Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-60/2025 29.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1983-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətlərində olan, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, Biləsuvar rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 1(022)-83/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən 86 nömrəli evdə qeydiyyatda olan, Biləsuvar şəhəri, Təyyarə Meydanı yaşayış massivində yerləşən nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, xeyli miqdarda - 8,294 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, 13 fevral 2025-ci il tarixdə, saat 17:35-də Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiklərii əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhərində, Şuşa-Bəhrəmtəpə yolunun 1ci kilometrliyində piyada hərəkətdə olduğu vaxt narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, həmin yerdə üzərinə yoxlama keçirildiyi zaman həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd üzəri yapışqan lentlə sarılmış qara rəngli sellofan kəsiyi bükümündə olmaqla, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər rəsmi nikahda olmuş və həmin nikahdan 1 uşağı vardır. O, həmin nikahdan olan uşağının saxlanması üçün aliment ödəmədiyinə görə 2012-ci ildə 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonradan o, başqa bir qadınla faktiki nikah münasibətlərinə daxil olmuşdur. İkinci nikahından onun 2 uşağı olsa da, o həmin uşaqların atası kimi tanınması barədə qeydiyyat orqanına ərizə vermədiyinə görə doğum haqqında akt qeydlərində uşaqlar analarının soyadı ilə qeyd edilmişlər. O, Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən 86 nömrəli evdə qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Biləsuvar şəhəri, Təyyarə Meydanı yaşayış massivində yerləşən nömrəsiz evdə yaşayır. O, günəmuzd fəhləlik etməklə özünün və ailəsinin dolanışığını təmin edir. Belə ki, onun himayəsində 3-cü dərəcəli əlil olan anası da vardır və həmin şəxsə qulluq etməyə görə ona hər ay 100 manat təqaüd ödnilir. O, əvvəllər narkotik vasitə aludəçisi olduğu üçün Biləsuvar rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmü ilə 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və hazırda həmin cəzasını çəkir. O, artıq bir müddətdir ki, narkotik vasitə istehlak etməsə də, 13 fevral 2025-ci il tarixdə, səhər saatlarında yaşadığı evdən çıxıb, Biləsuvar şəhərinin mərkəzinə getdiyi zaman Biləsuvar şəhəri, P.Əliyev küçəsində yerləşən “Ay İşığı” restoranın yaxınlığında küçədə yerdən qara rəngli sellofan kəsiyinə bükülmüş bir ədəd bükülü tapmışdır. O, həmin bükülünü açdığı zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin narkotik vasitəni sonradan istehlak etmək məqsədilə əynindəki gödəkçənin yan cibində gizlətmiş, daha sonra isə Biləsuvar şəhərinə gəlmişdir. Lakin həmin gün, saat 17 radələrində o, Biləsuvar şəhəri ərazisindən küçən Şuşa-Bəhrəmtəpə yolunun birinci kilometrliyində piyada hərəkətdə olduğu vaxt bir neçə nəfər şəxs videoçəkiliş aparmaqla onlara yaxınlaşmış və özlərini tədim edərək, polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin əməkdaşlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmiş və ona hüquqlarını izah etmişlər. Daha sonra isə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O da əynindəki göəkçənin sağ yan cibində gizlətdiyi həmin bükümü çıxarıb, polis əməkdaşlarına təqdim etmiş və bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin bükümü həmin gün, səhər saatlarında Biləsuvar şəhərində, “Ay İşığı” restoranın yaxınlığında küçədə yerdən tapdığını və sonradan istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokol ona ucadan oxunmuş, protokol və üzərindən götürülmüş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra isə o, polis əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir və vəkillə təmin edilmişdir. Həmçinin o bildirdi ki, küçədən narkotik vasitə tapdığı barədə heç kəsə, o cümlədən ailə üzvlərinə heç bir məlumat verməmişdir. Onun üzərində daşıdığı narkotik vasitə qurudulmuş marixuananı satmaq niyyəti olmamışdır. O, hazırda əməlindən peşmandır və bir daha belə bir əmələ yol verməyəcəyinə söz verir. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində 3 uşağı olduğunu və 3-cü dərəcəli əlil anasına qulluq etdiyini bildirərək, barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 13 fevral 2025-ci il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, 13 fevral 2025-ci il tarixdə əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, Şuşa-Bəhrəmtəpə yolunun 1-ci kilometrliyində piyada hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin andan polis əməkdaşları videoçəkiliş aparmaqla, təqsirləndirilən şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək, həmin şəxsə hüquqlarını izah etmişlər. Daha sonra isə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd sellofan kəsiyi bükümünü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada, həqiqətən də, rəngindən və digər əlamətlərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 9,52 qram olmuşdur. Bundan sonra şübhəli şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Şübhəli şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, xeyli miqdarda - 8,294 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşıdığını, 13 fevral 2025-ci il tarixdə, saat 17:35-də Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiklərii əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, Şuşa-Bəhrəmtəpə yolunun 1-ci kilometrliyində piyada hərəkətdə olduğu vaxt narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, həmin yerdə üzərinə yoxlama keçirildiyi zaman həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd üzəri yapışqan lentlə sarılmış qara rəngli sellofan kəsiyi bükümündə olmaqla, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdi. İş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair 13 fevral 2025-ci il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, əməliyyatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 13 fevral 2025-ci il tarixdə, saat 17:35-də Biləsuvar şəhəri, Şuşa-Bəhrəmtəpə yolunun 1-ci kilometrliyində piyada hərəkətdə olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin üzərində yoxlama və götürmə hərəkətləri aparılmazadan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əyinində olan qara rəngli şalvarın arxa sol cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, bir ədəd “Xiaomi Redmi A 6” markalı mobil telefonu və əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd üzəri yapışqan lentlə sarılmış qara rəngli sellofan kəsiyinə bükülmüş bükümü təqdim edərək, üzərində başqa qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı onun üzərindən əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra həmin şəxsin təqdim etdiyi bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmiş və elektron tərəzidə çəkildikdə qablaşdırması ilə birlikdə çəkisinin 9,52 qram olması müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfimdən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, bildirmişdir ki, həmin bir ədəd bükülünün içində marixuana vardır, ona məxsusdur, o, həmin bükülünü həmin gün Biləsuvar şəhəri P.Əliyev küçəsində, “Ay İşığı” restoranının yaxınlığında küçədə yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamış, lakin həmin narkotik vasitədən istifadə etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının barədə 14 fevral 2025-ci il tarixli, 19/58 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs aşkar edilmiş 1 büküm qurudulmuş marixuanaya bənzər kütlə...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 8,294 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi - 8,294 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, qalıq 8,194 qram qalmışdır. Cinayət işi materiallarına əlavə edilmiş ambulator narkoloji tibbi yoxlamanın 17 fevral 2025-ci il tarixli, 80 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyatı alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin sosial müavinət və təqaüd haqqında 14 mart 2025-ci il tarixli arayışından görünür ki, 01 sentyabr 2024-cü il tarixdən Təqsirləndirilən şəxs, həmin şəxs orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyi üçün, 100 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Biləsuvar rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 1(022)-83/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin 22 aprel 2025ci il tarixli, xx-xx/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 1(022)-83/2023 saylı hökmü ilə 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökm və hökmün icrası barədə göstəriş 14 iyul 2023-cü il tarixdə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs 17 iyul 2023-cü il tarixdə qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxs 15 aprel 2025-cü il tarixədək cəzasının 1 il 9 ay 5 gün hissəsini çəkmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 109.1-ci bəndinənin tələbinə görə qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətə görə məhkum olunmasını və hazırda cəza çəkməsini, yaşadığı yer üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində 3 uşağının olmasını, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə ailə üzvünə qulluq etməsini və ailəsini dolandıran yeganə şəxs olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməyə görə azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi dövrdə yenidən eyni növdə cinayət törətmiş Təqsirləndirilən şəxs yenidən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi yolu cəzanın məqsədlərinə nail olmaq mümkün deyil və təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 1(022)-83/2023 saylı hökmü ilə ona təyin edilmiş 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının hazırki tarixə - 29 aprel 2025-ci il tarixə - 1 il 9 ay 13 gün hissəsini çəkmişdir, həmin şəxsin hazırda çəkilməmiş cəzası 1 il 2 ay 13 gün təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən cəzaya Biləsuvar rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 1(022)-83/2023 saylı hökmü ilə həmin şəxsə təyin edilən 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 2 ay 13 gün hissəsini 1 günə 2 gün hesabı ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti cəza müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 fevral 2025-ci il tarixdə, saat 17:35-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdə, saat 14:30-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 18 mart 2024-cü il tarixli, 279 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 8,194 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 1(022)- 83/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının halhazıradək çəkilməmiş 1 (bir) il 2 (iki) ay 13 (on üç) gün hissəsi hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına 2 günə 1 gün hesabı ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 8,194 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-60/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-60/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver