Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-62/2023 19.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, tərcüməçi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Nour Mohammadi X8in, onun müdafiəçisi, Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 19 aprel 2023-cü il tarixdə, Biləsuvar şəhərində,23 avqust 1970-ci ildə İran İslam Respublikasının Mərənd şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Mərənd şəhəri, Heydəri küçəsi, ev 18 ünvanında qeydiyyatda olan, hazırda ünvan 1a yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Nour Mohammadi X8 Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Nour Mohammadı X8 1 fevral 2023-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən əldə etdiyi tərkibindəki buprenorfin psixotrop maddəsinin ümumi miqdarı 0,044 qram təşkil edən, üzərində “B2” göstərici olan 22 həbi malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sellofan kəsiyində qablaşdıraraq özünə məxsus pul kisəsinin içərisində yerləşdirmiş və idarə etdiyi “Volvo” markalı, 37AA909/37AA910 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinasında sürətlər qutusunun arxa tərəfində olan zavod konstruksiyasında nəzərdə tutulmuş saxlanc yerində saxlayıb 1 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasından İran İslam Respublikasına gedərkən saat 23 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Nour X1 elan edilmiş ittihamda özünü təqsirli bilərək, göstərdi ki, o, ağrıkəsici kimi istifadə etdiyi “B2” həblərini 31 yanvar 2023-cü il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə Gürcüstandan Azərbaycan Respublikasına daxil olduqdan sonra Qazax rayonu ərazisində yolun kənarında dayanmış tanımadığı iranlı tır sürücüsündən əldə etdiyini, insult xəstəliyindən əziyyət çəkdiyi üçün güclü ağrıları olduğunu və bu səbəbdən də daimi olaraq ağrıkəsici dərmanlardan istifadə etdiyini qeyd etmişdir. Gömrük nəzarəti zonasını tərk etdikdən sonra ağrıları başladığı üçün idarə etdiyi nəqliyyat vasitəsini yolun kənarında saxlayaraq orada dayanmış tanımadığı sürücülərə yaxınlaşaraq onlardan ağrıkəsici dərmanların olub-olmamasını soruşmuşdur. Həmin sürücülərdən biri 1 ədəd sellofan paketdə, üzərində “B2” nişanəsi olan ağrıkəsici həblərini vermiş, həmin həblərdən iki ədədini istifadə etdikdən sonra yerdə qalan hissəsini özünə məxsus pul kisəsinə qoymuşdur. İran İslam Respublikasına getmək məqsədi ilə 1 fevral 2023-cü il tarixdə, saat 23 radələrində idarə etdiyi Volvo” markalı, 37AA909/37AA910 qeydiyyat nişanlı yük avtomobili ilə “Biləsuvar” gömrük postuna daxil olmuşdur. Yük ixrac xəttində olan zaman gömrük əməkdaşları şifahi sorğu-sual apararaq üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunası hər hansı bir predmetin olub-olmaması barədə sual vermişlər. Cavabında üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunası hər hansı bir predmetin olmadığını bildirmişdir. Bundan sonra idarə etdiyi “Volvo” markalı, 37AA909/37AA910 qeydiyyat nişanlı yük avtomobilinə xidməti itin tətbiqi ilə baxış keçirilmiş və xidməti it avtomobilin kabininin ətraflarına reaksiya vermişdir. Xidməti itin reaksiyasına əsasən idarə etdiyi yük nəqliyyat vasitəsi hal şahidlərinin də iştirakı ilə əsaslı yoxlanılmış və yoxlama zamanı avtomobilin kabinində sürətlər qutusunun arxa tərəfində olan zavod konstruksiyasında nəzərdə tutulmuş saxlanc yerindəki qəhvəyi rəngli pul kisəsində gömrük nəzarətinə bəyan edilməmiş 1 ədəd şəffaf sellofan paket aşkar edilmişdir. Aşkar edilmiş şəffaf sellofan paketə baxış keçirilən zaman üzərində “B2” nişanəsi olan 22 həbin olduğu məlum olmuşdur. Nəqliyyat vasitəsinin yoxlanılması zamanı yük avtomobilindən aşkar edilmiş, gömrük nəzarətinə bəyan edilməmiş, bir ədəd şəffaf sellofan paketdə qablaşdırılmış üzərində “B2” nişanəsi olan 22 həbin ağrı kəsici dərmanlar olduğunu, həmin dərmanları güclü ağrıları olduğu üçün şəxsi istifadə məqsədilə Qazax rayonu ərazisində olarkən tanımadığı iranlı tır sürücüsündən əldə etdiyini bildirmişdir. X15 X8 əməlindən səmimi peşman olduğunu, üzərində aşkar edilmiş dərmanların miqdarının az və tərkibinin az əhəmiyyətli olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Nour Mohammadı X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, şahid Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postuna təhkim olunmuş “Azərterminalkompleks” Birliyi Analitik şöbəsinin inspektoru, gömrük xidməti kapitanı X9 ifadəsində göstərmişdir ki, 1 fevral 2023-cü il tarixdə iş bölgüsünə əsasən “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasından İran İslam Respublikasına gedən yük avtomobillərinə gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün saat 23 radələrində şəxsiyyəti sonradan məlum olan İran İslam Respublikası vətəndaşı Nour Mohammadı X8 idarə etdiyi “Volvo” markalı, 37AA909/37AA910 qeydiyyat nişanlı yük avtomobili ilə gömrük nəzarəti zonasına daxil olduqdan sonra pasportunu və avtomobilinə aid sənədləri təqdim etmişdir. Süleyman Hüseyn sənədləşməni harada aparılacağı yeri göstərib, Nour Mohammadı X8ın avtomobilini müəyyən olunmuş yerdə saxlatdırmışdır. Sənədləşmə işləri başa çatdıqdan sonra avtomobilə baxış keçirməyə başlamışdır. Gömrük nəzarəti məqsədi ilə kinoloq Cavid avtomobilə xidməti it tətbiq etmiş və xidməti it avtomobilin kabininin ətraflarına reaksiya verdiyi üçün avtomobilin kabininin əsaslı yoxlanılması qərarına gəlinmişdir. Hal şahidləri dəvət edildikdən sonra Nour Mohammadı X8ın idarə etdiyi “Volvo” markalı, 37AA909/37AA910 qeydiyyat nişanlı yük avtomobili əsaslı yoxlanılmışdır. Yoxlamaya başlanmazdan əvvəl Nour Mohammadı X7 idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş, eyni zamanda gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik və ya psixotrop maddələrin olub-olmaması barədə sual verilmiş, o isə idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra avtomobil yoxlanılmış və yoxlama zamanı avtomobilin kabinində sürətlər qutusunun arxa tərəfində olan zavod konstruksiyasında nəzərdə tutulmuş saxlanc yerindəki qəhvəyi rəngli pul kisəsindən gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd şəffaf sellofan paket aşkar edilmişdir. Aşkar edilmiş şəffaf sellofan paketə baxış keçirilən zaman sellofan paketdə üzərində “B2” nişanəsi olan ağ rəngli, oval-dairəvi formalı 22 ədəd naməlum həblərin olduğu məlum olmuşdur. Həblər aşkar edilən zaman həmin həblərin nə olduğunu soruşduqda Nour Mohammadı X8 özü istifadə etdiyi həblər olduğunu bildirmişdir. X18 Respublikası vətəndaşı Nour Mohammadı X6 aşkar edilən 22 ədəd üzərində “B2” nişanəsi olan, ağ rəngli, dairəvi formalı həblər qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə Şahid2 ifadəsində göstərmişdir ki, 1 fevral 2023-cü il tarixdə həmyerlisi Nürəddin ilə birlikdə “Biləsuvar” gömrük postunun qarşısında olan zaman saat 23 radələrində bir nəfər gömrük işçisi yaxınlaşaraq özünü təqdim etmiş və Azərbaycan Respublikasından İran İslam Respublikasına gedən nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirəcəyini bildirmişdir. Yoxlama zamanı onların da hal şahidi qismində iştirak etməklərini xahiş etmişdir. Cavabında öz razılıqlarını bildirdikdən sonra gömrük işçisi ilə birgə “Biləsuvar” gömrük postuna daxil olmuşlar. Gömrük əməkdaşı şəxsiyyəti sonradan onlara məlum olan İran İslam Respublikası vətəndaşı Nour Mohammadı X7 idarə etdiyi “Volvo” markalı, 37AA909/37AA910 qeydiyyat nişanlı yük ıvtomobilinin yoxlanmasında onların hal şahidi kimi iştirak edəcəkləri barədə məlumat vermiş və Nour Mohammadı X7 idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olub-olmaması barədə sual vermişdir. O, isə idarə etdiyi avtomobilində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunası hər hansı predmetin oİmadığını bildirmişdir. Bundan sonra avtomobil yoxlanılmış və yoxlama zamanı avtomobilin kabinində sürətlər qutusunun arxa tərəfində olan zavod konstruksiyasında nəzərdə tutulmuş saxlanc yerindəki qəhvəyi rəngli pul kisəsindən gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd əffaf sellofan paket aşkar edilmişdir. Aşkar edilmiş şəffaf sellofan paketə baxış keçirilən zaman sellofan paketdə üzərində “B2” nişanəsi olan ağ rəngli, oval-dairəvi formalı 22 ədəd naməlum həblərin olduğu məlum olmuşdur. Həblər aşkar edilən zaman həmin həblərin nə olduğunu soruşduqda Nour Mohammadı X8 özü istifadə etdiyi həblər olduğunu bildirmişdir. X15 X6 aşkar edilən 22 ədəd üzərində “B2” nişanəsi olan, ağ rəngli, dairəvi formalı həblər gömrük əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid3 məhkəmədə Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Təqsirləndirilən şəxs Nour Mohammadı X8 məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində və Avropa Konvensiyasında nəzərədə tutulan hüquqlarının ona məlum olduğunu, məhkəmə iclasına gəlməyən digər şahidin dindirilməsini (Şahid1) tələb etmədiyini, çünki elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini, məhkəmə istintaqının yekunlaşmasını və yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. İş üzrə ibtidai istintaq zamanışahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsi X10 klubunun böyük təlimçisi Şahid1 ifadəsi elan olundu. Şahid1 şahid X9 ilə oxşar ifadə vermişdir. İş materiallarında olan 01 fevral 2023-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşı Nour Mohammadı X8ın idarə etdiyi “Volvo” markalı, 37AA909/37AA910 qeydiyyat nişanlı yük avtomobilinin yoxlanılması zamanı avtomobilin kabinində sürətlər qutusunun arxa tərəfində olan zavod konstruksiyasında nəzərdə tutulmuş saxlanc yerindəki qəhvəyi rəngli pul kisəsində gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd şəffaf sellofan paket aşkar edilmişdir. Aşkar edilmiş şəffaf sellofan paketə baxış keçirilən zamanı üzərində “B2” nişanəsi olan ağ rəngli, ovaldairəvi formalı 22 ədəd naməlum həblərin olduğu məlum olmuşdur. Həmin həblər təhqiqat hərəkətlərinin aparılması məqsədi ilə götürülərək “206192” nömrəli 1 ədəd xüsusi qablaşdırma vasitəsi olan sellofan paketdə qablaşdırılmışdır. İşdə olan materialların məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 fevral 2023-cü il tarixli, 6/653 nömrəli rəyindən görünür ki, bir ədəd Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus 206192 №-li sellofan paketdə olan 22 ədəd üzərində “B2” göstəricisi olan ağ rəngli dairəvi formalı həbin üzərindəki göstəriciyə əsasən buprenorfinin təsir maddəsinin ümumi miqdarı 0,044 qram təşkil edir. Buprenorfin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına daxildir. Qeyd: Buprenorfin həbinin sayı - 22 ədəd, tədqiqata sərf edildi- 4 ədəd, qalıq-18 ədəd. İş materiallarından görünür ki. tərkibindəki buprenorfin psixotrop maddəsinin ümumi miqdarı 0,044 qram təşkil edən, üzərində “B2” göstərici olan 22 həb maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edilən hissə çıxılmaqla qalmış 18 həb məhkəmənin yekun qərarına kimi Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Eyni zamanda 04 fevral 2023-cü il tarixli qərar ilə Nour Mohammadı X8ın buprenorfin psixotrop həblərini gömrük nəzarətindən gizlətmək üçün predmet qismində istifadə etdiyi 1 ədəd pul kisəsi maddi sübut kimi tanınmış və məhkəmənin yekun qərarına kimi saxlanılması üçün “Azərterminalkompleks” Birliyinə göndərilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji yoxlamanının 20 fevral 2023cü il tarixli, 966 saylı rəyindən görünür ki, müayinə zamanı Nour Mohammadı X8da psixotrop maddə olan buprenorfin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Hədəflərin müəyyənləşdirilməsi şöbəsinin xx.xx.2023-cü il tarixli raportu ilə cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Nour Mohammadı X8 əvvəllər məhkum olunmamışdır. Nour Mohammadı X8 Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 1 saylı qərarının 14-cü bəndində göstərilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-nin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-nin 234-cü maddəsi ilə tövsif edilir. Digər hallarda, yəni şəxs qeyd olunan dərman vasitələrini bəyan etməməklə, gömrük nəzarətindən kənar, yaxud tibbi sənədlərdən, o cümlədən reseptdən aldatma yolu istifadə etməklə gömrük sərhədindən keçirdikdə, onun əməllərinə işin faktiki hallarından (məsələn, dərman vasitələrinin miqdarının tibbi reseptə uyğun olub-olmamasından, xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən və sair hallardan) asılı olaraq hüquqi qiymət verilməlidir. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, cinayəti müalicə aldığı xəstəliyi ilə əlaqədar törətməsini və ailəsində yeganə gəlir gətirən şəxs olmasını məhkəmə Nour Mohammadı X8in cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Nour Mohammadı X7 təyin edilən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkmular, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Avropa İnsan Hüquqları Məhkəməsi isə özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X14rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1-ci maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 58.2-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmuyu və hökmlərin məcmuyu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. Həmin Məcəllənin 62.1 və 62.2-ci maddələrinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza təyin edə bilər. Cəzanı yüngülləşdiriən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilir ki, «Müstəsna hallar (AR CM-nin 62-ci maddəsi) olduqda məhkəmə CM-nin 65.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydaların tətbiq edilməsi barədə qərarını hökmün təsviri-əsaslandırıcı hissəsində CPM-nin 353.2-ci maddəsinə müvafiq surətdə əsaslandırmalıdır. Bu halda hökmün nəticə hissəsində yalnız CM-nin 62-ci maddəsinə istinad edilməlidir». Məhkəmə İran İslam Respublikası vətəndaşı olan Nour Mohammadı X7 cəzasını yüngülləşdirən halların məcmusunu, törətdiyi əməldən peşman olmasını, eləcə də hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, üzərində aşkar edilmiş psixotrop maddəni xəstəliyi ilə əlaqədar ağrıkəsici kimi əldə etməsini və həmin maddənin miqdarını müstəsna hallar hesab edir və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza təyin edilməsini mümkün sayır və hesab edir ki, cəzanın məqsədləri Nour Mohammadı X7 cərimə növündə cəza təyin olunduğu təqdirdə də, təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Nour Mohammadı X8 barəsində məhkəməyədək icraat zamanı 02 fevral 2023-cü il tarixdə tutma tətibiq olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 fevral 2023-cü il tarixli qərarı ilə Nour Mohammadı X8 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qərarı ilə isə Nour Mohammadı X8 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Nour Mohammadı X8in həbsdə saxlandığı və ev dustaqlığında olduğu 2 ay 18 gün müddət nəzərə alınmaqla, Nour Mohammadı X7 təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 20 fevral 2023-cü il tarixli, 966 saylı rəyini nəzərə alaraq, hesab edir ki, Nour Mohammadı X7 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin tələbinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan, 18 həb buprenorfin psixotrop maddəsi məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, buprenorfin psixotrop həblərini gömrük nəzarətindən gizlətmək üçün predmet qismində istifadə etdiyi, maddi sübut kimi tanınmış “Azərterminalkompleks” Birliyində saxlanılan 1 ədəd pul kisəsi Nour X2ytarılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Nour Mohammadı X8dan dövlət nəfinə tutulmalıdır. Məhkəmə Nour Mohammadı X8 barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan ittiham hökmünün qəbul edildiyini, qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxdığını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Nour Mohammadı X8 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalıdır. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Nour Mohammadı X7 təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, Nour Mohammadı X8 barəsində Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın təyin edilməsinə əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Nour Mohammadı X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 4.500 (dörd min beş yüz) manat miqdarında cərimə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Nour Mohammadı X8ın həbsdə saxlandığı və ev dustaqlığında olduğu 2 (iki) ay 18 (on səkkiz) gün müddət nəzərə alınaraq, təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və Nour Mohammadı X8ın üzərində qəti olaraq 2.500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Nour Mohammadı X8 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Nour Mohammadı X7 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğində pul vəsaiti Nour Mohammadı X8dan dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan, 18 (on səkkiz) həb buprenorfin psixotrop maddəsi məhv edilsin. Buprenorfin psixotrop həblərini gömrük nəzarətindən gizlətmək üçün predmet qismində istifadə etdiyi, maddi sübut kimi tanınmış “Azərterminalkompleks” Birliyində saxlanılan 1 ədəd pul kisəsi Nour X2ytarılsın. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin hakimi N.F.Mirzəyev
Məhkəmə qərarları › İş №1(022)-62/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-62/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver