Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-61/2023 02.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsi ev 13-də qeydiyyatda olmaqla yaşayan, barəsində 04 yanvar 2023-cü il tarixli qərarla «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq, yəni 1,072 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin Səmədabad PB-nin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 03 yanvar 2023-cü il tarixdə saat 01:50 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar rayonu, Nərimankənd kəndi ərazisindən keçən 21-ci kilometrliyində idarə etdiyi “LADA GRANTA” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nin Səmədabad PB-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən 1,072 qram çəkidə narkotik vasitə heroin bir ədəd şəffaf sellofan kəsiyi bükümündə olmaqla əynindəki qış gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayır. Evlidir, 1 azyaşlı uşağı vardır. Ruhi-əsəb xəstəliyi yoxdur. Rəsmi olaraq heç bir yerdə işləmir, yalnız “LADA GRANTA” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur və bu yolla ailəsini dolandırmışdır. Arabir narkotik vasitələrdən istifadə edir. 02 yanvar 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evə gedən zaman yerdən bir ədəd sellofan bükümü tapmış, həmin bükümü açıb baxarkən içərisində narkotik vasitə heroin olmasını görmüşdür. Buna görə də həmin heroini istifadə etmək məqsədilə əynindəki qış gödəkçəsinin sağ yan cibinə qoymuşdur. 03 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Biləsuvar rayonunda yaşayan Rasim adlı dostu ilə “WhatsApp” proqramı vasitəsilə danışan zaman Rasim ağır xəstə olmasını bildirmişdir. Buna görə də həmin vaxt yaşadığı evdə qonaq olan xalası oğlu Eyni Mürsəliyevə onunla birlikdə Biləsuvar rayonuna gəlməsini xahiş etmişdir. Eyni də onunla birlikdə Biləsuvar rayonuna getməyə razı olmuşdur. Bundan sonra həmin gün saat 23:30 radələrində idarə etdiyi “LADA GRANTA” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonuna gəlməyə başlamışlar. Biləsuvar rayonuna gələn zaman bir gün əvvəl yaşadığı evin yaxınlığından tapdığı içərisində narkotik vaditə heroin olan büküm də əynindəki gödəkçənin cibində qalmışdır. 03 yanvar 2023-cü il tarixdə saat 01:50 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunda idarə etdiyi avtomobillə hərəkətdə olan zaman YPX əməkdaşları ona avtomobili saxlamaq işarəsi vermiş, buna görə də avtomobili yolun kənarında saxlamışdır. Əvvəlcə YPX əməkdaşları, daha sonra isə mülki geyimdə olan bir neçə polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etmişlər, ona və Eyni Mürsəliyevə üzərilərində, həmçinin avtomobildə narkotik vasitə gəzdirmələri şübhəsini izah edərək polis bölməsinə aparmışlar. Polis şöbəsində vəkili Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə, psixotrop maddə vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuşdur. O da əynindəki gödəkçənin sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bükülü açılıb baxılarkən içərisində heroin olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş heroin elektron tərəzidə çəkildikdə 1,43 qram olması müəyyənləşdirilmişdir. Həmin heroin özünə məxsusdur, heç kimə satmaq və ya vermək niyyəti olmamış, narkotik vasitə istifadəçisi olduğu üçün üzərində gəzdirmişdir. Bundan sonra o, vəkili Müdafiəçi və polis əməkdaşlarının, həmçinin Eyni Mürsəliyevin iştirakları ilə onun idarə etdiyi “LADA GRANTA” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Ona və Eyni Mürsəliyevə avtomobildə narkotik vasitə, psixitrop maddə vardırsa, çıxarıb təqdim etmələri təklif olunmuşdur. Onlar isə avtomobildə qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmişlər. Polis əməkdaşları tərəfindən həmin avtomobilə baxış keçirilsə də, lakin narkotik vasitə, psixitrop maddə aşkar edilməmişdir. Üzərinə şəxsi axtarış, idarə etdiyi avtomobilə baxış keçirilməsi barədə protokollar tərtib edilmiş, həmin protokolların doğruluğunu imzası ilə təsdiqləmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroindən başqa hər hansı yerdə narkotik vasitə və psixotrop maddə gizlətməmiş, heç kimə verməmiş və ya satmamışdır. Biləsuvar rayonuna gələn zaman xalası oğlu Eyni Mürsəliyevin onun üzərində narkotik vasitə gəzdirməsindən məlumatı olmamışdır. Hazırda səhvini başa düşür və əməlindən səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etiraf edici ifadəsi ilə yanaşı aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş RPŞ-nin Səmədabad PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 03 yanvar 2023-cü il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinə o, Səmədabad PB-nin sahənin polis nəfəri, polis baş serjantı Allaşükür Xurşudov və PB-nin polis nəfəri, polis kiçik serjantı Şahid3, DYPB-nin YPX-nin inspektoru, polis serjantı Şahid4 daxil edilmişdir. 03 yanvar 2023-cü il tarixdə saat 01:45 Təqsirləndirilən şəxs içərisində əyləşdiyi ehtimal etdikləri “LADA QRANTA” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar-Bəhrəmtəpə yolunun 18-ci kilometrliyində hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqə sonra həmin avtomobil Biləsuvar-Bəhrəmtəpə yolunun Nərimankənd kəndindən keçən 21-ci kilometrliyində hərəkətdə olarkən DYPB-nin YPX-nin inspektoru, polis serjantı Şahid4 avtomobilin sürücüsünə avtomobili saxlamaq işarəsi vermişdir. Həmin sürücü də avtomobili yolun kənarında saxlamışdır. O və yaradılmış əməliyyat qrupunun digər üzvləri avtomobilə yaxınlaşıb sürücü və avtomobildə sərnişinin kimi əyləşmiş digər bir şəxsə özlərini təqdim etmiş, həmin şəxslərə üzərilərində və avtomobildə narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya daşımaları şübhəsinin olduğunu izah edərək avtomobillə birlikdə RPŞ-nin Səmədabad PB-nə gətirmişlər. Səmədabad PB-də “LADA QRANTA” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Bakı şəhər sakini Təqsirləndirilən şəxs, sərnişin kimi əyləşmiş digər şəxsin isə X4 olmasını müəyyən etmişlər. Bununla bağlı RPŞ-nin Səmədabad PBnin rəhbərliyinə ünvanladığı raport əsasında RPŞ-nin TB-nin təhqiqatçısı Azər Qəmbərli tərəfindən araşdırma aparılmağa başlanılmışdır. RPŞ-nin Səmədabad PB-nin xidməti otaqlarının birində o, Səmədabad PB-nin sahənin polis nəfəri, polis baş serjantı Allaşükür Xurşudov, RPŞ-nin KTQ-nun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov və vəkil Müdafiəçi iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynindəki gödəkçənin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin heroini yaşadığı evin yaxınlığından tapmasını, istifadə etmək məqsədilə üzərində gəzdirməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir ədəd büküm açılıb baxıldıqda içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin şəffaf rəngli sellofan kəsiyi bükümü ilə birlikdə çəkildikdə 1,43 qram olması müəyyən edilmişdir. Bundan başqa bükülmüş bir ədəd bükümü üzərinə şəxsi axtarış zamanı digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Bundan sonra o, Səmədabad PB-nin sahə polis nəfəri, polis baş serjantı Allaşükür Xurşudov, RPŞ-nin KTQ-nun baş ekspertkriminalisti polis kapitanı Anar Abduhəlimov və vəkil Əli Hüseynovun iştirakları ilə videoçəkiliş aparılmaqla şübhəli şəxs kimi saxlanılmış digər şübhəli şəxs Eyni Mürsəliyevin üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Son olaraq isə o, Səmədabad PB-nin sahənin polis nəfəri, polis baş serjantı Allaşükür Xurşudov və PB-nin polis nəfəri, polis kiçik serjantı Şahid3, RPŞ-nin KTQ-nun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov, vəkillər Fədai və Əli Hüseynov, habelə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs və Eyni Mürsəliyevin iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs idarə etdiyi “LADA QRANTA” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildə hər hansı narkotik vasitə, qanunla qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs və Eyni Mürsəliyevin üzərinə şəxs axtarış, Təqsirləndirilən şəxs idarə etdiyi “LADA QRANTA” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə protokollar tərtib edilmiş, həmin protokolların doğruluğunu imzaları ilə təsdiq etmişlər. İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən aşkar edilərək götürülmüş olan narkotik vasitə heroin sellofan kəsiyi ilə birlikdə elektron tərəzidə çəkildiyi üçün ekspert rəyində göstərilən çəki ilə uyğunsuzluq yaranmışdır. Ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıdır. Məhkəmədə şahid qismində dindirilən RPŞ-nin Səmədabad PB-nin sahə polis nəfərləri, polis baş serjantı X1 və polis kiçik serjantı Şahid3 Şahid1 ilə eyni məzmunda ifadə verdilər Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində və Avropa Konvensiyasında nəzərədə tutulan hüquqlarının ona məlum olduğunu, məhkəmə iclasına gəlməyən digər şahidin (Şahid4) dindirilməsini tələb etmədiyini, çünki elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini, məhkəmə istintaqının yekunlaşmasını və yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. İşdə olan 03 yanvar 2023-cü il tarixli «Şəxsi axtarış keçirilməsi və maddi sübutun götürülməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə daşıması şübhəsi olduğu üçün RPŞ-nin Səmədabad PB-nin xidməti otaqlarının birində Səmədabad PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Səmədabad PB-nin sahənin polis nəfəri, polis baş serjantı Allaşükür Xurşudov, RPŞ-nin KTQ-nun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov və vəkil Müdafiəçi iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynindəki gödəkçənin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin heroini yaşadığı evin yaxınlığından tapmasını, istifadə etmək məqsədilə üzərində gəzdirməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir ədəd büküm açılıb baxıldıqda içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin şəffaf rəngli sellofan kəsiyi bükümü ilə birlikdə çəkildikdə 1,43 qram olması müəyyən edilmişdir. Bundan başqa bükülmüş bir ədəd bükümü üzərinə şəxsi axtarış zamanı digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin X2 xx.xx.2023-cü il tarixli 19/02 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər maddə...» sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 1,072 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,072 qram, cəmi tədqiqata sərf olundu-0,05 qram., qalıq 1,022 qram. Tədqiqata təqdim edilmiş 1,072 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1,022 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş üzrə təyin edilmiş ambulator-məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 04 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata götürürlməsi məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndinə əsasən sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğu üçün məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı (xx.xx.2012-ci il təvəllüdlü X3) uşağın olması, əməlindən səmimi peşman olması, müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Biləsuvar rayon polis şöbəsində saxlanılan qalıq çəkisi 1,022 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Yuxarıdakıları nəzərə alaraq və CPM-in 132, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il tarixindən 04 yanvar 2023-cü il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan 1,022 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №1(022)-61/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-61/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver