Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-65/2023 16.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1982-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, boşanmış, himayəsində 2 uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən 20 nömrəli evin 6-cı mənzilində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 25 noyabr 2011-ci il tarixdən başlayaraq övladları 21 avqust 2007-ci il təvəllüdlü Bədirli Zərnişan Cavid qızının və 02 yanvar 2008ci il təvəllüdlü Bədirli Murad Cavid oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 76 manat olmaqla, 2 uşağa görə 152 manat sabit pul məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 dekabr 2011-ci il tarixli, 2(022)-1155/2011 saylı qətnaməsinin icrasının təmin edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən qanunla müəyyən olunmuş müddətdə yerinə yetirmədiyinə görə Biləsuvar Rayon Məhkəməsinin hakminin inzibati xəta haqqında iş üzrə 19 yanvar 2022-ci il tarixli, 3(022)-53/2022 saylı qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs edilməsinə və məhkəmə aktının icra edilməsi ilə əlaqədar ona 02 fevral 2022-ci il və 10 oktyabr 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq elan edilməsinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün ilkin təqdimat verilən 21 sentyabr 2015-ci il tarixdən ikinci təqdimat verilən 31 oktyabr 2022-ci il tarixədək şəxsi maraqları naminə cəmi 7.264 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməməklə məhkəmənin həmin qətnaməsini qərəzli olaraq, qəsdən icra etməməklə ədalət mühakiməsinin nufuzuna xələl gətirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2005-ci ildə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuş və onlar nikahlarını 05 noyabr 2007-ci il tarixdə rəsmi qaydada qeydə aldırmışlar. Onun Zərərçəkmiş şəxs ilə birgə nikahlarından Bədirli Zərnişan Cavid qızı və Bədirli Murad Cavid oğlu adlı iki uşağı anadan olmuşdur. Lakin sonradan münasibətləri pisləşdiyinə görə onlar ayrılmış və müxtəlif ünvanlarda yaşamağa başlamışlar. Bundan sonra Zərərçəkmiş şəxs onlar arasında bağlanmış nikahın pozulması və onların birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün aliment tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir və məhkəmənin 28 dekabr 2011-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuş və nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan 25 noyabr 2011-ci il tarixdən başlamaqla hər ay hər uşağa görə 76 manat, cəmi 152 manat sabit pul məbləğində aliment alınaraq, Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alıb icraya yönəldikdən sonra icra məmuru tərəfindən onun ünvanına tələbin könüllü icrasına dair bildiriş və məsuliyyətinin elan olunmasına dair xəbərdarlıqlar göndərilmiş, qətnamənin icrası məqsədi ilə onunla şifahi söhbətlər aparılmışdır. Lakin o, fərdi əməklə məşğul olub, hər ay əldə etdiyi cüzi qazancı özünün dolanışığına sərf etdiyinə görə qətnaməni icra edə bilməmiş, nəticədə onun aliment borcu yaranmışdır. Buna görə də 25 iyun 2015-ci il tarixdə Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmiş, icra məmurunun təqdimatına əsasən, Biləsuvar Rayon Məhkəməsinin 31 iyul 2015-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra isə o, 01 iyun 2016-cı il tarixdə Biləsuvar Rayon Məkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcələsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ona verilən cəzanı çəkib qurtardıqdan sonra bir daha Biləsuvar Rayon məhkəməsinin 28 dekabr 2011-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni təblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Biləsuvar Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan sonra da icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də, o, qətnaməni icra edib, aliment borcunu ödəyə bilməmişdir. Onun təqdimat verilən günə, yəni 31 oktyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs 7.264 manat məbləğində aliment borcunun yarandığı ona bildirilmişdir. Bundan başqa o bildirdi ki, maddi imkanının aşağı olması səbəbindən və aliment borcuna görə əvvəllər cinayət məsuliyyətinə cəlb olunduğu üçün yeni yığılan aliment borcunun silinməsi məqsədi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Biləsuvar Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(022)-605/2022 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Sonradan o, Biləsuvar Rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair məhkəməyə müraciət etmiş və Məhkəmənin 18 noyabr 2022-ci il tarixli, 2(022)-605/2022 saylı qərardadı ilə onun vəsatəti təmin olunmuşdur. Həmin qərardadla onun ötürülmüş prosessual müddəti bərpa olunduqdan sonra o, Biləsuvar Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə onun iddiası təmin olunmamışdır. Lakin məhkəməyə verildiyi dövrdən hazirki tarixə kimi o, aliment borcunu tam şəkildə ödəmiş və Zərərçəkmiş şəxs ilə barışmışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, məhkəmə aktlarını tam icra etdiyini və zərərçəkmiş şəxsə olan bütün aliment borcunu ödədiyini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanmış cinayət işinin icraatına xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs atasıdır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 2005ci ilin avqust ayında faktiki nikaha daxil olsalar da, tərəflər nikahlarını 05 noyabr 2007-ci il tarixdə rəsmi qaydada qeydə aldırmışlar. Onların həmin nikahdan 2 uşaqları anadan olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlarda münasibətləri yaxşı olsa da, sonradan ailə daxili baş verən münaqişələr nəticəsində münasibətləri pisləşmişdir. Tərəflər evli olduqları müddət ərzində Təqsirləndirilən şəxs qazandığı pulları ancaq özünə xərcləmiş və evə gec saatlarında gələrək ailəsinə laqeyd yanaşmışdır. Bu səbəbdən də zərərçəkmiş Təqsirləndirilən şəxs ilə aralarında olan nikaha xitam verilməsi və övladlarının yetkinlik yaşlarına çatana kimi saxlanılmasından ötrü aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Biləsuvar Rayon Məhkəməsinin 28 dekabr 2011-ci il tarixli qətnaməsinə əsasən onların aralarında olan nikaha xitam verilmiş və sonuncudan 25 noyabr 2011-ci il tarixdən hesablanmaqla, 21 avqust 2007-ci il təvəllüdlü Bədirli Zərnişan Cavid qızının və 02 yanvar 2008-ci təvəllüdlü Bədirli Murad Cavid oğlunun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 76 manat olmaqla, cəmi 152 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə borclunun qeydiyyatda olduğu yer üzrə Biləsuvar rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə sonuncuya rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilmədiyi üçün, sonuncu 25 iyun 2015-ci il tarixdə Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 10 gün müddətinə həbs olunmuş, icra məmurunun təqdimatına əsasən, Biləsuvar Rayon Məhkəməsinin 31 iyul 2015-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs 01 iyun 2016-cı il tarixdə Biləsuvar Rayon Məkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcələsinin 306.1 -ci maddəsi ilə təqsirli bilinərək 1 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra da Biləsuvar Rayon Məhkəməsinin 28 dekabr 2011-ci il tarixli, 2(022)-1155/2011 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmiş və buna görə də məhkəmənin 19 yanvar 2022-il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da icra məmuru tərəfindən Təqsirləndirilən şəxs müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, lakin sonuncu öz qərəzli hərəkətlərini davam etdirərək, zərəçəkmişə olan 7.264 manat məbləğində aliment borcunu ödəməmişdir. O, həmçinin bildirdi ki, nə evli olduqları müddətdə, nə də nikahlarının pozulduğu gündən hazırki tarixə kimi Təqsirləndirilən şəxs övladlarına nə maddi, nə də mənəvi cəhətdən heç bir köməklik göstərməmişdir. Tərəflər evli olduqları müddətdə Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə, yəni ev alqı-satqısı ilə məşğul olaraq yetərli qazanc əldə etmişdir, o cümlədən sonuncu hal-hazırda da ev alqı-satqısı ilə məşğul olaraq, kifayət qədər qazanc əldə edir. Buna görə onun tələbi əsasıbda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, məhkəməyə verilmişdir. Sonradan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, bildirdi ki, cinayət işinin məhkəmədə baxılması mərhələsində Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 28 dekabr 2011-ci il tarixli, 2(022)- 1155/2011 saylı qətnaməsi üzrə 31 oktyabr 2022-ci il tarixədək yaranmış aliment borcu hissəsində tam icra etmiş və Zərərçəkmiş şəxs 31 oktyabr 2022-ci il tarixədək yaranmış olan aliment borcunu tam şəkildə ödəmişdir. Buna görə də Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 28 dekabr 2011-ci il tarixli, 2(022)-1155/2011 saylı qətnaməsi üzrə qətnaməsi üzrə cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı təqdimat verilənədək, yəni 31 oktyabr 2022-ci il tarixədək yaranmış 7.264 manat məbləğində aliment aliment öhdəliyi üzrə zərərçəkmiş şəxsə heç bir borcu qalmamışdır. Sonda, Nümayəndə təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti olmadığını bildirərək, məhkəmədən Təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid2 ifadəsində göstərdi ki, Biləsuvar rayon Məhkəməsinin 28 dekabr 2011-ci il tarixli, 2(022)-1155/2011 saylı qətnaməsi ilə Təqsirləndirilən şəxs 25 noyabr 2011-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 76 manat, cəmi 152 manat sabit pul məbləğində aliment alınaraq, tərəflərin birgə nikahlarından 21 avqust 2007-ci il tarixdə anadan olmuş Bədirli Zərnişan Cavid qızının və 02 yanvar 2008-ci il tarixdə anadan olmuş Bədirli Murad Cavid oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və qanunla nəzərdə tutulan qaydada icraata götürülmüş, tələbin könüllü və məcburi icrasına dair tədbirlər görülmüşdür. Həmin tədbirlər qismində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsində 16 aprel 2018-ci il tarixdə başlanılmış icraat zamanı Təqsirləndirilən şəxs inzibati və cinayət məsuliyyəti elan edilməklə xəbərdarlıqlar olunmuşdur. Bundan başqa, məhkəmənin 31 iyul 2015-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır, lakin sonuncu məhkəmə qətnaməsini icra etməməklə yanaşı, icra məmurunun da qanuni tələblərinə tabe olmadığına görə Biləsuvar Rayon Məhkəməsinin hakminin inzibati xəta haqqında iş üzrə 19 yanvar 2022-ci il tarixli, 3(022)- 53/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 10 gün müddətə inzibati həbs tətbiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qətnamənin icrasına dair əlavə müddətlər verilsə də, o, məhkəmə qətnaməsinin icrası istiqamətində hər hansı hərəkət etməmiş, ümumiyyətlə, icra sənədi üzrə aliment borcundan heç bir ödəniş etməmişdir. Bununla da borclu tərəfindən məhkəmə qətnaməsi qərəzli olaraq icra olunmamış və sonuncunun 31 oktyabr 2022-ci il tarixə kimi tələbkara olan aliment borcu 7.264 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələrlə icra sənədini tam icra edəcəyini və aliment borcunu ödəyəcəyini bildirsə də, icra sənədini qərəzli olaraq yerinə yetirməmişdir. Şahid Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 məhkəmədə Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs tərəfindən Biləsuvar Rayon Məhkəməsinin 28 dekabr 2011-ci il tarixli, 2(022)-1155/2011 saylı qətnaməsinin qərəzli olaraq icra edilmədiyini, borclunun tələbkara olan borcunun 31 oktyabr 2022-ci il tarixə 7.264 manat təşkil etdiyini, həmin borcunu ödəmədiyinə görə sonuncunun məhkəmənin 19 yanvar 2022-ci il tarixli, 3(022)-53/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 gün müddətə inzibati qaydada həbs edildiyini və cəzasını çəkib bitirdikdən sonra da Təqsirləndirilən şəxs aliment öhdəliyini icra etmədiyini təsdiq etdi. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatət verərək və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək, zərərçəkmişə vurulmuş zərəri aradan qaldırdığına və zərərçəkmişlə barışıq əldə etdiyinə görə onu cinayət məsuliyyətindən azad etməyi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmədə vəsatət verərək, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs vurulmuş zərəri aradan qaldırdığını və sonuncu ilə barışmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Dövlət ittihamçısı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin nümayəndəsini, dövlət ittihamçısını və şahidləri dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 28 dekabr 2011-ci il tarixli, 2(022)-1155/2011 saylı qətnaməsindən və həmin qətnamə əsasında verilmiş icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəli 25 noyabr 2011-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 76 manat, cəmi 152 manat sabit pul məbləğində aliment alınaraq, tərəflərin birgə nikahlarından 21 avqust 2007-ci il tarxidə anadan olmuş Bədirli Zərnişan Cavid qızının və 02 yanvar 2008-ci il tarixdə anadan olmuş Bədirli Murad Cavid oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs verilməlidir. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin hakminin inzibati xəta haqqında iş üzrə 19 yanvar 2022-ci il tarixli, 3(022)-53/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən həmin icra vərəqəsində göstərilən tələbi icra etmədiyinə və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan 31 oktyabr 2022-ci il tarixli təqdimatın surətindən görünür ki, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(022)-605/2022 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı aliment ödənişlərinə əməl etdiyindən 1.000 manat məbləğində ödədiyi aliment pulunun və aliment ödənilməsi məqsədi ilə xərclədiyi 3.300 manat məbləğində pulun aliment borcu hesabına silinməsinin məhkəmə qaydasında öyrənilməsi və araşdırılmasının təmin edilərək, aliment öhdəliyini icra etməklə borclu olmadığına görə aliment öhdəliyinə xitam verib, icra hərəkətlərinin dayandırılması tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(022)-605/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair iddiaçı Təqsirləndirilən şəxs və onun nümayəndəsi Bədirov Xudaşirin Xudaş oğlunun vəsatəti təmin edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(106)- 378/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı aliment borcu silinərək, aliment öhdəliyinə xitam verilməsi və icra hərəkətlərinin dayandırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(022)-605/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Biləsuvar Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(022)-605/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin Qeydinə görə CM-nin 306.1 və 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarında olan Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin 16 avqust 2023-cü il tarixli, 83768/2018 saylı arayışından və Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış, notariat qaydasında təsdiqlənmiş 03 iyul 2023-cü il tarixli ərizəsindən görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmiş Təqsirləndirilən şəxs məhkəmə tərəfindən hökm çıxarılanadək Biləsuvar Rayon Məhkəməsinin 28 dekabr 2011-ci il tarixli, 2(022)-1155/2011 saylı qətnaməsi üzrə cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı təqdimat verilənədək, yəni 31 oktyabr 2022-ci il tarixədək yaranmış 7.264 manat məbləğində aliment borcunu tam icra etmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işi üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (§35). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-və 3-cü maddələrinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cünlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə CPM-nin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, Biləsuvar Rayon Məhkəməsinin 28 dekabr 2011-ci il tarixli, 2(022)-1155/2011 saylı qətnaməsi üzrə cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı təqdimat verilənədək, yəni 31 oktyabr 2022-ci il tarixədək yaranmış 7.264 manat məbləğində aliment borcunu tam icra etdiyinə və zərərçəkmiş şəxslə barışdığına görə cinayət işi üzrə icraata xitam verilməsinə razıdır. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işinə məhkəmədə baxıldığı dövrdə məhkəmədən qaçıb gizləndiyinə görə Biləsuvar rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 162.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 162.3-cü maddəsinə görə isə həmin maddənin 1ci və 2-ci bəndlərində nəzərdə tutulmuş hallarda həbsdə saxlanılan şəxs məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 28 dekabr 2011-ci il tarixli, 2(022)-1155/2011 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı təqdimat verilənədək, yəni 31 oktyabr 2022-ci il tarixədək yaranmış 7.264 manat məbləğində aliment borcunu tam icra etdiyinə görə, cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən azad olunsun. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-65/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-65/2023
16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver