Məhkəmə qərarları › İş №1(022)-64/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-64/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-64/2024 14.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X8 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun müdiri Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1990-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 uşağı olan, fərdi əməklə məşğul olan, Biləsuvar rayon Məhkəməsinin 26 sentyabr 2023cü il tarixli, 1(022)-141/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış və ya cəzadan azad edilməmiş, Biləsuvar rayonu, Zəhmətabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixdə, saat 18 radələrində sərxoş vəziyyətdə, yaşadığı Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış ailə münaqişəsi zəminində, yəni sonuncunun ondan xəbərsiz atasının evinə getməsinə görə bir neçə dfə yumruq və təpiklə vuraraq, Zərərçəkmiş şəxs sol göz yuvası ətrafında şişkinlik, qançır və sol gözün ağlı qişasına yayılmış qansızma, sol bazu nahiyəsində qançır ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birgə Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır, evlidir və himayəsində 3 övladı var. Zərərçəkmiş şəxs onun arvadıdır və onlar artıq 14 ildir ki, evlidirlər. 10 fevral 2024-cü il tarixdə 150 qram spirtli içki qəbul edərək evə gəlmiş və Zərərçəkmiş şəxs evdə tapa bilməmişdir. Bundan sonra o, arvadının atasının eviinə getdiyini fikirləşərək, qonşuluqda yaşayan qayınatasının evinə getmişdir. O, yolda Zərərçəkmiş şəxs görmüş və küçədə arvadının və onun valideynlərinin ünvanına söyüşlər söymüşdür. Bundan sonra onlar yaşadıqları evə gəlmişlər. O, evdə olduğu vaxt arvadını yumruqla vurmuşdur. Həmin mübahisə təxminən 10 dəqiqə davam etmiş və kənardan heç kim həmin hadisəni görməmişdir. Sonda, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxs ilə barışaraq, həmin şəxsə vurduğu ziyanı ödədiyini, habelə himayəsində 3 uşağının olmasını əsas tutaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir və onlar Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayırlar. Onunla əri arasında əvvəllər dəfələrlə münaqişələr baş vermiş və Təqsirləndirilən şəxs onu döymüşdür. Həmin vaxt o, Təqsirləndirilən şəxs onu döyməsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməmiş, əri ondan üzr istədiyinə görə həmin şəxslə barışmışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs işdən evə sərxoş vəziyyətdə gəlmişdir. Həmin gün o, azyaşlı uşaqlarını evə gətirmək üçün atasını evinə getmiş və geri qayıdarkən, Təqsirləndirilən şəxs onu nalayiq sözlərlə söymüş, daha sonra yaşadıqları evdə yumruq və təpiklə döymüşdür. Buna görə də o, Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, ərinin onu döyməsi ilə bağlı məlumat vermişdir. Onunla Təqsirləndirilən şəxs arasında yaranmış münaqişə 10-15 dəqiqə davam etmiş və hadisəyə kənardan heç kim şahid olmamışdır. Sonradan Təqsirləndirilən şəxs ondan üzr istəmişdir və o, əri ilə barışmışdır. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sonradan ondan üzr istəyərək, ona vurduğu zərəri tam şəkildə ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək, sonuncu barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini və zərərçəkmiş şəxsi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onların təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan canlı şəxsin ekspertizasının 11 fevral 2024-cü il tarixli, 63 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol göz yuvası ətrafında şişkinlik, qançır və sol gözün ağlı qişasına yayılmış qansızma, sol bazu nahiyəsində qançır xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. Xəsarətlərin əmələ gəlmə müddəti 10 fevral 2024-cü il tarixə uyğun gəlir və həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəməyədədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X1 29 mart 2023-cü il tarixli cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qəraın surətindən görünür ki, Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı müraciəti üzrə aparılmış inzibati xəta haqqında iş üzrə icraata tərəflər barışıdına görə Azərbaycan Respublikası İXM-nin 39.1-ci maddəsinə əsasən xitam verilmişdir. İşdə olan Biləsuvar rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(022)- 141/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin 13 mart 2024cü il tarixli, 1xx-xx/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdə qeydiyyata götürülmüş və həmin şəxsə 23 noyabr 2023-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixə ona təyin olunmuş cəzanın 04 ay hissəsini çəkmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə görə şəxs həmin Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi X4 05 mart 2020-ci il tarixli qərarının surətindən görünür ki, 17 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində həmkəndlisi X2 yüngül xəsarətlər yetirmiş, lakin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona vurulmuş zərəri tamamilə aradan qaldırdığına görə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi Ə.H.Həsrətovun 05 mart 2020-ci il tarixli qərarı ilə həmin Məcəllənin 73.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən əvvəllər 1 dəfə azad olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və həmin şəxsə dəymiş ziyanı tamamilə ödəməsi Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edən hal deyil, iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə səmimi peşman olmasını, himayəsində 3 uşağının olmasını, ailəni dolandıran yeganə şəxs olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və sonuncuya vurulmuş zərəri aradan qaldırmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. Biləsuvar rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(022)-141/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini və cəzasını çəkdiyi dövrdə yenə həmin Məcəllənin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi - cinayətin təkrar törədilməsi iş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi təqdirdə də təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(022)-141/2023 saylı hökmü ilə ona təyin edilmiş 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının hazırki tarixə - 14 mart 2024-cü il tarixə - 04 ay 02 gün hissəsini çəkmişdir, həmin şəxsin hazırda çəkilməmiş cəzası 01 ay 28 gün təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən cəzaya Biləsuvar rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(022)-141/2023 saylı hökmü ilə həmin şəxsə təyin edilmiş 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının hazırki tarixə çəkilməmiş 1 ay 28 gün hissəsini qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti cəza müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(022)-141/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) ay 28 (iyirmi səkkiz) gün hissəsi hazırki hökmlə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar