Məhkəmə qərarları › İş №1(022)-60/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-60/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-60/2024 03.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Naxçıvan MR-nın Babək şəhəri, Qoşadizə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan MR-nın, Babək şəhəri, Qoşadizə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 28 dekabr 2023-cü il tarixli qərarla «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda -0,825 qram çəkidə narkotik vasitə heroin əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 26 dekabr 2023-cü il tarixdə saat 18:05 dəqiqədə cinayətdən xəbərsiz olan X4 idarə etdiyi Toyoto Corolla markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən Ələt-Astara yolunun 141-ci kilometrliyində yerləşən “Turist-5” adlı kafenin yaxınlığında hərəkətdə olan zaman şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və şöbənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin bir ədəd bükümdə -0,825 qram çəkidə olmaqla əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Qoşadizə məhəlləsində yaşayır və orada bənna işləyir. Əvvəllər narkotik vasitə olan heroin istifadə etmişdir. O, saxlanılmamışdan təxminən 10 gün əvvəl Naxçıvandan Sumqayıt şəhərinə anası X8 ilə birlikdə sonuncunun ürək əməliyyatı olacağı üçün xalasının yaşadığı evə getmişdir. 26 dekabr 2023-cü il tarixdə saat 09 radələrində o, Sumqayıt şəhəri, 8 Mikrarayonda küçədə avtobus gözləyərkən yerdən bir ədəd bükülü tapmışdır. O, həmin bükülüyə tək baxmış və içərisində heroin olmasını bilmişdir. Buna görə də daha sonra istifadə etmək səbəbi ilə üzərində olan “WANT” markalı siqaret qutusunun içərisinə qoymuşdur. Həmin tarixdə saat 10 radələrində o, Biləsuvar rayonunda yaşayan əskər yoldaşı Rauf Məmmədli ilə hazırda profilini xatırlamadığı instaqram sosial şəbəkəsi illə mesajlaşmışdır. O, Raufla mesajlaşaraq söhbət edən zaman sonuncu onu Biləsuvar şəhərinə qonaq dəvət etmiş, o da Raufun dəvətini qəbul etmişdir. O, 2010-2013-cü illərdə Naxçıvan şəhərində yerləşən H.Əliyev adına olan hərbi lisseydə təhsil almışdır, həmin tarixlərdə onunla birlikdə Kəngərli rayon sakini X13 da oxumuşdur. Bu münasibətlə o, Ülvünü tanımış və onlar dost olmuşlar. O, Biləsuvar şəhərinə tək getmək istəməmiş və dostu X5 zəng vuraraq birlikdə getməyi təklif etmişdir. Ülvü də onunla getməyə razılaşmışdır. Buna görə də o, Sumqayıt şəhərindən Bakı şəhərinə gəlmiş və onlar Bakı şəhəri, Nəsimi rayonu 20 Yanvar dairəsi adlanan yerdə görüşmüşlər. Bundan sonra onlar Biləsuvar şəhərinə getmək üçün onlayn taksi sifariş etmişlər. Biraz sonra bir nəfər taksi sürücüsü onlara yaxınlaşmışdır. Biləsuvar şəhərinə gedib-gəlmək üçün sistem 90 manat pul göstərmişdir. Gələn sürücünün adının X9 olmasını daha sonradan öyrənmişlər. Vüqar Abbaszadənin idarə etdiyi avtomobil Toyoto Corolla markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı olmuşdur. Onlar həmin günü saat 15 radələrində Bakı şəhərindən Biləsuvar şəhərinə doğru hərəkətə başlamışlar. O, avtomobildə qabaq hissədə əyləşmiş, Ülvi Pirəliyev isə avtomobilin arxa hissəsində əyləşmişdir. Onlar Biləsuvar şəhərinə daxil olmuşlar. Onlar Biləsuvar şəhərində tanımadığı bir yerdə Rauf Məmmədli ilə görüşmüşlər. O, Raufdan anasının əməliyyatına görə borc pul istəmiş, Rauf da ona pulu olsa xəbər edəcəyini bildirmişdir. Bundan sonra onlar Bakı şəhərinə qayıtmaq üçün hərəkətə başlamışlar. Onlar Biləsuvar şəhərinin çıxış hissəsində Ələt-Astara yolunda hərəkətdə olan zaman polis əməkdaşları Vüqar Abbasova saxla işarəsi vermişlər. Vüqar Abbasov da avtomobili saxlamışdır. Daha sonra polis əməkdaşları onları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlayıb avtomobillə birlikdə Biləsuvar RPŞ-nə gətirmişlər. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da ona öz istəyi ilə hüquqlarını müdafiə etmək ücün X14 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşı ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. O da əynindəki şalvarın sol yan cibində olan bir ədəd üzərində “WANT” sözü yazılmış siqaret qutusunun içərisində olan səffaf rəngli sellofan bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və sorğu zamanı həmin bir ədəd bükülünün içərisində özünün istifadə etməsi üçün narkotik vasitə heroin olduğunu, ona məxsus olduğunu və həmin heroini 26 dekabr 2023-cü il tarixdə saat 09 radələrində Sumqayıt şəhəri, 8 Mikrarayonda küçədə avtobus gözləyərkən yerdən tapmasını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Həmin bükülüyə baxış zamanı içərisində narkotik vasitə heroinə bənzər maddə olması və elekron tərəzidə çəkilən zaman -0,9 qram olması müəyyən edilmişdir. Daha sonra onun, müdafiəçisi Əli Hüseynovun, Ülvi Pirəliyevin, müdafiəçisi Müdafiəçi, sürücü Vüqar Abbasovun, müdafiəçisi Mehman Mütəllimovun və digər polis əməkdaşlarının iştirakı ilə Vüqar Abbasovun idarə etdiyi Toyoto Corolla markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla tanış olub imzalamışdır. O, həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxlamış və həmin narkotik vasitə heroini satmaq fikri olmamışdır. Onun ailə üzvlərindən və tanışlarından heç kim narkotik vasitə heroini qəbul etməyi və üzərində daşıması barədə məlumatları olmamışdır. X18 üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamindən xəbəri olmamışdır. Saxlanılan zaman ona qarşı heç bir təziq və təsir göstərilməmişdir. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Biləsuvar rayon polis şöbəsinin X2 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. Naxçıvan Muxtar Respublikası, Babək şəhəri, Qoşadizə məhəlləsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 26 dekabr 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Rövşən Musayev, CAB-nin əməliyyat müvəkkili Nurlan Niftiyev, PPXB-nün polis nəfərləri İsmayıl Ağazadə, Araz Rzayev, Kənan Kazımov, RPŞ-nin, DYPB-nin, YPX-nin inspektorları Orxan Ərzumanlı və Elvin Məmmədli daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 26 dekabr 2023-cü il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs içərisində olduğu “Toyota Corolla” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən “Luk Oil” YDMnin yaxınlığında hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqədən sonra RPŞ-nin, DYPB-nin əməkdaşları tərəfindən Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 141-ci kilometrliyində yerləşən “Turist-5” kafesinin yaxınlığında saxlanılmışdır. Daha sonra onlar qeyd olunan avtomobilə yaxınlaşıb özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs gəlişlərinin səbəbini izah etmişlər və avtomobildə sərnişin qismində əyləşmiş X6 və avtomobilin sürücüsü X10 avtomobillə birlikdə RPŞ-nə dəvət edərək gətirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Tərtib edilmiş raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçıları Azər Qəmbərliyə və Bəhruz Bayramova həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X14 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Əli Hüseynov dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur. Həmin videoçəkilişi rayon polis şöbəsinin X1 baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi başlanılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən üzərində “Want” sözü yazılmış bir ədəd siqaret qutusunu çıxarıb, həmin qutunun içərisində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb stolun üstünə qoyaraq təqdim etdiyi bükülünün içərisində narkotik vasitə heroin olmasını və həmin heroini 26 dekabr 2023-cü il tarixdə saat 09 radələrində Sumqayıt şəhəri, 8 Mikrarayonda küçədə avtobus gözləyərkən yerdən tapmasını və özü istifadə etmək üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra həmin bükülüyə Cahandarın iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə -0,90 qram olması məlum olmuşdur. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, müdafiəçisi Əli Hüseynov ilə birlikdə həmin protokolla tanış olub imzalamışdır. O, özü də həmin protokolla tanış olub imzalamışdır. Bundan sonra X5 da müvafiq qaydada hüquq və vəzifələri izah edildikdən sonra öz istəyi ilə Müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Ülvü Pirəliyev əynindəki şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb stolun üstünə qoyaraq təqdim etdiyi bükülünün içərisindəki metamfetamin olmasını və həmin maddəni 25 dekabr 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən bir qram metamfetamini 10 manat müqabilində almasını, həmin metamfetamini o, şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə -0,95 qram olması məlum olmuşdur. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Bundan sonra X11 da müvafiq qaydada hüquq və vəzifələri izah edildikdən sonra öz istəyi ilə müdafiəçi X7 ilə təmin olunmuşdur. Daha sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Vüqar Abbasovun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolla Vüqar Abbasov müdafiəçisi Mehman Mütəllimovun iştirakı ilə tanış olaraq imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs, müdafiəçisi Əli Hüseynovun, Ülvü Pirəliyevin, müdafiəçisi Müdafiəçi və Vüqar Abbasovun müdafiəçisi Mehman Mütəllimovun və digər polis əməkdaşlarının iştirakı ilə Vüqar Abbasovun idarə etdiyi “Toyota Corolla” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə şöbənin həyətində videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da tanış olub imzalamışdır..O, həmçinin ifadəsində göstərmişdir ki, həmin vaxtı narkotik vasitə heroini bükülü ilə birlikdə çəkdikləri üçün o qədər çəkidə olubdur. Ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıdır. Məhkəmədə şahid qismində dindirilən X12 Şahid1 ilə eyni məzmunda ifadə verdi. İşdə olan «Şəxsi axtarış və götürmə barədə» 26 dekbr 2023-cü il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi başlanılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən üzərində “Want” sözü yazılmış bir ədəd siqaret qutusunu çıxarıb, həmin qutunun içərisində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb stolun üstünə qoyaraq təqdim etdiyi bükülünün içərisində narkotik vasitə heroin olmasını və həmin heroini 26 dekabr 2023-cü il tarixdə saat 09 radələrində Sumqayıt şəhəri, 8 Mikrarayonda küçədə avtobus gözləyərkən yerdən tapmasını və özü istifadə etmək üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra həmin bükülüyə Cahandarın iştirakı ilə açılaraq baxış keçirildi və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə -0,90 qram olması məlum olmuşdur. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, müdafiəçisi Əli Hüseynov ilə birlikdə həmin protokolla tanış olub imzalamışdır. Bundan əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X3 27 dekabr 2023-cü il tarixli 19/070 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi -0,825 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,825 qram, tədqiqata sərf edildi 0,05, qalıq 0,775 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,825 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı 0,775 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 11 yanvar 2023-cü il tarixli 19 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan KANNABİODLƏRDƏN istifadə halları olub. Lakin ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 26 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 dekabr 2023-cü il tarixdə saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 28 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 dekabr 2023-cü il saat 11:15-də polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasınını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın 11 yanvar 2024-cü il tarixli, 19 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 0,775 qram narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 dekabr 2023-cü il tarixindən 28 dekabr 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,775 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X20

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar