Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-62/2025 17.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Məlikov Elnur Rafiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxx 1989-cu ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar şəhəri, H.Əliyev küçəsi ev 7, mənzil 37-də qeydiyyatda olmaqla yaşayan, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(022)-62/2025 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, -1,383 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq saxlamış, 13 yanvar 2025-ci il tarixdə saat 18:52 dəqiqədə Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri H.Əliyev küçəsi ilə Biləsuvar şəhəri Şəhid İ.Astanlı küçəsinin kəsişməsində piyada hərəkətdə olan zaman saxlanılaraq orada üzərinə keçirilmiş yoxlama zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən siqaret qutusunun içərisində olan şəffaf sellofana bükülmüş xeyli miqdarda, təmiz çəkisi -1,383 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, o ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Rəsmi iş yeri olmasa da fəhləlik edərək bu yolla ailəsinin dolanışığını təmin edir. 2 qız 2 oğlan olmaqla 4 azyaşlı övladı vardır. Əvvəllər bir neçə dəfə narkotik vasitə marixuana istifadə etmişdir. 13 yanvar 2025-ci il tarixdə Biləsuvar şəhəri H.Əliyev küçəsində piyada hərəkətdə olan zaman yerdən “VANT” markalı siqaret qutusu götürmüşdür. Həmin qutunun içərisinə baxan zaman siqaret dənələri və bir ədəd şəffaf sellofana bükülmüş bükülü görmüşdür. Həmin bükülünün içərisində narkotik vasitə heroinə bənzər kütlə olmasını görmüşdür. Bundan sonra həmin bükülünü gələcəkdə istifadə etmək məqsədilə cibinə qoymuşdur. 13 yanvar 2025-ci il tarixdə Biləsuvar şəhəri Şəhid İ.Astanlı küçəsilə Biləsuvar şəhəri H.Əliyev küçəsinin kəsişməsinə yaxınlıqda yerləşən “avtobaza” adlanan ərazidə piyada hərəkətdə olan zaman polis əməkdaşları ona videoçəkiliş aparmaqla yaxınlaşmışlar və saxlamışlar. Daha sonra özlərini təqdim etdikdən sonra hüquqlarını izah edib üzərinə yoxlama keçirmək istədiklərini demişlər. Polis əməkdaşı ona üzərində qanunla qadağan edilmiş əşya olub-olmamasını soruşduqda o, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən siqaret qutusunun içərisində olan şəffaf rəngli sellofandakı narkotik vasitə heroini könüllü təqdim etmişdir. Onun təqdim etdiyi bir ədəd bükülüyə açılıb baxıldıqdan sonra elektron tərəzidə çəkilmiş və çəkisinin bükülü ilə birlikdə 1,5 qram olması müəyyən edilmişdir. Həmin bükülü qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlayıb Biləsuvar RPŞ-nə gətirmişlər. Polis şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da ona öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün X11 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra o, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Bildirmişdir ki, həmin narkotik vasitə heroini 13 yanvar 2024-cü il tarixdə Biləsuvar şəhəri H.Əliyev küçəsində piyada hərəkətdə olan zaman yerdən tapmışdır. Narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, narkotik vasitə heroini tapan zaman tək olmuş, yanında və ətrafında kənar kimsə olmamışdır. Tapdığı narkotik vasitə barədə heç kimə heç bir məlumat verməmişdir. Tapmış olduğu narkotik vasitə heroini satmaq barədə fikri, niyyəti və məqsədi olmamışdır. Nə saxlanılan zaman, nə də üzərinə yoxlama keçirilən zaman ona qarşı heç bir təziq və təsir göstərilməmiş, hər bir hərəkət videoçəkiliş aparılmaqla könüllü olaraq öz istəyi əsasında həyata keçirilmişdir. Hazırda əməlindən peşman olduğunu bildirməklə ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etiraf edici ifadəsi ilə yanaşı aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin KCMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. xx xxxxxxx 1989-cu ildə Biləsuvar şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 13 yanvar 2025-ci il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Tərəfindən yaradılmış əməliyyat qrupunun tərkibinə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis kapitanı X3 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 13 yanvar 2025-ci il tarixdə saat 18:52-də Biləsuvar şəhəri H.Əliyev küçəsi ilə Biləsuvar şəhəri Şəhid İ.Astanlı küçəsinin kəsişməsində piyada hərəkətdə olan zaman RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis kapitanı X3 tərəfindən «Samsung A 32” markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmaqla əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılmışdır. RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edilmişdir. Üstünü yoxlama aparılmasından əvvəl Şahid1 Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən içərisində 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükülü və siqaretlər olan 1 (bir) qutu “Want” markalı siqaret qutusunu, 1 (bir) ədəd alışqanı, şalvarının sağ yan cibindən içərisində bank kartları olan 1 (bir) ədəd portmanatı və şalvarının sol arxa cibindən isə 1 (bir) ədəd “Honor X 9” markalı mobil telefonu təqdim edərək həmin şəffaf rəngli bükülünün içərisində narkotik vasitə olmasını bildirmişdir. Sonra RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülüyə açılıb baxılmış, bükülünün içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin bükülü ilə birlikdə 1,5 (bir tam onda beş) qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzəri tərəfindən yoxlanılsa da üzərindən heç bir əşya aşkar edilməmişdir. RPŞ-nin NMQnun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən keçirilmiş şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə qurudulmuş marixuana istifadə etməsini, üzərindən aşkar olunmuş içərisində bükülü olan siqaret qutusunu 13 yanvar 2025-ci il tarixdə Biləsuvar şəhəri H.Əliyev prospektində yerdən tapmasını, özünün narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olduğunu, bu səbəbdən tapdığı bükülünün içərisində narkotik vasitə olduğunu bildiyi üçün şəxsi istifadəsi məqsədilə üzərində saxlamasını bildirmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin yoxlanılması Biləsuvar şəhəri H.Əliyev küçəsi ilə Biləsuvar şəhəri Şəhid İ.Astanlı küçəsinin kəsişməsində keçirilmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən protokol tərəfindən Biləsuvar RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protokola 1 (bir) ədəd DVD əlavə olunmuşdur. Qeyd etdikləri barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı Surac Əhmədova həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X11 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Bu səbəbndən vəkil Habil Məmmədov dəvət edilmişdir. Bildirmişdir ki, 13 yanvar 2025-ci il tarixdə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini qablaşdırması ilə birlikdə çəkmiş, ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 işin mahiyyəti üzrə Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan ilkin araşdırma zamanı tərtib edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması barədə” 13 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, 13 yanvar 2025-ci il tarixdə saat 18:52-də Biləsuvar şəhəri H.Əliyev küçəsi ilə Biləsuvar şəhəri Şəhid İ.Astanlı küçəsinin kəsişməsində piyada hərəkətdə olan zaman əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, üstünü yoxlama aparılmasından əvvəl RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən barəsində əməliyyat-axtarış tədbiri keçirilən Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən içərisində 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükülü və siqaretlər olan 1 (bir) qutu “Want” markalı siqaret qutusunu, 1 (bir) ədəd alışqanı, şalvarının sağ yan cibindən içərisində bank kartları olan 1 (bir) ədəd portmanatı və şalvarının sol arxa cibindən isə 1 (bir) ədəd “Honor X 9” markalı mobil telefonu təqdim edərək həmin şəffaf rəngli bükülünün içərisində narkotik vasitə olmasını bildirmişdir. Sonra RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülüyə açılıb baxılmış, bükülünün içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin bükülü ilə birlikdə 1,5 (bir tam onda beş) qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzəri Biləsuvar RPŞ-nin KCMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən yoxlanılsa da üzərindən heç bir əşya aşkar edilməmişdir. RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən keçirilmiş şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə qurudulmuş marixuana istifadə etməsini, üzərindən aşkar olunmuş içərisində bükülü olan siqaret qutusunu 13 yanvar 2025-ci il tarixdə Biləsuvar şəhəri H.Əliyev prospektində yerdən tapmasını, özünün narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olduğunu, bu səbəbdən tapdığı bükülünün içərisində narkotik vasitə olduğunu bildiyi üçün şəxsi istifadəsi məqsədilə üzərində saxlamasını bildirmişdir. Şübhəli şəxsin yoxlanılması süni işıqlandırma şəraitində keçirilmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması zamanı «Samsung A 32» markalı videokamera vasitəsi ilə Biləsuvar RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis kapitanı X3 tərəfindən video çəkiliş aparılmışdır. Üstünü yoxlama Biləsuvar şəhəri H.Əliyev küçəsi ilə Biləsuvar şəhəri Şəhid İ.Astanlı küçəsinin kəsişməsində keçirilmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. Cinayət İşinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X4 14 yanvar 2025-ci il tarixli 19/14 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin qablaşdırıldığı zərf.....» sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,383 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,383 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 1,283 qram. İşdə olan xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,383 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı -1,283 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 17 fevral 2025-ci il tarixli 81 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan KANNABİONİDLƏRDƏN istifadə halları olub. X12 (Narkomoniya Xəstələyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 13 yanvar 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci il tarixdə saat 20:40-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 yanvar 2025-ci il saat 17:20-də polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. İş materiallarından görünür ki, Biləsuvar rayon məhkəməsinin 30 aprel 2025-ci il 1(022)- 62/2025 saylı qərarı ilə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilərək cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə 04 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaxın qohumları ilə aparılan əməliyyataxtarış tədbirləri və profilaktik tədbirlər nəticəsində xx.xx.2026-cı il tarixdə könüllü olaraq Biləsuvar RPŞ-nə gələrək özünü təqdim etmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Cəfərov X1 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə barəsində 01 il 08 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2(022)-899/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X7 ilə cavabdeh Təqsirləndirilən şəxs arasında 04 fevral 2011-ci il tarixdə Biləsuvar rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikah pozulmuşdur. X7 məhkəməyə ünvanladığı ərizəsində Təqsirləndirilən şəxsla xx.xx.2023-cü il tarixdə nikahlarının pozulduğunu, həmin nikahdan Yusif və Zəhra adlı 2 nəfər övladının doğulduğunu, həmin uşaqların saxlanması üçün aliment tələb etməsə də, Təqsirləndirilən şəxs uşaqların saxlanmasında iştirak etməklə hər ay ona maddi yardım göstərdiyini qeyd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 təqsirləndirilən şəxs barəsində ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsinə razı olduqlarını və cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Məhkəmə iclasında dövlət ittihamçısı X6 vəsatət verərək bildirdi ki, Təqsirləndirilən şəxs himayəsində 2 (iki) nəfər yetkinlik yaşlarına çatmayan övladları (2010-cu il təvəllüdlü X8 və 2011-ci il təvəllüdlü X9) vardır. ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşlarına çatmayan övladı olması müəyyən edilmiş şəxslərin barəsində başlanılmış cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilən şəxs Ş.S. Cəfərova istinad edilən cinayət əməli ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının təsiri altına düşür. Buna görə də E.V.Cəbrayılov Təqsirləndirilən şəxs barəsində ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsini və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, dövlət ittihamçısını və şahidləri dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilsə də, öhdəsində (himayəsində) yetkinlik yaşlarına çatmayan övladları olduğuna görə həmin şəxsin barəsində ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1ci hissələri tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-ci hissəsinə görə həmin Qərarın 6 və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla, həmin Qərar qüvvəyə mindiyi günədək öhdəsində (himayəsində) yetkinlik yaşlarına çatmayan övladı olması müəyyən edilmiş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq cəzasından azad edilirlər. ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci hissəsinə görə isə həmin Qərarın 6 və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla, məhkəmələr icraatında olan və həmin Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə həmin Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) yetkinlik yaşlarına çatmayan övladları (2010-cu il təvəllüdlü X8 və 2011-ci il təvəllüdlü X9) vardır. ““Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 6-cı hissəsinə əsasən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 24 fevral 1994-cü il tarixli, 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qərarına əsasən 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağan edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Qanunda nəzərdə tutulmuş şəxslər kateqoriyasına daxil deyildir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli ““Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 7-ci hissəsində göstərilmiş və amnistiya tətbiq edilməsi nəzərdə tutulmamış az ağır cinayətlər, o cümlədən ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına daxil deyil. ““Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 10-cu hissəsinə əsasən həmin Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 24-cü hissəsinə görə birinci instansiya məhkəmələrinin icraatında olan, həmin Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəməyə yazılı ərizə təqdim etməklə, təqsirləndirilən şəxs barəsində ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsinə razı olduqlarını və cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirmişlər. Bundan başqa, məhkəmə məhkəmə-narkoloji ekspertizasının 17 fevral 2025-ci il tarixli 81 nömrəli rəyi rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 1,283 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Bununla əlaqədar, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verildiyinə görə həmin şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 175, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1ci bəndlərinə və Azərbaycan Respublikası CPM-nin 43.3 və 39.1.12-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,283 qram olan narkotik vasitə heroin məhv məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin N.F. Mirzəyev hakimi
Məhkəmə qərarları › İş №1(022)-62/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-62/2025
17.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver