Məhkəmə qərarları › İş №1(022)-6/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-6/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-6/2025 10.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X6 məhkəmə-iclas katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1972-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib 4900 (dörd min doqquz yüz) manat pul müqabilində sonuncuya övladı Şahid1 əlilliyə görə pensiya sənədlərini düzəltdirəcəyini yalan vəd verib aldadaraq, bu məqsədlə 17 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalın yaxınlığında 3000 (üç min) manat, 2022-ci ilin avqust ayında həmin ərazidə 900 (doqquz yüz) manat pulunu nağd şəkildə alıb, həmçinin 2022-ci ilin avqust ayında Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən mobil telefon mağazasında olan “Million” ödəmə terminalı vasitəsilə bank kartına köçürülmüş 1000 (bir min) manat pulunu çıxarıb ələ keçirərək Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 4900 (dörd min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından suiistifadə edib 2000 (iki min) manat pul müqabilində əlillik dərəcəsini İİİ dərəcədən İİ dərəcəyə dəyişdirməyi yalan vəd verib aldadaraq, bu məqsədlə 2022-ci ilin avqust ayının sonlarında Ucar rayonu, Alpı kəndində yerləşən Rüstəm Səfərovun yaşadığı evin həyətində sonuncunun atası Şahid2 2000 (iki min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edib 2700 (iki min yeddi yüz) manat pul müqabilində sonuncunun əlillik dərəcəsini bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, bu məqsədlə 18 oktyabr 2022-ci il tarixdə saat 13:38 dəqiqədə Tovuz rayonunun Əyyublu kəndi ərazisində yerləşən "Moskva" marketində yerləşən "e-Manat" ödəmə terminalı vasitəsi ilə adına olan **********850358 nömrəli bank kartına köçürülmüş 1500 (min beş yüz) manat, 26 oktyabr 2022-ci il tarixdə, saat 12:05 dəqiqədə həmin ödəmə terminalı vasitəsilə adına olan **********850358 nömrəli bank kartına köçürülmüş 1000 (min) manat, 29 oktyabr 2022-ci il tarixdə, saat 12:30 dəqiqədə həmin ödəmə terminalı vasitəsilə adına olan **********850358 nömrəli bank kartına köçürülmüş 200(iki yüz) manat pulu çıxarıb ələ keçirərək Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edib Eyvazovun 1500 (min beş yüz) manat pul müqabilində sonuncunun oğlu Əli Eyvazvovun əlillik dərəcəsini bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, bu məqsədlə 16 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində ünvan 1ində 1500 (min beş yüz) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin yaz aylarında o, şəxsi işi ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatriya xəstəxanasında olarkən təsadüfən Şahid1 ilə tanış olmuşdur. Söhbət əsnasında Kamran onun hərbi məsələlərdən anlayışının olduğunu gördükdən sonra ordu sıralarından təxris olunmasında köməklik etməsini xahiş etmişdir. Daha sonra Kamran onun yanında atası İsmayıla zəng etmiş, Zərərçəkmiş şəxs3 da ondan bu məsələdə oğluna kömək etməsini xahiş etmişdir. 17 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin Hərbi Hospitalının yaxınlığında yerləşən kafelərdən birində Şahid1 və atası Zərərçəkmiş şəxs3la görüşən zaman Zərərçəkmiş şəxs3 ona “oğlum Kamran hərbi hissədə N aya yaxındır ki, fəraridir, əgər o, xəstəliklə bağlı təxris olunmasa ona cinayət işi açacaqlar, xahiş edirəm mənə köməklik et” sözlərini demişdir. O, İsmayıla 5000 manat qarşılığında oğlu Kamranı təxris etdirə biləcəyini bildirmişdir. Aralarındakı bu söhbət zamanı İsmayıl ona 3000 (üç min) manat pul vermiş, həmin puldan 50 manatını İsmayıla yol pulu üçün qaytarmışdır. Onlar kafedən çıxdıqdan sonra İsmayılla birlikdə Biləsuvar rayonu. Aşağı Cürəli kəndində yerləşən evinə getmiş, evinin yanında İsmayıla “mənim evim buradır, nə vaxt axtarsan evim budur, mobil nömrəm də səndə var” sözlərini deyərək bir qədər söhbət etdikdən sonra 10 manat da taksi sürücüsünə verərək İsmayılı Masallı rayonuna yola salmışdır. Bundan sonra Şahid1 ordu sıralarından təxris olunması məsələsini həll etmək üçün 10 dəfədən çox Kamran və İsmayılla birlikdə Bakı şəhərinə getmişdir. Həmin dövr ərzində dəfələrlə Kamranın müayinə olunması üçün Bakı şəhərində yerləşən klinikalara tibbi rəy alınması üçün getmişlər. Bundan sonra 2022-ci ilin avqust ayında Şahid1 sənədləri təxris olunması üçün hərbi həkim komissiyasına göndərilmiş, lakin, Şahid1 imtina cavabı gəlmişdir. O, yenidən Kamranın atası İsmayılla görüşmək üçün Masallı rayonunda yerləşən evlərinə getmiş, orada İsmayılla söhbət edən zaman məsələnin ən qısa müddət ərzində həll olunmasına dair söz vermişdir. Daha sonra Biləsuvar rayonuna geri qayıtmışdır. 1 ay ərzində yenidən sənədlərin toplanması ilə məşğul olmuş və sənədləri yenidən hərbi həkim komissiyasına təqdim etmişlər. Bu müddət ərzində Şahid1 Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Müdafiə Nazirliyinin Hərbi Hospitalının yaxınlığında ona 900 (doqquz yüz) manat pul vermişdir. Bundan təxminən 2 gün sonra Kamranın atası Zərərçəkmiş şəxs3 Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən ödəmə terminalından "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aldığı özünə məxsus bank kartına 1000 (min) manat da göndərmişdir. Həmin 1000 manatı Biləsuvar şəhəri. H.Əliyev küçəsində yerləşən Avtovağzalın yanında "Aran” marketdəki “Kapital” banka məxsus bankomatdan çıxarmışdır. Bundan sonra 2-ci dəfə Şahid1 imtina cavabı gəlmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs3la birlikdə hərbi həkim komissiyasının sədrinin qəbuluna getmişlər. Komissiya sədri Zərərçəkmiş şəxs3 oğlunun hərbi xidmətə yararlı olmasını bildirərək xidmətdən xaric olunmayacağını bildirmişdir. Zərərçəkmiş şəxs3 ona “əgər oğlum təxris olunmasa məsuliyyətə cəlb olunacaq, mən bu məsələyə görə sənə 5000 manat pul vermişəm” sözlərini demiş, o isə səbirli olmasını, söz verdiyi kimi Kamranın təxris olunacağım bildirmişdir. Bir neçə gün sonra yenidən komissiya Şahid1 sənədlərinə baxmış və sonuncu ordu sıralarından təxris olunmuşdur. Kamran təxris olunduğu gündən 1 gün sonra Zərərçəkmiş şəxs3la Hərbi Hospitalın yanında görüşmüşlər. Sonuncu İsmayıl ona “Kamranın təxris olunması üçün sən heç bir yerə pul xərcləməmisən, sənə verdiyim pulları geri qaytar” sözlərini deyərək hədə-qorxu gəlmişdir. O. həbs olunmasından qorxduğu üçün İsmayıla “mənə vaxt ver, həmin pulu hissə-hissə qaytarım” sözlərini demiş, bir qədər söhbət etdikdən sonra İsmayıl “əgər pulu qaytara bilmirsənsə Kamrana pensiya ayrılmasında köməklik et” demişdir. O, cavabında heç bir köməklik edə bilməyəciyini deyərək pulu geri qaytaracağını demişdir. Bundan sonra İsmayılın verdiyi bank hesab kartına müxtəlif vaxtlarda ümumilikdə 1600 manat pulu geri qaytarmışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, o, özü də təqaüdə çıxmış hərbiçi olduğu üçün təxrislə bağlı toplanan sənədlərdən məlumatlıdır. O. həmin sənədlərin toplanmasına köməklik göstərəcəyini nəzərdə tutmuş, onun hərbi xidmətdən kimisə təxris etdirəcək səlahiyyəti yoxdur. Şahid1 və Zərərçəkmiş şəxs3 aldığı pulları heç kimə verməmiş, həmin pulları öz şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa, 2021-ci ilin təxminən ilk aylarında dəqiq tarixi yadında qalmayan günlərin birində Bakı şəhərində Hərbi Hospitalın qarşısında Zərərçəkmiş şəxs4la təsadüfən tanış olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs4 ona İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu, ayağından yaralansa da, əlillik dərəcəsi ala bilmədiyini demişdir. Söhbət əsnasında Səfərlə tanış olub münasibət yaratmış, sonrakı vaxtlarda Səfər bir neçə dəfə hərbi hospitala gələrkən onunla əlaqə saxlamış, bu formada onlar mütəmadi olaraq əlaqə saxlamışlar. Səfər onun keçmiş hərbçi olduğunu bildiyindən tanışları vardırsa İİİ qrup əlillik dərəcəsini almağa köməklik göstərməsini xahiş etmişdir. O, Səfərə bu işlərlə məşğul olmadığını bildirsə də, Səfər qarşılığında kimə nə qədər pul vermək lazımdırsa verəcəyini, atası Mikayıl ilə də bu barədə məsləhətləşdikərini bildirmiş, buna görə də Səfərin bu sözləri ilə razılaşmışdır. Zərərçəkmiş şəxs4 onunla bir neçə dəfə söhbət zamanı İİİ qrup əlillik dərəcəsi almaq üçün işinin alınması üçün ümumilikdə təxminən 5000 manat pul verə biləcəklərini söyləmişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində, dəqiq xatırlamadığı tarixdə zəngləşib Ucar rayonuna qonaq gələrkən Səfərin atası Mikayıl ilə tanış olmuşdur. Səfər bu işdə ağsaqqallığı atası Mikayılın edəcəyini, bu işləri atasına həvalə etdiyini bildirmişdir. Mikayılla tanış olub evlərində qonaq olmuş, söhbət əsnasında bir daha ondan Səfər üçün İİİ qrup əlillik almaqda köməklik göstərilməsini xahiş etmişlər, bu işin xərclərinin olduğunu bildiklərini söyləmişlər və həmin vaxt Mikayıl 3000 manat pul verərək ümumilikdə 5000 manat bu iş üçün pul ayırdığını bildirmiş və keçmiş hərbçi kimi tanışları vasitəsi ilə bu işdə köməklik göstərməsini xahiş etmişdir. O da, Mikayıla bu işi dəqiq alındıra bilib-bilməyəcəyinə söz verməmişdir. Belə ki, Mikayıla belə bir iş heç vaxt görmədiyini, lakin tanışları ilə maraqlanacağını, əgər alınarsa onlara deyilən sözü çatdıracağını bildirmişdir. Mikayıl təkidlə ondan həmin 3000 manat pulu götürməsini xahiş etmişdir. O, pulu götürmüş, əgər işi alındıra bilməsə pulu tam həcmdə qaytaracağına da söz vermişdir. O, həmin puldan nə xərcləməmiş, nə də ki, heç kimlə işlə bağlı maraqlanmamışdır. 2021-ci ilin dekabr ayının son günlərində isə Mikayıl ona zəng vurub yenə qonaq çağırmış, onu Ucar rayonu. Alp kəndinin girəcəyində gözləmişlər. O, həmin yerdə avtomobildən düşüb Mikayılın idarə eldiyi Niva markalı avtomobilinə əyləşmişdir. Mikayılla oğlu Rüstəm Səfərov və kürəkəni Fariz gəlmişlər. Avtomobildə evə getməmiş onlar söhbət açmışlar. O, bu işlə maraqlanacağını bildirərək Rüstəmin hərbi biletini almış, aldığı yaraları barədə soruşaraq daha ətraflı məlumat toplamışdır. Həmin vaxt Şahid2 ona 2000 manat pul da verərək aralarında ümumilikdə danışdığı kimi 5000 manat haqq hesabın olması barədə danışmışdır. Həmin şəxslərə bu söhbətin dəqiq alınıb alılnmayacağına söz verməmiş, lakin Mikayıl bu işi təkidlə ondan tez görməyini xahiş etmişdir. Həmin vaxt o, bilməsə də, sonradan ona məlum olmuşdur ki, həmin vaxt onların görüşmələrini və Mikayılın sonuncu dəfə Zərərçəkmiş şəxs4 üçün lİl qrup əlillik almaqda köməklik göstərməyi qarşılığında 2000 manat pul verməsini videoya çəkmişlər. Həmin məsələ ilə bağlı bir neçə tanışlarının vasitəsi ilə maraqlansa da, heç kim bu işə əl qoymamış, yəni pulla bu işi görməkdən imtina etmişlər. Səfərin gedib qanuni formada sənədlərini toplamasını bildirmişlər. O da Mikayıldan aldığı ümumilikdə 5000 manat pulu özünə qaytarmış və aralarında heç bir pul söhbəti qalmamışdır. Lakin həmin şəxslərdə sonuncu dəfə ona avtomobildə 2000 manat pul vermələri ilə bağlı video qalmışdır. Bir müddət keçdikdən sonra Səfər özü sənədlərini toplamaqla İİİ qrup əlillik dərəcəsini almış, onların münasibətləri davam etmiş, tez-tez zəngləşib hal-əhvalı öyrənmişlər. 2022-ci ilin yay aylarında ona pul lazım olduğundan haradan pul əldə edə biləcəyi barədə fikrləşəndə, xatırlamışdır ki. Səfər ona İİİ qrup əlilliyi İİ qrupa keçirmək istəməsi barədə danışmışdır. Ona görə də Səfərə yalandan bu işi 2000 manata həll edə biləcəyini demiş və daha da inandırmaq üçün atası Mikayıl ilə məsləhətləşməsini söyləmişdir. Mikayılın ona 2021-ci ilin dekabr ayında İİİ qrup əlilliyi almaq üçün hissə-hissə verdiyi 5000 manat pulu qaytardığına görə ona inanacağını və razılaşacağına əmin olmuşdur. Bir qədər sonra 2022-ci ilin avqust ayında Şahid2la əlaqə saxlayarkən ondan İİİ qrup əlillikdən İİ qrup əlilliyə keçmək üçün nə etməli olduğunu soruşmuş, o, Səfəri aldadıb pul qazanmaq üçün yalandan köməklik edə biləcəyini söyləyərək bununla bağlı sənədləri toplamaq lazım olduğunu, lakin bunun qarşılığında 2000 manat pul verməli olacağını, bunun elədə asan iş olmadığını bildirmiş və əgər istəsə, lazım olan adamlarla danışa biləcəyini söyləmişdir. Səfər də atası ilə danışıb sonra ona zəng vurub razılıq vermişdir. Səfərə yalandan tibbi sənədlərini toplamaq lazım olduğunu, həkim komisiyasına göndərəcəyini bildirmiş, bu işlə məşğul olduğunu bildirərək pulu verməli olduğunu demişdir. Bundan sonra 2022-ci ilin avqust ayının son günlərində Səfər ona pul vermək üçün Ucar rayonuna, evlərinə dəvət etmiş, o da özünə məxsus avtomobillə Ucar rayonu, Alpı kəndinə getmişdir. Səfərin atası Mikayılla kənddə görüşmüş. Mikayıl onu qarşılayıb öz evlərinə aparmış, orada da bu barədə söhbət edərkən yalandan bir daha vədlər verərək guya Səfərin İİİ qrup əlilliyini İİ qrupa keçirəcəyinə söz vermiş, bunun qarşılığında istədiyi 2000 manatı lazım olan adamlara çatdırılmalı olduğunu demişdir. Lakin o, heç bir iş görmək planlaşdırmamış və belə bir niyyəti olmamış, onun niyyəti Səfəri və atası Mikayılı onları inandırıb 2000 manat pullarını ələ keçirmək olmuşdur. O, bu formada Mikayıla həmin pul qarşılığında oğlu Səfərin İİİ qrup əlilliyini İİ qrupa keçirəcəiyimə söz verib, həmin məbləğdə pulu yaşadığı evin həyətində Səfərin yanında sayıb almışdır. Lakin Səfərin əlillik dərəcəsinin dəyişdirilməsi ilə bağlı heç bir iş görməmiş, aldığı pulları da hissə-hissə özü üçün xərcləməyə başlamışdır. Hərdən Səfər və atası Mikayılla zəngləşəndə inandırmaq və işin həlli ilə məşğul olmağının görünüşün yaratamaq üçün müyyən sənədlərin surətlərini istəmişdir. Bir müddət sonra həm Səfər, həm də ki atası Mikayıl ona narazılıq etməyə başlamışlar. Daha sonra isə onun barəsində şikayət edəcəklərini demişlər. Eyni zamanda həmin şəxslər onun barəsində Cəlilabad və Biləsuvar rayonlarında dələduzluqla bağlı cinayət işlərinin olduğunu biləndə bildirmişlər ki, 2021-cü ilin dekabr ayının son günlərində Səfər üçün İİİ qrup əlillik almaqda köməklik göstərməsi üçün 2000 manat pul verməsini videoya çəkiblər və 2000 manat pulu qaytarmayacağı təqdirdə həmin videonu da ərizələrinə əlavə edəcəklədini və videoda gedən danışıqlarda aralarında 5000 manat pul haqq hesabının olmasını bildirərik. O, həmin şəxslərə 5000 manat pulu qaytardığını və İİİ qrup əlillik düzəltməsi ilə bağlı onsuz da heç bir söz vermədiyini və heç bir iş görmədiyini, özlərinin ondan həmin işi görməyi xahiş edərək bir dəfə 3000 manat, bir dəfə də 2000 manat verməklə ümumi 5000 manat verdiklərini, həmin pulu da tam şəkildə qaytardığını söyləmişdir. Lakin həmin şəxslər 5000 manat pul vermələri barədə ərizə yazacaqlarını, çünki Səfərin İİİ qrup əlilliyini İİ qrupa keçirəcəiyinə görə 2000 manat verdikləri pulu sələmə götürdüklərini və faizi ödəyə bilmədiklərini söyləmişlər. Bir daha bildirirmişlər ki. Səfərin mövcud olan İİİ qrup əlilliyini İİ qrup əlilliyə keçirəcəyinə dair onlara yalandan söz və vədlər verib aldadaraq bu adla Şahid2 cəmi 1 dəfə 2022-ci ilin avqust ayının sonlarında Ucar rayonu, Alp kəndində yaşadığı evin həyətində cəmi 2000 (iki min) manat pulunu almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs2 Ərəstun Mirzəyev vasitəsilə tanımışdır. Belə ki, 2022-ci ilin aprel ayının əvvəllərində Abbasəli Qurbanov ona zəng edərək Bakı şəhərində 20 Yanvar metrostansiyanın yaxınlığında yerləşən kafelərin birində olmasını bildirmiş və onu həmin kafeyə dəvət etmişdir. O da kafeyə gedib Abbasəli ilə söhbət edən zaman Şahin adlı tanışının əvvəllər pensiya almasını, lakin sonradan həmin pensiyanın verilməsinin dayandırılmasını bildirmişdir. Buna görə Şahinə köməklik, göstərməsini xahiş etmişdir. O, Abbasəli Qurbanova mobil telefon nömrəsini Şahinə verməsini və Şahinin onunla əlaqə saxlamasını istəmişdir. Lakin, təxminən 2022-ci ilin oktyabr ayında Şahin adlı şəxs ona zəng edərək mobil telefon nömrəsini Abbasəli Qurbanovun verməsini bildirmişdir. Şahinlə söhbət edən zaman ona əvvəllər pensiya almasını, lakin 2021-ci ildə pensiyasının dayandırlmasını, açıq ürək əməliyyatı keçirməsini bildirmiş, buna görə də pensiyasının bərpa olunmasında köməklik göstərməsini xahiş etmişdir. O, Şahinə həmin işi görməsi qarşılığında 3000 (üç min) manat pul alacağını demiş, Şahin isə pensiyasının bərpa etdirilməsində köməklik göstərməsi qarşılığında hissə-hissə ümumilikdə 2700 (iki min yeddi yüz) manat verə biləcəyini demişdir. Buna görə də Şahini bu sözləri ilə razılaşmışdır. Şahinə "xxxx"-dan öz adma aldığı bank kartını fotoşəkilini göndərib 2700 manat pulu həmin karta atmasını istəmişdir. 18 oktyabr 2022-ci il tarixdə Şahin ona zəng edərək Tovuz rayonu ərazisində marketlərdə olan ödəmə terminalları vasitəsilə onun verdiyi bank kartına 1500 (beş yüz) manat, 26 oktyabr 2022-ci il tarixdə zəng edərək həmin bank kartına 1000 (min) manat, 29 oktyabr 2022-ci il tarixdə isə 200 (iki yüz) manat pul göndərməsini bildirmişdir. Zərərçəkmiş şəxs2 2700 manat pulu aldıqdan sonra pensiyasının yaxın vaxtlarda bərpa olunacağını və tezliklə pensiya ala biləcəyinə söz verib inandırmışdır. Lakin, Zərərçəkmiş şəxs2 aldığı pul qarşılığında niyyəti pensiyasının bərpa olunmasına hər hansı köməklik göstərmək olmamış və belə bir imkanları da olmamışdır. Həmin vaxtdan etibarən Zərərçəkmiş şəxs2 ona zəng edərkən hər dəfə yalan vədlər verib pensiyasının bərpa etdirməkdə köməklik göstərəcəyini demiş, lakin, bununla bağlı heç bir köməklik göstərməmişdir. Sonradan Zərərçəkmiş şəxs2 ona verdiyi 2700 manat pulu geri qaytarmasını tələb etdikdə isə müxtəlif bəhanələrlə aldadaraq pulunu qaytarmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs1 Şahid3 vasitəsilə tanımışdır. Əlövsət Qəmbərovla 1993-cü ildə İ Qarabağ müharibəsində iştirak etmiş, həmin vaxtdan da bir-biri ilə əlaqələri vardır, tez-tez görüşüb söhbət etmişlər. 15 dekabr 2022-ci il tarixdə Biləsuvar şəhərində yerləşən çayxanaların birində Şahid3la söhbət edən zaman ona pensiya işi ilə məşğul olduğunu eşitdiyini bildirmiş və xalası oğlu Fərzullanın azyaşlı uşağının xəstəliyi ilə bağlı əvvəllər pensiya almasını, lakin sonradan həmin pensiyanın verilməsinin dayandırılmasını deyərək həmin pensiyanı bərpa etdirməkdə köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. O da Əlövsətə həmin uşağın xəstəlik sənədlərinə baxdıqdan sonra pensiyasının bərpa olunmasına köməklik etməyin mümkün olub-olmamasını demişdir. 16 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Biləsuvar rayonu, Aşağı Cürəli kəndində yerləşən yaşadığı evdə olan zaman Şahid3 başqa bir şəxslə yaşadığı ünvana gəlmişdir. Əlövsət həmin şəxsin onun xalası oğlu Zərərçəkmiş şəxs1 olmasını bildirmişdir. Fərzulla azyaşlı oğlu Əlinin sənədlərini ona göstərmiş, həmin sənədlərə baxdıqdan sonra yalandan Əli Eyvazovun pensiyasının bərpa olunmasına köməklik göstərə biləcəyini demiş, bu işin qarşılığında 2000 manat pul istəmişdir. Fərzulla maddi imkanının zəif olmasını buna görə də dediyi məbləğin bir qədər az olmasını istəmişdir. Əlövsət də Fərzullanın çox kasıb olmasını deyərək bu işin düzəlməsi üçün bir qədər az pul istəməsini xahiş etmişdir. O, guya Əlövsət və Fərzullanın xahişini nəzərə alıb həmin işi görməsi qarşılığında 1500 manat istəmişdir. Fərzulla da həmin pulu ona verməyə razılaşmışdır. Bundan sonra Əlövsət də Fərzulla onun yaşadığı ünvandan çıxıb getmişlər. Həmin gün saat 23 radələrində ünvan 1ində olarkən Zərərçəkmiş şəxs1 ona zəng edərək övladının pensiya sənədlərinin düzəldilməsində köməklik göstərməsi qarşılığında istədiyi 1500 manat pulun hazır olmasını və görüşüb həmin pulu vermək istədiyini bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra Biləsuvar rayonu, Amankənd kəndinin ərazisində, Zərərçəkmiş şəxs1la görüşərkən Fərzulla ona 1500 manat pul vermişdir. Fərzulladan pulu aldıqdan sonra azyaşlı övladının pensiya sənədlərinin tezliklə bərpa olunacağını, yenidən pensiya ala biləcəyini demişdir. Lakin, onun məqsədi Fərzullanın azyaşlı övladının pensiya sənədlərinin bərpa olunmasında hər hansı köməklik göstərmək deyil, aldadıb pulunu almaq olduğu üçün bununla bağlı heç bir iş görməmişdir. Sonrakı vaxtlarda Fərzulla ona dəfələrlə zəng edərək azyaşlı oğlu Əli Eyvazovun pensiyasının bərpa olunması ilə maraqlandıqda hər dəfə yalan vədlər verib bu işin tezliklə həll olunacağını demişdir. Buna görə də Zərərçəkmiş şəxs1 sonradan ona zəng edərək verdiyi 1500 manat pulu geri qaytarmasını tələb etmiş, o isə maddi imkanı zəif olduğu üçün Fərzulladan pensiya bərpa etdirmək adı ilə aldadıb aldığı həmin pulu geri qaytara bilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayının əvvəllərində xalası oğlu X2 vasitəsilə tanımışdır. Belə ki, 2022-ci ilin dekabr ayında Əlövsət Qəmbərovla söhbət edərkən oğlu Əli Eyvazovun pensiyasının bərpa olunması ilə bağlı Biləsuvar Rayon Mərkəzi Xəstaxanasına müraciət etməsinə baxmayaraq bununla bağlı heç bir iş görülmədiyini bildirmişdir. Əlövsət də pensiya işi ilə məşğul olan İlham adlı tanışının olmasını bildirmiş və onu İlhamla tanış etməyi təklif etmişdir. Təxminən 3-4 gün sonra 16 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Şahid3 onun yaşadığı evə gələrək Təqsirləndirilən şəxslə söhbət etməsini və oğlu Əli Eyvazovun xəstəliyi ilə bağlı pensiyasının bərpa olunması üçün sənədlərini götürüb İlhamın yaşadığı evə aparmasını istədiyini bildirmişdir. Buna görə də o. Əli Eyvazovun xəstəliyi ilə bağlı olan sənədləri, habelə cərrahi əməliyyat olunması ilə bağlı sənədləri götürüb Şahid3la birlikdə Biləsuvar rayonu, Aşağı Cürəli kəndində yerləşən İlham adlı şəxsin yaşadığı evə getmişlər. İlham müharibə veteranı olmasını, ayrı-ayrı şəxslərə pensiya düzəltməkdə və pensiya bərpa etdirməkdə köməklik etdiyini deyərək onu inandırmışdır. O, azyaşlı oğlu Əli Eyvazovun xəstəlik sənədlərini İlhama verdikdən sonra İlham Əlinin pensiyasını 2000 (iki min) manat pul qarşılığında 1 ay müddətində bərpa etdirəcəyini bildirmişdir. O, pensiyanın bərpa etdirməsində köməklik göstərməsi qarşılığında 1500 (min beş yüz) manat pul verə biləcəyini Təqsirləndirilən şəxs dedikdə onun bu sözləri ilə razılaşmışdır. Buna görə də həmin gün Ovçubərə kəndinə qayıdıb X1 1500 (min beş yüz) manat borc pul almışdır. Bundan sonra Şahid3 zəng edərək onunla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getməsini xahiş etmişdir. Əlövsət isə xəstə olduğuna görə onunla gedə bilməyəciyini demişdir. Bir neçə dəqiqə sonra Əlövsət ona zəng edərək Təqsirləndirilən şəxs Amankənd kəndi ərazisində olmasını bildirmiş, İlhama zəng edərək görüşüb 1500 manat pulu verməsini demişdir. Buna görə də İlhamın mobil telefonuna zəng edərək ünvan 1ində Amankənd kəndi ilə Ağahkənd kəndlərinin kəsişməsində olan yerə çağırmışdır. Həmin gün saat 23 radələrində Təqsirləndirilən şəxslə həmin yerdə görüşüb oğlu Əli Eyvazovun pensiyasının bərpa olunmasında köməklik göstərməsi qarşılığında 1500 mnaat pulu vermişdir. Lakin, həmin vaxtdan 1 ay keçdikdən sonra Təqsirləndirilən şəxs zəng edərək bununla bağlı maraqlandıqda Əli Eyvazovun pensiyasının bərpa olunması üçün işlər gördüyünü bildirmiş, narahat olmamasını istəmişdir. Buna baxmayaraq həmin vaxtdan uzun müddət keçsə də, Təqsirləndirilən şəxs Əli Eyvazovun pensiyasının bərpa olunması üçün heç bir iş görmədiyinə görə zəng edərək verdiyi 1500 manat pulu geri qaytarmasını tələb etmişdir. İlham isə əvvəllər onu müxtəlif bəhanələrlə aldadaraq Əli Eyvazovun pensiyasının bərpa etdirəcəyinə dair yalan vədlər vermiş, sonrakı vaxtlarda isə aldığı pulu qaytarması ilə bağlı yalan vədlər verib onu aldatmışdır. Təqsirləndirilən şəxs onun oğlu Əlinin pensiyasının bərpa olunması üçün heç bir iş görmədiyini və bunun qarşılığında aldığı 1500 manat pulu geri qaytarmamasım görüb bu barədə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Şahid1 vasitəsi ilə tanımış, ədavət və düşmənçiliyi yoxdur. Onun kiçik oğlu Şahid1 hərbi qulluqçu olmuşdur. Belə ki, müddətdən artıq xidmət edən zaman 2020-ci ilin sentyabr ayında başlamış İİ Qarabağ müharibəsində iştirak etmişdir. Kamran səhhəti ilə əlaqədar yararsız olduğu üçün ordu sıralarından təxris olunmuşdur. Kamranın əlillik dərəcəsi təyin etdirilməsi ilə bağlı bir neçə dəfə rəsmi olaraq müraciət etsələr də, əllilik dərəcəsi təyin olunmamış, buna görə də pensiya ala bilməmişdir. 2022-ci ilin aprel ayında Kamran Müdafiə Nazirliyinin Hospitalında müalicə alarkən ona zəng vuraraq İlham adlı şəxslə tanış olduğunu, İlhamın tanışları vasitəsi ilə pensiya ala biləcəyini bildirmiş, bunun qarşılığında İlhama 5000 manat pul vermək lazım olduğunu demişdir. Bu hadisədən sonra 17 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxslə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin Hərbi Hospitalının yaxınlığında yerləşən kafelərdən birində görüşmüş, həmin vaxt yanında İlhamın tanımadığı tanışı olmuşur. Onlar söhbət edən zaman İlham ona oğlunun pensiya alacağına söz vermişdir. Bu səbəbdən ilkin olaraq İlhama 3000 manat pul vermiş, bir neçə dəqiqə sonra Kamran onların yanına gəlmiş və bu zaman İlham həmin puldan 100 manatını oğlu Kamrana yol pulu üçün geri qaytarmışdır. Bundan sonra o, İlhamla birlikdə rayona qayıtmışdır. İlham öz kəndlərində evdə düşmüş və ona evini göstərərək aldatmadığını, nə vaxt axtarsa burda olacağım bildirmiş, oradan da yaşadığı Masallı rayonuna getmişdir. Təxminən 2022-ci ilin avqust ayında İlhama verməyi üçün Kamrana yaşadığı evdə 900 manat pul vermişdir. Kamran həmin pulu Nəsimi rayonunda yerləşən Müdafiə Nazirliyinin Hərbi Hospitalının yaxınlığında İlhama vermişdir. Bu hadisədən bir neçə gün sonra oğlu Kamran ona zəng edərək "İlham deyir ki, puldan 1000 manat çatmır, əlavə 1000 manat da verməliyik” sözlərini demişdir. Bu səbəbdən o da Təqsirləndirilən şəxslə telefonla danışmışdır. İlham ona "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə aid kart hesab nömrəsi göndərmiş, o, həmin kart hesabına Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən mobil telefonların satışı mağazasında quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə 1000 (min) manat pul göndərmişdir. Lakin, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl edə bilməməsini pərdələmək istəmişdir. Bir neçə gündən sonra həmin şəxsin onu aldatmasını bildiyi üçün pulunu geri qaytarmağı tələb etməyə başlamışdır. Belə ki o, 4 dəfə İlhamın yaşadığı Biləsuvar rayonu Aşağı Cürəli kəndində yerləşən evinə getmiş, barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirdikdən sonra ondan aldığı pulun 1400 manatını hissə-hissə qohumu Fətəli Hüseynovun kartına göndərmişdir. Lakin, həmin pulun 3500 manatını geri qaytarmamışdır. O, ümumilikdə Təqsirləndirilən şəxs oğlu Kamrana pensiya düzəltməsi üçün 4900 manat pul vermiş və həmin pul özünə məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 5-6 il əvvəl onun ürəyində xəstəlik olduğu üçün açıq ürək əməliyyatı keçirmişdir. Həmin əməliyyatdan əvvəl ürək çatışmamazlığı xəstəliyi ilə əlaqədar İİ qrup əlil kimi təqaüd almışdır. 2021-ci ildə səhhətinin yaxşılaşdığını əsas gətirirlərək onun təqaüdü kəsilmişdir. Təxminən 2 il əvvəl Tovuz rayonu, Əyyublu kəndində həmkəndlisi Abbasəli adlı şəxs ilə söhbət edən zaman Abbasəli ona İlham adlı tanışı olduğunu, həmin şəxsin təqaüd düzəldə bildiyini və ona həmin şəxs ilə əlaqə saxlamasını məsləhət bilmişdir. O da Abbasəli ilə razılaşıb İlham adlı şəxslə telefon əlaqəsi saxlamış və İlhama xəstə olduğunu, açıq ürək əməliyyatı keçirdiyini, özünə təqaüd düzəltdirmək istədiyini bildirmişdir. İlham da ona təqaüdü düzəldə biləcəyini və bunun müqabilində 3000 manat pul verməli olduğunu bildirmişdir. O, maddi vəziyyətinin yaxşı olmamasına görə İlhama 3000 manat deyil, 2700 manat pul verəcəyini və həmin pulu da hissə-hissə verə biləcəyini bildirmişdir. İlham onun bu təklifi ilə razılaşmışdır. 18 oktyabr 2022-ci il tarixdə saat 13:38-də Tovuz rayon Əyyublu kəndində yerləşən “Moskva” marketə yaxınlaşaraq “e- Manat” aparatı vasitəsilə İlham adlı şəxin hesab kartına 1500 manat, 26 oktyabr 2022-ci il tarixdə saat 12:05-də həmin kart hesabına 1000 manat, 29 oktyabr 2022-ci il tarixdə isə saat 12:30-da həmin hesaba 200 manat pulu göndərmişdir. Daha sonra İlham adlı şəxs ilə telefon əlaqəsi saxladıqda İlham bir ay ərzində ona təqaüdü düzəldəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs dediyi kimi bir ay müddət keçdikdən sonra yenidən mobil telefon vasitəsilə əlaqə saxlayaraq ondan səbrli olmasını istəmiş və təqüdün düzəldəcəyini bildirmişdir. Sonrakı vaxtlarda İlhamla dəfələrlə əlaqə saxlasa da, İlham ona müxtəlif bəhanələr gətirirək təqüdü düzəldəcəyini bildirmişdir.Təxminən 5-6 ay əvvəl İlham ilə əlaqə saxladıqda İlham təqüdü düzəldə bilməyəcəyini və 2700 manat pulunu geri qaytaracağını bildirmişdir. Lakin, İlham onun pensiya sənədlərini düzəltmədiyi və aldığı pulu geri qaytarmadığı üçün bununla bağlı Tovuz Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında o, pensiya almaq üçün İİİ qrup əlillik dərəcəsini İİ qrupa keçirmək istəmiş, özü sənədlərini toplamağa başlamışdır. Həmçinin, Təqsirləndirilən şəxs zəng edərək bununla bağlı maraqlandıqda İlham ona köməklik edəcəyini demişdir. 2022-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs Ucar rayonu, Alp kəndində yerləşən onların yaşadığı evə getmiş, evin həyətində atası Mikayılla söhbət etdikdə onun İİİ qrup əlillik dərəcəsini İİ qrupa dəyişməyə köməklik edə biləciyini demiş, bu işi görməsi qarşılığında 2000 (iki min) manat pul istəmişdir. Onlar da İlhamın bu sözlərinə inanmış, bundan sonra o, İlhama istədiyi 2000 (iki min) manat pul vermişdir. Lakin, sonradan Təqsirləndirilən şəxs ona söz verdiyi vaxtda pensiya almaq üçün İİİ qrup əlillik dərəcəsini İİ qrupa keçirməklə bağlı heç bir iş görməmiş, buna görə də həmin işi görmək üçün verdiyi 2000 (iki min) manat pulu qaytarmasını tələb etmişdir. Lakin, Təqsirləndirilən şəxs hər dəfə onu müxtəlif bəhanələrlə aldatmış, onun pensiya sənədlərinin düzəldilməsində heç bir köməklik göstərməmiş, həmçinin aldığı pulu da geri qaytarmamışdır. Buna görə də bununla bağlı Ucar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, həmin müraciətində Təqsirləndirilən şəxs ondan 5000 (beş min) manat pul aldığını qeyd etmişdir. 2021-ci ilin dekabr ayında atası Şahid2 ona İİİ qrup əlillik dərəcəsi təyin etdirməkdə köməklik göstərməsi qarşılığında Təqsirləndirilən şəxs 3000 manat pul vermişdir. Bundan başqa, 2021-cü ilin dekabr ayının son günlərində Ucar rayonu, Alp kəndində Təqsirləndirilən şəxs onların evinə gedən zaman atası Mikayılın avtomobilində qarşılayarkən ona İİİ qrup əlillik almaqda köməklik göstərməyə görə əvvəlcədən razılaşdıqları 5000 manat puldan qalan 2000 manat pulu da vermişdir. Təqsirləndirilən şəxs həmin 2000 manat pul verilməsini onun yeznəsi Fariz Əlisahibov tərəfindən mobil telefonla videoya çəkilmişdir. Lakin, sonradan Təqsirləndirilən şəxs ona bu işdə köməklik göstərə bilmədiyi üçün aldığı ümumilikdə 5000 manat pulu geri qaytarmış, həmin məsələ ilə bağlı aralarında hər hansı problem qalmamışdır. Lakin, sonradan Təqsirləndirilən şəxs ondan İİİ qrup əlillik dərəcəsini İİ qrup əlillik dərəcəsinə dəyişdirmək əvəzində aldığı 2000 manat pulu geri qaytarmadığı üçün yalandan həmin işi həlli üçün 5000 manat pul verməsini ilkin müraciətində qeyd etmişdir. Lakin, əsl həqiqətdə Təqsirləndirilən şəxs onun 2000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş və geri qaytarmamışdır. İstintaqa təqdim etdiyi videonun isə müraciətində qeyd olunan xüsusata heç bir aidiyyəti yoxdur. Belə ki, qeyd olunan videoçəkiliş 2021-ci ilin dekabr ayında çəkilmiş, həmin vaxt Təqsirləndirilən şəxs verilmiş 2000 manat pul və daha əvvəl verilmiş 3000 manat pul geri qaytarılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək cinayət işi üzrə zərərçəkmiş şəxs olan atası Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi şahid qismində dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində cinayət işi üzrə Zərərçəkmiş şəxs4 ifadəsində qeyd eldiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə 1993-cü ildə İ Qarabağ müharibəsində iştirak etmiş, həmin vaxtdan da bir-biri ilə əlaqələri vardır. 15 dekabr 2022-ci il tarixdə Biləsuvar şəhərində yerləşən, hal-hazırda xatırlamadığı çayxanaların birində Təqsirləndirilən şəxslə söhbət edən zaman İlhama pensiya işi ilə məşğul olduğunu eşitdiyini bildirmiş və xalası oğlu Fərzullanın azyaşlı uşağının xəstəliyi ilə bağlı əvvəllər pensiya almasını, lakin sonradan həmin pensiyanın verilməsinin dayandırılmasım deyərək həmin pensiyanı bərpa etdirməkdə köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. İlham da həmin uşağın xəstəlik sənədlərinə baxdıqdan sonra pensiyasının bərpa olunmasına köməklik etməyin mümkün olub-olmamasını bildirmişdir. 16 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Biləsuvar rayonu, Ovçubərə kəndinə xalası oğlu Fərzullanın yaşadığı evə gedərək azyaşlı oğlu Əlinin pensiyasının bərpa olunmasında köməklik göstərmək üçün İlhamla danışdığını bildirmiş, buna görə də uşağının xəstəlik sənədlərini götürüb onunla birlikdə İlhamın yaşadığı evə getməsini istəmişdir. Fərzulla da azyaşlı övladı Əli Eyvazovun xəstəlik sənədlərini götürmüş və birlikdə həmin gün saat 19 radələrində Biləsuvar rayonu. Aşağı Cürəli kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Zərərçəkmiş şəxs1 oğlu Əlinin sənədlərini İlhama göstərmiş, İlham həmin sənədlərə baxdıqdan sonra Əli Eyvazovun pensiyasının bərpa olunmasına köməklik göstərə biləcəyini demiş, bu işin qarşılığında 2000 manat pul istəmişdir. Fərzulla İlhama maddi imkanının zəif olmasını demiş, buna görə də dediyi məbləğin bir qədər az olmasını istəmişdir. O da İlhama Fərzullanın çox kasıb olmasını deyərək bu işin düzəlməsi üçün bir qədər az pul istəməsini xahiş etmişdir. İlham guya onların xahişini nəzərə alıb həmin işi görməsi qarşılığında 1500 manat istəmiş, Fərzulla da həmin pulu verməyə razılaşmışdır. Həmin gün saat 23 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək Amankənd kəndinə gəldiyini bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs1 ona zəng edərək İlhama vermək üçün 1500 manat pulun hazır olmasını demiş və birlikdə İlhamın yaşadığı evə getməsini xahiş etmişdir. O, Fərzullaya xəstə olduğunu bildirmiş və İlhamın da Amankənd kəndində olmasını deyərək Amankənd kəndi ərazisində görüşüb 1500 manat pulu ona verməsini məsləhət görmüşdür. Sonradan Fərzulla ona zəng edərək 1500 manat pulu Təqsirləndirilən şəxs verməsini bildirmişdir. Lakin, Fərzulla ilə görüşən zaman İlham dediyi vaxtda azyaşlı uşağının pensiyasını bərpa etdirmədiyini bildirmiş, o da İlhama zəng edərək bununla bağlı maraqlandıqda yalan vədlər verib onları aldatmışdır. Sonradan isə İlhama zəng edərək Fərzulladan aldığın pulu qaytarmağını tələb etdikdə müxtəlif bəhanələrlə onların aldadıb pulu qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X13 02 iyul 2024-cü il tarixli 18-1-30/3-849/2024 nömrəli məktubundan görünür ki, Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X15 ruhi-əsəb xəstəlikləri üzrə “F06.6 Üzvi mənşəli emosional labil (astentik) pozuntu” diaqnozu ilə qeydiyyatdadır. Mirzəyev X3 Rayon Mərkəzi Xəstəxanası” X15 narkoloji xəstəliklər üzrə qeydiyyatda yoxdur. (cild ııı. i.v. 47) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 X9 Şöbəsindən verilmiş 04 iyul 2024-cü il tarixli, 457 nömrəli ambulator-məhkəmə psixiatrik ekspertizası rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzvi mənşəli emosional labil (astentik) pozuntu. XTB 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) E06.6 xəstəliyi aşkar edilməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli və kompensasiya mərhələsində (yaxşılaşma) olması səbəbindən o, cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçməkvə hərəkətlərinə cavab vermək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Onun halhazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. (cild ııı. i.v. 65-67) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 verilmiş 14 may 2024-cü il tarixli 1378 nömrəli ambulator-məhkəmə psixiatrik ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu (konpensasiya vəziyyəti); simulyativ davranış müəyyən edilir, onda üzvi şəxsiyyət pozuntusu konpensasiya (yaxşılaşma) vəziyyətindədir, onun hazırkı psixi vəziyyətində simulyasiya əlamətləri üstünlük təşkil edir, psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşkar olunan “üzvi şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarında məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Mirzəyevin hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. (cild ııı. i.v. 102-104) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmış 28 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 05 iyul 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.2, 62.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə cəzası təyin edilmiş, 03 dekabr 2008-ci il tarixli Gəncə Hərbi Məhkəməsinin 05 iyul 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.2, 62, 331.3, 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05 mart 2009-cu ildə Gəncə Hərbi Apellyasiya məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cəzası 07 aya endirilmiş, 14 mart 2009-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə başlanmış cinayət işinə 21 iyul 2022-ci ildə Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1) maddəsinə əsasən xitam verilmiş, Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 1 (022)-36\2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29;178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkir. (cild İ. i.v. 146-148) Biləsuvar Rayon Məhkəməsinin 1(022)-36/2024 saylı, 14 mart 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclası zalından həbs edilmişdir. (cild İ. i.v. 29-48) Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-500/2024 saylı, 12 iyun 2024-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 29,178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 1(022)-36/2024 saylı hökmü, həmin hökmdən zərərçəkmiş şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılmışdır (cild İİ. i.v. 12-26) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-772024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 1(022)- 36/2024 saylı hökmü ilə təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin 1(004)-563/2024 saylı, 03 dekabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-77/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-421/2025 saylı, 19 mart 2025-ci il tarixli Qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı X11 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 1(004)-563/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 31 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin xüsusat üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyanın 5000 (beş min) manat deyil, 2000 (iki min) manat olmasının müəyyən edilməsinin nəzərə alınması, iş üzrə Zərərçəkmiş şəxs2 təqdim etdiyi 03 ədəd qəbzin surətinin iş üzrə maddi sübut kimi tanınması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri müəyyən olunmadığından həmin xüsusat üzrə barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi, X5 və Şahid3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri müəyyən olunmadığından həmin xüsusat üzrə barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ifadələrin yerində yoxlanılması barədə tərtib edilmiş protokol və həmin protokola əlavə edilmiş fotocədvəl, hadisə yerinə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəl, üzləşmə istintaq hərəkəti protokolu, Zərərçəkmiş şəxs2 təqdim etdiyi qəbzlərin surəti, ambulator-məhkəmə psixiatrik ekspertizasının 04 iyul 2024-cü il tarixli, 457 nömrəli və 14 may 2024-cü il tarixli, 1378 nömrəli rəylərinin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (cild ııı. i.v. 154- 170) Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının: 1-ci bəndinə əsasən törədilmiş əməl o halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun; 4-cü bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə müxtəlif vaxtlarda dəfələrlə məhkum olunmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi və məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını isə onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hallar, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2-ci maddəsi ilə məhkum edilərək barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, bununla da təqsirləndirilən şəxsə onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 1(022)- 563/2024 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini onun barəsində çıxarılmış hökmlərdən əvvəl törətmişdir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsi) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 1(022)-563/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsi), cəzaçəkmə müddətinin başlanğıcı 14 mart 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi), Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 1(022)-563/2024 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 1(022)- 563/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(022)- 563/2024 saylı, 03 dekabr 2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar