıq evinin yaxınlığında piyada hərəkətdə olan zaman yerdə ağ rəngli bükülü görmüşdür. O, əyilərək həmin bükülünü yerdən götürmüş, bükülüyə baxdıqda üzərinin ağ rəngli yapışqan lentlə sarılmasını, içərisində olan şəffaf sellofanda isə “nəşə” adlandırdığı narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşdür. Bundan sonra ətrafına baxmış, onu heç kimin görmədiyindən əmin olduqdan sonra həmin bükülünü cibinə qoyaraq oradan uzaqlaşmışdır. 14 yanvar 2025-ci il tarixdə saat 21:30 radələrində o, yaşadığı evdə olan zaman dostu X7 ona zəng edərək evinin qarşısında olduğunu və görüşmək istədiyini demişdir. O, evin qarşısına çıxaraq Cavidlə görüşmüşdür. Cavidin idarə etdiyi “Khodro Samand” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmişdir. O, avtomobilin qabaq sağ oturacağında paltar olduğu üçün avtomobilin arxa sağ oturacağında əyləşmişdir. Cavid ondan benzini olmadığı üçün 8 manat borc pul istəmişdir. Bundan sonra onlar avtomobildə söhbət etmişlər. Saat 21:37-də əyləşdikləri avtomobilin qapılarını polis əməkdaşları açmışlar. Polis əməkdaşları videoçəkiliş aparmaqla onları avtomobildən çıxarmışlar. Daha sonra özlərini təqdim edərək onlara hüquqlarını izah edib üzərilərinə yoxlama keçirəcəklərini bildirmişlər. Polis əməkdaşı əvvəlcə ona üzərində qanunla qadağan edilmiş əşya olub-olmamasını soruşduqda o, əynində olan qış gödəkçəsinin sol yan cibindən 14 yanvar 2025-ci il tarixdə günorta saatlarında Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən “Timur” şadlıq evinin yaxınlığında yerdən tapdığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükülünü könüllü olaraq təqdim etmişdir. Onun təqdim etdiyi bir ədəd bükülüyə açılıb baxıldıqdan sonra elektron tərəzidə çəkilmiş və çəkisinin bükülü ilə birlikdə 11,07 qram olması müəyyən edilmişdir. Həmin bükülü qaplaşdırılaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşları X1 üstünü yoxlamışlar. Cavidin üzərindən dövriyyəsi qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Daha sonra Cavidin idarə etdiyi “Khodro Samand” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilsə də avtomobildən qanunla qadağan edilmiş heç bir əşya aşkar olunmamışdır. Bundan sonra üzərindən aşkar olunmuş iş üçün əhəmiyyət kəsb etməyən əşyaları ona geri qaytarılmışdır. Həmçinin Cavidin üzərindən aşkar olunmuş iş üçün əhəmiyyət kəsb etməyən əşyalar özünə geri qaytarılmışdır. Yoxlamalar və baxış bitdiyi üçün polis əməkdaşları onu və Cavidi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlayıb Biləsuvar RPŞ-nə gətirmişlər. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da ona öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün X8 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra o, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Bildirmişdir ki, narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, narkotik vasitə qurudulmuş marixuananı tapan zaman tək olmuş, yanında və ətrafında kənar kimsə olmamışdır. Tapdığı narkotik vasitə barədə heç kimə heç bir məlumat verməmişdir. Tapmış olduğu narkotik vasitə qurudulmuş marixuananı satmaq barədə fikri, niyyəti və məqsədi olmamışdır. Həmin narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməmişdir.O, bu barədə Cavidə heç bir söz deməmişdir. Cavidin onun üzərində narkotik vasitə qurudulmuş marixuana olmasından məlumatı olmamışdır. Nə saxlanılan zaman, nə də üzərinə yoxlama keçirilən zaman ona qarşı heç bir təziq və təsir göstərilməmiş, hər bir hərəkət videoçəkiliş aparılmaqla könüllü olaraq öz istəyi əsasında həyata keçirilmişdir. Hazırda əməlindən peşman olduğunu bildirməklə ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 14 yanvar 2025-ci il tarixdə Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı X9, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis kapitanı X2 və o daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 14 yanvar 2025-ci il tarixdə saat 21:37-də Biləsuvar şəhəri 8 Mart küçəsində dayanmış vəziyyətdə olan “Khodro Samand” markalı **- PC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis kapitanı X2 tərəfindən «Samsung S 24” markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmaqla əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs və avtomobilin sürücüsü X5 hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edilmişdir. İlk olaraq üstünü yoxlama aparılmasından əvvəl Şahid1 tərəfindən barəsində əməliyyat-axtarış tədbiri keçirilən Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan bükülünü və şalvarının sol yan cibindən 2 (iki) ədəd alışqanı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri Biləsuvar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Aqşin Məmmədov tərəfindən yoxlanılmış və üzərindən içərisində özünə məxsus 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd sürücülük vəsiqəsi, 1 (bir) plastik bank kartı və 1 (bir) ədəd “Bakıkart” kartı olan qara rəngli portmanat aşkar olunmuşdur. Şahid1 tərəfindən keçirilmiş şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin bükülünü 14 yanvar 2024-cü il tarixdə günorta saatlarında Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən “Timur” şadlıq evinin yaxınlığında yerdən tapmasını, özünün narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olduğunu, bu səbəbdən tapdığı bükülünü şəxsi istifadəsi məqsədilə üzərində saxlamasını, lakin həmin bükülüdə olan narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Sonra Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülüyə açılıb baxılmış, bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin bükülü ilə birlikdə 11,07 (on bir tam yüzdə yeddi) qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə tərəfindən qablaşdırılaraq, saxlanılan şəxslər və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Şahid1 tərəfindən X1 üzərinə və avtomaşınına baxış keçirilsədə qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən protokol Şahid1 tərəfindən Biləsuvar RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protokola 1 (bir) ədəd DVD əlavə olunmuşdur. Qeyd etdikləri barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Muğan Hümmətova həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuş, vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X8 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Əli Hüseynov dəvət edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı qablaşdırması ilə birlikdə çəkdiyi üçün o qədər çəkidə olmuşdur. Ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıdır. İşdə olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması barədə” 14 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2024-cü il tarixdə saat 21:37-də Biləsuvar şəhəri 8 Mart küçəsində dayanmış vəziyyətdə olan “Khodro Samand” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs və avtomobilin sürücüsü X5 hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. İlk olaraq üstünü yoxlama aparılmasından əvvəl Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən barəsində əməliyyat-axtarış tədbiri keçirilən Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan bükülünü və şalvarının sol yan cibindən 2 (iki) ədəd alışqanı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri Biləsuvar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Aqşin Məmmədov tərəfindən üstü yoxlanılmış və üzərindən içərisində özünə məxsus 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd sürücülük vəsiqəsi, 1 (bir) plastik bank kartı və 1 (bir) ədəd “Bakıkart” kartı olan qara rəngli portmanat aşkar olunmuşdur. RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin bükülünü 14 yanvar 2024-cü il tarixdə günorta saatlarında Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən “Timur” şadlıq evinin yaxınlığında yerdən tapmasını, özünün narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olduğunu, bu səbəbdən tapdığı bükülünü şəxsi istifadəsi məqsədilə üzərində saxlamasını, lakin həmin bükülüdə olan narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Sonra RPŞnin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülüyə açılıb baxılmış, bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin bükülü ilə birlikdə 11,07 (on bir tam yüzdə yeddi) qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxslər və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şübhəli şəxslərin yoxlanılması və avtomobilə baxış keçirilməsi süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsləri yoxlama və avtomobilə baxış keçirilməsi zamanı «Samsung S 24» markalı videokamera vasitəsi ilə Biləsuvar RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis kapitanı X2 tərəfindən video çəkiliş aparılmışdır. Üstünü yoxlama Biləsuvar şəhəri 8 Mart küçəsində keçirilmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması zamanı «Samsung S 24» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan bir ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması zamanı «Samsung Galaxy» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan bir ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X4 15 yanvar 2025-ci il tarixli 19/16 №-li ekspert rəyində göstərilmişdir ki, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükülü....» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -7,900 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi 7,900 qram, cəmi tədqiqata sərf olundu-0,05 qram., qalıq 7,850 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7,900 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 7,850 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 03 fevral 2025-ci il tarixli 50 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİONİDLƏRİN qəbulundan yaranan Asılılıq Sindromu (Narkomoniya Xəstələyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 1 siyahısının 12-ci bəndinə görə qurudulmuş marixuana-Kannabisin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qramdır. Biləsuvar RMX-dan daxil olmuş xx.xx.2025-ci il tarixli 18-1-30/3-345/2025 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Ruhi-əsəb xəstəlikləri üzrə nevrolojidə qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar himayəsində 2 azyaşlı uşağının (xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2022-ci il təvəllüdlü X6) olması, ailənin yeganə qazanc gətirəni olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması və əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 14 yanvar 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdə saat 23:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 yanvar 2025-ci il saat 19:10-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 7,850 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıdakıları nəzərə alaraq və CPM-in 132, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixindən 16 yanvar 2025-ci il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 7,850 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X14
Məhkəmə qərarları › İş №1(022)-59/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-59/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver