Məhkəmə qərarları › İş №1(022)-61/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-61/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-61/2024 17.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Naxçıvan MR-nın, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Ə.Cavad küçəsi, 6-cı döngə, ev 11-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu Montin qəsəbəsində yaşayan, barəsində 28 dekabr 2023-cü il tarixli qərarla, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda -0,893 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 26 dekabr 2023-cü il tarixdə saat 18:05 dəqiqədə cinayətdən xəbərsiz olan X8 idarə etdiyi Toyoto Corolla markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən Ələt-Astara yolunun 141-ci kilometrliyində yerləşən “Turist-5” adlı kafenin yaxınlığında hərəkətdə olan zaman şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞnə gətirilmiş və şöbənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən həmin psixotrop maddə metamfetamin bir ədəd bükümdə -0,893 qram çəkidə olmaqla əynindəki idman şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yaşayır. O, Bakı şəhərində mər-mər daşlarının hazırlanması işi ilə məşğul olur, subaydır və əvvəlcədən heç bir məhkumluğu olmamışdır. O, özü metamfetamin istifadə edir. 25 dekabr 2023-cü il tarixdə saat 21 radələrində o, Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən bir qram psixotrop maddə metamfetamini 10 manat müqabilində almışdır. Həmin metamfetamini o, şəxsi istifadəsi üçün almışdır. O, 2010-2013-cü illərdə Naxçıvan şəhərində yerləşən H.Əliyev adına olan hərbi lisseydə təhsil almışdır, həmin tarixlərdə onunla birlikdə Babək rayon sakini X4 da oxumuşdur. Bu münasibətlə o, Cahandarı tanımış və onlar dost olmuşlar. 26 dekabr 2023-cü il tarixdə saat 10 radələrində Cahandar Seyidli ona zəng vurmuş və Biləsuvar şəhərinə gedib-gəlməyi təklif etmişdir. O, Cahandarın nə üçün getməsini soruşan zaman sonuncu ona əskər yoldaşı ilə görüşəcəyini bildirmiş və tək getmək istəmədiyini demişdir. O da Cahandarın təklifini qəbul etmişdir. Onlar Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsi adlanan yerdə görüşmüşlər. Bundan sonra onlar Biləsuvar şəhərinə getmək üçün onlayn taksi sifariş etmişlər. Biraz sonra bir nəfər taksi sürücüsü onlara yaxınlaşmış, Biləsuvar şəhərinə gedib-gəlmək üçün sistem 90 manat pul göstərmişdir. Gələn sürücünün adının X10 olmasını və Vüqar Abbaszadənin idarə etdiyi avtomobilin “Toyoto Corolla” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı olmasını daha sonra bilmişdir. Onlar həmin günü saat 15 radələrində Bakı şəhərindən Biləsuvar şəhərinə doğru hərəkətə başlamışlar. O, avtomobildə arxa oturacaqda əyləşmişdir, Cahandar Seyidli isə avtomobilin qabaq oturacaqında əyləşmişdir. Onlar Biləsuvar şəhərinə daxil olmuşlar. O, Biləsuvar şəhərində tanımadığı bir yerdə X17 Məmmədli ilə görüşmüşdür. Həmin vaxt o da avtomobildə gözləmişdir. Biraz sonra Cahandar avtomobilə gəlmiş və Bakı şəhərinə qayıda biləcəklərini demişdir. Bundan sonra onlar Bakı şəhərinə qayıtmaq üçün hərəkətə başlamışlar. Biləsuvar şəhərinin çıxış hissəsində Ələt-Astara yolunda hərəkətdə olan zaman polis əməkdaşları Vüqar Abbasova saxla işarəsi vermişlər. Vüqar Abbasov da avtomobili saxlamışdır. Daha sonra polis əməkdaşları onları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlayıb avtomobillə birlikdə Biləsuvar RPŞ-nə gətirmişlər. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da ona öz istəyi ilə hüquqlarını müdafiə etmək ücün Müdafiəçi vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşı ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb stolun üstünə qoymasını bildirmişdir. O da əynindəki idman şalvarın sol yan cibində olan bir ədəd bükülünü çıxarıb onlara təqdim etmiş və sorğu zamanı həmin bir ədəd bükülünün içərisində özünün istifadə etməsi üçün psixotrop maddə metamfetamin olmasını, ona məxsus olduğunu və 25 dekabr 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən bir qram psixotrop maddə metamfetamini 10 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Həmin bükülüyə baxış zamanı içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olmasını və elekron tərəzidə çəkilən zaman -0,95 qram olması müəyyən edilmişdir. Daha sonra onun, müdafiəçisi Müdafiəçi, Cahandar Seyidlinin, müdafiəçisi Əli Hüseynovun, Vüqar Abbaszadənin, müdafiəçisi Mehman Mütəllimovun və digər polis əməkdaşlarının iştirakı ilə Vüqar Abbaszadənin idarə etdiyi “Toyoto Corolla” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla tanış olub imzalamışdır. O, həmin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamış və satmaq fikri olmamışdır. Onun ailə üzvlərindən və tanışlarından heç kimin psixotrop maddə metamfetamini qəbul etməsi və üzərində daşıması barədə məlumatları olmamışdır. X14 üzərindən aşkar olunmuş heroindən xəbəri olmamışdır. Saxlanılan zaman ona qarşı heç bir təziq və təsir göstərilməmişdir. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Biləsuvar rayon polis şöbəsinin X5 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. Naxçıvan Muxtar Respublikası, Babək şəhəri, Qoşadizə məhəlləsində qeydiyyatda olmaqla yaşayan X1 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Cahandar Seyidlinin cinayət əməlinin ifşa edilməsi üçün 26 dekabr 2023-cü il tarixdə əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Rövşən Musayev, CAB-nin əməliyyat müvəkkili Şahid2, PPXB-nün polis nəfərləri İsmayıl Ağazadə, Araz Rzayev, Kənan Kazımov, RPŞ-nin, DYPB-nin, YPX-nin inspektorları Orxan Ərzumanlı və Elvin Məmmədli daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 26 dekabr 2023-cü il tarixdə saat 18:00 radələrində X3 içərisində olduğu “Toyota Corolla” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən “Luk Oil” YDM-nin yaxınlığında hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqədən sonra RPŞ-nin, DYPB-nin əməkdaşları tərəfindən Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 141-ci kilometrliyində yerləşən “Turist-5” kafesinin yaxınlığında saxlanılmışdır. Daha sonra onlar qeyd olunan avtomobilə yaxınlaşıb özlərini təqdim etdikdən sonra Cahandar Seyidliyə gəlişlərinin səbəbini izah etmişlər və avtomobildə sərnişin qismində əyləşmiş Təqsirləndirilən şəxs və avtomobilin sürücüsü X11 avtomobillə birlikdə RPŞ-nə dəvət edərək gətirmişlər. Cahandar Seyidlinin üzərində narkotik vasitə və ya psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Tərtib edilmiş raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçıları Azər Qəmbərliyə və Bəhruz Bayramova həvalə edilmişdir. Cahandar Seyidliyə müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Cahandar Seyidli vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X13 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Əli Hüseynov dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur. Həmin videoçəkilişi rayon polis şöbəsinin X2 baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Cahandar Seyidlinin üzərinə şəxsi axtarış keçirilməsi başlanılmış və şəxsi axtarış zamanı Cahandar Seyidli əynindəki şalvarın sol yan cibindən üzərində “Want” sözü yazılmış bir ədəd siqaret qutusunu çıxarıb, həmin qutunun içərisində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb stolun üstünə qoyaraq təqdim etdiyi bükülünün içərisində narkotik vasitə heroin olmasını və həmin heroini 26 dekabr 2023-cü il tarixdə saat 09 radələrində Sumqayıt şəhəri, 8 Mikrarayonda küçədə avtobus gözləyərkən yerdən tapmasını və özü istifadə etmək üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra həmin bükülüyə Cahandarın iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə -0,90 qram olması məlum olmuşdur. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, müdafiəçisi Əli Hüseynov ilə birlikdə həmin protokolla tanış olub imzalamışdır. O, özü də həmin protokolla tanış olub imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs da müvafiq qaydada hüquq və vəzifələri izah edildikdən sonra öz istəyi ilə Müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb stolun üstünə qoyaraq təqdim etdiyi bükülünün içərisində metamfetamin olmasını və 25 dekabr 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən bir qram metamfetamini 10 manat müqabilində almasını, həmin metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə -0,95 qram olması məlum olmuşdur. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Bundan sonra X12 da müvafiq qaydada hüquq və vəzifələri izah edildikdən sonra öz istəyi ilə müdafiəçi X9 ilə təmin olunmuşdur. Daha sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Vüqar Abbasovun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolla Vüqar Abbasov müdafiəçisi Mehman Mütəllimovun iştirakı ilə tanış olaraq imzalamışdır. Daha sonra Cahandar Seyidlinin, müdafiəçisi Əli Hüseynovun, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və Vüqar Abbasovun müdafiəçisi Mehman Mütəllimovun və digər polis əməkdaşlarının iştirakı ilə Vüqar Abbasovun idarə etdiyi “Toyota Corolla” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə şöbənin həyətində videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da tanış olub imzalamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, həmin vaxt psixotrop maddə metamfetamini bükülü ilə birlikdə çəkdikləri üçün o qədər çəkidə olubdur. Ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıdır. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. İşdə olan «Şəxsi axtarış və götürmə barədə» 26 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxs axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb stolun üstünə qoyaraq təqdim etdiyi bükülünün içərisindəki metamfetamin olmasını və 25 dekabr 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən bir qram metamfetamini 10 manat müqabilində almasını, həmin metamfetamini o, şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə -0,95 qram olması məlum olmuşdur. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, müdafiəçisi Müdafiəçi ilə birlikdə həmin protokolla tanış olub imzalamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə olaraq heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X6 27 dekabr 2023-cü il tarixli 19/1071 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi -0,893 qram olan ağ rəngli kristal formada maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,893 qram, tədqiqata sərf edildi 0,05, qalıq 0,843 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,893 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 0,843 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 11 yanvar 2024-cü il tarixli 17 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan istifadə halları olub. Lakin ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İİ siyahısının 67-ci bəndinə görə metamfetamin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 26 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 dekabr 2023-cü il tarixdə saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 28 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 dekabr 2023-cü il saat 15:50-də «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın 11 yanvar 2024-cü il tarixli, 17 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 0,843 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Yuxarıdakıları nəzərə alaraq və CPM-in 132, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 dekabr 2023-cü il tarixindən 28 dekabr 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,843 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar